Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-77/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr olan heroini və qurudulmamış marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib saxlamaqla daşıyaraq xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı çəzacəkmə müəssisəsində cəzaçəkən qardaşı X4 qadağan olunmuş əşyaları - narkotik vasitə olan heroini və qurudulmamış marixuananı ona gətirdiyi sovqatın içərisində yoxlamadan gizlətməklə ötürmək istəyərkən, həmin tarixdə saat 14:55-də 8 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən həmin sovqat cəzaçəkmə müəssisəsinin X2 hal şahidlərinin iştirakı ilə yoxlanılarkən sovqatın içərisində olan 10 ədəd qabyumaq üçün qubkaların birinin içərisində hopdurulmuş vəziyyətdə olan 1.404 qram narkotik vasitə olan heroin və 8 ədəd qabyumaq üçün olan qubkaların içərisində hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 2,791 qram; 2,296 qram; 2,510 qram; 1,581 qram; 2,467 qram; 2,895 qram; 2,988 qram və 2,320 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 19.848 qram olan narkotik vasitə qurudulmamış marixuanan aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı X7 2018-ci il tarixdə törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilmişdir və cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində 1-ci rejim korpusunun 16 saylı kamerasında xüsusi rejimdə çəkir. xx.xx.2020-ci il tarixdə qardaşı Kənan onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək, ona sovqat gətirməsini istəmişdir. Qardaşı Kənanla telefonla danışan zaman ona xx.xx.2020-ci il tarixdə bazarlıq edəcəyini, xx.xx.2020-ci il tarixdə isə görüşünə gələcəyini bildirmişdir. Qardaşı ilə danışdıqdan sonra ona sovqatla yanaşı cəzaçəkmə müəssisəsində başını qatmaq, fikirlərini dağıtmaq üçün narkotik vasitə də aparmaq qərarına gəlmişdir. O, özü əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitənin insana necə təsir etdiyini bildiyi üçün qardaşı Kənanın da fikrinin yayınmasını istəmişdir. Lakin qardaşı Kənan Əsgərov ona narkotik vasitə aparmaq fikrinə düşməsindən xəbərsiz olmuş, həmin narkotik vasitənin cəzaçəkmə müəssisəsinə gizlin yolla keçirilməsi fikri onun öz təşəbbüsü olmuşdur. Buna görədə o, Nəsimi rayonu “Papanin” adlanan yerdən adını bilmədiyi və tanımadığı şəxsdən 70 manata narkotik vasitə heroin və bir az nəşə, yəni marixuana almışdır. Həmin aldığı narkotik vasitələri yaşadığı evə gətirmişdir. Evdə həmin narkotik vasitələri qardaşı Kənana hansı formada ötürməsi barədə fikirləşmişdir. Əvvəllər qardaşının yanına sovqat apardığından, cəzaçəkmə müəssisənin X2 sovqatın tam yoxlanıldığını görmüşdür. Ona görə də o, narkotik vasitəni gizlin şəkildə cəzaçəkmə müəssisəsinə keçirmək istəmişdir. Qəfildən qab yumaq üçün olan süngər gözünə sataşmış və bu anda fikirləşmişdir ki, aldığı narkotik vasitə olan heroini bir balaca isladıb süngərin üzərinə sürtüb ona hopdursa, həmin süngər X2n olan işçilərdə şübhə yaratmaz. Buna görə də o, mağazadan 10 ədəd qabyumaq üçün süngər almışdır. Həmin süngərdən birinə narkotik vasitə olan heroini bir az isladıb sürtüb hopdurmuşdur. Aldığı marixuananı əvvəlcə bir maçalkanın ortadan kəsib içinə yığmaq istəmişdir. Lakin həmin vaxt aldığı marixuananın bir maçalkanın içərisinə yerləşmədiyini görmüş, buna görə də marixuananı kiçik hissələrə ayırmışdır. Süngərlərin ortalarını kəsərək marixuanaları ora doldurmuşdur. Aldığı 10 ədəd süngərdən birində heorin, 8 ədədində isə marixuana olmuş, bir ədəd süngər isə boş qalmışdır. xx.xx.2020-ci il tarixdə o, Yasamal rayonu ərazisində olan “Bizim market” supermarketindən qardaşı Kənan üçün bazarlıq edib, sovqat düzəltmişdir. İçərsində narkotik olan süngərləri də düzəltdiyi sovqatın içinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə o, qardaşı X3 cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəssisəsinə getmiş və müəssisənin X2 qardaşı Kənan Əsgərova sovqat gətirdiyini bildirərək ərizə ilə müraciət etmişdir. Ərizə ilə müraciət etdikdən sonra həmçinin cəzaçəkmə müəssisəsinə qadağan ounmuş əşya keçirməmək haqqında xəbərdar olunmuş, bundan sonra oradakı müəssisənin əməkdaşları ondan gətirdiyi sovqatın içində hər hansı bir qadağan edilmiş əşyanın və ya maddənin olub- olmadığını soruşmuşlar. O, sovqatda qadağan olunmuş əşyanın və ya maddənin olmadığını bildirmişdir. Bundan sonra müəssisəsinin əməkdaşları X2 sovqata baxış keçirmişlər. Onun qardaşı Kənan üçün gətirdiyi sovqatın içərisində olan və əvvəlcədən hazırladığı qabyumaq üçün süngərlər müəssisənin əməkdaşlarında şübhə yaratmışdır. Onlar bütün qabyumaq üçün süngərləri kənara qoyub ətraflı baxış keçirmişlər. Hətta müəssisənin əməkdaşları əlavə olaraq 2 nəfər mülki şəxsi də şahid kimi nəzarət buraxılış məntəqəsinə dəvət etmişlər. Həmin şahidlərin və müəssisənin əməkdaşlarının iştirakı ilə onun gətirdiyi 10 ədəd süngərlərə baxış keçirilmişdir. Həmin vaxt onun gətirdiyi 10 ədəd süngərlərdən 8 ədədində gizlətdiyi marixuana aşkar edilmişdir. Qalan 2 ədəd süngərlər isə növbə ilə içərisinə su tökülmüş qaba qoyulmuşdur. Süngərlərin birinə su hopan zaman həmin suda dəyişiklik aşkar edilməmişdir. Digər süngər suya qoyulan zaman isə suyun rəngi dəyişərək bulanıq olmuşdur. Buna görə də çəzaçəkmə müəssisəsinin əməkdaşları həmin rəngi dəyişmiş və bulanıq olan suyu 1 ədəd “Nescafe” butulkasına tökmüşlər və qapağını bağlamışlar. Bundan sonra müəssisənin əməkdaşları 8 ədəd içərisində marixuana olan süngərləri, bir ədəd içərisində heç bir şey olmayan süngəri və 1 ədəd içərisindən bulanlıq su-maye götürülmüş süngəri, içərisində bulanlıq maye olan “Nescafe” butulkasını götürüb zərfə qoyaraq, bu barədə də müvafiq protokol tərtib etmişlər. Protokol onun və iştirakçılar tərəfindən imza edilmişdir. Onun sovqatda gətirdiyi narkotik vasitəni satmaq fikri olmamış, eyni zamanda qardaşı Kənanın və digər şəxslərin həmin narkotik vasitədən xəbəri olmamışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində X8 ədliyyə giziri rütbəsində nəzarətçi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə işdə olan zaman saat 14:55 radələrində cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X3 yanına qardaşı Təqsirləndirilən şəxs sovqat gətirmişdir. Təqsirləndirilən şəxs gətirdiyi sovqatda hər hansı bir qadağan edilmiş əşyanın olub-olmaması barədə ondan iltizam alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19T saylı əmrinə əsasən müəssisədə cəzaçəkən bütün məhkumların yanına gəlmiş sovqatlara müəssənin X2 baxış keçirilir. Əmrin tələblərinə əsasən Kənan Əsgərovun qardaşı Təqsirləndirilən şəxs gətirdiyi sovqata onun və digər əməkdaşların, dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Kənan Əsgərova qardaşı tərəfindən gətirilmiş sovqatın içərisində 10 ədəd qab yumaq üçün süngərlər var idi. Həmin süngərlərə baxış keçirilən zaman onlardan 8 ədədinin içərisində yaşıl rəngli qurudulmamış spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Qalan 2 ədəd süngərdə isə ayrı-ayrı içərisi su ilə dolu olan qablara salınmışdır. Süngərlərdən birinin suyunun rəngi dəyişərək bulanıq olmuşdur. Həmin bulanıq sudan da spesifik iy gəldiyinə görə alınmış maye “Nescafe” qabına doldurulmuşdur. Digər süngərin suyu isə təmiz qalmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı həmin sovqatdan məlumatsız olduğunu, sovqatı ona Yasamal rayonu ərazisində “Bizim Market”in qarşısında qardaşı Kənanın dostu “Fazil” adlı şəxsin verdiyini bildirmişdir. Həmiçinin Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə qardaşı Kənanın onunla telefon əlaqəsi saxladığını, ondan sovqat gətirməsini xahiş etdiyini bildirmişdir. Sonra isə qardaşı Kənanın ona “Fazil” adlı tanışının da ona sovqat göndərəcəyini söyləmişdir. Həmin sovqatı da öz gətirdiyi sovqatla bir yerdə gətirməsini xahiş etmişdir. O “Fazil” adlı şəxsin gətirdiyi sovqatın içərisinə baxmadığını və içərisində digər yuyucu əşyalarla bərabər həmin süngərlərin də olduğunu görmüşdür. Lakin həmin süngərlər onda heç bir şübhə doğurmamışdır. Buna gördə o, həmin sovqatı öz hazırladığı sovqatla bir yerdə qardaşına gətirmişdir. Təqsirləndirilən şəxs gətirdiyi 10 ədəd süngərin içərisində narkotik vasitələr olmasından şübhələndiyinə görə həmin süngərlərin içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin 10 ədəd süngərlərin 8-nin içərisində bitki mənşəli yaşıl rəngli qurudulmamış maddəyə oxşar maddələr aşkar edilmişdir. Bundan sonra qalan iki ədəd süngər ayrı-ayrı qablara tökülmüş suya qoyularaq həmin su süngərlərə hopdurulmuşdur. Nəticədə həmin iki ədəd süngərin birinə hopdurulmuş su rəngini dəyişmiş, digər süngərə hopdurulmuş su rəngini dəyişməmişdir. Bundan sonra rəngini dəyişmiş su “Nefcafe” butulkasına doldurularaq, ağzı qapaqla bağlanmışdır. Həmin içərilərində olan qurudulmamış marixuanaya oxşar maddələr, həmçinin heç bir şey aşkar edilməyən süngər götürülərək qablaşdırılmış və bir ədəd suya hopdurulduqdan sonra rəngi bulanmış və “Nefcafe” butulkasına doldururlmuş su zərfə qoyularaq, qablaşdırılmış və möhürlə möhürlənmişdir. Bu haqda müvafiq protokol yazılaraq işkirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 və Şahid5 digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 14:55 radələrində o, hal şahidi kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəsisəsinin nəzarət buraxılış məntəqəsinə dəvət edilmişdir. Nəzarət buxarılış məntəqəsində ona cəzaçəkmə müəssəsində çəkən məhkum X3 yanına qardaşı Təqsirləndirilən şəxs sovqat gətirdiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19T saylı əmrinə əsasən müəssisədə cəza çəkən bütün məhkumların yanına gəlmiş sovqatlara müəssənin X2 baxış keçirildiyi izah edilmişdir. Əmrin tələblərinə əsasən Kənan Əsgərovun qardaşı Təqsirləndirilən şəxs gətirdiyi sovqata onun və digər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Kənan Əsgərova qardaşı tərəfindən gətirilmiş sovqatın içərisində 10 ədəd qab yumaq üçün süngərlər olmuşdur. Həmin süngərlərə baxış keçirilən zaman onlardan 8 ədədinin içərisində yaşıl rəngli qurudulmamış spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Qalan 2 ədəd süngərlər isə ayrı-ayrı içərisi su ilə dolu olan qablara salınmışdır. Süngərlərdən birinin suyunun rəngi dəyişərək bulanıq olmuşdur. Həmin bulanıq sudan da spesifik iyi gəldiyindən alınmış maye “Nescafe” qabına doldurulmuşdur. Digər süngərin suyu isə təmiz qalmışdır. Daha sonra 8 saylı cəzaçəkmə müəsisəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs sorğu edilmiş və sorğu zamanı həmin sovqatdan məlumatsız olduğunu, sovqatı ona Yasamal rayonu ərazisində “Bizim Market”in qarşısında qardaşı Kənanın dostu “Fazil” adlı şəxsin verdiyini, onun da həmin sovqatı özünün gətirdiyi sovqat ilə birgə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs gətirdiyi 10 ədəd süngərləri 8 ədədinin içərisində bitiki mənşəli maddələr, 1 ədədinin içərisinə hopdurulmuş rəngini dəyişmiş və “Nescafe” butulkasına qablaşdırılmış su ilə birlikdə zərfə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən və o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 qızı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid8 qızının məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid8 qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər şahid X5 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli axtarış və götürmə protokolundan və foto cədvəldən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat Bölməsinin böyük inspektoru ədliyyə kapitanı Şahid3, RNK ədliyyə mayoru Şahid1, əməliyyat bölməsinin inspektoru ədliyyə leytenantı Şahid4, RNŞnin nəzarətçisi ədliyyə giziri Şahid5, RNŞ nəzarətçisi ədliyyə giziri Şahid2 və hal şahidlərinin iştirakı ilə xx xxxx 2020-ci il tarixdə saat 14:55 radələrində müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında xüsusi rejimdə cəza çəkən məhkum X3 yanına sovqat gətirmiş qardaşı Təqsirləndirilən şəxs gətirdiyi sovqata X2 baxış keçirilərkən həmin sovqatın içərisində 10 ədəd qabaq süngərləri aşkar edilmişdir. Həmin qabyuyan süngərlərin içərisinə baxış keçirilərkən onlardan 1 ədəd qabyuyan süngərin içərisində hopdurulmuş vəziyyətdə olan spesifik iyli narkotik vasitəyə bənzər maddə aşkar edildi. Digər 8 ədəd qabyuyan süngərlərin içərilərində isə yaşıl rəngli, qurudulmuş vəziyyətdə spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edilmişdir. 1 ədəd süngərin içərisində isə heç bir şey aşkar edilməmişdir. 1 ədəd içərisində narkotik vasitə olan heroinə bənzər maddə olan qabyuyan süngər sovqat gətirmiş Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə su ilə isladılmış və bundan sonra həmin qabyuyan süngər sıxılaraq içərisində əmələ gəlmiş maye bir ədəd üzərində “Nescafe” yazılmış butulkaya doldurularaq qırmızı rəngli qapaqla bağlanılmışdır. Bundan sonra 10 ədəd qabyuyan süngər və 01 ədəd içərisində maye olan “Nescafe” butulkası zərfə qoyularaq, qablaşdırılmış, möhürlənmişdir. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir (i.v. 7-9) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1261 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 8 saylı Cəzaçəkmə Müəssisəsi zərflər üçün” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə qablaşdırılmış üzərində “Nescafe” göstəricisi olan şüşə butulkada 360 ml həcmində olan maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi – 1,404 qramdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroin məhlulu – 360 ml, tədqiqata sərf edildi – 10 ml, qalıq – 350 ml təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır. (i.v. 28-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/409 saylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd qəhvəyi rəngli kağız paketdə sellofan torbanın içərisindəki 10 ədəd qab yumaq üçün istifadə olunan maçalkaların 8 ədədinin içərilərində ayrı-ayrılıqda təmiz çəkiləri – 2,791 qram, 2,296 qram, 2,510 qram, 1,581 qram, 2,467 qram, 2,895 qram, 2,988 qram, 2,320 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi – 19,848 qramdır. Həmin rəyin qeyd hissəsindən görünür ki, marixuanaların ümumi çəkisi – 19,848 qram, tədqiqata sərf olundu – 0,16 qram (hər obyektdən 0,02 qram), qalıq – 19,688 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 (altmış doqquz manat, səksən iki qəpik) manatdır. (i.v.33-36) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 37, 47) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-79/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 75-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 82-83) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-124/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v. 137-141) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2897 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 154-155) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/807 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə bir ədəd sellofanda 10 ədəd qab yumaq üçün qubka (süngər) və 08 (səkkiz) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,771 qram, 2,276 qram, 2,490 qram, 1,561 qram, 2,447 qram, 2,875 qram, 2,968 qram, 2,30 qram nəm vəziyyətdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanaların ümumi çəkisi – 19,688 qramdır. Həmin rəyin qeyd hissəsindən görünür ki, marixuanaların ümumi çəkisi – 19,688 qram, tədqiqata sərf olundu – 0,16 qram (hər obyektdən 0,02 qram), qalıq – 19,528 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manatdır. (i.v. 165-167) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/2545 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Tədqiqat Obyekti 65 №li” ştamp əksi ilə möhürlənmiş paketdəki üzərində “Nescafe” yazısı olan şüşə butulkada 350 ml həcmində olan sarımtıl rəngli maye narkotik vasitə heroin məhluludur və həmin məhlulda heroinin quru maddəsinin təmiz çəkisi – 1,365 qramdır. xx xxxx 2020-ci il tarixli 6/1261 saylı ekspert arayışına əsasən, ilkin tədqiqat zamanı butulkada mayenin həcmi 360 ml olmuşdur və bu həcmində heroinin quru maddəsinin təmiz çəkisi 1,404 qramdır. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroin məhlulu – 350 ml, tədqiqata sərf edildi – 10 ml, qalıq – 340 ml təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manatdır. (i.v. 168-172) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.2 və 317-1.1-ci maddələrindən həmin Məcəllənin 234.1 və 29,317-1.1-ci maddələrinə tövsif edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yalnız ondan aşkar edilmiş heroinə görə, həmin Məcəllənin 29,317- 1.1-ci maddəsi ilə isə ondan aşkar edilmiş hər iki narkotik vasitəni cəzaçəkmə müəssisəsində saxlanılna qardaşına yoxlamadan gizlətməklə ötürməyə cəhd etdiyinə görə məsuliyyətə cəlb edilməli olduğu nəzərə alınaraq o, Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb eidlərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində ifadəsi alınmış, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsi sübut növü kimi qəbul edilməmiş, əldə olunmuş 360 ml həcmində heroin məhlulu (1.404 qram quru çəkisi) heroin və ayrıayrılıqda çəkiləri – 2.791 qram, 2.296 qram, 2.510 qram, 1.581 qram, 2.467 qram, 2.895 qram, 2.988 qram və 2.320 qram olmaqla ümumi çəkisi 19.848 qram olan qurudulmamış marixuana maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra 250 ml heroin məhlulu və 19.688 qram qurudulmamış marixuana Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş, cinayət işindən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi üçün material ayrılmış və əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün 10-cu PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs əlavə ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, işdə olan süngər və qabyumaq üçün maçalka sözləri qab yumaq üçün qubka kimi oxunması, Şahid7 bundan sonra X1 oxunması qərara alınmışdır. (i.v. 173-184) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2016-cı il təvəllüdlü Məhəmməd adlı bir azyaşlı övladı vardır. (i.v. 205) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-156/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v. 227-228) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-341/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin; 12-ci qrafasının b yarımbəndinə əsasən təmiz halda 25 qram qurudulmayan marixuana-kannabis şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsiri və Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzalar təyin edilməli, CM-nin 317-1.1-ci maddəsi üzrə cəza təyin edilərkən cinayət etməyə cəhdə görə cəza təyin edilməsi nəzərə alınmalı (CM- 63.3), təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2) cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələrin qalığı məhv edilməli, (CPM-132), iş üzrə ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 74 (yetmiş dörd) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında işə qoşularaq məhkəmə istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə dövlət hesabına göstərilmiş ümumilikdə 104 (yüz dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 624 (altı yüz iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqatının dəyəri – 337,82 (üç yüz otuz yeddi manat, səksən iki qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı – 340 ml heroin məhlulu və 19,528 qram qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə dövlət hesabına göstərilmiş ümumilikdə 104 (yüz dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 624 (altı yüz iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-77/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-77/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver