Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-76/2021 22.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə CM-nin 177.1 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.1.3-cü maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış, Yardımlı şəhəri, Yardımlı qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşamış və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi, «Gülbaxt» adlanan ərazidə yerləşən daş karxanasından Zərərçəkmiş şəxs1 məxsus hər bir metrinin dəyəri 1,5 manat təşkil edən 100 metr uzunluğunda 4 damarlı elektrik naqilini, hər birinin dəyəri 700 manat olan 5 ədəd kran nasosunu, hər birinin dəyəri 1200 manat olan 3 ədəd 30000 kilovatlıq kombaynın mühərrikini və 600 manat dəyərində 1 ədəd kombayn mühərrikini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 - xeyli miqdarda ümumi məbləği 7850 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Bakı-Qazax yolunun 29-cu kilometrliyində yolun kənarında olan zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə məxsus hər bir metrinin dəyəri 48 manat olan 132 metr dəmir barmaqlıq hasarı gizli olaraq talayaraq, zərərçəkmiş hüquqi şəxs Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə xeyli miqdarda - ümumi məbləği 6336 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2019-cu il tarixdə saat 07 radələrində yaşayış sahəsi olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2A ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 80 manat dəyərində laqondanı, 1 ədəd 40 manat dəyərində direli, 1 ədəd 80 manat dəyərində «Total» markalı perforatoru, 1 ədəd 250 manat dəyərində qaynaq aparatını və 1 ədəd 150 manat dəyərində plastik boruları birləşdirmək üçün istifadə olunan ütünü gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumi məbləği 600 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2020-ci il tarixdə saat 03 radələrində yaşayış sahəsi olan ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs3 məxsus 6 ədəd hər birinin dəyəri 120 manat olan10 seksiyalı istilik radiatorlarını, 1 ədəd dəyəri 1400 manat olan «Herman» markalı kombi aparatını, 1 ədəd dəyəri 150 manat olan hamam duşunu, 1 ədəd dəyəri 150 manat olan paltar quruducusunu, 1 ədəd dəyəri 50 manat olan qaz reduktorunu, 1 ədəd dəyəri 100 manat olan kombinin transformatorunu və 1 ədəd dəyəri 80 manat olan paltar quruducusunu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs3 ümumi məbləği 2650 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşayış sahəsi olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ massivi, nömrəsiz bağ evinə qanunsuz daxil olmaqla oradan X5 məxsus 1 ədəd dəyəri 500 manat olan «Samsunq» markalı televizoru, 1 ədəd dəyəri 100 manat olan «Samsunq» markalı DVD aparatını, 1 ədəd dəyəri 50 manat olan televizor antenasının tünerini, 1 ədəd dəyəri 500 manat olan «Mega» markalı kondisioneri gizli olaraq talayaraq, zərərçəkmiş şəxs X5 ümumi məbləği 1150 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2020-ci il tarixdə saat 06 radələrində saxlanc yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən «xxxx» MMC-nin metal əritmə zavodunun anbarına qanunsuz daxil olmaqla oradan hər bir kiloqramının dəyəri 6 manat olan 350 kiloqram əlvan metal olan mis qırıntılarını gizli olaraq talayaraq, zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-nin metal əritmə zavoduna ümumi məbləği 2100 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşayış sahəsi olan Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci masivdə yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd dəyəri 80 manat olan «Makita» markalı göy rəngli dreli, 1 ədəd dəyəri 80 manat olan «Bosh» markalı qırmızı balaca laqondanı, 1 ədəd dəyəri 100 manat olan «Makita» markalı lobziki, 1 ədəd dəyəri 450 manat olan «Makita» markalı lazeri, 1 ədəd dəyəri 100 manat olan «Makita» markalı boz rəngli perforatoru, 15 ədəd hər bir ədədinin qiyməti 5 manat 20 qəpik olan elektrik yuvası və cərəyan dəyişdirici, dəyəri 60 manat olan hamam avadanlığı və 1 ədəd dəyəri 35 manat olan projektoru gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs5 ümumi məbləği 983 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər CM-nin bir neçə maddəsi ilə məhkum olunmuşdur. O, əvvəllər Qızıldaş qəsəbəsində yaşamışdır, orada tullantı dəmirlər, mis və aliminium yığıb satmaqla maddi tələbatlarını təmin etmişdir. 2018-ci ilin aprel ayının 20-də saat 06 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, «Gülbaxt» adlanan ərazidən keçərkən orada daş karxanası görmüşdür. Həmin vaxt daş karxanasında heç bir kəsin olmadığını müəyyən etdikdən sonra daş karxanasının ərazisinə daxil olmuşdur. Orada elektrik naqilləri, nasoslar və kombayn mühərriki vardır. Maddi cəhətdən sıxıntıları olduğu üçün həmin əşyaları oğurlamaq qərarına gəlmişdir. O, ətrafa bir daha baxıb heç bir kəsin gəlmədiyinə əmin olduqdan sonra orada əvvəlcə 100 metr uzunluğunda elektrik naqilini və 5 ədəd kran nasosunu götürüb özü ilə gəzdirdiyi böyük arabaya yığmışdır. Daha sonra 3 ədəd kombayn mühərriki ağır olduğu üçün onlara gücü çatmadığından həmin mühərrikləri bir neçə hissəyə ayırmış və onları da arabaya yükləmişdir. Həmin ərazidən təxminən 300 metr uzaqlaşandan sonra onun kimi metal yığıb daşıyan «Ford-tranzit» markalı avtomobilə əl edib saxlatmışdır. Dövlət qeydiyyat nişanını hazırda xatırlamadığı həmin avtomobilin tanımadığı sürücüsü ilə elektrik naqilinin 1 metrini 30 qəpikdən olmaqla 100 metr naqili 30 manata, dəmir mühərriki və nasosları isə ümumi olaraq 260 manata razılaşıb həmin metal yığan şəxsə satmışdır. Qeyd etmişdir ki, həmin şəxs ondan bu qədər dəmirin haradan aldığını xəbər alarkan bildirmişdir ki, elektrik naqilini uzun müddətdir ki, evində işlətmək üçün almışdır, lakin pul lazım olduğu üçün satmaq qərarına gəlmişdir. Kran nasoslarını və kombayn mühərrikini isə yaxınlıqda yerləşən məişət tullatıları yerindən götürmüşdür. Beləliklə də, həmin şəxsdən 290 manat pul alıb qeyd edilən əşyaları avtomobilinə yükləyib oradan uzaqlaşmışdır. Bildirmişdir ki, qeyd edilən 100 metr uzunluğunda elektrik naqilini, 5 ədəd kran nasosunu və kombayn mühərriklərini əgər oğurladığı gün satmasaydı, onları kirayədə yaşadığı ünvanı gətirib metal qəbulu məntəqələrindən birinə satacaqmış. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində Qaradağ rayonu ərazisində metal yığarkan Bakı-Qazax yolunun 29-cu kilometrliyində Qazax rayonu istiqamətində olan avtomagistral yolun sağ tərəfində aqlay daşlarının üzərində təxminən 30 sm hündürlüyündə dəmir barmaqlıqların quraşdırıldığını görmüşdür. Həmin gün metal yığa bilməmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışdır ki, həmin dəmir barmaqlıqları yerindən qoparıb metal qəbuletmə məntəqəsinə aparıb təhvil verib pul əldə etsin. Buna görə də o, yerdən tapdığı dəmir parçası ilə həmin dəmir barmaqlıqların təxminən 200 metrini yerindən qoparıb aparıb körpünün yanına yığmışdır. Daha sonra yol ilə keçən qeydiyyat nömrəsinə fikir vermədiyi «Kamaz» markalı yük avtomobilini saxlatdırıb oğurladığı dəmir barmaqlıqları Lökbatan-Puta yolunun üzərində yerləşən metal qəbuletmə məntəqəsinə aparması barədə sürücü ilə 30 manata razılaşdıqdan sonra həmin dəmir barmaqlıqları «Kamaz» markalı yük avtomobilinin yük yerinə yükləmişdir. Həmin gün o, oğurladığı dəmir barmaqlıqları Lökbatan-Puta yolunun üzərində yerləşən İqbal adlı şəxsin metal qəbuletmə məntəqəsinə Naməddin adlı şəxsə təhvil verib 280 manat pul almışdır. Daha sonra «Kamaz» markalı yük avtomobilinin Zülfiqar adlı sürücüsünə 30 manat pulunu verib oradan uzaqlaşıb getmişdir. O, Bakı-Qazax yolunun 29-cu kilometrliyində Qazax rayonu istiqamətində olan avtomagistral yolun sağ tərəfində aqlay daşlarının üzərində quraşdırılmış dəmir barmaqlıqları sındırıb oğurlayarkan ona heç kim yaxınlaşmamış və nə iş gördüyünü soruşmamışdır. O, «Kamaz» markalı avtomobilin sürücüsünə və metal qəbuletmə məntəqəsində dəmir barmaqlıqları təhvil verdiyi şəxsə həmin dəmir barmaqlıqları oğurladığını deməmişdir. O, xx.xx.2019-cu il tarixdə dəmir barmaqlıqları oğurlayarkan ona heç kim köməklik etməmişdir, oğurluğu tək törətmişdir. Bundan başqa o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi sakini Zərərçəkmiş şəxs2 tanımır. Bildirmişdir ki, həbs olunmamışdan əvvəl uzun müddət səyyar şəkildə dəmir məmulatlarının alqı-satqısı ilə məşğul olmuşdur. Vətəndaşlardan aldığı dəmir məmulatlarını metal qəbulu məntəqələrinə satıb ailəsini dolandırmışdır. Metal qəbulunu əksər vaxtlarda səyyar şəkildə tək özü vətəndaşlardan qəbul edirmiş. Təxminən 2019-cu ilin dekabr ayının 22-də Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsində səyyar şəkildə qəsəbə sakinlərindən dəmir məmulatları və tikinti üçün istifadə edilən əşyalar yığmışdır. Bu zaman gözü dəmir yol xəti tərəfdə yerləşən evə sataşmışdır. Həmin vaxt saat təxminən 07 radələri olarmış. Həmin vaxt daş hasarı aşıb həyətə düşmüş və bu zaman bilmişdir ki, ev yeni tikilməkdə olan evdir. Bundan sonra bir mərtəbəli kürsülü fərdi yaşayış evinin qabaq sağ tərəfində yerləşən plastik pəncərəsini əlində olan bir ədəd dəmir parçası ilə qırıb evin qonaq otağına daxil olmuşdur. Həmin vaxt evin içərisində və həyətdə heç kim olmamışdır. Bu zaman qonaq otağında 1 ədəd laqonda, 1 ədəd drel, 1 ədəd perforator, 1 ədəd qaynaq apparatı və 1 ədəd plastik boruları birləşdirmək üçün istifadə olunan ütünü görmüş və həmin əşyaları oğurlayaraq gəldiyi yerdən küçəyə çıxmışdır. Yuxarıda qeyd etdiyi əşyalardan başqa heç bir əşya oğurlamamışdır. Oğurladığı 1 ədəd laqonda, 1 ədəd drel, 1 ədəd perforator, 1 ədəd qaynaq aparatı və 1 ədəd plastik boruları birləşdirmək üçün istifadə olunan ütünü Qobustan qəsəbəsində metal qəbulu məntəqəsi işlədən Natiq adlı şəxsə 200 manata satmışdır. Qazandığı pulları şəxsi tələbatlarına xərcləmişdir. Oğurladığı əşyaları Natiq adlı şəxsə satarkan həmin əşyaların özünə məxsus olmasını Natiqə bildirmiş, yəni həmin əşyaların oğurluq olmasını Natiqə bildirməmişdir. Natiq onun oğurluq etməyinə heç vaxt inanmazmış, çünki o, bir neçə dəfə Natiqə dəmir məmulatları satmışdır. Bundan başqa o, xx xxxx 2020-ci il tarixə keçən gecə Ələt qəsəbəsində olan zaman görmüşdür ki, Ələt-2 qəsəbəsində yerləşən 0182 ünvanında yerləşən ev boşdur, yəni evdə heç kim yoxdur. Buna görə də, o, həmin evə daxil olmaq qərarına gəlmişdir. O, evin birinci mərtəbəsində pəncərənin dəmir barmaqlıqlarını kəsmiş və pəncərədən evə daxil olmuşdur. O, evin dəhlizindən və qonaq otağından 2 ədəd istilik radiatoru, mətbəx və ikinci mərtəbədə olan radiatorları, daha sonra hamamda olan divara bərkidilmiş bir ədəd kombini və paltar quruducularını oğurlamışdır. Qeyd etmişdir ki, o, həmin əşyaları bir-bir söküb çıxarıb çölə yığmışdır, sonra isə hamısını bir tanımadığı avtomaşına yükləyib Ələt qəsəbəsində gətirmiş və orada üzdən tanıdığı Natiq adlı şəxsə dəyər-dəyməzinə satmışdır. Oğurladığı əşyaların satışından əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ massivində yerləşən bağ evlərindən birinə oğurluq etmək məqsədi ilə gəlmişdir. Orada yerləşən bağ evlərindən biri diqqətini cəlb etmişdir. O, həmin həyət evində heç kimin olmadığına əmin olduqdan sonra hasardan tullanaraq həyətə daxil olmuşdur. Evin darvazasının qapısını içəridən bağlamışdır ki, birdən kimsə gəlsə qapını aça bilməsin. O, evin mətbəxinin pəncərəsində olan dəmir barmaqlıqları sındıraraq əymiş, daha sonra isə pəncərəni açmışdır. O, evin içərisinə daxil olub qonaq otağından 01 ədəd «Samsunq» markalı televizor, televizor altlığında olan 01 ədəd «Samsunq» markalı DVD aparatını, 01 ədəd televizor antenasının tünerini, yataq otağından 01 ədəd «Mega» markalı kondisioneri oğurlamışdır. Oğurladığı əşyaları hasardan çölə çıxardaraq bir yerə yığmışdır. Sonra yoldan taksi tutub həmin əşyaları taksiyə yükləmiş, səhəri gün oğurladığı əşyaları Ələt qəsəbəsində üzdən tanıdığı Ramin adlı şəxsə satmışdır. Lakin, Ramin adlı şəxs həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, 2020-ci ilin iyun ayın 13-də saat 06 radələrində «xxxx» MMC-nin metal əritmə zavodunun konteynerindən oğurluq etmək üçün Lökbatan-Puta yolunun üzərində yerləşən məntəqəyə gedərək hasarlanmamış hissədən MMC-nin ərazisinə keçmişdir. O, orada dəmir parçası ilə həmin konteynerin asma qıfılını sındırmış və içəridə çox sayda polietilen torbalara yığılmış əlvan metalların olduğunu bir daha aşkar etmişdir. Bundan sonra o, içərilərinə əlvan metallar yığılmış həmin torbaları hissə-hissə konteynerdən çıxartmağa başlamışdır. Daha sonra isə həmin torbaları məntəqənin ərazisindən apararaq orada yaxınlıqda gizlin bir yerə yığmışdır. Səhərisi gün orada Qızıldaş qəsəbəsi tərəfdən Lökbatan qəsəbəsi istiqamətində dövlət nömrə nişanını xatırlamadığı «Ford» markalı yük avtomobilin sürücüsünün idarə etdiyi avtomobil ilə hərəkət etdiyini görmüşdür. O, həmin avtomobilin sürücüsünü saxlayıb bildirmişdir ki, əlvan metallar var və onları aparıb təhvil verməlidir. Həmin sürücü ilə 20 manat pula razılaşdıqdan sonra onu həmin yerə sürdürmüş və məntəqədən oğurladığı, torbalara yığılmış əlvan metalları avtomobilə yükləyərək «Meyvəli» bazarının yaxınlığında fəaliyyət göstərən metal qəbuletmə məntəqəsinə təhvil vermişdir. Orada mis əlvan metallarını qəbul etmək üçün ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Lakin, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün o, həmin sürücüdən şəxsiyyət vəsiqəsinin surətini onlara verməyini xahiş etmişdir. Sürücü əvvəlcə narahat olsa da o, sürücüyə bildirmişdir ki, heç bir problem yoxdur, əlvan metallar onun özünə məxsusdur, cinayət yolu ilə ələ keçirməmişdir, özü bu işlə məşğul olduğu üçün sadəcə satmaq istəyir. Həmin sürücü ona inandığı üçün etiraz etməmiş və əlvan metalı ondan alan şəxslərə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. O, həmin metalı xatırlamadığı məbləğə satıb pulu əldə etdikdən sonra 20 manatını sürücüyə vermiş və sürücüdən ayrılmışdır. Əldə etdiyi pulları öz tələbatı üçün xərcləmişdir. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Lökbata-Puta yolunun 1-ci km-də yerləşən «xxxx» MMC-nin metal əritmə zavodunun ambarından oğurluğu tək halda etmişdir, həmin cinayəti törətməkdə ona hər-hansı bir şəxs köməklik göstərməmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə o, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlmişdir. Lökbatan qəsəbəsinə gəlməkdə məqsədi orada olan yarım tikililərdən və yeni tikilmiş fərdi evlərdən oğurluq etmək olmuşdur. O, Lökbatan qəsəbəsində bir qədər gəzdikdən sonra qəsəbənin mərkəzində kameraların olduğunu görmüşdür. Buna görə də qəsəbənin kənarında olan evlərdən oğurluq etmək qərarına gəlmişdir. O, piyada hərəkət edərək qəsəbənin mərkəzindən uzaqlaşmışdır. Müəyyən qədər piyada məsafə qət etdikdən sonra sahibini tanımadığı yeni tikilinin qarşısında dayanmışdır. Həmin yeni tikili onun diqqətini cəlb etmişdir, çünki yeni tikilinin həyətyanı sahəsinin 3 tərəfi mişar daşla hörülsə də giriş qapısı yox idi. O, bir qədər kənarda gözləyib yeni tikiliyə gəlib-gedənin olub-olmamasını yoxlamışdır. Sonra isə ətrafa nəzər keçirtmişdir və müşahidə kameralarının olmadığını görmüşdür. Ətrafda heç kimin olmadığını və onu heç kimin görməməsindən tam əmin olmuşdur. Sonra o, gecə saat 22 radələrində yeni tikilinin həyətyanı sahəsinə daxil olmuşdur. Yeni tikilinin giriş qapısına pilləkənlə qalxmış, qapının bağlı olduğunu görmüşdür. Sonra isə giriş qapısının yanındakı plastikdən olan pəncərəni əli ilə yoxlamışdır. Pəncərə bağlı olmuşdur. O, plastik pəncərəni özü il gətridiyi dəmir parçası ilə açmışdır. Yenidən ətrafa nəzər salaraq heç kimin olmamasından tam əmin olaraq yeni tikiliyə daxil olmuşdur. Yeni tikilinin 1-ci mərtəbəsindən 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd lobzik, 01 ədəd lazer, 01 ədəd perforatorun olduğunu görmüş və onları bir yerə yığmışdır. Bundan başqa 1-ci mərtəbədə təxminən 15 ədəd elektrik yuvası və işığı yandırıb-söndürəni(vklyuçatel) tikinti alətlərinin yanına qoymuşdur. Sonra o, yeni tikilinin 2ci mərtəbəsinə qalxmışdır. Oradan da 01 ədəd təzə hamam aksessuarı və 01 ədəd projektoru götürüb birinci mərtəbəyə düşmüşdür. Birinci mərtəbədə bir yerə yığdığı 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd lobzik, 01 ədəd lazer, 01 ədəd perforator, təxminən 15 ədəd elektrik yuvası və işığı yandırıb-söndürəni(vklyuçatel), 01 ədəd təzə hamam aksessuarı və 01 ədəd projektoru oğurlayıb evin pəncərəsindən çıxıb getmişdir. Hadisədən bir neçə gün sonra o, gündüz saatlarında yenidən Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlmişdir. Lökbatan qəsəbəsində «Kingsmart» marketi ilə üzbə-üz yolda tikinti materialları satılan mağazanı görmüşdür. O, həmin mağazaya daxil olmuşdur. O, orada olan Ceyhun adlı satıcıya bildirmişdir ki, özünə məxsus olan işlənmiş təmir alətləri satır. O, həmin satıcını tam əmin etmişdir ki, satdığı alətlər ona məxsusdur. Ona demişdir ki, əvvəllər fərdi evlərdə usta kimi işləmiş, hazırda isə usta işləmədiyi üçün alətlər ona lazım deyil və buna görə də onları satır. Həm də həmin satıcıya demişdir ki, hazırda maddi durumu normal deyildir. Satıcını onun sözlərinə tam inandırmışdır. Həmin satıcı da ondan hansı alətləri satdığını soruşmuşdur. O, satıcıya özünə məxsus olan 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd lobzik, 01 ədəd lazer, 01 ədəd perforator satdığını demişdir. Satıcı ilə razılaşdıqdan sonra özü ilə gətirdiyi alətləri sonuncuya göstərmişdir. Satıcı alətləri neçəyə satdığını soruşmuş və o, bütün bunların hamısını 400 manata satdığını bildirmişdir. Satıcı əvvəlcə onunla razılaşmamışdır. Sonra bir ortaq qərara gəlmişlər və o, alətləri satıcıya 300 manata satmışdır. Sonra o, satıcıya yeni tikilidən oğurladığı işlənməmiş təzə olan 01 ədəd hamam aksesuarını və 01 ədəd projektoru göstərmişdir. Satıcı həmin hamam aksesuarına və projektora görə ona 40 manat pul vermişdir. O, oğurladığı alətləri sataraq əldə etdiyi 340 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, oğurluq etdiyi evin sahibini tanımır, sonuncu ilə heç bir münasibəti yoxdur. O, özü ilə gətirdiyi dəmir parçasını oğurluq etdiyi evdən müəyyən qədər uzaqlaşdıqdan sonra atıb getmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən «Gülbaxt» ərazisində olan daş karxanası ona məxsusdur. Eyni zamanda, karxanada olan bütün avadanlıqlarda ona məxsusdur. Həmin daş karxanasında nəzarətçi vəzifəsində onun xalası oğlu Şahid1 işləyir. O, xalası oğlu Davuda etibar etdiyindən bir yana gedəndə daş karxasında olan işləri Davuda tapşırıb gedir. 2018-ci ilin aprel ayının birinci ongünlüyündə o, şəxsi işləri ilə əlaqədar Rusiya Federasiyasına getmişdir. 2018-ci ilin təxminən may ayının 9-da xalası oğlu Davud ona zəng edərək bildirmişdir ki, 2018-ci ilin aprel ayının 13-dən 23-nə kimi xəstə olmuşdur və buna görə daş karxanasına gələ bilməmişdir. xx xxxxx 2018-ci il tarixdə saat 11 radələrində işə daş karxanasına gələn zaman və karxananın ərazisini gəzən zaman ona məlum olmuşdur ki, karxanadan hər bir metrinin dəyəri 1,5 manat təşkil edən 100 metr 4 damarlı elektrik naqili, hər birinin dəyəri 700 manat olan 5 ədəd kran nasosu, hər birinin dəyəri 1200 manat olan 3 ədəd 30000 kilovatlıq kombaynın mühərriki və 600 manat dəyərində 1 ədəd kombayn mühərriki oğurlanmışdır. Davud oğurlanmış əmlakı və oğurluq törədən şəxsi tapmaq üçün bu barədə heç bir yerə məlumat verməmişdir. Lakin, onun axtarışları heç bir müsbət nəticə verməmişdir. O, Davuda tapşırmışdır ki, oğurluq hadisəsi barədə polisə məlumat versin. Sabahısı günü, yəni xx xxx 2018-ci il tarixdə Davud onunla əlaqə saxlayaraq məlumat vermişdir ki, DİN-nin «102» xidmətinə məlumat vermiş, sonra Qaradağ RPİ-nin 38-ci polis Bölməsinə ərizə ilə müraciət etmiş və gedib bölmədə izahat vermişdir. Onu heç kim polisə dəvət etmədiyindən o, gedib ifadə verməmişdir. Oğurluq hadisəsi nəticəsində ona cəmi 7850 manat maddi ziyan dəymişdir. O öz ifadəsində daha sonra ona vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, göstərilən ünvanda yaşayır, «Socar»-ın 1 saylı Nəqliyyat idarəsində sürücü işləyir. Təqsirləndirilən şəxs Mirzağa oğlunu əvvəllər tanımamışdır. Bildirmişdir ki, daimi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Duvanlı stansiyası, ev 10 A, ev 8 ünvanında yaşayır. Eyni zamanda onun Qobustan qəsəbəsi, massiv 2A ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi var. Evi yeni tikmiş, evin qapı, pəncərələri vardır, təmir işlərinin çox hissəsi tamamlanmamışdır, hazırda evin içində son təmir işləri aparılır. Evdə təmir işləri getdiyindən orada tikinti materialları və avadanıqları olur. Bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində o, evə gələndə evin mətbəxinə qoyduğu laqunda, direl, pereferator, qaynaq aparatı və plastik boruları birləşdirmək üçün istifadə olunan ütünün yerində olmadığını, yəni oğurlandığını müəyyən etmişdir. Evə baxış zamanı ona məlum olmuşdu ki, oğurluq etmiş naməlum şəxs və ya şəxslər evin ətrafında olan daş hasarı aşaraq ön tərəfə baxan plastik pəncərəni qırıb açaraq evə daxil olublar. O, bu barədə dərhal DİN-in «102» Zəng Mərkəzinə məlumat vermiş və bir azdan sonra hadisə yerinə polis əməkdaşları gələrək evə baxış keçirtmişdilər. Konkret olaraq oğurluq hadisəsi baş vermiş evdən 1 ədəd 80 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan, markasını bilmədiyi işlənmiş dəmir kəsici alət(laqonda), 1 ədəd 40 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan, markasını bilmədiyi dəmir deşici alət (direl), 1 ədəd 80 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan, markasını bilmədiyi işlənmiş «Total» markalı perforator, 1 ədəd 250 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan, markasını bilmədiyi işlənmiş qaynaq aparatı və 1 ədəd 150 manat dəyərində Rusiya Federasiyasının istehsalı olan, markasını bilmədiyi plastik boruları birləşdirmək üçün istifadə olunan ütü oğurlanmışdır. Ümumilikdə ona oğurluq nəticəsində 600 manat maddi ziyan dəymişdir. Qaradağ RPİ-nin 11-ci PB-nə yazmış olduğu ərizəsində oğurlanmış əmlakın qiymətini 500 manat göstərsə də, sonralar tam dəqiləşdirmişdir ki, ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Sonralar bilmişdir ki, Natiq adlı şəxs evindən oğurluq edibdir. O öz ifadəsində daha sonra ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, oğurluq edilmiş ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi ona məxsusdur. Sadəcə o, Baş Ələt qəsəbəsində yerləşən başqa bir evdə yaşadığından həmin evdə qalmır. Lakin ay ərzində tez-tez həmin evə gedərək nəzarət edir. Ev demək olar ki, yaşayış üçün tam hazır vəziyyətdədir. xx xxxx 2020-ci il tarixdə sonuncu dəfə həmin evdə olmuşdur, həmin evin içərisində olan əşyalar hamısı yerli-yerində olmuşdur. Evindən heç bir əşya oğurlanmamışdır. Daha sonra isə o, xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində baş çəkmək üçün yuxarıda qeyd etdiyi evinə gəlmişdir. Evin həyətyanı sahəsinin giriş qapısını açaraq o, həyətə daxil olmuşdur. Bir-iki addım atmışdır ki, evin birinci mərtəbəsinin üzü qapıya tərəf olan pəncərəsinin dəmir barmaqlıqlarının kəsilib atıldığını görmüşdür. Bu onda evdən oğurluq edilməsi şübhəsini yaratdığı üçün dərhal evin qapısını açıb içinə daxil olmuşdur. Evə baxış keçirən zaman evin birinci mərtəbəsində yerləşən qonaq otağında divardda bərkidilmiş vəziyyətdə olan 01 ədəd 120 manat dəyərində 10 seksiyalı istilik radiatoronun, bundan sonra isə evin dəhlizindən 02 ədəd hər birinin 120 manat, ümummilikdə isə 240 manat olan istilik radiatorunun, birinci mərtəbədə olan mətbəxdən 01 ədəd 120 manat dəyərində olan istilik radiatorunun, evin 2-ci mərtəbəsinin dəhlizində divara bərkidilmiş vəziyyətdə olan 01 ədəd 120 manat dəyərində istilik radiatorunun, həmin mərtəbədə olan yataq otağında divara bərkidilmiş vəziyyətdə olan 01 ədəd 120 manat dəyərində istilik radiatorunun oğurlandığını aşkar etmişdir. Daha sonra isə o, evin 1-ci mərtəbəsində olan hamama baxış keçirən zaman hamamda divara bərkidilmiş vəziyyətdə olan 01 ədəd 1400 manat dəyərində «Herman» markalı kombi aparatının, hamamda divara bərkidilmiş vəziyyətdə olan 01 ədəd 150 manat dəyərindəki hamam duşunun, elə orada divara bərkidilmiş 150 manat dəyərində olan paltar quruducusunun, bundan başqa oğurluqla bağlı yazdığı ərizədə qeyd etmədiyi sonradan bir daha evə baxış keçirən zaman oğurlandığını aşkar etdiyi hamamda divara bərkidilmiş vəziyyətdə olan 50 manat dəyərində olan qaz reduktorunun, 100 manat dəyərində olan kombinin transformatorunun oğurlandığını müəyyən etmişdir. Bundan sonra isə o, tualetə baxış keçirən zaman tualetdə divara bərkidilmiş 80 manat dəyərində olan paltar quruducusunun oğurladığını aşkar etmişdir. Daha sonra isə o, bu barədə dostu X2 danışan zaman Ceyhun Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə məlumat vermişdir. Ceyhun «102» zəng xidmətinə məlumat verən zaman həmin evin ona məxsus olduğunu və ona məxsus əşyalaran oğurlanması barədə məlumat vermişdir. Lakin həmin ev ona məxsusdur və evdən ona məxsus əşyalar oğurlanmışdır. Ceyhun dostu olduğu üçün və onun başı çıxmadığı üçün «102» zəng mərkəzinə Ceyhun zəng etmiş və evin Ceyhuna məxsus olmasını bildirmişdir. Onun evində baş vermiş oğurluq nəticəsində ona cəmi 2650 manat maddi ziyan dəymişdir. O, baş vermiş oğurluq hadisəsindəheç kimdən şübhələnmir. Oğurluq zamanı onun evində heç kim olmamış, həmin vaxt evin yaşayış üçün tam hazır vəziyyətdə olmasına baxmayaraq, evdə yaşayış olmamışdır. Evin həyətyanı sahəsinin qapısıda, evin giriş qapısıda dəmir materialdan olmuşdur. Naməlum şəxslər onun evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmış, əli ilə pəncərəni itələyib açaraq, evə dəxil olmuşlar. Həmin vaxt evin pəncərəsinin dəmir barmaqlıqları sındırılmışdır ki, həmin dəmir barmaqlıqları düzlətdirmək olmur. Bunun üçün də o, həmin pəncərəyə yeni barmaqlıq almalıdır ki, həmin barmaqlığın dəyəri də 50 manatdır. Oğurluq baş vermiş evin açarları yalnız onun özündə olmuşdur. Oğurluq baş vermiş evə daxil olmaq üçün ondan başqa kənar bir şəxsin hər-hansı icazəsi olmamışdır. O öz ifadəsində daha sonra ona vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, evlidir və himayəsində bir azyaşlı övladı vardır. Zəngilan rayonu Rəbənd kəndində qeydiyyatda olsa da, faktiki olaraq həyat yoldaşı Şahid3 və qızı Həkimə Adıgözəlova ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ massivi, nömrəsiz bağ evində yaşayır. Yaşadığı ev kürsülü, birmərtəbəli yaşayış evidir. Ev 0,06 ha ərazisində tikilib. Həyət mişar daşı ilə hasarlanıb və həyətə giriş 01 ədəd dəmir darvazadandır. Evin həyətində tualet va hamam vardır. Ev isə 3 otaqdan və 1 mətbəxdən ibarətdir. Evin pəncərələri plastik materialdan olmaqla hər birinin üzərində dəmir barmaqlıqlıq vardır. Evə giriş bir ədəd dəmir qapıdandır. Qapı oturma otağına açılır. Oturma otağından mətbəxə və iki yataq otağına qapılar açılır. Oturma otağında divar boyu divan,1 ədəd jurnal masası, 1 ədəd televizor altlığı, 1 ədəd televizor, 1 ədəd tüner, 1 ədəd DVD vardır. Mətbəxdə müxtəlif mətbəx əşyaları və mətbəx mebeli vardır. Yataq otağının birindən istifadə etməmişlər və orada işlənməyən yataq dəstləri, kilim və xalça, digər ev əşyaları saxlamışlar. İkinci yataq otağında 1 ədəd şifoner, 1 ədəd trümo, 1 ədəd çarpayı, 1 ədəd stol və ətrafında stullar vardır. Stollun üstünə isə istifadə olunmayan yorğan döşək yığmışlar. Yataq otağına həmçinin bir ədəd kondisioner quraşdırmışdır. Atası kiçik qardaşı ilə birlikdə Bakı şəhəri Sahil qəsəbəsi, 5 saylı yataqxanada yaşayırlar. Hazırda atası ağır yataq xəstəsidir. Qardaşı subay olduğundan tez-tez həyat yoldaşı ilə atasının yanında qalırlar. Belə ki, atası gəzə və sərbəst hərəkət edə bilmədiyindən ona xüsusi qulluq tələb olunur. Onun həyət yoldaşı atasına yemək hazırlayır, o, isə təbii təlabatlarının ödənilməsində yaranmış narahatlıqları aradan qaldırır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadıqları Bakı şhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ massivi, nömrsiz bağ evlərindən çıxaraq, evin qapı-pəncərələrini bağlamışlar. Həmin gündən Sahil qəsəbəsində atasının yanında olmuşlar. xx.xx.2020-ci il tarizdə saat 20 radələrində evə qayıtdıqda o, darvazanı aça bilməmişdir. o, müəyyən etmişdir ki, darvaza həyət tərəfdən qapı cəftəsi ilə bağlıdır. O, hasarın üstündən həyətə keçmiş, qapının cəftəsini açmışdır. O, evə yaxınlaşdıqda müəyyən etmişdir ki, mətbəxin pəncərəsindəki dəmir barmaqlığın bir tərəfi sındırılaraq əyişmiş, pəncərəsi isə açıqdır. O, evdən oğurluq edilməsi qənaitinə gəlmiş və faktla bağlı DİN-nin «102» xidmətinə məlumat vermişdir. Bir qədər sonra onun həyətinə polis işçiləri gəlmiş və baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, oturma otağından 01 ədəd 500 manat dəyərində «Samsunq» markalı televizor, televizor altlığında olan 01 ədəd 100 manat dəyərində «Samsunq» markalı DVD, 01 ədəd 50 manat dəyərində televizor antenasının tüneri, yataq otağından 01 ədəd 500 manat dəyərində «Mega» markalı kondisioner oğurlanmışdır. Həmçinin yataq otağındakı trümonun siyirtmələri dağınıq vəziyyətdə olmuşdur. Yataq dəsti və şifoner, eləcədə istifadə etmədikləri 2-ci yataq otağı dağıdılmışdır. Evdən başqa əşya oğurlanmamışdır. Bu oğrluq nəticəsində ona ümumilikdə 1150 manat məbləğində ziyan dəymişdir. O, antenna tünerinin qiymətini ilkin ərizəsində qeyd etmədiyindən məbləği 110 manat göstərmişdir. Lakin, hazırki hesablama nəticəsində məbləğin ümumilikdə 1150 manat olduğunu o, müəyyən etmişdir. Oğurluqla əlaqədar onun heç bir şübhələndiyi şəxs yoxdur. Onun oğurlanmış əşyalarının xüsusi əlamətləri olmamışdır, heç vaxt təmir etdirməmişdir, təzə kimi idilər və saz vəziyyətdə idilər. Oğurluq zamanı əmlakı zədələnməyib və ya məhv edilməyib. Dəmir barmaqlığı bərpa etmək üçün o, 5 manat pul sərf etmişdir, belə ki, dəmir barmaqlığın sınmış yerini qaynaq etdirmişdir. O öz ifadəsində daha sonra ona vurulmuş ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Lerik rayonu Ağqışlaq kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, 4 övladı vardır. Hazırda Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən «Qaradağ» daş karxanası kompleksində sürücü işləyir. Təxminən 1 il bundan əvvəl o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci masivdə 3 sot boş torpaq sahəsi almışdır. Həmin boş torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Təxminən 4-5 ay olar ki, həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Evi qaraj və zirzəmi daxil olmaqla 3 mərtəbədən ibarətdir. Evinin 1-ci və 2-ci mertəbələrinin pəncərələri plastikdəndir. Evin giriş qapısı isə dəmirdəndir. Evin ətrafı mişar daşı ilə yarımçıq hörülmüşdür və girişdə darvaza yoxdur. xx xxxx 2020-ci il tarixdə o, axşam saat 21 radələrinə kimi həmin yeni tikilidə təmir ilə məşğul olmuşdur, sonra isə yeni tikilinin dəmirdən olan giriş qapısını açarla bağlayıb yaşadığı evə getmişdir. xx xxxx 2020ci il tarixdə saat 9 radələrində yeni tikiliyə gəlmişdir. Yeni tikilinin dəmirdən olan giriş qapısını açarla açan zaman qapının yanındakı plastik pəncərənin açıq olduğunu görmüşdür. O, yeni tikiliyə daxil olmuş və ətrafa baxmağa başlamışdır. Evin 1-ci mərtəbəsində olan 01 ədəd “Makita” firmasına məxsus göy rəngli 80 manat dəyərində drel, “Bosh” firmasına məxsus qırmızı balaca 80 manat dəyərində 01 ədəd laqonda, “Makita” firmasına məxsus 100 manat dəyərində 01 ədəd lobzik, “Makita” fimasına məxsus 450 manat dəyərində 01 ədəd lazer, “Makita” firmasına məxsus boz rəngli 100 manat dəyərində 01 ədəd perforator və yeni tikili üçün aldığı 15 ədəd hər bir ədədinin qiyməti 5 manat 20 qəpik olan elektrik yuvası, cərəyan dəyişdirici (vıklyuçatel) oğurlandığını aşkar etmişdir. O, dərhal evin 2-ci mərtəbəsinə qalxmış və Sədərək ticarət mərkəzindən aldığı 60 manat dəyərində təzə hamam avadanlığının və 35 manat dəyərində projektorun oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 983 manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı konkret olaraq şübhələndiyi şəxs yoxdur. Yeni tikilidən başqa heç bir əşya oğurlanmamışdır. Naməlum şəxs(lər) ona məxsus yeni tikiliyə plastik pəncərəni açmaq yolu ilə daxil olmuşdur(lar). Bunun nəticəsində evindən oğurluq olsa da evi dağıdılmamışdır. O öz ifadəsində daha sonra ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin hüquq məsləhətçisi vəzifəsində işləyir. Yardımlı rayon sakini Təqsirləndirilən şəxs tanımır. Bildirirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində Birliyin işçisi işə gələrkən Bakı-Qazax yolunun 29-cu kilometrliyində yolun kənarında olan dəmir barmaqlıqların naməlum şəxs (şəxslər) tərəfindən sındırılaraq oğurlanmasını aşkar etmiş və bu barədə Qaradağ RPİ-nin 38-ci PB-nə rəsmi ərizə ilə müraciət etmişdir. Tərəflərindən müəyyən olunmuşdur ki, Bakı-Qazax yolunun 29-ci kilometrliyində Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə məxsus 132 metr uzunluğunda dəmir barmaqlı hasar oğurlanmış, nəticədə 66 ədəd birləşmə dayaqları və 100 metr uzunluğunda aqlay üzlük daşı sıradan çıxmışdır. Dəmir barmaqlı hasarın 1 metrinin qiyməti 48 manat olmaqla 132 metr uzunluğunda olmuşdur. Üzlük aqlay daşının bir metrinin qiyməti 22 manat olmaqla 100 metr uzunluğunda olmuşdur. Birləşmə dayaqlarının 1 metrinin qiyməti 20 manat olmaqla 66 ədəd olmuşdur. Dəmir barmaqlı hasarın oğurlanması nəticəsində Birliyə 6336 manat maddi ziyan dəymişdir. Ümumilikdə isə Birliyə 9856 manat maddi ziyan dəymişdir. O öz ifadəsində daha sonra Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, «xxxx» MMC-nin icraçı direktoru vəzifəsində işləyir. MMC-nin Qaradağ rayonu, Lokbatan-Puta yolunun 1-ci kilometrliyində metal əritmə zavodu fəaliyyət göstərir. Zavodun fəaliyyəti metal qırıntısının toplanması, əridilməsi və armatur istehsalından ibarətdir. Zavod müstəqil şəkildə metal qırıntılarının qəbulunu həyata keçirə bilir. Təxminən 5 ay ərzində yığılmış əlvan metallar zavodun həyətində anbar kimi istifadə etdikləri dəmir kontenerin içinə yığılmışdır. Həmin metallar miss metalları idi və polietilen torbalara dodurularaq ambara yığılmışdır. Kontenerin içində təxminən 200 torba mis var idi. Təxminən 10 gündən bir həmin dəmir kontenerə əlvan metal yığılır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində qəbul etdikləri əlvan metalları həmin konteynerə yığmaq istəyərkən konteynerin qapısının qıfılının açılmadığını görmüşdür. O, diqqətlə baxarkan qıfılın sındırılaraq açıldığını, sonradan isə sıxılaraq bağlanıldığını müəyyən etmişdir. O, metal parçası ilə qıfılı sındırıb konteynerin qapısını açıb içəri baxarkən görmüşdür ki, konteynerin içi boşdur, torbalara doldurulmuş miss metallar yerində yoxdur. O, oğurluq olmasından şübhədənmişdir. Həmin gün işi olduğu üçün həmin gün deyil, xx.xx.2020-ci il tarixdə DİN-nin «102» mərkəzi zəng xidmətinə zəng edərək və Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək hadisə ilə bağlı məlumat vermişdir. Misin bir kq-nın orta bazar qiyməti 6 manatdır, zavoddan isə ayrı-ayrı çəkilərdə olan 350 kq miss oğurlanmışdır. MMC-yə dəymiş ziyanın miqdarı 2100 manat təşkil edir. Mis torbalarının çəkiləri eyni deyildir. Miss torbalara əl ilə yığılmışdır və çəkiləri müxtəlif idi. Nümayəndə2 məhkəməyə yazılı ərizə təqdim edərək onlara vurulmuş ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Xaliq oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 8 ilə yaxındır ki, xalası oğlu Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən «Gülbaxt» adlanan ərazidə olan daş karxanasında nəzarətçi işləyir. xx xxxxx 2018-ci il tarixdə o, xəstələnmişdir və buna görə də xx xxxxx 2018-ci il tarixə kimi işə gəlməmişdir. xx xxxxx 2018-ci il tarixdə saat 11 radələrində o, daş karxanasına gələrkən görmüşdür ki, karxanadan hər bir metrinin dəyəri 1,5 manat təşkil edən 100 metr 4 damarlı elektrik naqili, hər birinin dəyəri 700 manat olan 5 ədəd kran nasosu, hər birinin dəyəri 1200 manat olan 3 ədəd 30000 kilovatlıq kombaynın mühərriki və 600 manat dəyərində 1 ədəd kombayn mühərriki oğurlanmışdır. Bu oğurlanmış əmlak onun xalası oğlu Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Həmin vaxt xalası oğlu Zərərçəkmiş şəxs1 işləri ilə əlaqədar Rusiyaya getdiyindən, o, fikirləşmişdir ki, oğurluq törətmiş şəxsi özü tapsın və buna görə də oğurluq hadisəsi barədə heç kimə məlumat verməmişdir. Lakin, onun axtarışları müsbət nəticə vermədiyindən, o, xx xxx 2018-ci il tarixdə oğurluq hadisəsi barədə xalası oğlu Ramizə məlumat vermiş və Ramizin tapşırığı ilə həmin gün əvvəlcə DİN-nin «102» xidmətinə məlumat vermiş və sonra Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. O, ailəsini dolandırmaq üçün usta işləyir və həmçinin fərdi qaydada işlənmiş məişət malları alqısatqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs o, sifətdən Ələt qəsəbəsindən tanıyır. Səhv etmirsə 2020-ci ilin Novruz bayramı günlərinin birində onun yanına nömrəsi və markasına fikir vermədiyi bir maşınla Natiq gəlmiş və bildirmişdir ki, işlənmiş məişət malları vardır və onları satmaq istəyir. O, Natiqin gətirdiyi məişət mallarına baxmış və görmüşdür ki, maşında 01 ədəd «Samsunq» markalı televizor, televizor altlığında olan 01 ədəd «Samsunq» markalı DVD aparatını, 01 ədəd televizor antenasının tünerini, 01 ədəd «Mega» markalı kondisioner vardır. O, həmin Natiqdən həmin malları haradan almasını və neçəyə satmasını soruşmuşdur. Natiq ona bildirmişdir ki, həmin malları evdə fəhlə işləyərkən ev yiyəsi ona əməkhaqqı əvəzində vermişdir və pula ehtiyacı olduğu üçün 300 manata satır. O, Natiqi tanıdığı üçün ona inanmış və həmin mallara görə Natiqə 250 manat təklif etmişdir. Natiq razılaşmış və o, Natiqə 250 manat verib həmin malları ondan almışdır. Natiq gəldiyi avtomaşınla çıxıb getmişdir. Sonralar o, işlənmiş mallar satdığına görə həmin Natiqdən aldığı malları bir-bir tanımadığı şəxslərə satmışdır. O, Natiqin ona satmış olduğu malların oğurluq olmasını bilməmiş və nə də Natiq ona bu haqda bir söz deməmişdir. Həmin malların oğurluq olmasını bilsəydi, onları Natiqdən almazdı. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə yuxarıda göstərilən ünvanda yaşayır. Ailəsini dolandarmaq üçün Ələt qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində işləyir və müxtəlif metal məmulatlarını qəbul edir. O, metal qəbulu məntəqəsi həmdə usta işləyir. Təqsirləndirilən şəxs o, tanıyır, belə ki, Natiq metal qırıntıları yığmaqla məşğuldur və dəfələrlə onun işlədiyi metal qəbulu məntəqəsinə metal qırıntıları gətirərək ona pul müqabilində təhvil vermişdir. Onun bildiyinə görə Natiq gətirdiyi metal qırıntılarını gəzib müxtəlif yerlərdən yığaraq gətirib ona təhvil vermişdir. Natiq onun etibarlı müştərilərindən idi və onun hər-hansı bir oğurluq etməsindən xəbəri olmamışdır. 2019-cu ilin dekabr ayının sonlarında Natiq onun yanına gələrək 1 ədəd laqonda, 1 ədəd drel, 1 ədəd perforator, 1 ədəd qaynaq apparatı və 1 ədəd plastik boruları birləşdirmək üçün istifadə olunan ütünü gətirmiş və satmaq istədiyini bildirmişdir. O, həmin alətlərə baxaraq görmüşdür ki, onlar istifadə olunmuş və işlənmişdir. Natiq bildirmişdir ki, həmin alətləri işlətmir və pula ehtiyacı olduğu üçün satmaq istəyir. O, həmin alətlərə görə Natiqə 200 manat verə biləcəyini demiş və Natiq onunla razılaşmışdır. Natiq pulunu alıb çıxıb getdikdən bir neçə gün sonra o, həmin əşyaları təsadüfən məntəqəyə gəlmiş tanımadığı bir nəfərə 300 manata satmışdır. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə saat 8-9 radələrində işə gələrkən, onun işlədiyi metal qəbulu məntəqəsinin qarşısına bir markası və dövlət nömrə nişanına fikir vermədiyi bir avtomaşın gördü. Həmin avtomaşından sifətdən tanıdığı Natiq adlı şəxs düşərək onun yanına gəldi və bildirdi ki, onun istilik radiatorları, kombi aparatı, hamam ləvazimatları, paltar qurudan qurğuları vardır və həmin əşyaları ona pul lazım olduğu üçün satır. O, həmin əşyalara baxmış və görmüşdür ki, onlar istifadə olunmuş əşyalardır. O, Natiqdən soruşmuşdur ki, həmin əşyaları haradan əldə etmişdir və Natiq ona bildirmişdir ki, işlədiyi evdə ev yiyəsi sökdürüb yerinə təzəsini qurdurmuş və ona həmin əşyaları pul əvəzinə vermişdir. O, Natiqi üzdən tanıdığından sonuncuya inanmışdır. Bundan sonra o, Natiqlə həmin əşyaları 380 manata alması barədə razılaşmış və Natiqə həmin pulu verib sonuncunun gətirdiyi əşyaları işlədiyi məntəqəsinə boşaltmışdır. Sonra həmin əşyaları o, bir-bir tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. O, təsəvvürünə gətirə bilmir ki, Natiq həmin əşyaları oğurluq yolu ilə ələ keçirmişdir, çünki Natiqə daimi müştəri kimi inanmışdır. Eyni zamanda Natiqdə ona həmin əşyaların oğurluq olması barədə heç bir söz deməmişdir. O, bilməmişdir ki, həmin əşyalar Natiq tərəfindən oğurluq yolu ilə əldə olunmuşdur və Natiqdə ona bu haqda heç bir söz deməmişdir. Həmin əşyaların oğurluq olmasını bilsəydi, onları Natiqdən heç vaxt almazdı. Şahid7 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. 2018-ci ilin aprelə ayında o, qırıntı metal yığıb metal yığma məntəqəsinə təhvil verərək ailəsini dolandırmışdır. O, müxtəlif yerlərdən yığdığı metallı özünə məxsus «Ford-tranzit» markalı avtomobil ilə daşımışdır. 2018-ci ilin aprel ayının 2-ci və ya 3-cü ongünlüyündə saat 08 radələrində, dəqiq tarixi yadında deyil, o, özünə məxsus avtomaşınla metal yığmağa gedərkən Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, «Gülbaxt» adlanan ərazidən keçən zaman ona bir nəfər tanımadığı, sonradan polisdə adı Natiq olan şəxs saxlaması üçün əl ettmişdir. O, avtomaşını saxlayaraq həmin şəxsdən nə lazım olduğunu soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, satlıq metallı var və ona həmin metalı almağı təklif etmişdir. Həqiqətəndə, o, görmüşdür ki, yolun qırağında topa yığınmış müxtəlif dəmir mühərrik və nasosların hissələri və kabel vardır. Həmin şəxsdən o, metalın oğurluq olub-olmamasını soruşmuş, lakin metalı satan şəxs onu inandırmışdır ki, metal onun özunə məxsusdur. O, həmin şəxslə həmin elektrik naqilinin 30 manata, dəmir mühərrik və nasosların hissələrini isə ümumi olaraq 260 manata razılaşıb almışdır. Sonra o, həmin şəxslə bir yerdə həmin aldığı metalı özünə məxsus avtomaşına yükləyib həmin şəxsin pulunu verib çıxıb getmişdir. Almış olduğu metalı o, hal-hazırda xatırlamadığı metal qəbulu məntəqəsinə təhvil verib pulunu almışdır. O, almış olduğu metalın oğurluq olduğunu bilsəydi, həmin metalı heç vaxt almazdı. Bundan başqa, o, həmin Natiq adlı şəxslə 2020-ci ilin iyun ayının ortalarında yenə təsadüfət görüşmüşdür. Belə ki, o, Qızıldaş qəsəbəsi tərəfdən Lökbatan qəsəbəsi istiqamətində özünə məxsus «Ford-tranzit» markalı yük avtomobili ilə gedərkən Natiq adlı şəxs onu saxlayıb bildirmişdir ki, əlvan metallar var və onları aparıb təhvil «Meyvəli» bazarının yaxınlığında olan metal qəbulu məntəqəsinə verməlidir. O, Natiqlə 20 manat pula razılaşdıqdan avtomaşını Natiq dediyi yerə sürmüş və oradan torbalara yığılmış əlvan metalları avtomobilə yükləyərək «Meyvəli» bazarının yaxınlığında fəaliyyət göstərən metal qəbuletmə məntəqəsinə təhvil vermək üçün gətirmişdir. Orada mis əlvan metallarını qəbul etmək üçün Natiqdən şəxsiyyət vəsiqəsini istəmişlər. Lakin, Natiqin şəxsiyyət vəsiqəsi olmadığı üçün ondan şəxsiyyət vəsiqəsinin surətini məntəqəyə verməyini xahiş etmişdir. O, əvvəlcə narahat olsa da Natiq bildirmişdir ki, heç bir problem yoxdur, əlvan metallar özünə məxsusdur, cinayət yolu ilə ələ keçirməmişdir, özü bu işlə məşğul olduğu üçün sadəcə satmaq istəyir. O, Natiqə inandığı üçün etiraz etməmiş və əlvan metalı alan şəxslərə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Natiq həmin metallı hansı məbləğə satmasını bilmir, pulu aldıqdan sonra ona 20 manat vermiş və ondan ayrılmışdır. O, Natiq həmin metallı oğurluq yolu ilə əldə etməsini bilməmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır, Qaradağ rayon İcra Hakimiyyətində 7 ildir ki, bağban işləyir. Bağban kimi o, Bakı şəhəri Qaradağ rayonu, Bakı-Qazax yolunun 29-cu kilometrliyində yolun kənarında hərbi şəhərciyin yanında körpünün yanında yerləşən abidə və yaşıllığa nəzarət edir və abadlıq işləri ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 8-də abidə və yaşıllığın yanına gələn zaman o, görmüşdür ki, nəzarət etdiyi həmin abidə və yaşıllığın dəmir barmaqlıqları sındırılmış və oğurlanmışdır. O, dərhal DİN-nin «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Eyni zamanda o, hadisə barədə müdiriyyətinə, yəni Qaradağ rayon Mənzil-Təsərrüfat Birliyinə də məlumat vermişdir. İdarələrindən ona bildirmişlər ki, polis əməkdaşlarını gözləsin və bir azdan sonra hadisə yerinə 38-ci Polis bölməsinin əməkdaşları gəlmiş və hədisə yerinə baxış keçirərək fotoşəkillər çəkməklə protokol tərtib etmişlər. Sonralar idarədən o, eşitmişdir ki, oğurlanmış dəmir barmaqlıqların dəyəri 11000 manatdır. Lakin həmin barmaqlıqları dəqiq dəyərini idarə bilər. Şahid3 Ümudvar qızına məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 Ümudvar qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində əri X6 ilə eyni məzmunlu ifadə verərək X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda yaşayır, fərdi qaydada özünə məxsus Kamaz-5511 yük markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bildirmişdir ki, təxminən 2019-cu ilin noyabr ayının axırlarında konkret gün yadında qalmasa da idarə etdiyi Kamaz-5511 yük markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 29-cu kilometrliyində Qazax rayonu istiqamətində olan avtomagistral yol ilə hərəkətdə olarkən bir nəfər, təxminən 40-45 yaş arasında olan kişi cinsindən olan bir şəxs yolun kənarından əl edərək yük avtomobilini saxlamağı xahiş etdi. Bu zaman o, idarə etdiyi yük avtomobilini saxlayaraq yerə düşmüşdür. Həmin şəxs, yəni sonrada adını Natiq bildiyi adam ona dedi ki, «yüküm var, metal qəbulu məntqəsinə boşaltmaq lazımdır». O, Natiqlə yükü aparmağa 30 manata razılaşmış və Natiqin yolun kənarına qoyduğu dəmir barmaqlıqları onunla birlikdə avtomobilinin yük yerinə yığaraq Lökbatan-Puta yolunun üstündə yerləşən İqbal adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışlar. Həmin vaxt Natiqin üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün ondan xahiş etdi ki, avtomobilinə aid sənədlərin surətini İqbal adlı şəxsin işçisinə versin. O, üzərində olan avtomobilinə aid sənədləri İqbal adlı şəxsin işçisinə vermiş, işçi sənədlərin surətini çıxardaraq avtomobilə aid sənədləri ona qaytarmışdır. Natiq dəmir barmaqlıqları İqbal adlı şəxsin işçisinə satandan sonra xidmət haqqı kimi ona 30 manat pul vermişdir. Bundan sonra Natiq orada qalmış, o, isə öz işinə davam etmişdir. Natiq yük avtomobilinə dəmir barmaqlıqları yükləyən zaman onun yanında heç kim yox idi. Dəmir barmaqlıqların əlamətləri barədə heç bir söz deyə bilmir, çünki həmin vaxtdan xeyli müddət keçibdir. Dəmir barmaqlıqları Natiq yük avtomobilinə yükləyərkən özünü ona dəmir alverçisi kimi təqdim etmişdir, həmin dəmir barmaqlıqların oğurluq olmasını ona deməmişdi. Əgər o, bilsəydi ki, dəmir barmaqlıqlar oğurluqdur, dərhal bu barədə polisə məlumat verərdi. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə yuxarıda göstərilən ünvanda yaşayır. O, 2019-cu ilin noyabr ayının axırlarında Lökbatan-Puta yolunun üstündə yerləşən İqbal adlı şəxsin metal qəbulu məntəqəsində metal qəbul edən işləmişdir. Həmin vaxt, dəqiq tarixi yadında deyil, səhər saatlarında onun işlədiyi məntəqəyə bir nömrəsini xatırlamadığı «Kamaz» markalı avtomaşın gəlmiş və maşından bir nəfər özünü Natiq kimi təqdim etmiş şəxs düşərək bildirmişdir ki, qırıntı dəmir metallı var və təhvil vermək istəyir. O, Natiqdən həmin dəmir metallı tərəzidə çəkdikdən sonra Natiqə bildirmişdir ki, dəmirə görə sonuncuya dəqiq yadında deyil, 280 və ya 290 manat verə bilər. Natiq onunla razılaşmışdır. Bundan sonra o, Natiqin şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Lakin, Natiq bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsi üstündə yoxdur. Bundan sonra Natiq «Kamaz» avtomaşının sürücüsünə müraciət edərək sonuncu öz sənədinin surətini ona verməsini xahiş etmişdir. Sürücü ona öz sürücülük vəsiqəsini vermiş və o, vəsiqənin surətini çıxartdıqdan sonra metallı qəbul edib Natiqin pulunu vermişdir. Sonra Natiq sürücünün pulunu vermiş və sürücü maşını ilə çıxıb getmişdir. Natiq isə yola çıxmışdır və sonra o, Natiqi görməmişdir. O, bilməmişdir ki, Natiqin gətirdiyi metal qırıntıları oğurluq maldır, bunu bilsə idi həmin metallı almazdı və bu haqda polisə məlumat verərdi. Eyni zamanda sürücü ona sənədini verməsi onu bir daha inandırdı ki, qəbul etdiyi metal oğurluq deyil. Natiq adlı şəxsdən qəbul etdiyi metallı bir neçə gündən sonra o, təhvil vermişdir. Şahid9 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə yuxarıda göstərilən ünvanda yaşayır. Ailəsini dolandırmaq üçün o, Lökbatan qəsəbəsində yerləşən «Kingsmart» mağazasının qarşısında yerləşən işlənmiş məişət mallarının alqı-satqısı ilə məşğul olan mağazada satıcı işləyir. 2020-ci ilin iyul ayının ortalarında gündüz saatlarında onun işlədiyi mağazaya bir nəfər tanımadığı və sonralar polisdə adı ona məlum olan Natiq adlı şəxs gəlmiş və özünə məxsus olan işlənmiş təmir alətləri satdığını bildirmişdir. O, Natiq onu tam əmin etmişdir ki, satdığı alətlər özünə məxsusdur, əvvəllər fərdi evlərdə usta kimi işləmiş, hazırda isə usta işləmədiyi üçün alətlər ona lazım deyil və buna görə də, satır. Həmdə Natiq ona demişdir ki, hazırda maddi durumu normal deyildir. O, Natiqin sözlərinə tam inandırmışdır. O, Natiqdən hansı alətləri satdığını soruşmuşdur. Natiq özünə məxsus olan 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd lobzik, 01 ədəd lazer, 01 ədəd perforator satdığını demişdir. Natiq onunla razılaşdıqdan sonra gətirdiyi alətləri ona göstərmişdir. O, Natiqdən alətləri neçəyə satdığını soruşmuşdur. Natiq bütün bunların hamısını 400 manata satdığını bildirmişdir. O, Natiqlə razılaşmamışdır. Sonra onlar 300 manata razılaşmışlar və Natiq ona alətləri 300 manata satmışdır. Sonra Natiq ona təzə 01 ədəd hamam aksesuarını və 01 ədəd projektoru göstərmişdir. O, həmin hamam aksesuarına və projektora görə Natiqə 40 manat pul vermişdir. O, Natiqdən aldığı əşyalara cəmi 340 manat pulu vermişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli «hadisə yerinə baxış haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Şahid1 Xaliq oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, «Gülbaxt» adlanan ərazidə olan daş karxanasından oğurlanmış 100 metr elektrik naqili, 05 ədəd kran nasosu, 03 ədəd kombayn mühərriki və 01 ədəd kombayn mühərrikinin daş karxanasında olan yerlərini göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli «hadisə yerinə baxış haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 29-cu kilometrliyində yolun kənarında olan dəmir barmaqlıqlar olan yerləri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli «hadisə yerinə baxış haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 6 ünvanında yerləşən evinin açıq pəncərəsini və evindən oğurlanmış 01 ədəd laqonda, 01 ədəd perforator, 01 ədəd qaynaq aparatının evdə olan yerlərini göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «hadisə yerinə baxış haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs3 ona məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində 01 ədəd «Herman» markalı kombi aparatının, 01 ədəd on seksiyalı radiatorun, 01 ədəd hamam duşunun, 02 ədəd paltar quruduğu cihazların yerləşdiyi yerləri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «hadisə yerinə baxış haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs4 Söhbət oğlu ona məxsus Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ massivi, nömrəsiz evin plastik materialdan olan pəncərəsinin barmaqlıqlarını sındırmaqla evdən oğurlanmış 01 ədəd «Samsunq» markalı televizoru, 01 ədəd DVD aparatını, 01 ədəd tüneri, 01 ədəd kondisionerin yerləşdiyi yerləri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «hadisə yerinə baxış haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Yusifov X9 qəsəbəsində fəaliyyət gəstərən «xxxx» MMC-nin metal əritmə zavodunun ambarından oğurlanmış təxminən 150-200 kq çəkidə mis metallar yerləşdiyi yerləri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «hadisə yerinə baxış haqqında» protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Əzimov X4 qəsəbəsi, massiv 1, ev 20 mənzil 14-dən oğurlanmış elektrik naqilləri, hamam aksesuarları və digər tikinti materialları yerləşdiyi yerləri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən «Gulbaxt» ərazisində olan daş karxanasından etmiş olduğu oğurluq hadisəsini əyani şəkildə göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 29-cu kilometrliyində avtomagistral yolun sağ tərəfində quraşdırılmış dəmir barmaqlıq hasarları oğurladığı hadisə yerini əyani şəkildə göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «şahidin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Məmişov X7 Adil İlham oğlunun evindən törətmiş olduğu oğurluq hadisəsinin əyani şəkildə göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Ələt-2 qəsəbəsi 0182 saylı evin qarşısına gələrək oğurluq etdiyi hadisə yerini əyani şəkildə göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ massivi, nömrəsiz evin qarşısına gələrək oğurluq etdiyi hadisə yerini əyani şəkildə göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Lökbata-Puta yolunun 1-ci km-də yerləşən «xxxx» MMC-nin medtal əritmə zavodunun ambarının qarşısına gələrək oğurluq etdiyi hadisə yerini əyani şəkildə göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1-də olan Zərərçəkmiş şəxs5 məxsus evin qarşısına gələrək oğurluq etdiyi hadisə yerini əyani şəkildə göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Məmişov X8 rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə CM-nin 177.1 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 68.1.3-cü maddələrinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslər Nümayəndə2 və X3 ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 600 (altı yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 600 (altı yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-76/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-76/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver