Məhkəmə qərarları › İş №1(002)-71/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-71/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-71/2025 08.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:00-da X10 İslah oğlunun sədrliyi, X3 və İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Qəbələ rayonu Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qəbələ rayonu Ziring kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi X9 küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə saat 20:40 radələrində Azərbaycan Respublikası ərazisindəki yollarda “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan, idarə etdiyi «VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə Lökbatan-Xocasən yolu ilə Xocasən qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” ticarət mərkəzinin qarşısında yerləşən “Meyvəli dairəsi” kimi tanınan yolayrıcına yaxınlaşan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğu halda, cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə riayət etməyib hərəkətini davam etdirərək sağ tərəfdən Şahid idarə etdiyi «Chevrolet Cruze» markalı ** ML *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sağdan yolayrıcına daxil olmasına maneə yaradaraq həmin avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan özünün idarə etdiyi «VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması və baş beynin yüngül dərəcəli əzilməsi, döş qəfəsinin sağ yarısının qançırı və sağ baldır nahiyəsinin sıyrığından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, “VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, dayısı oğlu Zərərçəkmiş şəxs ilə birlikdə metal yığmaqla məşğul olur. «VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə dəmir metalları yığıb satmaqla dolanışıqlarını təmin edirlər. 19 mart 2024-cii il tarixdə saat 20:40 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Meyvəli bazarının yaxınlığında yerləşən «Meyvəli dairəsi»nə heç bir yol nişanı olmadığını görüb daxil olmuşdur. O, dairəyə daxil olduqdan sonra üzü Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi istiqamətinə doğru hərəkət etmək istəyərkən, «Sədərək» bazarı istiqamətindən gələn «Chevrolet Cruze» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun idarə etdiyi «VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin dairədə hərəkətdə olmasına baxmayaraq, onun hərəkətini davam etdirməsini gözləməyərək, dairəyə daxil olmuş və onun idarə etdiyi avtomobilin sağ hissəsindən vurmuşdur. Onun idarə etdiyi avtomobildə yanında olan sərnişin Zərərçəkmiş şəxs baş nahiyəsindən, döş qəfəsindən və ayaq nahiyəsindən xəsarət almışdır. O, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir, Zərərçəkmiş şəxs isə təcili yardım ilə xəstəxanaya aparmışlar. Onun sürücülük hüququ yoxdur. Hadisə zamanı onun hərəkət sürəti təxminən 10-20 km/saat olmuş, çünki o, idarə etdiyi «VAZ» markalı avtomobillə yüksək sürətlə dairəyə daxil ola bilməzdi. «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü yüksək sürətlə, yəni təxminən 60-70 km/saat sürətlə hərəkət etmiş, onun idarə etdiyi avtomobillə toqquşduğu yerdən təxminən 10 metr kənarda qalmışdır. O, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə razı olmamışdır. O, idarə etdiyi «VAZ 21013» markalı avtomobillə dairədə hərəkətdə olarkən, «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü Şahid yüksək sürətlə gəlib onun idarə etdiyi avtomobili vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs da məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisəyə səbəb «Chevrolet Cruze» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid olması kimi göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkmə həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisəyə səbəb Təqsirləndirilən şəxs deyil, məhz «Chevrolet Cruze» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid olması kimi göstərdiyi xüsusatlar Təqsirləndirilən şəxs qorumaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 19 mart 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisindən Qaradağ rayonu Lökbatan qəsəbəsinə doğru idarə etdiyi «Chevrolet Cruze» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmuş, «Meyvəli dairəsi» kimi tanınan yerə çatanda yol qaranlıq olduğu üçün və dairədə hərəkətdə olan «VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobilin fara işıqlarının yanmadığı səbəbindən görmədiyi üçün dairəyə daxil olmuşdur. Bu zaman onun idarə etdiyi avtomobilin ön hissəsi ilə «VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsindən vurmuş, nəticədə həmin avtomobildə olan sərnişin xəsarət almışdır. O, avtomobili ilə təxminən 50-60 km/saat sürətlə hərəkət etmiş, qaranlıq olduğu üçün «VAZ 21013» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, ona görə, hadisənin qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Hadisə zamanı hər hansı xəsarət almamış, həmçinin sərxoş və ya narkortik vasitələrin təsiri altında olmamış, sərxoşluq müayinəsindən keçmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq eksp ertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 202 saylı, 08 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması və baş beynin yüngül dərəcəli əzilməsi, döş qəfəsinin sağ yarısının qançırı və sağ baldır nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu minik avtomaşının digər hərəkətdə olan minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinə əlavə olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasımn 29 iyul 2024- cü il tarixli, 8/1565 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21013 markalı, **-BK-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21013 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, **-ML-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Bundan başqa, cinayət işinə əlavə olunmuş əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 29 dekabr 2024-cü il tarixli, 8/2858 saylı ekspert rəyindən görünür ki, yolayrıcı qarşısında 4.3 “Dairəvi hərəkət” məcburi hərəkət istiqaməti yol nişanı quraşdırıldığı halda həmin yolayrıcı dairəvi hərəkət təşkil olunmuş yolayrıcı hesab olunur. Lakin 4.3 “Dairəvi hərəkət” məcburi hərəkət istiqaməti yol nişanı quraşdırılmadığı halda həmin yolayrıcı dairəvi hərəkət təşkil olunmuş yolayrıcı hesab olunmur və belə vəziyyətdə sürücülər yolayırcılarım keçmənin adi qaydalarına riayət etməlidirlər. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21013 markalı, **-BK-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ- 21013 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, **-ML-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinə əlavə olunmuş 19 mart 2024-cüi tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, xx.xx.2024-cü il tarixli yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli dairəsi” kimi tanınan yer olmaqla, “VAZ-21013” markalı, 19 BK405 dövlət qeydiyyatlı nömrə nişanlı avtomobil Lökbatan qəsəbəsi ərazisində yaş vəziyyətdə olan həmin yolda asfalt örtüklü yol ayrıcından üzü Bakı şəhərinin mərkəzi, “Chevrolet Cruze” markalı, ** ML *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobil isə Xocasən qəsəbəsi istiqamətdə dayanmış vəziyyətdə olmuşlar, avtomobillərin toqquşduğu yerdə şin-təkər və əyləc izləri aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxs ilə barışığın əldə olunmasını və himayəsində üç azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 90 (doxsan) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdyoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir ) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir ) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar