Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-74/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “xxxx” MMC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi, Axundov küçəsi 22 qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və xx xxxxxx 2020-ci il tarixdə Qaradağ rayon Ələt qəsəbəsində yerləşən Socarın Daşgil neft anbarının həyətində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində saxlanılmış və Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, polis bölməsində videoçəkilişlə aparılan axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki mavi rəngli qolsuz koynəyin sol döş cibindən 03 ədəd qara kağız kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0.195 qram, 0.990 qram, 0.996 qram ümumi təmiz çəkiləri 2.181 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd siqaretin selofan kəsiyinə yığılmış təmiz çəkisi 3.776 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02 ilə yaxın olarki narkotik vasitə qəbul etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Ələt qəsəbəsində Ələt bazarının qarşısından keçən zaman tanımadığı bir şəxs ona narkotik maddə olan heroin və metamfetamin almasını təklif etmiş, o da narkotik maddələrin istifadəçisi olduğu üçün almaq qərarına gəlmişdir. O, həmin tanımadığı şəxsə 105 manat ödəyərək 3 ədəd siqaret kağızına bükülmüş toz şəkilində heroini və 200 manata isə siqaretin selofanına yığılmış psixotorop maddə olan metamfetamini alıb, əynindəki mavi rəgli işdə geyindiyi xüsusi geyim formasının sol döş cibinə qoyub həmin yeri tərk etmişdir. O, həmin narkotik vasitədən bir-iki dəfə istifadə etmiş və yenə də, cibində saxlayaraq daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14:30-da Socarın Daşgil neft anbarlarının həyətində işdə olan zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, 11-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirərək, ona özünü təqdim etməsini tələb etmişlər. O, özünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu narkotik maddələrin satışı və qanunsuz daşıyıcısı olduğu üçün 11-ci polis bölməsinə gətirmişlər, yolda gələn zaman o fürsət axtarmışdır ki, üzərində olan narkotik maddələri tullasın, lakin elə bir fürsəti olmamışdır. Polis bölməsində xidməti otaqların birində dəvət edilmiş və ona təqdim edilmiş vəkilini iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış aparılacağı bildirilmiş və üzərində qanunla saxlanması, daşınması qadağan olunmuş əyşaların olub-olmamasını souruşulmuşdur. O da könüllü olaraq əynindəki qolsuz mavi rəngli köynəyin sol döş cibində saxladığı 3 büküm olan heroini və bir büküm şüşəni, yəni metamfetamini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddələr zərfə qoyularaq möhürənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. O zərfi və protokolu imzası ilə təsdiq etmişdir. O, həmin narkotik vasitəni özü istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni satmaq, kiməsə pay vermək fikri olmamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, narkotik vasitələrin qəbuluna duçar olduğunu, bir daha belə hallara yol verməyəcəyini, qardaşı Vüsal Əliyevin İİ Qarabağ müharibəsində böyük şücaəət göstərdiyinə görə Cəbrayılın azad olunması medalı ilə və Zəngilanın azad olunması medalı ilə təltif olunmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qaradağ RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Qaradağ rayonu Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması və üzərində saxlanması ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları ilə Qaradağ RPİ-nin əməkdaşları birgə əməliyyat tədbiri keçirərək Əliyev X9 rayonu Ələt qəsəbəsi Socarın Daşgil neft anbarının həyətində saxlanılmış və Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. Polis bölməsində videoçəkilişlə və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edilməklə üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Lakin axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində qanunla daşınması və saxlanması qadağan olunmuş əşyalarının olub-olmamasını soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki mavi rəngli qolsuz gödəkçəsinin sol döş cibində 03 ədəd siqaretin qara kağız kəsiyinə yığılmış və 01 ədəd siqaretin selofanına bükülmüş spesifik iyə malik olan maddəni və psixotrop maddəni çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 03 büküm və 01 büküm narkotik vasitə heroini və psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən xx xxxxxx 2020-ci il tarixdə Ələt qəsəbəsində bazarın qarşısında almışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddi sübutlar zərfə qoyularaq möhürlənmiş, o da həmin protokolu və zərfi imzalamışdır. Onlarda olan məlumata görə Xəyal narkomandır və o, daima narkotik vasitələdən istifadə edir, lakin kiməsə satması barədə heç bir məlumat yoxdur. O, tutulmamışdan əvvəldə sonrada ətrafında əməliyyat tədbirləri keçirilmiş, lakin Xəyalın narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu digər Şahid3 ifadəsinə oxşar ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu digər Şahid3 ifadəsinə oxşar ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21, 22) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1716 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 223” dairəvi möhrü əksi və “Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəyə oxşar maddə ...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3.766 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotorp maddələr”in siyahısına “Siyahı İ” daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 3,776 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 3,726 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. (i.v. 41-44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1715 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 223” dairəvi möhrü əksi və “Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəyə oxşar maddə ...” və s. yazılar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,990 qram, 0,996 qram, ümumi təmiz çəkiləri 2.181 qram qəhvəyi rəngli maddə kütlələri ksutar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in siyahısına “Siyahı İ” daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 2,181 qram, tədqiqata sərf edildi – 0,09 qram, qalıq – 2,091 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat təşkil edir. (i.v. 46-49) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(002)- 111/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 75-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 84) Bakı şəhəri Qaradağ RİHB-nin Ələt qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (i.v. 86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X10-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3217 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 99-100) Sübutların qiymətləndirilməsi, maddi sübut hesab edilməsi və cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 3.776 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2.181 ram heroin maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3.726 qram psixotrop maddə metamfetamin və 2.091 qram heroin təqsirləndirilən şəxsə təqdim edildikdən sonra Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir. İş üzrə bir ədəd videodisk sübut növü hesab edilmiş və cinayət işində saxlanılmışdır. (i.v. 106-112) Bakı şəhəri Qaradağ rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, cinayəti işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktındakı tövsiflə müqayisədə əməl cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutulan cinayətə, yəni həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. (i.v.128-131) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-338/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış video yazı olan 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin inzibati binasında olan xidməti otaqların birində Qaradağ RPİ-nin 11-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytinantı Zaur Eyvazovun, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2, Qaradağ RPİ-nin ÇAŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Rahil İsmayılovun, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, Qaradağ RPİ-nin NBM-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 və 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynindəki mavi rəngli qolsuz gödəkçəsinin sol döş cibində 03 ədəd siqaretin qara kağız kəsiyinə yığılmış və 01 ədəd siqaretin selofanına yığılmış bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə kakos və psixotrop maddə şüşə olduğunu, həmin kakos və şüşəni xx.xx.2020-ci ikl tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bazarın qarşısında tanımadığı şəxsdən 105 manat 03 büküm kakos, 200 manata isə psixotrop maddə olan şüşəni satış məqsədi olmadan alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd siqaretin qara kağız kəsiyindəki bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, selofan kəsiyinə bükümdən isə ağ rəngli kristal maddə olan psixotrop maddə şüşəyə bənzər kütlə aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd siqaretin qara kağız kəsiyinə yığılmış və 01 ədəd sellofan kəsiyinə yığılmış narkotik və psixotrop maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənərək götürülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əİiyev tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli sərəncamlardan görünür ki, leytenant X2 və Zəngilanın uğurunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün ”Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Psixotorp vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi etiraf edərək, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qardaşı X7 Cəbrayılın və Zəngilanın uğurunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün ”Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla belə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin 03 bükümdə olmaqla, ümumilikdə 2.181 qram, yəni külli miqdar təşkil etməsi, həmçinin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin də 3.776 qram olmaqla külli miqdar təşkil etməsi, məhkəmə tərəfindən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun xx xxxxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 25 (əiyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 2,091 qram heroin və psixotrop maddənin qalığı 3,726 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 219,80 (iki yüz on doqquz, səksən qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-74/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-74/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver