Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-75/2020 03.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən “həbs” növündə qətimkan tədbirinə dəyişdirilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral avtomobil yolunun 52-ci kilometrliyində, yolun sağ tərəfində 50 metr aralı məsafədə yerləşən N saylı hərbi hava hücumundan müdafiə hərbi hissəsinin yaxınlığında müştəri qismində oturduğu “X8” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən etik davranış qaydalarına riayət etməməsinə görə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, münaqişə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək nalayiq söyüşlər söyməklə üzərində olan cib bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs bir dəfə bədəninin sol yan tərəfindən və bir dəfədə sol çiynindən vuraraq sonuncuya sol körpücük nahiyyəsinin və qarının sol yuxarı tış hissəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin tədqiq olunmaqla elan olunmuş ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə günorta radələrində dostunun ad günü olduğundan yaşadığı Qobustan qəsəbəsindən şəhərə getmişdir. Ad günüdən sonra təxminən saat 22 radələrində o, Lökbatan dairəsinə gəlmişdir. Sonra orada Lənkaran rayonuna gedən “X8” markalı avtobusa yaxınlaşmış və Qobustan qəsəbəsinə neçəyə apara biləcəyini soruşmuşdur. Avtobusun sürücüsü 2 manata aparacağını bildirmişdir. O, avtobusun sürücüsünə adının sonradan Nizami olduğunu bildiyi şəxsə hər zaman getdiyi yol olduğunu və bu yolu 1 manata getdiyini bildirmişdir. Nizami onunla razılaşmış və o, avtobusa minmişdir. Avtobusa minərkən avtobusda xeyli adam olduğunu görmüşdür. O, avtobusda qəsəbə sakini kimi tanıdığı, adını xatırlaya bilmədiyi oğlanın da olduğu görmüş və gedib onun yanında əyləşmişdir. Yolda tanışı yatmış, sonra o da biraz yatmışdır. Avtobus Sahil qəsəbəsini keçdikdən sonra saxlamış və bir nəfər qadın avtobusdan düşərək gedib su almışdır. Qəsəbə sakini kimi üzdən tanıdığı oğlan da gedib kola içkisi almış və həmin içkidən birini də ona almışdır. Həmin tanışı ona kolanı vermiş və o, öz minnətdarlığımı bildirmişdir. Sonra onlar avtobusa minmişlər və o, yolda yatmışdır. Birdən avtobusun sürücüsü Nizami onu yuxudan oyatmış və ona avtobusdan düşməsini bildirmişdir. O, avtobusdan düşmüş və həmin vaxt Nizami ona demişdir ki, avtobusta olan qızın üzərinə kola dağılmışdır. O da Nizamiyə yuxulu olduğunu, eybi yoxdur onun özünün də üzərinə dağıldığını bildirmişdir. Bundan sonra Nizami onun üzərinə gəlmişdir. Nizaminin yanında olan şəxs ona getməsini demişdir. O da getmək istəyəndə həmin yaşlı adama demişdir ki, ona görə Nizamiyə keçir, amma Nizami düz danışmır. Nizami onu söyməyə başlamışdır. O, da Nizamiyə cavab olaraq “deyəsən əcəlin məndən olacaq”dır sözlərini demişdir. Bu zamana Nizami onun üzərinə gələrək, ona bir yumruq atmış və yumruq onun üzünə dəymişdir. Sonra Nizami ona ikinci dəfə yumruq atanda o, bıçağı çıxarıb Nizamini bir dəfə sol yan hissəsindən və bir dəfə də çiynindən vurmuşdur. Sonra Nizami ondan uzaqlaşıb avtomobilə minib getmişdir. O da dövlət qeydiyyat nişanını xatırlamadığı və həmin avtomobilin sürücüsünü tanımadığı başqa avtomobillə evinə getmişdir. Zərərçəkmiş şəxs ona yumruq atarkən o, heç bir xəsarət almamışdır. Həmin bıçağı o, 2-3 ay olar ki, yerdən tapıb öz üzərində saxlamışdır. Nizamini vurduqdan sonra bıçağı xatırlamadığı yerdə tullamışdır. Üzərində bıçaq gəzdirməkdə heç bir məqsədi olmamışdır, həmin bıçaq balaca dırnaqtutan ölçüsündə olmuşdur. Baş vermiş mübahisə və münaqişə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsinə çatmağa 1 kilometr qalmış Bakı-Qazax yolunun təxminən 52-ci kilometrliyində N saylı hava qüvvələrindən müdafiə hərbi hissəsinin yaxınılığında olmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirərkən ətrafda başqa insanlar olub-olmadığına diqqət yetirməmişdir. Mübahisə və münaqişəyə əsas və səbəb yatarkən əlindəki kolanın yerə və avtobusda olan qızın üzərinə dağılması olmuşdur. Təqsirləndirilən şəxs sonda törətdi cinayət əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə olan vaxtı “Mercedes Vita” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onların marşrut xətləri Bakı-Lənkəran yolu olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində onlar avtovağzalda müştəri tapa bilmədiklərindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsinə gələrək orada müştəri axtarmağa başlamışlar. Bu zaman avtobusda o, digər sürücü olan Şahid1 və müştəri kimi avtobusa əyləşmiş həmyerliləri Şahid2 olmuşdur. Bir neçə dəqiqə sonra ona bir nəfər yaxınlaşıb avtobusla Qobustan qəsəbəsinə getmək istədiyini və 2 manat pulu olduğunu bildirmişdir. O da həmin şəxsin təklifi ilə razılaşaraq onun avtobusa minməsinə icazə vermişdir. Sonra bir nəfər də yaxınlaşıb Qobustan qəsəbəsinə getmək istədiyini və 1 manat pulu olduğunu demişdir. Həmin şəxslə o, razılaşmasa da sonuradan onun təklifi ilə razılaşaraq onun avtobusa minməsinə icazə vermişdir. Həmin şəxs adını istintaq zamanı bildiyi Babayev Rövşən Elşən oğlu olmuşdur. Bundan sonra avtobusa heç kim minməmiş və onlar yola düşmüşlər. Onlar yolda xatırlamadığı yerdə mağazadan su və sair şeylər almaq üçün avtobusu saxlamışdır. Hamı avtobusdan düşüb özünə bir şey almış, sonra yenidən yola düşmüşlər. Avtobusu o idarə etmişdir. Qobustan qəsəbəsinə çatmağa az qalmış avtobusda müştəri kimi oturmuş həmyerlisi Aysel ona yaxınlaşıb, iradını bildirərək, ona adını sonradan bildiyi Elşənin onun belinə su tökdüyünü və ona sataşdığını demişdir. O, bu zaman avtomobili yolun kənarına verib saxlamışdır. Avtobusdan düşərək müştərilər üçün nəzərdə tutulmuş qapını açıb, Elşəni avtobusdan düşürmüş və o, Elşəndən artıqəskik nə hərəkətlər etdiyini soruşmuşdur. Elşən bunun cavabı olaraq doğru-düzgün bir söz deməmişdir. Sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Elşəni əli ilə itələmişdir. Sonra onları orada olan şəxslər ayırmışdırlar ki, aralarında münaqişə baş verməsin. Ayrıldıqdan sonra Elşən təzədən geri qayıtmış və ona nalayiq ifadələrlə söyüş söyərək bıçaqla bədəninin sol yan tərəfindən və sol çiynindən vurmuş, sonrada hadisə yerindən qaçıb getmişdir. O da üzərindən qan gəldiyini görmüş, sonra avtobusda saxladığı digər köynəyi geyinmiş və deşilmiş qanlı köynəyi xatırlamadığı yerə atmışdır. Daha sonra X6 avtomobili çağrılmış və X6 avtomobili ilə X4 getmişdir. Orada müalicə olunduqdan sonra 1 gün yatıb səhəri gün çıxıb Lənkəran rayonu Veravul kəndinə getmişdir. O, Təqsirləndirilən şəxs onu konkret nə ilə vurduğunu görməmiş, lakin Elşən əlində olan iti əşya ilə onun bədəninin sol yan tərəfinə və sol çiyninə vurduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu birinci dəfə idarə etdiyi avtobusa mindiyi vaxt görmüşdür. Onunla heç bir düşmənçəliyi və ya ədavəti olmamışdır. Mübahisə və münaqişə zamanı Təqsirləndirilən şəxs sadəcə itələmiş, lakin vurmamışdır. Elşən onu bıçaqla vurduqdan sonra isə qaçıb getmişdir. Mübahisə və münaqişənin baş verməsinə əsas və səbəb Təqsirləndirilən şəxs digər qız müştərinin üzərinə su tökməsi, ona sataşması olmuşdur. Mübahisə və münaqişə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə çatmağa az qalmış orada hərbi hissə kimi bir yerdə baş vermişşdir. Hadisəni görən şəxslər sürücü yoldaşı Şahid1, Şahid2 və bir nəfər də digər sərnişin olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Şahid1 həmyerlisi kimi tanımışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə Lənkəran rayonuna getmək üçün həmyerliləri ilə telefon əlaqəsi saxlayaraq, saat təyin edib Bakı avtovağzalında 22 radələrində görüşmüşdür. Onların idarə etdiyi avtomobil “Mercedes Vita” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Onlar saat 23 radələrində avtovağzalda müştəri tapa bilmədiklərindən Qaradağ rayonu Lökbatan qəsəbəsi Lökbatan dairəsinə gəlmişlər və orada müştəri axtarmağa başlamışlar. Bu zaman avtobusta o, digər sürücülər olan Şahid1 və Zərərçəkmiş şəxs olmuşdur. Bir neçə dəqiqədən sonra avtobusa Qobustan qəsəbəsinə getmək istədiyini bildirən bir nəfər sərnişin minmişdir. Sonra bir nəfər də yaxınlaşıb Qobustan qəsəbəsinə getmək istədiyini və 1 manat pulu olduğunu bildirmişdir. Həmin şəxs də avtobusa minmişdir. Həmin şəxs adını istintaq zamanı bildiyi Babayev Rövşən Elşən oğlu olmuşdur. Bundan sonra avtobusa heç kim minməmiş və onlar yola düşmüşlər. Təqsirləndirilən şəxs onun arxasında oturmuş və ondan içki iyi gəldiyindən, o sonuncunun içkili olmasını bilmişdir. Bu zaman Elşən onun bədəninə əl atmışdır. O, buna əsəbiləşib heç nə deməmişdir. Onlar yolda xatırlamadığı yerdə mağazadan su və sair şeylər almaq üçün avtomobili saxlamışlar. Hamı avtomobildən düşüb özünə bir şey almışdır. Sonra hamı avtomobilə minmiş və onlar yenidən yola düşmüşlər. Avtomobili Zərərçəkmiş şəxs idarə etmişdir. Yolda bir də görmüşdür ki, Elşən yenə gəlib onun arxasında oturmuşdur. Bu zaman Elşən onun boğazından su tökmüşdür. O, buna artıq dözməyib Nizamiyə onun hərəkətləri barədə bildirmişdir. Bu zaman Nizami avtomobili saxlamışdır. Avtobustan düşərək müştərilər üçün nəzərdə tutulmuş qapını açaraq Elşəni avtobusdan düşürtmüş və Elşənə artıq-əskik nə hərəkətlər etdiyini soruşmuşdur. Elşən bunun cavabı olaraq doğru-düzgün bir söz deməmişdir. Sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nizami Elşəni əli ilə itələmişdir. Sonra onları ayırmışdırlar ki, aralarında münaqişə baş verməsin. Ayrıldıqdan sonra Elşən təzədən geri qayıtmış və Nizamini nalayiq ifadələrlə söyərək bıçaqla bədəninin sol yan tərəfindən və sol çiynindən bıçaqla vuraraq qaçmışdır. Nizami üzərindən qan gəldiyini görmüş, avtobusda saxladığı digər köynəyi geyinmiş və deşilmiş qanlı köynəyi əlində saxlayıb biraz yarasına basmış, sonra köynəyi yolda atmışdır. Oraya X6 avtomobili çağrılmış və X6 avtomobili ilə Nizami X4 getmişdir. Orada müalicə olunduqdan sonra 1 gün yatıb səhəri gün xəstəxanadan çıxmışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs konkret nə ilə vurduğunu görməmiş, əlində olan iti əşya ilə Nizaminin bədəninin sol yan tərəfinə və sol çiyninə vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu birinci dəfə avtobusa mindiyi vaxt görmüş, onunla heç bir düşmənçəliyi və ya ədavəti olmamışdır. Mübahisə və münaqişə zamanı Nizami Elşəni eləcə itələmiş, lakin vurmamışdır. Elşən Nizamini bıçaqla vurduqda sonra isə qaçıb getmişdir. Mübahisə və münaqişənin baş verməsinə əsas və səbəb Təqsirləndirilən şəxs ona qarşı etdiyi nalayiq hərəkətlər və üzərinə su tökməsi olmuşdur. Mübahisə və münaqişə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə çata-çatda, orada hərbi hissə kimi bir yer də baş vermiş, hadisəni görən şəxslər sürücülər Şahid1, o, Zərərçəkmiş şəxs, digər sərnişin olan adını istintaq zamanı bildiyi Şahid3 olmuşdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, nəzərdə tutulmuş cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxsdur. O, Rövşən Babayevi birlikdə təhsil aldığı Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 16 saylı peşə məktəbindən tanımışdır. Elşən onda bir sinif yuxarı kursda oxumuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində o, Lökbatan dairəsindən Lənkəran rayonuna gedən “Mercedes Vita” markalı avtobusa yaxınlaşaraq onu yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsinə aparmasını və üzərində 2 manat pulu olduğunu bildirmişdir. Həmin avtobus sürücüsü adını sonradan istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs ona avtobusa oturmasını bildirmiş və o, avtobusa oturmuşdur. Avtobusta oturduqdan 5 dəqiqə sonra görmüşdür ki, Təqsirləndirilən şəxs avtobusa yaxınlaşır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq üzərində 1 manat pul olduğunu, Qobustan qəsəbəsinə getmək istədiyini bildirmişdir. Nizami Elşənlə razılaşmaq istəməmiş, lakin sonra Elşən Nizamiyə yalvar-yaxar etdikdən sonra Nizami Elşəni avtobusa minməsinə icazə vermişdir. Elşən avtobusa minmiş, onunla salamlaşmış və onun yanında oturmuşdur. O, yolda yuxuya gedərək yatmışdır. Təxminən Səngəçal tərəflərdə sürücü avtobusu saxlamış və onlar avtobustan düşmüşlər. O, özünə su almaq üçün mağazaya getmişdir. Bu zaman Elşən arxasınca gələrək pulu olmadığını, ona kola almasını bildirmişdir. O da Elşənə və özünə kola almışdır. Sonra onlar avtobusa minmişlər və yola davam etmişlər. Yorğun olduqlarından o, avtobusa minən kimi kolanı içməmiş və yolda yatmışdır. Biraz yol getdikdən sonra avtobusun saxlanılmasına oyanmışdır. Nizami avtobusdan düşərək müştərilər üçün nəzərdə tutulmuş qapını açaraq Elşəni avtobusdan düşürtmüş və Elşədən artıq-əskik nə hərəkətlər etdiyini soruşmuşdur. Elşən bunun cavabı olaraq doğru-düzgün bir söz deməmişdir. Sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nizami Elşəni əli ilə itələmişdir. Sonra onları ayırmışlar ki, aralarında münaqişə baş verməsin. Nizaminin yanında olan digər sürücü adını istintaq zamanı bildiyi Sahib ona avtobusa oturmasını bildirmişdir və o, avtobusa oturmuşdur. Bu zaman görmüşdür ki, Elşən qaçır və Nizaminin isə üzəri qanlıdır. Nizami avtobusda saxladığı digər köynəyi geyinmiş və deşilmiş qanlı köynəyi əlində saxlayıb biraz yarasına basmış, sonra isə atmışdır. Oraya X6 avtomobili çağrılmış və X6 avtomobili ilə X4 getmişlər. O, isə evinə getmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs konkret nə ilə vurduğunu görməmişdir, Təqsirləndirilən şəxs Nizamini nə iləsə vurub qaçmışdır. Mübahisə və münaqişə zamanı Nizami Elşəni eləcə itələmiş, lakin vurmamışdır. Mübahisə və münaqişənin baş verməsinə əsas və səbəb Təqsirləndirilən şəxs Şahid2 qarşı etdiyi nalayiq hərəkətlər və üzərinə su tökməsi olmuşdur. Mübahisə və münaqişə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə çata-çatda, orada yerləşən hərbi hissə kimi bir yerdə baş vermişdir. Hadisəni görən şəxslər o, bir nəfər qadın sərnişin Şahid2, sürücülər Zərərçəkmiş şəxs və Şahid1 olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 hazırkı məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 01-ci vərəqində olan xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 22-ci vərəqində olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-cı vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 63-64-cü vərəqlərində olan təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair xx.xx.2019-cu il tarixli vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi və onun müvəqqəti saxlama yerindən azad olunması qərar alınmışdır. Cinayət işinin 65-ci vərəqində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikas Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 828 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol körpücük nahiyəsinin və qarının sol yuxarı tış hissəsinin daxilə nüfuz etməyən deşilmiş – kəsilmiş yaraları deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2018-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar edilmir. Cinayət işinin 101-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 109-115-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş xx.xx.2019-cu il tarixli ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilməsi, xx.xx.2019-cu il tarixdə barəsində seçilmiş “başqa yeri getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 828 saylı rəyi iş materiallarına uyğun olduğundan sübut qismində tanınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 228.4, 29, 120.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin 117-ci vərəqində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(002)-75/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün onun barəsində axtarış elan edilərək, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli, 071-3070-124 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Qobustan qəsəbəsində yeri müəyyən olunaraq Bakı İstintaq Təcridxanasına təqdim olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının xx xxxxx 2020-ci il tarixli, xx/xx-2998 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutulmuş və xx xxxxx 2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırmasını (CM- 59.1.13) və zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ona ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli (69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CM-nin CPM-158.2.1.,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müd-də-tinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs kimi tutma altında saxlanıldığı 02 gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müd-də-tinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmi nmüddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-75/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-75/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver