Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-73/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri olan binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X4 ilə birlikdə xx xxx 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsi, yeni massivdə yerləşən saxlanc yeri olan “Manqal” restoranına plastik pəncərədən qanunsuz daxil olmaqla oradan dəyəri 1200 manat təşkil edən bir ədəd “Samsung” markalı plazma televizor və bir ədəd dəyəri 250 manat təşkil edən videokameranın blok aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında həbsdən azad edildikdən sonra işsiz olmuş və maddi vəziyyəti pis olmuşdur. Vüsal Qədirov onun qonşusudur və o arada bir narkotik vasitələrdən istifadə edir. 2020-ci ilin may ayında ona və Vüsala təcili pul lazım olmuş, lakin heç bir yerdən pul tapa bilməmişlər. Bu səbəbdən də birlikdə oğurluq etmək qərarına gəlmişlər. xx xxx 2020ci il tarixə keçən gecə saat 03 radələrində Qaradağ rayonu Puta qəsəbəsində gəzən zaman qarşılarına qonşu Ayazın işlətdiyi “Manqal” restoranı çıxmış və o, Vüsalla birlikdə həmin restorandan oğurluq etmək qərarına gəlmişlər. İlk öncə Vüsal restoranın plastik pəncərəsini dəmir alətlə açmış və içəri daxil olmuş, onun ardınca isə o, içəri daxil olmuşdur. Restoranda bir qədər gəzdikdən sonra Vüsal divardan asılmış vəziyyətdə olan bir ədəd “Samsung” markalı televizoru yerindən çıxarmış və onlar televizoru götürüb çıxıb getmişlər. Həmçinin onlar həmin vaxtı orada olan videoaparat blokunu da oğurlamışlar. Oğurluqdan bir gün sonra o, dayısı oğlu Zaura zəng edib bir ədəd “Samsung” markalı televizor olduğunu, həmin televizoru satmaq istədiklərini demişdir. Vüsal isə Zaura anasının vəziyyətinin pis olduğunu, buna görə də pula ehtiyacı olduğunu bildirərək, televizoru ona görə satdığını, qiymətinin isə 100 manat olduğunu bildirmişdir. Onlar televizorun alqı-satqısı barədə razılaşmışlar və buna görə də Zaur Puta qəsəbəsinə gəlmişdir. Lakin Zaur onlara 90 manat pul verərək, televizoru aparmışdır. Zaurun televizorun oğruluq olmasından məlumatı olmamışdır. Zaurun verdiyi 90 pulu o, Vüsalla arasında bölmüşlər. Həmin puldan siqaret almışlar, qalan pulu isə öz ehtiyaclarına xərcləmişlər. Son olaraq törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Orucəli oğlu ifadəsində göstərmişdir ki, Qaradağ rayonu Puta qəsəbəsində yerləşən “Manqal” restoranını 6 ilə yaxın müddətdir ki, icarə əsasında işlədir. Həmin restorana təxminən 2 ilə yaxındır ki, 1200 manata “Samsung” markalı televizor almışdır. Həmin televizoru o, restoranın zalında divardan asmışdır. 2020-ci ilin mart ayının 16-dan koronavirus xəstəliyi ilə bağlı o, restoranı bağlamaq məcburiyyətində qalmışdır, lakin hər gün gedib restorana baş çəkmişdir. xx xxx 2020-ci il tarixdə səhər saat 08 radələrində restorana gəlmiş və içəri daxil olarkən televizorun oğurladığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, oğurluq edən şəxs restoranın arxasında plastik pəncərəni dəmir alətlə açıb oradan içəri daxil olmuşdur. Həmin vaxt pandemiya dövrü olduğundan o şikayət etməmişdir. Amma bununla yanaşı özü çalışmışdır ki, oğurluq edən şəxsləri axtarıb tapsın. Bunun üçün müxtəlif televizor alqı-satqısı ilə məşğul olan yerlərə baxmış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Lakin o, sonradan öyrənmişdir ki, onun restoranından oğurlanan televizoru Zaur adlı şəxs almışdır. O, həmin şəxsi taparaq, onunla söhbət etmişdir. Zaurla söhbət əsasında müəyyən olmuşdur ki, ona məxsus televizoru Zaurun qohumu Cəfər və Cəfərin dostu olan Vüsal adlı şəxs 90 manat müqabilində ona satmışlar. Zaur isə həmin televizoru “Lalafo” internet saytı vasitəsi ilə tanımadığı bir şəxsə satmışdır. Ona görə də o, xx xxxxxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə gələrək bu barədə ərizə yazmış və televizorun tapılmasında köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin həmin şəxslər televizordan başqa bir ədəd dəyəri 250 manat təşkil edən videoçəkiliş üçün nəzərdə tutulan videokameranın blok aparatını da oğurlamışlar. Bu oğurluq nəticəsində ona 1450 manat maddi ziyan dəymişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyə teleqram ünvanlayaraq, xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq dövründə vermiş olduğu ifadəsindən görünür ki, Cəfər onun bibisi oğludur, Vüsal isə Cəfərin dostudur və o, Vüsalı cəmi 2 dəfə görmüşdür. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Cəfər ona zəng edərək bildirmişdir ki, dostu Vüsalın bir ədəd «Samsung» markalı televizoru var və onu satmaq istəyir. O, ilk öncə almaq fikrinin olmadığını demiş, lakin sonradan Vüsal telefonu götürərək anasının xəstə olduğunu, vəziyyətinin pis olduğunu və özünəməxsus olan televizoru satmaq istədiyini demiş və ondan almasını xahiş etmişdir. Buna görə də o, razılaşmışdır. Ona görə də o, Puta qəsəbəsinə gedib Vüsal və Cəfərlə görüşmüş, Vüsal əlində olan televizoru ona göstərmiş və o, televizora baxanda görmüşdür ki, televizorun ekranında çat var. Buna görə də televizoru almaqda tərəddüd etmişdir. Lakin Vüsal yenə də ondan almasını xahiş etmiş anasının ehtiyaclarını ödəmək üçün pul lazım olduğunu demişdir. O da 90 manat pulu Vüsala verib, televizoru almışdır. Daha sonra görmüşdür ki, televizoru istifadə edə bilməyəcəkdir. Ona görə də Tap.az internet saytı vasitəsi ilə 200 manata tanımadığı şəxsə satmışdır. Televizorun oğurluq olduğunu bilsəydi heç bir vaxt almazdı. Onun bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 33) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-134/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesalanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 55-57) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən və İsmayıllı Rayon Məhkəməsinin 1(037)-04/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2016-cı il tarixdən hesablanmışdır. xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 58- 59, 63-72) Sübutların qiymətləndirilməsi, cinayət işindən başqa bir cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş üzrə Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194 və 177.2.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və bu material ayrılaraq prokurorluğa göndərilmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işindən qərarın təsviri hissəsində göstərilən xüsusatlara görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (i.v. 77-81) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Orucəli oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidin məhkəmədə tədqiq olunmaqla elan olunmuş iş materiallarında olan ifadəsi, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqlatörədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırmasını (CM-59.1.13) və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) törətdiyi əməli səmimi etiraf edərək, peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Cəfərov X3 Rayon Məhkəməsinin 1(037)-04/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli hökmü ilə cəzasını xx xxxxxx 2020-ci il tarixdə çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lakin, cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (residivin olması) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu tarixdən hesablanmalı (CM-nin 69.3, CPM- 158.2.1, 158.6), Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə də dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səkksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirimi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səkksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirimi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-73/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-73/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver