Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-77/2024 23.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ saat 10:30-da X4 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Göygöl rayonu, Kəlbəcər qəsəbəsi, 13-cü küçə, ev 172də yaşamış, sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli, 1(088)- 37/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.2, 149.3.3, 150.3.2 və 150.3.3-cü maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkuma edilmiş və hazırda Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya saylıan - daxilində ***-***-**-** saylı “Sim” və ***-***-**-** saylı “Nar” danışıq kartları olan bir ədəd “Samsung Galaxy A03” markalı, “SM- A035F/ DS” modelli, “**********22832-**********22835” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və həmin mobil telefon aparatında olan danışıq kartları vasitəsi ilə qardaşı Şahid4 ***-***-**-** və 050- 798-72- 60 saylı, tanışı Şahid5 ***-***-**-** saylı və bacısının həyat yoldaşı Şahid6 ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 23 may 2023cü il tarixdə saat 09:30 radələrində müəssisənin əməkdaşları tərəfindən Adi tipli yaşayış binasında yataq yerində axtarış-baxış tədbirləri keçirilən zaman yataq yerindəki döşəyin altından daxilində danışıq kartları olan həmin mobil telefon aparatı gizlədilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, yataq yerindəki döşəyin altından aşkar edilərək götürülmüş daxilində danışıq kartları olan bir ədəd mobil telefon aparatı özünə məxsus olmuş, həmin mobil telefon aparatını daxilində danışıq kartları ilə birlikdə aşkar olunmamışdan təxminən iki-üç ay əvvəl, yəni 2023-cü ilin fevral ayının əvvəllərində cəza çəkdiyi müəssənin gəzinti otağında məhkumlar tərəfindən yuyulmuş paltarların qurudulması üçün nəzərdə tutulmuş yerində olan zibil qutusunun içərisindən qara rəngli sellofan torbaya bükülmüş vəziyyətdə tapmış, həmin mobil telefon aparatından daxilində olan danışıq kartları vasitəsi ilə bir neçə dəfə istifadə edərək qardaşı Zaminin ***-***-**-** və ***-***-**-**, tanışı Elnurun ***-***-**-**, bacısının həyat yoldaşı Namiqin ***-***-**-** saylı mobil telefon nömrələrini yığaraq əlaqə saxlayıb danışmış, həmin mobil telefon aparatı və danışıq kartları onda olan zaman onlardan başqa heç kim istifadə etməmişdir. 23 may 2023-cü il tarixdə təxminən saat 09:30 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən saxlanıldığı Adi tipli yaşayış binasında yataq yerinə qəfləti axtarış tədbirləri keçirilən zaman yataq yerindəki döşəyin altından daxilində ***-***-**-** saylı “Sim” və ***-***-**-** saylı “Nar” danışıq kartları olan bir ədəd “Samsung A3” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 15 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıyır, daxil olmuş əməliyyat məlumatına əsasən 23 may 2023-cü il tarixdə saat 09:30 radələrində cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə birlikdə müəssisənin Adi tipli yaşayış binasında xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs yataq yerində axtarışbaxış tədbirləri keçirilən zaman yataq döşəyinin altından gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan - daxilində ***-***-**-** saylı “Sim” və ***-***-**-** saylı “Nar” danışıq kartları olan bir ədəd “Samsung A3” markalı mobil telefon aparatının aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartları olan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqləmişlər. Tərəflərindən qadağan olunmuş əşya olan mobil telefon aşkar olunduqda Təqsirləndirilən şəxs səmimi olaraq həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin digər əməkdaşları Şahid2 və X1 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Təqsirləndirilən şəxs özünün orada istifadə etdiyi ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadəsində olan 055-303-00- 95 və ***- ***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək əlaqə saxlamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşının qardaşı Şahid4 istifadə etdiyi 051- ***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrindən istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq onunla əlaqə saxlamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Şahid4 orada istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş kompyuter-texniki ekspertizasının 11 iyul 2023-cü il tarixli, “5/882” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A 03” markalı, “SM-A035F/DS” modelli, “**********22***-*******- 17322835” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Cinayət işinin materiallarına əlavə edilmiş istintaq zamanı "xxxx" Telekom MMC-dən alınmış 03 avqust 2023-cü il tarixli, “17124” saylı və "xxxx" MMC-dən alınmış 19 sentyabr 2023-cü il tarixli, “AZF/LGL-11407/23” saylı məktublardan və iş üzrə çıxarış olan disklərdən görünür ki, məhkum Təqsirləndirilən şəxs “Samsung Galaxy A 03” markalı, “SM-A035F/DS” modelli, “**********22832-**********22835” imei kodlu mobil telefon aparatından ***-***-**-** saylı “Sim” və 077-323- 75-17 saylı “Nar” danışıq kartları vasitəsilə istifadə edərək ***-***-**-**; ***-***-**- **; ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələri ilə mütəmadi danışıqlar aparmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatı məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini onun cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyul 2023- cü il tarixli, 12/2-103162 saylı tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.2; 149.3.3; 150.3.2; 150.3. 3-cü və 66.3-cü maddələrilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəzaya Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 14 ( on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 05 (beş) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınmalıdır. Cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış - daxilində ***-***-**-** saylı “Sim” və ***-***-**-** saylı “Nar” danışıq kartları olan bir ədəd “Samsung Galaxy A03” markalı, “SM-A035F/ DS” modelli, “**********22832- **********22835” imei kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli. ***-***-**-** saylı “Sim” və ***-***-**-** saylı “Nar” danışıq kartları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" Telekom MMC-dən alınmış 03 avqust 2023-cü il tarixli, “17124” saylı məktub və iş üzrə çıxarış olan disk, "xxxx" MMC-dən alınmış 19 sentyabr 2023-cü il tarixli, “AZ F/LG L-11407/23” saylı məktub və iş üzrə çıxarış olan disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin olunmuş cəzaya Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016cı il tarixli hökmü ilə təyin edilmiş 14 ( on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 05 (beş) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübut kimi tanınmış - daxilində ***-***-**-** saylı “Sim” və ***-***-**-** saylı “Nar” danışıq kartları olan bir ədəd “Samsung Galaxy A03” markalı, “SM-A035F/ DS” modelli, “**********22832- **********22835” imei kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. ***-***-**-** saylı “Sim” və ***-***-**-** saylı “Nar” danışıq kartları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" Telekom MMC-dən alınmış 03 avqust 2023-cü il tarixli, “17124” saylı məktub və iş üzrə çıxarış olan disk, "xxxx" MMC-dən alınmış 19 sentyabr 2023-cü il tarixli, “AZ F/LG L-11407/23” saylı məktub və iş üzrə çıxarış olan disk cinayət işində saxlanılsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(002)-77/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-77/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver