Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-79/2021 17.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətlərin direktoru işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 178.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan istintaqa məlum olmayan bir qrup şəxslə ələ keçirib təkrar törətməklə dələduzluq etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq, vəzifə saxtakarlığı edib, rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməkdə təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2019-cu ilin fevral ayının əvvəllərində Abşeron rayonu, Qobu qəsəbəsində özünə məxsus həyətyanı torpaq sahəsində Zərərçəkmiş şəxs2 inşa etdirdiyi tikiliyə görə zəhmət haqqı verməmək məqsədilə özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini deyərək, gördüyü işə görə 2019-cu ilin fevral ayında verəcəyi zəhmət haqqından 1000 manat pulunun əvəzinə ona sosial yardım düzəltsə hər ay 250 manat sosial yardım alacağına inandırıb, şəxsiyyət vəsiqəsini alaraq sonuncunun adına direktoru olduğu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək adına **********226435 nömrəli bankomat kartı alaraq ona verib, 30 mart 2019-cu ildə «xxxx» MMC-nin bank hesabından həmin karta 250 manat köçürdərək Zərərçəkmiş şəxs2 adına olan kartla həmin pulu bankomatdan çıxartmasını təmin etdikdən sonra gördüyü işə görə ona verəcəyi 3560 manat zəhmət haqqı əvəzinə arvadı Günay Orucovaya pensiya düzəldəcəyi halda ayda 172 manat pensiya alacağını deyib etibarından sui-istifadə edərək direktoru olduğu «xxxx» MMC-nin adından sənəd düzəldib «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərməklə G.Orucovanın adına **********862754 nömrəli bankomat kartı alıb Hüseynbaba Hüseynova verməklə həmin karta pul köçürmədən Zərərçəkmiş şəxs2 verməli olduğu 4560 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu qaynaq ustası Zərərçəkmiş şəxs5 Abşeron rayonu, Qobu qəsəbəsində özünə məxsus həyətyanı torpaq sahəsinin girişində 1800 manata dəmir darvaza düzəltdirərək ona gördüyü işin əvəzinə zəhmət haqqı verməmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini deyib 2019-cu ilin mart ayında verəcəyi zəhmət haqqından 800 manat pulunun əvəzinə ona sosial yardım düzəltsə iki il müddətində hər ay 206 manat sosial yardım alacağına inandırıb, şəxsiyyət vəsiqəsini alaraq direktoru olduğu «xxxx» MMC-nin işçisi olması barədə Zərərçəkmiş şəxs5 adına saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətindən həmin sənəd əsasında **********716090 nömrəli bankomat kartı alıb sonuncuya verərək onun kartla bankomatdan 206 manat almasını təşkil etdikdən sonra 1100 manat öz əvəzinə və 1.100 manat arvadı X8 əvəzinə pul verdiyi halda hər ikisini «xxxx» MMC-də işə düzəldəcəyini deyib aldadaraq 2019-cu ilin iyun ayında ünvan 2 ünvanında 2200 manat pulunu alıb aldadaraq Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, 5000 manat öz əvəzinə, 5000 manat isə arvadı X1 əvəzinə verdiyi halda hər ikisinə pensiya düzəldəcəyini, hər ay hər biri 172 manat pensiya alacağını deyib inandıraraq ünvan 3 ünvanında yerləşən «Şuşa» kafesində 27 may 2019-cu il tarixdən 2019-cu ilin iyul ayının ilk günlərinə kimi olan müddətdə hissəhissə olmaqla ümumilikdə 6500 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək Zərərçəkmiş şəxs3 adına **********505888, arvadı S.Cəbrayılovanın adına **********223875 nömrəli bankomat kartları alıb Zərərçəkmiş şəxs3 verməklə xeyli miqdarda, yəni 6500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, istəsə onun yaxınlarına da, sosial yardım düzəldə biləcəyini deyib inandırdıqdan sonra sonuncunun qaynı Mais Babayevə sosial yardım düzəltmək adı ilə qaynənəsi Zərərçəkmiş şəxs6 Fləmzə qızından 2019-cu ilin may ayında ünvan 5 ünvanında 1.200 manat və şəxsiyyət vəsiqəsini alaraq direktoru olduğu «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək Mais Babayevin adına **********452219 nömrəli bankomat kartı alıb Zərərçəkmiş şəxs6 verərək 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, istəsə onun yaxınlarına da, sosial yardım düzəldə biləcəyini deyib inandırdıqdan sonra sonuncunun vasitəsi ilə bacısı Zərərçəkmiş şəxs9 sosial yardım düzəldəcəyini yalandan vəd verib 2019-cu ilin iyun ayında ünvan 2 ünvanında 800 manat və şəxsiyyət vəsiqəsini alaraq direktoru olduğu «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək sonuncunun adına **********126974 nömrəli bankomat kartı alıb Zərərçəkmiş şəxs9 verərək 800 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, istəsə onun yaxınlarına da, sosial yardım düzəldə biləcəyini deyib inandırdıqdan sonra sonuncunun vasitəsi ilə qonşusu Zərərçəkmiş şəxs8 sosial yardım düzəldəcəyini yalandan vəd verib 2019-cu ilin iyun ayının sonlarında ünvan 2 ünvanında 1200 manat pulunu və şəxsiyyət vəsiqəsinin surətini alaraq direktoru olduğu «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək Zərərçəkmiş şəxs8 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, istəsə onun yaxınlarına da sosial yardım düzəldə biləcəyini deyib inandırdıqdan sonra sonuncunun vasitəsi ilə xalası Zərərçəkmiş şəxs7 sosial yardım, oğlu X12 isə pensiya düzəldəcəyini yalandan vəd verib 2019-cu ilin iyul ayında ünvan 2 ünvanında 3.000 manat pulunu və şəxsiyyət vəsiqəsinin surətini alaraq direktoru olduğu «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək Zərərçəkmiş şəxs7 3000 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, istəsə onun yaxınlarına da sosial yardım düzəldə biləcəyini deyib inandırdıqdan sonra sonuncunun vasitəsi ilə qonşusu Zərərçəkmiş şəxs4 dayısı Məmmədov Ariz Dərgah oğluna sosial yardım düzəldəcəyini yalandan vəd verib 2019-cu ilin avqust ayında Bakı şəhəri, Qaradağ rayonu, Löbkbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən istirahət parkında Zərərçəkmiş şəxs4 1000 manat pulunu və A.Məmmədovun şəxsiyyət vəsiqəsinin surətini alaraq direktoru olduğu «xxxx» MMCnin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə Mərdalı Məmmədovun 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, istəsə onun yaxınlarına da, sosial yardım düzəldə biləcəyini deyib inandırdıqdan sonra sonuncunun tanışı Zərərçəkmiş şəxs10 sosial yardım düzəldəcəyini yalandan vəd verib 2019-cu ilin avqust ayında Bakı şəhəri, Qaradağ rayonu, Löbkbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən istirahət parkında Zərərçəkmiş şəxs10 1000 manat pulunu şəxsiyyət vəsiqəsinin surətini alaraq direktoru olduğu «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə Zərərçəkmiş şəxs10 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, istəsə onun yaxınlarına da, sosial yardım düzəldə biləcəyini deyib inandırdıqdan sonra sonuncunun tanışı Zərərçəkmiş şəxs1 sosial yardım düzəldəcəyini yalandan vəd verib 02 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən istirahət parkında 2400 manat pulunu və şəxsiyyət vəsiqəsini alaraq direktoru olduğu «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək adına **********369444 nömrəli bankomat kartı alıb Zərərçəkmiş şəxs1 verərək 2400 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2014-2015-ci illərdə Qaradağ rayonu Kommunal Təsərrüfatında «Heydər» istirahət parkının gözətçisi işləmişdir. 2002-ci ildə Qaradağ rayon Əlillər Cəmiyyətinin sədri Bayramın iş otağında Abşeron rayon Əlillər Cəmiyyətinin sədri işləmiş Şahid2 ilə tanış olmuşdur. 2019-cu ilin əvvəllərində Şahid2 təklifi ilə 17.04.2019cu il tarixli müqavilə əsasında tikinti-bərpa işləri ilə məşğul olması nəzərdə tutulan, hüquqi ünvanı ünvan 6 Məhdud Məsuliyyətli Cəmiyyəti və eyni tarixdə «sair plastik məmulatların istehsalı» ilə məşğul olması nəzərdə tutulan, hüquqi ünvanı ünvan 7 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti açaraq özü hər iki şirkətin direktoru, Şahid2 isə müavini olmuşdur. Şahid3 şirkətin sürücüsü, onun oğlu Şamil şirkətin mühasibi, X13 isə «xxxx» MMC-in hüquqşünası vəzifəsinə təyin etmişdir. O, direktoru olduğu «xxxx» MMC-in «xxxx» ASC-də, «xxxx» MMC-in isə «xxxx» ASC-də və «xxxx» ASC-də hesablarını açmışdır. Həmin şirkətlər faktiki olaraq heç bir iş görməsə də, o, vətəndaşlara özünü «xxxx» MMC-in və «xxxx» MMC-in direktoru kimi, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini verəcəyi pulun müqabilində ona sosial yardım düzəldə biləcəyini, həmçinin pensiya düzəldəcəyini və ya aldığı pensiyanın məbləğini artırdacağını deyib inandıraraq vətəndaşlardan müəyyən məbləğlərdə pul və şəxsiyyət vəsiqəsini alıb əvvəl ünvan 8 ünvanında yerləşən 1 otaqlı ofisi X4 icarəyə götürüb ofis kimi işlətmiş, sonra isə Yasamal rayonu, 2-ci Alatava 107 ünvanında X5 adına olan, oğlu X9 həmin ünvanda yerləşən «Şuşa» kafesini icarəyə götürüb, kafenin bir otağını ofis kimi istifadə edərək Şahid2 və Şahid4 aldığı sənəd əsasında «xxxx» MMC-in işçisi olması barədə saxta müqavilə hazırladıb, həmin müqavilə əsasında «xxxx» ASC-nə siyahı göndərərək şirkətə işə götürməsi barədə əmək haqqı kartı alıb vətəndaşa verərək növbəti ayın sonunda razılaşdıqları məbləğdə sosial yardım alacağını demişdir. O, həmin müqaviləni vətəndaşın xəbəri olmadan hazırladıb özü imzalamaqla saxtalaşdırmışdır. Vətəndaşa sosial yardım düzəltdiyini desə də, banka göndərdiyi sənədləri «xxxx» MMC-in işçisi kimi hazırlayıb göndərmişdir. Bütün sənədlər onun öz adından hazırlanmışdır və vətəndaşlarla onun özü danışıb pullarını almışdır. Bundan sonra isə vətəndaşlarla hansı məbləğdə aylıq sosial yardım alması barədə razılaşmışsa həmin məbləğə uyğun olaraq cədvəl hazırladıb kompüter vasitəsi ilə «xxxx» ASC-nə göndərmişdir. Bank isə «xxxx» ASC-in bank hesabında olan puldan cədvələ uyğun olaraq aylıq əmək haqqı bölüb cədvələ uyğun kart hesablarına köçürmüşdür. Bundan sonra o, həmin vətəndaşlara xəbər vermiş, onlar da gedib kartlarını bankomata salıb razılaşdığı məbləğdə pulu çıxarmışdır. O, vətəndaşların ona artıq inandığını görüb yanına «Şuşa» kafesinə çağırıb yemək və çay süfrəsi açaraq onlara təklif etmişdir ki, istəsələr onların özlərinə pensiya və ya yaxın qohumlarına, məsləhət bildiyi adamlara pensiya, sosial yardım düzəldə bilər. Artıq həmin adamlar ona inandığından yaxınlarına da, sosial yardım, pensiya və ya onun rəhbəri olduğu «xxxx» MMC-nə, «xxxx» MMC-nə işə düzəltməsini xahiş etmişlər. O, həmin adamları görmədən onların pullarını və şəxsiyyət vəsiqələrinin əslini və ya kserosurətlərini xahiş edən vasitəçi adamın əli ilə alıb pul verən adamla ünsiyyət yaratmadan onların adına saxta sənədlər hazırlayıb müvafiq olaraq öz adından banklara göndərmişdir. O, sosial yardım düzəltmək adı ilə müraciət edən şəxslərin sənədlərini özü işçilərinə «xxxx» MMC-in işçisi olması barədə sənəd hazırladıb «xxxx» ASC-nə göndərib həmin bankın kartlarını almışdır. Kimlərdənsə pensiya düzəltmək və ya pensiyasını artırmaq adı ilə pul almışdırsa, həmin adamların adlarına «xxxx» MMC-in işçisi olması barədə sənəd hazırladıb həmin sənədləri «xxxx» ASC və «xxxx» ASC-nə göndərmişdir. Hansı ki, həmin banklarda «xxxx» MMC-in hesabı olmuşdur ki, həmin hesabdan cədvəl əsasında hazırlanmış kartlara pul bölgüsü aparılmışdır. Bu qayda ilə pullarını aldığı vətəndaş bir neçə ay kartını bankomata salmaqla bəzisi bir ay, bəzisi isə 3-4 ay pul çıxarmışlar. Həmin adamlar isə pul aldığı müddətdə çoxlu sayda yaxınlarının pullarını və sənədlərini alıb ona vermişlər. Sonra o, kartlara müvafiq olaraq pul köçürməyəndə həmin müştərilər dərhal ona zəng edib kartlarına pul köçürülmədiyini demişlər. O, isə yanlışlıq olduğunu, növbəti ayda iki ayın pulunu bir yerdə alacaqlarını deyib vaxtı uzatmışdır. Bu yolla o, 2019-cu ilin fevral ayından həmin ilin noyabr ayında tutulan vaxta kimi olan müddətdə çoxlu sayda adamlara aldadıb pullarını ələ keçirmişdir. Bütün sənədləri onun göstərişi ilə Yusif və Şamil hazırlamışlar, onun özü isə imzalayıb özündə olan direktoru olduğu şirkətin adından möhürlə təsdiq etmişdir. O, bələdiyyə sənədi ilə Abşeron rayonu, Qobu qəsəbəsində həyətyanı torpaq sahəsi alaraq həmin sahəyə Qaradağ rayonu, Lökbatan qəsədəsində yaşayan Zərərçəkmiş şəxs2 mişar daşından hasar, otaqlar tikdirmişdir. Hüseynbabaya az miqdarda zəhmət haqqından versə də, sonradan ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Fondunda işləyir, özününün «xxxx» və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti var 1.000 manat verəcəyi zəhmət haqqının əvəzinə ona sosial yardım düzəltsə 2 il müddətində hər ay 250 manat sosial yardım alacaqdır. Hüseynbaba onun sözlərinə inanıb şəxsiyyət vəsiqəsini verdikdən sonra o, «xxxx» MMC-in işçisi kimi sənədlər hazırladıb «xxxx» ASC-nə göndərərək onun adına kart alıb vermişdir. Zərərçəkmiş şəxs2 həmin kartla bankomatdan sosial yardım aldıqdan sonra ona təklif etmişdir ki, ona verəcəyi 3.500 manat zəhmət haqqının əvəzinə arvadı Günay Orucovaya pensiya düzəldə bilər. Razılıqdan sonra o, G.Orucovanın adına «xxxx» MMC-nin işçisi kimi «xxxx» ASC-in kartını alıb vermişdir. Zərərçəkmiş şəxs2 hər ay 250 manat olmaqla 4 ay müddətində, arvadı G.Orucova hər ay 172 manat olmaqla 3 ay müddətində bankomtadan pul çıxarmışdır. Sonra Zərərçəkmiş şəxs2 həyətyanı sahəsində işlərini tamamladığına görə o, karta növbəti ayda pul köçürməmiş və Hüseynbabanın qalan 4.560 manat zəhmət haqqını verməmişdir. Ona «Şuşa» kafesində kabab bişirmək üçün manqal, piti bişirmək üçün qab və həyətyanı torpaq sahəsinə dəmir darvaza düzəltdirməyə usta lazım olduğundan Hüseynbabaya ona həmin işləri bacaran usta tapmasını bildirmişdir. Hüseynbaba onu Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 ilə ilk dəfə 2019-cu ilin mart ayının ilk günlərində «Şuşa» kafesində tanış etmişdir. O, İmdada «Şuşa» kafesində istifadə etmək üçün manqal və piti bişirmək üçün qab düzəltdirib, həmin əşyaların materialının pulunu və zəhmət haqqını İmdada verərək «Qobu» qəsəbəsində həyətyanı torpaq sahəsinə 1800 manata dəmir darvaza düzəltməsini danışıb razılaşaraq material alması üçün ona 1000 manat pul vermişdir. İmdad darvazanın materialını alıb sexdə yığarkən onu «Şuşa» kafesinə çağıraraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, istəyərsə 1000 manat pul verməsini və ona ayda 206 manat almaq şərti ilə sosial yardım düzəldə biləcəyini, 2 il müddətində həmin yardımı alacağını demişdir. İmdad həmin məbləğdə pulu olmadığını dedikdə, o düzəltdiyi darvazanın qalan 800 manat pulunun əvəzinə həmin işi görə biləcəyini demişdir. İmdad razılaşandan sonra onun şəxsiyyət vəsiqəsini alıb onun «xxxx» MMC-də işləməsi barədə saxta müqavilə hazırladıb «xxxx» ASC-nə göndərərək adına kart alıb İmdada vermişdir. İmdad həmin kartla ilk dəfə 2019-cu ilin mart ayının sonlarında bankomatdan 206 manat çıxardıqdan sonra onu təkrar «Şuşa» kafesinə dəvət edib qohum və yaxınlarından kimlər istəyirsə həmin adamların pullarını, şəxsiyyət vəsiqəsinin özünü və ya kserosurətini alıb gətirməsini onlara da sosial yardım düzəltməyi təklif etmişdir. Eyni zamanda İmdada təklif etmişdir ki, özünü və arvadını direktoru olduğu «xxxx» MMC-nə və ya «xxxx» MMC-nə işə düzəldə bilər, hər ay hər biri 1500 manat əmək haqqı alacaqlar. İmdad onun sözlərinə inanıb özünün işə düzəlməsi üçün 1100, arvadının isə işə düzəlməsi üçün 1100 manat ona pul vermişdir. Bundan başqa İmdad qaynanası Zərərçəkmiş şəxs6 sosial yardım düzəltmək üçün ona 1200 manat, qonşusu Zərərçəkmiş şəxs8 sosial yardım düzəltməsi üçün 1200 manat, dostu Zərərçəkmiş şəxs10 sosial yardım düzəltməsi üçün 1000 manat, dostu Zərərçəkmiş şəxs1 sosial yardım düzəltməsi üçün 2400 manat, bacısı Zərərçəkmiş şəxs9 sosial yardım düzəltməsi üçün 800 manat, Zərərçəkmiş şəxs4 qohumu Ariz Məmmədova sosial yardım düzəltəsi üçün 1000 manat, Zərərçəkmiş şəxs7 sosial yardım, oğlu Mikayıl Əliyevə pensiya düzəltməsi üçün 3000 manat pullar vermişdir. O, həmin adamların bəzisinə kart düzəltdirib versə də, əksəriyyətinə kart da düzəltdirmədən pullarını ələ keçirmişdir. Bundan başqa o, Saatlı rayonundan olan Zərərçəkmiş şəxs3 özünə və arvadı Sitarə Cəbrayılovaya pensiya düzəltmək adı ilə ümumilikdə 5000 manat pulunu alıb onlara «xxxx» ASC-nin bankomat kartlarını vermişdir. Həmin kartların hər birinə ayda 172 manatdan olmaqla 3 ay müddətində pul köçürsə də, sonradan pul köçürməyib qalan pulu ələ keçirmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən ona verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs3 tərəfindən ona 6500 manat və Zərərçəkmiş şəxs8 tərəfindən 1200 manat məbləğində pul vəsaiti verildiyi göstərilmişdir. Halbuki Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş məbləğ ümumilikdə 5000 manat və Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş ümumi məbləğ 1200 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi qonşusu Zərərçəkmiş şəxs8 sosial yardım düzəltməsi üçün 1500 manat və Saatlı rayonundan olan Zərərçəkmiş şəxs3 özünə və arvadı Sitarə Cəbrayılovaya pensiya düzəltmək adı ilə ümumilikdə 6500 manat pulunu alıb onlara «xxxx» ASC-nin bankomat kartlarını verməsi ilə bağlı xüsusatları belə izah etmişdir ki, ibtidai istintaq dövründə belə bir ifadələr verməmiş, həmin ifadələrin məzmununu müstəntiq ona oxutmadan vərəqə imza etdirmişdir. Təqsirləndirilən şəxs sonda əməllərindən səmimi peşman olmasını, əlil olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun qonşusudur. Təxminən 2019-cu ilin yay aylarında İmdadla söhbət edən zaman sonuncu ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən Manaf adlı tanışına verdiyi 800 manat müqabilində ona sosial yardım düzəltdiyini və 3 aydır ki, hər ay 206 manat sosial yardım aldığını bildirmişdir. X17 verdiyi plastik kartı ona göstərmişdir. O, İmdaddan Manafla danışıb heç bir yerdə işləməyən dayısı oğlu Məmmədov Ariz Dərgah oğluna da sosial yardım düzəltdirməsini xahiş etmişdir. Növbəti gün İmdad onunla görüşüb Manafla danışdığını, Arizə sosial yardım düzəltməsi üçün 1000 manat pul istədiyini demişdir. O, da razılaşıb «xxxx» Açıq Səhmdar Cəmiyyətdən kredit götürüb 2019-cu ilin avqust ayının ortalarında İmdadla yaşadığı məhəllədə görüşüb həmin 1000 manat pulu və Ariz Məmmədovun şəxsiyyət vəsiqəsinin kserosurətini Manafa çatdırması üçün ona vermişdir. İmdad onun yanında Manafa zəng edərək, onun qohumunun pulunu düzəldib gətirdiyini, harada görüşüb pulu və sənədi verə biləcəyini soruşduqda Manaf Qaradağ rayonu, Lökbatan qəsəbəsində «Heydər Əliyev» adına istirahət parkına gəlmələrini demişdir. O, İmdadın avtomobili ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının qarşısına getmişlər. Həmin yerdə «Mercedes E klass» markalı avtomobil dayanaraq onları gözləmişdir. İmdad həmin avtomobildə qabaqda sərnişin oturacağında oturmuş şəxsi göstərərək, Manaf olduğunu demiş və özü avtomobildən düşüb həmin avtomobildə oturan Təqsirləndirilən şəxs yaxınlaşaraq pulu ona vermiş və bir az söhbət edərək geri qayıtmışdır. İmdad ona demişdir ki, Manaf 20 gün müddətində bankomatdan pul çıxarmaq üçün kart verəcəkdir. Aradan 20 gün keçsə də, Manaf kart verməmişdir. O, maraqlananda bilmişdir ki, Manaf İmdadı, onu və bir çox başqalarını aldadıb pullarını ələ keçiribdir. Onlar Manafdan şikayət etmişlər və Manafın barəsində cinayət işi başlanaraq həbs olunmuşdur. Aradan xeyli vaxt keçsə də, Manaf onun pulunu qaytarmamışdır. O, məcbur olub bankdan götürdüyü krediti özü ödəmişdir. İbtidai istintaq dövründə ona vurulmuş 1000 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddia ilə müraciət etmişdir. Hazırda vurulmuş maddi ziyan bu günədək təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Ona görə də, təqsirləndirilən şəxsdən şikayətçidir və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının əvəllərində Zərərçəkmiş şəxs2 onu Manaf adında tanışına dəmir işləri görmək lazım olduğunu deyib, Yasamal rayonu, 2-ci Alatvaya «Şuşa» kafesinə apararaq onu Manaf adlı şəxslə görüşdürmüşdür. Manaf ona Abşeron rayonu, Qobu qəsəbəsində özünə məxsus olan həyətyanı torpaq sahəsinə Hüseynbabanın mişar daşından hasar çəkdiyini, həmin yerə dəmir darvaza yığdırmaq istədiyini bildirmişdir. O, mobil telefonuna çəkib saxladığı əl işlərini Manafa göstərmişdir. Manaf 1800 manat dəyərində darvazanın şəklini bəyənib həmin darvazanı onun üçün yığmasını demiş, kafenin arxa tərəfində olan ofis kimi istifadə etdiyi otağa dəvət edib, kompüterdə yazı yazan, sonradan şəxsiyyəti ona məlum olan Yusif adlı şəxsin yanında çiynindən asdığı pul qabının ağzını açıb 1000 manat pul vermişdir ki, gedib həmin pulla material alsın. Həmin vaxt kafedə Manafın yanında işçiləri Yusif, Bəhmən və sürücüsü Şahin olmuşdur. O, Hüseynbaba ilə birlikdə kafedən çıxıb getmişlər və növbəti günü Hüseynbaba ilə Qobu qəsəbəsinə Manafın həyət evinə gedib quraşdıracağı darvazanın yerini ölçmüşlər. Ona məlum olmuşdur ki, Manafın Qobu qəsəbəsində Kərpic zavodu deyilən yerin yaxınlığında 24 sot torpaq sahəsi var. Hüseynbaba həmin sahənin kənarlarına iki qat mişar daşı ilə 3 metr hündürlüyündə hasar çəkmişdir. Həyətdə isə bir mərtəbəli çoxlu sayda otaqlar tikilmişdir. Onlar darvazanın yerini ölçüb qayıdıb gəlmişlər. O, Manaf verdiyi pula material alıb tanış sexində darvazanı yığmağa başlamışdır. Aradan bir neçə gün keçmiş Hüseynbaba ona zəng edib Manafın başqa işi olduğunu «Şuşa» kafesinə getmək lazım olduğunu demişdir. O, Hüseynbaba ilə birlikdə «Şuşa» kafesinə getmişlər. Manaf orada olmasa da kafenin işçiləri kabab bişirmək üçün manqal və piti bişirmək üçün qab sifariş etmişlər. Sonra Manaf gəlib sifariş olunan qabların pulunu vermişdir. O, Hüseynbaba ilə çay içərkən söhbət əsasında Hüseynbaba ondan rəsmi iş yeri olmadığına görə sosial yardım alıb-almadığını soruşmuşdur. O, çox çalışsa da düzəldə bilmədiyini demişdir. Hüseynbaba nə üçün Manafa demədiyini, Manafın Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işlədiyini, onun üçün artıq sosial yardım düzəltdiyini növbəti aydan həmin yardımı alacağını bildirmişdir. Onun xahişi ilə Hüseynbaba Manafdan ona da sosial yardımın düzəldilməsinin mümkün olub-olmamasını soruşmuşdur. Manaf ondan neçə uşağı olmasını soruşaraq 1000 manat verərsə düzəldə biləcəyini, ayda 180 manatdan çox sosial yardım alacağını bildirmişdir. O, deyilən məbləğdə pulunun olmadığını bildirdikdə, Manaf ona darvazanın pulundan qalan 800 manatın əvəzinə düzələ biləcəyini təklif etmiş və 2 il müddətində hər ay 180-190 manat sosial yardım alacağını söyləmişdir. O, razılaşdıqdan sonra Manaf ondan şəxsiyyət vəsiqəsini istəmiş və gətirib Yusifə verməsini tapşırmışdır. O, otaqda kompüterdə işləyən Yusifə şəxsiyyət vəsiqəsini verərək, başqa hansı sənədlər lazım olduğunu soruşmuşdur. Yusif isə şəxsiyyət vəsiqəsinin kifayət etdiyini, portalda onun barəsində bütün məlumatların olduğunu deyib vəsiqəni almışdır. O, Hüseynbaba ilə çıxıb getmiş və darvazanı düzəldib qurtarana yaxın aradan təxminən 15 gün keçmiş Manaf ona zəng edib Lökbatan qəsəbəsində mədəniyyət evinin yanında onunla görüşərək adına olan «xxxx»ASC-in kartını və şəxsiyyət vəsiqəsini verib demişdir ki, hər ayın 29-da kartı «xxxx»ın istənilən bankomatına salıb sosial yardımı ala bilər, onun aylıq yardımı başqasından fərqli olaraq 206 manat olacaqdır. Ondan işini tezləşdirib darvazanı qurtarıb aparıb yerinə asmasını xahiş etmişdir. O, Manafdan kartı və şəxsiyyət vəsiqəsini alıb ona təşəkkürünü bildirib ayrılıb getmişdir. O, darvazanı düzəldib Hüseynbaba ilə birlikdə aparıb Qobu qəsəbəsində Manafın həyətinin girişinə asmışdır. Həmin vaxt Hüseynbaba Manafın həyətində tikinti işləri aparırdı. Aradan bir neçə gün keçmiş Hüseynbaba ona demişdir ki, Manaf onu görmək istəyir və onlar birlikdə Manafın yanına «Şuşa» kafesinə getmişlər. Kafedə Manaf ona yaxınlarından kim istəyirsə onlara da sosial yardım düzəldə biləcəyini bildirmişdir. O, maraqlanıb kim istəsə ona xəbər edəcəyini demişdir. Həmin vaxtlarda, yəni 2019-cu ilin mart ayının sonlarında adına olan kartı bankomata salıb 206 manat sosial yardımı almışdır və onda Manafa qarşı inam yaranmışdır. Bundan sonra o, qohumlarına, dostlarına, qonşularına bu haqda danışıb adına olan kartı göstərib özünün 206 manat sosial yardım aldığını demişdir. Ondan bacısı, qaynanası və başqaları sosial yardım düzəltməsini xahiş etmişlər. O da Manafa zəng edib sosial yardım düzəltməsi üçün nə qədər pul verməli olduqlarını danışmaq üçün onun yanına getmişdir. Manaf ondan maddi cəhətdən dolana bildiyini, çətinliyi olub-olmadığını soruşmuşdur. O, maddi cəhətdən çətinlik çəkdiyini, iş olmadığını demişdir. Manaf isə bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun direktoru olduğu «xxxx» MMC ilə müqavilə bağlamışdır, böyük bir layihə olduğunu və tikintidə işləyə bilərsə onu direktoru olduğu həmin şirkətə qaynaqçı-rəngsaz işinə götürə biləcəyini, ayda 1500 manat əmək haqqı alacağını bildirmişdir. Daha sonra ondan soruşmuşdur ki, arvadı harada işləyir, ixtisası nədir. O, arvadının tibb təhsili olduğunu, hazırda işləmədiyini demişdir. Manaf əvvəldən hər biri 1.500 manat verməsi şərti ilə arvadını da işə düzəldə biləcəyini, aptekdə və ya başqa hansısa tibb sahəsində işləyib onun da ayda 1500 manat əmək haqqı alacağını bildirmişdir. O, hazırda həmin miqdarda pulu olmadığını, onları işə düzəltsə işləyib ilk ayın əmək haqqını ona verəcəyini demişdir. Manaf razılaşmayaraq ona məbləği bir az aşağı salmaları üçün rəhbərlikə danışacağını bildirmişdir. Növbəti gün o, Manafa zəng edib həmin adamla danışıb-danışmamasını soruşmuşdur. Manaf isə həmin adamla danışıb razılaşaraq hər biri üçün qiyməti 1100 manata saldığını, pulu verəndən 15 gün sonra işə çıxacaqlarını demişdir. O, razılaşıb pulu düzəldəcəyini demişdir. Həmin müddətdə onun qohumlarına da sosial yardım düzəltmək lazım olduğunu dediyinə görə Manaf onun evinə gəlib qaynanası Zərərçəkmiş şəxs6 1200 manata sosial yardım düzəldəcəyinə söz vermişdir. O, qaynanasından 1200 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini alıb həmin gün, yəni 2019-cu ilin may ayının ortalarında Manafa vermişdir. 2019-cu ilin iyun ayında evində Manafa bacısı Zərərçəkmiş şəxs9 sosial yardım düzəldəcəyinə söz verdiyinə görə 800 manat və şəxsiyyət vəsiqəsini bacısından alıb onun yanında Manafa vermişdir. Eyni zamanda qonşusu Dilarəyə sosial yardım düzəltməsi üçün 1200 manat, anasının rəfiqəsi Zərərçəkmiş şəxs7 oğlu üçün pensiya və digər oğluna sosial yardım düzəltməsi üçün 3000 manat pulu evində həmin adamların yanında Manafa vermişdir. Belə ki, həmin adamlar pulu düzəldib ona xəbər verdikdə o, Manafa zəng edib demiş və həmin adamlar onun evinə gəlmiş, o da Manafa xəbər vermişdir. Manaf onun evinə gəlib pulu həmin adamların yanında ondan almışdır. Həmin müddətdə o, özü və arvadı üçün 2200 manat pulu düzəldib Qaradağ rayonu Lökbatan qəsəbəsində parkda Manafla görüşüb avtomobilndə sürücüsü Eldənizin yanında ona vermişdir. Bundan başqa sinif yoldaşı Bəhruz sosial yardım alması üçün 1000 manat pulu Lökbatan qəsəbəsində parkın ərazisində onun yanında Manafa vermişdir. Dostu Mərdalı da sosial yardım düzəltməsi üçün onun yanında Lökbatan qəsəbəsində istirahət parkında 1000 manat, tanışı Zərərçəkmiş şəxs1 də özünə sosial yardım düzəltməsi üçün Manafa çatdırmaq üçün 2400 manat pulu ona vermişdir. O da Manafla Lökbatan qəsəbəsində istirahət parkının ərazisində görüşüb avtomobilində sürücüsünün yanında həmin pulları Manafa vermişdir. O, həmin adamların pulunu Manafa 2019-cu ilin may-iyun aylarında vermişdir. Manaf onun və arvadının maaş kartlarını verməmişdir. 2019-cu ilin iyul ayında Manaf ona zəng edib 3-cü mikrarayon dairəsinə çağırmışdır. O, həmin yerə gedib gözləmiş və Manafın sürücüsü Şahin ona zəng edib yanına gələrək Zərərçəkmiş şəxs6 oğlu Maisin, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9 adlarına olan «xxxx» ASC-nə aid kartları verib, Manaf göndərdiyini deyərək getmişdir. Manaf ona verdiyi sosial yardım kartı ilə hər ay 206 manat olmaqla 3 ay müddətində sosial yardım almış, sonra pul kəsilmişdir. Başqa kimlərə kart verilmişdirsə onların kartlarına ümumiyyətlə pul oturmamışdır. O, Manafa zəng edib karta pul oturmadığını dedikdə, Manaf narahat olmamasını, növbəti ayda hər iki ayın sosial yardımını birlikdə alacaqlarını demişdir. O da kimlərə sosial yardım düzəltdirmişdisə həmin adamlara Manafın sözünü çatdırmışdır. 2019-cu ilin avqust ayının sonu çatsa da, nə kartı olmayanlara Manaf kart vermiş, nə də kartları olanların hesabına pul köçürməmişdir. 05 sentyabr 2019-cu ildə o, Manafa zəng edib pulun köçürülməməsinin səbəbini soruşduqda Manaf 06 sentyabr 2019-cu il tarixdə gedib pullarını bankomatdan çıxarmalarını demişdir. O, həmin tarixdə gedib kartı bankomata salıb yoxlasa da, hesabda pul olmamışdır. O, Manafa zəng etsə də, onun telefonuna zəng çatmamışdır. O, Hüseynbabaya zəng edib Bəhruzla birlikdə gedib onunla görüşərək Manafdan pullarını alıb verməsə ondan şikayət edəcəklərini demişlər. Bir neçə gündən sonra Hüseynbabanın köməkliyi ilə Manafı Xırdalan şəhərində «AAAF park» yaşayış kompleksində evdən çıxanda qarşısını kəsib nə üçün onu aldatdığını, adamların pullarını qaytarmadığını, ondan polisə şikayət edəcəyini demişdir. Manaf onları şəhərin mərkəzində yerləşən «xxxx» ASC-in qarşısına aparıb gözlətmişdir ki, bankdan kreditlə pul götürüb onların pulunu qaytaracaqdır. Manaf banka gedib geri qayıdaraq ona yalnız 1 aydan sonra kredit verəcəyini demişdir. O, eyni zamanda digər adamlar Manafa etirazlarını bildirəndə Manaf demişdir ki, Qobu qəsəbəsindəki evi onların birinin adına keçirə bilər bankdan pul götürüb borclarını ödəyər sonra evini geri qaytararlar. O, Manaf, Hüseynbaba, Sirac və Samir adlı Manafın borclu olduğu adamlar birlikdə Manafın Qobu qəsəbəsindəki həyətinə gəlmişlər. Manaf orada özü iltizam yazıb kimə nə qədər borclu olduğunu göstərərək borclarını tez bir vaxtda qaytaracağını demişdir. O, Manafın kimlərə nə qədər borcu olması barədə qəbz yazarkən hamını xəbərdar edib həmin vəziyyəti mobil telefonuna çəkmişdir. Manaf onların pulunu qaytaracağına söz versə də, onun və onun vasitəsi ilə başqa kimlərdən pul almışdır, həmin adamların pullarını qaytarmamışdır. Onlar görmüşlər ki, Manaf pulu qaytarmaq istəmir ondan şikayət etmişlər. O, Manafa düzəltdiyi darvazanın pulundan 800 manat, özünün və arvadının işə düzəldilməsi üçün 2200 manat pul vermişdir. Əvəzində Manaf ona sosial yardım alması üçün kart vermişdir. O, həmin kartla hər ay 206 manat olmaqla 3 ay müddətində 618 manat bankomatdan pul çıxarmışdır. Yerdə qalan 2382 manatı Manaf ona verməmişdir. Həmin pulu Təqsirləndirilən şəxs tələb edir. İbtidai istintaq dövründə mülki iddia ilə müraciət edərək, 2182 manat məbləğin Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Hazırda vurulmuş maddi ziyan bu günədək təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Ona görə də, təqsirləndirilən şəxsdən şikayətçidir və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq işləmir, fərdi qaydada «Selviyyer» firmasında sürücü işləyir. O, əslən Saatlı rayonundandır, Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Təxminən 2019-cu ilin may ayının əvəllərində Saatlı rayonuna rəhmətə getmiş qohumunun yas yerinə getmişdir. Yas yerində iştirak edərkən tanışlarından eşitmişdir ki, Füzuli rayonundan olan Manaf adında bir nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyir və istənilən adama pensiya, sosial yardım düzəldir. O, Manafın mobil telefon nömrəsini götürmüşdür ki, qayıtdıqdan sonra Bakı şəhərində Manafa zəng edib əlaqə saxlasın. O,Bakı şəhərinə qayıdan kimi həmin telefon nömrəsinə zəng edib Yasamal rayonu 2-ci Alatava ərazisində yerləşən «Şuşa» kafesinə gedib ilk dəfə Manafı orada görmüşdür. Sonradan öyrənmiş ki, həmin kafeni Manaf və qardaşı Məhəmməd icarəyə götürüb işlətmişlər. Manaf ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işlədiyini bildirmişdir. O, Manafdan şəkərli diabet xəstəsi olduğunu, özünün və arvadının işləmədiyini, onlara pensiya düzəltməsini xahiş etmişdir. Manaf isə 5000 manat öz yerinə, 5000 manat da, arvadının əvəzinə verərsə onlara pensiya düzəldəcəyini, hər ay hər birinin 206 manat pensiya alacağını bildirmişdir. O, isə deyilən məbləğdə pulu olmadığını, əvvəl pulun bir hissəsini verəcəyini, əgər o, sözünə əməl edib pensiyanı düzəldərsə qalan pulu da tez bir vaxtda verəcəyini demişdir. Manaf onun təklifi ilə razılaşmışdır. O, ilk dəfə 27 may 2019-cu il tarixdə kafedə Manafa 1000 manat vermiş və 2-3 günə gətirib 1.000 manat da verəcəyini bildirmişdir. Manaf ona gələrkən özünün və arvadının şəxsiyyət vəsiqələrini də gətirməsini, pensiyanın düzəlməsinin 2 ay çəkəcəyini demişdir. 3 gündən sonra yenə Manafla telefon əlaqəsi saxlayıb «Şuşa» kafesinə gedib ofis otağında 1000 manat pulu özünün, arvadının şəxsiyyət vəsiqələrini Manafa vermişdir. Manaf pulu və sənədləri götürərək, onları TSEK-ə çağıran zaman pulun 5000-6000 manatını gətirməsini, həmin vaxt sənədləri düzəltməyə verəcəyini bildirmişdir. Aradan təxminən 7 gün keçmiş Manaf yenə ona zəng edərək, bir az pul düzəldib gətirməsini, həmin pulu sənədləşməyə istədiklərini bildirmişdir. O, yenə 08 iyun 2019-cu il tarixdə «Şuşa» kafesinə gedib 1000 ABŞ dolları pulu Manafa vermişdir. Aradan 5 gün keçmiş 1300 manat düzəldib gətirib yenə kafedə Manafa vermişdir. Bununla da təqsirləndirilən şəxs onun ümumilikdə 5000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İbtidai istintaq dövründə sonuncu dəfə onun tərəfindən təqsirləndirilən şəxsə 5000 manatdan əlavə 1500 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı ifadəsində göstərilmiş xüsusat həqiqətə uyğun deyildir və onun tərəfindən həmin məzmunda ifadə verilməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət ərizəsi ilə müraciət edən zaman və polis şöbəsində verdiyi ilkin izahatında da ona vurulmuş maddi ziyanın 5000 manat təşkil etdiyi qeyd etmişdir. O, pul məbləğini verdiyi vaxtdan 3-4 gün keçmiş Manaf ona zəng edib bir nömrə verərək həmin nömrəyə zəng edib kartları götürməsini demişdir. O, həmin nömrə ilə əlaqə saxlayanda həmin adam onu 3-cü mikrarayon dairəsinə çağırıb ona iki ədəd «xxxx» ASC-in kartlarını vermişdir. Həmin kartların biri onun, digəri isə arvadının adına olmuşdur. O, həmin kartları bankomata salıb bir dəfə hər kartın hesabında olan 172 manat pulu çıxarmışdır. Bundan sonra karta pul köçürülməmişdir. O, maraqlananda bilmişdir ki, Manaf bir çox başqaları kimi onu aldadıb pulunu ələ keçirmiş və Manafı həbs etmişlər. Bundan sonra o, şikayət ərizəsi ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. İbtidai istintaq dövründə ona vurulmuş 6156 manat məbləğində maddi ziyanın ödənilməsi barədə mülki iddia ilə müraciət etmişdir. Həmin ərizədə texniki yanlışlıq olaraq tələbi 6156 manat məbləğində göstərilmişdir. Hazırki halda ona vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi 4656 manat təşkil edir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona vurulmuş maddi ziyanı tələb etdiyini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 mart 2021-ci i tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, fərdi qaydada bənna işləyir. Təqsirləndirilən şəxs o, qonşuluqda yaşayan qardaşı Hafiz Məmmədovun vasitəsi ilə tanımışdır. Belə ki, 12 yanvar 2019-cu il tarixdə Hafiz ona zəng edərək qardaşı Manafın Qobu qəsəbəsində aldığı 8 sot torpaq sahəsinin kənarına mişar daşından hasar çəkib, otaqlar tikmək lazım olduğunu demişdir. Həmin sahədə heyvan saxlayıb özü yaşayacağını bildirmişdir. O, razılaşdıqdan sonra Hafiz onu “Ford” markalı avtomobili ilə Qobu qəsəbəsinə aparıb həmin torpaq sahəsini göstərmişdir. O, Hafizlə danışıb razılaşmış ki, metrəsi 2 manatdan fundamenti qazacaq, kvadratı 5 manatdan qoşa daşı, 3 manatdan isə tək daşla hasar çəkəcəkdir. O, Yardımlı rayonundan olan Samir ilə işə başlayıb iki gün işlədikdən sonra Təqsirləndirilən şəxs gəlib ona 3 ədəd 8 sot torpaq sahəsi aldığını, hamısının kənarlarına mişar daşından hasar çəkməsini və sonra həyətdə otaqlar tikməsini bildirmişdir. O isə başqa işləri olduğunu, yalnız 8 sotda olan tikintiləri edə biləcəyini, digər sahələri başqasına tikdirməsini bildirmişdir. Manaf həmin yerə «BMW» markalı avtomobili ilə sürücüsü Şahinlə gəlmişdir. Manaf ona və qardaşı Hafizə Lökbatan qəsəbəsinə «Santa Barbara» kafesinə getdiyini, onların da işlərini qurtarıb gəlmələrini bildirmişdir. O, işdən sonra Hafizlə həmin kafeyə getmişdir. Manaf kafedə ona və başqalarına qonaqlıq vermiş və söhbət əsasında ondan sosial yardım alıb-almadığını, neçə uşağı olduğunu soruşmuşdur. O da 4 uşağı olduğunu, ancaq sosial yardım almadığını dedikdə Manaf ona sosial yardım düzəldə biləcəyini, hər ayın son günü 250 manat sosial yardım ala biləcəyini bildirmişdir. Onun hər iki ildən bir dsənədləri dəyişəcəyini, uşaqları 18 yaşına çatana kimi həmin yardımı alacağını söyləmişdir. Manaf ona özünün «xxxx» MMC tikinti şirkəti olduğunu, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini bildirmişdir. Manaf ona sosial yardım düzəltmək üçün şəxsiyyət vəsiqəsini, arvadının, uşaqlarının sənədlərini, eyni zamanda nikah haqqında şəhadətnamənin kserosurətlərini gətirməsini, ona sosial yardım düzəldib kart verəcəyini demişdir. O, həmin işin neçəyə başa gələcəyini soruşduqda Manaf başqasının 5-6 ay pulunu əvvəldən aldığını, ondan isə 4 ayın pulunu alacağını, yəni 1000 manat verməli olduğunu bildirdi. O, həmin məbləğdə pulu olmadığını dedikdə, Manaf ona tikdiyi tikilinin pulundan həmin məbləği çıxa biləcəyini bildirmişdir. O, razılaşmış və 20 yanvar 2019-cu il tarixdə işdən çıxanda Manafın mobil nömrəsinə zəng edib onun «Santa Barbara» kafesində olduğunu bilib həmin kafeyə gələrək sənədlərin kserosurətini ona vermişdir. Manaf 15-20 günə onun adına kart verəcəyini, sonra həmin kartla pulunu alacağını bildirmişdir. O, fəhləsi Samirlə Qobu qəsəbəsində Manafın 8 sot torpaq sahəsinin kənarına bünövrə qazıb qoşa daşla 3,6 metr, qabaq hissəsinə isə 4 metr hündürlüyündə hasar çəkmişdir. Manaf işlədikləri yerə 25 fevral 2019-cu il tarixdə gəlib onun adı yazılmış «xxxx» tərəfindən verilmiş kartı və üzərinə kartın kodu yazılmış kağız parçasını ona verərək 31 mart 2019-cu il tarixdə karta pul oturacağını, gedib kartla bankomatdan sosial yardımı ala biləcəyini demişdir.O, həmin sahənin kənarına 570 kvadrat metr qoşa daşdan hasar çəkmiş, həmin işin pulu 2.850 manat etmişdir, hasarın iç tərəfində tək daşla 5 otaq tikmiş, suvaq vurub üstünə dəmirdən örtük vurmuşdur. Malyar işi 940 manat, örtük işi 1100 manat, laminat işi 600 və hamam, santexnik işləri 1800 manat etmişdir. Həmin işlərin müqabilində Manaf ona cəmi 1700 manat əlmuzdu vermişdir. O, Hafizin deməsi əsasında «Sədərək» Ticarət Mərkəzindən nisyə olaraq 1280 manat dəyərində laminat götürüb onların otağına işlətmişdir. Sonra həmin pulu nə Manaf, nə də Hafis ona verməmişdir. 2019-cu ilin mart ayının son günü o, kartı bankomata salıb 250 manat çıxarmışdır. 2019-cu ilin aprel ayının sonlarına yaxın Manaf zəng edib Qobu qəsəbəsinə onun yanına gəlib çoxuşaqlı olduğundan Respublika Prezidentinin fərmanına əsasən onun arvadına pensiya düşdüyünü başqasına 4500 manata düzəltsə də, onun arvadına 3500 manata düzəldə biləcəyini demişdir. O, həmin məbləğdə pulu olmadığını deyəndə Manaf ona gördüyü işlərin əvəzinə həmin pensiyanı düzəldə biləcəyini bildirmişdir və onlar razılaşmışlar. Manaf ona demişdir ki, arvadı pensiyanı «xxxx»dan hər ayın 20-də 172 manat olmaqla alacaqdır. 2019-cu ilin may ayının ortalarında Manaf ona zəng edib Lökbatan qəsəbəsində görüşərək arvadı Günay Orucovanın adına olan «xxxx» kartını və pinkod yazılmış bağlı zərfi ona vermişdir. O, həmin kartla iyun ayından başlayaraq 172 manat olmaqla «Beynəlxalq Bak» bankomatından pul çıxarmağa başlamışdır. Beləliklə də o, öz adına olan sosial kartla «xxxx» bankomatından 4 ay hər ay 250 manat sosial yardım, arvadının adına olan pensiya kartı ilə «xxxx» bankomatından 3 ay hər ay 172 manat olmaqla pensiya çıxarmışdır. 2019-cu ilin iyun ayından ona sosial yardım verilməmişdir. Avqust ayından sonra isə arvadının pensiyası da kəsilmişdir və avqust ayının sonlarında o, işini yekunlaşdırmışdır. Bundan sonra Manaf onun pulunu verməmişdir. O, Manafa ümumilikdə 6390 manat dəyərində təmir-tikinti işləri görmüş, «Sədərək» Ticarət Mərkəzindən 1380 manat dəyərində nisyə laminat alıb Manafın tikilisinə işlətmişdir. Manaf bu işlərin müqabilində ona cəmi 1700 manat nağd pul vermiş, 1000 manat sosial yardım kartı ilə, 510 manat isə arvadının adına olan pensiya kartı ilə bankomatdan pul çıxarmışdır. Beləliklə də, Manaf ona ümumilikdə 3210 manat pul ödəmiş, 4560 manat pulunu verməmişdir. O, Manafdan pulunu istəsə də, Manaf müxtəlif bəhanələr gətirərək onun pulunu bu günə kimi verməmişdir. Buna görə də ibtidai istintaq dövründə mülki iddia ilə müraciət etmişdir. Hazırda ona vurulmuş maddi ziyan tam ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun qardaşıdır. Təxminən 2019-cu ilin may ayında qardaşı İmdad onunla söhbət edərkən söhbət əsnasında Manaf adlı tanışının ona 3 uşağa görə 206 manat sosial yardım düzəltdiyini, 3 aydır həmin yardımı aldığını, sonuncunun Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda yüksək vəzifədə işlədiyini, ona sosial yardım düzəltməsi üçün 800 manat verdiyini bildirmişdir. Manafın ona yaxınları da istəyərsə onlara da sosial yardım düzəldə biləcəyini söylədikdə o, qardaşından ona sosial yardım düzəltməsini Manafa deməsini xahiş etmişdir. İmdad Manafla danışmış və ona sosial yardım düzəltməsi üçün sonuncunun 800 manat pul istədiyini bildirmişdir. O,800 manat pulu hazırlamış, sonra İmdada xəbər verərək 2019-cu ilin iyun ayında pulunu, şəxsiyyət vəsiqəsini götürüb İmdadın evinə getmiş, İmdad isə zəng edib Manafı evinə çağırmışdır. O, İmdadın Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evində 800 manat pulu, şəxsiyyət vəsiqəsinin surətini İmdada vermiş, o da, pulu və sənədi Manafa vermişdir. Manaf ona narahat olmamasını, İmdadın artıq bir neçə aydır ki, sosial yardım aldığını, tezliklə onun kartını da hazırladıb verəcəyini, onun da növbəti aydan sosial yardım alacağını bildirmişdir. Aradan 10-15 gün keçmiş Manaf onun adına olan «xxxx» ASC-yə məxsus plastik kartı İmdada vermiş, İmdad kartı bankomata salıb yoxlayan zaman kartda pul olmadığını müəyyən etmişdir. Sonra onlar başa düşmüşlər ki, Manaf onları aldatmış və heç bir sosial yardım düzəltməyərək, pullarını ələ keçirmişdir. Aradan uzun müddət vaxt keçsə də, Manaf ondan aldığı 800 manatı qaytarmamışdır. Ona dəymiş maddi ziyan buy günədək təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Buna görə də ibtidai istintaq dövründə mülki iddia ilə müraciət edərək, ona vurulmuş 800 manat maddi ziyanın ödənilməsini tələb etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və mülki iddiasının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında bacısı oğlu Zərərçəkmiş şəxs5 Manaf adlı tanışının ona sosial yardım düzəltdiyini, 3 aydır ki, həmin sosial yardımı bankomat vasitəsi ilə aldığını və sosial yardımın məbləğinin 206 manat təşkil etdiyini bildirmişdir. İmdad həmçinin tanışı Manafın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işlədiyini, sosial yardım düzəltməsi üçün Manafa 800 manat verdiyini və Manaf ona yaxınları istəyərsə onlara da sosial yardım düzəldə biləcəyini deyərək, Manafın ona verdiyi sosial yardımı aldığı kartı göstərmişdir. O, bacısı oğlundan Manafla danışıb ona sosial yardım, anadan gəlmə tək böyrəyi olan oğlu Mikayıl Əliyevə isə pensiya düzəltdirməsini xahiş etmişdir. İmdad Manafla danışıb ona sonuncunun sosial yardım və pensiya düzəltmək üçün 3000 manat pul istədiyini bildirmişdir. Həmin pulu verərsə hər ay 206 manat sosial yardım alacağını, oğlunun isə hansı qrup ilə pensiya çıxarsa həmin qrupa uyğun pensiya alacağını bildirmişdir. O, 3000 manat pulu hazırlayıb sonra İmdada xəbər vermiş, təxminən 2019-cu ilin iyul ayının sonlarında pulu, özünün və oğlunun şəxsiyyət vəsiqəsinin kserosurətini götürüb İmdadın Lökbatan qəsəbəsində yerləşən evinə getmişdir. İmdad Manafa zəng edib evinə çağırmışdır. Manaf İmdadın evinə gələndən sonra o, 3000 manat pulu, şəxsiyyət vəsiqələrinin surətini İmdada vermiş, o da pulu və sənədləri Manafa vermişdir. Manaf 10-15 günə ona kart verəcəyini, həmin kartla sosial yardım alacağını, oğluna da pensiya kartı verəcəyini deyib getmişdir. Aradan 10-15 gün keçsə də kartın verilmədiyini görüb o, İmdada zəng edib kartın verilmədiyini demişdir. İmdad da Manafla əlaqə saxladıqda sonuncu kartın hazırlanmasının yubandığını demişdir. Sonra məlum olmuşdur ki, Manaf onları və bir çox başqalarını aldadıb pullarını ələ keçirmişdir. Onun Manafa verdiyi 3000 manat puldan oğlunun xəbəri olmamışdır. Həmin pulu onun özü oğlundan xəbərsiz düzəldib Manafa vermişdir. Həmin pul onun özünə məxsusdur və 3000 manafı Manafdan tələb edir. İbtidai istintaq dövründə mülki iddia ilə müraciət edərək, 3000 manat maddi ziyanı tələb etmişdi. Hazırda vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və mülki iddiasının tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun dostudur. 2019cu ilin iyul ayında İmdadın Nərimanov rayonu Keşlə qəsəbəsində yerləşən bacısı evində tikinti işləri aparıb işdən sonra İmdadın avtomobili ilə evinə gələrkən yolda söhbət zamanı maddi cəhətdən çətinlik çəkdiyini, rəsmi iş yeri olmadığını, 3 uşağı saxlamağın çətin olduğunu demişdir. İmdad ona danışmışdır ki, Manaf adlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən bir şəxs var, həmin adam üçün dəmir darvaza düzəltmiş, Manaf 800 manat zəhmət haqqı müqabilində ona sosial yardım düzəltmişdir. O, üç aydır ki, hər ay 206 manat sosial yardım alır. İmdad «xxxx» ASC-nə məxsus kartı çıxarıb ona göstərmişdir ki, bu kartla hər ay bankomatdan 206 manat pul çıxarır. Bacısına, qaynanasına, qonşulara və yaxınlara da, Manafdan xahiş edib sosial yardım və pensiya düzəltdirir. O, İmdadın sözlərinə inanıb ondan xahiş etmişdir ki, 3 uşağı var, Manafla danışıb ona sosial yardım düzəltməyə köməklik etsin. Aradan iki gün keçmiş o, İmdada zəng etmiş, İmdad isə Manafla danışdığını 3 uşaq üçün 2400 manat pul istədiyini, hər ay 250 manat sosial yardım alacağını demişdir. O, razılaşıb 2400 manat düzəldərək 02 avqust 2019-cu il tarixdə İmdada zəng edib onunla Bakı şəhəri, Lökbatan qəsəbəsində «Binə» ticarət mərkəzinin qarşısında görüşmüş, 2400 manat pulu və şəxsiyyət vəsiqəsini ona vermiş və tələsdiyini özünün Manafla görüşüb pulu ona verməsini bildirmişdir. İmdad onun yanında zəng edib Manafla danışaraq Alıdan 2400 manat pulu və sənədi aldığını, harada onunla görüşüb pulu və sənədi verməsini soruşmuşdur. Manaf isə Lökbatan qəsəbəsində «Heydər Əliyev» adına istirahət parkının yanında yarım saatdan sonra görüşmələrini demişdir. O, İmdaddan tələsdiyini özünün Manafla görüşüb pulu, sənədi verməsini xahiş edərək çıxıb getmişdir. Təxminən 1 saatdan sonra İmdad zəng edərək, parkın ərazisində Manafın yanında olduğunu, pulu, şəxsiyyət vəsiqəni ona verdiyini bildirmişdir. Həmçinin Manafın 20 günə sənədlər hazır olacağını, ona kart veriləcəyini, həmin kartla hər ay 250 manat sosial yardım alacağını bildirmişdir. O da Manafa təşəkkürünü bildirmişdir. Təxminən 20 gündən sonra İmdad ona zəng edib görüşərək adına olan kartı və şəxsiyyət vəsiqəsini ona vermişdir ki, növbəti aydan 250 manat sosial yardım alacaqdır. Növbəti ayın sonlarında kartı bankomata salıb yoxlayanda kartda olmadığını görüb İmdada zəng etmişdir. İmdad isə ona demişdir ki, onun kartına da pul oturmayıb, buna görə də Manaf zəng etmişdir və sonuncu bu ay pulların yubandığını, gələn ay iki ayın pulunu bir yerdə alacaqlarını bildirmişdir. O, yenə növbəti ayı gözləmişdir və oktyabr ayında yenə gedib kartı bankomata salıb hesabda yenə pul olmadığını görüb İmdada zəng etmişdir. İmdad isə Manafın onları aldatdığını demişdir. O, şikayət etsə də heç bir nəticəsi olmamış, Manaf onların pulunu ödəməmişdir. Buna görə də o, ibtidai istintaq dövründə mülki iddia ilə müraciət edərək, ona vurulmuş 2400 manat maddi ziyanın ödənilməsini xahiş etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir və mülki iddiasının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun qonşusudur. Təxminən 2019-cu ilin may ayında söhbət əsnasında İmdad Manaf adlı tanışının ona uşaqlarına görə 206 manat sosial yardım düzəltdirdiyini və artıq həmin yardımı aldığını bildirmişdir. O, Manafın Əmək və Əhalinin Sosial Təminat Nazirliyində yüksək vəzifədə işlədiyini, sosial yardım düzəltməsi üçün Manafa 800 manat pul verdiyini və sonuncunun ona yaxınları istəyərsə onlara da sosial yardım düzəldə biləcəyini dediyini bildirmişdir. İmdad Manafın verdiyi kartı göstərərək sosial yardımı həmin kartla aldığını demişdir. O da bundan sonra uşaqlarına sosial yardım düzəltmək istədiyini İmdada bildirmişdir. İmdad bu barədə Manafla danışmış və sonra ona oğluna və nəvələrinə sosial yardım düzəltməsi üçün Manafın 1500 manat pul istədiyini söyləmişdir. O, 1500 manat pulu hazırlamış və daha sonra İmdada xəbər verərək təxminən 2019-cu ilin may ayının ortalarında pulu, oğlunun qız nəvələrinin şəxsiyyət vəsiqəsinin kserosurətini götürüb İmdadın Lökbatan qəsəbəsində yerləşən evinə getmişdir. Aralarında olan danışığa əsasən Manaf onun oğluna və qız nəvəsinə sosial yardım düzəltməli idi və buna görə onların hər biri 206 manat kartla pul almalı idilər. İmdad Manafa zəng edib evinə çağırmışdır. Manaf İmdadın evinə gəldikdən sonra o, 1200 manat pulu və sənədlərin kserosurətini İmdada vermiş, İmdad da həmin pulu və sənədləri Manafa vermişdir. Həmin vaxt evdə İmdadın arvadı, qaynanası olmuşdur. Manaf 15 günə sosial yardım almaq üçün onlara kart verəcəyini bildirib çıxıb getmişdir. Lakin sonradan Manaf onlara heç bir kart verməmişdir. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs başqaları kimi onları da aldadıb pulunu ələ keçirmişdir. Hazırda vurulmuş maddi ziyan bu günədək Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs10 ayrı-ayrılıqda məhkəməyə ərizə ünvanlayaraq onlara vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirərək, ibtidai istintaq dövründə vermiş olduğu ifadələrini təsdiq etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs10 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs5 onun qızı Səbinənin əridir. Təxminən 2019cu ilin may ayında İmdad ona demişdir ki, Manaf adlı tanışı ona 206 manat sosial yardım düzəltmişdir, o, artıq 3 aydır ki, həmin yardımı alır. Manafın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işlədiyini, sosial yardım düzəltməsi üçün Manafa 800 manat verdiyini və Manaf ona yaxınları istəyərsə onlara da sosial yardım düzəldə biləcəyini demişdir. İmdad Manafın ona verdiyi sosial yardımı aldığı kartı göstərmişdir. O, İmdaddan oğlu Maisin işləmədiyini, onun azyaşlı 3 uşaqları üçün sosial yardım düzəltdirməsini xahiş etmişdir. İmdad Manafla danışmış, sonra ona sosial yardım düzəltmək üçün Manafın 1200 manat pul istədiyini demişdir. O, oğlundan və ailəsindən xəbərsiz 1200 manat pulu hazırlamış, sonra İmdada xəbər vermişdir. Təxminən 2019-cu ilin may ayının ortalarında pulunu, oğlunun şəxsiyyət vəsiqəsinin kserosurətini götürüb İmdadın Lökbatan qəsəbəsində yerləşən evinə getmişdir. İmdad Manafa zəng edib evinə çağırmışdır. O, 1200 manat pulu, oğlunun şəxsiyyət vəsiqəsinin surətini İmdada vermiş o da həyətdə pulu və sənədi Manafa vermişdir. Manaf söz vermişdir ki, narahat olmasın İmdad artıq bir neçə aydır ki, sosial yardım alır tezliklə ona da kart verəcəkdir. Aradan bir ay keçmiş İmdad oğlu Mais Babayevin adına olan kartı gətirib ona vermişdir ki, 15 gündən sonra bankomatdan 206 manat çıxara bilər. Aradan 15 gün keçmiş o, həmin kartı «xxxx» ASC-yə məxsus bankomatda salıb yoxlayanda kartda pul olmadığını müəyyən edərək İmdada zəng edib karta pul köçürülmədiyini demişdir. İmdad da Manafa zəng edib pulun köçürülməməsinin səbəbini soruşduqda Manaf darıxmamasını, yubanmalar olduğunu bildirmişdir. Bundan sonra vaxt uzanmış və məlum olmuşdur ki, Manaf onları aldadıbdır. İmdad öz adından və onların adından polisə şikayət etmişdir. Aradan uzun müddət keçsə də, Manaf onun 1200 manat pulunu qaytarmamışdır. Həmin pul onun öz puludur və pulunu Manafdan tələb edir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs10 məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs5 onun sinif yoldaşıdır. Təxminən 2019-cu ilin yay aylarında İmdad onunla söhbət edən zaman Manaf adlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən şəxsin ona 800 manat müqabilində sosial yardım düzəltdiyini, üç aydır ki, hər ay 206 manat sosial yardım aldığını bildirərək, Manafın ona verdiyi plastik kartı göstərmişdir. O, İmdaddan xahiş etmişdir ki, Manafla danışıb ona da sosial yardım düzəltdirsin. Növbəti gün İmdad ona demişdir ki, Manafla danışmışdır, sosial yardım düzəltməsi üçün 1000 manat pul istəyir. O, razılaşıb 1000 manat pul düzəldib İmdada xəbər vermişdir və 2019-cu ilin avqust ayının ortalarında İmdadla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının qarşısına görüşüb 1000 manat pulu və şəxsiyyət vəsiqəsinin kserosurətini ona vermişdir. Həmin vaxt «Mercedes E klass» markalı avtomobil gəlib yolun kənarında dayanmışdır. İmdad pulu ondan alandan sonra həmin avtomobilə yaxınlaşıb 1000 manat pulu Manafa verib sonra onun yanına gəlib pulu Manafa verdiyini 20 gün müddətində Manatın ona kart verəcəyini, o da həmin kartı gətirib ona çatdıracağını demişdir. Aradan bir neçə gün keçmiş İmdad ona xəbər vermişdir ki, Manat onların hamısını aldadıb pullarını ələ keçirmişdir. Onlar Manafdan şikayət etmişlər. Manaf ona pulu qaytaracağına söz versə də, əməl etməmiş və onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ müharibəsində iştirak etmişdir, 3-cü qrup gözdən müharibə əlildir. Təqsirləndirilən şəxs onun kiçik qardaşı Eldəniz Quliyevlə orta məktəbdə bir sinifdə oxumuşlar. 2019-cu ilin təxminən iyul-avqust aylarında Manaf ona zəng edərək nömrəsini qardaşı Eldənizdən aldığını, Eldənizin də, yanında olduğunu metronun «Elmlər Akademyası» stansiyasının yaxınlığındakı Hüseyn Cavid adına istirahət parkında onu gözlədiklərini bildirmişdir. O, həmin parka gedib orada qardaşı Eldənizi, Təqsirləndirilən şəxs və Şahid2 görmüşdür. Manaf ona «xxxx» və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətlərini təsis etdiklərini, ona həmin şirkətləri işlətmələri üçün köməklik göstərməsini, birlikdə həmin şirkətləri işlətmələrini xahiş etmişdir. Onların danışığından məlum olmuşdur ki, Eldənizə sosial yardım düzəltməsi üçün 5000 manat pulunu alsa da, onun işini düzəldə bilməmişdir. Həmçinin Manaf onun qardaşı Eldənizdən 5000 manat nağd pul və Eldənizin qonşusu İsbəndiyərdən 4000 manat dəyərində heyvan alaraq, onlara sosial yardım düzəldəcəyini bildirsə də, lakin düzəltməmiş, həmçinin pullarını da qaytarmamışdır. Manaf ona sənədləşdirmədən başı çıxmadığına görə şirkətin işinin dayandığını, ona sənədləşdirmədə köməklik göstərməsini bankdan pul götürüb həmin puldan həm onun qardaşı Eldənizin borcunu qaytaracağını, həm də başqa adamlara olan borcunu ödəyəciyini bildirmişdir. O, Manafa inanaraq, aparıb ona iş yerini göstərməsini bildirmişdir. Manaf onu taksi ilə Nəsimi rayonu, Şamaxinka deyilən əraziyə aparıb ofis kimi istifadə etdiyi 1 otağı açıb göstərərək onun iş yeri olduğunu demişdir. Onlar otaqda oturarkən bir neçə adamlar içəri keçib Manafa verdikləri pullarını qaytarmasını tələb etmişlər. Manaf həmin adamları çölə çıxarıb yenə ondan xahiş etmişdir ki, sənədləşdirmədən yaxşı başı çıxmır ona etibarnamə versin bankdan pul götürməkdə ona köməklik etsin ki, borclu olduğu adamların pullarını qaytarsın. O, Manafla razılaşaraq onunla birlikdə notariat kontoruna getmişlər. Manaf ona notarial qaydada etibarnamə vermişdir ki, qanuni nümayəndə kimi onu təmsil etsin. Bundan sonra Manaf ona demişdir ki, Saatlı rayon sakinlərindən borclu olduğu 2-3 nəfər adamlar var sabah sürücüsü Şahinlə Saatlı rayonuna gedib həmin adamlarla görüşüb deməlidir ki, 20-30 gün gözləsinlər onların pulunu verəcəkdir. O, razılaşıb növbəti gün Manafın orfisinə gedərək orada Manafı, Yusifi, Şamili və Şahini görmüşdür. Manaf ona 40 manat yol pul verib Şahinlə Saatlı rayonuna ağ xarici markalı avtomobil ilə yola salmışdır. Manaf Saatlı rayonundakı adamlara əvvəldən xəbər verdiyinə görə onu Saatlı rayonunda Manafın qohumu Şamo və adlarını bilmədiyi adamlar Saatlı rayonunun İmişli rayonuna tərəf çıxışında yerləşən bir kafenin həyətində gözləmişlər. O, həmin yerə çatdıqda 150 nəfərdən çox adamların toplaşıb onları gözlədiklərini görmüşdür. Həmin adamlar ona demişlər ki, Şamo və bir neçə başqa adamlar onlardan pul yığıb Manafa vermişlər ki, guya Manaf onlara sosial yardım, bəzilərinə pensiya düzəltsin. Həmin adamlar onun Manafla əlbir olduğunu düşünüb ona öz iradlarını bildirdikdə o, etibarnaməni həmin adamlara göstərmişdir ki, Manaf ona etibarnamə vermişdir ki, bankdan pul götürməkdə ona yardımçı olsun. Həmin adamlar onun sözlərinə inanmayıb Manafı tələb etmişlər. Həmin yerə polis və icra hakimiyyətinin əməkdaşları gəlib toplaşan adamları sakitləşdirərək onu Saatlı rayon Polis Şöbəsinə aparıb şifahi sorğu edib buraxmışlar. O, Bakı şəhərinə qayıdıb Manafa vəziyyəti danışmışdır.O, Manatdan soruşurmuş ki, bu qədər adamlardan pullar alıb haraya xərcləmişdir. Həmin pul sahibləri pullarını tələb edirlər. Manaf isə əldə etdiyi pulların bir qismini kartla həmin pul sahiblərinə qaytardığını, bir hissəsinə isə özünə torpaq sahəsi, Xırdalanda ev aldığını demişdir. Sonra onlar «xxxx» və «xxxx» X7 sənədlərini hansı banka təqdim etsələr də, heç bir bank kreditə pul verməmişdir. O, Manafın düzgün yolda olmadığını, vətəndaşları aldadıb pullarını ələ keçirdiyini görüb ondan ayrılmış və sonra Manafı vətəndaşları aldadıb pullarını ələ keçirdiyinə görə həbs etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Moskva küçəsi 69 ünvanında yerləşən Rayonlararası Təmir Tikinti Trestində texniki mühəndis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2005-ci ildən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Bayramın vasitəsi ilə tanımışdır. Sonra onların yaxşı münasibəti yaranmışdır. O, Manafın ailə üzvlərini, valideynlərini də tanımışdır. Manaf «xxxx» və «xxxx» X7 direktoru işləmişdir və «Şuşa» kafesini icarəyə götürüb işlətmişdir. O, heç vaxt Manat Məmmədovun direktoru olduğu «xxxx» və «xxxx» X2 rəsmi və ya qeyri-rəsmi işləməmişdir. Manafın vətəndaşlara sosial yardım, pensiya düzəltmək adı ilə pullarını alıb sənəd hazırlaması işində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, «BMW» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olur, Bakı şəhəri, Nəsimi rayonunu Şamaxinka deyilən ərazində müştərilərə xidmət edir. 2019-cu ilin may ayının əvvəllərində tanımadığı Manaf adlı şəxs onun avtomobilinə oturub «Şuşa» kafesinin qarşısına sürdürərək avtomobildən düşəndə ona taksi lazım olarsa zəng edib çağırması üçün onun mobil telefon nömrəsini götürmüşdür. Bundan sonra Manaf ona zəng edib çağıraraq avtomobili ilə müxtəlif ünvanlara gedib pulunu ödəmişdir. Növbəti dəfə onun avtomobili ilə yol gedərkən Manaf ona şirkətinə işə götürməsi üçün kompüterdən anlayan bir nəfər işçi axtardığını bildirmişdir. Onun oğlu Şamil Texniki Universiteti bitirsə də, işləmədiyinə görə o, bu haqda Manafa danışmışdır. Manaf isə ona demişdir ki, oğlu gəlib onun yanında işləsin.O da evində bu haqda oğlu Şamilə deyib onu «Şuşa» kafesinə Manafın yanına aparmışdır. Manaf Şamil ilə danışıb bir ədəd ona kompüter verib kompüterdə direktoru olduğu «xxxx» ASC-nə işə götürəcəyi adamların adlarını yazaraq, qeydiyyatını aparıb adlarını yazmasını tapşırmışdır. Bundan başqa Şamilə kompüterdə sosial yardım düzəltdiyi adamların adlarına sənədləri hazırlamasını bildirmişdir. Şamil əsasən «Şuşa» kafesində və Nəsimi rayonu ərazisində «xxxx» ASC-in filialının yaxınlığında Qamət adlı şəxsin ofisində işləmiş, çox vaxt isə kompüteri evə aparıb sənədləri evdə işləmişdir.Manaf Şamili hərdən işə çağırıb kompüterdə işlətmiş və işlədiyi hər gün üçün 15-20 manat pul vermişdir. Manaf onu da «xxxx» MMC-nə sürücü kimi işə düzəldərək kart vermişdir. O, həmin kartla bir dəfə bankomatdan 200 manat pul çıxarmışdır. Sonra oğlu başqa iş tapıb işdən çıxmışdır. O, Manafın vətəndaşları aldadıb pullarını ələ keçirdiyini bilməmiş, yalnız avtomobili ilə Manafın dediyi ünvanlara avtomobili sürüb taksi kimi pulu almışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 məhkəmə teleqram ünvanlayaraq, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, həqiqi hərbi xidmətdə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid4 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə Azərbaycan Texniki Universitetini bitirmişdir. 2019-cu ilin may ayının ortalarında atası Şahin ona «xxxx» tikinti şirkətində mühasibat işi olduğunu, onun işləyə biləcəyini soruşmuşdur. Həmin vaxt işsiz olduğundan işləyəcəyini demişdir və atası onu avtomobili ilə Yasamal rayonu 2-ci Alava ərazisində yerləşən «Şuşa» kafesinə aparıb, Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Manafın yanında sonradan adlarını öyrəndiyi Bəhmən və Yusif adlı şəxslər olmuşdur. Manaf ondan direktoru olduğu «xxxx» MMC-nin mühasibi işləyib şirkətində işləyən işçilərin aylıq əmək haqqının ödənilməsi barədə sənədləşməni kopüterdə apara biləcəyini soruşmuşdur. O, kompüterdən yaxşı başı çıxdığını, həmin işləri görə biləcəyini bildirmişdir. Manaf ona kafedən ofis kimi istifadə etdiyini, otaqda olan nootbuku göstərərək, adlarını verdiyi işçilərin adına aylıq ödənişləri keçirməli olduğunu, onu şirkətinə mühasib kimi işə götürərək, ayda 500 manat əmək haqqı verəcəyini, günorta yeməyini də kafedə yeyəcəyini bildirmişdir. O, razılaşaraq, atası ilə evlərinə getmiş və 2 gündən sonra yenə atası onu «Şuşa» kafesinə gətirmişdir. Manaf kampüter çantasından kağız parçası çıxarıb demişdir ki, onun asan imzasıdır, həmin kağızda yazılan kodlarla «xxxx» ASC-in bazasına girib onun dediyi adamlara pul köçürmək lazımdır. O, kompüterdə Manafın verdiyi asan imzada olan mobil nömrəsi əsasında girib fin kodu yazmış və bankın hesab nömrəsi ekrana gəlmişdr. Baxmışdır ki, kompüterdə cədvəl tərtib olunmuşdur, həmin cədvəldə adları yazılmış şəxslərin bank üzrə hesab nömrəsi və hər nömrənin qarşısında onun hesabına köçürülmüş pulun məbləği, pulun köçürülmə tarixi qeyd olunmuşdur. Manaf demişdir ki, həmin cədvəli tərtib edən şəxs işdən çıxdığından həmin işi o, davam etdirməlidir. Onun kompüterdə «Excell» proqramından yaxşı başı çıxdığına görə bacaracağını bildirmişdir. Manaf onu «xxxx» MMC-də mühasib kimi işə götürmüş, ancaq onunla rəsmi müqavilə bağlamamışdır. Manaf ona özünün ayrıca iş otağı olacağını, həmin otaqda ondan başqa işçilərin də işləyəcəyini demişdir. Şirkətinin Qobu qəsəbəsində ferması olduğunu və həmin fermada işləyən işçilərə əmək haqqı verməli olduğunu bildirmişdir. O, 1-2 gün kompüterdə həmin cədvəlin tərtib edilməsini öyrənmişdir. Sonra Manaf ona özü əlyazma ilə yazdığı 40 nəfərə yaxın adamların adları, soyadları və atalarının adları, qarşılarında isə müxtəlif rəqəmlər yazılmış siyahını verərək, həmin siyahıda olan adamların hesabına göstərdiyi rəqəmlərə uyğun pul köçürməsini tapşırmışdır. O, kompüterdə “xxxx” MMC-in bank hesabına baxmışdır ki, müəyyən məbləğdə cəmiyyətin hesabında pul var, ancaq Manafın verdiyi siyahı ilə 40 nəfərə göstərdiyi məbləğdə pul köçürmək üçün həmin məbləğ azlıq edir. O, Manafa demişdir ki, hesabda olan pul məsələn 30 nəfərin əmək haqqını ödəmək üçün yetərlidir. Manaf isə «xxxx» MMC-in hesabında olan pul neçə nəfərin əmək haqqını görürsə köçürməsini tapşırmışdır. Bundan sonra Manaf özü “xxxx” MMC-in bank hesabına lazım olan məbləğdə pul köçürmüşdür. O da Manafın tapşırığını yerinə yetirib «xxxx» MMC-in hesabından adlarını cədvəldə qeyd etdiyi adamların adlarına pul məbləğlərini kompüter vasitəsi ilə köçürmə etmiş və kompüterdə də həmin adamların hesablarına pul köçürüldüyünü görmüşdür. O, kompüterdə «xxxx«MMC-in hesabından «xxxx» ASC və ya «xxxx» ASCdə nə qədər pul olduğunu və kart hesablarına nə qədər pul köçürməsini bankın videoroliklərinə baxıb görmüş, bu haqda qəbz çıxarıb Manafa vermişdir. O, Manafa külli miqdarda pullar gəldiyini görmüş və Manaf özü həmin pulların üstündən müəyyən qədər götürüb aparıb banka ödənişlər etmişdir. Manaf onu hər gün işə çağırmamış, lazım olanda həftədə 2-3 dəfə çağırıb əlyazma formasında siyahını ona təqdim edib kompüterə köçürməsini tapşırmışdır. O da Manafın əlyazmalarını kompüterdə cədvəl formasında tərtib edib siyahıda göstərdiyi adları və pul məbləğlərini həmin adamların hesablarına oturtmuşdur. İşin sonunda Manaf ona 20, 30, 50 manat pul verib yola salırmış. Hansı ki, həmin siyahını Manaf özü kiril əlifbası ilə yazmışdır. O, həmin şəxslərin adlarını, soyadlarını kompüterdə yazan kimi onların adlarına olan bank hesab nömrələri çıxmışdır. Elə hal olmuşdur ki, Manaf ona siyahıda olan adamların adlarının hamısını kompyuterə işləməsini tapşırmışdır. O, işdə çatdıra bilmədiyinə görə siyahını evinə aparıb həmin siyahını öz kompüterində işləmişdir. Elə hal olmuşdur ki, kafedə olan kompüter xarab olmuş, o öz kompüterini işə aparıb işdə öz kompüterində işləmişdir. O, bu qayda ilə 2019-cu ilin may ayından 25 iyul 2019-cu il tarixinə kimi işləmiş, sonra işdən çıxmışdır. O, Təqsirləndirilən şəxs vətəndaşları işə götürmək adı ilə aldadıb pullarını ələ keçirdiyini əvvəl bilməmişdir, bunu biləndə isə işdən çıxmışdır. Manaf ona zəhmət haqqından başqa pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 67-68, 76- 77) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1082/2019 saylı, 23 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 noyabr 2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 142-144) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21 dekabr 2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə ki, barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və 12 may 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (İ cild, i.v. 183-185) Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs Türkan Şövlətovanın ifadəsində qeyd etdiyi Pənah Məmmədov tərəfindən ona və atasına təqdim olunmu 06 ədəd plastik kartı istintaq üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən könüllü olaraq təqdim olunmuş və həmin 06 ədəd plastik kart götürülmüş, 01 ədəd kağız zərfə qoyularaq protokola əlavə olunmuşdur. (İ cild, i.v. 217) İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 17.04.2019-cu il tarixdə ********** VÖEN nömrəsi ilə 17.04.2019-cu il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. (İİ cild, i.v. 41) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-176/2020 saylı, 15 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 21 aprel 2020-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 140-143) Saatlı Rayon Məhkəməsinin 4(055)-13/2020 saylı, 20 aprel 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2019-cu uk tarixli qərarı ilə 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 15 fevral 2020-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 21 aprel 2020-ci il tarixədək uzadılmış, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 21 iyun 2020-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 195-197) Saatlı Rayon Məhkəməsinin 4(055)-19/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 21 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 107-110) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-580/2020 saylı, 19 sentyabr 2020ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 21 dekabr 2020-ci il tarixədək uzadılmışdır. (İİİ cild, 206-215) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-580/2020 saylı, 19 sentyabr 2020ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 21 dekabr 2020-ci il tarixədək uzadılmışdır. (İİİ cild, 206-215) Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin müstəntiqi X6 tərəfindən Zərərçəkmiş şəxs9 iştirakı ilə tərtib edilmiş sənədin kserosurətinin götürülməsi barədə 09 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs onun adına verdiyi “xxxx” ASC-nin **********126974 nömrəli debit kartını təqdim etmiş və Təqsirləndirilən şəxs həmin kartı verərək hər ay 180 manat sosial yardımı həmin kartla bankomatdan çıxaracağını bildirmişdir. O, kartı bankomata saldıqda işləməmiş və pul çıxara bilməmişdir. Həmin kartın kserosurəti çıxarılaraq protokola əlavə edilmiş, kart Zərərçəkmiş şəxs9 qaytarılmışdır. Protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. (İV cild, i.v. 91-92) Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin müstəntiqi X6 tərəfindən Zərərçəkmiş şəxs3 iştirakı ilə tərtib edilmiş sənədlərin götürülməsi barədə 16 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona verdiyi üzərinə “İnternational Bank of Azerbaijan” **********223875, 07/22, Sitara Cabrayılova xxxx yazılmış və “İnternational Bank of Azerbaijan” **********50 5888 06/22, Aydın Cabrayılov xxxx yazılmış kartı təqdim etmiş, həmin kart iş üçün əhəmiyyətli olduğundan cinayət işinin istintaq materiallarına əlavə etmək üçün götürülmüşdür. Protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. (İV cild, i.v. 141-142) Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin müstəntiqi X6 tərəfindən Zərərçəkmiş şəxs2 iştirakı ilə tərtib edilmiş sənədlərin götürülməsi barədə 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona verdiyi üzərinə “xxxx” **********226435, 02/21 Zərərçəkmiş şəxs2 **********77342 yazılmış kartı, həmin kartın pin kodu əl ilə yazılmış kağız parçasını, “xxxx” 41272081 2586 2754; 05/22; Günay Orucova “xxxx” MMC yazılmış kartı və həmin kartın pin kodu olan zərfi təqdim etmişdir. Həmin sənədlər iş üçün əhəmiyyətli olduğundan cinayət işinin istintaq materiallarına əlavə edilməsi üçün götürülmüşdür. Protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. (V cild, i.v. 47-48) Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin müstəntiqi X6 tərəfindən Zərərçəkmiş şəxs1 iştirakı ilə tərtib edilmiş sənədlərin götürülməsi barədə 14 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona verdiyi üzərinə “xxxx”; **********369444, 08/21 Alı Alıyev yazılmış kartı təqdim etmiş, həmin kart iş üçün əhəmiyyətli olduğundan cinayət işinin istintaq materiallarına əlavə edilməsi üçün götürülmüşdür. Protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. (V cild, i.v. 116-117) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 23 noyabr 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifə saxtakarlığı etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib təkrarçılıqla Zərərçəkmiş şəxs2 4560 manat, Zərərçəkmiş şəxs5 3200 manat, Zərərçəkmiş şəxs3 6500 manat, Zərərçəkmiş şəxs9 800 manat, Zərərçəkmiş şəxs8 1200 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs10 1000 manat, Zərərçəkmiş şəxs1 2400 manat pulunu ələ keçirməsi faktlarına görə hissəvi olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2, 308 və 313-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.1 və 313-cü maddələrinə hissəvi tövsif edilmiş, yenidən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.1 və 313cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 311, 320-ci maddənin tərkib əlamətləri olmadığından həmin faktlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 178 və 312-ci maddələrinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başılanması rədd edilmiş və cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaları nəzərə alınmışdır. ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs ümumilikdə 130.000 manat məbləğində pullarını ələ keçirməsi faktları üzrə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi ayrılaraq ayrıca icraatda istintaqı davam etdirilmişdir. Ayrılmış cinayət işində Şahid1, Şahid2, X10, Şahid3 Soltanməhəmməd oğlunun və Şahid4 əməlinə hüquqi qiymət verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs5 adına olan **********716090 nömrəli “xxxx” kartının kserosurəti, Zərərçəkmiş şəxs2 adına olan **********226435 nömrəli “xxxx” kartı, Günay Orucovanın adına olan **********862754 nömrəli “xxxx” kartı, X10 adına olan **********250937 nömrəli “xxxx” kartı, Zərərçəkmiş şəxs9 adına olan **********126974 nömrəli “xxxx” kartının kserosurəti, Zərərçəkmiş şəxs3 adına olan **********223875 nömrəli Sitara Cəbrayılovanın adına olan **********505888 nömrəli “xxxx”, Zərərçəkmiş şəxs1 adına olan **********369444 nömrəli “xxxx” kartları, Təqsirləndirilən şəxs ********** nömrəli VÖEN əsasında hüquqi ünvanı ünvan 10 və ********** nömrəli VÖEN əsasında hüquqi ünvanı ünvan 11” MMC-nə aid sənədlərin kserosurətləri, nömrə axtarış sistemlərinə aid məlumatlar, “xxxx” MMC-dən 09.12.2019-cu il tarixli məktubla alınmış 1 ədəd CD diskdəki məlumatlar, “xxxx” MMC-nin 11.12.2019-cu il tarixli AZF/LGL-29939/19 nömrəli məktubu ilə alınmış 1 ədəd CD diskdəki məlumatlar, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-nin adından “Beynəlxalq Bank” ASC ilə 10 may 22019-cu il tarixdə “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında” 01 nömrəli müqavilə və həmin müqaviləyə əlavə olunmuş sənədlər, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC ilə “xxxx” ASC arasında 19 fevral 2019-cu il tarixdə “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında” müqavilə və həmin müqaviləyə əlavə olunmuş sənədlər, “xxxx” ASC-dən 02.09.2019-cu il tarixli **********670 nömrəli məktubla alınmış “xxxx” MMC və “xxxx” MMC-nin dirketoru Təqsirləndirilən şəxsla aparılmış əməliyyatlara aid bank sənədləri, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 107 ünvanını X3 450 manata icarəyə götürülməsi barədə 12.06.2019-cu il tarixli icarə müqaviləsi, həmin yerə aid sənədlər, X10 “xxxx” MMC-nə 01.04.2019-cu il tarixdə işə götürülməösiu barədə müqavilə, əmək müqaviləsi bildirişi iş materialları ilə təsdiq olunduğundan maddi sübut imi tanınaraq, istintaq materiallarına əlavə edilmişdir. (V cild, i.v. 138-165) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 23 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.1 və 3131-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (V cild, i.v. 167-171) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının məhkəməyədək icraat dövründə gəldiyi nəticə əsassız olmuşdur. Təqsirləndirilən şəxs əməlinin qanunvericiliyin tələbi baxımından CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş xeyli miqdarda ziyan vurmaqla dələduzluq kimi, CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurma kimi qiymətləndirilməsi və adıçəkilən maddələr ilə təqsirli bilinərək məhkum edilməsi istisna olunmaqdadır. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.61.7. bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə «Qeyd» hissəsinin 2-ci bəndində Bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs təkrarən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyi və vəzifə səlahiyyətlərindən suiistifadə edərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işlədiyini, vətəndaşlara sosial yardım, pensiya düzəltdiyini, 5000 manat öz əvəzinə, 5000 manat isə arvadı X1 əvəzinə verdiyi halda hər ikisinə pensiya düzəldəcəyini, hər ay hər biri 172 manat pensiya alacağını deyib inandıraraq ünvan 3 ünvanında yerləşən «Şuşa» kafesində 27 may 2019-cu il tarixdən 2019-cu ilin iyul ayının ilk günlərinə kimi olan müddətdə hissə-hissə olmaqla ümumilikdə 6.500 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb «xxxx» MMC-nin işçisi olması barədə saxta sənəd hazırlayıb vəzifə saxtakarlığı etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə göndərərək Zərərçəkmiş şəxs3 adına **********505888, arvadı S.Cəbrayılovanın adına **********223875 nömrəli bankomat kartları alıb Zərərçəkmiş şəxs3 verməklə xeyli miqdarda, yəni 6500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsindən görünür ki, o, ilk dəfə 27 may 2019-cu il tarixdə kafedə təqsirləndirilən şəxsə 1000 manat, 3 gündən sonra yenə 1000 manat, 08 iyun 2019-cu il tarixdə «Şuşa» kafesinə gedib 1000 ABŞ dolları, aradan 5 gün keçmiş 1300 manat və sonuncu dəfə 2019-cu ilin iyul ayının ilk günlərində 1500 manat olmaqla, ümumilikdə 6500 manat məbləğində pul vermişdir. Göstərilən əsasla ibtidai istintaq oqranı tərəfindən həmin epizod üzrə təqsirləndirilən şəxs tərəfindən 27 may 2019-cu il tarixdən 2019-cu ilin iyul ayının ilk günlərinə kimi olan müddətdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 6.500 manat pulunun dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülmüşdür. Lakin məhkəmə istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun tərəfindən may 2019cu il tarixdə kafedə Manafa 1000 manat, 3 gündən sonra yenə 1000 manat, 08 iyun 2019-cu il tarixdə «Şuşa» kafesində 1000 ABŞ dolları, aradan 5 gün keçmiş 1300 manat olmaqla, bununla da onun tərəfindən 6500 manat deyil, ümumilikdə 5000 manat pul ödənildiyini göstərmişdir. İbtidai istintaq dövründə sonuncu dəfə onun tərəfindən təqsirləndirilən şəxsə 1500 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı ifadəsində göstərilmiş həmin xüsusatın həqiqətə uyğun olmadığını və onun tərəfindən həmin məzmunda ifadə verilmədiyini göstərmişdir. Həmçinin təqsirləndirilən şəxsə qarşı şikayət ərizəsi ilə müraciət edən zaman və polis şöbəsində verdiyi ilkin izahatında da ona vurulmuş maddi ziyanın 5000 manat təşkil etdiyi qeyd etmişdir. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsin məhkəmədə vermiş olduğu ifadəsində göstərilən xüsusatlar araşdırılmış və cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 tərəfindən ilkin olaraq 09 oktyabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət ərizəsi ilə müraciət edilən zaman ərizəsində, həmçinin vermiş olduğu ilkin izahatında onun tərəfindən Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vəsaiti verildiyi göstərilmiş, sonuncu dəfə zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs əlavə olaraq 1500 manat pul vəsaitinin verilməsi öz təsdiqini tapmamışdır. Həmin epizod üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı 5000 manat təşkil etdiyindən, yəni 5000 manatdan yuxarı xeyli məbləğ təşkil etmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilərək, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülməsi əsassız olmuşdur və həmin maddə üzrə təqsirli bilinməsinə dair hissə ona verilmiş ittihamdan xaric edilməlidir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham irəli sürülməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 23-cü bəndindən görünür ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı Qərarının 9-cu maddəsinin bəndinə əsasən, müttəhim bir cinayət etmiş və bu, səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri hissəsində əsasslandırmaqla, müttəhimin səhvən təqsirli hesab olunduğu cinayət qanununun maddəsinin çıxarılmasını göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu dələduzluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, CM-nin 308.1-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Bununla yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin tərkibini yaradan ona verilmiş ittihamın bir neçə epizodunda nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə verilmiş hazırki ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin fevral ayında, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin iyun ayında, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin iyul ayının ilk günlərində, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin may ayında, Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin iyun ayında, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin iyun ayının sonlarında, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin iyul ayında, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin avqust ayında, Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 2019-cu ilin avqust ayında, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs olduğu epizod üzrə cinayət əməlini 02 avqust 2019-cu il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin mənası baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə irəli sürülmüş ittihamda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs olduğu epizodlar üzrə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən qeyd olunan cinayətin təsnifatı üzrə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş iki il olmaqla cinayət məsuliyyətinə cəlb edilmə müdddəti artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi bütün epizodlar üzrə öz təsdiqini tapsa da, lakin Hüseynbaba Nizami oğlunun və Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs olduğu epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə cəza təyin edilərkən həmin epizodlar nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi cinayət işinin materialları və işin həqiqi halları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələrinə əsasən ələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayətləri təkrar törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini düzgün hesab edir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini, onların əsas etibarı ilə qulluq mövqelərinə görə ona olan inamdan istifadə edərək cinayət törətmələrini nəzərə alaraq onun dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını qeyrimümkün hesab edir və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə nəzərdə tutulmasa da həmin maddə ilə cəza təyin edərkən barəsində müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1 və 46.2-ci maddələrinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş əsas və əlavə cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 308.1-ci maddələri üzrə verilmiş ittihamlar onun ümumi ittihamından xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (cinayətin təkrar törədilməsi) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2, 66.4), onun ibtidai istintaq dövründə 22 noyabr 2019-cu il tarixindən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2019-cu il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, əlavə cəza müstəqil icra olunmalıdır (CM-68). İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs5 adına olan **********716090 nömrəli “xxxx” kartının kserosurəti, Zərərçəkmiş şəxs2 adına olan **********226435 nömrəli “xxxx”a aid plastik kart, Günay Orucovanın adına olan **********862754 nömrəli “xxxx”a aid plastik kart, X10 adına olan **********250937 nömrəli “xxxx”a aid plastik kart, Zərərçəkmiş şəxs9 adına olan **********126974 nömrəli “xxxx”a aid plastik kartın kserosurəti, Zərərçəkmiş şəxs3 adına olan **********223875 nömrəli “xxxx”a aid plastik kart, Sitara Cəbrayılovanın adına olan **********505888 nömrəli “xxxx”a aid plastik kart, Zərərçəkmiş şəxs1 adına olan **********369444 nömrəli “xxxx”a aid plastik kart, Təqsirləndirilən şəxs ********** nömrəli VÖEN əsasında hüquqi ünvanı ünvan 10 və ********** nömrəli VÖEN əsasında hüquqi ünvanı ünvan 13” MMC-nə aid sənədlərin kserosurətləri, nömrə axtarış sistemlərinə aid məlumatlar, “xxxx” MMC-dən 09.12.2019-cu il tarixli məktubla alınmış 1 ədəd CD diskdəki məlumatlar, “xxxx” MMC-nin 11.12.2019-cu il tarixli AZF/LGL-29939/19 nömrəli məktubu ilə alınmış 1 ədəd CD diskdəki məlumatlar, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-nin adından “Beynəlxalq Bank” ASC ilə 10 may 2019-cu il tarixdə “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında” 01 nömrəli müqavilə və həmin müqaviləyə əlavə olunmuş sənədlər, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC ilə “xxxx” ASC arasında 19 fevral 2019-cu il tarixdə “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında” müqavilə və həmin müqaviləyə əlavə olunmuş sənədlər, “xxxx” ASC-dən 02.09.2019-cu il tarixli **********670 nömrəli məktubla alınmış “xxxx” MMC və “xxxx” MMC-nin dirketoru Təqsirləndirilən şəxsla aparılmış əməliyyatlara aid bank sənədləri, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 107 ünvanını X3 450 manata icarəyə götürülməsi barədə 12.06.2019-cu il tarixli icarə müqaviləsi, həmin yerə aid sənədlər, X10 “xxxx” MMC-nə 01.04.2019-cu il tarixdə işə götürülməsi barədə müqavilə və əmək müqaviləsi bildirişinin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı və cinayət işi materiallarında saxlanılmalıdır. (CPM 132-ci maddə) Mülki iddialar ilə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə müraciət edərək 4560 manat, Zərərçəkmiş şəxs5 iddia ərizəsi ilə müraciət edərək 2182 manat, Zərərçəkmiş şəxs6 iddia ərizəsi ilə müraciət edərək 1200 manat, Zərərçəkmiş şəxs9 iddia ərizəsi ilə müraciət edərək 800 manat, Zərərçəkmiş şəxs8 iddia ərizəsi ilə müraciət edərək 1500 manat, Zərərçəkmiş şəxs7 iddia ərizəsi ilə müraciət edərək 3000 manat, Zərərçəkmiş şəxs4 iddia ərizəsi ilə müraciət edərək 1000 manat, Zərərçəkmiş şəxs10 iddia ərizəsi ilə müraciət edərək 1000 manat, Zərərçəkmiş şəxs1 iddia ərizəsi ilə müraciət edərək 2400 manat, Zərərçəkmiş şəxs3 iddia ərizəsi ilə müraciət edərək 6156 manat maddi ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisələri nəticəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 maddi ziyan dəymişdir və mülki iddiaçıların bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdeh Təqsirləndirilən şəxs isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyan 4560 manat, Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyan 3000 manat, Zərərçəkmiş şəxs6 vurduğu maddi ziyan 1200 manat, Zərərçəkmiş şəxs9 vurduğu maddi ziyan 800 manat, Zərərçəkmiş şəxs8 vurduğu maddi ziyan 1200 manat, Zərərçəkmiş şəxs7 vurduğu maddi ziyan 3000 manat, Zərərçəkmiş şəxs4 vurduğu maddi ziyan 1000 manat, Zərərçəkmiş şəxs10 vurduğu maddi ziyan ziyan 1000 manat, Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyan 2400 manat müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs5 vurulmuş 3000 manat maddi ziyanın 618 manat hissəsi ona geri qaytarılsa da, Zərərçəkmiş şəxs5 iddia tələbi üzrə ona vurulmuş maddi ziyanın, 2182 manat hissəsinin geri qaytarılmasını tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisələri nəticəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10 mülki iddiası ilə irəli sürülmüş tələblər üzrə zərərin həmin məbləğlərdə olmasını qəbul edir və beləliklə də onların iddialarının tam təmin edilməsi qənaətinə gəlir. Məhkəmə cinayət işi üzrə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 iddialarının qismən təmin edilməsi qəaətinə gəlir. Mülki iddia ilə irəli sürülmüş tələbin əsasını təşkil edən zərərin 6156 manat məbləğində olması öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın 6500 manat məbləğində olması göstərilsə də, lakin məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın 5000 manat təşkil etdiyi və həmin məbləğin 344 manat hissəsinin ödənildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin olunaraq, 4656 manat məbləğdə maddi ziyan iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Zərərçəkmiş şəxs8 vurulmuş maddi ziyan 1200 manat məbləğində müəyyən edilsə də, lakin iddia tələbi üzrə Zərərçəkmiş şəxs8 1500 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir və tələbini əsaslandıracaq hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs8 mülki iddiası qismən təmin olunaraq, 1200 manat məbləğdə maddi ziyan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə baxışı zamanı dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 308.1-ci maddələri üzrə verilmiş ittihamlar onun ümumi ittihamından xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2ci maddəsi tətbiq edilərək, 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplanmaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs5 adına olan **********716090 nömrəli “xxxx” kartının kserosurəti, Zərərçəkmiş şəxs2 adına olan **********226435 nömrəli “xxxx”a aid plastik kart, Günay Orucovanın adına olan **********862754 nömrəli “xxxx”a aid plastik kart, X10 adına olan **********250937 nömrəli “xxxx”a aid plastik kart, Zərərçəkmiş şəxs9 adına olan **********126974 nömrəli “xxxx”a aid plastik kartın kserosurəti, Zərərçəkmiş şəxs3 adına olan **********223875 nömrəli “xxxx”a aid plastik kart, Sitara Cəbrayılovanın adına olan **********505888 nömrəli “xxxx”a aid plastik kart, Zərərçəkmiş şəxs1 adına olan **********369444 nömrəli “xxxx”a aid plastik kart, Təqsirləndirilən şəxs ********** nömrəli VÖEN əsasında hüquqi ünvanı ünvan 10 və ********** nömrəli VÖEN əsasında hüquqi ünvanı ünvan 13” MMC-nə aid sənədlərin kserosurətləri, nömrə axtarış sistemlərinə aid məlumatlar, “xxxx” MMC-dən 09.12.2019-cu il tarixli məktubla alınmış 1 ədəd CD diskdəki məlumatlar, “xxxx” MMCnin 11.12.2019-cu il tarixli AZF/LGL-29939/19 nömrəli məktubu ilə alınmış 1 ədəd CD diskdəki məlumatlar, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-nin adından “Beynəlxalq Bank” ASC ilə 10 may 2019-cu il tarixdə “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında” 01 nömrəli müqavilə və həmin müqaviləyə əlavə olunmuş sənədlər, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC ilə “xxxx” ASC arasında 19 fevral 2019-cu il tarixdə “Əmək haqqı kartları üzrə hesabların açılması və əmək haqqı kartlarından istifadə haqqında” müqavilə və həmin müqaviləyə əlavə olunmuş sənədlər, “xxxx” ASC-dən 02.09.2019cu il tarixli **********670 nömrəli məktubla alınmış “xxxx” MMC və “xxxx” MMC-nin dirketoru Təqsirləndirilən şəxsla aparılmış əməliyyatlara aid bank sənədləri, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 107 ünvanını X3 450 manata icarəyə götürülməsi barədə 12.06.2019-cu il tarixli icarə müqaviləsi, həmin yerə aid sənədlər, X10 “xxxx” MMC-nə 01.04.2019-cu il tarixdə işə götürülməsi barədə müqavilə və əmək müqaviləsi bildirişinin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın və cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 4560 (dörd min beş yüz altmış) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 2182 (iki min yüz səksən iki) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxs6 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 1200 (min iki yüz) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs6 ödənilsin. Zərərçəkmiş şəxs9 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 800 (səkkiz yüz) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs9 ödənilsin. Zərərçəkmiş şəxs8 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 1200 (min iki yüz) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs8 ödənilsin. Zərərçəkmiş şəxs7 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 3000 (üç min) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs7 ödənilsin. Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 1000 (min) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs10 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 1000 (min) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs10 ödənilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 2400 (iki min dörd yüz) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 4656 (dörd min altı yüz əlli altı) manat pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxs3 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-79/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-79/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver