Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-71/2024 04.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi nömrəsiz ünvanda yaşayan, Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il qərarına əsasən barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edərək özündə saxlayaraq daşımış, 05 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkünlərin şəhərciyində yerləşən 3 saylı binanın qarşısında saxlanılaraq Qaradağ RPİnin 10-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi axtarış zamanı əynindəki çəhrayı rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli kustar usulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Qaradağ rayonu, Müşfüqabad qəsəbəsi 3 saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin inzibati binasına getməyi təklif etmişlər. O, etiraz etmədən onların təklifini qəbul edib birlikdə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsindəki inzibati otaqların birində ona izah edilmişdir ki, narkotik vasitələrin əldə edib üzərində daşıdığına görə videoçəkilişlə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə gətirilmişdir. Ona şübhəli şəxs qismində saxlanıldığı barədə hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət edilmişdir. Videoçəkilişlə şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunsuz olaraq əldə etdiyi hansı əşyalar varsa təqdim etmək təklif olunmuşdur. Üstündə narkotik vasitə «Kokos» olduğundan polis əməkdaşının təklifini qəbul edərək əynindəki çəhrayı rəngli gödəkçənin sol yan cibində saxladığı selafan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, toz şəklində kütlə aşkar edilmişdir. O, polis əməkdaşlarına həmin maddənin «kokos» adlandırılan narkotik vasitə heroin olduğunu söyləmişdir. Həmin narkotik vasitəni o, 05 oktyabr 2023-cü il tarixdə Türkan qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün almışdır. Narkotik vasitənin istifadəçisidir. Heç bir zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Sonra onun üzərində şəxsi axtarış keçirilərkən qanunsuz əldə etdiyi digər əşya aşkar olunmamışdır. Yalnız qollarında iki ədəd qolbaq aşkar olunmuş və həmin qolbaqlar onun özümə məxsus olmuşdur. Sonra bu barədə protokol tərtib edilmiş, oxunduqdan sonra iştirakçılar tərəfindən imza edilmişdir. Polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirldikləri zaman və üstünə baxış keçirilib izahat alındığı zaman fiziki, psixoloji təzyiq edilməmişdir. O, son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olması barədə alınmış əməliyyat məlumatına əsasən şöbədə yaradılmış əməliyyat qrupunun rəhbəri kimi o,şöbənin sahə inspektoru polis mayoru Şahid2 üzvü kimi iştirak etmişdir. Həmin gün saat 18:30 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi 3 nömrəli binanın yaxınlığında əməliyyat tədbiri keçirilən zaman məlumatda adı keçən Sevinc adlı qadının özünü şübhəli apardığını görərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığı üçün onu PŞ-nin inzibati binasına getməyi təklif etmişlər. Sevinc adlı qadın etiraz etmədən onlarla birlikdə şöbənin inzibati binasına gəlmişdir. Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, o, 01 iyul 1987ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Xosasən qəsəbəsində nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxsdır. Həmin vaxt tərəfimizdən bu barədə müvafiq raport tərtib olunaraq PŞ-nin rəisinə məruzə olunduqdan sonra araşdırmanın aparılması şöbənin təhqiqatçısı polis kapitanı Orxan Ocaqova həvalə olunmuşdur. Təhqiqatıçının xidməti otağında araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi X5 iştirakı ilə hüquq və vəzifələri izah edilərək müvafiq protokollar imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilməsi bildirildikdə o, etiraz etməmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan çəhrayı rəngli gödəkçəsinin sol yan cibində olan bir ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxararaq masanın üzǝinə qoymuşdur. Təqdim olunan bükümün içərisində baxış zamanı toz formasında, qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar olunmuşdur. Bu barədə Təqsirləndirilən şəxs izahat verməsi təklif olunduqda, şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan maddə isə narkotik vasitə hesab edilən "kakos" adlanır. Həmin narkotik vasitəni o, 05 oktyabr 2023-cü il tarixdə gündüz saatlarında Bakı şəhəri Xəzər rayonunda Turkan qəsəbəsində olduğu zaman 15 (on beş) manat pul müqabilində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alaraq özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxsi Şahverdi qızının üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində qanunsuz olaraq alınması, daşınması və saxlanılması qadağan olunmuş heç bir əşya, maddə Təqsirləndirilən şəxs qollarında olan iki ədəd sarı metaldan bəzək aşkar olunmamışdır, qolbaqlar aşkar edilmişdir. Həmin qolbaqlar şəxsin özünə məxsus olması müəyyən edildiyi üçün özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən bizə qarşı heç bir müqavimət göstərməmiş və bizim tərəfimizdən də ona qarşı, fiziki, psixoloji və sair təsir göstərilməmişdir. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inspektoru, polis mayoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5224 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N222" dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,346 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,346 qram, tədqiqata sərf edildi–0,05 qram, qalıq - 0,296 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 13 noyabr 2023-cü il tarixli, 7371 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,296 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən aydın olur ki, 05 oktyabr 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1,həmin şöbnin sahə inspektoru polis mayoru Şahid2,Qaradağ RPİ-nin Uçot qeydiyyat və statistika işlçr qrupun operatoru,polis baş serjantı İlhamə Abbasova və müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Orxan Ocaqov tərəfindən şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunur. Təqsirləndirilən şəxs əynindəki çəhrayı rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyur.Həmçinin qollarında iki ədəd qolbaq da masının üzərinə qoyur. Ondan sonra İlhamə Abbasova tərəfindən Təqsirləndirilən şəxs üzərin axtarlır,lakin başqa heç bir şey tapılmadı.Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan "kakos" olduğunu və Bakı şəhərinin Türkan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat məbləğində özünün istifadəsi üçün aldığını bildirir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 05 oktyabr 2023-cü il tarixdə, saat 18:30-da tutulmuş və 07 noyabr 2023-cü il tarixdə, saat 17:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə vəsatət Qaradağ Rayon Prokurorluğu tərəfindən rədd edilmiş, Qaradağ rayon RPİnin İŞ-nin mütəntiqi Səid Hüseynov tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Daha sonra təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun barəsində müstəntiq tərəfindən axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, 11 noyabr 2023-cü il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəişdirilmədən qüvvədə saxlanılaraq 13 noyabr 2023-cü il tarixdə MSY-dən dərhal azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 04 (dörd) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qətimkan tədbirinin şərtlərini pozduğuna görə Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməklə axtarış elan edilərək işin icraatı dayandırlımış, o Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən 05 mart 2024-cü il tarix saat 11:50də tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və təqsirləndirilən şəxs həmin tarixdən həbsdə olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi malicəyə cəlb edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.296 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 04 (dörd) gün müddət və həbsdə qaldığı 30 (otuz) gün müddət, cəmi 64 (altmış dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 08 (səkkiz) gün müddət, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəişdirilməklə o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,296 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 saata görə 270 (iki yüz yetrmiş manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-71/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-71/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver