Məhkəmə qərarları › İş №1(002)-79/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-79/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-79/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs X29 (X27) oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, fərdi yaşayış evində kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs K.M.İakubov yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, X20 xx.xx.2024-cü il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kzap-9370” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan-Xocasən yolunun 3-cü kilometrliyində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində yolun sağ kənarında dayanarkən əks istiqamətə dönüb qayıtmaq üçün yolun hərəkət hissəsinə daxil olub tədricən sol hərəkət zolağına doğru hərəkət edib geriyə manevrinə başlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətə başlayarkən, yer dəyişərkən, dönərkən manevrin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edib Qanunun qeyd olunan tələblərinə əməl etməyərək hərəkət təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə yolun hərəkət hissəsinə daxil olub tədricən sol hərəkət zolağına doğru hərəkət edib arxadan eyni istiqamətdə hərəkət edən, sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq qarşısını kəsməklə onu idarə etdiyi “Kzap-9370” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun arxa hissəsinə çırpılmasına səbəb olub ehtiyyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, burun sümüyünün və alt çənə sümüyünün şaxəsi sınıqları, başın alın nahiyəsinin əzilmiş yarası, boyunun ön səthinin, sol əlin arxa səthinin, sol bazu və sol baldır nahiyələrinin sıyrıqlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları xəsarətlər almasına hadisə yerində ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs K.M.İakubov məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 məxsus “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı Yəhərli Dartıcı tipli yük avtomobilini “KZAP” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqunu etibarnamə əsasında almış və idarə etmişdir. xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisində yerləşən "xxxx" MMC-yə gəlmiş, orada avtomobilə taxta materialı yükləmiş və yenidən hərəkətə başlamışdır. O, geri dönmə əməliyyatını gərçəkləşdirmək üçün əsas yola daxil olmuş və dairədə dönmə əməliyyatını aparmaq üçün sağ tərəfdən gələn maşınların keçməsini 5-6 saniyə ərzində gözlədikdən sonra bir anda “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarımqoşquya çırpıldığını görmüş, dərhal idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb yerə düşmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, geriyə dönmə məsafəsi 15-20 metr idi. O, həmin yoldan maşınların hərəkət etməsinə nəzarət etmiş, arxadan gələn nəqliyyat vasitələri olmadığını müəyyən etdikdən sonra yan dönmə işığını yandırmış və geriyə dönmək üçün dairəyə tam daxil olmuşdur. Həmin hadisə yerində tormoz izi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, nəqliyyat vasitələrini idarə edir, B1, B, C1, C, D1, D, C1E, CE dərəcəli sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün ildə bir dəfə sürücülük vəsiqəsi qeydiyyatdan keçir, sonuncu dəfə nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən 1 saylı Asan xidmətdən xx.xx.2025-ci il tarixədək sürücülük vəsiqəsi almışdır. Şahid1 məxsus “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı Yəhərli Dartıcı tipli yük avtomobilini “KZAP” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqunu etibarnamə əsasında almış, Bakı şəhəri ərazisində yük daşımaqla məşğuldur. 24 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində sifariş əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsinin inzibati ərazisində yerləşən "xxxx" MMC-yə gəlmiş, orada avtomobilə təxminən 10 tona yaxın çəkidə taxta materialı yükləmişdir. Həmin yükü Bakı şəhəri, “Dərnəgül Bazarı” adlanan yerdə mağazaya təhvil verməkdən ötrü həmin gün saat 20 radələrində avtomaşını hərəkətə gətirmiş, Xocasən-Lökbatan yolu ilə 30 km/saat sürətlə hərəkət edərək yolda olan uzun dairəyə daxil olmuşdur ki, yenidən Bakı şəhəri istiqamətində hərəkət etsin. Dairədə dayanıb baş yolda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra nəqliyyat vasitəsini hərəkətə gətirmiş, təxminən 2 metr irəli doğru hərəkət etdikdən sonra arxadan gələn “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yarımqoşquya çırpıldığını görmüş, dərhal idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb yerə düşmüşdür. Yarımqoşquya yaxınlaşdıqda “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək tamamilə yararsız hala düşdüyünü, avtomobilin sürücüsünün isə öldüyünü görmüşdür. Bundan sonra hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin əməkdaşları, polis əməkdaşları və X32 stansiyasının həkimləri gəlmiş. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə “Hyundai-Elantra” markalı, **- VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün meyiti maşından çıxarılmışdır. Həmin vaxt yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri və sxemi çəkilmiş, bu barədə protokol tərtib olunmuş, protokola imzalar etmişlər. Hadisə zamanı spirtli içki qəbul etməmiş, ayıq olmuş, avtomaşında ondan başa heç kim olmamış, avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. “Hyundai-Elantra” markalı avtomaşında da sürücüdən başqa heç kim olmamışdır. X9 olaraq hadisənin baş verməsindən peşman olduğunu bildirmiş, himayəsində iki azyaşlı övladının olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs K.M.İakubovun təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, Hyundai-Elantra markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil məehum atasına məxsus olmuşdur. 24 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində atasının yol nəqliyyat hadisəsi törətməsi barədə məlumat onlara daxil olmuşdur. Hadisənin görüntülərini izləmiş və təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanı olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs K.M.İakubov ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qohumudur. “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşdirilsə də maşının sahibi Zərərçəkmiş şəxs olmuşdur. Hadisə barədə ona məlumat verilmiş və o, hadisə yerinə gələrkən meyitin maşından çıxarıldığının şahidi olmuşdur, lakin hadisənin baş vermə anının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X20 onun qohumudur və sonuncu, xarici ölkə vətəndaşı olduğuna görə “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onun adına rəsmiləşdirilmişdir, lakin mülkiyyətçi K.M.İakubovdur. Hadisə barədə ona məlumat verilsə də o, nəqliyyat vasitəsini hadisədən sonra görməmiş, hadisə anının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X20 onun tanışıdır. “KZAP” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqu onun adına rəsmiləşdirilmiş və o, həmin yarımqoşqunu etibarnamə ilə idarə etməsi üçün Kulu İakubova vermişdir. O, hadisənin şahidi olmamış, həmçinin hadisədən sonra yük avtomobilini və onun yarımqoşqusunu görməmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti X3 cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 8/3354 nömrəli ekspert rəyi onun tərəfindən verilmişdir. O, rəy verməzdən əvvəl videogörüntüyə baxış keçirmiş və iş materiallarını araşdırmışdır. Lakin videogörüntüyə istinad etməmişdir. O, ibtidai istintaq orqanına lazımi məlumatların təqdim edilməsi üçün müraciət etmişdir. Videogörüntüyə baxış keçirilərək sürətin müəyyən edilməsi olonun səlahiyyətində olmamışdır. Həmin yolda icazə verilən hərəkət sürəti 60 km/saatdır. Hadisə yerində tormoz izi mövcud olmadığından Hyundai-Elantra markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmamışdır. Hyundai-Elantra markalı avtomobil təhlükəni görə biləcəyi məsafənin ölçülməsi istintaq orqanının səlahiyyətindədir. Kamaz markalı avtomobilin hadisənin qarşısını almağa texniki imkanı var idi. Hadisənin baş verməsinə səbəb bilavasitə Kamaz markalı avtomobildir. Çünki təhlükəni yaradan odur, təhlükə qarşısında qalan isə Hyundai-Elantra markalı maşındır. Kamaz markalı avtomobil dayandığı yerdən sola doğru manevr edərkən arxada hərəkətdə olan avtomobillərə yol verməli və sonra hərəkətə başlamalı idi, lakin iş materialında məlum olur ki, Kamaz markalı avtomobil dayandığı yerdən sola doğru manevr edərkən arxada hərəkətdə olan avtomobillərə yol verməmişdir və bu səbəbdən də toqquşma baş vermişdir. Kamaz markalı avtomobilin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hyundai-Elantra markalı avtomobilin yüksək sürətlə hərəkət etmiş olması Kamaz markalı avtomobilin sürücüsünü “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaması kimi nəzərə alına bilməz. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 4-9-cu vərəqələrində olan 24 oktyabr 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun 3-cü kilometrliyindəki yoldur. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsində olan və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş sürücülük vəsiqələrindən görünür ki, K.M.İakubova xx.xx.2024-cü il tarixdə xx.xx.2025-ci il tarixədək, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək etibarlı olan B1, B, C1, C, D1, D, C1E, CE kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 1-ci cildinin 32 və 33-cü vərəqələrində olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 və “KZAP” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqu Şahid2 məxsusdur. Cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqələrində olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnəmələrdən görünür ki, Şahid1 “Kamaz-5410” markalı, **- UF-*** dövlət qeydiyyat nişanlı avtomobili və Şahid2 “KZAP” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqunu Kulu İakubova etibarnamə üzrə vermişdir. Cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 Federasiyası vətəndaşıdır. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, video görüntü 2 dəqiqə 30 saniyədən ibarətdir. Görüntüdə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kzap-9370” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqu ilə “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan-Xocasən yolunun 3-cü kilometrliyində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində yolun sağ kənarında dayanarkən əks istiqamətə dönüb qayıtmaq üçün yolun hərəkət hissəsinə daxil olub tədricən sol hərəkət zolağına doğru hərəkət edib geriyə manevrinə başlayan zaman yolun hərəkət hissəsinə daxil olub tədricən sol hərəkət zolağına doğru irəliləyərkən arxadan eyni istiqamətdə hərəkət edən, sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq qarşısını kəsməklə onun idarə etdiyi “Kzap-9370” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun arxa sol hissəsinə çırpılması aşkar olunur. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən DVD disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 idarə etdiyi “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və həmin avtomobilə qoşulmuş “KZAP” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqu maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin hüquqi varisinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 67-68-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X21 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 75-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 20 noyabr 2024-cü il tarixli 100 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, burun sümüyünün və alt çənə sümüyünün şaxəsi sınıqları, başın alın nahiyyəsinin əzilmiş yarası, boyunun ön səthinin, sol əlin arxa səthinin, sol bazu və sol baldır nahiyələrinin sıyrıqları. Göstərillən xəsarətlər həyati olub, ölümündən az əvəll bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi minik avtomaşınla hərəkətdə olan yük avtomaşınla toqquşması nəticəsində törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqələdirlər və canlı şəxslərdə ümumlikdə həyat üçün təhlükəli olan sağmalığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meytinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il tarixdə saat 23:15-da) 3-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3675/K saylı, xx.xx.2024-cü il tarixli AKT). Cinayət işinin 1-ci cildinin 89-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2024-cü il tarixli 8/3354 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İakubov Kulunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tətbiqi hissəsində göstərilən səbəblərə görə “Hyundai-Elantra” markalı, **-VR-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin 90-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci 85 (səksən beş) manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 105-106-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, K.M.İakubov Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 15:00) Cinayət işinin 1-ci cildinin 128-ci vərəqəsində olan vəsiqədən görünür ki, K.M.İakubova xx.xx.2024-cü il tarixdə, xx.xx.2026-cı il tarixədək etibarlı olan yaxın qohumluq münasibəti əsası ilə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Cinayət işinin 1-ci cildinin 129-130-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 138-ci vərəqəsində olan tələbnamədən görünür ki, K.M.İakubovun məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 150-ci vərəqəsində olan DİN BDYP-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2-9440/2025 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən X2 hüququndun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 1-ci cildinin 153-159-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsin şəxsiyyət məlumatlarının X7 oxunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxs K.M.İakubov barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxs K.M.İakubov ilə barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2024-cü il tarixdə X22 ilə nikaha daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X19 və xx.xx.2025-ci il tarixdə doğulmuş X14 atası X12r. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə X11 özünü təqsirli bilməməsini özünümüdafiə xarakterli olmaqla cəzadan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmə istintaqı dövründə aparılmış araşdırma nəticəsində və təqdim olunmuş videogörüntüdən müəyyən olunur ki, təqsirləndirilən şəxs K.M.İakubov yük avtomobili ilə dayandığı 3-cü zolaqdan birbaşa dairəyə doğru irəliləməyə başlayır. Videogörüntüdə əks olunan avtomobil işıqları ilə müəyyən olunur ki, həmin vaxt təqsirləndirilən şəxsin avtomobili istiqamətində hərəkət etməkdə olan avtomobillər vardır. K.M.İakubov dairədə hərəkətini sonlandırmamış, qoşqu hissə dairəyə keçid etməmiş saat 20:25:52-də “Hyundai Elantra” markalı avtomobil sonuncunun idarə etdiyi yük avtomobilinə çırpılır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, K.M.İakubov idarə etdiyi yük avtomobilinin qabaritlərini nəzərə almadan, yolun maneəsiz olmasından əmin olmadan geriye dönmə əməliyyatını həyata keçirmək məqsədilə 3-cü zolaqdan birbaşa dairəyə daxil olmuşdur. Belə ki, K.M.İakubovun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, şahidlərin, ekspertin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətləri iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs K.M.İakubovun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs K.M.İakubov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, X15 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X15 tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 manat K.M.İakubovdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. iş üzrə maddi sübut kimi tanınmış X11 idarə etdiyi “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, həmin avtomobilə qoşulmuş “KZAP” markalı, **- ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqunun X15, Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçəkmiş şəxsin hüquqi varisinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. K.M.İakubov barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. K.M.İakubova ibtidai istintaq dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə X23 180 (yüz səksən) manat, məhkəmə istintaqı dövründə göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə X4 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 manat X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. iş üzrə maddi sübut kimi tanınmış X11 idarə etdiyi “Kamaz-5410” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, həmin avtomobilə qoşulmuş “KZAP” markalı, **- ZA-*** dövlət qeydiyyat nişanlı Bortlu Meydança tipli 9370 yarımqoşqunun X15, Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai-Elantra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçəkmiş şəxsin hüquqi varisinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. K.M.İakubova ibtidai istintaq dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə X23 180 (yüz səksən) manat, məhkəmə istintaqı dövründə göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə X4 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar