Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-73/2023 08.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Belə ki, o, tanışı X1 başqa şəxsləri işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu E.E.Əsgərzadəyə verdiyi 26.000 manatı Zərərçəkmiş şəxs1 almaq barədə X3 ilə razılaşaraq həmin danışıqlarda əvvəldən iştirak edən Şahid ilə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 23:00 radələrində idarə etdiyi “Xəzər” markalı, “SD” modelli, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən 16 B nömrəli binanın həyətinə gəlmişdir. Şahid telefon zəngindən sonra onların olduğu avtomobilə əyləşmiş Zərərçəkmiş şəxs1 özünü özbaşınalıq edərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək sonuncudan onun barəsində 26.000 manatı vermiş şəxslərin, yəni həmin pulların sahiblərinin şikayəti əsasında işlədiyi xidmətdə araşdırma aparıldığını, həmin şəxslərin pullarının qaytarılmasının vacib olduğunu, onun pulu qaytarmadığı təqdirdə barəsində tədbir görüləcəyini bildirmiş, eyni niyyətlə, təkrarən xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə “Votsap” sosial şəbəkəsində danışaraq sonuncuya “Salam, sizin bu gün vaxtınız var? bu pul məsələsi ilə bağlı mütləq görüşməliyik heç kimin xəbəri olmamaq şərtilə 1-2 sualım olacaq dəftərimdə qeyd etməliyəm. İşlər rəsmi olsa Sizi də zərərçəkmiş şəxs kimi görsədək?” məzmunlu sözlər yazaraq öz əməlini özbaşınalıq edərək davam etdirmiş, eyni niyyətlə, təkrarən xx.xx.2021ci il tarixdə, saat 21:00 radələrində Şahid ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanına gələrək Zərərçəkmiş şəxs1 və sonuncunun anası Zərərçəkmiş şəxs2 özünü yenidən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək 26.000 manatın sahiblərinin onun işlədiyi quruma şikayət etdiklərini təkrarən bildirmiş, Zərərçəkmiş şəxs1 pulu geri ödəmədiyi təqdirdə sonuncunun cəzaçəkmə müəssisəsinə göndəriləcəyini deyərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Zərərçəkmiş şəxs1 və S.A.Əsgərovanın hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ona ünvanlanmış sualları cavablandırarkən göstərmişdir ki, dost kimi yaxşı münasibətdə olduğu, sosial şəbəkə vasitəsilə tanış olduğu X2 4 ilə yaxın müddətdir ki, tanıyır. Həmçinin qeyd etmişdir ki, Şahid E.V.Nağdəliyev vasitəsilə tanımışdır. Onunla münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs1 isə Şahid görə tanımışdır. Belə ki, əvvəllər, təxminən bu hadisədən 1 il qabaq 2 dəfə Şahid sifarişi ilə Zərərçəkmiş şəxs1 Sulutəpə qəsəbəsinin dairəsindən Qaradağ rayonuna evlərinə aparmışdır. 17 dekabr 2021-ci il tarixdə saat 12-13 radələrində E.V.Nağdəliyevlə görüşdükləri vaxt, sonuncu ona Şahid tanışı Zərərçəkmiş şəxs1 taışı olan şəxsə bir nəfər şəxsi işlə təmin etmək məqsədilə 26000 manat pul verdiyini, sonra həmin adamın onları aldadaraq vədinə əməl etmədiyini və götürdüyü pulları geri qaytarmadığını bildirmişdir. E.V.Nağdəliyevin danışdıqlarından sonra ona əsəbləşmiş, 2000 manata yaxın əmək haqqı aldığı halda belə işlərlə məşğul olmasının düzgün olmaması barədə iradını bildirmişdir. Bundan sonra E.V.Nağdəliyev ondan əvvəl hüquq mühafizə orqanlarında işləmiş qardaşı Orxanın nə kimi kömək edə biləcəyini soruşmuşdur. Qardaşı Orxanla üzləşdikləri problem barədə danışarkən ona E.V.Nağdəliyevin hüquq mühafizə orqanlarına müraciət etməsini demişdir. Sonradan E.V.Nağdəliyevin xahişi ilə o, Şahid kömək etmək məqsədilə sonuncu ilə birlikdə əvvəlcə Zərərçəkmiş şəxs1 evinə gedib bu barədə danışmaq qərarına gəlmişdir. Özünə məxsus ağ rəngli minik avtomobilində Şahid ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı evə getmişlər. Şahid onunla əlaqə yaratdıqdan sonra Zərərçəkmiş şəxs1 aşağı düşmüş və ona məxsus maşında oturmuşdur. Maşında olarkən o, Zərərçəkmiş şəxs1 hadisəni bir qədər ciddiyə almasını, əks təqdirdə bu işlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunacağını, hazırki gedişatın Zərərçəkmiş şəxs1 üçün yaxşı olmayan hallarla nəticələnəcəyini demişdir. Zərərçəkmiş şəxs1 isə ona cavabında müvafiq banklardan kredit pul götürməklə işlə təmin olunmaq məqsədilə verilmiş pulu geri qaytaracağını demişdir. Zərərçəkmiş şəxs1 maşında olarkən anası Zərərçəkmiş şəxs2 gəlmiş, Zərərçəkmiş şəxs1 isə anasına gözləməsini, birazdan gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 həmçinin onlara hadisə barədə anasına məlumat verilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 təkrarən maşının qapısını açdıqda Zərərçəkmiş şəxs1 ona narahatlığa səbəb olmadığını demiş və onları anasına dostları kimi təqdim etmişdir. Növbəti gün o, Zərərçəkmiş şəxs1 mobil nömrəsinə mesaj göndərərək görüşməklərinin mühüm olduğunu bildirdikdə, Zərərçəkmiş şəxs1 ona həmin gün vaxtının olmadığını sabah görüşə biləcəyini yazmışdır. O, Şahid ilə birlikdə həmin gün Bakı şəhəri ərazisində olan polis bölmələrindən birinə şifahi qaydada müraciət edərək, polis əməkdaşına baş verənləri danışdıqda, həmin polis əməkdaşı baş verənlərlə bağlı şikayət edəcəkləri halda Zərərçəkmiş şəxs1 da ərizə təqdim edərək faktı təsdiqləməli olduğunu demişdir. Həmin gün axşam saat 20-21 radələrində Şahid ona zəng edərək demişdir ki, Zərərçəkmiş şəxs1 anasının ona zəng edərək qızının nə etdiyini bilmək istədiyini demiş və onları yaşadığı evə dəvət etmişdir. O, Şahid ilə birlikdə Zərərçəkmiş şəxs1 evinə getmişdir. Zərərçəkmiş şəxs1 evinə gedərkən qeydlər aparması üçün onun əlində kitabça olmuşdur. Həmin evdə olarkən o, Zərərçəkmiş şəxs1 bəzi suallar ünvanlamış, həmçinin kitabçasında qeydlər aparmışdır. Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 verdiyi məlumatlardan məlum olmuşdur ki, E.V.Nağdəliyevin dediyi 26000 manatın 6000 manatı Zərərçəkmiş şəxs1 olmuş və anası həmin pulu qaytaracağını onlara bildirmişdir. Zərərçəkmiş şəxs1 evinə getməkdə onun hər hansı məqsədi və marağı olmamış, sonuncunun ifadəsində qeyd olunanlar ilə razılaşmır, belə ki, Zərərçəkmiş şəxs1 ona məxsus maşına könüllü olaraq əyləşmiş, o, özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. İş üzrə zərərçəkmiş şəxslər də E.V.Nağdəliyev tərəfindən aldanılmışlar, onun özünün də xəbəri olmadan və həmin şəxslərlə görüşməmişdən öncə onlara həmin qurumun əməkdaşı kimi təqdim edilmişdir. Hətta ona məxsus mobil nömrəni telefonun yaddaşında Azərbaycan Respublikası DTX əməkdaşı kimi qeyd etmiş və Zərərçəkmiş şəxs1 göndərmişlər. Şahid onu həmin xidmətin əməkdaşı kimi Zərərçəkmiş şəxs1 təqdim edərkən isə, o, nə təsdiq nə də təkzib etməmişdir. Zərərçəkmiş şəxs1 zəng edib, mesaj yazması onun gənc xanım olduğunu nəzərə alaraq, üzləşdiyi problemlərdə köməklik göstərmək məqsədilə olmuşdur. İfadəsinə əlavə olaraq, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etmiş və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı olmasa da zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayından qızı Zərərçəkmiş şəxs1 evdə tez-tez ağladığına görə problemləri olduğunu hiss etmişdir. 16 dekabr 2021-ci il tarixdə təxminən saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 zəng gəldikdən sonra o, təlaşla evdən çıxmışdır. Qızının bu vəziyyətindən narahat olduğu üçün o da onun arxasınca çıxmışdır. Həyətdə dayanmış maşına yaxınlaşdıqda qızınının həmin maşında olduğunu görmüş maşının arxa qapısını açaraq hansı səbəbdən maşında oturduğunu və maşının ön oturacaqlarında oturmuş şəxslərin kimlər olduğunu qızından soruşmuşdur. Qızı ona narahatlığa səbəb olmadığını, həmin şəxslərin Azərbaycan Respublikasının DTX-nin əməkdaşı olduğunu bildirmiş, onlar isə etiraz etməmişlər. Həmin vaxt onun ümumiyyətlə nə baş verməsindən məlumatı olmamışdır. Qızı həmin şəxsləri ona Azərbaycan Respublikasının DTX-nin əməkdaşı kimi təqdim etdikdə o, onlar barədə evinin yaxınlığında yerləşən həmin Xidmətin müvafiq idarəsindən məlumat əldə biləcəyini və qızı ilə görüşmələrinin səbəbini öyrənə biləcəyini dedikdə onlar şəhərdən gəldiklərini bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, qızı Zərərçəkmiş şəxs1 Sənan adlı tanışına verilmiş 6000 manat pulun geri qaytarılması tələb olunur. Qızı yaranmış problemlərdən narahatlıq keçirdiyindən əlində olan damarları kəsməklə özünə xəsarət yetirmişdir. Qızının keçirdiyi narahatlığı gördükdə həmin 6000 manat pulun 3000 manatını o, E.V.Nağdəliyevə vermiş, sonra tanışı Sənan həmin pulu ona geri qaytarmışdır. 18 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs1 Space telekanalının yaxınlığına görüşə dəvət etməsinə narazılığını bildirərək onları özünə məxsus evə dəvət etmiş, onlar gəldikdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının DTX-nın əməkdaşı kimi təqdim etmişlər, Zərərçəkmiş şəxs1 xanım olduğunu, idarəyə gəlməsinin çətin olacağını nəzərə alaraq, onlar onun ifadəsini evdə almaq qərarına gəldiklərini bildirmiş, Təqsirləndirilən şəxs isə qızına həmin işlə bağlı bir sıra suallar ünvanlamışdır. O, Təqsirləndirilən şəxs sənədlərini təqdim etməsini tələb etdikdə onlar sənəd təqdim etməmiş, lakin ona lazım olan zamanda və yerdə sənədləri təqdim edəcəklərini bildirmişlər. Yaranmış problemlərin səbəbkarı kimi E.V.Nağdəliyevi hesab etdiyindən, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının DTX-nin əməkdaşı kimi təqdim etməsinə baxmayaraq, ondan şikayətçi deyildir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid 16 dekabr 2021-ci il tarixdən onun mobil nömrəsinə zəng edərək Azərbaycan Respublikasının DTXnın əməkdaşı ilə onun evinin yaxınlığına gələcəklərini və onun da aşağı düşməsini tələb etmişdir. Şahid və Təqsirləndirilən şəxslə həmin tarixdə evin yaxınlığında görüşmüşlər, onların gəldiyi maşına əyləşmişlər. Həmin vaxt onun barəsində Azərbaycan Respublikasının DTX-nə məlumat veriləcəyini bildirmiş, onun vasitəsilə verilmiş pulu ondan tələb etmişlər. O, maşında olarkən anası da onların yanına yaxınlaşmışdır. 18 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Space telekanalının yanında görüşmələrinin vacib olduğunu, onun da zərərçəkmiş şəxs qismində istintaqa təqdim ediləcəyini bildirmişdir. Anası onun Təqsirləndirilən şəxslə evdən kənarda görüşməsinə etiraz edərək onları yaşadıqları evə dəvət etmiş, sonuncu onların evində özünü müstəntiq kimi nümayiş etdirərək ona bir sıra suallar ünvanlamışdır. Baş verənlərdən narahatlıq keçirdiyindən özünə xəsarət yetirmiş, valideynləri də hüquq mühafizə orqanlarına müraciət etmişlər. İbtidai istintaq dövründə ona məlum olmuşdur ki, Şahid və E.V.Nağdəliyev onun vasitəsilə alınmış pulun onda olduğunu düşünərək onu qorxuzmaq məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının DTX-nın əməkdaşı kimi təqdim etmişlər. Üzləşdirmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının DTX-nın əməkdaşı kimi təqdim etməsini ondan E.V.Nağdəliyevin tələb etdiyini bildirsə də, sonuncu Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış şəxs olduğunu öz hərəkətlərinə və sözlərinə cavabdehlik daşıdığını qeyd edərək, bu barədə məsuliyyət daşımadığını bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid ilə görüşərkən Şahid Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının DTX-nın əməkdaşı kimi təqdim edərkən sonuncu bu halı inkar etməmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayının dəqiq xatırlamadığı günündə taksi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs1 Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşadığı evin qarşısına getmişdir. Yolda olarkən o, Təqsirləndirilən şəxs E.V.Nağdəliyevin üzləşdiyi problem barədə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs1 məhəllədə olduqlarını bildirdikdə sonuncu evdən məhəlləyə düşərək könüllü şəkildə onların olduğu maşına əyləşmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə həmin vaxt ilk dəfə görüşdüklərini və maşında olan zaman onunla birlikdə Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs1 pulu qaytarmasını, qaytarmasa buna görə ondan və E.V.Nağdəliyevdən şikayət olunacağını, bu işin böyüyəcəyini, hamının başının ağrıyacağını bildirmişdir. Onlar maşında olarkən Zərərçəkmiş şəxs1 anası yaxınlaşmış və onlar evə getmişlər. 2021-ci ilin dekabr ayında tarixini dəqiq xatırlamadığı gündə o, Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs1 anasının dəvəti ilə onların evinə getmişlər. Evdə olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 anasına hadisə barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 digər otağa keçmişlər, aralarında olan danışıqlardan tam məlumatı olmamışdır. Həmin gündən sonra onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının DTXnin əməkdaşı kimi təqdim etməmişdir, Təqsirləndirilən şəxs özünü onlara həmin qurumun əməkdaşı kimi təqdim edib-etməməsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 gənc xanım olduğunu nəzərə alaraq, ona köməklik etmək qərarına gəlmişdir. Cinayət işinin 1-ci cildinin 5-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4, 32,4, 312.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 32,4 312.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 1-ci cildinin 129-130-cu vərəqəsində olan 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 5-ci vərəqəsində olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 8-ci vərəqəsində olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 310-cu maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 70-ci vərəqəsində olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı verilmiş ifadələr məhkəmə iclasında verilmiş ifadələrlə eynilik təşkil edir. Cinayət işinin 1-ci cildinin 75-ci vərəqəsində olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı verilmiş ifadələr məhkəmə iclasında verilmiş ifadələrlə eynilik təşkil edir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona cəza təyin edilməməsini və növbəti məhkəmə iclasında iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona cəza təyin edilməməsini və növbəti məhkəmə iclasında iştirakı olmadan baxılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi müdafiə xarakteri daşıyır, dövlət orqanının əməkdaşı olmadığı halda həmin qurumun səlahiyyətlərindən istifadə etməklə vətəndaşlara təsir etmənin nəticələrinin ağır olmasından ehtiyat edərək törətdiyi cinayət əməlindən yaxa qurtarmağa çalışır. Bundan əlavə məhkəmə istintaqı zamanı da zərərçəkmiş şəxslərin onun özünü Azərbayca Respublikasının DTX-nin əməkdaşı kimi təqdim etməsi barədə səsləndirdikləri fikirləri inkar edə bilməmişdir. Bundan əlavə, məhkəmə yeganə Şahid ibtidai istintaq dövründə verdiyi ifadədən fərqli ifadə verməsini Təqsirləndirilən şəxslə yaxın dostluq münasibətləri səbəbindən ona məsuliyyətdən yayınmaqda köməklik göstərmək məqsədi daşıması kimi qiymətləndirir. Odur ki, onun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri ilə onun özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310cu maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 08 may 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-73/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-73/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver