Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-77/2025 01.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1978-ci ildə Laçın rayonu, Mişni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və Qax Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 4(024)-9/2025 saylı qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda X1 dostu Zərərçəkmiş şəxs qızını Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən məktəblərin birinə müəllimə kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib guya görəcəyi işin müqabilində 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs Şahin Nəcəfovun vasitəsilə göndərdiyi 4000 manat pulu ünvan 3 ünvanında yerləşən kişi bərbərxanasının yaxınlığında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X10 uzun müddətdir tanımışdır. Zərərçəkmiş şəxs qızını müəllimə kimi işə düzəltmək məqsədi ilə pul almış ancaq sonra verdiyi vədi yerinə yetirə bilməmişdir. Daha sonra aldığı pulu geri qaytarmışdır. O son olaraq törətdiyi əməldən peşiman olduğunu, mülki iddiaçı və zərərçəkmiş şəxslə barışaraq onlara vurulmuş ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə onun Cinayət Məcəlləsinin 178.1cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, X10 uzun müddətdir tanıyır. Şahin, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən kişi salonunda xalası nəvəsi X6 ilə birlikdə saç ustası işləyirmiş. 2023-cü ilin avqust ayında söhbət əsnasında Şahin Nəcəfov dostunun qızını Sahil qəsəbəsində yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltmək üçün ona müraciət etmişdir. Şahinin ona müraciət etməsinin səbəbi əvvəllər bir neçə Universitlərdə müəllim kimi fəaliyyət göstərməyi olmuşdur. Şahin Nəcəfova cavab olaraq bu məsələdə ona köməklik göstərə biləcəyini, Təhsil Nazirliyində Vüqar adlı şəxsin olmasını və həmin şəxsin bu məsələləri həll edən şəxs olmasını bildirib Şahini inandırmışdır. Bundan sonra işə düzəlmək istəyən şəxsin anket məlumatlarını alıb özündə saxlamışdır. Bir neçə gündən sonra Şahin Nəcəfovla danışıb, qeyd olunan məsələnin öz həllini tapdığını və işin həll olunması üçün 4000 manat pul lazım olduğunu demişdir. Daha sonra Şahin Nəcəfov da həmin məbləğ ilə razılaşmış və bir neçə gün sonra Sahil qəsəbəsində yerləşən kişi salonun qarşısında görüşmüşlər. Həmin vaxt o, Şahinə heç bir problemin olmadığını bildirərək məsələ yaxın günlərdə məsələnin öz həllini tapacağı barədə söz vermişdir. Şahin salonun qarşısında 4000 manat pulu çıxardıb ona vermiş, pulu verərəkən Şahin və özü olmuş, başqa heç bir kəs olmamışdır. 4000 manat pulu Şahin Nəcəfovdan götürüb bir daha narahat olmamasını, qeyd olunan məsələnin tez bir zamanda öz həllini tapacağın vəd etmişdir. Lakin pulu götürdükdən sonra həmin məbləğin öz şəxsi ehtiyaclarına xərcləmiş, Şahin tərəfindən ona deyilən şəxsin qəsəbədə müəllim kimi işə düzəltmək üçün heç bir yerə müraciət etməmiş, Şahin Nəcəfovu aldadıb ondan 4000 manat pul almışdır. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin və mülki iddiaçının ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki iddiaçı X13 məhkəmənin 17 aprel 2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, mülki iddiadan imtina etdiyini, ibidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mülki iddiaçı X13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Sahil qəsəbəsində yerləşən kişi salonunda Təqsirləndirilən şəxs xalası nəvəsi ilə birlikdə saç ustası işləyir. Arif İbarahimov mütamdi olaraq həmin salona gəlib-getdiyi üçün münasibət yaranmışdır. 2023-cü ilin avqust ayında salonda olan zaman əvvələr tanıdığı və birlikdə işlədiyi Hakim adlı dostu söhbət əsnasında qız övladını qəsəbədə yerləşən məktəblərin birinə müəllimə kimi işə düzəltmək istədiyini, lakin düzəldə bilmədiyini və bu işdə ona köməklik etməsini xahiş etmişdir. Hakimi uzun müddət tanıdığı üçün ona köməklik etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs əvəllər bir neçə dəfə belə bir məsələləri həll etməsinidən məlumatı olduğundan Təqsirləndirilən şəxs salona gəldikdə ona müraciət etmişdir, Arif məsələni həll edə biləcəyini öz öhdəsinə götürmüş, yəni dostu Hakimin qızını qəsəbədə yerləşən məktəblərin birinə müəllim kimi işə düzəldə biləcəyini bildirmişdir. İlkin olaraq Arif məsələnin həlli üçün 8000-9000 manat pul istəmiş, lakin o, məbləğin çox olmasını bildirmişdir. Arif bir qədər sonra ona yaxınlaşıb ilkin olaraq 4000 manata verməklə məsələnin həll olunacağını, qalan məbləği isə işlə təmin olunduqdan sonra ödənilməli olduğunun demişdir. Bu barədə dostu Hakimə məlumat vermiş, Hakim də həmin məbləğ ilə razılaşmışdır. Söhbət əsnasında Hakim ona heç kimi bu işdə tanımadığını, pulu ona verdiyini, alınmayacağı təqdirdə pulu ondan tələb edəcəyini demişdir. O da Arifin söylədiklərinə, söz vermiş olduğu vədə inanıb məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan sonra dostu Hakimdən 4000 manat pulu alıb, qeyd olunan tarixdə, yəni 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxsla işlədiyi ünvan 3 ünvanında yerləşən kişi salonun qarşsında, Arifin idarə etdiyi avtomobilin içərisində 4000 manat pulu sayıb işə düzələcək şəxsin anket məlumatları ilə birlikdə Arifə vermişdir. Həmin vaxt Arif Təhsil Nazirliyində işləyən Vüqar adlı şəxsin vasitəsi ilə həmin şəxsi məktəbə düzəldəcəyinə söz vermişdir. O, Arifə pul verərəkən Arif ona bu məsələdən qouhumu Şahid məlumatının olmamasını tapşırmışdır. Ona görə də Dəyanətə heçnə bildirməmiş və Dəyanətin bu məsələdən məlumatı olmamışdır. Lakin həmin gündən etibarən Təqsirləndirilən şəxs müxtəlif bahanələr gətirməyə başlamış, yalan sözlər işlədərək aldatmağa davam edir, bu davranışları 6-7 ay müddətində olmuşdur. Təqsirləndirilən şəxs işə barəsində ona dediklərini o da öz növbəsində dostu Hakimə deyirmiş. Təxminən 6-7 aydan sonra dostu Hakim məsələnin tez bir zamanda həll olunmasını və yaxud pulu geri qaytarılmasını tələb etmişdir. O, Ariflə əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirsədə Arif onunla görüşməkdən boyun qaçırmış, hər dəfə telefon ilə danışdıqda pulu qaytaracağını bildirsədə pulu qaytarmamışdır. Dostu Hakim isə pulunun qaytarılmasını tələb etdiyi üçün “Kapital” bankdan 4000 manat kreditlə pul götürüb dostu Hakimin pulunu qaytarmışdır. Artıq 7 aydır ki, ayda 360 manat olmaqla kredit ödəyir Arif isə pulu qaytarmaq istəməmişdir. Ona görə də polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəmənin 29 aprel 2025-ci il tarixli iclasında, yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X7 uzun müddətir ki, tanıyır, onunla yaxın münasibətləri olmuşdur. 2023-cü ilin avqust ayında Şahin ilə söhbət zamanı ona “qızım X3 Dillər Universitetini bitirib işsizdir, istəyirəm, onu məktəbə işə qəbul etdirim, ancaq belə bir tanışım yoxdur” sözlərini demişdir. Həmin vaxt Şahin ona “bir nəfər müəllim tanışım var, həmişə məni yanıma saç düzəltdirməyə gəlir, onunla danışaram, əgər düzəldə bilsə xəbər edərəm” sözlərini demişdir. Bir neçə gündən sonra Şahin telefonla zəng edərək müəllimlə danışdığını, Sahilə qəbəsində yerləşən məktəblərin birinə qızını ingilis dili müəllimi kimi işə qəbul etdirə biləcəyini, lakin bunun üçün fonda 4000 manat pul köçürülməli olduğunun bildirmişdir. O, əvəllcə tərəddüt etsədə sonradan razılaşmış, bankdan kretdit yolu ilə 4000 manat pul götürmüş, bir neçə gündən sonra Şahinin işlədiyi ünvan 3 ünvanında yerləşən kişi salounun qarşısına gələrək Şahinlə görüşmüş, 4000 manat pulu sayıb Şahinə vermişdir. Bu zaman Şahinə “işin kim tərəfindən düzəldiləcəyini bilmirəm, əgər iş alınmazsa, mən səni tanıyıram, pulumu səndən alacam” sözlərini demiş, Şahin razılaşaraq pulu ondan götürmüş və ona “bir ay müddətində müəllim bu işi həll edəcək” sözlərini demişdir. O, pulu Şahinə verən zaman yanlarında heç kim olmamışdır. Həmin vaxtdan bir neçə ay keçməsinə baxmayaraq qızı Aynurun məktəbə işə qəbul olması məsələsi həllini tapmamış, ona görə də Şahindən pulunu geri qaytarmasını tələb etmişdir. Şahin də ona verdiyi 4000 manat pulu özünə qaytarmış, ona görə də Şahindən heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Şahinin ona müəllim kimi təqdi etdiyi şəxsi tanımır, onunla heç bir münasibəti və əlaqəsi olmamışdır. Ona görə də Şahinin kimə pul verdiyi, həmin şəxsdən pulu geri alıb-almadığını bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2018-ci il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 02 il sınaq müddəti müəyyən edilmklə şərti olaraq tətbiq edilmişdir. Qax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 05 yanvar 2024-cü il tarixli “material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinə CM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanılması rədd olunmuşdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və məhkəmə baxışı zamanı 28 aprel 2025-ci il tarixədək olan 18 iş saatına görə 108 (yüz səkkiz) manat, 28 aprel 2025-ci il tarixdən sonrakı 02 iş saatına görə 22 (iyirmi iki) manat olmaqla ümumilikdə 130 (yüz otuz) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 130 (yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-77/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-77/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver