Məhkəmə qərarları › İş №1(002)-74/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-74/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-74/2025 03.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmmədzadə (Hüseynova) Gülarə Etibar qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2023-cü il tarixdən başlayaraq övladları, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 200,00 (iki yüz) manat olmaqla, cəmi 400,00 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Məmmədzadə (Hüseynova) Gülarə Etibar qızına ödənilməsinə dair Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(002)-1449/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 25 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(002)-1449/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 7600,00 (yeddi min altı yüz) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Məmmədzadə (Hüseynova) Gülarə Etibar qızına ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, barəsində alimnetin tutulmasına dair məhkəmə qətnaməsindən məlumatlı olmuşdur.Lakin bu günə qədər heç bir məbləğ ödəyə bilməmişdir.İşsiz olduöu üçün alimenti ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs son olaraq çıxışında törətdiyi əməldən peşman oduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismiində dindirilmiş Məmmədzadə (Hüseynova) Gülarə Etibar qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 23 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən ona hər ay hər uşağa görə 200 manat, ümumilikdə 400 manat məbləğində alimnet ödəməlidir.Lakin 2 ilə yaxın müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmiş və onu hədələyərək ödəyəməcəyini bildirmişdir. Məmmədzadə (Hüseynova) Gülarə Etibar qızı son olaraq çıxışında aliment borcunu tam olaraq tələb etdiyini və əks təqdirdə Təqsirləndirilən şəxs ciddi cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Qaradağ rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq övladları, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 200,00 (iki yüz) manat olmaqla, cəmi 400,00 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Məmmədzadə (Hüseynova) Gülarə Etibar qızına ödənilməsinə dair Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(002)-1449/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 25 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(002)-1449/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə 7600,00 (yeddi min altı yüz) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Məmmədzadə (Hüseynova) Gülarə Etibar qızına qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2024-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə tutularaq Bakı şəhəri Nərimanov rayon polis idarəsinin X3 təhvil verilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat 23 fevral 2025-ci il tarixdə təzələnmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsiin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Qaradağ Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İlk dəfə cinayət cinayət əməli törətməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, məhkəmənin çağırışlarından yayınmasını və axtarış nəticəsində məhkəməyə gətirilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən tutulduğu vaxtdan, yəni 25 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 15 (on beş) saata görə 90 (doxsan) manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 25 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 15 (on beş) saata görə 90 (doxsan) manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar