Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-75/2023 27.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X4, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublkası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 181.2.3, 181.2.4, 234.1, 66.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 12 il 06 ay müddətinə, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə, qəti olaraq 09 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X11” ilə qadağan olunmuş əşya olan 1 ədəd «Nokıa» markalı «BM10» modelli, «**********00384, **********00392», imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, telefona qoşulmuş ***-***-**-** nömrəli danışıq kartı vasitəsilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ***-***-**-** və ***-***-**-** nömrəli telefonlara zənglər etməklə və mesajlar göndərməklə tanışları Şahid7, X9 və digər şəxslərlə əlaqə saxlamaqla istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində müəssisə əməkdaşları tərəfindən saxlanıldığı 1 saylı rejim korpusun 15 saylı kamerasında keçirilmiş axtarış-baxış zamanı həmin qadağan olunmuş mobil telefon daxilində danışıq kartı ilə birlikdə X4 yataq yerindəki döşəyin altında aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkir. xx.xx.2022-ci il tarixdə saat təxminən 13:50 radələrində müəssisə əməkdaşları tərəfindən kamerada axtarış aparılarkən ona məxsus yataq yerindən döşəyin altından “Nokia Mini” mobil telefon aparatı və daxilində “Azercell” operatoruna aid ***-***-**-** nömrəli bir ədəd danışıq kartı aşkar edilərək götürülmüşdür. Həmin telefonu kamerada təmir işləri aparılan zaman döşəmənin altında tapdığını, əsasən dostları Şahid7 məxsus ***-***-**-** nömrəli və X8 məxsus ***-***-**-** nömrəli telefonlara zənglər etdiyini, həmçinin digər tanış və qohumları ilə əlaqə saxladığını bildirmişdir. Onunla eyni kamerada saxlanılan məhkumlara telefonu istifadə etmək üçün verməmişdir. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, əvvəlki hökm üzrə çəkilməmiş cəzasının müddətini nəzərə alaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məkhəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən mobil telefondan istifadə etməsi barədə əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında hal şahidlərinin iştirakı ilə qəfil axtarış-baxış tədbirləri keçirilmişdir. Müəssisə əməkdaşları tərəfindən kameraya daxil olduqdan sonra kamerada saxlanılan şəxslərə məhkumlar üçün qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, belə olan halda həmin əşyaları təqdim etmələri təklif olunmuşdur. Kamerada saxlanılan şəxslər onlarda hər hansı qadağan olunmuş əşyanın olmadığını bildirdikdən sonra keçirilmiş axtarış-baxış tədbiri zamanı həmin kamerada saxlanılan xx.xx.1981-cü il təvəllüdlü, Bakı Ağır Cinayətlər Məhkəməsinin və Qaradağ Rayon Məhkəməsinin hökmləri ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 234.1, 67, 66.3, 93.1.2, 317.2.1-ci maddələrinə əsasən 09 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məxsus yataq yerindəki döşəyin altından 1 ədəd daxilində «Azercell» operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartı olan «Mini Nokıa» markalı mobil telefon apparatı aşkar olunaraq götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olduğunu və istifadə edərək yaxınları ilə əlaqə saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş mobil telefon baxış iştirakçıların iştirakı ilə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Fakt barədə protokol tərtib edilmiş, tədbir zamanı heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 teleqram ünvanlayaraq, övladının xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin ibtidai istintaq dövründə hal şahidi qismində dindirilmiş Şahid5 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun keçirilməsini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ibtidai istintaq dövründə verdikləri ifadələri əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 məhkəmə iclasında tədqiq edilmiş ifadələrindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdə hal şahidi qismində dəvət olunmuşlar, saat 13:50 radələrində müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında müəssisə əməkdaşları tərəfindən xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs Əliabbas oğluna məxsus yataq yerindəki döşəyin altından 1 ədəd daxilində danışıq kartı olan «Mini Nokıa» markalı mobil telefonu aşkar olunaraq götürüldüyünü, məhkum Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu və istifadə edərək yaxınları ilə əlaqə saxladığını bildirməsini göstərmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq cəzasını hazırda Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəində çəkən Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. O, Təqsirləndirilən şəxslə dəfələrlə istifadəsində olan ***-***-**-** nömrəli telefonla zənglər etməklə əlaqə saxlamışdır. İş materiallarına əlavə edilmiş 01 fevral 2022-ci il tarixli axtarış və götürmə protokolundan və fotocədvəldən göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzçəkmə müəssisəsinin əməkdaşları hal şahidlərinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, 01 fevral 2022-ci il tarixdə, saat 13:50 radələrində müəssisənin 1-ci rejim 15 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerindəki döşəyin altından daxilində ***-***-**-** nömrəli 1 ədəd danışıq kartı olan işlək vəziyyətdə «Mini Nokıa» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı saxlanması və istifadəsi məhkumlara qadağan edilmiş digər əşyalar aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş əşyalar şahidlərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və müəssisənin möhürü ilə bərkidilmişdir. Protokol şahidlər tərəfindən imzalanmışdır. (i.v. 6-7) İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, X5 təyin edilmiş cəzasının əvvəli 01 aprel 2021-ci il, cəzasının sonu 01 noyabr 2030-cu il tarixidir. X1 8 saylı CM-nə 17 may 2019-cu il tarixdə 3 saylı İstintaq Təcridxanasından qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317-ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. X1 cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Daxili rejim qaydalarını pozduğu üçün barəsində xx.xx.2019-cu il tarixdə 03 gün CT, xx.xx.2019-cu il tarixdə Töhmət, xx.xx.2020-ci il tarixdə 04 gün CT, xx.xx.2020-ci il tarixdə 03 gün CT, xx.xx.2020-ci il tarixdə 06 gün CT, xx.xx.2021-ci il tarixdə Töhmət, xx.xx.2022-ci il tarixdə 08 gün CT, xx.xx.2022-ci il tarixdə Töhmət tənbeh tədbirləri tətbiq edilmişdir. Xasiyyətcə qapalıdır, onunla aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktik söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir, əməyə və təhsilə münasibəti mənfidir. Məhkumlar arasında tabesizliyə və əməkdaşlara qarşı fiziki müqavimət göstərməyə, şantaj etməyə, əməkdaşların ünvanına şər-böhtan atmağa, özünə xəsarət yetirməyə, intihar etməyə, digər qeyri-qanuni hərəkətlər etməyə və müəssisəyə gizli yollarla məhkumlara saxlanlması, istifadəsi qadağan olunmuş əşya olan mobil telefon aparatı, narkotik vasitələr gətizdirməyə meyillidir. X1 islah yoluna qədəm qoymamışdır. (i.v. 30-31) İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 03 dekabr 2022-ci il tarixli, 195 saylı protokoldan və mobil telefonuna olunmuş zənglərin çıxarışından görünür ki, götürülmüş telefona və danışıq kartlarına baxış keçirərək müəyyən etmişdir ki, Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs istifadə etdiyi telefona qoşulmuş ***-***-**-** nömrəli danışıq kartı vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ***-***-**-** və ***-***-**-** nömrəli telefonlara zənglər etməklə və mesajlar göndərməklə tanışları Şahid7 və X9 ilə əlaqə saxlamaqla istifadə etmiş, telefonlara qarşılıqlı zənglər və SMS yazışmaları etməklə müvafiq olaraq 33 dəfə və 26 dəfə əlaqə saxlaması barədə məlumatlar qeydiyyata alınmışdır. Həmin məlumatlardan görünür ki, ***-***-**-** nömrəli telefon Şahid7 adınadır, ***-***-**-** nömrəli telefon X7 adınadır. Məlumatlar məhkəmə qərarı əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci tarixədək götürülmüşdür.(i.v. 102-103) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli 5/285 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, aşkar edilmiş bir ədəd «Nokıa» markalı «BM10» modelli «**********00384, **********00392» imei kodlu mobil telefon işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manatdır. (i.v.40-43) İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. (i.v.1) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, X2 Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 dekabr 2016-cı il tarixdə Nizami Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 76-cı maddəsinə əsasən 01 il 06 ay 07 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3, 76.6.3 və 67-ci maddələrinə əsasən 12 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 il 07 ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 19-25, 67, 90-93) İş materiallarına əlavə edilmiş maddi sübut kimi tanınma barədə 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, aşkar edilmiş 1 ədəd mobil telefon, 1 ədəd danışıq kartı, habelə "xxxx" MMC-nin diskdə olan məlumatlar maddi subut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (i.v.104) İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmışdır. (i.v. 120-123) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs X5 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, X6 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, X5 azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X5 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(002)-169/2021 saylı hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 07 (yeddi) il 07 (yeddi) ay 05 (beş) gün hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut “Nokia” markalı, “BM10” modelli, “**********00384, **********00392 imei kodlu mobil telefon, hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80,00 (səksən) manat pul vəsaiti X3 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxs X5 hüquqi yardım göstərmişdir. X5 məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X5 hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 il 07 ay 05 gün hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 07 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X6 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut - “Nokia” markalı, “BM10” modelli, “**********00384, **********00392 imei kodlu mobil (smartfon) telefon, hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 80,00 (səksən) manat pul vəsaiti X3 tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. X5 məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-75/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-75/2023
27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver