Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-74/2022 16.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1964-cü ildə Abşeron rayonunun Hökməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" MMC-in direktoru kimi işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırılması vəzifəsi həvalə edilmiş şəxs kimi, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları” nın 4, 5, 6, 7, 8, 84-cü bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19, 1.20, 3.33 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-90 DÜST-nin (dövlət standartının) 3.1, 4.4, 7.1, 7.2, 7.3 bəndlərinin və «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 22 maddələrinin tələblərini pozaraq, cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməyərək, Bakı şəhəri, Qaradağ rayonu, Güzdək əhəngdaş yatağının "xxxx" MMC-yə məxsus daş karxanasında istifadə edilən maşın və mexanizmlərin (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının) saz olmasını və düzgün istismar edilməsini təşkil etməmiş, daş karxanasında işləyən işçilərin peşə hazırlığını yoxlamamış, onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirmədən işə sərbəst buraxmış, müvafiq peşə, vəzifə, istismar və əməyin mühafizəsi üzrə təlimatlar hazırlamamış və nəticədə ehtiyatsızlıqdan 20 noyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Güzdək əhəngdaş yatağında yerləşən daş karxanasında fəhlə kimi işləyən 08 fevral 1975-ci il təvəllüdlü X15 qeyd olunan daş karxanasında işdə olan zaman mişar daşlarının kəsimini həyata keçirən texnikanın alt hissəsindən yararsız daşları təmizləyən vaxt həmin texnikanın üzərində olan araba sağa doğru hərəkətə düşmüş, sonuncu araba ilə rama arasında qalaraq travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin soldan Vİ- Vİİ- Vİİİ-İX-X-Xİ qabırğaların qapalı, yerinidəyişməyən sınıqları, dalağın travmatik cırılması, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və döş qəfəsinin arxa səthinin sıyrıqları xəsarətlərini alaraq dalağın cırılması ilə müşayiət olunan döş qəfəsinin soldan Vİ- Vİİ-Vİİİ-İX-X-Xİ qabırğaları qapalı, yerini dəyişməyən sınıqları nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2000ci ildən Güzdək qəsəbəsi, Güzdək əhəng daş yataqlarının ərazisində atası Əliqardaşa məxsus daş karxanasına nəzarət etmiş, 2003-cü ildə atası vəfat etdikdən sonra daş karxanasına direktor vəzifəsinə keçmişdir. 2005-ci il tarixdə Vergilər Nazirliyində VÖEN açaraq "xxxx" MMC-nin direktoru olmuşdur. Bir müddət maddi durumu ilə bağlı daş karxanası fəaliyyətini dayandırmış, 2019-cu ildən məlum hadisə baş verənədək isə qeyd olunan daş karxanası fəaliyyət göstərmişdir. Direktor olduğu daş karxanasında usta kimi Taleh, kombaynor Natiq, şırımaçan Kazım, fəhlə kimi Amil, Məmmədbağır, Natiq və mərhum Yusif adlı şəxslər işləmişlər. Daş karxanasında bir kombayn və bir ədəd şırımaçan texnika olmuşdur. Onun böyrəyində daş olduğuna görə daim müalicə və müayinələrdə olduğu üçün çox vaxt evdə olmuş, bu səbəbdən qardaşı Zakirdən həftədə 2- 3 dəfə daş karxanasına gedib orada olan işlərə və texnikaların ehtiyat hissələrinə nəzarət etməsini xahiş etmişdir. 20 noyabr 2021-ci il tarixdə səhər saat 11 radələrində evdə olan zaman qardaşı Zakir ona zəng edərək təcili daş karxanasına gəlməyini, karxanada fəhlə işləyən Yusif adlı işçinin mişar daşı kəsən texnikanın arasında qalaraq öldüyünü demişdir. O, dərhal daş karxanasına gəlib hadisənin neçə baş verdiyini orada işləyən işçilərdən soruşmuş, Natiq adlı kombaynor Yusifin texnikanın mişarının altından daşları təmizləyən zaman texnikanın üzərində olan araba sağa doğru hərəkətə düşdüyünü və mərhum Yusif Səfərəliyevin arabanın ramasının arasında sıxılaraq öldüyünü demişdir. Daş karxanasında işləyən Şahid5 dediklərinə görə 20 noyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində mişar daşlarını kəsib yekunlaşdırdıqdan sonra texnikanın mişarlarını dayandırmaq üçün Natiq qırmızı rəngli düyməni basaraq dayandırmış, mişar daşının kəsən texnikanın mişarın altında qalan daşları çıxartmaq üçün Yusif texnikanın altına girmişdir. Natiq həmin vaxt mişar daşı kəsən texnikaya elektrik getməsin deyə avtomat açardan elektriki ayırmış və mərhum Yusif texnikanın mişarının altından daşları təmizləyən zaman texnikanın üzərində olan araba sağa doğru hərəkətə düşmüş və mərhum Yusif Səfərəliyev arabanın ramasının arasında sıxılaraq qalmışdır. Daş karxanasında işləyən işçilərlə heç bir müqavilə bağlanılmamış, buna səbəb isə işçilərin daimi olaraq işləməyib, bir aylıq işləyib sonra işləmək üçün digər daş karxanalarına getmələri olmuşdur. Daş karxanasında fəhlə işləyən Yusif Səfərəliyevə və digər işçilərə tərəfindən nəzarət olunmuşdur. Şahin və Rahim adlı şəxsləri iki ildir ki, tanıyır, yük maşınlarının daş karxasında işləyən texnikaların ehtiyat hissələri xarab olduğu vaxt Şahindən və Rahimdən texnikalara ehtiyat hissələri almasını xahiş etmişdir. Daş karxanasında Yusif Səfərəliyev və digər işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamış, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmamış, bütün işçilər öz gündəlik paltarları ilə işləmişlər. Mişar daşı kəsən texnikanı üzərində quraşdırılmış araba qurğu lom vasitəsilə sola və sağa hərəkət etdirmək olmuş, araba qurğu elektrik vasitəsi ilə işləməmişdir. Elektrik qutudan elektrik naqilini ayırdıqda belə, araba qurğunu lom vasitəsi ilə sola və sağa hərəkət etdirmək mümkün olmuşdur. Mişar daşı kəsən texnika ramanın üzərindədir, yuxarı hissəsində araba, aşağı ön tərəfdə 3 ədəd daş kəsən mişar, arxa aşağı hissədə isə 1 daş kəsən mişar olmuşdur. Texnikanın aşağı önündə olan daş kəsən mişarların diametri 60 sm-dir, aşağı arxa hissədə isə daş kəsən mişarın diametri 1,10 sm-dir. Hadisədən sonra daş karxanasının fəaliyyəti dayandırılmış və hal-hazırda heç bir fəaliyyət göstərmirlər. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir, əməlindən çox peşmandır. Himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Bundan başqa ailədə yeganə qazanc gətirən şəxs olmaqla arvadı da heç bir yerdə işləmir, həmçinin arvadı 20 ildən artıqdır ki, ağır formada “kron” xəstəliyindən, yəni bağırsaq şişindən əziyyət çəkir. Özünün də “hər iki böyrəyinin iltihabı, sağ böyrəyin konkrementi və sol böyrəyinin kistaları” diaqnozu ilə ağır formada xəstəliyi mövcud olmaqla daim müalicə və müayinələrə ehtiyacı olur. Bundan əlavə zərərçəkmiş tərəfə bütün lazımi maddi və mənəvi köməkliklər göstərilmiş və ona qarşı heç bir şikayət və tələb yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X16 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, uzun müddət Güzdək əhəng daş yataqlarında olan daş karxanalarında fəhlə kimi işləmişdir. 2019-cu ildən hal-hazıradək "xxxx" MMC-də qurşadırıcı vəzifəsində işləyir. X3 2003-cü ildə Tənzilə Səfərəliyeva ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından iki övladı olmuşdur. Təxminən 15 ildir ki, mərhum qardaşı Yusifin nikahı pozulmuşdur. Qardaşı əvvəllər "xxxx" MMC-də betonçu vəzifəsində çalışmış, təxminən iki ildir ki, işlədiyi "xxxx" MMC-dən çıxıb Güzdək əhəng daş yataqlarında fəaliyyət göstərən daş karxanasında fəhlə kimi işləməyə başlamışdır. Qardaşının işlədiyi daş karxanasında master kimi işləyən Taleh adlı şəxsi tanıyır. Yusif demək olar ki, bir ayın 15 günü daş karxasında işləmiş, 15 günü isə istirahət etmişdir. Qardaşının onunla, ailə üzvləri ilə, eləcə də yaxın qohumlar ilə münasibəti hər zaman mehriban olmuş, heç kimdən heç bir narazılığı olmamış, eləcə də, istər qohumları, istərsə də hər hansı başqa şəxslərlə ədavət və ya düşmənçiliyi olmamış, ailədə hörmətə malik olmuşdur. 20 noyabr 2021-ci il tarixdə saat 12 radələrində işlədiyi "xxxx" MMC-də olarkən xalası oğlu Vüqar ona zəng edərək qardaşı Yusifin daş karxanasında öldüyünü demişdir. Həmin vaxt daş karxasında usta kimi işləyən Talehə zəng edərək hadisənin necə baş verdiyini, qardaşının necə öldüyünü soruşmuş, Taleh Yusifin kombaynın alt hissəsindən yararsız daşları təmizləyən vaxt həmin texnikanın hissələrinin arasında qalaraq öldüyünü demişdir. X24 meyitinin müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə apardıqlarını bildirmişdir. Bundan sonra o, MTE və PA Birliyinin Qaradağ rayon ekspertiza şöbəsinə gəlmiş, qardaşının meyiti müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. X1 ölümü ilə bağlı heç kimdən heç bir şikayəti və tələbi olmadığını, qardaşının ölümündən sonra onlara lazımi maddi və mənəvi yardımlar edildiyini, qardaşının həmişə işindən, iş yoldaşlarından razı olduğunu, onun nəinki işdə, ümumən heç kəslə ədavət və düşmənçiliyi, narazılığı olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X16 məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 il olar ki, müxtəlif daş karxanalarında, təxminən bir ildir ki, Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə kimi işləyir. Fəhlə olaraq vəzifəsi daş karxanasında hazır olan daşları daşımaqdan, nəzarətçilərin göstərişlərinə əməl etməkdən ibarət olmuşdur. İşlədiyi daş karxanasının sahibi Fikrət adlı şəxs olsa da, həmin şəxsi görməmişdir. O, daş karxanasında qeyri-rəsmi olaraq işləmiş, yəni əmək müqaviləsi bağlamamışdır. Daş karxanasında ondan başqa Məmmədbağır, Yusif fəhlə, Natiq kombaynor, Taleh usta, Kazım isə palasovşik vəzifəsində işləmişlər. Karxanada iki ədəd daş kəsən kombayn, bir ədəd isə şırımaçan texnikalar olmuşdur. O, bir gün işdə, bir gün evdə olmuş, digər növbədə işləyən şəxsləri tanımamış, həmin işçilərlə əmək müqaviləsi bağlanıb-bağlanmaması haqqında məlumatı olmamışdır. 20 noyabr 2021-ci il tarixdə səhər saatlarında o və digər fəhlələr Məmmədbağır, Yusif, usta Taleh və kombaynor Natiq işdə olmuş, təxminən saat 11 radələrində kombayn daşları kəsdikdən sonra Məmmədbağırla birlikdə kəsilmiş daşları gələcək yük avtomobilinə rahat yığmaq üçün daşları kənara yığmışlar. Bu zaman Yusif kombaynın yanında olmuş, Natiq isə konbaynı idarə etmişdir. Onlar qəfildən Natiqin “kömək edin” deyə qışqırıq səsini eşidib konbaynın yanına getmiş, oraya çatdıqda Yusifin kombaynın, yəni mişar daşını kəsən texnikanın hissələrinin arasında qaldığını görüb birlikdə kömək edərək Yusifi orada çıxarıb yerə uzatmış, artıq həmin vaxt Yusif xırıldamağa başlamışdır. O, dərhal su gətirmək üçün karxanada otaqlar olan tərəfə, yəni yuxarı qalxmış, orada Talehi görüb bu barədə ona da məlumat vermişdir. O, su götürüb aşağı düşdükdə artıq Yusif hərkətsiz vəziyyətdə qalmışdır. Yusifin texnikanın altında qalan daşları çıxaran zaman texnikanın relsdən çıxdığını, Yusifin isə həmin texnikanın hissələrinin arasında qaldığını fikirləşir. İşlədiyi daş karxanasında fəhlə işləyən Yusif Səfərəliyev və digər işçilər tərəfindən təhlükəsiz işin icrasına və fəaliyyətinə Zakir, Şahin və Rahim nəzarət etmiş, onlar işdə olmayıb gün ərzində bir neçə saat işə gələrək nəzarət edib getmişlər. Daş karxanasında Yusif Səfərəliyev və digər işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamış, fərdi mühafizə vasitələri ilə təmin olunmamış, bütün işçilər öz gündəlik paltarları ilə işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2-3 ildir ki, müxtəlif daş karxanalarında, təxminən 5-6 aydır ki, Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə kimi işləyir. Daş karxanasında fəhlə olaraq vəzifəsi daş karxanasında hazır olan daşları daşımaqdan, nəzarətçilərin göstərişlərinə əməl etmədən ibarət olmuşdur. İşlədiyi daş karxanasının sahibi Fikrət adlı şəxs olsa da həmin şəxsi görməmişdir. Daş karxanasında qeyri-rəsmi olaraq işləmiş, onunla əmək müqaviləsi bağlamamışdır. Daş karxanasında ondan başqa Amil, Yusif fəhlə, Natiq kombaynor, Taleh usta, Kazım isə palasovşik vəzifəsində işləmişlər. Daş karxanasında iki ədəd daş kəsən kombayn, bir ədəd isə şırımaçan texnikalar olmuşdur. O, bir gün işdə, bir gün evdə olmuş, digər növbədə işləyən şəxləri tanımamış, həmin işçilərlə əmək müqaviləsi bağlanıb-bağlanmaması haqqında məlumatı olmamışdır. 20 noyabr 2021-ci ildə səhər saatlarında işdə olmuş, həmin gün onunla birlikdə fəhlələr Amil, Yusif, usta Taleh və kombaynor Natiq işdə olmuşlar. Təxminən saat 11 radələrində kombayn daşları kəsdikdən sonra Amillə birlikdə kəsilmiş daşları gələcək yük avtomobilinə rahat yığmaq üçün daşları kənara yığmışlar. Həmin vaxt Yusif kombaynın yanında olmuş, Natiq isə konbaynı idarə etmişdir. Onlar qəfildən Natiqin “kömək edin” deyə qışqırıq səsini eşitdib konbaynın yanına getdikdə Yusifin kombaynın, yəni mişar daşını kəsən texnikanın hissələrinin arasında qaldığını görüb birlikdə kömək edib Yusifi oradan çıxararaq yerə uzatmış, artıq həmin vaxt Yusif xırıldamağa başlamış, bir müddət sonra Yusif hərəkətsiz vəziyyətdə qalmışdır. Yusifin texnikanın altında qalan daşları çıxaran zaman texnikanın relsdən çıxdığını, Yusifin isə həmin texnikanın hissələrinin arasında qaldığını fikirləşir. Onunla daş karxanası arasında heç bir müqavilə bağlanılmamış, digər işçilərin əmək müqavilələrinin olub-olmadığını bilməmişdir. Yusif Səfərəliyev və digər işçilər tərəfindən təhlükəsiz işin icrasına və fəaliyyətinə Zakir, Şahin və Rahim nəzarət etmiş, həmin şəxslər işdə olmamış, gün ərzində bir neçə saat işə gəlib nəzarət edərək getmişlər. Daş karxanasında Yusif Səfərəliyev və digər işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamış, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmamış, bütün işçilər öz gündəlik paltarları ilə işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2000-ci ildən daş karxanalarında fəhlə və maşinist vəzifələrində işləmiş, təxminən iki il müddətdir ki, Güzdək qəsəbəsində yerləşən daş karxanasında maşinist kimi işləyir. İşlədiyi daş karxanasının sahibi Fikrət adlı şəxs olmuşdur. O, daş karxanasında qeyri-rəsmi işləmiş, əmək müqaviləsi bağlamamışdır. Daş karxanasında Məmmədbağır, Amil, Yusif fəhlə və Natiq isə kombaynor vəzifəsində işləmişlər. Karxanada iki ədəd daş kəsən kombayn, bir ədəd isə şırımaçan texnikalar olmuşdur. O, bir gün işdə, bir gün evdə olmuş, evdə olduğu vaxt Rüstəm master kimi işdə olmuşdur. Həmin vaxt Rüstəmlə birlikdə işləyən fəhlələri tanımamış, həmin işçilərlə əmək müqaviləsi bağlanıb-bağlanmaması haqqında məlumatı olmamışdır. 20 noyabr 2021-ci il tarixdə səhər saatlarında işdə olmuş, həmin gün fəhlələr Məmmədbağır, Amil, Yusif və texnikaların sazlığına nəzarət edən usta Taleh işdə olmuşlar. Fəhlələrdən Məmmədbağır, Amil və Yusiflə birlikdə daş kəsilən yerə getmiş, o, mişar daşı kəsən texnikanı hərəkətə gətirərək mişar daşlarını kəsməyə başlamışdır. Mişar daşlarını kəsib yekunlaşdırdıqdan sonra texnikanın mişarlarını qırmızı rəngli düyməni basaraq dayandırmışdır. Mişar daşını kəsən texnikanın mişarın altında qalan daşları çıxartmaq üçün Yusif texnikanın altına girmişdir. O, həmin vaxt mişar daşı kəsən texnikaya elektrik getməsin deyə avtomat açardan elektriki ayırmışdır. Mərhum Yusif texnikanın mişarının altından daşları təmizləyən zaman texnikanın üzərində olan araba sağa doğru hərəkətə düşmüş və mərhum Yusif Səfərəliyev arabanın ramasının arasında sıxılaraq qalmışdır. O, dərhal lom ilə texnikanın üzərində olan arabanı geriyə doğru çəkmiş, orada olan fəhlələr Məmmədbağır və Amili köməyə çağırmış, onlar Yusifi arabanın ramasının arasından çəkib çıxarmışlar. Amil adlı fəhlə dərhal nəzarətçiyə məlumat vermişdir. Yusif Səfərəliyevin xəsarət alaraq ölməsinə səbəb sonuncunun texnikanın mişarının altından daşları təmizləyən zaman texnikanın üzərində olan araba sağa doğru hərəkətə düşməsi və mərhum Yusif Səfərəliyev arabanın ramasının arasında sıxılaraq qalması olmuşdur. Onunla daş karxanası arasında heç bir müqavilə bağlanılmamış, digər işçilərin əmək müqavilələrinin olub-olmadığını bilməmişdir. İşlədiyi daş karxanasında fəhlə işləyən Yusif Səfərəliyev və digər işçilər tərəfindən təhlükəsiz işin icrasına və fəaliyyətinə Zakir, Şahin və Rahim nəzarət etmiş, onlar işdə olmamış, gün ərzində bir neçə saat işə gələrək nəzarət edib getmişlər. Daş karxanasında Yusif Səfərəliyev və digər işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamış, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmamış, bütün işçilər öz gündəlik paltarları ilə işləmişlər. Mişar daşı kəsən texnikanı üzərində quraşdırılmış araba qurğu lom vasitəsi ilə sola və sağa hərəkət etdirmək olmuş, araba qurğu elektrik vasitəsi ilə işləməmişdir. Elektrik qutudan elektrik naqilini ayırdıqda belə, araba qurğunu lom vasitəsi ilə sola və sağa hərəkət etdirmək olmuşdur. Mişar daşı kəsən texnika ramanın üzərindədir, yuxarı hissəsində araba, aşağı ön tərəfdə 3 ədəd daş kəsən mişar, arxa aşağı hissədə isə 1 daş kəsən mişar olmuşdur. Texnikanın aşağı önündə olan daş kəsən mişarların diametri 60 sm-dir, aşağı arxa hissədə isə daş kəsən mişarın diametri 1,10 sm-dir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddət Kamaz markalı yük maşını idarə etmiş, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin yük maşınlarının, kombaynın və şırımaçan makinanın işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Güzdək əhəng daş yataqlarının ərazisində daş karxanası fəaliyyət göstərmiş, həmin karxanada bir kombayn və bir ədəd şırımaçan texnika olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəfə onunla əlaqə saxlaraq daş karxanasında daş kəsən maşının və şırımaçan makinanın işlənmiş ehtiyat hissələrini gətirməyini xahiş etmiş, o da daş karxanasına 3-4 dəfə işlənmiş ehtiyat hissələri aparmışdır. 22 noyabr 2021-ci il tarixdə Güzdək qəsəbəsi, Güzdək əhəng daş yataqlarına gələrkən fəhlələrdən 20 noyabr 2021-ci il tarixdə Fikrətin işlətdiyi daş karxanasında bir nəfər işçinin mişar daşı kəsən texnikanın arasında qalaraq öldüyünü eşitmişdir. O və Şahid6 Təqsirləndirilən şəxs məxsus daş karxanasına və daş karxanasında işləyən işçilərin təhlükəsiz işin icrasına, fəaliyyətinə nəzarət etməmişlər. Şahin onun tanışı olmuş, birlikdə 3-4 dəfə Təqsirləndirilən şəxs məxsus daş karxanasına işlənmiş ehtiyat hissələri aparmışlar. Bundan başqa daş karxanasına getməmişdir. Fikrətin qardaşı Zakiri iki ildir ki, tanıyır, lakin sonuncunun daş karxanasına nəzarət edib etməməsi barədə heç bir məlumatı olmamışdır. Onda olan məlumatlara görə Təqsirləndirilən şəxs məxsus daş karxanasına və karxanada işləyən işçilərin fəaliyyətinə və təhlükəsiz işin icrasına Taleh adlı usta nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddət Kamaz markalı yük maşını idarə etmiş, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin yük maşınlarının, kombaynın, şırımaçan makinanın və digər yük avtomobillərinin işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Güzdək əhəng daş yataqlarının ərazisində daş karxanası fəaliyyət göstərmiş, həmin karxanada bir kombayn və bir ədəd şırımaçan texnika olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəfə onunla və tanışı Şahid2lə əlaqə saxlaraq daş karxanasında daş kəsən maşının və şırımaçan makinanın işlənmiş ehtiyat hissələrini gətirmələrini xahiş etmişdir. O, da daş karxanasına Şahid2lə birlikdə 3-4 dəfə işlənmiş ehtiyat hissələri aparmışdır. 22 noyabr 2021-ci il tarixdə evdə olan zaman Şahid2 ona zəng edib Təqsirləndirilən şəxs məxsus daş karxanasında bir nəfər işçinin mişar daşı kəsən texnikanın arasında qalaraq öldüyünü demişdir. O və Şahid2 Təqsirləndirilən şəxs məxsus daş karxanasına və daş karxanasında işləyən işçilərin təhlükəsiz işin icrasına, fəaliyyətinə nəzarət etməmişlər. Rahimi 10 ildir ki, tanıyır, Rahimlə birlikdə 3-4 dəfə Təqsirləndirilən şəxs məxsus daş karxanasına işlənmiş ehtiyat hissələri aparmış, bundan başqa daş karxanasına getməmişdir. Fikrətin qardaşı Zakiri 2 ildir ki, tanıyır, sonuncunun daş karxanasına nəzarət edib etməməsi barədə heç bir məlumatı olmmışdır. Bundan başqa onda olan məlumatalara görə Təqsirləndirilən şəxs məxsus daş karxanasına və karxanada işləyən işçilərin fəaliyyətinə və təhlükəsiz işin icrasına Taleh adlı usta nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 23 ildir ki, müxtəlif daş karxanalarında fəhlə və usta kimi işləmiş, təxminən bir il müddətdir ki, Güzdək qəsəbəsində yerləşən daş karxanasında usta kimi işləyir. Daş karxanasında usta olaraq vəzifəsi daş karxanasında olan texnikaların sazlığına nəzarət etməkdən və həmin texnikaları yoxlamaqdan ibarət olmuşdur. Bundan başqa həm də daş karxanasında daş satışını həyata keçirmişdir. İşlədiyi daş karxanasının sahibi Fikrət adlı şəxs olmuşdur. Daş karxanasında qeyri-rəsmi işləmiş, əmək müqaviləsi bağlamamışdır. Karxanada Məmmədbağır, Alim, Yusif fəhlə və Natiq isə kombaynor vəzifəsində işləyir. Daş karxanasında iki ədəd daş kəsən kombayn, bir ədəd isə şırımaçan texnikalar olmuşdur. O, bir gün işdə, bir gün evdə olmuş, evdə olduğu vaxt Rüstəm master kimi işdə olmuşdur. Həmin vaxt Rüstəmlə birlikdə işləyən fəhlələri tanımamış, həmin işçilərlə əmək müqaviləsi bağlanıb-bağlanmaması haqqında məlumatı olmamışdır. 20 noyabr 2021-ci il tarixdə səhər saatlarında işdə olmuş, həmin gün onunla birlikdə fəhlələr Məmmədbağır, Alim, Yusif və kombaynor Natiq işdə olmuşlar. Təxminən saat 11 radələrində otaqda olmuş, aşağıda işləyən Alim adlı fəhlə yuxarı qalxaraq aşağıya su aparmaq lazım olduğunu demiş, nə baş verdiyini soruşduqda Alim ona Yusifin kombaynın, yəni mişar daşını kəsən texnikanın altında qaldığını və öldüyünü demişdir. O, ağır dərəcəli xərçəng xəstəsi olduğundan hadisə baş verən yerə gedə bilməmişdir. Hadisənin şahidi olmadığı üçün hadisənin dəqiq olaraq necə baş vermədiyini bilməmişdir. Onunla daş karxanası arasında heç bir müqavilə bağlanılmamış, lakin daş karxanasında işləyən digər işçilərin əmək müqavilələrinin olub-olmadığını bilməmişdir. Daş karxanasında fəhlə işləyən Yusif Səfərəliyev və digər işçilər tərəfindən təhlükəsiz işin icrasına və fəaliyyətinə Zakir, Şahin və Rahim nəzarət etmiş, onlar işdə olmamış, gün ərzində bir neçə saat işə gələrək nəzarət edib getmişlər. Daş karxanasında Yusif Səfərəliyev və digər işçilərlə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamış, işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmamış, bütün işçilər öz gündəlik paltarları ilə işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddət "xxxx" MMC-də sürücü işləmiş, təxminən bir ildir ki, daxili orqanlarında xəstəlikləri olduğu üçün işdən çıxaraq İran İslam Respublikasına gedib orada müalicə olunmuşdur. Hazırda səhhəti yaxşıdır. Qardaşı Fikrət 2000-ci ildən 2003-cü ildək Güzdək qəsəbəsi, Güzdək əhəng daş yataqlarının ərazisində atası Əliqardaşa məxsus daş karxanasına nəzarət etmiş, 2003-cü il tarixdə atası vəfat etdikdən sonra, qardaşı daş karxanasına direktor vəzifəsinə keçmişdir. Bir müddət qardaşının maddi durumu pis olduğu üçün daş karxanasının fəaliyyətini dayandırmışdır. 2019-cu ildən hazıradək isə qeyd olunan daş karxanası fəaliyyət göstərir. Qardaşı Fikrətin direktor olduğu daş karxanasında master Taleh, kombanyor Natiq, şirimaçan Kazım, fəhlə kimi Amil, Məmmədbağır, Natiq və mərhum Yusif adlı şəxslər işləmişlər. Daş karxanasında bir kombayn və bir ədəd şırımaçan texnika olmuşdur. Fikrət böyrək çatışmamazlığından əziyyət çəkdiyi üçün ondan qeyri rəsmi olaraq ara-sıra daş karxanasına gedib orada olan işlərə və texnikalara nəzarət etməsini xahiş etmişdir. 20 noyabr 2021-ci il tarixdə səhər saat 11 radələrində evdə olan zaman daş karxanasında işləyən işçilərdən biri ona zəng edərək karxanada Yusif adlı fəhlənin kombaynın ramasının arasında qalaraq öldüyünü, dərhal daş karxanasına gəlməyini, qardaşı Fikrətin mobil telefonuna zəng çatmadığını demişdir. O da dərhal Fikrətə zəng etmiş, lakin Fikrətin mobil telefonu sönülü olduğu üçün sonuncunun oğluna zəng edib mobil telefonu atasına verməyi xahiş etmiş və Fikrətlə telefonla danışan zaman təcili daş karxanasına gəlməyini, karxanada fəhlə işləyən Yusif adlı işçinin mişar daşı kəsən texnikanın arasında qalaraq öldüyünü demişdir. Bundan sonra daş karxanasına gəlib hadisənin neçə baş verdiyini orada işləyən işçilərdən soruşmuş, Natiq adlı kombaynor ona Yusifin texnikanın mişarının altından daşları təmizləyən zaman texnikanın üzərində olan arabanın sağa doğru hərəkətə düşdüyünü və mərhum Yusif Səfərəliyevin arabanın ramasının arasında sıxılaraq öldüyünü demişdir. Sonra qardaşı Fikrət də daş karxanasına gəlmiş, ona hadisənin necə baş verdiyini danışmışdır. Daş karxanasında işləyən işçilərlə heç bir müqavilə bağlanılmamışdır. Qardaşı Fikrət böyrək və ürək xəstəliyindən əziyyət çəkdiyi üçün ondan ara-sıra daş karxanasına gedib orada işləyən işçilərə, daşın satışına və texnikalara nəzarət etməsini xahiş etmişdir. Şahid6 və Şahid2 təxminən iki ildir ki, tanıyır. Rahim və Şahin Güzdək qəsəbəsində şırımaçan və kombaynın işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğul olmuşlar. O, bir neçə dəfə Rahimlə əlaqə saxlayıb şırımaçan makinaya ehtiyat hissələri almışlar. Daş karxanasında işçilərə və ümumi nəzarəti Taleh adlı şəxs etmiş, daş karxanasında işləyən işçiləri Taleh özü gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddət Güzdək əhəng daş yataqlarında olan daş karxanalarında fəhlə kimi işləmiş, hal-hazırda heç bir yerdə işləmir. X3 2003-cü ildə Tənzilə Səfərəliyeva ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı olmuşdur. Təxminən 15 ildir ki, qardaşı Yusif Səfərəliyevin nikahı pozulmuş və ailəsindən ayrı yaşamışdır. Qardaşı əvvəllər "xxxx" MMC-də betonçu vəzifəsində çalışmış, təxminən iki ildir ki, işlədiyi "xxxx" MMC-dən çıxıb Güzdək əhəng daş yataqlarında fəaliyyət göstərən daş karxanasında fəhlə kimi işləməyə başlamışdır. Qardaşının işlədiyi daş karxanasında master kimi işləyən Taleh adlı şəxsi tanıyır. Yusif demək olar ki, bir ayın 15 günü daş karxasında işləmiş, 15 günü isə istirahət etmişdir. Qardaşının onunla, ailə üzvləri, eləcə də yaxın qohumlar ilə münasibəti hər zaman mehriban olmuş, onun heç kimdən heç bir narazılığı olmamış, eləcə də, istər qohumları, istərsə də hər hansı başqa şəxslərlə ədavət və ya düşmənçiliyi olmamışdır. 20 noyabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman qardaşı Samir ona zəng edərək Yusifin daş karxanasında öldüyünü, hazırda meyitini müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə aparıldığını və ora gəlməyini demişdir. O, dərhal yaşadığı evdən çıxıb Qaradağ rayon ekspertiza şöbəsinə gəlmişdir. X1 ölümü ilə bağlı heç kimdən heç bir şikayəti və tələbi olmadığını, qardaşının həmişə işindən, iş yoldaşlarından razı olduğunu, onun nəinki işdə, ümumən heç kəslə ədavət və düşmənçiliyi, narazılığı olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X18 X33n Qaradağ rayon şöbəsinin 15 dekabr 2021-ci il tarixli, 100 nömrəli rəyindən görünür ki, mərhum X9 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ- İX-X-Xİ qabırğaların qapalı, yerinidəyişməyən sınıqları, dalağın travmatik cırılması, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin və döş qəfəsinin arxa səthinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən 20.11.2021-ci il tarixdə və şəraitdə yəni, daş kəsən texnikanın arasında qalması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Y.N.Səfərəliyevin ölümünə səbəb dalağın cırılması ilə müşayiət olunan döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ qabırğaların qapalı, yerinidəyişməyən sınıqları nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Y.N.Səfərəliyevin ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (20.11.2021-ci il tarixdə saat 13:20-da) 4-6 saat əvvəl baş vermişdir. Mərhum Y.N.Səfərəliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3793/K saylı 03.12.2021-ci il tarixli AKT) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 10/6298 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Güzdək əhəngdaş yatağının "xxxx" MMC-yə məxsus daş karxanasında istifadə edilən maşın və mexanizmlərin (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının) saz olması və düzgün istismar edilməsi təşkil olunmadığına, həmin maşın və mexanizmlərin istismarına cavabdeh olan şəxs təyin edilmədiyinə, daş karxanasında işləyən işçilərin peşə hazırlığı yoxlanılmadan, onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən işə sərbəst buraxıldığına, müvafiq peşə, vəzifə, istismar və əməyin mühafizəsi üzrə təlimatlar hazırlanmadığına görə, baş vermiş hadisə ilə əlaqədar “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalarf’nın 4, 5, 6, 7, 8, 84-cü bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaiarı»nın 1.19, 1.20, 3.33 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-90 DÜST-nin (dövlət standartının) 3.1, 4.4, 7.1, 7.2,7.3 bəndlərinin və «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 22 maddələrinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Qeyd olunan qanun və normativ aktlarından göründüyü kimi, baş vermiş hadisədə mədən (dağ-mədən) işlərində təhlükəsizlik qaydlarının tələbləri pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Güzdək əhəngdaş yatağının "xxxx" MMC-yə məxsus daş karxanasında istifadə edilən maşın və mexanizmlərin (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının) saz olması və düzgün istismar edilməsi təşkil olunmadığına, həmin maşın və mexanizmlərin istismarına cavabdeh olan şəxs təyin edilmədiyinə, daş karxanasında işləyən işçilərin peşə hazırlığı yoxlanılmadan, onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən işə sərbəst buraxıldığına, müvafiq peşə, vəzifə, istismar və əməyin mühafizəsi üzrə təlimatlar hazırlanmadığına görə, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 4, 5, 6, 7, 8, 84-cü bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19, 1.20, 3.33 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-90 DÜST-nin (dövlət standartının) 3.1, 4.4, 7.1, 7.2, 7.3 bəndlərinin və «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 22 maddələrinin tələbləri "xxxx" MMC-nin rəhbərliyi (konkret şəxs tutduğu vəzifəyə uyğun olaraq istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini, yəni zərərçəkmiş X15 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmaların keçirilməməsini nəzərə aldıqda, baş verimiş hadisə ilə əlaqədar onun tərəfindən təhlükəsitzlik texnikası qaydalarının tələblərinin pozulması müəyyən edilmir. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsi, Güzdək əhəng daş yataqlarının ərazisidir. Yaxın ətrafda hər hansı tikili və ya ünvanlı obyekt yoxdur.Baxışda iştirak edən Təqsirləndirilən şəxs sözləri əsasında müəyyən edildi ki, daş karxanası özünə məxsusdur, onda olan sənədlərə əsasən daş karxanası 2,5 km cənub-qərbdə yerləşən “Güzdək” daş karxanaları kompleksinin cənub tərəfindəki sahədə yerləşir. Həmin sahə şimal, qərb və şərq tərəfdən qonşu daş karxanaları ilə həmsərhəddir, istehsalat sahənin yuxarı ətrafı boş təpəciklərlə əhatə olunmuşdur. Sahənin uzunluğu 80 metr, eni 30 metrdir. Şərqdə daş kəsilən meydança yerləşir. Meydançanın qərb tərəfində ümumi uzunluğu 80 metr olan iki paralel rels, onun üzərində isə 1 ədəd daşkəsən kombayın vardır. Kombaynın ətrafına yeni, standartlara uyğun kəsilmiş mişar daşı səliqə ilə düzülmüş və qalaqlanmışdır. Həmin kombaynın sol tərəfində iki paralel relsin üzərinə quraşdırılmış 1 ədəd şırım açan makina vardır. Kombaynın ramasının eni 4,50 metr, uzunluğu 4,10 metrdir. Kombaynın ramasının üzərində uzunluğu 3 metr, eni isə 1,80 m olan təkərliklər üzərində hərəkət edə bilən konstruksiya vardır. Kombaynın ön tərəfində 3 ədəd mişar vardır. Öndə olan mişarların diametri 60 sm, arxa hissəsindəki 1 ədəd mişarın isə diametri 1,10 sm-dir. Kombaynın sol tərəfində torpağın üzərində üzəri tünd qəhvəyi rəngli xaçla ilə örtülmüş kişi meyiti vardır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon MKTB-nin 24 saylı MKTS-si tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı-1969-cu il təvəllüdlü X10 (işləmir), 1990-cı il təvəllüdlü X21, 1993-cü il təvəllüdlü X17 və 2004-cü il təvəllüdlü X13 ibarətdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X4 ilə 21 may 1988-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 11.05.2004-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş X12 tərəfindən verilmiş 14.01.2021-ci il tarixli və 10.03.2021-ci il tarixli sənədlərdən görünür ki, X2 xəstəliyi (nazik bağırsaq lokalizasiyada) diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X29 Ərazi Bölmələrini İdarəetmə X32 Şəxs Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X33 Radioalogiya şöbəsindən verilmiş 16.03.2022-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs hər iki böyrəyin iltihabı, sağ böyrəyin konkrementi, sol böyrəyin kistaları müəyyən olunmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, özünün və həyat yoldaşının xəstə olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, özünün və həyat yoldaşının xəstə olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməklə zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə tikinti və tikinti materialları istehsalı sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-74/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-74/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver