Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-77/2023 02.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,575 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini və iki ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,292 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üstündə saxlayaraq daşımış, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı 06 sentyabr 2022-ci il tarixdə saat 18:40-da Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi Salyan yolu küçəsində yerləşən “Telman” marketin yaxınlığında saxlanılaraq, Qaradağ RPİ-nin 11-ci PB-nə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq, daşıdığı bir ədəd göy rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,575 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin və iki ədəd göy rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 və 0,163 qram olan ümumi təmiz çəkisi isə 0,292 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o narkotik maddə kakos, yəni heroin və psixotrop maddə patı, yəni metmafetamin qəbul etmişdir. O narkotik maddələrdən uzun müddətdir ki, istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi Nərimanov küçəsindən keçib gedərkən, Ələt qəsəbə sakini Dilbar kimi tanıdığı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, onda narkotik maddə heroin və psixotrop maddə metamfetamin vardır və satırmış. O özü narkotik maddə qəbul etdiyi üçün ondan narkotik maddə almaq qərarına gəlmiş və 20 manata ondan bir ədəd göy rəngli siqaret kağızına bükülmüş heroin və iki ədəd göy rəngli siqaret kağızına bükülmüş metamfetamini şəxsi istifadəsi üçün almışdır. xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində o Ələt qəsəbəsi Salyan yolu küçəsində yerləşən “Telman” marketin qarşısından keçərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan Vüqar olub-olmadığını soruşmuşlar. O da onlara bildirmişdir ki, o Təqsirləndirilən şəxsdur. Bundan sonra ona, narkotik vasitələrin, qanunsuz dövriyyəsində, şübhəli olduğu bildirilmiş və onu 11-ci PB-yə gətirmişlər. 11-ci PB-də üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilərkən, üzərində olan qanunla qadağan edilmiş əşya və predmet varsa masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynindəki, göy rəngli cins şalvarın sol yan cibindən üç ədəd gümüşü rəngli siqaret kağızı bükülünü çıxarıb, masanın üstünə qoymuş və bildirmişdir ki, həmin bükümlərdən birinin içərəsində narkotik maddə heroin, iki bükümün içərisində isə psixotrop maddə metamfetamin vardır, ona məxsusdur şəxsi istifadəsi üçün almışdır. Sorğu zamanı o həmçinin bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Ələt qəsəbəsində Dilbar adlı şəxsdən 20 manata həmin maddələri almışdır. Daha sonra həmin bükümlər açılmış, bir ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik maddə olan heroinə oxşar kütlə, digər iki bükümdə isə kristalik şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur.Həmçin onun üstünə şəxsi-axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş üç ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirirmiş ki, narkotik maddə və psixotrop maddə onundur, öz istifadəsi üçün əldə etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Qaradağ RPİ-nin 11-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 sentyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin üzərində daşınması və saxlanması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında polis bölməsində əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 18:40 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi Salyan yolu küçəsində yerləşən “Telman” marketin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq 11-ci PB-nə gətrilmişdir. Polis bölməsində xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, nəticədə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanının olub-olmamasının soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd siqaretin göy rəngli kağızına bükülmüş bükümləri çıxardıb təqdim edərək həmin bükümlərin ikisində patı olduğunu birində isə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitələri o, xx.xx.2022-ci il tarixdə Ələt qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərə baxış keçirilmiş və bir ədədin içərisində qəhvəyi rəngli maddə digər ikisindəki olanlar ağ rəngli kristall maddələrdən ibarət maddələr aşkar edilmişdir. Həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-in əməkdaşı Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 öz ifadəsində Qaradağ RPİ-nin 11-ci PB-in baş əməliyyat müvəkkil Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 6/4838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №154” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 qram, 0,163 qram, ümumi təmiz çəkiləri 0,292 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. 01 bükümdə təmiz çəkisi 0,575 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin üm. təmiz çəkisi-0,292 qram, tədqiqata sərf edildi-0,1 qr., qalıq-0,192 qr. Heroinin təmiz çəkisi-0,575 qram, tədqiqata sərf edildi - 0.05qr., qalıq-0,525 qr. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 18 noyabr 2022-ci il tarixli 6951 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında təyin edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq, daşıdığı bir ədəd göy rəngli siqaret kağızına bükülmüş toz şəklində maddə və iki ədəd göy rəngli siqaret kağızına bükülmüş psioxtrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0.575 qram narkotik vasitə heroin və iki ədəd bükümdə aşkar edilmiş ümumi təmiz çəkisi 0,292 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 0,525 qram narkotik vasitə heroin və 0,192 qram psixotrop maddə metamfetamin Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X7, xx.xx.2012-ci il tarixdə doğulmuş X11 və xx.xx.2013cü il tarixdə doğulmuş X9 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X5 Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 05 ay 29 günə endirilmiş və 04 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, narkotik və psixotrop maddənin miqdarını və növünü, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 06 sentyabr 2022-ci il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində saxlanılmış və 08 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Daha sonra istintaqdan yayındığına görə 07 noyabr 2022-ci il tarixdə cinayət işinin icraatı dayandırılaraq təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, bundan sonra o, 16 noyabr 2022-ci il tarixdə tutulmuş və 18 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından da yayındığına görə 24 yanvar 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, 06 mart 2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,525 qram narkotik vasitə heroin və 0,192 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,525 qram narkotik vasitə heroin və 0,192 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-77/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-77/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver