Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-77/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Daş bazarı» adlanan yaşayış sahəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxlanc yeri hesab olunan yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda oğurluq etmişdir. Belə ki, o, cinayət törədildiyi vaxt yetkinlik yaşına çatmayan şəxs olmaqla 15 yanvar 2016-cı il tarixdə, saat 23 radələrində özgənin əmlakını gizli talama məqsədi ilə tanışı Şahid ilə birlikdə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi və hazırda yaşayış olmayan ünvan 1 ünvanında yerləşən saxlanc yeri hesab olunan təmirsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla fərdi yaşayış evinin 1-ci, 2-ci, 3-cü mərtəbələrində və mansarda quraşdırılmış Türkiyə Respublikasının istehsalı olan, markası bilinməyən, 6 mm-lik, 200 metr uzunluğunda elektrik naqilini və Türkiyə Respublikasının istehsalı olan, markası bilinməyən, 10 mm-lik, 450 metr uzunluğunda elektrik naqilini yerindən söküb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən ümumilikdə 10000 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anası ilə yaşayır, heç kəslə ədavəti düşmənçiliyi yoxdur, heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil, psixoloji durumu normaldır, ifadə vermək iqtidarındadır, hərbi xidmətdə olarkən 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. O, əvvəllər törətdiyi oğurluq cinayətinə görə 2018-ci ildə Qaradağ rayon Məhkəməsi tərəfindən 600 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və cəriməni ödəmişdir. 15 yanvar 2016-cı il tarixdə həqiqətən də Şahidlə ünvan 2 ünvanında yerləşən evdən oğurluq etmişlər. Zərərçəkmiş şəxs tanımır. Yetkinlik yaşına çatmadığı dövürdə işsizlik və bekarçılıq olduğundan Lökbatan qəsəbəsində gəzərkən atılmış dəmir məmulatlarını yığıb satmaqla əldə etdiyi pulları özləri üçün xərcləyirmişlər, arada bir uşaqlıq edərək oğurluq etmişdir. Belə ki, 15 yanvar 2016-cı il tarixdə saat 22 radələrində tanışı Şahidlə Lökbatan qəsəbəsində mərkəzdə görüşərkən 2-ci massivdə sahibsiz yeni tikili ev olduğunu və həmin evdən elektrik naqillərini oğurlayıb satmaqlarını bildirmiş, Hikmət də onunla razılaşmışdır. Həmin ünvana getməmişdən öncə Lökbatan qəsəbəsində yadında qalmayan mağazadan 2 (iki) ədəd un torbası alıb piyada Lökbatan qəsəbəsində 2-ci massivə getmişlər. Artıq saat 23 radələri olarmış, həmin oğurluq etmək istədikləri fərdi tikili evin hər tərəfi açıq olmaqla evin giriş qapısı olmamış və evdə ətrafda da heç kim olmamışdır. Ev üç mərtəbədən və bir mansardan ibarət olmuş, Hikmətlə birlikdə girişdən evə daxil olaraq bütün mərtəbələri gəzib divara, mansara çəkilmiş elektrik naqillərini qopardaraq yadında qalmayan həcmdə özləri ilə gətirdikləri un kisələrinə yığıb dərhal evi tərk etmişlər. Bundan sonra oğurladıqları mis elektrik naqillərini oğurluq etdikləri ətrafda zibilikdə yandırıb izoliyasiyası əridikdən sonra mis metalları yenidən torbaya yığıb gizlədib səhərsi gün dəmir məmulatları alan xatırlamadığı dəmirçilərə pula sataraq pulları Hikmətlə bölmüşlər və sağollaşmışlar. Sonradan pulları ehtiyacına xərcləmişdir. O, törətdiyi əməlin cinayət olmasını başa düşür, özünü təqsirli bilir, əməlimdən peşmandır. Əvvəllər özünü müdafiə etmək üçün başqa cür ifadə vermiş, hazır ki, ifadəsini əsas götürülməsini xahiş etmişdir. Şahid 2015-ci ilin sentyabr-oktyabr aylarından tanımış, o zaman Hikmət onların məhəlləsində kirayəşin yaşamış, belə də münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu bildirərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 16 yanvar 2016-cı il tarixdə səhər saatlarında işə gedən zaman, hazırda yaşadığı, əvvəllər isə tikdirdiyi, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin mansarının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bu zaman tək yeni tikdirdiyi evin içərisinə daxil olduqda hər üç mərtəbəsində və mansarda olan divarlara quraşdırılmış elektrik naqillərinin yerindən qopardılaraq oğurlandığını aşkar etmişdir. O zaman ona məlum olmuşdur ki, naməlum şəxslər fərdi yaşayış evinin qapısını sındırıb içəri daxil olmaqla oradan elektrik naqillərini oğurlamışlar. Qeyd olunan cinayət hadisəsi 15 yanvar 2016-cı il tarixdən 16 yanvar 2016-cı il tarixə keçən gecə baş verdiyini, belə ki, 15 yanvar 2016-cı il tarixdə axşam saatlarında evə baş çəkdiyini və həmin vaxt heçnə oğurlanmadığını təsdiq etmişdir. O zaman baş vermiş hadisə ilə əlaqədar Qaradağ RPİnin 10-cu PB-nə ərizə ilə müraciət etmiş, uzun müddət cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb olunmamışlar. Lakin nəhayət 2020-ci ildə cinayəti törətmiş şəxslərdən biri, Şahid məsuliyyəti cəlb olunmuş və barəsində Qaradağ rayon Məhkəməsinin hökmü çıxmışdır. Hadisə zamanı ona məxsus fərdi yaşayış evindən Türkiyə Respublikasının istehsalı olan, markası və dəyərini xatırlamadığı 6 mm-lik 200 metr elektrik naqili və Türkiyə Respublikasının istehsalı olan, markası və dəyərini xatırlamadığı 10 mm-lik 450 metr elektrik naqili oğurlandığını, başqa əşya oğurlanmadığını, cinayət nəticəsində ona 10000 manat maddi ziyan dəydiyini təsdiq etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, subaydır, həbs olunduğu tarixə kimi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində kirayə yaşamışdır. Heç bir zaman psixi və ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Bakı şəhərində tətbiq olunan karantin rejimindən əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində fəhlə işləmişdir. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, 12 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cəzaçəkmə Müəssisəsindən çıxandan sonra müxtəlif yerlərdə fəhləlik etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 15 yanvar 2016-cı il tarixdə saat 22 radələrində tanışı Sirac adlı şəxs ilə Lökbatan qəsəbəsi ərazisində yerləşən Lökbatan qəsəbəsinin mərkəzində görüşən zaman Sirac ona “2-ci massivdə yeni tikilmiş ev var, evdə heç kim yaşamır, gedək oradan elektrik naqili oğurlayıb sataq” sözünü demiş, onun pula ehtiyacı olduğu üçün Sirac ilə razılaşmışdır. Oğurluq edəcəkləri evə getməmişdən əvvəl Sirac ilə birlikdə Lökbatan qəsəbəsində konkret yeri yadında qalmayan mağazadan 02 (iki) ədəd un torbası alıb piyada 2-ci massivə tərəf getmişlər. 2-ci massivdə yerləşən sonradan adını Müşfiq bildikləri şəxsin evinin yanına gəlmişlər. Fərdi yaşayış evinin hər tərəfi açıq olmuş, evin giriş qapısı olmamışdır. Ev üç mərtəbədən və bir mansardan ibarət olmuş, evin içərisinə daxil olan zaman ardıcıl olaraq 1-ci, 2-ci, 3-cü və mansarda divara quraşdırılmış elektrik naqillərini yerlərindən qopardaraq əllərində olan iki ədəd un torbalarına yığmışlar. Bundan başqa evin mansarında iki top elektrik naqilləri də olmuşdur. Oğurladığı elektrik naqilləri təxminən 200-300 metr olmuş, həmin elektrik naqillərini də əllərindəki un torbalarına yığmışlar və dərhal evdən çıxaraq ərazidən uzaqlaşmışlar. Həmin vaxt 15 yanvar 2016-cı il, saat təxminən 23 radələri olmuşdur. Sirac ilə birlikdə oğurladıqları elektrik naqillərini Buta qəsəbəsində yerləşən zibillikdə yandıraraq əritmişlər və metal ərintisini həmin vaxt orada olan metal qəbulu məntəqəsində işləyən adı və görkəmi yadımda qalmayan şəxsə 200 manata nağd olaraq satmışlar. Qazandığı pulları yarıya bölmüşlər və bundan sonra hərəsi öz evlərinə getmişlər. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə işə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsinə etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Şahid 15 yanvar 2016-cı il tarixdə Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq edilməsi və digər törətdiyi cinayət əməlllərinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmundə Şahid qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs ilə törətməsi təsdiqini tapmışdır. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2020-ci il tarixli 9/697 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən elektrik naqillərinin 2016-cı ilin yanvar ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 570,0 manat müəyyən edilir. Həmin naqillərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, yuxarıda qeyd olunan cinayət əməli 15 yanvar 2016-cı il tarixdə törədilmişdir. Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə Qaradağ RPİ-nin sabiq müstəntiqi Azər Məmmədzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və elə həmin tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. 18 noyabr 2020-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, 07 dekabr 2020-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 08 yanvar 2021-ci il tarixdə müstəntiq Azər Məmmədzadə tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 28 yanvar 2021-ci il tarixdə cinayət işi Qaradağ RPİ-nin müstəntiqi Əli Məsimova həvalə edildiyindən tərəfindən istintaq təzələnmişdir. 28 yanvar 2021-ci il tarixdə müstəntiq Əli Məsimov tərəfindən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət təqibinə və ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. 26 oktyabr 2021-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin hakimi X3 qərarı ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə 28 yanvar 2021-ci il tarixli qərar ləğv edilərək ********* nömrəli cinayət işi əlavə istintaq aparılması üçün Qaradağ RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır. 16 noyabr 2021-ci il tarixdə cinayət işi Əli Məsimova həvalə olunduğundan icraatına qəbul edilmişdir. 16 noyabr 2021-ci il tarixdə cinayət işi üzrə icraat Əli Məsimov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 24 dekabr 2021-ci il tarixdə cinayət işi üzrə icraat yenidən təzələnmişdir. 28 dekabr 2021-ci il tarixdə Bakı şəhər prokuroru lll dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasovun qərarı ilə cinayət işinin ibtidai istintaq müddəti 01 (bir) ay, 4 (dörd) ayadək, yəni 02 fevral 2022-ci il tarixədək uzadılmışdır. 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və elə həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 26 yanvar 2022-ci il tarixdə Həşimov X6 RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və Təqsirləndirilən şəxs tutulma haqqında protokolla Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. 28 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti 15 iyul 2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən hazırki təqsirləndirilən şəxsə münasibətdə 03 il 06 ay nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021ci il tarixli 1(002)-40/2021 saylı hökmü ilə Şahid aid edildiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcindən azad edilməsi məqsədəmüvafiqdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 17 iş saatı, məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 102 (yüz iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə CM-nin 75.1.2 və 91-ci maddələrinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021ci il tarixli 1(002)-40/2021 saylı hökmü ilə Şahid aid edildiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcindən azad edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 102 (yüz iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-77/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-77/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver