Məhkəmə qərarları › İş №1(002)-71/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-71/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-71/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0,670 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:50-də Qaradağ RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qardağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Şəmkir” marketin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş və orada saat 18:55-də inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən onun sol ayağında olan qara rəngli corabının içərisindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 0,670 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir ildir ki, narkotik vasitə olan “kakos”-dan istifadə edirmiş. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alırmış. O, narkotik vasitə olan heroini falqaya bükərək yandırıb iynəmək yolu ilə qəbul etdiyini bildirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə avtobusla Abşeron rayonu, Qobu kəndinə getmiş və orada əvvəlcədən tanıdığı “Habil” adlı şəxslə görüşərək 40 (qırx) manat pul verib bir büküm narkotik vasitə olan “kakos” almışdır. O, yalnız narkotik vasitəni öz istifadəsi üçün almış, heç vaxt satışı ilə məşğul olmamışdır. Habilin anket məlumatları barədə heç nə bilməmişdir. O, sellofan paketə bükülmüş həmin narkotik vasitə olan heroini sol ayağındakı corabın içərisinə qoymuş, daha sonra avtobusla Lökbatan qəsəbəsinə qayıtmışdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Şəmkir” marketin yaxınlığında olarkən mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Orada polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis İdarəsinə gətirildiyini bildirmişlər. Qaradağ RPİ-nin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Rüstəm Seyidov üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, ayağında olan qara rəngli corabın içərisindən şəffaf rəngli sellofan torbaya bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Əlavə axtarış zamanı üzərindən “Sobranie” markalı siqaret və alışqan, qara rəngli “Samsung Galaxy A51” markalı, mavi rəngli “Katel” markalı mobil telefon və 01 manat 50 qəpik pul aşkar olunmuş və pul ona geri qaytarılmışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Qaradağ RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Rahil İsmayılov, CA üzrə kiçik inspektor, polis kiçik serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Şəmkir” marketin yaxınlığında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olduğundan şübhələnib həmin şəxsə yaxınlaşmışlar. Xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsi Qaradağ RPİ-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayonu Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 6, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla idarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı X3 həvalə edilmişdir. Baş təhqiqatçı Rüstəm Seyidov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra baş təhqiqatçı Rüstəm Seyidov Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabının içərisindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Qobu kəndi ərazisində əvvəlcədən tanıdığı “Habil” adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş büküm zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Qaradağ RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Rahil İsmayılov ilə birlikdə xidmətdə olan zaman Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Şəmkir” marketin yaxınlığında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olduğundan şübhələnib həmin şəxsə yaxınlaşmışlar. Xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsi Qaradağ RPİ-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayonu Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 6, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla idarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı X3 həvalə edilmişdir. Baş təhqiqatçı Rüstəm Seyidov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra baş təhqiqatçı Rüstəm Seyidov Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sol ayağında olan qara rəngli corabının içərisindən bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Qobu kəndi ərazisində əvvəlcədən tanıdığı “Habil” adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş büküm zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 6/2116 nömrəli rəydən görünür ki, tədiqiqata təqdim edilmiş, üzərində: «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,670 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,670 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,620 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli, 3112 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video yazı olan bir ədəd “CD” diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs ayağında olan qara rəngli corabın içərisindən şəffaf rəngli sellofan torbaya bükülmüş bükümü çıxararaq təqdim edir. Həmin 01 büküm narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü və miqdarını, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq xx xxxxxxx 2020-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə xx xxxxxx 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və xx xxxxxx 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,620 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 56 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,620 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar