Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-72/2021 30.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, “xxxx” MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm olan tordan istifadə etməklə 03 (üç) ədəd hər biri 11 (on bir) manat olmaqla 33 (otuz üç) manat dəyərində kefal, 68 ədəd hər biri 11 (on bir) manat olmaqla 748 (yeddi yüz qirx səkkiz) manat dəyərində külmə və 07 (yeddi) ədəd hər biri 33 (otuz üç) manat olmaqla 231 (iki yüz otuz bir) manat dəyərində kütüm balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1012 (min on iki) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 10 radələrində qanunsuz tutduğu balıqları sahilə çıxararkən X8 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 40 (qırx) metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm olan tor, 03 (üç) ədəd kefal, 68 (altmış səkkiz) ədəd külmə və 07 (yeddi) ədəd kütüm balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 07 radələrində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edərək dənizə girmiş və sahildən aralanıb jılka adlandırılan sintetik sapdan toxunmuş toru dənizdə qurub balıq tutmağa başlamışdır. Bir neçə saat keçdikdən sonra dənizdə qurduğu toru yoxlamaq üçün sudan çıxardıqda görmüşdür ki, çoxlu sayda müxtəlif növ balıq tutmuşdur. Toru tutduğu balıqlarla ilə birlikdə götürüb həmin gün saat 10 radələrində sahilə çıxarkən X8 İdarəsinin əməkdaşları onu saxlamışlar. O, sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Xəzər dənizində balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Bundan sonra polis əməkdaşları ona məxsus 1 ədəd taxta qayığa, 2 ədəd taxta avarlara, jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tora və həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu balıqlara baxış keçirmişlər. Həmin vaxt tutduğu balıqların 3 ədədinin kefal, 68 ədədi külmə və 7 ədədinin isə kütüm balıqları olması müəyyən edilmişdir. Sonradan polis əməkdaşları baş vermiş hadisə ilə əlaqədar hal şahidlərinin iştirakları ilə müvafiq protokol tərtib etmişlər. Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşman olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu, bir daha belə hallara yol verməyəcəyini və mülki iddianı təmin edilməsinə etiraz etmədiyini bildirib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mülki iddiaçının nümayəndəsi Nümayəndə iş üzrə mülki iddianı müdafiə etdiyini qeyd edib, əlavə olaraq ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan balıqları qanunsuz tutaraq balıq ehtiyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1012 (min on iki) manat məbləğində ziyan vurmuşdur. Balıqların satışından həmin ziyandan cəmi 26 manat 95 qəpik ödənilmiş. Qalan 985,05 manat maddi ziyan hələ də ödənilmədən qalmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəzanın verilməsini və ondan 985,05 manat maddi ziyanın tutulub Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 İdarəsinin Abşeron xətt polis məntəqəsinin rəisi polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə X8 idarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən saat 10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm olan tor, 03 ədəd kefal, 68 ədəd külmə və 07 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 03 ədəd kefal, 68 ədəd külmə və 07 ədəd kütüm balıqlarını tor vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz olaraq tutmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin heç bir vaxt onun rəsmi icazəsinin olmadığını bildirmişdir. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və onun qanunsuz tutduğu balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə X8 idarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün saat 10 radəsində Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində Xəzər dənizində bалыг тутмагла мяшьул олан Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışlar. Йохлама заманы Təqsirləndirilən şəxs оьлундан 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm. olan tor, 03 ədəd kefal, 68 ədəd külmə və 07 ədəd kütüm balıqları aşkar едиляряк эютцрцлmüşдцr. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 ədəd kefal, 68 ədəd külmə və 07 ədəd kütüm balıqlarını тор васитяси иля qadağan edilmiş vaxtda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X8 idarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə məhkəmə baxışı zamanı şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X8 İdarəsinin Abşeron xətt polis məntəqəsinin rəisi, polis mayoru Şahid1 tərəfindən Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid2 və hal şahidləri Şahid4 və Şahid3 iştirakı ilə tərtib edilmiş baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:00-da X8 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, istiqamətində Xəzər dənizində Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 3 ədəd kefal, 68 ədəd külmə və 7 ədəd kütüm balıqları aşkar edilərək, maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 3 ədəd kefal, 68 ədəd külmə və 7 ədəd kütüm balıqları aşkar edilmiş 1 ədəd torun vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutulmasını bildirmişdir. Protokol iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (i.v. 6-7) “xxxx” MMC-nin direktoru X6 və SU NPİ-nin Abşeron rəisi Şahid1 arasında tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qəbul aktından görünür ki, sonuncu tərəfindən təqdim edilmiş ümumi çəkisi 1,5 kq və dəyəri 1,50 AZN (bir manat əlli qəpik) olan 3 ədəd kefal, ümumi çəkisi 3,5 kq və dəyəri 3,50 AZN (üç manat, əlli qəpik) olan 7 ədəd kütüm, ümumi çəkisi 5 kq və dəyəri 2,50 AZN (iki manat, əlli qəpik) 68 ədəd külmə balıqlarını qəbul etmişdir. (i.v. 10) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən verilmiş 21/238 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Xidmət tərəfindən xx.xx.2020-ci il tarixə kimi Təqsirləndirilən şəxs Xəzər dənizindən balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. (i.v. 16) Sabirabad RİHB-nin Qaratəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, d oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (i.v. 18) xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis arayışından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə xx xxxxxxxx 2020-ci il tarixdə Su NPİ-də polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs götürülmüş 78 ədəd balıqlara baxış keçirmiş və baxış zamanı məlum olmuşdur ki, təqdim edilmiş 78 ədəd balıqlar vətəqə əhəmiyyətli olmaqla bioloji əlamətlərinə görə 68 ədəd külmə, 3 ədəd kefal və 7 ədəd kütüm balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017ci il tarixli 243 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinə əsasən balıqovlama biletləri olmadan sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır. Ona görə də baxış keçirilmiş balıqlar qanunsuz ovlandığı galda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli. 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq eidlməsi qaydaları və qeryi-qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 119 saylı qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq, 1 ədəd balığı qanunsuz ovlamaqla balıq ehtiyatlarına vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. 68 ədəd külmə balığına görə 748 manat, 1 ədəd kefal balığına görə 33 manat, 7 ədəd kütüm balığına görə 231 manat olmaqla, balıq ehtiyatlarına vurulan ziyan 1012 manat təşkil edir. (i.v. 22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 26) Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 77-79) Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Goldflay” Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X11 Ağa ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli əmək müqaviləsinə görə Təqsirləndirilən şəxs fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm olan tor, 03 ədəd kefal, 68 ədəd külmə və 07 ədəd kütüm balıqları maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq malı heab edildiyi üçün xx xxxxxxxx 2020-ci il tarixdə müvafiq akta əsasən fiziki şəxs “xxxx” MMC-nin direktoru X2 təhvil verilməsi və balıqovlama vasitələrinin saxlanılması üçün Su NPİ-nin Abşeron XPM-nin rəisi Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 82-86) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda — iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf edərək, əməlindən səmimi peşmançılıq hissi çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla daha ağır cəza növünün təyin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növlərindən islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı (CİM-40, 45.1), maddi sübut kimi tanınmış və xx xxxxxxxx 2020-ci il tarixli akta əsasən “xxxx” MMC-nin direktoru X4 təhvil verilmiş 03 ədəd kefal, 68 ədəd külmə və 07 ədəd kütüm balıqlarının satışından əldə olunmuş pul vəsaiti dövlət nəfinə keçirilməli, X8 İdarəsinin Abşeron xətt polis məntəqəsində saxlanılan 01 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm olan tor isə dövlət nəfinə müsadirə edilməlidir. Mülki iddianın həlli ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 181.1- ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanın ödənilməsi üçün mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, mülki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan mütəxəssis arayışı ilə Departamentə vurulan ziyan 1012 (min on iki) manat manat müəyən olunmuşdur. Həmin ziyandan 26 (iyirmi altı) manat, 95 (doxsan beş) qəpik sözü gedən balıqların satışından əldə edilərək götürülmüşdür. Buna görə də qalan 985 (doqquz yüz səksən beş) manat 05 (beş) qəpik pul təqsirləndirilən şəxsdən tutulub mülki iddiaçıya ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X3 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına, məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353 və 356-cı maddələrinə rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəzaya məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, xx xxxxxxxx 2020-ci il tarixli akta əsasən “xxxx” MMC-nin direktoru X4 təhvil verilmiş 03 ədəd kefal, 68 ədəd külmə və 07 ədəd kütüm balıqlarının satışından əldə olunmuş pul vəsaiti dövlət nəfinə keçirilsin və X8 İdarəsinin Abşeron xətt polis məntəqəsində saxlanılan 01 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 32x32 mm olan tor dövlət nəfinə müsadirə edilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 985 (doqquz yüz səksən beş) manat 05 (beş) qəpik pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X3 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına, məhkəmədə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-72/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-72/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver