Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-76/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, X4 cavabdeh kimi ondan 30 iyul 2014-cü il tarixdən başlayaraq 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynovanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 nömrəli və 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynovanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 175,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(002)-720/2021 nömrəli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 26 iyul 2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 26 iyul 2022-ci il və 07 iyul 2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış ve cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 iyul 2023-cü il tarixədək Zərərçəkmiş şəxs 4990,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifdəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 17 oktyabr 2009-cu ildə rəsmi nikaha daxil olmadan evlənmişdir. Birgə nikahdan 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynova doğulmuşdur. Evləndikdən sonra Sahilə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Sahilə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2 (016)-649/2014 nömrəli qətnaməsinə əsasən cavabdeh kimi ondan 30 iyul 2014-cü il tarixdən başlayaraq 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynovanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80,00 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödəməlidir. Həmin qətnamə qəbul ediləndən sonra alimenti vaxtında ödəmədiyindən və uşağın tələbatları çoxaldığından Sahilə alimentin artırılması tələbi ilə təkrar məhkəməyə mürciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynovanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 175,00 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədləri Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə icraya yönəldilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğuldur. Aylıq qazancı təxminən beş yüz manat olur. Məhkəmə aktları üzrə aliment borcundan Sahiləyə 6277,00 manat ödəniş etmişdir. Qeyri rəsmi olaraq təkrar evlənmişdirvə yenidən ayrılmışdır. İkinci ailəsindəndə iki azyaşlı uşağı vardır. Hal-hazırda həmin uşaqlara görədə aliment ödəyir. O, öz ifadəsində son olaraq bildirmişdir ki, əvvəllər işlədiyi üçün alimenti ödəmək iktidarında olmuş ancaq son bir ildə işləmədiyi üçün maddi imkanı olmadığından aliment borcu yığılmışdır. O məhkəmə gedişatı dövründə aliment borcundan 380 manat ödəniş etmiş, qalan borcunu isə gələcəkdə işləyərək ayda 300 manat olmaqla ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X4 ilə 17 oktyabr 2009-cu ildə rəsmi nikaha daxil olmadan evlənmişdir. Birgə nikahdan 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynova doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan Emin uşağı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən X4 cavabdeh kimi ondan 30 iyul 2014-cü il tarixdən başlayaraq 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynovanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80,00 manat məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul ediləndən sonra Emin Mirzəyev alimenti vaxtında ödəmədiyindən və uşağın tələbatları çoxaldığından alimentin artırılması tələbi ilə məhkəməyə təkrar mürciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X4 cavabdeh kimi ondan 25 avqust 2011-ci il təvəllüdlü Mələk Hüseynovanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 175,00 manat məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Emin Mirzəyev ötən müddətdə barəsində olan məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Emin Mirzəyev hazırda taksi fəaliyyəti ilə məşğuldur. Aylıq 1000,00 manat qazanc əldə edir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Emin Mirzəyev icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Emin Mirzəyev hər iki qətnamə üzrə aliment borcundan cəmi 6277,00 manat ödəniş etmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki Emin Mirzəyevdən qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, Emin Mirzəyev tərəfindən yaranmış borcundan cəmi 380 manat ödəniş edilmişdir. Odur ki, aliment borcunun tam ödənilməsini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 nömrəli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-720/2021 nömrəli qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinə daxil olmuşdur. İcra vərəqələri icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün X3 10 gün müddətində vaxt vermişdir. X5 müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-840/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə aktlarını icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(002)-32/2023 saylı qərardadı ilə X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu E.Mirzəyev Ağsu Rayon Məhkəməsinin 2(016)-649/14 saylı, tarixli xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 5164,00 manat ödəniş etmiş, 1316,00 manat ödənilməmiş aliment borcu qalmışdır. E.Mirzəyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-720/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1051,00 manat ödəniş etmiş, 3674 manat ödənilməmiş aliment borcu qalmışdır. E.Mirzəyevin hər iki məhkəmə qətnaməsi üzrə 4990,00 manat aliment borcu yaranmışdır. Emin Mirzəyev yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2023-cü il tarixədək məhkəmə aktlarını icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 Məmməd oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 nömrəli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-720/2021 nömrəli qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinə daxil olmuşdur. İcra vərəqələri icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün X3 10 gün müddətində vaxt vermişdir. X5 müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-840/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə aktlarını icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(002)-32/2023 saylı qərardadı ilə X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu E.Mirzəyev Ağsu Rayon Məhkəməsinin 2(016)- 649/14 saylı, tarixli xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 5164,00 manat ödəniş etmiş, 1316,00 manat ödənilməmiş aliment borcu qalmışdır. E.Mirzəyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-720/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 1051,00 manat ödəniş etmiş, 3674 manat ödənilməmiş aliment borcu qalmışdır. E.Mirzəyevin hər iki məhkəmə qətnaməsi üzrə 4990,00 manat aliment borcu yaranmışdır. Emin Mirzəyev yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2023-cü il tarixədək məhkəmə aktlarını icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 nömrəli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(002)- 720/2021 saylı qətnaməsinin icrası zamanı X3 məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də fərdi əmək fəaliyyəti ilə məşğul olduğu və aylıq 300,00 manat ödəyə biləcəyini bildirmişdir. Onun gəlirləri olduğu halda alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir İş materiallarına əlavə olunmuş 23 aprel 2021-ci il, 26 iyul 2022-ci il, 31 mart 2022-ci il, 26 aprel 2022-ci il tarixli bildiriş və xəbərdarlıqdan, eyni zamanda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 3(002)-394/2017 saylı və həmin məhkəmənin 26 iyul 2022-ci il tarixli, 3(002)-840/2022 saylı qərarlarından, həmçinin digər sənədlərdən görünür ki, X4 həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 01 mart 2021-ci il tarixli, 2(002)-720/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X2 məhkum olunması barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. X2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. X2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs X2 məhkəmə iclasında özünü qeyri-səmimi apararaq yaranmış aliment borcundan cüzi olaraq ödəniş etməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər hansı bir formada cəhd belə göstərməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, X4 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 27 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 29 oktyabr 2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı X2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs X3 göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 25 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs X3 məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-76/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-76/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver