Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-75/2022 17.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə cəzası 04 il 06 ay müddətə endirilmiş, 30 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 1-ci massiv Vidadi küçəsində yerləşən yaşayış sahəsi olan 7 saylı fərdi tikiliyə açıq qapıdan qanunsuz daxil olaraq fərdi tikilinin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 600 manat dəyərində “Honor” markalı mobil telefon və 1 ədəd 400 manat dəyərində 4 qramlıq 585 əyyarında qadın qızıl üzüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 28 mart 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Vidadi küçəsində yerləşən yaşayış sahəsi olan 38 saylı fərdi tikiliyə qanunsuz hasardan aşmaq yolu ilə daxil olaraq fərdi tikilinin qonaq otağında döşəmənin üzərindəki Zərərçəkmiş şəxs1 məxsus hər birinin qiyməti 600 manat olan 2 ədəd “Redmi” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 1200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən hadisədən 2 ay əvvəl qardaşı Zərərçəkmiş şəxs1 onu işləmədiyi üçün yaşadıqları evdə döyərək evdə onlarla bir yerdə yaşamağına icazə verməyərək onu evdən çıxartmışdır. Qardaşı Nicat onu evdə döyərək çıxartmasına səbəb onun heç bir yerdə işləməməyi olmuşdur. O, həmin evdə yaşayan zaman işləmədiyi üçün Nicat və ailənin digər üzvləri onun evdə bütün hərəkətlərinə müdaxilə edirmişlər və onun evdə hər hansı bir əşya üzərində sərəncam verməyinə mane olmuşlar. Ailə üzvləri ona demişlər ki, o, həmin evə heç bir əşya almamışdır və həmin əşyalar üzərində sərəncam vermək hüququ yoxdur. Qardaşı Nicat onu evdən çıxartdıqdan sonra o, küçələrdə yaşamışdır. 28 mart 2021-ci il tarixdə o, saat 03 radələrində Səngəçal qəsəbəsinə gəlmişdir. Qardaşı Nicatın və ailə üzvlərinin yaşadığı evin qarşısında dayanmışdır. O, həmin fərdi tikilinin giriş qapısının üzərində olan deşikdən həyətlərinə baxmışdır. Həmin vaxt görmüşdür ki, atası X4 evdən çıxararaq həyətdə olan sanitar qovşağına getmişdir. Həmin vaxt həyət qapsını bağlı olmuşdur. O, ətrafa nəzər yetirmiş və həmin vaxt ətrafda heç kimin olmadığını görmüşdür. Həyət darvazasının üzərinə çıxaraq həyətə tullanmışdır. Həyətə tullandıqdan sonra isə fərdi tikilinin qapısının açıq olduğunu görüb evə daxil olmuşdur. Evin qonaq otağında döşəmənin üzərində olan 2 ədəd mobil telefon götürmüşdür. Həmin telefonların hər ikisi Redmi markalı olmuşdur. Telefonlardan biri Redmi Note 8 digəri isə Redmi Note 7 olmuşdur. Telefonları götürdükdən sonra isə o, həyətə girdiyi kimi yəni darvazanın üzərinə qalxmış oradan da küçəyə tullanıb çıxıb getmişdir. O, telefonları oğurladığı günün səhəri Bakı şəhəri metronun 28 may stansiyasının yaxınlığına getmişdir. O, həmin telefonları satmaq istəmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün o, telefonları sata bilməmişdir. O, telefon mağazalarının qarşısında gəzən zaman əvvəllər tanıdığı Vüqarı görmüşdür. Vüqarla görüşəndən sonra ona demişdir ki, özünə məxsus olan telefonu satmaq istəyir. Vüqara demişdir ki, üzərində şəxsiyyət vəsiqəsi yoxdur. Vüqar ona demişdir ki, tanıdığı telefon mağazası vardır. Telefonu həmin mağazaya göstərməklərini məsləhət görmüşdür. O, Vüqarla həmin dükana getmişdir. Həmin vaxt Vüqarında üzərində şəxsiyyət vəsiqəsi olmamışdır, lakin onun telefonunda şəxsiyyət vəsiqəsinin şəkili olmuşdur. X8 7 markalı mobil telefonu 170 manat qiymətləndirmişlər. Ondan telefonun yaddaşının nə qədər olduğunu soruşmuşlar. O, telefonun yaddaşının 128 MB olduğunu demişdir. Mağazada işləyən şəxs telefonu yoxlayan zaman isə telefonun yaddaşının 64 MB olduğunu demişdir. Buna görə də telefona 120 manat qiymətləndirmişdir. O, həmin telefonu 120 manata Vüqarın şəxsiyyət vəsiqəsi ilə satmışdır. Əldə etdiyi 120 manatdan 10 manat Vüqara vermiş və qalan 110 manata özünə paltar almışdır. Mağazada işləyən şəxs ondan telefonun qutusunu və özünə məxsus şəxsiyyət vəsiqəsini istəmişdir. O, telefonun qutunu və şəxsiyyət vəsiqəsini gətirəcəyini söz vermişdir. O, telefonu satdıqdan sonra 28 may motrostansiyasının yaxınlığında bir günü 3 manata qaldığı evə getmişdir. Həmin vaxt o, orada Aydın adlı tanışını görmüşdür. Həmin vaxt o, Aydına özünə məxsus olan telefonu satmaq istədiyini bildirmişdir. O, həmin telefonu Aydına 120 manata satmışdır. Aydın ondan telefona görə heç bir sənəd istəməmişdir. Telefon satdığı günün səhəri Aydın telefonu geri qaytarmaq istədiyini demişdir. Aydın telefona görə ona verdiyi 120 manat pul ondan geri tələb etmişdir. O, Aydına pulunun olmadığını demişdir. Aydın “Qış Parkı” adlanan yerdə tanışın telefon mağazasında işlədiyini və telefonu həmin şəxsə sata biləcəklərini demişdir. O, Aydına üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını demişdir. Aydın həmin vaxt şəxsiyyət vəsiqəsinin üzərində olduğunu demişdir. Onlar birlikdə Aydının tanışının yanına gəlmişlər. Onlar telefonu Aydının tanışına 170 manat satmışlar. Lakin həmin şəxs onlara 130 manat vermiş və 40 manatı özündə saxlamışdır. Həmin 40 manatı telefonun qutusunu və şarj adapterini gətirəndən sonra verəcəyini demişdir. O, Aydından aldığı 120 manatı ona geri qaytarmışdır. Bundan başqa o, 28.03.2021-ci il saat 03 radələrində qardaşı Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin yaşadığı evdən 2 ədəd mobil telefon oğurladığını, həmin telefonlardan biri Redmi Note 8 digəri isə Redmi Note 7 olduğunu, Zərərçəkmiş şəxs1 ifaədsində göstərdiyi Redmi Note 8 markalı digər mobil telefonu ona balaca qardaşı X6 kreditlə alıb hədiyyə etdiyini, o, həmin telefonun 4 ay kreditini özü ödədiyini, təxminən 6 ay bundan əvvəl isə həmin telefonu Bakı şəhəri metronun 28 may stansiyasının yaxınlığında telefon mağazasına sənədlə satdığını, onun həmin telefonu satmağını qardaşı Zərərçəkmiş şəxs1 bildiyini, o, Vüqar adlı şəxsi əvvəllər işlədiyi avtomobil dayanacağından tanıdığını, qardaşı Zərərçəkmiş şəxs1 evindən 2 ədəd mobil telefon oğurladığını və oğurladığı telefonları satdıqdan sonra 230 manat qazanc əldə etdiyini bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, o, 06.03.2021-ci il tarixdə saat 13 radələrində qonşuluqda yaşayan Sədaqət adlı qonşusunun yaşadığı evin qarşısına gəlmiş, Sədaqət adlı qonşusunun yaşadığı fərdi evin həyətinin qapısının açıq olduğunu görmüş, həmin vaxt küçədə heç kim olmadığını, evinin həyət qapısını açıb həyətə daxil olduğunu, həyətdə də heç kimin olmadığını gördükdən sonra həyətdən Sədaqətin yaşadığı evə daxil olmuşdur. Oradan Sədaqətin evinin yataq otağına keçmiş, çarpayının üzərində olan döşəyi qaldıran zaman bir ədəd Honor markalı telefon və bir ədəd üzük qabı görmüşdür. Həmin üzük qabını açan zaman içərisində bir ədəd qızıl üzük olduğunu görmüş, həmin üzüyü və telefonu götürüb oradan uzaqlaşmışdır. Sədaqət adlı qonşusunun evindən oğurladığı bir ədəd qızıl üzüyü tanışı Aybəniz adlı qadının şəxsiyyət vəsiqəsi ilə Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında qızıl mağazasına 200 manata satdığını, bir ədəd Honor markalı telefonu isə 70 manata 28 may metrostansiyasının yaxınlığında sənədsiz tanımadığı mağazaya satdığını, Aybəniz adlı qadını oğurluq cinayətləri törətməmişdən 1-2 həftə əvvəldən tanıdığını, onunla bir neçə dəfə görüşdüyünü, Aybəniz adlı qadının anket məlumatlarıni tam dəqiq bilmədiyini, sadəcə olaraq onun Sumqayıt şəhərində yaşadığını bildiyini, lakin ünvanını dəqiq bilmədiyini, Sədaqət adlı qonşusunun evindən oğurladığı Honor markalı mobil telefonun və bir ədəd qızıl üzüyün satışından ümumilikdə 270 manat qazanc əldə etdiyini, Sədaqət adlı qonşusunun evindən oğurluq edən zaman orada heç kimin olmadığını, heç kimin onu görmədiyini, Aydın, Vüqar, Aybəniz adlı şəxslər və telefonu satdığı mağazalar və qızıl üzüyü satdığı mağaza həmin əşyaların oğurluq olduqlarını bilmədiklərini qeyd etmişdir. Zərərçəkmiş şəxs1 onu döyməsi ilə bağlı polisə müraciət etməmiş, onun Zərərçəkmiş şəxs1 heç bir şikayəti olmamış, həmin hadisə zamanı xəsarət almamış və MTE-dən keçmək istəməməmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməllərdən peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 27.03.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları fərdi tikilinin həyət qapısını və evin qapısını bağlayaraq yatmışlar. 28.03.2021-ci il tarixdə gecə saatlarında atası X4 təbii ehtiyacını ödəməkdən ötrü evin qapısını açıb həyətdə olan sanitar qovşağına getmişdir. Atası təxminən 20-25 dəqiqə ərzində sanitar qovşağında olmuşdur. Həmin vaxt naməlum şəxslər həyətin mişar daşından hörülmüş hasarından aşaraq həyətə daxil olmuşdur. Yaşadıqları evin qapısının açıq oduğunu görüb evə daxil oduqdan sonra evin qonaq otağında masanın üzərində olan ona məxsus 2 ədəd redmi markalı mobil telefonu oğurlamışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Bundan başqa həmin telefonlardan Redmi Note 8-nin imei kodu **********96649 və **********16641, Note 7 markalı mobil telefonun imei kodu **********55715 və **********49664 olduğunu, baş vermiş oğurluq hadisəsi ilə bağlı konkret olaraq şübhələndiyi şəxsin olmadığını, hər iki telefonu kreditlə aldığını, bir telefonun qiyməti 600 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. O, 44 günlük vətən müharibəsinin iştirakçısıdır, qazidir. 06.03.2021-ci il tarixdə o, səhhəti ilə əlaqədar olaraq 3 saylı şəhər klinik xəstəxanasına müalicə almaqdan ötrü getmişdir. Həmin evdə ondan başqa anası və bacısı yaşayır. 08.03.2021-ci il tarixdə ailə üzvləri ona məlumat vermişdir ki, naməlum şəxslər yaşadıqları evdən bir ədəd Honor markalı mobil telefon və 1 ədəd qızıl üzük oğurlamışlar. O, ailə üzvlərinə müalicəni alandan sonra özü gedib baş vermiş hadisə barədə ərazi aidiyyəti üzrə polis bölməsinə məlumat verəcəyini demişdir. 01 may 2021-ci il tarixdə o, xəstəxanada müalicəsini yekunlaşdırıb evə gəldikdən sonra bilmişdir ki, onun yaşadığı evdən 1 ədəd Honor markalı mobil telefonu və 1 ədəd qızıl üzüyü qonşulquda yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan başqa baş vermiş oğurluq hadisə nəticəsində ona 1000 (min) manat maddi ziyan dəydiyini, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd Honor markalı telefonu 600 manat, 1 ədəd qızıl üzük 585 əyyar olmaqla 4 qram olduğunu, həmin üzüyüdə 400 manata aldığını, Təqsirləndirilən şəxs onun yaşadığı evdən başqa heç bir əşya oğurlamadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi “ASA Parkink” şirkətindən tanıyır. Fuad əvvəllər həmin şirkətdə işləmişdir. Onunla normal münasibəti olmuşdur. 2021-ci ilin aprel ayının əvvəllərində o, “Səməd Vurğun” istirahət parkının yaxınlığında işdə olmuşdur. Həmin vaxt Fuadı görmüşdür. Onunla görüşmüşdür. Həmin vaxt Fuaddan nə işlə məşğul olduğunu harda işlədiyini soruşmuşdur. Onlar Fuadla bir neçə dəqiqə söhbət etmişlər. Həmin vaxt Fuad ona demişdir ki, rayondan gəlmişdir. Fuad ona ailə üzvlərinə məxsus olan mobil telefonu satmaq istədiyini bildirmişdir. Sonra Fuad demişdir ki, üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün telefonu sata bilməmişdir. Fuad ondan telefonu satmağa köməklik etməyini istəmişdir. O, Fuadla birlikdə tanıdığı Cəlal adlı şəxsin icarə əsasında işlətdiyi telefon mağazasına gəlmişdir. O, mağazada Cəlal adlı tanışı ilə salamlaşıb görüşmüşdür. Sonra Cəlala tanışı Fuadı təqdim etmişdir. Cəlala demişdir ki, tanışı Fuad ailə üzvlərinə məxsus olan mobil telefonu satmaq istəyir. Cəlal telefonun markasını soruşmuşdur. Fuad ona telefonun “Redmi Note 7” markalı olduğunu demişdir. Sonra Cəlal onun tanışı Fuaddan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. O, Cəlala bildirmişdir ki, Fuadın şəxsiyyətini təsdiq edən sənəd üzərində yoxdur. Cəlal sənəd olmadığı halda telefonu almayacağını bildirmişdir. O, Cəlala bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsinin şəkili telefonda vardır. Cəlal ona demişdir ki, vəsiqənin surətini çıxardıb gətirsin. O, Cəlal razılaşmışdır. O, Fuadla birlikdə gedib şəxsiyyət vəsiqəsinin telefondan şəklini çıxardıb Cəlala vermişdir. Cəlal onun şəxsiyyət vəsiqəsinin şəklini götürmüşdür. Sonra Cəlal və Fuad öz aralarında şifahi olaraq razılaşmışlar ki, Cəlal telefonu aldığı günün səhəri Fuad öz şəxsiyyət vəsiqəsini, telefonun qutusunu və şarj adapterini gətirib Cəlala verəcəkdir. Cəlal telefonu Fuaddan 120 manata almışdır. Fuad telefonu 120 manata satdıqdan sonra həmin puldan 10 manat ona vermişdir. Fuad pulu ona verəndən sonra onlar aralaşmışlar. Fuada telefonu satdığı günün səhəri Cəlal onun yanına gəlmişdir. Cəlal ona bildirmişdir ki, Fuad öz şəxsiyyət vəsiqəsini, telefonun qutusunu və şarj adapterini gətirmədiyi üçün telefonu geri qaytarır. O da Fuad telefonu Cəlala satan zaman cavabdeh olduğu üçün telefonu Cəlaldan geri almışdır. Telefona görə də Cəlala 120 manat pul vermişdir. Sonra həmin telefonu digər tanışı olan Vasifə sənədsiz 110 manata satmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs Cəlal adlı tanışına satdığı telefonun oğurluq olmasını bilmədiyini, bu barədə məlumatının olmadığını, Vasif onu tanıdığı üçün və ona etibar etdiyi üçün ondan telefonu sənədsiz aldığını bildirmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təxminən 2 il olar ki, Təqsirləndirilən şəxs tanımışdır. Onunla normal münasibəti olmuşdur. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində Fuad onunla telefon əlaqəsi saxlayaraq görüşmüşdür. Fuad ona bir ədəd qızıl üzüyü göstərərək həmin üzüyü satmaq istədiyini bildirmişdir. O, Fuaddan qızıl üzüyün kimə məxsus olduğunu soruşmuşdur. Fuad ona üzüyün özünə məxsus olduğunu bildirmişdir. Fuad ondan xahiş etmişdir ki, həmin üzüyü onun şəxsiyyət vəsiqəsi ilə satsın. O, Fuaddan üzüyü nə üçün öz şəxsiyyət vəsiqəsi ilə satmadığının səbəbini soruşmuşdur. Fuad şəxsiyyət vəsiqəsinin anasında olduğunu və anasının şəxsiyyət vəsiqəsini vermədiyini bildirmişdir. Fuad təcili pul lazım olduğu üçün üzüyü satdığını bildirmişdir. O da Fuadla razılaşmışdır. Onlar birlikdə üzüyü Bakı şəhəri, Nizami rayonu metronun Neftçilər stansiyasının yaxınlığında yerləşən qızıl alış və satışı mağazasına satmışlar. Fuad həmin üzüyü mağazaya 200 manat satmışdır. Fuad üzüyü satandan sonra onlar bir neçə dəfə görüşmüşlər. Bundan başqa o, Fuadın satdığı qızıl üzüyün oğurluq olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs ilə üzüyü hansı mağazaya satdıqlarını xatırlamadığını, Təqsirləndirilən şəxs etdiyi oğurluqlardan xəbərsiz olduğunu bildirmişdir. İşdə olan 03 may 2021-ci il tarixdə “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi 1-ci massiv Vidadi küçəsində yerləşən 7 fərdi tikiliyə açıq qapıdan daxil olaraq fərdi tikilinin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd Honor markalı mobil telefon və 1 ədəd qızıl üzük oğurladığını, bundan başqa Təqsirləndirilən şəxs 28.03.2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi 1-ci massiv Vidadi küçəsində yerləşən 38 fərdi tikilinin həyətinə darvazanın üzərindən aşmaqla daxil olduğunu oradan da fərdi tikilinin qonaq otağına daxil olaraq 2 ədəd Redmi Note 8 markalı mobil telefon oğurladığını bildirmişdir. İşdə olan 28 mart 2021-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Vidadi küçəsində yerləşən 38 saylı fərdi tikilinin qonaq otağından 2 ədəd “redmi Note 8” və bir ədəd “redmi Note 7” markalı mobil telefon oğurlanmışdır. Bu barədə fotoşəkillər çəkilərək müvafiq protokol tərtib edilmişdir. İşdə olan 02 may 2021-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Vidadi küçəsində yerləşən 7 saylı fərdi tikilinin yataq otağından 1 ədəd “Honor” markalı mobil telefon və 1 ədəd 585 əyyarlı 4 qramlıq qızıl qadın üzüyü oğurlanmışdır. Bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 06 aprel 2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3cü maddəsinə əsasən qəti olaraq 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli qərarı ilə cəzası 04 il 06 aya endirilmiş və 30.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 02.05.2021-ci il tarixdə tutulmuş və 04.05.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 92 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 552 (beş yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 02 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut və mülki iddia yoxdur Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 552 (beş yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-75/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-75/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver