Məhkəmə qərarları › İş №1(002)-78/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-78/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-78/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv, 91 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ƏN-nin PX-nin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv 91 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən göy rəngli cins şalvarının sağ kiçik cibindən qara rəngli siqaret kağızına yığılmış bir ədəd bükümdə təmiz çəkisi 0,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi və şahidlərin məhkəmə iclasında təqiq olunmaqla elan edilmiş ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6-7 ay olarki narkotik vasitə olan kakosu tüstüsünü çəkmək yolu ilə qəbul etməyə başlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 15:00-da Kubinka deyilən yerdən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün narkotik vasitə olan kakos almışdır. Həmin narkotik vasitənin bir qismini qəbul etmiş və həmin gün saat təxminən 20 radələrində yaşadığı evin önündə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Eləcə də şübəli olduğunu söyləyərək onu 10-cu polis bölməsinə dəvət etmişlər. 10-cu PB-də ona hüquq və vəzifələri bildirilmiş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil tutmaqda izah olunmuşdur. Bundan sonra onun huquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq üzərinə axtarış və götürülmə keçirilmişdir. Axtarış və götürülmə zamanı videoçəkilişdən istifadə ediləcəyi barədə qabaqcadan ona məlumat verilmişdir. Axtarış və götürülmə zamanı orada polis əməkdaşları və vəkili iştirak etmişlər. Bundan sonra üzərində hər hansı bir qanunsuz əşya varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur.O əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən qara rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, iysiz toz şəkilli kütlə olmuşdur. Bundan sonra o bildirmişdir ki, həmin bükümün içərisində qəhvəyi rəngli, iysiz toz şəkilli kütlə narkotik vasitə kakosdur. Polis əməkdaşları ondan həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşmuşlar. O, həmin narkotik vasitəni bugün saat 15:00-da Kubinkada tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün əldə etdiyi bildirmişdir. Bundan başqa üzərində əlavə axtarış zamanı bir ədəd ağ rəngli qutuda “Argo” markalı siqaret aşkar olunmuşdur. Təqdim etdiyi qara rəngli siqaret kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, eləcə də tərəflərindən imzalanaraq 222 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli qutuda “Argo” markalı siqaret özünə qaytarılmışdır. Həmçinin bildirir ki, üzərindən narkotik vasitə heroini özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, narkotik vasitəni satmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, cavan olduğunu, bir daha belə hallara yol verməyəcəyini məhkəmədən nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2020-ci il tarixdə saat 20:00-da Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, pols leytenantı Şahid2la birlikdə xidmətdə olarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv, 91 saylı ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparması onların diqqətlərini cəlb etmiş, elə bu vaxt həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şübəli göründüyünü söyləyərək 10-cu polis bölməsinə dəvət etmişlər. 10-cu PB-nin inzibati binasında həmin şəxslə şifahi sorğu zamanı adı, soyadı və atasının adını, eləcə də üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar. Həmin şəxsdə bildirmişdir ki, Təqsirləndirilən şəxsdur və üzərində narkotik vasitə saxladığını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri bildirilmiş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüquqlarıda izah olunmuşdur. Eləcə də Təqsirləndirilən şəxs üzərində axtarış və götürülmə aparılacağı, eyni vaxta videoçəkilişdən istifadə ediləcəyi barədə qabaqcadan məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə keçirilərkən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün tərəflərindən dəvət olunmuş vəkil Elxas Əsgərovda iştirak etmişdir. Şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ kiçik cibindən qara rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki qəhvəyi rəngli maddənin narkotik vasitə hesab edilən kakos olduğunu, habelə həmin narkotik vasitəni bugün saat 15:00-da Kubinka deyilən yerdən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün əldə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm zərfə qoyularaq qablaşdırılmış, eləcə də tərəflərindən imzalanaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən “Xiaomi Mi 6” markalı mobil telefon vasitəsi ilə tərəfindən çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. (i.v. 6, 15) Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ kiçik (xırda əşyalar üçün nəzərdə tutulan) cibindən qara rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəkilində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin gün saat 15:00 radələrində Kubinkada tanımadığı şəxsdən 10 manata istifadəçi olduğu üçün götürdüyünü bildirmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli siqaret qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 24) Təqsirləndirilən şəxs üzərində axtarış və baxış keçirilməsi video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 6/2149 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün № 222” dairəvi möhür əski olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşmaddis sübut” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,162 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,112 qram təşkil etmişdir. Ekspertiza tədiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (i.v. 36-38) Maddi sübut kimi tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd bükümdə təmiz çəkisi 0,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroin iş üzrə maddis sübut kimi tanıması kimyəvi ekspertizadan keçirildikdən sonrakı qalıq qalmış çəkisi, 0.162 qram narkotik vasitə heroin iş maddi sübut kimi tanınmış, kimyəvi ekspertizadan keçirildikdən sonrakı qalıq qalmış çəkisi, 0.112 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhil verilmişdir. (i.v. 46) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin yeni məzmunlu ittiham elan edilmişdir. (i.v. 47) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi, həbsdə saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 62-63). Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 64). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxx 2020-ci il tarixli cavabından və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(002)-350/2018 nömrəli hökmündən görünür ki, Hacıyev X4 rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CMnin 263-1.1-ci maddəsi ilə 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismn toplamaq yolu ilə qəti olaraq 01 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmış, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 72-73, 110-117 ) Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (i.v. 78-79) Axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək Qaradağ RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə barəsində xx.xx.2020-ci il tarixli 30886 saylı axtarış işi olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:35-də saxlanılmışdır. (i.v. 88) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(002)- 147/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 104-105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X6-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3170 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 122-123) Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində Qaradağ rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, cinayət işi üzrə məhkəmə kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2149 №-li, məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3170 №-li rəyləri işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilib cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,112 qram narkotik vasitəheroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilərkən qeydə alınmış vidogörüntü olan 01 ədəd DVD diski, habelə məhkəmə kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2149 №-li, məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3170 №-li rəyləri, təqsirlədirilən şəxsin etiraf edici ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu sübut növü kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri yaranmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaqı tamamlanmış ********* nömrəli cinayət işindən narkotik vasitənin mənbəsini müəyyən etmək məqsədi ilə material ayrılmış, ********* nömrəli cinayət işindəki sənədlərin ksero surətləri çıxarılıb əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis bölməsinə göndərilmişdir (i.v. 125-131) Məhkəmənin sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx xxxx 2021-ci il tarixli, 016-26475-1221 nömrəli cavabından görünür ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(002)-350/2018 nömrəli hökmünə əsasən 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin olunmuş əlavə cəzasının müddəti xx.xx.2021-ci il tarixdə bitəcəkdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 67.5-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 263-1.1-ci maddəsi ilə 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismn toplamaq yolu ilə qəti olaraq 01 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmış, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai cinayət törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətsə də, lakin əvvəlki törətdiyi yol nəqliyyat hadisəsi yerindən qaçma cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən onun xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), CM-in 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(002)-350/2018 nömrəli hökmü ilə CMnin 263-1.1 və 264-cü maddələrinə əsasən əlavə cəza növündə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan 08 (səkkiz) ay 26 (iyirmi altı) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə onun üzərdində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməməli (CM- 56.1.2), cəzaçəkmənin əvvəli azadlığının faktik məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, A.M.Muradova narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixindən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir ) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəza CM-nin 67.5-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 263-1.1 və 264-cü maddələrinə əsasən əlavə cəza növündə təyin edilmiş 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 26 gün hissəsi ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 01 (bir ) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 08 ay 26 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,112 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar