Məhkəmə qərarları › İş №1(002)-72/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-72/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-72/2023 28.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə bir ədəd qara rəngli sellofan torbanın içərisində 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı, 02 ədəd bükümdə narkotik vasitə heroini və 02 ədəd bükümdə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 oktyabr 2022-ci il tarixdə saat 01:30-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində xidmət edən Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli aparmasına görə saxlanılaraq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edilib orada xidməti otaqlardan birində videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman sağ əlində tutduğu qara rəngli sellofan torbanın içərisindən 05 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 4,805 qram, 30,840 qram, 33,667 qram, 51,360 qram və 2,270 qram olmaqla, ümumi təmiz çəkisi 122.942 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 02 ədəd şəffaf sellofona bükülmüş vəziyyətdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,368 qram və 0,857 qram olmaqla, ümumi təmiz çəkisi 1,225 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd şəffaf sellofona bükülmüş vəziyyətdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,460 qram və 0,394 qram olmaqla, ümumi təmiz çəkisi 0,854 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləməmişdir. O, təxminən 01 ilə yaxın müddətdir, narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamindən iyləmək və çəkmək yolu ilə qəbul etmişdir. 05 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində küçə ilə hərəkət edərkən, yolun kənarında bir ədəd qara rəngli sellofan torba görmüş, həmin torba diqqətini cəlb etdiyi üçün yaxınlaşıb içərisinə baxdıqda, torbanın içərisində müxtəlif növ narkotik vasitə olmasını görmüşdür. O, torbanı götürüb dəniz kənarı ilə gedərək düşünmüşdür ki, həmin narkotik vasitədən özü istifadə edər. Təxminən saat yarım dəniz kənarında fikirləşib qərara gəldikdən sonra 06 oktyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində ünvan 3 ünvana gedən zaman polis avtomobili onun yanında saxlamışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona özünü təqdim etməsini bildirmişlər. O, özünü polis əməkdaşlarına Təqsirləndirilən şəxs kimi təqdim etmiş, lakin üzərində hər hansı bir sənədi olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onun üzərində qanunsuz hər hansı bir əşya olub-olmadığını soruşduqda, o, artıq polis əməkdaşlarına yalan danışmağın mənasız olduğunu düşünüb səmimi olaraq etiraf etmişdir ki, əlindəki qara rəngli sellofan torbada narkotik vasitə vardır. Polis əməkdaşları onu Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə dəvət etmişlər, 38-ci PB-də hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş və barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilərək, hüquq və vəzifələri izah olunmuşdur. Xidməti otaqların birində dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış aparılmış və axtarış zamanı videoçəkilişdən istifadə edəcəklərini bildirmişlər. O, polis əməkdaşları ilə razılaşmış, əvvəlcə ona təklif etmişlər ki, üzərində olan əşyaları masanın üzərinə qoysun. O, əlində olan qara rəngli sellofanı masanın üzərinə qoymuş, həmin sellofanın içərisində 05 ədəd şəffaf sellofanda və 04 ədəd şəffaf sellofanda balaca bükümlər aşkar edilmişdir. Birinci 05 ədəd şəffaf sellofan bükümlər polis əməkdaşları tərəfindən açıldıqda, içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra 04 ədəd şəffaf sellofanda balaca bükümlər açılmış, həmin bükümlərin ikisinin içərisində psixotrop maddə metamfetamin və digər iki bükümün içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar edilmiş narkotik vasitələri haradan əldə etdiyini ondan soruşduqda, o, polis əməkdaşlarına aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamini Sahil qəsəbəsində yolun kənarında yerdən tapdığını bildirmişdir. Əvvəllər narkotik vasitələri Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” kimi tanınan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manat müqabilində almışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, şəxsi axtarış keçirilərkən də polis əməkdaşlarına həmin narkotik vasitələri şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. O əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamışdır, lakin üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdıqdan sonra həmin torbanın içərisində çoxlu sayda bükülmüş bükümlərin içərisində narkotik vasitə olduğunu görmüş və düşünmüşdür ki, həmin narkotik vasitələrdən özü istifadə edər. Narkotik vasitə istifadə etməyindən ailə üzvlərinin xəbəri olmamış, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, onun həmin narkotik vasitələrdən istifadə etmək niyyəti olub. İstifadəçisidir. Müstəntiq özü onun yerinə ifadə yazıb. O, ifadəsini oxumadan imzalamışdır. O, yazıb-oxuya bilmir. O, narkotik vasitəni satmaq niyyətində olmamışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ***-***-**-** mobil nömrə ona məxsus olmuşdur. "xxxx" MMC-dən alınmış həmin mobil nömrə ilə olan mesajlaşmalarda həmin şəxslərlə birlikdə narkotik qəbul etdiyindən onlarla narkotik barədə söhbəti olmuş, lakin satış niyyəti olmamışdır. O, öz ifadəsində son olaraq CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olduğunu və həmin uşaqlara görə aliment ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə saat 01:30 radələrində bölmənin sahə rəisi, polis mayoru Şahid3 və növbətçi sürücüsü polis baş serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində xidmətdə olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə özünü təqdim etməyi təklif etmişlər, bu zaman həmin şəxs onların suallarına cavab verərkən, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, üzərində heç bir şəxsiyyətini təsdiq edən sənədi olmadığını bildirmiş, lakin sonuncunun gözlərinin axmasını, davranışları, eləcə də, həyacanlanmasını və verilən suallara qeyrimüəyyən cavab verməsi ilə onların şübhələrini daha artırmışdır. Onlar həmin şəxsi Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə dəvət edib növbətçi təhqiqatçının xidməti otağına aparmışlar. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından, təhqiqatçı Ramin Vəkilov tərəfindən şübhəli şəxs qismində tutulmuş, polis bölməsinə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosundan vəkil X11 dəvət edilmişdir. Sonra polis bölməsində bölmənin təhqiqatçısı tərəfindən onların və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa masanın üzərinə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya olmadığını, lakin sağ əlində tutduğu qara rəngli sellofan torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs sağ əlində olmuş qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq, içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilmiş, torbanın içərisində spesifik iyli, yaşıl rəngli ot kütləsi olan narkotik vasitə marixuanaya bənzər 05 (beş) ədəd şəffaf torba, içərisində tünd qəhvəyi rəngli heroinə bənzər maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş büküm, içərisində psixotrop maddə metamfetaminə bənzər kristal formalı, ağ rəngli maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin torbanı, içərisindəki 05 ədəd şəffaf sellofan və 04 ədəd şəffaf sellofana bükülmüş bükümlə birgə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Qaradağ rayonu, Sahil qəsəbəsində yolun kənarından tapdığını, kiçik bükümlərin içərisində «kokos» kimi tanıdığı narkotik vasitə heroin və «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, iri torbaların içərisində isə «nəşə» kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də üzərindən heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. Sonda Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 05 (beş) ədəd şəffaf torba, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş büküm və içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş bükümlər təhqiqatçı tərəfindən ayrı-ayrılıqda boş zərflərdə qablaşdırılaraq götürülmüş, zərflər DİN-ə aid 47 saylı möhür çıxarımı ilə möhürlənmiş, o da digər iştirakçılar kimi, zərflərə, bu barədə tərtib edilmiş protokola imza etmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcədə 38ci Polis bölməsində üzərində axtarış və götürmə aparılarkən, sonuncuya qarşı heç bir formada təzyiq edilməmişdir. Təqsirləndirilən şəxsla qanun çərçivəsində rəftar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə saat 01:30 radələrində Bölmənin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və növbətçi sürücüsü polis baş serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində xidmətdə olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə özünü təqdim etməyi təklif etmişlər, bu zaman həmin şəxs onların suallarına cavab verərkən, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, üzərində heç bir şəxsiyyətini təsdiq edən sənədi olmadığını bildirmiş, lakin sonuncunun gözlərinin axmasını, davranışları, eləcə də, həyacanlanmasını və verilən suallara qeyrimüəyyən cavab verməsi ilə onların şübhələrini daha artırmışdır. Onlar həmin şəxsi Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə dəvət edib növbətçi təhqiqatçının xidməti otağına aparmışlar. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından, təhqiqatçı Ramin Vəkilov tərəfindən şübhəli şəxs qismində tutulmuş, polis bölməsinə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosundan vəkil X11 dəvət edilmişdir. Sonra polis bölməsində bölmənin təhqiqatçısı tərəfindən onların və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa masanın üzərinə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya olmadığını, lakin sağ əlində tutduğu qara rəngli sellofan torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs sağ əlində olmuş qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq, içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbaya baxış keçirilmiş, torbanın içərisində spesifik iyli, yaşıl rəngli ot kütləsi olan narkotik vasitə marixuanaya bənzər 05 (beş) ədəd şəffaf torba, içərisində tünd qəhvəyi rəngli heroinə bənzər maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş büküm, içərisində psixotrop maddə metamfetaminə bənzər kristal formalı, ağ rəngli maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin torbanı, içərisindəki 05 ədəd şəffaf sellofan və 04 ədəd şəffaf sellofana bükülmüş bükümlə birgə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Qaradağ rayonu, Sahil qəsəbəsində yolun kənarından tapdığını, kiçik bükümlərin içərisində «kokos» kimi tanıdığı narkotik vasitə heroin və «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, iri torbaların içərisində isə «nəşə» kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də üzərindən heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. Sonda Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan 05 (beş) ədəd şəffaf torba, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş büküm və içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş bükümlər təhqiqatçı tərəfindən ayrı-ayrılıqda boş zərflərdə qablaşdırılaraq götürülmüş, zərflər DİN-ə aid 47 saylı möhür çıxarımı ilə möhürlənmiş, o da digər iştirkçılar kimi zərflərə, bu barədə tərtib edilmiş protokola imza etmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcədə 38ci Polis bölməsində üzərində axtarış və götürmə aparılarkən, sonuncuya qarşı heç bir formada təzyiq edilməmişdir. Təqsirləndirilən şəxsla qanun çərçivəsində rəftar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin sürücüsü polis baş serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1147 saylı, 06 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «…1.imza… 4.imza.. R.Vəkilov…» yazılan zərfdə 5 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,805 qr, 30.840 qr, 33,667 qr, 51,360 qr və 2,270 qram olmaqla, ümumi çəkisi 122,942 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi-122,942 qram, tədqiqata sərf edilən miqdar-0,25 qram, qalıq-122,692 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 6/5742 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1. İmza…4. İmza R.Vəkilov.» yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,368 qr. və 0,857 qr. olmaqla, ümumi çəkisi 1,225 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,460 qr, 0,394 qram olmaqla ümumi çəkisi 0,854 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi çəkisi-1,225 qram, tədqiqata sərf edilən miqdar-0,1 qram, qalıq- 1,125 qram. Metamfetaminin ümumi çəkisi-0,854 qram, tədqiqata sərf edilən miqdar-0,1 qram, qalıq-0,754 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1202 saylı, 25 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…1. imza… 2.imza R.Vəkilov» yazılan paketdə 5 ədəd şəffaf sellofanda ümumi çəkisi 122,692 qram olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın ümumi çəkisi-122,962 qram, tədqiqata sərf edilən miqdar-0,25 qram, qalıq-122,442 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2022-ci il tarixli, 6/6077 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «1.imza…4.imza R.Vəkilov.» yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə olan heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir, 2 ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Qeyd: heroinin ümumi çəkisi-1,125 qram, tədqiqata sərf edilən miqdar-0,1 qram, qalıq-1,025 qram. Metamfetaminin ümumi çəkisi-0,754 qram, tədqiqata sərf edilən miqdar-0,1 qram, qalıq-0,654 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 6483 saylı, 31 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zaman Təqsirləndirilən şəxs Opioidlərin, Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ayırı-ayrılıqda hər birinin təmiz çəkisi 4,805 qram, 30,840 qram, 33,667 qram, 51,360 qram və 2,270 qram olmaqla, ümumi çəkisi 122.942 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, ayrı-ayırılıqda hər birinin təmiz çəkisi 0,368 qram və 0,857 qram olmaqla, ümumi çəkisi 1,225 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılqda hər birinin təmiz çəkisi 0,460 qram 0,394 qram olmaqla, ümumi çəkisi 0,854 qram olan ağ rəngli, kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin 30 noyabr 2022-ci il tarixdə tərəfimdən iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 122,442 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 1,025 qram olan heroin və qalıq çəkisi 0,654 qram olan psixotrop maddə metamfetamin iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X8 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan hüquq-vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanı masanın üzərinə qoyur və təhqiqatçı tərəfindən həmin torbaya baxış keçirilir. Baxış zamanı həmin torbanın içərisindən 05 (beş) ədəd nisbətən iri ölçülü, şəffaf sellofan paketlərdə tünd yaşıl rəngli bitki kütlələri, eyni zamanda 02 (iki) ədəd kiçik ölçülü, şəffaf sellofana bükülmüş bükümlərdə ağ rəngli kristal şəkilli və 02 (iki) ədəd kiçik ölçülü, şəffaf sellofana bükülmüş bükümlərdə qəhvəyi rəngli tozşəkilli maddələr aşkar olunaraq götürülür. Təhqiqatçı tərəfindən sorğu-sual edilən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi qara rəngli sellofan torbanı içərisindəki maddələrlə birlikdə tutulmamışdan bir gün əvvəl, yəni 05 oktyabr 2022-ci il tarixdə Sahil qəsəbəsində trassda, yol qırağından tapdığını, içərisində narkotik vasitələr olduğuna görə onları istifadəsi üçün götürərək üzərində daşıdığını bildirir. Həmin maddələrin nə olması barədə verilən suallara cavab olaraq isə, Təqsirləndirilən şəxs ağ rəngli kristalşəkilli maddələrin «şüşə», tünd yaşıl rəngli, bitki mənşəli kütlələrin narkotik vasitə «nəşə» və qəhvəyi rəngli maddələrin «kakos» olduğunu bildirir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması, lakin sonuncunun üzərindən heç bir əşyanın aşkar edilməməsi müşahidə olunur. Sonda aşkar edilmiş kütlələr və maddələr təhqiqatçı tərəfindən boş zərflərə yığılaraq qablaşdırılır, iştirakçılar tərəfindən zərflərin üzərinə imza icra olunur və zərflərin möhürlənməsi videogörüntü zamanı qeydə alınır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 119 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri xx.xx.1952-ci il tarixdə doğulmuş atası X4, xx.xx.1958-ci il tarixdə doğulmuş anası X3, xx.xx.2008-ci il tarixdə doğulmuş qızı Fatimə Həşimovadan, xx.xx.2014-cü il tarixdə doğulmuş oğlu İlyas Həşimovdan, bacısı, qardaşı və qardaşı arvadından ibarətdir. İş materiallarında olan 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşadığı müddətdə özünü nizam-intizamlı bir vətəndaş kimi tanıtmış, qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş sms məlumatlarından görünür ki, ********** saylı nömrədən “Hüseyn başımı xarab elədi, gəlim qaıdan ver gedim”, ***-***-**-** saylı nömrədən “Samir qaqa, danışmadın? 50 AZN-lik əmələ gələr? Alınar ?, ***-******* saylı nömrədən “Samir qardaşım 10 manat day da mne brat xotyabi cəhənnəmə brat now belə eliyirsen qorirsen vezyetim pisdi....” ********** saylı nömrədən “Hardadı?”, götürdüm mendadi gaga” və s, mesaj mətnləri, həmçinin bank kartı məlumatlarının dəfələrlə atılması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs ********** saylı nömrədən “Hüseyn başımı xarab elədi, gəlim qaıdan ver gedim”, ***-***-**-** saylı nömrədən “Samir qaqa, danışmadın? 50 AZN-lik əmələ gələr? Alınar ?, ***-******* saylı nömrədən “Samir qardaşım 10 manat day da men brat xotyabi cəhənnəmə brat now belə eliyirsen qorirsen vezyetim pisdi...” ********** saylı nömrədən “Hardadı?”, götürdüm mendadi gaga” və s, mesaj mətnləri, həmçinin bank kartı məlumatlarının dəfələrlə atılması müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif narkotik vasitə və psixotrop maddələrə aid olan, ayrı-ayrılıqda 4,805 qram, 30,840 qram, 33,667 qram, 51,360 qram və 2,270 qram olmaqla, ümumi təmiz çəkisi 122.942 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 02 ədəd şəffaf sellofona bükülmüş vəziyyətdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,368 qram və 0,857 qram olmaqla, ümumi təmiz çəkisi 1,225 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd şəffaf sellofona bükülmüş vəziyyətdə ayrıayrılıqda hər birinin təmiz çəkisi 0,460 qram və 0,394 qram olmaqla, ümumi təmiz çəkisi 0,854 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüş və həmin maddələr şəxsi istehlak miqdarından kifayət qədər çox olmuşdur. Bundan başqa sms mətnlərinin məzmunundan da göründüyü kimi təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən yazışmalar mövcuddur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlini qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 06 oktyabr 2022-ci il tarixdə saat 01:50-də şübhəli şəxs kimi tutulmuş və 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1 qalıq çəkisi 122,442 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 1,025 qram olan heroin və qalıq çəkisi 0,654 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 352 (üç yüz əlli iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1 qalıq çəkisi 122,442 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 1,025 qram olan heroin və qalıq çəkisi 0,654 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 352 (üç yüz əlli iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar