Məhkəmə qərarları › İş №1(002)-78/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-78/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-78/2025 13.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli fərdi əməklə məşqul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2021-ci il tarixli Aministiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,268 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 01:50-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətirilərək həmin tarixdə dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,268 qram olan ağ rəngli krisstallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddələrin istifadəçisidir. 2024-cü ilin dekabr ayının ortalarında gecə saatlarında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsindən gəzərkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq psixotrop maddə olan metamfetamin satdığını bildirərək ondan metamfetamin almağımı təklif etmiş, o da narkotik və psixotrop maddələr qəbul etdiyi üçün tanımadığı şəxsin təklifi ilə razılaşmış, ondan öz istifadəsi üçün 10 manat müqabilində metamfetamin alaraq üzərində saxlamışdır. Təxminən iki gün sonra gecə saatlarında şəxsi işiylə bağlı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişdir. Həmin gün saat gecə radələrində Sahil qəsəbəsində küçədə gedərkən PPX-nin xidməti avtomaşının ona tərəf gəldiyini görmüş, üzərində metamfetamin olduğuna görə qorxmuş, polis əməkdaşlarından uzaqlaşmaq istədiyi üçün iti addımlarla hərəkətə başlamışdır. Bu zaman polis əməkdaşları ondan şübhələnərək onu saxlamış və bölməyə aparmışlar. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə axtarış aparılarkən üzərində olan narkotik vasitəni təqdim etmişdir.O, son olaraq çıxışında törətdiyi əməldən peşman olduğu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə radələrində Sahil qəsəbəsi E.Quliyev küçəsində postaçı yoldaşı ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin onları görüb özünü şübhəli apararaq iti addımlarla uzaqlaşmaq istədiyini görmüş və həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək məqsədilə onu 38-ci PB-nə aparmışlar.PB-də həmin şəxsin şəxsiyyəti müəyyənləşdikdən sonra video çəkliş aparılmaqla onun üzərində axtarış həyata keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir ədəd ağ kağızdakı bükümü masanın üzərinə qoyaraq bükümünün içərisindəkinin psixotrop maddə olan şüşə (metamfetamin) olduğunu, bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Qaradağ RPİ-nin 38ci Polis Bölməsində xidmətdə olarkən bölmə rəhbərliyi tərəfindən ona PB-nə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər şəxsin gətirilməsini, həmin şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və şəxsi axtarış və götürmə istintaq hərəkətində işirak etməyi barədə ona göstəriş verilmişdir. Göstərişdən sonra o, 38-ci PBnin inzibatı binasında PB-nin baş təhqiqatçısı, polis mayoru Elşad Mirzəyevin xidməti iş otağına getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbə sakini Təqsirləndirilən şəxs Sahil qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyysində şübhəli olduğu üçün Qaradağ RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. Bir qədər sonra dəvət olunmuş vəkilin, PPXB-nün polis nəfərlərlərinin iştirakları ilə onun tərəfindən mobil telefon vasitəsi ilə çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd ağ kağız bükümü masanın üzərinə qoymuş və bükümün içərisindəkinin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açılmış, bükümün içərisindən ağ rəngli kristal şəklində kütlə aşkar olunmuşdur. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə saat 11:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə saat 11.50-12.30-da təqsirlənirilən şəxs qismində dindirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il saxlanıldığı MSY-dən azad edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmənin aparılması protokoluna əlavə edilmiş 01 ədəd DVD formatındakı diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü xx.xx.2024-cü il tarixdə saat 04:15-də Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində qeydə alınıb, şəxsi axtarış və götürmənin aparılması, Qaradağ RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, mobil telefon vaisəti ilə çəkliş aparan Qaradağ RPİ-nin 38-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X4, 10 saylı vəkil birosunun vəkili, X2, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Elşad Mirzəyev tərəfindən həyata keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur, o, əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli alışqan və 01 ədəd ağ kağız kəsiyindəki büküm masanın üzərinə qoyaraq həmin bükümdəkinin psixotrop maddə olan metamfetamin olduğunun, metamfetaminin özünə məxsus olmasını, öz istifadəsi üçün iki gün əvəll yaşadığı Korgöz qəsəbəsində tanımadığı şəxsdən 10 manat aldığını bildirir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilir. Budan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilir, lakin hər hansı bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ kəsiyində içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olan büküm zərfə qoyularaq möhürlənir, zərfin üzərinə imzalar olunur, bundan sonra video çəkliş başa çatdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 3-16-16/2-6/5474 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üəzrində “Azəbaycan Respublikası DİN zərflər üçün № 47” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” soyad və imzalar qeyd edilmiş bir ədəd bir ədəd bükümdə təmiz çəkisi- 0,268 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-cü il tarixli, 460 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin sihayısı, zəng edən şəxslərin anket məlumatları onların əhatə dairəsi olan diskə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:16:27-dən həmin gün saat 12:25:45 dək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində olması öz əksini tapır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi- 0,268 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,218 qram psixotrop maddə-metamfetamin qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılması zamanı qeydə alınmış video görüntü olan 01 ədəd disk xx.xx.2024-cü il tarixli qərarımla maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq xx.xx.2025-ci il tarixdə təcridaxanaya təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2021-ci il tarixli Aministiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, axtarış nəticəsində məhkəmə istintaqına cəlb edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix saat 01:50-dən xx.xx.2024-cü il tarix saat 12.30-dək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, ona cəza təyin edilərkən nəzərə alınmaldır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun axtarış nəticəsində tutulduğu vaxtdan, yəni 23 iyul 2025-ci il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0.218 qram psixotrop maddə metamfetamin məhv edilməli və şəxsi axtarış-götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntünü əks etdirən 01 ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 01:50-dən -xx.xx.2024-cü il saat 12.30-dək tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 23 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0.218 qram psixotrop maddə metamfetamin məhv edilsin və şəxsi axtarış-götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntünü əks etdirən 01 ədəd kompakt disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar