Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-79/2023 04.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2003-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımış, həmçinin təkrarən özgənin əmlakını açıq yolla talamışdır. Belə ki, o, 20 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivi, 33 saylı orta məktəbin həyətinə gələrkən Zərərçəkmiş şəxs1 əlində “Xiaomi Redmi 9” markalı mobil telefon cihazını görüb özgənin əmlakını açıq yolla ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 telefonu zəng etmək adı ilə istəyib aldıqdan sonra sonuncunun diqqətini yayındırmaq məqsədilə yaşadığı evdən gödəkcəsini gətirməyi xahiş edib bir qədər kənarlaşmasından istifadə edərək cihazı özü ilə götürüb həmin ərazidən qaçmaqla Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 330 manat dəyərində əmlakını açıq yolla talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 22 sentyabr 2022-ci il tarixdə saat 12:40 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivi, 16 saylı binanın yaxınlığında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 14:25 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,207 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Bundan başqa o, 04 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 3 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs2 əlində “X20 11 Pro” markalı mobil telefon cihazını görüb özgənin əmlakını açıq yolla ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 telefonu zəng etmək adı ilə əldə etdikdən sonra sonuncunun telefonu qaytarmaq tələblərinə məhəl qoymayıb verməkdən imtina edərək həmin yerdən qaçıb uzaqlaşmaqla Xəyal Novruzovun mülkiyyətində olan 700 manat dəyərində həmin əmlakını açıq yolla talamaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 06 oktyabr 2022-ci il tarixdə saat 16:10 radələrində DİN-in ƏÇPA-nın 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivi, 12 saylı binanın yaxınlığında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 17:25 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina edərək suallara cavab olaraq göstərmişdir ki, O, heç yerdə tutulmamışdır. Onu atası özü aparıb polisə təhvil verib. Birinci dəfə o narkotik maddə ilə tutularkən onda narkotik maddə olmuşdur. İkinci dəfə isə CM-nin 234.1-ci maddəsi ilə tutularkən atası onu özü polisə təhvil vermişdir. Həmin vaxt onda narkotik vasitə olmamışdır. Onu atası gətirib mənzil-kommunal təsərrüfat birliyinə təhvil verib, ordan da post patrul onu gəlib bölməyə aparmışdır. Həmin tarix dəqiq yadında deyil. Həmin vaxtda mənzil-kommunal təsərrüfat birliyində kameralar işləyib. Atası da arxada onun yanında polis maşınında oturmuşdur. Soyğunçuluq, yəni CM-nin 180.2.2-ci maddəsi ilə ona verilmiş ittihamı qəbul edir. Hadisə onun dediyi kimi olub. O, özünü qismən təqsirli bilir. O, tutulduğu dövrlərdə narkotiklərin təsiri altında olduğundan özündə olmamışdır. İndi-indi sağalmağa başlayır. Ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq olmamışdır, lakin ona polis bölməsində olarkən hədə-qorxu gəlmişlər. O, epilepsiya xəstəsidir. O, narkotik vasitələrin istifadəçisi olmuşdur. O, öz ifadəsində son olaraq törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər bir dəfə quldurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təxminən bir il olar ki, narkotik vasitə olan heroin istifadə edir, heroini falqada yandırıb tüstünü çəkmə yolu ilə qəbul edir. Asılılıq yarandığı üçün istifadə etməyəndə narahatçılıq yaşayır. 20 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən 33 saylı orta məktəbin həyətində olarkən qəsəbədən tanıdığı Müslüm adlı uşağın əlində mobil telefon oynatdığını görmüş və telefonu oğurlayıb satmaqla həmin pula narkotik vasitə əldə etməyi fikirləşmişdir. Bu məqsədlə Müslümü çağırıb telefonunu danışmaq adı ilə almış, Müslümə isə gedib onların evdən gödəkçəsini gətirməsini tapşırmışdır. Müslüm onların evinə gedəndə o, qaçaraq oradan uzaqlaşmış və Bakı şəhərinə gedib, 20 Yanvar metrosu yaxınlığında Velotrek deyilən yerdə dəqiq xatırlamadığı telefon mağazasına 70 manata satmışdır. Əldə etdiyi pulun 20 manatına Kubinka deyilən yerdən tanımadığı şəxsdən şəxsi istifadə üçün heroin alıb yaşadığı Müşfiqabad qəsəbəsinə qayıtmışdır. Həmin gün və səhəri günü əldə etdiyi heroini istifadə etmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində o, şəxsi istifadəsi üçün Kubinka adlanan ərazidən adını bilmədiyi və şəxsən tanımadığı bir şəxsdən 10 manat müqabilində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş heroini almış və əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. 22 sentyabr 2022-ci il tarixdə saat 12:40 radələrində yaşadığı Müşfiqabad qəsəbəsi Qaçqınlar şəhərciyində 16 saylı binanın qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxslər Qaradağ RPİ-nin 10-cu PBnin əməkdaşları olmuşlar. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar, lakin o, üzərində sənədinin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində videoçəkilişlə dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl polis əməkdaşı üzərində qanunla daşınması qadağan olunan nəsə varsa təqdim etməyini tələb etmişdir. O, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan bir büküm heroini çıxardıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmiş, bundan sonra bu barədə protokol tərtib edilmiş, o, həm zərfi və həm də protokolu imzalamışdır. Bundan sonra 2 gün saxlanılmış və məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılmışdır. Bir müddət istifadə etməsə də bədənində ağrılar olduğu üçün yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. 04 oktyabr 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində qəsəbədən tanıdığı Xəyal adlı uşağın əlində “Xiaomi Redmi” markalı telefon olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Həmin uşağa yaxınlaşıb danışmaq üçün telefonu istəmiş, uşaq telefonu ona verdikdən sonra bir qədər aralanıb qaçmışdır. Həmin gün telefonu aparıb 20 yanvar metrosu yaxınlığında öz şəxsiyyət vəsiqəsi ilə 190 manata satmışdır. Mobil telefonu satanda markasının səhv etmirsə “X20 11” olduğunu öyrənmişdir. Əldə etdiyi pula narkotik vasitə əldə edib istifadə etmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının 6-da narkotik vasitə heroin almaq məqsədilə Bakı şəhərində Kubinka adlanan yerə getmişdir. Orada adını bilmədiyi şəxsdən 10 manata bir dəfə istifadə üçün bir bükümdə heroin almışdır. Aldığı narkotik vasitəni əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub yaşadığı evə qayıtmışdır. Həmin vaxtdan narkotikdən istifadə etmək üçün münasib vaxt tapmamışdır. 06 oktyabr 2022-ci il tarixdə saat təxminən 16:10 radələrində yaşadığı evin yaxınlığında gəzərkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməyini istəmişlər və üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşmuşlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində narkotik vasitə olan kakos olduğunu, bundan başqa xx.xx.2022-ci il tarixdə 9 saylı binanın qarşısında danışmaq adı ilə bir az yaşlı uşağın telefonunu alıb qaçdığını demişdir. Bundan sonra polis əməkdaşları ona şübhəli olduğunu bildirib onu Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gəlmişdir. Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X8 ona təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərimə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik maddə olan kakosu çıxardıb, masanın üzərinə qoyaraq, həmin maddənin kakos adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində Kubinka adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 2022-ci ilin oktyabr ayının 6-də Bakı şəhərində Kubinka adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Həmin narkotik vasitədən istifadə etməyə imkanı olmamışdır, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır, narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirir, polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir, telefonlarını ələ keçirərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər hansı zor tətbiq etməmiş, hər ikisindən yalnız danışmaq adı ilə telefonlarını almışdır və bir qədər aralanıb qaçmışdır, o, oktyabrın 4-i axşam saat təxminən 19-20 radələrində Xəyalı məhlədə görmüşdür. Xəyalın əlində bahalı telefonu olduğunu görüb onu lombarda qoyub pul götürməyini və sonra pulu qaytarıb telefonu götürüb özünə verəcəyini demişdir. Bu məqsədlə Xəyala onunla birlikdə Müşfiqabadda köhnə qəsəbəyə getməyi təklif etmişdir. Lakin lombarda girdikdə nağd pul olmadığından telefonu götürməmişdirlər. Bundan sonra o, Xəyalın telefonunu oğurlamaq qərarına gəlmişdir. Onlar Xəyalla köhnə qəsəbədə 1-ci məhlə deyilən yerə getmişlər. Orada o, Xəyaldan yazışmaq adı ilə “X20 11 pro” markalı telefonunu almışdır. Daha sonra binanın blokunda olarkən o, Xəyala 7-ci mərtəbəyə qalxıb özündən uydurduğu kimisə çağırmağı istəmişdir. Xəyal 7-ci mərtəbəyə qalxanda o, Xəyalın telefonu ilə birlikdə oradan uzaqlaşmışdır. Həmin vaxt yanında heç kim olmamışdır. Həmin mağazada işləyən adını bilmədiyi şəxs şəxsiyyət vəsiqəsinin surətini alaraq ondan telefonu 180 manata almış, səhəri günü özündə olan adapterlərdən birini aparıb həmin şəxsə verdikdə isə ona 10 manat pul vermişdir. Həmin şəxsdən cəmi 190 manat pul almışdır, ifadəsində bu formada bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X6 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 2022-ci ilin iyul ayında atası ona Sumqayıt şəhərində yerləşən “İrşad Telekom”dan “X20 11 Pro” markalı telefonu kreditlə almışdır. Həmin vaxt telefonun nağd qiyməti 799 manat olmuşdur. Onlar həmin telefonu 12 ay müddətinə aylıq 67 manat ödəmək şərtilə kreditə götürmüşlər. 2022-ci ilin oktyabr ayının 4-də saat təxminən 19:30 radələrində köhnə qəsəbə deyilən yerdə olan zaman qəsəbədən Baba adı ilə tanıdığı əsl adı Yaqub olan şəxs ona yaxınlaşıb danışmaq üçün onun mobil telefonunu istəmişdir. O, Yaquba telefonunu vermişdir. Yaqub telefonda “İnstagram” sosial şəbəkəsinə girib kimləsə danışmışdır, daha sonra 2 nəfər tanımadığı şəxs Yaquba yaxınlaşmışdır. Yaqub onun telefonunu əlində saxlayıb həmin şəxslərlə söhbət etməyə başlamışdır. O, həmin şəxslərin narkoman olmasından şübhələnmişdir, Yaqubdan telefonunu istəmişdir ki oradan uzaqlaşsın. Bu zaman Yaqub telefonu verməyəcəyini deyib, onu itəyilib yerə yıxmış və qaçaraq uzaqlaşmışdır. O, yerə yıxılan zaman kənardan tanımadığı bir şəxs ona yaxınlaşmış və onu yerdən qaldırıb yaşadığı evə qədər aparmışdır. Yaqub onu yerə yıxan zaman heç bir xəsarət almamışdır. Məhkəmətibbi ekspertizasından keçməkdən imtina etmişdir. Hal-hazırda da heç bir xəsarəti yoxdur. Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı orada o və Yaqubdan başqa söhbət edən tanımadığı 2 nəfər şəxs olmuşdur. Hava qaranlıq olduğu üçün digər şəxslər olmamışdır və ya o, görməmişdir. O, telefonu Yaqubdan istədikdə Yaqub telefonu verməyəcəyini demişdir. Sonra isə o, yenidən telefonunu tələb etdikdə Yaqub onu itəliyib qaçmışdır. Yaqub onu döyməmiş və ya bu barədə hədələməmiş, həmin telefonun İMEİ kodu **********43185 və **********193 olmuşdur. Hadisə vaxtı telefonun qiyməti 700 manat olmuşdur. Əlavə dindirmə zamanı qanuni nümayəndəsi X6 iştirakı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, cinayət işi üzrə daha əvvəl şahid və zərərçəkmiş şəxs qismində verdiyim ifadələrə düzəliş etmək istəyir. 04 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun telefonunu ələ keçirəkən onu itələməyib və yıxmayıb. O, həmin vaxt atasından qorxduğu üçün elə ifadə vermişdir. Lakin hadisə belə olmuşdur ki, o, Yaqubdan telefonunu geri istədikdə Yaqub telefonu ona verməkdən imtina edərək qaçıb uzaqlaşmış, o da qaranlıq olduğu üçün Yaqubu tapa bilməmişdir. Evə qayıtdıqda atasından qorxduğu üçün Yaqubun onu itəliyib yerə yıxaraq qaçdığını bildirmişdir. Lakin heç bir xəsarəti olmadığı üçün ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə vaxtı Yaqubla o, tək olmuşlar. Atasından qorxduğu üçün 2 nəfərin olduğunu demişdir ki, atası inansın. Daha sonra o formada izahat yazmışdır. Lakin indi bildirir ki, orada heç kim olmayıb. Yaqub yalan danışır, Yaqub danışmaq üçün onun mobil telefonunu istəmiş, o, Yaquba telefonunu vermiş, Yaqub telefonda “İnstagram” sosial şəbəkəsinə girib kimləsə danışmış, daha sonra o, telefonunu geri istədikdə qaçaraq uzaqlaşmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə məhkəməyə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 2022-ci ilin iyul ayında atası ona Bakı şəhərində 20 yanvar metrosu yaxınlığından “Xiaomi Redmi 9” markalı telefonu almışdır. Həmin vaxt telefonun nağd qiyməti 350 manat olmuşdur. 2022-ci ilin sentyabr ayının 20-də saat təxminən 13 radələrində Müşfiqabad qəsəbəsində Qaçqınalr şəhərciyində yerləşən orta məktəbdə qəsəbədən Baba adı ilə tanıdığı əsl adı Yaqub olan şəxs ona yaxınlaşıb danışmaq üçün onun mobil telefonunu istəmişdir. O, həmin şəxsə telefonunu vermişdir. Yaqub telefonda kiməsə mesaj yazmışdır, bu zaman Yaqub ona bildirmişdir ki, onların evinə gedib Yaqub üçün paltar götürüb məktəbin yanındakı binanın zirzəmisində yaşayan şəxsə verməyini istəmiş, o, Yaqubla razılaşıb onların evinə getmişdir. Yaqubun yaşadığı evdə anasından paltar alıb Yaqubun dediyi yerdə tanımadığı bir nəfər şəxsə vermişdir. Daha sonra məktəbə qayıdanda Yaqubun orada olmadığını görmüşdür. Yaqubu nə qədər axtarsa da tapa bilməmiş və axşam evə gəlib bu barədə atasına məlumat vermişdir. Hadisə vaxtı orada o və Yaqubdan başqa heç kim olmamışdır, Yaqub telefonu danışmaq üçün ondan almışdır. Onu paltar gətirməyə göndərmişdir. Lakin o, gedib qayıdanda orada olmadığını görüb telefonu oğurladığını başa düşmüş, həmin telefonun İMEİ kodunu bilmir. Hadisə vaxtı telefonun qiyməti 330 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 öz ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 sentyabr 2022-ci il tarixdə xidməti ərazidə iş yoldaşı Şahid2la xidmət apararkən Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Qaçqınlar şəhərciyində yol kənarında ayrı-ayrılıqda dayanmış iki nəfər şəxsin özlərini şübhəli aparmalarını və narkotik təsiri altında olduqlarını hiss edib həmin şəxslərə yaxınlaşmış və özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərin üzərində heç bir sənəd olmadığı üçün onlar həmin şəxsləri polis bölməsinə dəvət edərək gətirmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslər X9 və Təqsirləndirilən şəxsdur. Bundan sonra hər iki şəxs barəsində ayrılıqda təhqiqat araşdırması başlanılmışdır. Bundan sonra vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması olan əşyanın olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli iysiz maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin kakos olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 22 sentyabr 2022-ci il tarixdə «Kubinka» adlanan ərazidən 10 manata almışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddi sübut zərfə qoyularaq möhürlənmiş, o da həmin protokolu və zərfi imzalamışdır. Onlarda heç bir əməliyyat məlumatı olmamışdır və belə bir məlumatda daxil olmamışdır, sadəcə ərazidə xidmət aparan zaman Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə deyilən ərazidə yol kənarında ayrı-ayrı dayanmış iki nəfər şəxsin özlərini şübhəli apardığını və narkotik sərxoşluğu təsiri altında olduğu hiss etmişlər. Ona görə də yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis bölməsinə dəvət etmişlər, Nurlan Seyidov barəsində PB-nin digər təhqiqatçısı tərəfindən müvafiq sənədləşmə aparılmış və material RPİ-nin İŞ-nə göndərilmiş, həmin şəxs barəsində açılmış cinayət işi ilə bağlı müstəntiq Rauf Məmmədova ifadə vermişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid3la eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X17 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri Şahid4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:10 radələrində ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri X10 ilə birlikdə inzibati ərazidə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində xidmətdə olarkən Qaradağ RPİ-nin 10-cu PBnin polis sahə inspektoru, polis mayoru Emin Quliyev telefon vasitəsilə əlaqə saxlayıb Yeni Yaşayış massivində 12 saylı binanın qarşısına yaxınlaşmaqlarını istəmişdir. Emin Quliyev orada oğurluq hadisəsi törətmiş bir nəfər şəxsin olduğunu bildirmişdir. Onlar dərhal həmin yerə getmiş və Emin Quliyevlə birlikdə göstərdiyi şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən adını, soyadını və atasının adını, üzərində hər hansı qanunsuz əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu və üzərində narkotik vasitə olan kakos olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs oğurluq hadisəsində və narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. Emin Quliyev isə xidməti əraziyə qayıtmışdır. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.2003-ci ildə Xocavənd rayonunda anadan olmuş, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Kubinka adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan ounmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, təxminən 5-6 ildir ki, Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən ticarət cərgəsində telefon mağazasında satıcı işləyir. 2022-ci ilin oktyabr ayının 4-də saat təxminən 20-21 radələrində bir nəfər 17-18 yaşlarında qarayanız oğlan uşağı mağazaya yaxınlaşaraq özünə məxsus “X20 11 Pro” markarlı qara rəngli mobil teelfonu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istədikdə həmin şəxs şəxsiyyət vəsiqəsini vermişdir və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin mağazada mobil telefonun parolunu açmış və telefonu göstərmişdir. Mobil telefonda hər hansı ciddi problem olmadığı üçün həmin şəxsdən 240 manata almağa razılaşmışdır və mobil telefonun qutusunu və adapteri istəmişdir. Yaqub adlı şəxs qutunun və adapterin evdə qaldığını demişdir. O, həmin şəxsə demişdir ki, 50 manat saxlıyır, qutusunu və adapteri gətirəndə verəcək. Həmin şəxs onunla razılaşmış və həmin şəxsə 190 manat verməklə həmin telefonu almışdır. Daha sonra səhərisi günü Yaqub adlı şəxs mobil telefonun adapterini gətirmiş, lakin qutusunu tapmadığını bildirmişdir. O, həmin şəxsə 20 manat vermiş, qutusunu gətirdikdə qalan 30 manatı verəcəyini bildirmişdir. Lakin həmin şəxs bir neçə gün ərzində gəlmədiyi telefonu başqa bir müştəriyə satmışdır. Bundan bir neçə gün keçdikdən sonra həmin şəxs polis əməkdaşları ilə birlikdə ifadəsini yoxlamaq üçün gəldikdə ona məlum olmuşdur ki, həmin şəxsin ona satdığı telefon oğurluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 6/5452 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs imza.....” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,207 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,207 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,157 qr; Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 6/5766 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs (imza) Mustafazadə Y…” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,217 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,217 qr., sərf edildi: 0,050 qr., qalıq: 0,167 qr. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 21 oktyabr 2022-ci il tarixli 6233 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə aşkar edilərək götürülmüş siqaretin gümüşü rəngli kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 22 sentyabr 2022-ci il tarixdə aşkar edilərək götürülmüş siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,207 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinlərin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,167 qram və 0,157 hissələri saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında, ƏÇPA-nın 10-cu patrul bölüyünün əməkdaşları və dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və o, əynində olan tünd qara rəngli rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli və toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Kubinka adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs saxlanılmamışdan 3-4 gün əvvəl telefon oğurladığını, “Velotrek” deyilən yerdə öz şəxsiyyət vəsiqəsi ilə 190 manata satdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında, polis əməkdaşları və dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və o, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, toz şəklində, spesifik iyə malik narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Kubinka adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu müddət çıxılmaqla 07 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 07 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və 02 fevral 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, onun bu ifadəsi özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadədir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair hər hansı bir əsaslı şübhələr müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 24 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilərək onun barəsində 02 ay 28 gün müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Daha sonra 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və MSY-dən azad olunmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməklə həbsin əvvəli tutulduğu gündən, yəni 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hüquqları 22 sentyabr 2022-ci il tarixə barəsində şübhəli şəxs qismində tutulma tətbiq edilməklə məhdudlaşdırılmış və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvədə olduğu müddətdə, yəni 28 oktyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazıradək həbsdədir. Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək, yəni 01 ay 06 gün tutulma və “ev dustaqlığı” qətimkan tədbirinin təsiri altında olmuşdur. Odur ki, bu hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkiləri 0,167 qram və 0,157 qram narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 169 (yüz altmış doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən istintaq zamanı 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 180.2.2 maddəsi ilə 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və “ev dustaqlığı”nda olduğu 01 ay 06 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkiləri 0,167 qram və 0,157 qram narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 169 (yüz altmış doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxs X5 tutularaq dövlət nəfinə ödənilsin. 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-79/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-79/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver