Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-72/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 11:00, Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 18 avqust 1997-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə bir neçə dəfəyə ilk dəfə 2021-ci ilin aprel ayının son on günlüyündə gündüz saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin 8-ci sıra 4-cü korpusda 188 nömrəli iki mərtəbəli anbarın ikinci mərtəbəsindən divarı sökməklə saxlanc yerinə qanunsuz daxil olub oradan 3150 ədəd hər birinin dəyəri 5 manat 50 qəpik olmaqla ümumi dəyəri 17325 manat təşkil edən kişi tumanlarını, ikinci dəfə 2021-ci ilin aprel ayının son on günlüyündə gündüz saatlarında həmin anbarın ikinci mərtəbəsindən saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 3150 ədəd hər birinin dəyəri 5 manat 50 qəpik olmaqla ümumi dəyəri 17325 manat təşkil edən kişi tumanlarını və üçüncü dəfə 2021-ci ilin may ayının ilk günündə gündüz saatlarında həmin anbarın ikinci mərtəbəsindən saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 1400 ədəd hər birinin qiyməti 3 manat 20 qəpik olmaqla ümumi dəyəri 4480 manat təşkil edən kişi maykalarını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 39130 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə ilk dəfə 06 iyun 2021-ci il tarixdə “Binə” ticarət mərkəzindən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus sıra 8, korpus 4, 4 saylı mağazaya anbarın ikinci mərtəbəsindən divarı sökməklə saxlanc yerinə qanunsuz daxil olub oradan 420 ədəd müxtəlif rəngdə hər birinin dəyəri 30 manat olan «Yiyufushi» qolsuz suni xəz materiallından olan qadın gödəkçələrini, 190 ədəd hər birinin dəyəri 23 manat olan qadın jaketlərini və ikinci dəfə 09 iyun 2021-ci il tarixdə eyni üsulla saxlanc yerinə qanunsuz daxil olub 80 ədəd hər birinin dəyəri 25 manat olan qolsuz suni xəz materialından olan qadın gödəkçələrini və 350 ədəd hər birinin dəyəri 14 manat olan qadın koftalarını gizli yolla talamaqla ümumilikdə Zərərçəkmiş şəxs2 23870 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin avqust ayının əvvəllərindən başlayaraq həmin ayın ortalarınadək 4 dəfə Qaradağ rayonu ərazisində yerləşən «Binə» ticarət mərkəzində sıra 7A, korpus 4, 29 saylı mağazanın 2-ci mərtəbəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus mağazanın anbar hissəsini kərpicdən olan divarını sökmək yolu ilə qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən anbardan hər birinin dəyəri 42,5 manat təşkil edən 200 ədəd qadın ətəklərini gizli yolla talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o Naxçıvan MR, Şərur rayonu, Muğanlı kəndində qeydiyyatdadır, Bakı şəhəri, Binəqədi rayonu, Nübar qəsəbəsi, A.Şəmkirli küçəsində nömrəsiz evdə yaşayırmış. Əvvəllər məhkum edilməmişdir. Əvvəllər Qaradağ rayonu, Lökbatan qəsəbəsində şirniyyat satmaqla özünü dolandırırmış, lakin sonradan iş olmadığı üçün o, işşsiz qalmış və onun maddi vəziyyəti pis olmuşdur. Son zamanlar isə o, ümumiyyətlə iş tapa bilmirmiş, ona görə də maddi çətinlikləri get-gedə artmışdır. 2021-ci ilin aprel-may aylarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən «Binə» ticarət mərkəzində gəzişən zaman orada anbar görmüş və həmin anbara çöldən baxanda kişi alt paltarı olduğunu görmüş və ani olaraq həmin anbardan oğurluq etmək qərarına gəlmiş və bunun üçün dəmir parçası ilə anbarın arxa tərəfindən ikinci mərtəbəsindən divarı deşmiş, həmin vaxt anbar bağlı olmuşdur. 2021-ci ilin aprel ayının son on günlüyündə o, həmin anbara deşik açdığı yerdən daxil olub oradan 12 ədəd kişi alt paltarı olan 40 kisəni götürmüş və Gəncə şəhərinə aparıb orada birini 4-5 manatdan, topdan isə birini 2.70 manata satmışdır. İkinci dəfə 2021-ci ilin aprel ayının son günlüyündə o, yenədə həmin anbara gəlib ikinci mərtəbən içəri daxil olub oradan 12 ədəd 50 kisə kişi alt paltarını götürmüş və taksi ilə həmin malları o, Masazır qəbəsində adını bilmədiyi bir otelə getmişdir. Sonra Xırdalan şəhərinə gedib orada tanımadığı bir nəfər şəxsə 50 kisə malı verib 2500 manata razılaşmış, lakin o, ona təxminən 1500 manat pul vermişdir. Təxminən bir gün sonra yəni 2021-ci ilin may ayının ilk günündə o, yenə də həmin «Binə» ticarət mərkəzində yerləşən anbara gəlmiş və bağlı olduğunu görüb arxa tərəfdən ikinci mərtəbədən daxil olub oradan 12 ədəd 51 kisə kişi alt paltarlarını götürmüş və Gəncə şəhərinə aparıb oradan topdan yuxarıda qeyd etdiyi qiymətə satmışdır. Satışdan əldə edilən pulları isə öz ehtiyyaclarına xərcləmişdir. Bundan başqa o bildirmişdir ki, 06 iyun 2021-ci il tarixdə saat 12:00 radələrində “Binə” ticarət mərkəzində gəzişirmiş, 8-ci sırada bir mağazanın qarşısından keçən zaman mağazanın qarşısında naqilin sallandığını görmüşdür. Həmin naqilin mis olduğunu düşünüb yuxarı, yəni mağazanın 2-ci mərtəbəsinə çıxamağa qərara gəlmişdir. Belə ki, 2-ci mərtəbəyə çıxan zaman orada divarın kərpicdən olduğunu görmüş, damda olan dəmiri götürüb divarı dağıtmaq qərarına gəlmişdir. Divarı sındırdıqdan sonra içəriyə daxil olmuş, yerdə sellefan torbaya bükülmüş əşyaların olduğunu görmüşdür. Sellefonları açmamış yerdəki əski parçadan olan torbanı götürüb həmin sellofanları onun içərisinə yığıb divarda açdığı deşikdən çölə çıxarmış və birinci mərtəbənin dam örtüyünün altına yığmışdır. Həmin günü təxminən saat 15 radələrində mağazanın damına yığdığı əşyaları əli ilə hissə-hissə daşıyaraq bazardan çölə çıxarmışdır. Daha sonra tanımadığı taksi ilə 20 yanvar dairəsinə aparmışdır. 20 yanvar dairəsinə çatdıqda həmin malları taksidən düşürdərək sellofanın ağızını açdıqda orada şuba, yəni xəz geyimi olduğunu müəyyən etmişdir. 20 yanvar dairəsində sellofanın ağzını açıq qoyaraq orada həmin şuba geyimlərini iki-üç ədədini, bir ədədinin qiyməti 15 manata olmaqla əldə səyyar şəkildə satmışdır. Həmin günü Biləcəri qəsəbəsində yerləşən Beynəlxalq avtovağzala gedərək malları Gəncə şəhərinə gedən nömrəsini və markasını xatırlamadığı taksiyə yükləyərək Gəncə şəhərinə yollanmışdır. Taksi sürücüsünün mobil telefon nömrəsini qeyd edərək özündə həmin gecəni adını xatırlamadığı hosteldə 20 manata gecələmişdir. Ertəsi gün taksi sürücüsü ilə əlaqə saxlayaraq onunla görüşmüş və ondan yaxınlıqda bazar olubolmaması barədə soruşduqda o, ona yaxınlıqda bazarın olmasını bildirərək onu adını bilmədiyi bazara aparmışdır. Həmin bazarda təxminən 36 ədəd şubanı ayrı-ayrı mağazalara hər birini 15 manata olmaqla satmışdır. Həmin şubaların satışından təxminən 600 manat pul əldə etmişdir. Daha sonra həmin taksi sürücüsü ilə sağollaşdıqdan sonra Bakı şəhəri istiqamətinə gəlmişdir. 09.06.2021-ci il tarixdə saat 11 radələrində yenidən “Binə” TM-də yerləşən mağazaya gələrək sındırdığı divardan oraya daxil olmuş və yenidən əski parçasından olan torbalara şubaları yığaraq oradan çıxarmış və bazardan kənara çıxardaraq tanımadığı taksiyə malları yükləyərək 20 Yanvar dairəsinə gəlmiş və orada başqa bir taksi saxlayaraq Beynəlxalq avtovağzala gələrək Gəncə şəhərinə gedən “Ford Transit” markalı sərnişin daşıyan avtomobilə malları yükləyərək Gəncə şəhərinə getmişdir. Gəncə şəhərinə çatdıqdan sonra “Ford Transit” markalı sərnişin daşıyan avtomobilin sürücüsündən malların onun avtomobilində qalmasını xahiş etmiş və özü isə hosteldə gecələmişdir. Səhəri günü yenidən həmin bazara “Ford Transit” markalı avtomobil ilə yollanaraq 63 ədəd şubanı orada tanımadığı şəxslərə ayrı-ayrılıqda bir ədədini 10 manata satmaqla, ümumilikdə 630 manat pul əldə etmişdir. 06.06.2021-ci il tarixdə mağazaya daxil olduqda orada əşyalar çox olduğundan 09.06.2021-ci il tarixdə əşyaların qalan hissəsini oğurlamışdır. Bundan başqa o 2021-ci ilin avqust ayının əvvəllərində “Binə” TM-nə gedirmiş və orada müşahidə apararkən 7 A sırasında yerləşən qadın geyimləri satılan mağazanın uzun müddət bağlı olduğunu görmüşdür. Bir neçə gün oradan keçdikdə mağazanın açılmadığını, ümumiyyətlə mağazanın fəaliyyət göstərmədiyini görüb mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazanın yan tərəfində keçiddə olan pilləkən vasitəsi ilə 2-ci mərtəbəyə qalxıb oradan mağazanın 2-ci mərtəbəsində yerləşən anbara girmək üçün kərpicləri sökmüş və içəri daxil olmuşdur. Anbarda xeyli miqdarda qadın paltarları olmuşdur. O, oğurluğun aşkar edilməməsi üçün ən çox olan qadın ətəklərini təxminən 40-50 ədəd götürmüş və malları anbardan çıxarmaq üçün anbardan iki ədəd böyük sellofan paket tapmış, malları həmin paketlərə doldurub bir təhər kərpicləri sökdüyü yerdən çıxarıb pilləkənin başına qoymuşdur. Daha sonra fərq edilməməsi üçün kərpicləri əli ilə yerinə düzmüşdür. Bundan sonra 2021-ci ilin avqust ayının ortalarında daha 3 dəfə həmin üsulla anbara daxil olub eyni qayada oğurluq etmişdir. Hər dəfə 40-50 ədəd qadın ətəkləri oğurlamışdır. Həmin oğurladığı ətəklər çox olduğu üçün düşünmüşdür ki, onlardan oğurlasa, anbardan oğurluq edilməsi fərq edilməz. Hal-hazırda qeyd etdiyi kimi anbara 4 dəfə daxil olmuş və dəqiq sayını bilməsə də təxminən 150-170 ədəd ətək oğurlamışdır. O, oğurladığı həmin qadın geyimlərini Binəqədi rayonunda, Nübar qəsəbəsində yarmarkada səyyari şəkildə tanımadığı şəxslərə hər birini 8-12 manata satmışdır. Əldə etdiyi pulları isə Azərbaycanın müxtəlif rayonlarında istirahət etmək üçün və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Pulun böyük hissəsini qaldığı otellərdə xərcləmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman PB-nə gətirilərkən və polis bölməsinin inzibati binasında ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Uzun illərdir ki, «Binə» ticarət mərkəzində ticarətlə məşğul olur. O, neçə illərdir ki, kişi və qadın alt geyimlərinin ticarəti ilə məşğul olur. Təxminən 4 ildir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» ticarət mərkəzində 8-ci sıra 4-cü korpusda 188 nömrəli iki mərtəbəli anbarı icarəyə götürüb işlədir, həmin anbar üçün o, aylıq 200 manat icarə haqqı ödəyir, həmin 200 manat pulun içərisində bazarın mühafizə xidmətinin haqqıda daxildir. O, malların hamısını Çin Xalq Respublikasından və Türkiyə Respublikasından gətirir. 29 iyun 2021-ci il tarixdə onun anbardarı Həsən günorta saatlarında ona zəng edib anbarın ikinci mərtəbəsində olan divarın deşildiyini və ona məxsus olan malların bir qisminin oğurlanması barədə məlumat vermişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Həmin günü onun şəxsi işləri olduğu üçün o, «Binə» ticarət mərkəzinə gələ bilməmiş, lakin, nə qədər malın oğurlanması və ona nə qədər maddi ziyanın dəyməsini hesablayıb deməsi üçün bu işi Həsənə tapşırmışdır. Bir qədər sonra Həsən ona demişdir ki, anbardan ona məxsus olan 6300 ədəd hər birinin dəyəri 5 manat 50 qəpik olmaqla ümumi dəyəri 34650 manat təşkil edən kişi tumanı və 1400 ədəd hər birinin qiyməti 3 manat 20 qəpik olmaqla ümumi dəyəri 4480 manat təşkil edən kişi maykaları oğurlanmışdır. Ümumilikdə ona 39130 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdikdən bir gün sonra o, ərazi aidiyyatı üzrə Qaradağ RPİ-nin 10-cu polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, qadın koftaları və üst xəz geyimlərinin satışı ilə məşğul olur. 2019-cu il tarixdən tədricən xəz geyimlərini Çin Respublikasından bir ədədinin qiyməti təxminən 10 dollar olmaqla 2020-ci ilin noyabr ayında alaraq sıra 5, korpus 4, mağaza 46-ya yığmışdır. Daha sonra 5-ci korpusdan bəzi satıcıların köçməsi və alışverişinin aşağı səviyyədə olması səbəbilə qeyd olunan sıradan çıxaraq sıra 6 korpus, mağaza 9-a köçmüşdür. Köçən zaman korpus 5, mağaza 46-da olan mallar həmin mağazada qalmışdır. 2021-ci ilin may ayında həmin xəz geyimlərini o, sıra 8, korpus 4, mağaza 4, iki arabaçıların köməkliyi ilə həmin xəz geyimlərini daşıyaraq aparmışdır. Təxminən 10 gündən sonra mağazanın qapısını açmadan çöl tərəfdən mağazaya təxminən 5 dəqiqə baxış keçirmişdir. Qapı şüşədən olması səbəbi ilə aşağı hissədən dilinin yerə keçdiyini görüb və bağlı olmasından əmin olmuşdur. 09.06.2021-ci il tarixdə oğlu Cəmil mağazaya baxış keçirməyə getdiyində saat 13:00 radələrində istifadəsində olan mobil telefondan ona zəng vuraraq mağazanın üst pilləkan hissəsindən içəriyə daxil olunaraq oğurluq edilməsi barədə ona məlumat verdikdə həmin vaxt 6-cı sıradakı mağazada olmuşdur. O, tez tələsik həmin mağazaya gəldikdə mağazanın divarının sındırılaraq arxa tərəfdən şiferin altından mağazaya daxil olunaraq oradan təxminən 1000 ədəd ümumi dəyəri 18000 manat dəyərində olan qadın üst xəz geyimlərinin naməlum şəxs tərəfindən gizli yolla oğurlanması faktı aşkar etmişdir. Daha sonra “Binə” TM-də xidmət aparan adını xatırlamadığı mühafizə əməkdaşına zəng edərək, oğurluq hadisəsi barədə ona da məlumat vermişdir. Daha sonra Qaradağ RPİ-nin istintaq şöbəsinin əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər, baxışın keçirilməsi ilə əlaqədar olaraq polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, həmin protokola imza etmiş və polis əməkdaşı tərəfindən hadisə yerinin şəkilləri çəkilmişdir. Ona ümumilkdə 23870 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda fərdi ticarətlə məşğul olur. Təxminən 10 ildir ki, özünə məxsus “Binə” ticarət mərkəzində sıra 7 A, korpus 4, 29 nömrəli mağazada qadın paltarlarının satışı ilə məşğul olur. Son 2 ildə pandemiya şəraiti ilə əlaqədar olaraq mağaza əksər vaxtlarda bağlı qalmış, arada bir özü nəzarət üçün mağazaya gedib baxmışdır. Mağazada mühafizəçi olmasa da ticarət mərkəzinin hər bir yerində təhlükəsizlik kameraları mövcuddur, həmçinin bazarın mühafizə xidməti də gecə sıralara nəzarət edir. 2021-ci ilin iyul ayının ortalarında mağazanı açıb orada olan mallara baxmışdır. Qalan vaxtlarda ticarət mərkəzinin rəhbərliyi tərəfindən mağazaya möhür vurulduğu üçün girib mallarına nəzarət edə bilməmişdir. 17 sentyabr 2021-ci il tarixdə icarə haqqını verib mağazanı açmışdır. Həmin gün saat 11:00 radələrində mağazanın 2-ci mərtəbəsində yerləşən geyim əşyaları olan anbara baxmaq üçün ora qalxdıqda mağazanın yerləşdiyi sıranın elektrik blokunun olduğu yerdən pilləkənlə qalxıb mağazanın kərpic divarlarını sökmək yolu ilə daxil olunub anbardan geyim əşyalarının oğurlanmasını müəyyən etmişdir. Oğurlanmış geyim əşyalarını sonuncu dəfə təxminən iyul ayının ortalarında görmüşdür. Oğurluq etmiş şəxs hər biri 42,5 manat dəyərində olan 200 ədəd uzun və orta boylu qadın yupkalarını oğurlamaqla ona ümumilikdə 8500 manat maddi ziyan vurmuşdur. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 10 il olar ki, tanıyır, onunla yaxşı münasibətləri olmuşdur. Qulunu tanıyandan o, ticarətlə məşğul olur. 2012-ci ildən o da Zərərçəkmiş şəxs1 yanında «Binə» ticarət mərkəzində satıcı işləyir. Zərərçəkmiş şəxs1 kişi alt paltarlarının ticarəti ilə məşğul olur. Zərərçəkmiş şəxs1 Qaradağ rayonu ərazisində yerləşən «Binə» ticarət mərkəzində 4-cü korpusda 8-ci sırada 188 nömrəli 2 mərtəbəli anbarı vardır. Həmin anbarın hər iki mərtəbəsində kişi alt paltarları malları vardır. Həmin anbarda təxminən 200000 manata yaxın mal vardır. 25 iyun 2021 -ci il tarixdə səhər saatlarında o, anbara gəlmiş və görmüşdür ki, birinci mərtəbədə mal azdır və bu barədə zəng edib Quluya məlumat vermiş, Qulu da gəlib baxmış və həqiqətəndə görmüşdür ki, mallar azalmışdır. Bundan sonra onlar həmin anbarın elə «Binə» ticarət mərkəzində başqa bir yerə köçürtmək qərarına gəlmişlər. 29 iyun 2021-ci il tarixdə o, yenədə səhər saatlarında gəlib anbarı açmış və yenədə görmüşdür ki, mallar bir xeyli azalmış və bu barədə zəng edib Quluya məlumat vermişdir. Daha sonra o, ikinci mərtəbəyə qalxanda orada malları boşaldan zaman görmüşdür ki, divarda böyük deşik açılıb və tam əmin olmuşdur ki, onlara məxsus olan malları həmin deşik vasitəsi ilə oğurlayıb aparmışlar. Daha sonra o və Qulu Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlib araşdırma aparmağa başlamışlar. Qulu oturub hesablamış və dəymiş maddi ziyanın dəyəri təxmini 40000 manata yaxın gəlib çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, lakin onunla elədə yaxın münasibətləri olmamış, çünki o sözə baxan adam olmamışdır. Qardaşı Nail onunla eyni ünvanda yaşayırmış, qardaşının məhkumluğu olmamışdır. Qardaşı Nail əvvəllər ofisiant işləmiş, lakin son zamanlar işləmək istəmədiyi üçün işdən çıxmış, elə həmin vaxt atası da əsəbiləşib onu özündən kənarlaşdırmışdır. 22 iyun 2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı həyətə daxil olan zaman görmüşdür ki, həyətdə yerdə bir çuval qara rəngli kişi alt paltarları var, lakin neçə çuval olduğunu o, görməmiş, yalnız bir çuvalı görmüşdür. Qardaşı Nail həmin alt paltarlarını qutulara yığırmış, o, qardaşından nə etdiyini soruşduqda ona topdan satışdan aldığını və satmaq üçün aldığını demişdir. Daha sonra qardaşı gedib markalı və dövlət nömrə nişanı yadında qalmayan ağ rəngli böyük avtomobil gətirib həmin malları avtomobilə yığmış və çıxıb getmiş, lakin hara getməsi və malları harada satacağı barədə ona heçnə deməmişdir. Qardaşı Nailin gətirdiyi avtomobilin sürücüsünü tanımamışdır. Sonuncu dəfə qardaşı ilə danışanda qardaşı pasportunu götürdüyünü, Türkiyə Respublikasına gedəcəyini və oradan ona zəng edəcəyini söyləmişdir. Həmin malların qardaşı Nail tərəfindən haradan əldə edilməsi barədə onda heç bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, özünə məxsus olan qara rəngli **-ZL-*** dövlət nömrə nişanlı Renault Meqan markalı avtomobili ilə taksi fəailiyyəti ilə məşğul olub ailəsini dolandırırmış. O, hər gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» ticarət mərkəzində 5-ci sıranın qarşısında dayanıb müştəri gözləyirmiş. Müştəri olanda isə müştərini aparıb yenidən həmin yerə qayıdırmış. 23 iyun 2021-ci il tarixdə saat 16 radələrində o, yenə də «Binə» ticarət mərkəzinin 5-ci sıranın qarşısında dayanmışdır. Bu zaman bir nəfər cavan oğlan ona yaxınlaşmış, yükü olduğu üçün onu metronun 20 Yanvar stansiyası yaxınlığına aparmasını xahiş etmişdir. O isə sözün açığı onu aparmaq fikrində olmamış, həmin şəxsə onu dediyi yerə 10 manata apara biləcəyini söyləmişdir. Həmin şəxs onunla razılaşmış, daha sonra həmin şəxs ondan avtomobilin yük yerini açmasını xahiş etmiş və o da avtomobilin yük yerini açmış, həmin şəxs arabasıyla 3- 4 böyük yaşıl rəngə bənzər kiplər gətirib avtomobilin yük yerinə yükləmişlər. Daha sonra onlar yola düşmüş və yolda həmin şəxs kiminləsə telefonla danışırmış, danışıb qurtardıqdan sonra onun avtomobilinə yüklədiyi malların oğurluq olması barədə ona məlumat vermiş, o isə həmin şəxsin bu sözünə təəccüblənmiş və avtomobilinə əyləşmiş tanımadığı şəxsin onunla zarafat etdiyini fikirləşmiş, həmin şəxsin normal bir şəxs olmadığını bilmişdir. Daha sonra danışdığı kimi həmin şəxsi gətirib metronun 20 Yanvar stansiyasının yaxınlığına və orada həmin şəxs onu avtovağzala aparmasını istəmiş və əlavə olaraq 5 manat da ödəniş edəcəyini demişdir. Belə olan halda həmin şəxslə razılaşmış və həmin şəxsi aparıb avtovağzalda düşürtmüş və 15 manat yol pulu almışdır. Avtovağzalda həmin şəxs oradan onu harasa aparması üçün başqa bir taksi ilə danışdığını görmüş, o, onun avtomobilindən kipləri düşürdən zaman kipin birinin açıldığını və orada kişi üçün maykalar olduğunu görmüşdür. Həmin şəxs ona mayka götürməsini və halal etdiyini bildirmiş, o isə həmin şəxsə haram maldan, halal olmaz sözünü demişdir. Daha sonra o, bazara gəlmiş və yenədə o, onun ona dediklərini fikirləşmişdir ki, bu insan ona niyə belə bir söz demişdir. Daha sonra 24 iyun 2021-ci il tarixdə səhər saat 08 radələrində o, bazara yəni «Binə» ticarət mərkəzinə və orada mühafizə polisinin komandirinə yaxınlaşıb və bu barədə ona məlumat vermişdir. Daha sonra onu Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər və bu barədə onu sorğu sual edib izahatını almışlar. O da başına nə gəlib hamısını danışmış, daha sonra polis bölməsində polis əməkdaşları ona bir nəfərin fotoşəklini göstərmişlər və o da görən kimi tanımış və onun kiplərlə apardığı müştəri bu adam olduğunu bildirmişdir. Həmin müştərinin harada yaşamasını və malları hara aparması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 il olar ki, taksi fəaliyyəti ilə məşğul olur. Mersedes markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edirmiş. O, həftədə 4 dəfə Göygöl və Gəncədən Bakı şəhərinə müştəri gətirib və Bakı şəhərindən eyni qaydada müştəri götürüb qayıdırmış. Nail adlı şəxsi o, təxminən 3 ay olar ki tanıyırmış, onunla onun heç bir münasibəti olmamışdır. Təxminən 3 ay haidəsədən əvvəl o, Bakı şəhərindən Gəncəyə qayıdan zaman Nail ilk dəfə onun avtomobilinə müştəri kimi əyləşmiş, lakin heç bir yük aparmamışdır. Yolda gedən zaman söhbət əsnasında o, Türkiyə Respublikasından Bakı şəhərinə mal vurduğunu bildirməklə ticarətlə bağlı söhbətlər etmişdir. Gəncə şəhərinə çatan zaman Nail düşüb getmişdir. Bundan sonra Nail 2 dəfədə onunla getmişdir. 2-ci dəfə Nail onunla birlikdə Gəncə şəhərinə gedən zaman özü ilə birlikdə xeyli mal aparmış, o, onu avtovağzaldan götürmüşdür. Nailin apardığı kişi alt paltarları olmuş və ilk dəfə Naili o, Gəncə şəhərinə aparıb düşürtmüş və o çıxıb getmişdir. 3-cü dəfə Nail onun avtomobilinə minib mallarını yükləmiş və Gəncə şəhərinə getdiyini bildirmiş, Ələt qəsəbəsinə çatan zaman Nail kiminləsə telefonla danışmış və o, belə başa düşmüşdür ki, həmin adam Nailə pul verə bilmir, ona görə də Nail avtomobili saxlamasını və düşüb getməsini bildirmişdir. Nail avtomobildən düşəndə 300 manat dəyərində ona kişi alt paltarı vermiş, demişdir ki, kişi alt paltarını satıb, borcuna çıxarsan sözünü demişdir.Nailin ona 80 manat borcu olmuş, o, Nailə 220 manat pul vermiş, həmin vaxt Nail ona demişdir ki, 300 manat borc ver, o da inanıb vermişdir. Nail ona bir telefon nömrəsi vermiş və Gəncə şəhərinə çatan zaman bu adama zəng etməsini və həmin şəxsin ona pulu verəcəyini bildirmişdir. Lakin o, Gəncə şəhərinə çatmış, nə qədər ona zəng etmiş, lakin telefona cavab verən olmamışdır. Daha sonra o, Nailə zəng etmiş, Nailə onun verdiyi nömrəyə zəng etməsini və zəng çatmamasını bildirmişdir. Nail ona Naxçıvana getdiyini və oradan pulu göndərəcəyini bildirmiş, lakin sonradan o, Naili tapa bilməmişdir. Nailin hansı tarixlərdə onunla Gəncə şəhərinə getməsi onun yadında qalmamış, amma təxminən bu söhbətlər 3 ay olar ki, baş vermişdir. Nail həmin kişi alt paltarlarını Türkiyə Respublikasından Bakı şəhərinə gətirirmiş. Nailin onun verdiyi alt paltarlarını o, hamısını müxtəli qiymətlərə satmış və ümumlikdə təxminən 500 manata yaxın pul əldə etmişdir. Şahid X3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, giriş 11, sıra 11 mağazada nömrə 3 ünvanında yerləşən “Grand Qafqaz” ticarət mərkəzində paltarların satışı ilə məşğul olur. Təxminən bir ay əvvəl bazara bir nəfər tanımadığı şəxs gələrək qadın üst xəz geyimlərinin satışı ilə məşğul olduğunu və ucuz qiymətə satdığını bildirmişdir. O, ondan qiymətini soruşduğunda bir ədədinin 15 manat dəyərində olduğunu ona bildirdikdə o, ondan 10 ədəd xəz geyimləri istəmişdir. Təxminən 10 dəqiqə sonra o, əlində 10 ədəd xəz geyimləri ilə onun yanına qayıdıb gəlmişdir. Həmin şəxsdən əşyaların oğurluq olub-olmaması barədə soruşduqda o, ona mobil telefon nömrəsini verib adının Nail olduğunu söyləyib hər hansı problem baş verdiyində onunla əlaqə saxlaya biləcəyini ona demişdir. O, ona 150 manat pul ödəyərək 10 ədəd xəz geyimlərini ondan almışdır. Hazırda həmin əşyalar ondadır və həmin xəz geyimlərini təqdim edə biləcəyini bildirmişdir. X5 cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən maddi sübutlar olan 10 ədəd xəz geyimlərini könüllü olaraq istintaq orqanına təqdim etmişdir. İş üzrə maddi sübut olan 02 ədəd üzərində “Yiyufushi” yazıları olan boz rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkcəsi, 01 ədəd üzərində “Yiyufushi” yazıları olan qəhvəyi rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkcəsi və 07 ədəd üzərində “Yiyufushi” yazıları olan qara rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkcəsi zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli 9/4650 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 500,0 manat müəyyən edilir. O, cümlədən:
1. 02 ədəd üzərində “Yiyufushi” yazıları olan boz rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın üçün gödəkcə-100,0 manat (02 ədəd x 50 manat);
2. 01 ədəd üzərində “Yiyufushi” yazıları olan qəhvəyi rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın üçün gödəkcə-50,0 manat;
3. 07 ədəd üzərində “Yiyufushi” yazıları olan qara rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın üçün gödəkcə-350,0 manat (07 ədəd x 50 manat). Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edimədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi oğurluqlar nəticəsində vurulmuş maddi ziyanlarla bağlı heç bir ödəniş etməmiş və buna dair hər hansı bir formada cəhd belə göstərməmişdir. Məhkəmə bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 05.12.2021-ci il tarixdə tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan 02 ədəd üzərində “Yiyufushi” yazıları olan boz rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkcəsi, 01 ədəd üzərində “Yiyufushi” yazıları olan qəhvəyi rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkcəsi və 07 ədəd üzərində “Yiyufushi” yazıları olan qara rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkcəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 71 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 05 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut olan 02 ədəd üzərində “Yiyufushi” yazıları olan boz rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkçəsinin, 01 ədəd üzərində“Yiyufushi” yazıları olan qəhvəyi rəngli, içərisi astarlı, qolsuz, süni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkçəsinin və 07 ədəd üzərində “Yiyufushi” yazıları olan qara rəngli, içərisi astarlı, qolsuz, suni xəz materialından olan təzə vəziyyətdə qadın gödəkçəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisələri nəticəsində onlara dəymiş maddi və ya mənəvi ziyanların ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 oğlunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov