Məhkəmə qərarları › İş №1(002)-76/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-76/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-76/2023 25.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1968-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci ildə, saat 22-30 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transıt” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı mikroavtobusu Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 70-80 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 42,5-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnalların köməyi ilə bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli və bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün mane yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Forte” minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və həmin avtomobil qabağa doğru hərəkət edərək həmin vaxt yerdə dayanmış vəziyyətdə olan piyada “Kia Forte” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2, sərnişin Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi “Daımler Chrysler” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə piyada Zərərçəkmiş şəxs2 sol körpücük sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı, sol bazunun qançırı, bel nahiyyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs4 sağ körpücük sümüyünün sınığı, sol baldır və sağ dirsək oynağı nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs5 çənə sümüyünün sağ bucaq və sol mental nahiyyəsinin yerinidəyişən sınığı, sağ alt göz qapağının və gözaltı nahiyyəsinin qançırı-şişkinliyi, döş qəfəsinin ön səthinin və sağ diz oynağı nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymiş və “Ford Transıt” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi olan Zərərçəkmiş şəxs6 sol bud, sol baldır və sağ V ayaq daraq sümüklərinin qapalı, qəlpəli, azyerdəyişən sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs1 sol said sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ tərəfdə İİ-İİİ-İV-V-Vİ qabırğada, ikili yerdəyişmə ilə, sol tərəfdə İ qabırğanın yerdəyişmə ilə sınıqları, sağ bazunun, sağ saidin, sağ əlin arxa səthinin, sağ budun və sol diz oynağı nahiyyəsinin qançırları, sağ almacıq nahiyyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs7 burun sümüyünün qapalı, yerdəyişmiş sınığı, hər iki diz oynağı və sağ baldır nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs3 sağ qamış və sağ diz sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi özünə məxsus «Ford Transıt» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Mingəçevir-Bərdə marşurutu üzrə sərnişin daşımaqla məşğuldur. 03 sentyabr 2022-ci il tarixdə həmin «Ford Transıt» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Lerik rayonundan Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Mikroavtobusda 15 nəfər sərnişin olmuş, yük olmamışdır. Saat təxminən 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində üç zolaqlı yolun sağ zolağı ilə saatda təxminən 70-80 km sürətlə Bakı istiqamətində hərəkətdə olduğu vaxt qarşıda yolun sağ kənarında qəza işıqları qoşulu vəziyyətdə minik avtomobilini görmüşdür. Həmin avtomobilin hərəkətdə olduğunu güman etdiyi üçün hərəkətini davam etdirmişdir. Həmin minik avtomobilinə çatmağa təxminən 10 metr qalmış avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüş və avtomobili sol orta zolağa çıxmaq istədikdə orta zolaqla hərəkətdə olan avtomobil siqnal verdiyi üçün idarə etdiyi avtomobili sağ istiqamətləndirmiş və idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi həmin dayanmış vəziyyətdə olan «Kia Forte» minik markalı avtomobilin arxa sol hissəsinə dəymişdir. Toqquşmadan sonra «Kia Forte» markalı avtomobil qarşıya hərəkət edərək yerdə olan şəxslərə və digər dayanmış vəziyyətdə olan «Daımler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində avtomobilində olan sərnişinlərdən Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1, həmçinin «Kia Forte» minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2, «Daımler Chrysler» minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1, piyadalardan sonadan adını bildiyi Elmurad, Nüsrət və başqaları xəsarətlər almışdır. Ona görə az sonra hadisə yerinə TTY avtomobili gəlmiş və xəsarət alanları xəstəxanaya yola salmışdır. Hadisə nəticəsində özü də xəsarət alsa da xəstəxanaya getməmiş, sənədlərini polis əməkdaşlarına təqdim etməklə hadisə yerində qalıb baxışda iştrak etmişdir, sonradan sərxoşluq müayinəsindən keçmişdir. Sonradan məlum olmuşdur ki, «Daımler Chrysler» minik markalı avtomobildə nasazlıq yarandığından hər iki avtomobilin sürücüləri və sərnişinləri avtomobili təmir etmək istəmişlər. Hadisədən sonra xəsarət almış bütün şəxslərin müalicə xərclərini ödəmişdir. Həmçinin xəsarət alaraq Respublika xəstəxanasında müalicə olunan Zərərçəkmiş şəxs2 müalicə xərclərinə görə 300 manatdan çox köməklik etmişdir, karset və lazım olan digər əşyalar almışdır. O, öz ifadəsində son olaraq zərərçəkmiş şəxslərin hər biri ilə hal-hazırda barışmaqla zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını bildirərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat təxminən 21:30 radələrində dayısı oğlu Sadıq və tanımadığı bir nəfər sərnişinlə birlikdə idarə etdiyi «Kia Forte» minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonundan Bakı şəhərinə yola düşmüşdür. Saat təxminən 22-30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Bakı şəhəri istiqamətinə hərəkətə olduğu vaxt yolun sağ kənarında «Daımler Chrysler» minik markalı avtomobilin dayandığını və sürücünün əllə işarə edərək kömək istədiyini görmüş və ona görə avtomobili saxlayıb, geri həmin həmin avtomobilin yanına sürməklə arxa hissəsində yolun sağ kənarında saxlamışdır. Nə baş verdiyini soruşduqda həmin avtomobilin işıq sistemində nasazlıq yarandığını bilmişdir. O idarə etdiyi avtomobili bir qədər həmin «Daımler Chrysler» minik markalı avtomobilə yaxınlaşdırmışdır ki, cərəyan ötürə ötürmək mümkün olsun. Onlar avtomobili işə salmağa çalışdıqları vaxt arxadan Bakı şəhəri istiqamətində hərəkətdə olan «Ford Transıt» markalı mikroavtobus yoldan çıxaraq onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuş və zərbədən onun idarə etdiyi avtomobil qarşıya atılaraq onlara və təmiri ilə məşğul olduqları həmin «Daımler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində o, avtomobillərin yanında olan şəxslər və «Ford Transıt» markalı mikroavtobusun sərnişinləri xəsarətlər aldıqları üçün hadisə yerinə TTY avtomobilləri gəlmiş və onları xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, cinayət işi üzrə ona qarşı heç bir şikayət və tələbinin olmadığını, işin icraatına xitam verilməsini və mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, oğlu Uğur, qohumları ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla istirahət etmək üçün Lerik rayonuna getmişlər. İstirahət etdikdən sonra saat təxminən 19 radələrində onlar geri Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. O, mikroavtobusun salonunda 2-ci cərgədə oğlu Uğurla birlikdə oturmuş, digərləri isə mikroavtobusun salonunda əyləşmişlər. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt Taryelin idarə etdiyi mikroavtobus yoldan çıxıb sağa istiqamətlənərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan «Kia Forte» minik markalı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuşdur. Həmin «Kia Forte» markalı avtomobil isə qarşıda atılaraq digər dayanmış vəziyyətdə olan «Daimler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, mikroavtobusda olan qohumları və digər şəxslər xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, onun sağ qolu və sağ diz nahiyələrindən sınıq xəsarətləri almışdır. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində o Kürdəmir rayonu ərazisində tanımadığı «Kia Forte» minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağa əyləşib Bakı şəhərinə gəlmək üçün yola düşmüşdür. Avtomobildə ondan başqa bir nəfər sərnişin olmuş, qabaq sağ oturacaqda əyləşmişdir. Saat təxminən 22:30 radələrində biz Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt görmüşlər ki, yolun kənarında «Mercedes Benz» minik markalı avtomobil dayanıb və kimsə kömək üçün əllə işarə edirmiş. Sürücü sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 ötüb keçdikdən sonra avtomobili saxlayıb qəza işıqlarını qoşmaqla geri qayıtmışdır və həmin «Mercedes Benz» minik markalı avtomobilin arxasında saxlamışdır. Onlar avtomobildən düşüb maraqlandıqda məlum olmuşdur ki, avtomobilin işıq sistemində nasazlıq yarandığından yolun kənarında saxlayıb kömək istəyirlər. Onlar həmin avtomobilin arxasında dayanıb akkummlyatora cərəyan qoşduqları vaxt «Kia Forte» minik markalı avtomobilin arxa hissəsinə «Ford Transit» markalı mikroavtobus dəyərək toqquşmuş, zərbədən «Kia Forte» minik markalı avtomobil qarşıya atılaraq onlara və «Daimler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, yanlarında dayanmış şəxslər və mikroavtobusda olan sərnişinlər xəsarətlər almışlar. Xəsarət alanları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparsalar da o, ilkin olaraq xəsarətinin ciddi olmadığını zənn edib evinə getmişdir. Sonradan bədənində ağrılar kəskinləşdiyindən səhəri günü, yəni 04 sentyabr 2022-ci il tarixdə Respublika xəstəxanasına müraciət etmişdir. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, onun sağ körpücük sümüyü sınmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Yevlax şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə o, iş yoldaşları Nüsrət və Elxanla birlikdə Elşənin idarə etdiyi «Daimler Chrysler» minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonundan Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt qəflətən avtomobilin elektrik sistemində nasazlıq yaranmış və avtomobilin işıqları zəifləmişdir. Belə olduqda Elşən avtomobili yolun sağa kənarına çıxarıb saxlamışdır. Onlar avtomobildən düşmüşlər və avtomobili təmir etməyə çalışsalar da bacarmadıqlarından kömək üçün yoldan keçən avtomobilə işarə etmişlər və “Kia” markalı avtomobil onların arxasında saxlamışdır. Həmin avtomobilin sürücüsü və sərnişinləri də avtomobildən düşmüşlər və avtomobilə baxdıqları vaxt arxadan eyni istiqamətdə hərəkətdə olan “Ford Transit” markalı mikroavtobus “Kia” minik markalı avtomobilin arxa sol tin hissəsindən vuraraq toqquşmuşdur. Zərbədən “Kia” markalı avtomobil qarşıya atılaraq Elşənin idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı ona hansısa avtomobil dəydiyindən aldığı xəsarətlərdən huşunu itirmiş, sonradan xəstəxanada ayılmışdır. Hadisə nəticəsində o çənə nahiyəsindən sınıq xəsarətləri almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Yevlax şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, qızı Lamiyə, oğlu Məhəmməd, qaynı Səyavuş və onun arvadı Könül, baldızı Dilarə və digər qohumları ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-BO- *** dövlət qeydiyyat nişanlı mikroavtobusla istirahət etmək üçün Lerik rayonuna getmişlər. İstirahət etdikdən sonra saat təxminən 19 radələrində onlar geri Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. O, mikroavtobusun salonunda 3-cü cərgədə qızı Lamiyə ilə birlikdə oturmuşdur, digərləri isə mikroavtobusun salonunda əyləşmişlər. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt Taryelin idarə etdiyi mikroavtobus yoldan çıxıb yolun sağ kənarında dayanmış vəziyyətdə olan minik avtomobillərinə dəyərək toqquşmuşdur. Hadisə nəticəsində uşaqları heç bir xəsarət almasa da o, mikroavtobusda olan qohumları və digər şəxslər xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, o sol ayağından sınıq xəsarətləri almışdır. Hadisənin konkret olaraq hansi səbəbdən baş verdiyini bilməmişdir, hadisə nəticəsində xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, ailə üzvləri, qohumları ilə birlikdə bibisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla istirahət etmək üçün Lerik rayonuna getmişlər. İstirahət etdikdən sonra saat təxminən 19 radələrində onlar geri Bakı şəhəri qayıtmaq üçün yola düşmüşlər. O, mikroavtobusun qabaq sağ oturacağında, digərləri isə mikroavtobusun salonunda əyləşmişlər. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sağ zolağı ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt yorğun olduğu üçün oturacağa söykənib yatmışdır və zərbə səsinə ayıldıqda görmüşdür ki, Taryelin idarə ediyi mikroavtobus yolun sağ kənarında olan «Kia Forte» minik markalı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşub, «Kia Forte» markalı avtomobil isə qarşıda digər dayanmış vəziyyətdə olan «Daimler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, mikroavtobusda olan qohumları və digər şəxslər xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, onun burun nahiyəsi sınıb, xəsarət almışdır. Arvadı Şahid4 isə ayaqlarından xəsarət almışdır. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqramlar ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, qohumları ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla istirahət etmək üçün Lerik rayonuna getmişlər. İstirahət etdikdən sonra saat təxminən 19 radələrində onlar geri Bakı şəhəri qayıtmaq üçün yola düşmüşlər. O, mikroavtobusun salonunda 1-ci cərgəsində qabaq sağ tək oturacağında, digərləri isə mikroavtobusun salonunda əyləşmişlər. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt yorğun olduğu üçün oturacağa söykənib yatmış və zərbə səsinə ayıldıqda görmüşdür ki, Taryelin idarə ediyi mikroavtobus yolun sağ kənarında olan «Kia Forte» minik markalı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşub, «Kia Forte» markalı avtomobil isə qarşıda digər dayanmış vəziyyətdə olan «Daimler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, mikroavtobusda olan qohumları və digər şəxslər xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, onun sol qolu, qabırğaları sınıb və əzik xəsarətləri almışdır. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid3 Əbdulrəhim oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər saat təxminən 05:30 radələrində o, arvadı Şahid2, qızı Könül, nəvələri Fidan, Şəms, Yusif və digər qohumları ilə birlikdə qohumları Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərindən istirahət etmək üçün Lerik rayonuna getmişlər. İstirahət etdikdən sonra saat təxminən 19 radələrində onlar geri Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Mikroavtobusu Taryel idarə edirmiş, yeznəsi Səyavuş qabaq sağ oturacağında, onlar isə mikroavtobusun salonunda əyləşmişlər. Mikroavtobusda ümumilikdə 15 nəfər sərnişin olmuşdur. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt o və mikroavtobusun salonunda olanlar yorğun olduqları yatmışlar. Qəflətən zərbə səsinə ayıldıqda görmüşdür ki, Taryelin idarə ediyi mikroavtobus yolun sağ kənarında dayanmış olan «Kia Forte» minik markalı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşub, «Kia Forte» markalı avtomobil isə qarşıda digər dayanmış vəziyyətdə olan «Daimler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində ondan başqa arvadı Zərxanım, qızı Könül, Səyavuş və mikroavtobusda olan qohumları, həmçinin digər şəxslər xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, o baş nahiyəsindən yüngül xəsarətlər almışdır. Məhkəmə iclasında Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, əri Zərərçəkmiş şəxs7 və digər qohumları ilə birlikdə qohumları Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla istirahət etmək üçün Lerik rayonuna getmişlər. İstirahət etdikdən sonra saat təxminən 19 radələrində onlar geri Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Mikroavtobusu Taryel idarə edirmiş, Səyavuş qabaq sağ oturacağında, onlar isə mikroavtobusun salonunda əyləşmişlər. Mikroavtobusda ümumilikdə 15 nəfər sərnişin olmuşdur. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt o və mikroavtobusun salonunda olanlar yorğun olduqları yatmışlar. Qəflətən zərbə səsinə ayıldıqda görmüşdür ki, Taryelin idarə ediyi mikroavtobus yolun sağ kənarında dayanmış olan «Kia Forte» minik markalı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşub, «Kia Forte» markalı avtomobil isə qarşıda digər dayanmış vəziyyətdə olan «Daimler Chrysler» minik markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, əri Səyavuş və mikroavtobusda olan qohumları, digər şəxslər xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, Səyavuşun burunu sınıb, o isə ayaqlarından, qollarından yüngül xəsarətlər almışdır. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı heç bir şikayəti, tələbi və iddiaları yoxdur. Məhkəmə iclasında Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər saat təxminən 05:30 radələrində o, əri Qərib Məmmədov, qardaşı Səyavuş, onun ailə üzvləri və digər qohumları birlikdə bibisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərindən istirahət etmək üçün Lerik rayonuna getmişlər. İstirahət etdikdən sonra saat təxminən 19 radələrində onlar geri Bakı şəhərinə qayıtmaq üçün yola düşümüşlər. Mikroavtobusu Taryel idarə edirmiş, qardaşı Səyavuş qabaq sağ oturacağında, o, Könül və Zərxanım isə mikroavtobusun salonunda 1-ci cərgədə əyləşmişlər. Mikroavtobusda ümumilikdə 15 nəfər sərnişin olmuşdur. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt o yorğun olduğu üçün yatmışdır. Qəflətən zərbə səsinə ayıldıqda görmüşdür ki, Taryelin idarə ediyi mikroavtobus yoldan çıxaraq yolun sağ kənarında dayanmış olan iki minik avtomobillərinə dəyərək toqquşmuşdur. Hadisə nəticəsində o və mikroavtobusda olan qohumları, həmçinin digər şəxslər xəsarətlər aldıqlarından onları az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, o diz nahiyəsindən yüngül xəsarətlər almışdır. Xəsarət almağı ilə bağlı heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, «Kia Forte» minik markalı avtomobil ona məxsus olmaqla onun adınadır. Həmin “ASM Rent A Car” şirkəti də onlara məxsusdur. Onlar iki nəfər olaraq şirkəti idarə edirlər. Biri o, digəri isə X2r, lakin o bu şirkətdə rəsmi qaydada işləmir. O, şirkətin adına etibarnamə vermişdir. Maşında kasko sığorta olmamışdır, çünki kasko sığortanın olması məcburi hal deyildir. Onlar maşını icarəyə verəndə icarəyə götürən şəxsə maşının kasko sığortası olmadığını bildirmişlər. O, bu hadisədən bir-iki ay sonra baş etibarnamə əsasında maşını satmışdır. Maşına dəymiş ziyana görə məsuliyyət müqavilədə nəzərdə tutulmuşdur. Onlar maşını tərəfə necə təqdim edirlərsə, eyni şəkildə geri istəyirlər. Maşını hadisədən sonra vuruq vəziyyətdə 5700 manata satmışdır. Sığortadan cəmi 3700 manat almışdır. Lakin maşının real bazar dəyəri təqribən 20000 manat olardı. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqramlar ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi atasını məxsus «Daımler Chrysler» minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşları Elmurad, Nüsrət və Elxanla birlikdə Yevlax rayonundan Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Saat təxminən 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən qəfələtən avtomobilin elektrik sistemində nasazlıq yarandığı üçün avtomobilin işıqları zəifləmişdir. Ona görə avtomobili yolun sağa kənarına çıxarıb saxlamışdır. Sonra avtomobildən düşərək təmir etməyə çalışmışlar. Lakin bacarmadıqları üçün yoldan keçən avtomobillərə əl ilə işarə etmişdir. Kıa Forte markalı avtomobil saxlamış və həmin avtomobilin sürücüsü və sərnişnləri avtomobildən düşərək onlara yardım edən vaxt təxminən 2-3 dəqiqə sonra arxadan eyni istiqamətdə hərəkətdə olan Ford Transıt markalı mikroavtobus Kıa Forte minik markalı avtomobilin arxa hissəsindən vurarmuş və zərbədən Kıa Forte markalı avtomobil qabağa doğru gedərək orada olan adamlara və onun idarə etdiyi avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə zamanı Kıa Forte markalı avtomobil ona, iş yoldaşlarına dəydiyindən xəsarət almışlar. X11 markalı avtomobilin sürücüsü və sərnişinləri, Ford Transıt markalı mikroavtobusda olan sərninlər xəsarət aldığından hadisə yerinə gələn TTY avtomobili onları xəstəxanaya aparmışdır. Hadisə nəticəsində avtomobili əzilərək ona maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, həmin «Ford Transıt» markalı **- BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxsdur. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 digər şahidlər Şahid3, Şahid4 və digərlərinin ifadələri ilə oxşarməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid X3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində X4 göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə o, iş yoldaşları Elmurad və Elxanla birlikdə Elşənin idarə etdiyi «Daimler Chrysler» minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonundan Bakı şəhəri qayıtmaq üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə, yük olmamışdır. Saat təxminən 22:30 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olduqları vaxt qəflətən avtomobilin elektrik sistemində nasazlıq yaranmış və avtomobilin işıqları zəifləmişdir. Belə olduqda Elşən avtomobili yolun sağa kənarına çıxarıb saxlamışdır. Onlar avtomobildən düşmüş və avtomobili təmir etməyə çalışsalar da bacarmadıqlarından kömək üçün yoldan keçən avtomobilə işarə etmişlər. Az sonra Bakı şəhəri istiqamətinə hərəkətdə olan Kia markalı avtomobil qarşıda saxlamış və geriyə doğru hərəkət etdirməklə onların arxasında saxlamışdır. Həmin avtomobilin sürücüsü və sərnişinləri də avtomobildən düşmüşlər və təxminən 2-3 dəqiqə sonra avtomobilə baxdıqları vaxt arxadan eyni istiqamətdə hərəkətdə olan Ford Transit markalı mikroavtobus Kia minik markalı avtomobilin arxa sol tin hissəsindən vuraraq toqquşmuşdur. Zərbədən Kia markalı avtomobil qarşıya atılaraq Elşənin idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı «Daimler Chrysler» minik markalı avtomobil ona dəydiyindən o aldığı xəsarətlərdən huşunu itirmiş, sonradan xəstəxanada ayılmışdır. Hadisə nəticəsində o sol ayağından və sağ qolundan xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin «Ford Transit» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Yevlax şəhər sakini Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 22 sentyabr 2022-ci il tarixli 682 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ körpücük sümüyünün sınığı, sol baldır və sağ dirsək oynağı nahiyyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 24 sentyabr 2022-ci il tarixli 688 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol bud, sol baldır və sağ V ayaq daraq sümüklərinin qapalı, qəlpəli, azyerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs6 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 24 sentyabr 2022-ci il tarixli 698 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol körpücük sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, sol bazunun qançırı, bel nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 24 sentyabr 2022-ci il tarixli 689 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol said sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ tərəfdə İİ, İİİ, İV, V, Vİ qabırğada, ikili yerdəyişmə ilə, sol tərəfdə İ qabırğanın yerdəyişmə ilə sınıqları, sağ bazunun, sağ saidin, sağ əlin arxa səthinin, sağ budun və sol diz oynağı nahiyyəsinin qançırları, sağ almacıq nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokaliasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 29 sentyabr 2022-ci il tarixli 653 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər çənə sümüyünün sağ bucaq və sol mental nahiyyəsinin yerinidəyişən sınığı, sağ alt göz qapağının və gözaltı nahiyyəsinin qançırı-şişkinliyi, döş qəfəsinin ön səthinin və sağ diz oynağı nahiyyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs5 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokaliasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 29 sentyabr 2022-ci il tarixli 691 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sağ qamış və sağ diz sümüyünün qapalı yerdəyişməyən sınığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərin xarakteri və lokaliasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sərnişini olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 07 oktyabr 2022-ci il tarixli 658 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər burun sümüyünün qapalı, yerdəyişmiş sınığı, hər iki diz oynağı və sağ baldır nahiyyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Vət.Zərərçəkmiş şəxs7 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli, 8\2448 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Transit» markalı **-BO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2\20978 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan İş üzrə BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 016-117606-1222 saylı məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan) BD 025339 nömrəli «BCD» dərəcəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. İş materiallarına əlavə edilmiş Günay Sığorta tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Günay Sığorta ASC-də sığortalanan “Ford” markalı 10BO887 dövlət qeydiyyat nişanlı avtomobil Kia Forte markalı 99MM369 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə üzrə zərərçəkən “Kia Forte” markalı 99MM369 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 xx.xx.2023-cü il tarixində 3730,51 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosu tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, kasko sığortası könüllü sığorta növü olduğu üçün Büronun informasiya sistemində bu barədə məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin İİ-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Verilmiş mülki iddiaya münasibətdə isə məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə maddi sübut kimi tanınmış Ford Transıt markalı, ** BO *** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı, Kia Forte minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, Daımler Chrysler minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Buna görə də 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Ford Transıt markalı, ** BO *** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı, Kia Forte minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, Daımler Chrysler minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar