Məhkəmə qərarları › İş №1(002)-8/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-8/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-8/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxs X8 qanuni nümayəndəsi Qanuni nümayəndə qızının iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxxx 1993-cü ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, 12 avqust 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və nəzarəti qanuni nümayəndəsinə tapşırılmış X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30.11.2019-cu il tarixdə saat 17 radələrində Bakı-Ələt magistral yolunun 45-ci km-də Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 3-cü massivdə yerləşən yeni tikili nömrəsiz fərdi yaşayış evin daş hasarından tullanıb qanunsuz olaraq həyətə daxil olub Zərərçəkmiş şəxs2 məxsus həyətin giriş hissəsində divara çəkilmiş olan 1 metrinin qiyməti 80 qəpik təşkil edən 30 metr uzunluğunda 24 manat dəyərində 2,5 mm ölçülü mis elektrik xəttini, evin həyətində olan yeni tikili kiçik otağın (əl-damı) plastik pəncərəsini güc tətbiq edərək açıb saxlanc yerinə qanunsuz daxil olub otaqdan Zərərçəkmiş şəxs2 məxsus 250 manat dəyərində od samovarını, 50 manat dəyərində TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan ¾ BSPT ölçülü, ½ BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan alətini, evin həyətində olan nərdivan vasitəsi ilə evin ikinci mərtəbəsinə qalxıb evin eyvanının qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub evin 1-ci mərtəbəsində mətbəx otağından 1 metrinin qiyməti 1 manat təşkil edən 30 metr uzunluğunda 30 manat dəyərində 6 mm ölçülü mis elektrik xəttini, 1 ədədinin qiyməti 5 manat olan 50 ədəd 250 manat dəyərində spot elektrik işıqlarını, evin 2-ci mərtəbəsində gələcəkdə qonaq otağı üçün nəzərdə tutulmuş otaqdan 40 manat dəyərində POVVER DRİLL markalı elektrik direlini, 120 manat dəyərində Bosh markalı elektrik preparatorunu, 50 manat dəyərində Bosh markalı elektrik laqondanı, 70 manat dəyərində Candan markalı boru ütüsünü, 25 manat dəyərində 30 metr uzunluğunda elektrik qaynaq xəttini, 30 manat dəyərində 30 metr uzunluğunda elektrik qaynaq xəttini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 939 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02.01.2020-ci il tarixdə saat 01 radələrində Bakı-Ələt magistral yolunun 45-ci kmdə Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin eyvanının plastik pəncərəsini vint açanla açıb yaşayış sahəsinə qanunsuz daxil olub evin dəhlizində paltar dolabındakı asılqandan asılan qış gödəkçəsinin cibindən Zərərçəkmiş şəxs4 məxsus 270 manat nağd pulu, evin yataq otağında paltar dolabında olan əl çantasının içərisindən 250 manat dəyərində üzərində 5 ədəd sadə daşları olan paxlava görünüşlü 585 əyyarlı 01 ədəd qızıl üzüyünü, 280 manat dəyərində 585 əyyarlı 01 ədəd zəncir görünüşlü qızıl qol bilərziyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 800 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17.01.2020-ci il il tarixdə saat 01 radələrində Bakı-Ələt magistral yolunun 45-ci km-də Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Dəmiryolçular küçəsində yerləşən yeni tikili nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olub evin pəncərəsini vint açanla açıb yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olub mətbəx hesab olunan otaqdan Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) metrinin qiyməti 60 qəpik təşkil edən hər biri 100 metr uzunluğunda 180 manat dəyərində üzərində Koç Kablo 4 yazılar olan üç bağlama mis tərkibli elektrik xəttlərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 180 manat dəyərində ziyan vuraraq təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12.06.2019-cu il tarixdə saat 18 radələrində Bakı-Ələt magistral yolunun 45-ci km-də Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv 12 nömrəli fərdi yaşayış evinin arxa qapısının üzərindən həyətinə tullanıb evin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında paltar dolabının axırıncı gözündə dəmir mücrü qabının içərisindən Nazdı Allahverdiyevə məxsus qiyməti 380 manat olan 6,5 qram çəkidə 585 əyyarlı, türk istehsalı olan üzərində «Mədinə» sözü yazılmış qızıl uşaq boyun sepini, qiyməti 350 manat olan 5 qram çəkidə 585 əyyarlı, türk istehsalı olan üzərində qılınc klon olan qızıl uşaq boyun sepini, qiyməti 185 manat olan 3 qram çəkidə 585 əyyarlı, türk istehsalı üzərində gül fiquru olan qızıl klonu, qiyməti 350 manat olan 5,1 qram çəkidə 750 əyyarlı, italiya istehsalı olan Qrazella markalı halqa formalı bir cüt qızıl sırqaları, qiyməti 900 manat olan 9 qram çəkidə 750 əyyarlı, italiyan istehsalı olan səbət formalı üzərində rəngli sadə şüşə daşları olan bir cüt qızıl sırqaları, qiyməti 750 manat olan 9,1 qram çəkidə 750 əyyarlı, italiyan istehsalı olan burma zəncir formalı qızıl qadın qolbağı, qiyməti 720 manat olan 12 qram çəkidə 583 əyyarlı, Rusiya istehsalı olan Kordinal markalı zəncir formalı qızıl kişi qolbağı, qiyməti 125 manat olan 4 qram, 585 əyyarlı, Rusiya istehsalı olan yastı formalı üzərində «Əli 2009 NN» yazı olan qızıl uşaq bilərziyi, qiyməti 180 manat olan 3 qram, 585 əyyarlı, türk istehsalı olan zəncir formalı üzərində göz muncuğu olan qızıl uşaq bilərziyi, qiyməti 350 manat olan 5 qram 750 əyyarlı, italiyan istehsalı olan daxilində cızıqları olan, üzərində brilliant daşları olan ağ qızıl kişi üzüyü, qiyməti 625 manat olan 7 qram 750 əyyarlı, italiyan istehsalı olan formalı, üzərində brilliant daşları olan qızıl kişi üzüyü, qiyməti 350 manat olan 5 qram 583 əyyarlı, Rusiya istehsalı olan üzərində brilliant daşları olan qızıl kişi üzüyünü, qiyməti 450 manat olan 6 qram, 583 əyyarlı, Rusiya istehsalı olan ağ yarpaq formalı üzərində brilliant daşları olan qızıl qadın nişan üzüyü, qiyməti 400 manat olan 6 qram, 750 əyyarlı, İtaliya istehsalı olan üzərində brilliant daşları olan ağ qızıl qadın üzüyü, hər birinin qiyməti 200 manat olan 3 (üç) ədəd 600 manat dəyərində 585 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan sadə qızıl qadın üzükləri, qiyməti 300 manat olan 3.6 qram, 585 əyyarlı, türk istehsalı olan sadə qızıl qadın boyun sepi, hər birinin qiyməti 150 manat olan 3 (üç) cüt 450 manat dəyərində 585 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan sadə qızıl uşaq sırqalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 7465 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 30.11.2019-cu il tarixdə saat 17 radələrində Bakı-Ələt magistral yolunun 45-ci kmdə Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massivdə yerləşən yeni tikili nömrəsiz fərdi evin daş hasarından tullanıb qanunsuz olaraq həyətə daxil olub Zərərçəkmiş şəxs2 məxsus həyətin giriş hissəsində divara çəkilmiş olan 1 metrinin qiyməti 80 qəpik təşkil edən 30 metr uzunluğunda 24 manat dəyərində 2,5 mm ölçülü mis elektrik xəttini, evin həyətində olan yeni tikili kiçik otağın (əl-damı) plastik pəncərəsini güc tətbiq edərək açıb saxlanc yerinə qanunsuz daxil olub otaqdan Zərərçəkmiş şəxs2 məxsus 250 manat dəyərində od samovarını, 50 manat dəyərində TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan ¾ BSPT ölçülü, ½ BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan alətini, evin həyətində olan nərdivan vasitəsi ilə evin ikinci mərtəbəsinə qalxıb evin eyvanının qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub evin 1-ci mərtəbəsində mətbəx otağından 1 metrinin qiyməti 1 manat təşkil edən 30 metr uzunluğunda 30 manat dəyərində 6 mm ölçülü mis elektrik xəttini, 1 ədədinin qiyməti 5 manat olan 50 ədəd 250 manat dəyərində spot elektrik işıqlarını, evin 2-ci mərtəbəsində gələcəkdə qonaq otağı üçün nəzərdə tutulmuş otaqdan 40 manat dəyərində POVVER DRİLL markalı elektrik direlini, 120 manat dəyərində Bosh markalı elektrik preparatorunu, 50 manat dəyərində Bosh markalı elektrik laqondanı, 70 manat dəyərində Candan markalı boru ütüsünü, 25 manat dəyərində 30 metr uzunluğunda elektrik qaynaq xəttini, 30 manat dəyərində 30 metr uzunluğunda elektrik qaynaq xəttini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 939 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02.01.2020-ci il tarixdə saat 01 radələrində Bakı-Ələt magistral yolunun 45-ci kmdə Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin eyvanının plastik pəncərəsini vint açanla açıb yaşayış sahəsinə qanunsuz daxil olub evin dəhlizində paltar dolabındakı asılan qış gödəkçəsinin cibindən Zərərçəkmiş şəxs4 məxsus 270 manat nağd pulu, evin yataq otağında paltar dolabında olan əl çantasının içərisindən 250 manat dəyərində üzərində 5 ədəd sadə daşları olan paxlava görünüşlü 585 əyyarlı 01 ədəd qızıl üzüyünü, 280 manat dəyərində 585 əyyarlı 01 ədəd zəncir görünüşlü qızıl qol bilərziyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 800 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X17 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12.06.2019-cu il tarixdə saat 18 radələrində Bakı-Ələt magistral yolunun 45-ci km-də Ələt qəsəbəsi istiqamətində yolun sağ tərəfində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 1-ci massiv 12 nömrəli fərdi yaşayış evinin arxa qapısının üzərindən həyətinə tullanıb evin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında paltar dolabının axırıncı gözündə dəmir mücrü qabının içərisindən Nazdı Allahverdiyevə məxsus qiyməti 380 manat olan 6,5 qram çəkidə 585 əyyarlı, türk istehsalı olan üzərində «Mədinə» sözü yazılmış qızıl uşaq boyun sepini, qiyməti 350 manat olan 5 qram çəkidə 585 əyyarlı, türk istehsalı olan üzərində qılınc klon olan qızıl uşaq boyun sepini, qiyməti 185 manat olan 3 qram çəkidə 585 əyyarlı, türk istehsalı üzərində gül fiquru olan qızıl klonu, qiyməti 350 manat olan 5,1 qram çəkidə 750 əyyarlı, italiya istehsalı olan Qrazella markalı halqa formalı bir cüt qızıl sırqaları, qiyməti 900 manat olan 9 qram çəkidə 750 əyyarlı, italiyan istehsalı olan səbət formalı üzərində rəngli sadə şüşə daşları olan bir cüt qızıl sırqaları, qiyməti 750 manat olan 9,1 qram çəkidə 750 əyyarlı, italiyan istehsalı olan burma zəncir formalı qızıl qadın qolbağı, qiyməti 720 manat olan 12 qram çəkidə 583 əyyarlı, Rusiya istehsalı olan Kordinal markalı zəncir formalı qızıl kişi qolbağı, qiyməti 125 manat olan 4 qram, 585 əyyarlı, Rusiya istehsalı olan yastı formalı üzərində «Əli 2009 NN» yazı olan qızıl uşaq bilərziyi, qiyməti 180 manat olan 3 qram, 585 əyyarlı, türk istehsalı olan zəncir formalı üzərində göz muncuğu olan qızıl uşaq bilərziyi, qiyməti 350 manat olan 5 qram 750 əyyarlı, italiyan istehsalı olan daxilində cızıqları olan, üzərində brilliant daşları olan ağ qızıl kişi üzüyü, qiyməti 625 manat olan 7 qram 750 əyyarlı, italiyan istehsalı olan formalı, üzərində brilliant daşları olan qızıl kişi üzüyü, qiyməti 350 manat olan 5 qram 583 əyyarlı, Rusiya istehsalı olan üzərində brilliant daşları olan qızıl kişi üzüyünü, qiyməti 450 manat olan 6 qram, 583 əyyarlı, Rusiya istehsalı olan ağ yarpaq formalı üzərində brilliant daşları olan qızıl qadın nişan üzüyü, qiyməti 400 manat olan 6 qram, 750 əyyarlı, İtaliya istehsalı olan üzərində brilliant daşları olan ağ qızıl qadın üzüyü, hər birinin qiyməti 200 manat olan 3 (üç) ədəd 600 manat dəyərində 585 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan sadə qızıl qadın üzükləri, qiyməti 300 manat olan 3.6 qram, 585 əyyarlı, türk istehsalı olan sadə qızıl qadın boyun sepi, hər birinin qiyməti 150 manat olan 3 (üç) cüt 450 manat dəyərində 585 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan sadə qızıl uşaq sırqalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 7465 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, X17 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, heç bir cinayət törətməmişdir. O, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Təqsirləndirilən şəxs2la bir qəsəbədə yaşamaqla məhəllə uşağı kimi münasibətləri olmuşdur. Oğurluqları Namiq edərək əldə etdiyi əşyaları özünə məxsus adı ilə ona vermiş, oda həmin əşyaları ondan alaraq özünəməxsus olması adı ilə satmışdır. Belə ki, Namiq ona bir ədəd qızıl bilərziyi 40 manata satmış, o isə həmin əşyanı təxminən 03 yanvar 2020-ci il tarixdə 20 Yanvar metrosunun yanında qızıl-zinət əşyalarının alış-satış yerində 55 manata satmışdır. Bundan başqa bir ədəd pover drill markalı elektrik direlinin, bir ədəd samovarın və bir ədəd rezbaçanın isə satılmasında Namiqə kömək etmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olan Arzumanı çağırtdırıb onun maşınından istifadə etməklə Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yaşan dayısı Aydına 30 manata satmışdır. Sonradan Aydın həmin əşyaların oğurluq olmasını bildikdən sonra ona qaytarmış, o da həmin əşyaları Namiqə qaytarmışdır. Digər oğurluq hadisələri barədə polisdə döyüldüyü üçün qorxusundan etirafedici ifadələr vermişdir. Hansı ki, döyülməyi barədə Qaradağ rayon Prokurorluğunda da araşdırma aparılmışdır. Lakin sonradan şikayətini geri götürmüşdür. O öz ifadəsində daha sonra göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 evində əvvəllər fəhlə işləmişdir. İşdən çıxdıqdan bir müddət sonra Vahid və oğlu Vasif ondan 3 top mis elektrik kabellərini soruşduqda o, həmin kabellərin Namiq tərəfindən oğurlanmasını və tezliklə Namiqdən alıb geri qaytaracağına söz vermişdir. Buna görə də o, Namiqlə görüşmüş və Namiqdən oğurladığı kabelləri aparıb yerinə, yəni Vahidin yaşadığı evə qoymasını bildirsə də Namiq bunu etməmişdir. Sonra o, özü məcbur olub Namiqdə olan həmin elektirik mis kabellərini qırmızı rəngli sellofan torbada təxminən 19 yanvar 2020-ci il tarixdə gecə saat 01 radələrində Vahidin həyətinə gətirmişdir. Həmin zaman Vahidin oğlu Vasif onu görmüş və aralarında mübahisə yaranmışdır. O öz ifadəsində daha sonra bildirmişdir ki, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. Məhkəmədən son olaraq heç bir cinayət törətmədiyinə görə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs1 Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv ev 12də yaşadığı evlə yaxınlıqda yaşayır. Qonşu kimi münasibətləri var. X2 da onunla qonşuluqda yaşayır. Amin ilə bir məhəllə uşağı kimi münasibətləri vardır. Tarixi dəqiq xatırlamır, 2019-cu ilin iyun ayının əvvəli Aminin Nazdının evinə rahat giriş çıxışı olduğundan ona bildirmişdir ki, Nazdinin evində yataq otağında olan qızıl-zinət əşyalarının yerini bilir və ona təklif etmişdir ki, münasib bir vaxtda birlikdə Nazdının evindən qızıl-zinət əşyalarını oğurlayarlar. O da pula ehtiyacı olduğundan tamahını saxlaya bilməyib onunla razılaşmışdır. Belə ki, 12.06.2019-cu il tarixdə Nazdının qardaşı qızının toy günü ilə əlaqədar Nazdı və onun ailə üzvləri toy mərasiminə getmişdilər. Həmin zaman Amin ona bildirmişdir ki, fürsətdir Nazdının evində heç kim yoxdur. Gedək birlikdə evdən oğurluq edək. Belə ki, həmin günü saat 18 radələrində Amin Nazdının həyət evinin arxa tərəfində olan göy dəmir qapının üzərindən həyətə atlanaraq arxadan qapının kilidini açaraq o da həyətə daxil olmuşdur. Evin həyətində digər tərəfdə arxadan cəftəsi açıq olan əsas qapını arxadan bağlamışlar. Açıq olan evin giriş qapısından evə və həmin otaqdanda qapıdan içəri daxil olduqda sağ tərəfdə yerləşən yataq otağına daxil olmuşlar. Evdə heç kim yox imiş. Amin həmin otaqda sol tərəfdə yerləşən dolabın axırıncı gözündə dəmir mücrü qabını çıxardıb yerə qoyaraq ağzını açmışdır. Mücrü qabın içərisində müxtəlif cür qızılzinət əşyaları var imiş. Amin həmin qızıl-zinət əşyalarını götürüb cibinə qoyaraq evi daxil olduqları yerdən tərk etmişlər. Aminlə Nazdının evindən oğurluq etdikdən sonra qonşuluqda olan Firudinin dükanından iki piyvə, iki qutu siqaret almışlar. Sonra oradanda yaxınlıqda olan Dəmiryolçular küçəsində heç kəsin olmadığı yerə gedərək qızıl-zinət əşyalarını nəzərdən keçirmişlər. Həmin qızıl-zinət əşyalardan yadında qalanları təsvir edərək bildirmişdir ki, «Mədinə» sözü yazılmış qızıl uşaq boyun sepi, qılınc klon olan qızıl uşaq boyun sepi, gül fiquru olan qızıl klon, səbət formalı üzərində rəngli şüşə daşları olan bir cüt qızıl sırqalar, burma zəncir formalı qızıl qadın qolbağı, üzərində «Əli 2009 NN» yazı olan qızıl uşaq bilərziyi, üzərində göz muncuğu olan qızıl uşaq bilərziyi, müxtəlif qızıl kişi və qadın üzükləri, qızıl qadın boyun sepi və sairə yadında qalmayan qızıl-zinət əşyaları var imiş. Həmin qızıl-zinət əşyalarını Amin ilə yarı bölmüşlər. Lakin hansıların Aminə, hansıların özünə düşməsi yadında qalmamışdır. O, bilirmiş ki, sənədi olmadığı halda həmin qızıl-zinət əşyalarını sata bilməz. Bu səbəbdən də heç yerə təqdim etməmişdir. Buna görə də Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yaşayan məhəllə uşağı kimi tanıdığı Vəliyə payına düşən həmin qızıl-zinət əşyalarını göstərib guya hansısa bir qohumuna məxsus olmaqla pul lazım olduğundan təcili olaraq satmağını bildirmişdir. Həmin qızıl-zinət əşyalarını satmaqda ona kömək edə biləcəyi halda əldə etdikləri pulu yarı böləcəyini Vəliyə bildirmişdir. Çünki o, həmin qızıl-zinət əşyalarının bir o qədərdə çox pul edəcəyini bilmirmiş. Vəli də onunla razılaşmışdır. Belə ki, hadisədən təxminən 3-4 gün sonra Vəli ilə Sumqayıt şəhərində ticarət mərkəzində qızılzinət əşyalarının qəbulu olan bir obyektə getmişlər. Orada Vəli həmin qızıl-zinət əşyalarının özünə məxsus olmasını, öz şəxsiyyət vəsiqəsi ilə tanımadığı qızılçıya 3000 manata satmışdır. O da biçarə qalaraq Vəliyə söz verdiyi kimi həmin puldan 1500 manatını ona vermişdir. Qalan 1500 manatı isə yadında qalmayan yerlərə yeyib-içməyə xərcləmişdir. Bundan başqa o, pula ehtiyacı olduğundan Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3cü massivdə yerləşən nömrəsiz fərdi qaydada yarım tikili, uzaq qohumu sayılan nənəsinin bacısı Afətin əri Arifin evindən oğurluq etmək qərarına gəlmiş və bu barədə bir qəsəbədə yaşayan məhəllə uşağı kimi münasibətləri olan Fədata təklif etmişdir. Fədatda onunla birgə oğurluq etməkdə razılaşmışdır. Belə ki, tarixi dəqiq yadında qalmamışdır, 2019-cu ilin noyabr ayının sonu səhv etmirsə 30.11.2019-cu il tarixdə Fədatla ikisi təxminən saat 17 radələrində həmin evin yanına piyada gəlmişlər. Evdə heç kəs yox imiş. Fədatla razılaşmışlar ki, o pusquda dursun, yəni bir kimsə gələcəyi təqdirdə ona xəbər verəcək, o isə həmin evə daxil olsun. Belə ki, o evin sağ tərəfində olan daş hasara dırmaşıb hasardan həyətə aşmışdır. Evin həyətində ilkin olaraq əl damı deyilən yeni tikili otağın plastik pəncərəsini sındırmadan güc tətbiq edərək açıb həmin otağa daxil olmuşdur. Həmin kiçik otaqda qapının sol tərəfində olan samovarı oğurlayıb həyətə daxil olduğu istiqamətə qoymuş, bundan sonra həyətdə yeni tikili evin birinci mərtəbəsində olan giriş qapısı bağlı olduğundan, qarşısında olan taxta nərdivanla evin ikinci mərtəbəsinə çıxmış və evə giriş qapısının açıq olmasından istifadə edərək evə daxil olmuşdur. Evin ikinci mərtəbəsində otaqların birindən üzərində POVVER DRİLL yazıları olan, qırmızı, qara, boz rəngli elektrik direl və rezba açan aləti oğurlayaraq evi tərk edib həmin əşyaları samovar ilə birlikdə hasarın arxa tərəfində onu gözləyən Fədata ötürmüşdür. O da həmin əşyaları ondan alaraq köməklik etmişdir. Həmin əşyalarla birlikdə yol kənarına çıxıb Fədatın mobil telefon vasitəsi ilə çağırdığı lakin oğurluqdaq heç bir xəbəri olmayan qəsəbə sakini Arzumanın taksi kimi fəaliyyət göstərdiyi “VAZ” 21905 markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ərazini tərk etmişlər. Taksi Arzumana guya Fədatın evindən gəlməklərini bildirmişlər. Həmin əşyalar bir müddət Fədatda qalmış sonrada deməsinə görə onların hamısını qəsəbə sakini Aydına 30 manata satmış, ona isə həmin puldan 10 manat vermişdir. O da həmin pulu yadında qalmayan yerlərə öz israfına xərcləmişdir. Sonradan Aydın həmin əşyaların oğurluq olmasından şübhələnib Fədata qaytarmışdır. Oğurladıqları samovarı tarixini xatırlamır, 2020-ci ilin yanvar ayının əvvəlləri Fədatla birlikdə Arzumanın idarə etdiyi taksi avtomobili ilə Qaradağ rayonu, Sahil qəsəbəsində “Optimal” ticarət mərkəzin yanına aparıb birlikdə Fərhad adlı kişiyə qiymətdə aşağı yuxarı edərək 12 manata satmışlar. Həmin Fərhad adlı kişi samavarı alarkən onlardan şəxsiyyət vəsiqələrini istəmişdir. Lakin üzərlərində heç bir sənədləri olmadığından həmin alıcı öz mobil telefon vasitəsi ilə çəkiliş apararaq o, samovarın özünə məxsus olmaqla oğurluq olmamasını bildirmişdir. Həmin zaman Fədat çəkilişi görüb obyektdən çölə çıxmışdır. Rezba açan isə onda qalmaqla onu istintaqa təqdim etmişdir. Bundan başqa o, pula ehtiyacı olduğundan mənzildən və ya evdən oğurluq etmək məqsədi ilə 02.01.2020-ci il il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində Dəmiryolçular küçəsini Fədatla gəzirmiş. Dəmiryolçular küçəsi 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin işığının sönük olmaqla plastik pəncərəsini və həmin pəncərəyə çıxmaq üçün dırmaşmaq münasib olduğundan həmin mənzildən oğurluq etmək qərarına gəlmişlər. Həmin mənzildən oğurluq etməyi Fədat öz üzərinə götürmüş və o da pusquda durmağı, yəni bir kimsə gələcəyi təqdirdə tez yuxarı qalxıb evin qapısını döyməklə xəbər verəcəyini öz üzərinə götürmüşdür. Mənzildən oğurluq etməyini özü qərar vermiş, Fədat onu oğurluq etməyə təhrik etməmişdir. Belə ki, o, binanın giriş blokunun qarşısında pusquda durmaqla Fədat blokun əl damına, oradan da qaz borusunun üzərinə, orada da həmin mənzilin plastik pəncərəsinə vint açanla müdaxilə edib pəncərəni açıb evə daxil olmuşdur. Təxminən 5 dəqiqədən sonra Fədat daxil olduğu pəncərədən geriyə çıxaraq çıxdığı kimidə yerə düşmüş və onlar ərazini tərk etmişlər. Bir qədər kənara çəkildikdən sonra Fədat ona bildirmiş ki, mənzildən 10 manat pul, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl qol bilərziyi oğurlamışdır və onları ona göstərmişdir. Həmin qızıl-zinət əşyaları və pul Fədatda qalmışdır. Təxminən 2-3 gündən sonra Fədatla görüşdükdə Fədat ona bildirmişdir ki, 01 ədəd qızıl qol bilərziyini 03.01.2020-ci il tarixdə özü 20 yanvar metrorsunun yaxınlığında qızılçıya satmış, 01 ədəd qızıl üzüyü isə tanımadığı adama satmaqla 100 manat əldə etmiş və həmin puldan 50 manatını ona vermişdir. O da həmin pulu yadında qalmayan yerlərə öz israfına xərcləmişdir. Bu hadisələrdən bir müddət sonra Fədat ona qəsəbə sakini Vasifin atası Vahidin evindən 3 topa mis elektrik naqillərini oğurladığını və həmin oğurluğu boynuna götürməyini və həmin elektrik xətlərini aparıb onların həyətinə qoymağını ondan xahiş etmişdir. Lakin o, Fədatla razı olmamışdır. Qeyd etdiyi oğurluqlardan başqa heç bir oğurluq etməmişdir. Fədatın qəsəbə sakini Vahidin evindən üç büküm elektrik naqillərinin oğurluq etməsində o, iştirak etməmiş, Fədat sadəcə sonradan həmin yerdən oğurluq etməsini ona bildirmişdir. Oğurluq edən zaman onları heç kəs görməyib. Oğurluq etdiyi barədə heç kimə bir söz deməmiş, oğurluq etdiyi yerləri göstərə bilər. Fədat onun yetkinlik yaşına çatmadığını bilməmiş və onu heç bir oğurluğu törətməyə məcbur etməmişdir. Fədat elə bilirmiş ki, onun 19-20 yaşı var. Oğurluq etməyi özü qərar vermişdir. Arifin evindən digər əşyaların oğurlanmasından xəbəri yoxdur. O öz ifadəsində daha sonra göstərmişdir ki, törətdiyi əməllərdən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə qızının iştirakı ilə təqsirləndirilən şəxs X17 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Valideynləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 222 №-li tam orta məktəbin 9 sinifini 2019-cu ildə bitirdikdən sonra peşə məktəbinə daxil olmaq məqsədi ilə 9-ci sinifdən məktəbdən çıxmışdır. Lakin sonradan peşə məktəbinə də daxil ola bilməmişdir. Nazdı yaşadığı evin yaxınlığında yaşayır. Qonşu kimi münasibətləri var. Heç bir qohumluq münasibətləri yoxdur. Əvvəllər anasının Nazdı ilə qonşu kimi münasibətləri olduğundan onunda uşaqlıqdan Nazdının evinə gediş gəlişi olmuşdur. Münasibətləri yaxşı olmuşdur. 2017-ci il ikinci yarısında təxminən oktyabr ayında anası Vəsilənin Nazdı ilə aralarında alış verişə səbəb inciklik yarandığından onların Nazdının evinə gediş gəlişləri kəsilmişdir. Təqsirləndirilən şəxs2 ilə bir məktəbdə paralel oxumuşlar. Məktəbdən və qəsəbədən münasibətləri yaranmışdır. Məhəllə uşağı kimi bir yerdə oturub durmuşlar onunla münasibətləri yaxşı olmuşdur. Aralarında heç bir şəxsi qərəzlik və düşmənçilikləri olmayıb və yoxdur. Namiqi Nazdının evində görməmişdir. Hazırda isə Namiqlə tez-tez görüşməsələrdə salamları vardır. Namiqlə heç bir oğurluq etməmişlər. Təqsirləndirilən şəxs2 göstərdiklərinin yalan olmasını və onunla Nazdının evindən heç bir oğurluq etməməsini bildirmişdir. O öz ifadəsində son olaraq heç bir cinayət törətmədiyinə görə məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. 2009-ci ildə anadan olmuş oğlu X9, qızı 2012-ci ildə anadan olmuş X3 ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. 2012-ci ildə vəfat etmiş qardaşı Salehin qızının toy mərasimi ərəfəsində evində səliqə səhman yaratmışdır. 12.06.2019-cu il tarixdə qız toy günü evdə olan qızıl-zinət əşyalarını yerbəyer edib toy üçün özünə vacib olanları götürdükdən sonra qalan qızıl-zinət əşyalarını gümüş rəngli iki qat dəmir mücrü qabına yerləşdirib evdə yataq otağında olan paltar dolabının axırıncı gözünə yerləşdirmişdir. 12.06.2019-cu il tarixdə evində olmuş qonaqları Orxan arvadı Gülminə və iki az yaşlı uşaqları saat 17 kimi evində olmuşlar. Həmin zaman onlar birlikdə ailəvi evdən çıxaraq Sahil qəsəbəsində olan toy məclisinə getmişlər və həmin zaman evdə heç kim olmamışdır. O, sonuncu olaraq evdən çıxarkən evinin giriş qapısını bağlamasada həyət qapını bağlamışdır. Evinin həyətinin iki qapısı vardır. Həyətinin arxa tərəfində olan göy rəngli dəmir qapının üst tərəfi boşdur. Yəni cavan insan oradan atlana bilər. Qapının həyət tərəfdən cəftəsi rahatçılıqla açılır. Toy bitdikdən sonra həmin günü axşam saat 23 radələrində evinə qayıdarkən evi səliqəli vəziyyətdə olduğundan qızıl-zinət əşyalarının olduğu yerə baxmadığı üçün əşyalarının oğurlanmasını bilməmişdir. 17.06.2019-cu il tarixdə evdə yır-yığış edərkən toy üçün istifadə etdiyi qızıl-zinət əşyalarını yataq otağında olan paltar dolabının axrıncı gözünə mücrü qabına yerinə qoymaq istəyərkən iç-içə dəmir mücrü qablarında saxladığı digər qızıl-zinət əşyalarının yerində olmamasını görmüşdür. Bu barədə qohumlarına xəbər versə də tapa bilməmişlər. Bu səbəbdən də 19.06.2019-cu il tarixdə 102 xidmətinə oğurluq hadisəsi barədə məlumat vermişdir. Evindən özünə məxsus oğurlanmış qızıl-zinət əşyalarını sadalayaraq qiyməti 380 manat olan 6,5 qram çəkidə 585 əyyarlı, türk istehsalı olan üzərində «Mədinə» sözü yazılmış qızıl uşaq boyun sepini, qiyməti 350 manat olan 5 qram çəkidə 585 əyyarlı, türk istehsalı olan üzərində qılınc klon olan qızıl uşaq boyun sepini, qiyməti 185 manat olan 3 qram çəkidə 585 əyyarlı, türk istehsalı üzərində gül fiquru olan qızıl klonu, qiyməti 350 manat olan 5,1 qram çəkidə 750 əyyarlı, italiya istehsalı olan Qrazella markalı halqa formalı bir cüt qızıl sırqaları, qiyməti 900 manat olan 9 qram çəkidə 750 əyyarlı, italiyan istehsalı olan səbət formalı üzərində rəngli sadə şüşə daşları olan bir cüt qızıl sırqaları, qiyməti 750 manat olan 9,1qram çəkidə 750 əyyarlı, italiyan istehsalı olan burma zəncir formalı qızıl qadın qolbağı, qiyməti 720 manat olan 12 qram çəkidə 583 əyyarlı, Rusiya istehsalı olan Kordinal markalı zəncir formalı qızıl kişi qolbağı, qiyməti 125 manat olan 4 qram, 585 əyyarlı, Rusiya istehsalı olan yastı formalı üzərində «Əli 2009 NN» yazı olan qızıl uşaq bilərziyi, qiyməti 180 manat olan 3 qram, 585 əyyarlı, türk istehsalı olan zəncir formalı üzərində göz muncuğu olan qızıl uşaq bilərziyi, qiyməti 350 manat olan 5 qram 750 əyyarlı, italiyan istehsalı olan daxilində cızıqları olan, üzərində brilliant daşları olan ağ qızıl kişi üzüyü, qiyməti 625 manat olan 7 qram 750 əyyarlı, italiyan istehsalı olan formalı, üzərində brilliant daşları olan qızıl kişi üzüyü, qiyməti 350 manat olan 5 qram 583 əyyarlı, Rusiya istehsalı olan üzərində brilliant daşları olan qızıl kişi üzüyünü, qiyməti 450 manat olan 6 qram, 583 əyyarlı, Rusiya istehsalı olan ağ yarpaq formalı üzərində brilliant daşları olan qızıl qadın nişan üzüyü, qiyməti 400 manat olan 6 qram, 750 əyyarlı, İtaliya istehsalı olan üzərində brilliant daşları olan ağ qızıl qadın üzüyü, hər birinin qiyməti 200 manat olan 585 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan 3 (üç) ədəd sadə qızıl qadın üzükləri, qiyməti 300 manat olan 3.6 qram, 585 əyyarlı, türk istehsalı olan sadə qızıl qadın boyun sepi, hər birinin qiyməti 150 manat olan 585 əyyarlı, türk istehsallı, üzərində sadə daşlar olan 3 (üç) cüt sadə qızıl uşaq sırqalarının oğurlanmasını bildirmişdir. Oğurlanmış qızıl-zinət əşyaları özünə məxsus imiş və mənzilindən həmin əşyaların oğurlanması nəticəsində ona 7.465 manat ziyan dəymişdir. Evində oğurluq baş verərkən əmlakını zədələməyiblər. Buna görə də əmlakına ziyan dəyməmişdir. 21.01.2020-ci il tarixdən etibarən evindən qızıl-zinət əşyalarını oğurlayan şəxslər ona məlum olmuşdur. Həmin şəxslər onunla qonşuluqda yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və X11r. O, bununla tamamilə razıdır və hesab edir ki, Namiqi də evindən oğurluq etməyə yönəldən Amindir. Çünki o, Aminin anası Vəsilə ilə əvvələr münasibətləri yaxşı olmaqla evinə tez-tez gəliş gedişləri olduğundan Amin evində qızıl-zinət əşyalarının yerini bilirmiş. Çünki o demək olar ki, onun evində böyüyüb. Namiq əvvəllər etiraf etməsə də lakin iş açılandan sonra Namiq onu əmin etmişdir ki, 12.06.2019cu il tarixdə qardaşı qızının toy məclisi ilə əlaqədar evində olmadığı zaman Aminin təklifi ilə evindən qızıl-zinət əşyalarını ikisi birlikdə oğurlamışlar. Oğurluqdan sonra Namiqin payına düşən qızıl-zinət əşyalarını qəsəbədə yaşayan Vəlinin sənədi ilə Sumqayıt şəhərində satmışlar. Lakin Amin utandığından törətdiyi oğurluğu etiraf etmək istəmir. İfadəsi ilə ərizəsi və izahatı arasında ziddiyət olduğu halda ifadəsini əsas götürülməsini xahiş etmişdir. Ərizə və izahat yazarkən həyacanlı olmuşdur. Ola bilsin ki, nəyisə tam və düzgün yazmamışdır. Oğurluq zamanı evində heçnə sındırılmamış və zədələnməmişdir. Məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 24.02.2020-ci il tarixli, 2989/2990 saylı rəyində göstərilən qiymətlərlə razı olmayaraq ifadəsində göstərilən ziyanın əsas götürülməsini xahiş edir. Belə ki, qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona 7465 manat ziyan dəymişdir. Evindən başqa heç nə oğurlanmamışdır. Təqsirləndirilən şəxs X12 qarşı şikayətçi olmaqla ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sənqəçal qəsəbəsi, 3-cü massivdə nömrəsiz fərdi yaşayış evi tikdirirmişlər. Belə ki, hadisə baş verməmişdən qabaq təxminən 27.11.2019-cu il tarixdə evdə olmuşlar. Ailə üzvləri axrıncı dəfə həmin tarixdə evdən çıxdıqdan sonra qapını bağlayıb evdən çıxmışlar. 02.12.2019-cu il tarixdə evə gələndə görmüşlər ki, işıq yanmır. O, oğurluq olduğundan şübhələnmiş evə və həyətə baxış keçirərkən görmüşdür ki, naməlum şəxs (lər) tərəfindən həyətin giriş hissəsində divara çəkilmiş olan 1 metrinin qiyməti 80 qəpik təşkil edən 30 metr uzunluğunda 24 manat dəyərində 2,5 mm ölçülü mis elektrik xətti gəsilərək oğurlanmış, evin həyətində olan yeni tikili kiçik otağın (əl-damı) plastik pəncərəsi sındırılmadan açılaraq saxlanc yerinə qanunsuz daxil olunub otaqdan ona məxsus 250 manat dəyərində od samovarı, 50 manat dəyərində TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan ¾ BSPT ölçülü, ½ BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan aləti, evin həyətində olan nərdivan vasitəsi ilə evin ikinci mərtəbəsinə qalxıb evin eyvanının qapısının açıq olmasından istifadə edərək saxlanc yeri sayılan qanunsuz evə daxil olub evin 1-ci mərtəbəsində mətbəx otağından 1 metrinin qiyməti 1 manat təşkil edən 30 metr uzunluğunda 30 manat dəyərində 6 mm ölçülü mis elektrik xətti, 1 ədədinin qiyməti 5 manat olan 50 ədəd 250 manat dəyərində spot elektrik işıqları, evin 2-ci mərtəbəsində gələcəkdə qonaq otağı nəzərdə tutulmuş otaqdan 40 manat dəyərində POVVER DRİLL markalı elektrik direli, 120 manat dəyərində Bosh markalı elektrik preparatoru, 50 manat dəyərində Bosch markalı elektrik laqonda, 70 manat dəyərində Candan markalı boru ütüsü, 25 manat dəyərində 30 metr uzunluğunda elektrik qaynaq xətti, 30 manat dəyərində 30 metr uzunluğunda elektrik qaynaq xəttləri oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 939 manat dəyərində ziyan dəymişdir. O, bütün bunların oğurlandığını aşkar etdikdən sonra bu barədə ailə üzvlərinə məlumat vermiş və sonrada anası X18 DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. İfadəsi ilə ərizəsi arasında ziddiyət olduğu halda ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Ərizə yazarkən həyacanlı olmuş, oğurlanmış əşyalarını 500 manat göstərmişdir. Lakin sonradan dəqiqləşdirmiş və ifadəsində göstərdiyi əşyaların oğurlanmasını müəyyən etməklə ona dəymiş ziyanıda ifadəsində göstərdiyi kimi müəyyən etmişdir. Oğurluq zamanı evində heçnə sındırılmamış və zədələnməmişdir. Oğurlanmış əşyalar ona məxsus olmuşdur. Əşyaların oğurlanmasında uzaq qohumu Namiq və onunla oturub duran Fədatdan şübhələnirmiş. Çünki qəsəbədə hamı bilir ki, onların əli əyridir. Anası Afətin 102 xidmətinə vermiş olduğu oğurluq məlumatı ilə əlaqədar cavab olaraq bildirmişdir ki, əvvəllər tarixi yadında qalmayan vaxtlarda həyətlərindən xırda para əşyalar oğurlansa da şikayət etməmişlər. Misal üçün əvvəllər Namiq bir dəfədə həmin somavarı onların həyətdən oğurlayaraq öz evlərinə aparmış, hansı ki, o, somavarını onlarda aşkar edib şikayət etmədən evinə gətirmişdir. Bu səbəbdəndə anası Afət 102 məlumatına 3-cü dəfədir ki, evdən oğurluq olmasını bildirmişdir. Hansı ki, onlar əvvəllər heç bir yerə şikayət etməmişlər. Həmin oğurlanmış əşyalar ona məxsus imişlər və onları görsə tanıya bilərmiş. Məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 24.02.2020-ci il tarixli, 2989/2990 saylı rəyində göstərilən qiymətlərlə razı olmayaraq ifadəsində göstərilən ziyanın əsas götürülməsini xahiş etmişdir. Belə ki, əşyalarının oğurlanması nəticəsində ona 939 manat ziyan dəymişdir. Evindən başqa heç nə oğurlanmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməsə də onlarla barışdığını və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə kirayədə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. 01.01.2020-ci il tarixdən 02.01.2020-ci il tarixədək yeni il bayramı ilə əlaqədar ailəsi ilə yaşadığı evində olmamışdır. Sonuncu dəfə evdən çıxanda evin qapı pəncərələrini bağlayıb çıxmışdır. 02.01.2020-ci il tarixdə səhər saat 08:40 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin giriş qapısını bağladığı kimi rahat açıb evə daxil olmuşdur. Evdə yataq otağında paltar dolabında olan əl çantasının yatağın üzərində ağzı açıq vəziyyətdə, mətbəxin ağ plastik pəncərəsinin bir layının açıq olmasını görüb mənzildə oğurluq olmasını başa düşmüşdür. Mənzilə baxış keçirərkən həmin ağzı açıq vəziyyətdə olan qara rəngli qadın əl çantasının içərisindən ona məxsus 250 manat dəyərində üzərində 5 ədəd sadə daşları olan paxlava görünüşlü 585 əyyarlı 01 ədəd qızıl üzüyün, 280 manat dəyərində 585 əyyarlı 01 ədəd zəncir görünüşlü qızıl qol bilərziyinin və evin dəhlizində paltar dolabında asılan qış gödəkçəsinin cibindən 270 manat pul əskinazlarının oğurlanmasını aşkar etmişdir. Həmin zaman oğurluq hadisəsi baş verməsi barədə 102 xidmətinə məlumat vermişdir. Mənzilində oğurluq hadisəsini aşkar etdikdə çox həyacanlı vəziyyətdə imiş. Həmin zaman tələsərək yalnız qızıl qol bilərziyinin oğurlanmasını zənn edib 102 xidmətinədə yalnız qızıl qol bilərziyinin oğurlanmasını bildirmişdir. 102 xidmətinə məlumat verdikdən sonra qızıl üzüyün və 270 manat pulunun oğurlanmasını aşkar etmişdir. Bu səbəbdən də 102 xidmətinə yalnız qızıl qol bilərziyinin oğurlanmasını bildirmişdir. Mənzilindən oğurluq nəticəsində ona 800 manat dəyərində maddi ziyan dəymişdir. İfadəsi ilə 102 xidmətinə verdiyi məlumat arasında ziddiyət olduğu halda ifadəsinin əsas götürülməsini xahiş etmişdir. 102 xidmətinə məlumat verərkən həyəcanlı olmuşdur. Ola bilsin ki, nəyisə tam və düzgün deməmişdir. Oğurluq zamanı evində heçnə sındırılmamış və zədələnməmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Dəmiryolçular küçəsində fərdi qaydada həyət evi tikdirmişdir. Evin qapı pəncərəsi qoyulsa da təmirsizdir. Evin təmiri ilə əlaqədar Səngəçal qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 yeni tikili evində bir müddət fəhlə kimi işləmişdir. Aralarında heç narazıçılıq olmamışdır. 17.01.2020ci il il tarixdə səhər saatlarında həmin yeni inşa etdirdiyi evinə baxış keçirərkən evin birinci mərtəbəsində olan giriş qapısının sağ tərəfində plastik pəncərəsinin açıq olmasını və evin içərisində gələcəkdə mətbəx hesab olunan otaqdan bir həftə öncə, bir metrinin dəyəri təxminən 20-25 qəpik olmaqla hər bir bağlamada 100 metr olmaqla, ümumilikdə 3 bağlamanın dəyəri təxminən 70-75 manat mis elektrik xəttlərinin oğurlanmasını aşkar etmişdir. Əvvəlcə həyətində işləyən ustalardan birinin lazım olduğundan götürməsini zənn edib dərhal polisə şikayət etməmişdir. Sonradan ustaların bundan xəbərsiz olduqlarını və əvvəllər həyətində fəhlə işləmiş Fədatdan bu barədə soruşduqda qəsəbədə yaşayan Namiq adlı şəxs tərəfindən oğurlanmasını və o, Namiqə bu barədə xəbərdar edərək Namiqin həmin elektrik xəttlərini gətirib yerinə qoyacağını bildirmişdir. Bundan sonra Fədat 19.01.2020-ci il tarixdə gecə saat 01 radələrində ona məxsus elektrik xəttlərinin bir qismini qırmızı rəngli sellofan torbada tikdirdiyi evin hasarından gizli olaraq həyətinə atarkən oğlu Vasif həmin anı görərək Fədatdan bu barədə nə məsələ olduğunu soruşmuşdur. Fədat isə həmin elektrik xəttlərini Namiq gətirmədiyindən Namiqdən alaraq özü gətirib həyətə atmağı qərar vermişdir. Bəs onda nə üçün şəxsən özlərinə yox gizli olaraq evin hasarından həyətə atmasını soruşduqda Fədat həmin elektrik xəttlərinin onun tərəfindən verilməsini bilinməsini istəmədiyini bildirmişdir. Bundan sonra o, elektrik xəttlərinin oğurlanmasına əmin olduqdan sonra 20.01.2020-ci il tarixdə ərizə ilə 11-ci PB-nə müraciət etmişdir. Həmin elektrik xəttlərinin oğurlanmasında Fədatdan şübhələnirmiş. Çünki o tüfeyli həyat tərzi sürməklə yanaşı onun şikayətindən sonra atası Bəşirdə həmin oğurluğun oğlu Fədat tərəfindən törədilməsini və ona dəymiş ziyanın yaxın zamanda ödəniləcəyini və ondan şikayət etməməyini xahiş etmişdir. Fədatın tüfeyli həyat tərzinə görə onu evində gedən təmirdən uzaqlaşdırmışdır. Fədatın, oğlu Vasif tərəfindən döyülməsi ilə əlaqədar bildirmişdir ki, o, həmin zaman onların yanında olmasada sonradan oğlu Vasif ona bildirmişdir ki, həmin elektrik xəttlərinin oğurlanması ilə əlaqədar 19.01.2020-ci il tarixdə o, tanışı Xosenin avtomobilində Fədatla polisə gedərkən Fədat polisə getməkdən imtina edərək yolda aralarında yaranmış mübahisə zamanı Fədat Vasifə əl qol atdığından Vasifdə özünü müdafiə etmişdir. Lakin oğlu Vasif onu vurmamışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində oğurlanmış elektrik xəttlərinin dəyərini səhv göstərərək bir metrinin 60 qəpik olduğunu bildirmişdir. Əslində isə həmin mis elektrik xəttinin bir metri təxminən 20-25 qəpikdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış, özünə məxsus olan 2 ədəd, təzə vəziyyətdə, üzəri qara və qırmızı rəngli izolyasiyalı 1 ədədinin üzərində “KOÇ KABLO” yazısı olan, diametrləri 4,0 mm olan çox simli kabelin ona geri qaytarılması barədə qəbzə imza etsə də həmin əşyaları hal-hazıradək götürməmiş və polisdə qalmışdır. O, hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Təqsirləndirilən şəxs2 onunla bir qəsəbədə qonşuluqda yaşayır. Aralarında heç bir qohumluq münasibətləri yoxdur. Bir məhəllədən bir-birlərini tanımışlar. Tarixi dəqiq xatırlamır. 2019-cu ilin iyun ayının təxminən ortalarında yaşadığı evin küçəsində olarkən Namiq ona yaxınlaşaraq bir ədəd politelin sellofanda müxtəlif cür qızıl-zinət əşyalarını ona təqdim edib hansısa bir qohumu yataq xəstəsi olduğundan xahişi ilə ona məxsus qızılzinət əşyalarını satmasını bildirmişdir. O, Namiqə qızıl-zinət əşyasının ona lazım olmamasını bildirmişdir. Namiq ondan həmin qızıl-zinət əşyalarını kiməsə satmaqda ona kömək etməsini xahiş etmişdir. O isə Namiqə onun belə bir adamının olmadığını bildirmişdir. Namiq ona şəxsiyyət vəsiqəsi olmadığından həmin qızıl-zinət əşyalarını sata bilmədiyini və onun şəxsiyyət vəsiqəsinin vasitəsi ilə satılmasını və bu köməyi ona etdiyi halda pulun yarısını ona verəcəyini bildirmişdir. Namiqdən həmin qızıl-zinət əşyalarının oğurluq olub olmamasını soruşmuş, Namiq ona and vermişdir ki, həmin qızıl-zinət əşyaları oğurluq deyildir. Beləliklə o, Namiqlə razılaşıb 18.06.2019-cu il tarixdə günorta saatlarında Namiqlə birlikdə Sumqayıt şəhərində ticarət mərkəzinə gedib orada şəxsiyyət vəsiqəsi ilə həmin qızıl-zinət əşyalarını qızılların alışı və satışı şöbəsində tanımadığı alıcıya iki dəfəyə 3000 manata satmışdır. O, bilmirmiş ki, həmin qızıl-zinət əşyaları o qədər pul tutar. Bu səbəbdəndə Namiqə həmin pulun yarısından az pul verməsini bildirmişdir. Lakin Namiq «söz danışıqdan keçər» deyib danışdıqları kimi həmin 3000 manat puldan 1500 manatını ona vermişdir. Bundan sonra o da həmin 1500 manatı öz ehtiyaclarına xərcləmişdir. O, Namiqin həmin satdığı qızıl-zinət əşyalarının oğurluq olmasını bilmirmiş. O, bunu bilsəydi əvvəla heç vaxt şəxsiyyət vəsiqəsi ilə həmin qızıl-zinət əşyalarını satmazdı. Bundan başqa o, həmin qızıl-zinət əşyalarının oğurluq olmasını bilsəydi dərhal 102 xidmətinə məlumat verərdi. Satdıqları yadında qalan həmin qızıl-zinət əşyalarını təsvir edərək bildirmişdir ki, həmin qızıl-zinət əşyalarının arasında «Mədinə» sözü yazılmış qızıl uşaq boyun sepi, qılınc klon olan qızıl uşaq boyun sepi, gül fiquru olan qızıl klon, səbət formalı üzərində rəngli şüşə daşları olan bir cüt qızıl sırqalar, burma zəncir formalı qızıl qadın qolbağı, üzərində «Əli 2009 NN» yazı olan qızıl uşaq bilərziyi, üzərində göz muncuğu olan qızıl uşaq bilərziyi, müxtəlif qızıl kişi və qadın üzükləri, qızıl qadın boyun sepi və sairə yadında qalmayan qızıl-zinət əşyaları var imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyildir, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 onun bacısı Firəngizin oğludur. Münasibətləri yaxşıdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Fədat mobil telefon vasitəsi ilə ona iki ədəd laqonda və elektrik direli 70 manata satmasını bildirmişdir. O, Fədatla razılaşıb almağını bildirsə də lakin Fədat həmin əşyaları gətirməmişdir. Bundan sonra o da heç bununla əlaqədar maraqlanmamışdır. O, Fədatdan həmin əşyaları haradan əldə etməsini soruşmamış, Fədatda ona bu barədə heç bir söz bildirməmişdir. Bundan bir müddət sonra tarixi yadında qalmamışdır. 2019-cu ilin dekabr ayında Fədat mobil telefonu vasitəsi ilə ona Namiqdə satılıq rezba açan, elektrik direl və samovar olmasını və 30 manata satmasını bildirmişdir. O da Fədatla razılaşıb işi ilə əlaqədar evdə olmadığını, həmin əşyaları evinə gətirməsini bildirmişdir. Fədatda həmin əşyaları evinə gətirərək onun tapşırığı ilə arvadı İlahədən 30 manat pulu alıb çıxıb getmişdir. Sabahsı günü o, evə gəldikdə evinin həyətində Fədatın gətirdiyi rezba açana, elektrik direlə və samovara baxıb bu barədə arvadı İlahəyə bir daha bildirmişdir. Bundan sonra tarixində səhv etmirsə 06.01.2020-ci il tarixdə aldığı rezba açan, elektrik direl və samovarın oğurluq olmasını eşidib həmin əşyaları Fədatı və Namiqi çağırtdırıb onlara qaytarmışdır. 01.01.2020-ci il tarixdə bayramla əlaqədar Fədat və onun digər ailə üzvləri günorta saatlarında onlara qonaq gəlib həmin günü axşam saat 21 radələrində çıxıb evlərinə getmişlər. Bundan sonra həmin günü və 02-nə keçən gecə Fədat onlara gəlməmişdir. Qeyd etmək istəmişdir ki, yaşadığı evinin həyət qapısı siyirmə cəftə ilə hər iki tərəfdən açılıb bağlanır. Lakin evinin qapısı evin içərisindən kilidlə bağlanır. Həyətinə gələn həyət qapısını açıb içəri daxil ola bilir. Fədat həmin zaman evinin həyətinə gəlibsə belə onun bundan xəbəri olmayıb. Bundan sonra o növbəti dəfə Fədatı 02.01.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınlığında magistral yolda o, işə gedərkən görmüşdür. Həmin zaman Fədat yaşadığı ev istiqamətində gedirmiş. Fədatdan aldığı rezba açan, elektrik direl və samovarın oğurluq olmasını qəsəbədə yadında qalmayan camaatdan eşitmişdir. Həmin əşyaların oğurluq olmasını bildikdə polisə məlumat verilməyini bilmirmiş. Fədatdan aldığı rezba açanı, elektrik direli və samovardan yadında olanları təsvir edərək bildirmişdir ki, rezba açanın başı və tutacağı qırmızı, orta dəmir hissəsi isə gümüşü rəngdə olmaqla üzərində 2 ədəd rezba açan aləti var imiş. Elektrik direli isə qara və qırmızı rənglərdən ibarət olmaqla POVVER DRİLL markalı elektrik direl imiş. Samovar isə adi gümüşü rəngli samovar imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində əri Şahid3 göstərdiklərini təsdiq edib onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Təqsirləndirilən şəxs2 Səngəçal qəsəbəsi sakini kimi biri-birlərini tanıyırlar və onunla bir məhəllədə yaşayırlar. Tarixin gününü xatırlamır, 2020-ci ilin yanvar ayının əvvəllərində qonşusunun evini təmir edərkən Namiq onun yanına gəlib 15 manata özünə məxsus olan 1 ədəd elektrik drelini satmasını bildirmişdir. O, Namiqdən drelin oğurluq olub olmamasını soruşmuş, Namiq bir daha həmin drelin özünə məxsus olmasını, pula ehtiyacı olduğundan satmasını bildirmişdir. O, ustalıqla məşğul olduğu üçün gələcəkdə həmin drelin ona lazım olmasını nəzərə alıb 15 manat Namiqə verib həmin dreli ondan almışdır. Direlin üzərində POVVER DRİLL yazıları, qırmızı, qara, boz rəngli işlənmiş saz vəziyyətdə elektrik direl imiş. 20.01.2020-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları işlədiyi evin qonşuluğunda yerləşən evdən oğurluq olması ilə bağlı sorğu sual olunarkən bilmişdir ki, həmin evdən samovar, elektrik direli, rezba açan alət və sairə əşyalar oğurlanmışdır. O, Namiqin ona satdığı direlin oğurluq olmasından şübhələnib Arifin oğlu Elşandan evlərindən oğurlanmış əşyaların və əşyaların əlamətləri haqqında soruşduqda Namiqin ona satdığı həmin elektrik direlinin oğurluq olmasını başa düşmüş və dərhal bu barədə 11-ci PB-nə məlumat vermişdir. Araşdırma zamanı bir daha müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ona satdığı direli qəsəbə sakini Fədatla birlikdə Elşanın evindən oğurlamışdır. Bundan sonra o, könüllü olaraq həmin üzərində POVVER DRİLL yazıları olan elektrik direlini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ona satdığı həmin direlin oğurluq olmasını bilməmiş, əgər bilsəydi o, dərhal bu barədə polisə məlumat verərdi. Təqsirləndirilən şəxs2 həmin direldən başqa ona heçnə satmayıb. Həmçinin Fədatı və Amini qəsəbədən tanıyır. Onların törətmiş olduqları oğurluqlar barədə onun əvvəllər xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Özünə məxsus VAZ 21905 markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərərək çörək pulu qazanır. Fədat və Namiqi Səngəçal qəsəbəsindən tanıyır. Aralarında heç bir münasibətləri yoxdur. Sadəcə qəsəbədə taksi kimi lazım olanda onları aparmışdır. Bir müddət bundan öncə tarixi dəqiq yadında qalmamışdır. 2019-cu ilin noyabr ayının sonları səhv etmirsə 30 və ya dekabr ayının əvvəli saat 17:30 radələrində o, Səngəçal qəsəbəsində evinin yanında avtomobilində olarkən Fədat yadında qalmayan mobil nömrəsindən onun mobil telefonuna zəng edərək Səngəçal qəsəbəsində Əzimkənd deyilən, yəni 3-cü massivdə Arifin oğlu Elşanın yaşadığı evlərinin yaxınlığında yolun kənarına çağırmışdır. O, tək idarə etdiyi həmin avtomobili ilə həmin yerə getmişdir. X27 görmüşdür. Onların əllərində təxminən 2-3 ədəd içi dolu kisələrdə nəisə var imiş. Onlar həmin kisələri avtomobilin yük hissəsinə qoyaraq özləri də avtomobilinə əyləşərək Fədatın göstərişi ilə Səngəçal qəsəbəsində yolun kənarına gəlmişlər. Orada Namiq avtomobildən düşdükdən sonra Fədat da Səngəçal qəsəbəsində dayısı Aydının evinin yaxınlığında düşmüş və Fədat ona 5 manat taksi pulu verərək kisələri də götürüb getmişdir. Bir müddətdən sonra tarixi yadında qalmamışdır. O, Səngəçal qəsəbəsində avtomobilində olarkən Fədatla Namiq ona yaxınlaşaraq onu Qaradağ rayonu Sahil qəsəbəsində “Optimal” ticarət mərkəzinin yaxınlığında olan samovar və sairə əşyaların alışı-satışı obyektinə sürdürmüşlər. Həmin zaman Fədatın əlində içərisində samovar olan ağ rəngdə kisə var imiş. Həmin yerə getdikdən sonra Namiq və Fədat həmin içərisində samovar olan kisəni götürüb həmin obyektdə gedərkən nə üçün oraya getmələrini soruşduqda onlar kisənin içərisində olan samovarı satmalarını bildirmişlər. Lakin həmin samovar kisənin içərisində olduğundan onu görə bilməmişdir. Onlar samovarı satdıqdan sonra Səngəçal qəsəbəsinə qayıtmışlar. Lakin o, həmin obyektə daxil olmamışdır. Orada Fədat ona 7 manat taksi pulu vermişdir. Onun Fədat və Namiqin həmin əşyaları haradan, nə məqsədlə götürmələrindən xəbəri olmayıb. O, sadəcə taksilik etmişdir, Fədat və Namiqin törətdiyi oğurluq cinayətlərindən xəbəri olmayıb. Polis onları tutduqdan sonra bilmişdir ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massivdə yerləşən Arifin oğlu Elşanın evindən, Səngəçal qəsəbəsində Nazdının evindən, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4 saylı binada Elşənin evindən, Vahidin evindən oğurluq etmişlər. Hansı ki, onun bunlardan xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Bakı şəhəri, 20 yanvar ərazisində Nəsimi rayonu ərazisinə düşən “Parkinq 20 şopinq” ticarət mərkəzində Bakcel Elvin adlı mağazada bir hissəni icarəyə götürərək qızıl-zinət əşyalarının qəbulu və satışı ilə məşğul olur. 03.01.2020-ci il tarixdə saatı yadında qalmamışdır, günün birinci yarısı, bir nəfər tanımadığı şəxs mağazada ona yaxınlaşaraq bir ədəd qızıl qolbaq ona təqdim edərək satmasını bildirmişdir. O, həmin qızıl qolbağı elektron tərəzidə çəkdikdə çəkisi 1 (bir) qram 300 milli qram gəlmiş və o, qızılın qramının həmin gün üçün alışı qiymətinə, yəni 42 manata vurub həmin qolbağı 55 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşdıqda ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və həmin şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs1 kimi müəyyən olunmuşdur. O, Təqsirləndirilən şəxs1 həmin qızıl qolbağın cinayət yolu ilə əldə olunub olunmamasını soruşub ona alqı-satqı qəbzini təqdim edib tanış olaraq imza etməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 qəbzlə tanış olub həmin qızıl qolbağın özünə məxsus olmasını və heç bir cinayət yolu ilə əldə etməməsini bildirmişdir. O, həmin qızıl qolbağı ondan lom kimi qəbul edərək ona 55 manat pul vermişdir. Bundan sonra o, həmin qızıl qolbağı digər aldığı qızıllarla birlikdə Moskva Univermağında yadında qalmayan qızıl qəbulu şöbələrindən birinə satmışdır. Bundan sonra Qaradağ polisinin əməkdaşları mağazaya gələrək həmin qızıl qolbaq barədə ondan soruşduqda o, baş verənlər barədə danışıb izahat vermişdir. Fədatdan aldığı qızıl qolbağa dair alqı-satqı qəbzini də izahatına əlavə etmişdir. Həmin qızıl qolbağı təsvir edərək bildirmişdir ki, zəncir görünüşlü qolbağ imiş. O, həmin qolbağın cinayət yolu ilə əldə olunmasını bilməmiş, əgər bilsəydi dərhal polisə məlumat verərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində “Optimal” ticarət mərkəzinin sırasında və yaxınlığında özünə məxsus dəmir məmulatlarının alışı və satışı «1001» xırdavat adlı mağazasını işlətməklə özü fəaliyyət göstərir. 08.01.2020-ci il tarixdə saat 17 radələrində iş yerində olduğu zaman əvvəllər tanımadığı sonradan şəxsiyyəti ona məlum olan Namiq və Fədat adlı şəxslər işlədiyi mağazaya gələrək 7 litrlik işlənmiş köhnə samovarı ona təqdim edərək 20 manata satmalarını bildirmişlər. O samovara baxaraq köhnə olmasını bildirib qiymətini bir az aşağı etmələrini bildirmişdir. Onlarda həmin samovarı 12 manata ona sata biləcəklərini bildirmişlər. O, onlarla razılaşıb ikisindən biri hər hansı bir sənədlərini təqdim etmələrini bildirmişdir. Onlar üzərlərində sənədlərinin olmamasını bildirmişlər. Onlardan Namiq adlı cavan oğlan həmin samovarın özünə məxsus olmasını və bu barədə yazılı öhdəlik də yaza biləcəyini bildirmişdir. O isə Namiqə onun özünün danışığını telefonunda video kameraya çəkəcəyini və yazmağa ehtiyac olmadığını bildirmişdir. Bundan sonra Namiq həmin samovarın özünə məxsus olmasını bildirməklə o, Namiqi mobil telefonu ilə video kameraya çəkmiş və həmin samovarı 12 manata onlardan almışdır və onlar mağazadan çıxıb getmişlər. Onlar mağazadan çıxdıqdan sonra o, onların arxasınca çıxmamışdır. Bu səbəbdəndə onların hansı taksi avtomobili ilə gəlmələrini görməmişdir. Həmin görüntünü təqdim etmişdir. Aldığı samovarı isə tanımadığı müştəriyə satmışdır. O, həmin samovarı alarkən oğurluq olmasını bilməmiş, əgər bilsəydi bu barədə polisə məlumat verərdi. Onlar onun yanına bir dəfə gəlmişlər. Bundan sonra onlar onun yanına gəlməmiş və ona heç nə satmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində 2019cu ilin may ayında dönər evini kirayə işlədərkən əvvəllər tanımadığı sonradan şəxsiyyəti ona X5 məlum olan şəxs dönərxanada ona yaxınlaşıb dönərxanada onu hər hansı bir işlə təmin olunmasını ondan xahiş etmişdir. Yetkinlik yaşına çatmadığı üçün o, Amini işə götürə bilməmişdir. Lakin Amin dönərxananın vizit kartlarını yaxın ərazidə paylanmasında təxminən 10-15 gün onlara köməklik edirmiş. Bunun müqabilində o, Aminə yemək pulu və zəhmət haqqı verirmiş. Sonradan həmin dönərxana bağlanmışdır. Eyni zamanda həmin ərəfədə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin ərazisində olan Şıxlar deyilən ərazidə 2019-cu ilin may ayında adsız ərzaq mağazasını Nursultan adlı şəxsdən icarəyə alaraq işlədirmiş. Tarixi dəqiq yadında qalmamışdır, həmin ərəfələrdə may ayının sonlarında X17 ondan mağazaya gələrək mağazada yüklərin daşınmasında və sair işlərdə köməklik edərək işləməsini xahiş etmişdir. Aminin yaş həddi yol vermədiyindən o, Amini rəsmi işə qəbul edə bilməmişdir. Lakin tarixi dəqiq yadında qalmamışdır, təxminən Amin 2019-cu ilin may ayının ikinci yarısından başlayaraq 2019-cu ilin iyun ayının əvvəllərinə kimi arada bir yaşadığı evindən həmin Şıxlarda olan mağazaya gəlib mağazada xırda yüklərin daşınmasında ona köməklik etdiyi üçün o da ona arada bir çörək pulu vermişdir. Lakin Aminin mağazaya gəldiyi ərəfələrdə Amin onun kirayə işlətdiyi mağazada gecələyib qalmamışdır. Sonradan Aminin əli əyriliyini hiss edib, yəni tərəfindən xırda malların oğurlanmasını görüb heç bir yerə şikayət etmədən onu mağazadan uzaqlaşdırmışdır. Mağazanın açarı Aminə verilməmişdir. Həmin mağaza 2019-cu ilin may ayının əvvəlindən həmin ilin iyun ayının 20 kimi fəaliyyət göstərmişdir. Amin 11.06.2019-cu ildən 15.06.2019cu ilədəl mağazaya gəlib getsə də mağazasında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 46-da yerləşən özünə məxsus adsız ərzaq mağazasını işlədir. Fədatı, Namiqi, Amini qəsəbə sakinləri kimi tanıyır. Onlarla heç bir münasibəti yoxdur. Onlar arada bir mağazaya gələrək alış-veriş edib əsasən siqaret pivə alırlar. 12.06.2019-cu il tarixdə qəsəbədə qonşuluqda yaşayan Nazdının qardaşı qızının toyu ilə əlaqədar o da dəvətli imiş. Lakin mağazadan çıxa bilmədiyi üçün qohumları ilə pul göndərmişdir. Həmin günü, yəni 12.06.2019-cü il tarixdə saat 18 radələrində demək olar ki, hamı toya getmişdi. O isə mağazada iş yerində olmuşdur. Sonradan eşitmişdir ki, toy ərəfəsində Nazdının evindən qızıl-zinət əşyaları oğurlanmışdır. Lakin oğurluğu etmiş şəxs (lər) bilinməmişdir. Namiq və Amin mağazaya tez-tez gəlib alış-veriş edirlər. Həmçinin 12.06.2019-cü il tarixdə saat 18 radələrində ola bilsin ki, gəlib mağazasından siqaret və pivə alsınlar. Lakin üstündən uzun müddət keçdiyindən dəqiq xatırlamır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X17 onun qonşularıdır. Tarixi dəqiq xatırlayır, çünki sırf yeni il günü idi. 31 mart 2019-cu il tarixdə qaynanasıgildən evlərinə gələrkən təxminən saat 12 radələrində Fədat və Motu kimi tanınan Ağasəf blokun qarşısında dayanmışdılar. Onların evləri binanın 3-cü mərtəbəsində yerləşir. Buna görə də o, blokdan keçərək binaya qalxmış və evə daxil olmuşdur. Biraz sonra evdə siqaret çəkmədiyinə görə eyvana çıxmış və ətrafda işıqlar olduğuna görə axşam saatları olsa da görmüşdür ki, Namiq baxçanın həyətinə tullanmış, Ağasəf də onu gözləyirmiş. Baxçanın ərazisi boş sahədir. Həmin baxçadan Elşənin evinə yol yoxdur. Həmin vaxt Fədatın onlarla olub-olmadığını görməmişdir. Bundan başqa da heç bir hadisəni görməmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, məhkəməyə onun adından yazılan izahatı təsdiq etmir. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid6 ifadəsində göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Sumqayıt şəhəri, Sumqayıt ticarət mərkəzində müəyyən hissəni icarəyə götürərək qızıl-zinət əşyalarının qəbulu və satışı ilə məşğul olur. 18.06.2019-cu il tarixdə saatı yadında qalmamışdır, günün ikinci yarısı iki nəfər tanımadığı şəxs ticarət mərkəzində ona yaxınlaşaraq qızı-zinət əşları satmasını ona bildirmişlər. Onlardan yaşca böyüyü sonradan adını Vəli kimi bildiyi şəxs ona 2 (iki) ədəd qızıl qadın boyun sepini, 2 (iki) ədəd qızıl qadın qolbağını və 2 (iki) ədəd qızıl qadın üzüklərini təqdim etmişlər. O, həmin 2 (iki) ədəd qızıl qadın boyun sepini, 2 (iki) ədəd qızıl qadın qolbağını elektron tərəzidə çəkdikdə çəksi 21 (iyirmi bir) qram 900 milli qram gəlmiş və o, qızılın qramının həmin gün üçün alışı qiymətinə yəni təxminən 41,5 manata vurub həmin qızıl-zinət əşyalarını 910 manata, 2 (iki) ədəd qızıl qadın üzüklərini həmçinin çəkərək ikisini 550 manata ala biləcəyini bildirmişdir. Həmin Vəli adlı şəxs onunla razılaşdıqda o, Vəlidən şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və həmin şəxsin şəxsiyyəti Şahid2 kimi müəyyən olunmuşdur. O, Şahid2 həmin qızıl qolbağın cinayət yolu ilə əldə olunub olunmamasını soruşmuş, Vəli, həmin qızıl-zinət əşyalarının özünə məxsus olmasını və heç bir cinayət yolu ilə əldə etməməsini və bu barədə kağız parçasında yazılı öhdəlik yazaraq imzası ilə təsdiq etmişdir. Bundan sonra o həmin qızıl qolbağı ondan lom kimi qəbul edərək ümumilikdə bütün qızıl-zinət əşyalarına görə ona 1460 manat pul vermişdir. Təxminən 2 gün sonra eyni qaydada həmin şəxslər ona yaxınlaşaraq yadında qalmayan müxtəlif cür təxminən qadın üzükləri, boyun sepləri, qolbaq və sairə qızıl zinət əşyalarını özlərinə məxsus olmasını bildirib təqdim edərək satmalarını bildirmişlər. Artıq həmin Vəli adlı şəxsin şəxsiyyəti ona bəlli olduğundan bu dəfə heç bir qeydiyyat aparmadan həmin qızıl-zinət əşyalarını elektron tərəzidə çəkərək qızılın çəksinə görə qiymətini hesablayıb həmin qızılzinət əşyalarını 1500 manata almışdır. Ümumilikdə o, onlara təxminən 3000 manat pul vermişdir. Bundan sonra o, həmin qızıl-zinət əşyalarını ticarət mərkəzində yadında qalmayan müştərilərə satmışdır. Bundan sonra Qaradağ polisinin əməkdaşları mağazaya gələrək Vəlinin ona satdığı qızı-zinət əşyaları barədə soruşduqda o, onlara baş verənlər barədə danışıb izahat vermiş və Vəlinın ona satdığı qızıl-zinət əşlarına dair kağız parçasını da izahatına əlavə etmişdir. Həmin qızıl-zinət əşyaları əsasən rus qızılları olmaqla 583 əyyarlı olmuşlar. Həmin qızıl-zinət əşyalarından yadında qalanını təsvir edərək bildirmiş ki, qolbağlar, boyun sepləri kordinal idi, «Mədinə» sözü yazılmış qızıl uşaq boyun sepi, qılınc klon olan qızıl uşaq boyun sepi, qıdın və kişi üzükləri olmuşdur. Digərləri isə yadında qalmamışdır. O, həmin qızıl-zinət əşyalarının cinayət yolu ilə əldə olunmasını bilməmişdir. Əgər bilsəymiş dər hal polisə məlumat verərmiş. Vəlinin isə anket məlumatlarını qeyd etmişdir. Onun yanında gələn şəxsin sonradan adının Namiq olduğunu bilmişdir. Şahid8 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid8 ifadəsində göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Atası Vahid Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Dəmiryolçular küçəsində fərdi qaydada həyət evi tikdirir. Evin qapı pəncərəsi qoyulsa da təmirsizdir. Evin təmiri ilə əlaqədar Səngəçal qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 yeni tikili evlərində bir iki gün fəhlə kimi işləmişdir. Araların heç narazıçılıq olmamışdır. 17.01.2020-ci il tarixdə səhər saatlarında həmin yeni inşa etdirdikləri evinə baxış keçirərkən evin birinci mərtəbəsində olan giriş qapısının sağ tərəfində plastik pəncərəsinin açıq olmasını və evin içərisində gələcəkdə mətbəx hesab olunan otaqdan bir həftə öncə atası Vahid tərəfindən 1 metrəsini 60 qəpiyə aldığı atasına məxsus hər birinin qiyməti 60 manat olan ümumilikdə 180 manat dəyərində üzərində Koç Kablo 4 yazılar olan hər bir bağlama 100 metr olmaqla üç bağlama mis elektrik xəttlərinin oğurlanmasını aşkar etmişdir. Əvvəlcə həyətlərində işləyən ustalardan birinin götürməsini zənn edib dər hal polisə şikayət etməmişlər. Sonradan ustaların bundan xəbərsiz olduqlarını və əvvəllər həyətində fəhlə işləmiş Fədatdan bu barədə soruşduqda qəsəbədə yaşayan «Namka» ləqəbli Namiq adlı şəxs tərəfindən oğurlanmasını və o Namiqə bu barədə xəbərdar edərək Namiqin həmin elektrik xəttlərini gətirib yerinə qoyacağını bildirmişdir. Bundan sonra Fədat 19.01.2020-ci il tarixdə gecə saat 01 radələrində atası Vahidə məxsus elektrik xəttlərinin bir qismini qırmızı rəngli sellofan torbada gizli olaraq həyətinə atarkən o həmin anı görərək Fədatdan bu barədə nə məsələ olduğunu soruşmuş, Fədat isə cavab olaraq bildirmişdir ki, həmin elektrik xəttlərinin Namiq gətirmədiyindən Namiqdən alaraq özü gətirib həyətə atmağı qərar vermişdir. Bəs onda nə üçün şəxsən özünə yox gizli olaraq evin həyətinə atmasını soruşduqda Fədat həmin elektrik xəttlərinin onun tərəfindən verilməsini bilinməsini istəmədiyini bildirmişdir. Bundan sonra Fədat çıxıb getmişdir. Səhər açılmış onlar yenidən görüşüb bu barədə qəsəbədə söhbət etmişlər. O, Fədata bildirmiş ki, əgər elektrik xətlərini Namiq oğurlayıbsa sən niyə gizli olaraq həyətə gətirirsən? və o Fədatı polisə aparmaq istəyərkən həmin zaman Fədatla aralarında mübahisə yaranmışdır. Lakin o Fədatı vurmamışdır. Bundan sonra atası Vahid 20.01.2020-ci il tarixdə ərizə ilə 11-ci PB-nə müraciət etmişdir. Hesab edir ki, elektrik xəttlərini Fədat oğurlamışdır. Çünki o tüfeyli həyat tərzi sürməklə qəsəbədə oğru adını çıxarmışdır. Verilən suallara cavab bildirmişdir ki, Fədat yalan deyir. Tanışı Xosenin idarə etdiyi avtomobildə Elektrik xəttlərinin oğurlanması ilə əlaqədar Fədatla aralarında mübahisə yaransada O, Fədatı vurmamışdır. Ləqəbi Xose olan tanışının əsil adını bilmir. Xose Qazax rayonunda yaşadığından hazırda o ünvanını bilmədiyi həmin rayondadır. Şahid11 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid11 ifadəsində göstərmişdir ki, ailəsi ilə yaşayır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. Əsil adı Sifan olsada ona Sübhan deyə müraciət edirlər Fədatı, Namiqi, Amini birgə yaşadığı Səngəçal qəsəbəsindən tanıyır. Salamları olsa da aralarında heç bir münasibətləri yoxdur. Tarixi dəqiq yadında qalmamışdır. Yeni il ərəfəsi imiş. Təxminən gecə saat 01:30 radələri olarmış atasına məxsus VAZ 2107 markalı ** HN *** dövlət qeydiyyat nömrəli avtomobil ilə yaşadığı Dəmiryolçular küçəsi, ev 2 qarşısına gələrkən Fədat ona yaxınlaşaraq onu anası ilə evinə aparmağını xahiş etmişdir. O, onları yaxın məsafədə yaşadığı Səngəçal qəsəbəsi, massiv 3-də yerləşən nömrəsiz fərdi tikili evinə aparmışdır. Bundan sonra onun heçnədən xəbəri olmayıb. Ümumiyyətlə adları qeyd olunan şəxslərin əvvəllər oğurluq cinayətləri törətmələrindən xəbəri olmayıb. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02.01.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4 saylı binanın 2-ci mərtəbəsində yerləşən 17 saylı mənzilin eyvanının plastik pəncərəsini vint açanla açıb yaşayış yerinə qanunsuz daxil olub evdən oğurluq etmələrindən xəbəri yoxdur. O, həmin günün sabahsı polislər məhəlləyə gələrkən bilmiş ki, qonşuluqda yaşayan Elşənin evindən oğurluq olmuşdur. Şahid6 qızıl-zinət əşyalarının alışına dair qəbzindən görünür ki, Şahid2 18.06.2019cu il tarixdə ümumi çəksi 21 (iyirmi bir) qram 900 milli qram olan 2 (iki) ədəd qızıl qadın boyun sepini, 2 (iki) ədəd qızıl qadın qolbağını 910 manata, 2 (iki) ədəd qızıl qadın üzüklərini isə özünə məxsus adı ilə 550 manata satmışdır. Şahid7 qızıl-zinət əşyalarının alışına dair qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 03.01.2020-ci il tarixdə ümumi çəksi 1,3 (bir) qram 300 milli qram olan 1 (bir) ədəd qızıl qolbağını özünə məxsus adı ilə 55 manata satmışdır. Şahid qismində dindirilmiş Şahid9 Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 məxsus samovarı alarkən mobil telefon vasitəsi ilə çəkliş etdiyi və DVD diskə köçürülərək könüllü təqdim etdiyi video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 orada «samovar özümündür, Fərhad əmiyə verirəm, başımnanda cavabdehəm samovara, oğurluq deyil, Səngəçal qəsəbəsindən gətirmişəm» sözlərini ifadə edir. İkinci 13 saniyəlik video görüntüyə baxış keçirilərkən həmin samovarın ətraflı video görüntüsü müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.02.2020-ci il tarixli, 2989/2990 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus təqdim olunan üzərində Koç Kablo 4 yazılar olan iki bağlama mis elektrik xəttlərinin cavabından müəyyən edilmişdir ki, 2 ədəd, təzə vəziyyətdə, üzəri qara və qırmızı rəngli izolasiyalı, 1 ədədinin üzərində “KOÇ KABLO” yazısı olan polietilen bağlamada, diametrləri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır –2019-cu ilin noyabr, 2020-ci ilin yanvar aylarına olan orta bazar qiyməti – 100,0 manat (2x100 metr, 1 metr – 0,50 manat) müəyyən edilir. Zərərçəkmiş şəxs2 məxsus təqdim olunan 1 ədəd TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan ¾ BSPT ölçülü, ½ BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan aləti, POVVER DRİLL markalı elektrik direlinin cavabından müəyyən edilmişdir ki, 1 ədəd TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan 3/4 BSPT ölçülü, 1/2 BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan alət 2019-cu ilin noyabr, 2020-ci ilin yanvar aylarına olan orta bazar qiyməti – 25,0 manat; 1 ədəd, üzərində “POVVER DRİLL” yazısı olan, istifadədə olmuş direl isə 35,0 manat müəyyən edilir. Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əşyalarına dair münasibətdə təqdim oluna bilinməyən məmulatların 2019-cu ilin iyun ayına qüvvədə olan orta bazar nəzəri qiymətləri aşağıdakı kimi müəyyən edilir:

1. 1 ədəd 6,5 qram çəkidə 585 əyarlı, uşaq boyunbağı – 390,0 manat;

2. 1 ədəd 5 qram çəkidə, 585 əyarlı, üzərində qılınc kulon olan qızıl uşaq boyunbağı – 300,0 manat;

3. 1 ədəd 3 qram çəkidə 585 əyarlı, üzərində gül fiquru olan qızıl kulon – 180,0 manat;

4. 1 ədəd 5,1 qram çəkidə 750 əyarlı, sırğa cütü – 408,0 manat;

5. 1 ədəd 9 qram çəkidə 750 əyarlı, səbət formalı üzərində rəngli sadə şüşə daşları olan sırğa cütü – 720,0 manat;

6. 1 ədəd 9,1 qram çəkidə 750 əyarlı, burma zəncir formalı qızıl qadın qolbağı – 728,0 manat;

7. 1 ədəd 12 qram çəkidə 583 əyarlı, zəncir formalı qızıl kişi qolbağı – 720,0 manat;

8. 1 ədəd 4 qram, 585 əyarlı, yastı formalı üzərində “Əli 2009 NN” yazı olan qızıl uşaq bilərziyi – 240,0 manat;

9. 1 ədəd 3 qram, 585 əyarlı, zəncir formalı üzərində göz muncuğu olan qızıl uşaq bilərziyi – 180,0 manat;

10. 1 ədəd 5 qram 750 əyarlı, üzərində brilliant daşlar olan ağ qızıl kişi üzüyü – qiymətləndirilmir (qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün);

11. 1 ədəd 7 qram 750 əyyarlı, italiyan istehsalı olan formalı üzərində brilliant daşlar olan qızıl kişi üzüyü - qiymətləndirilmir (qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün);

12. 1 ədəd 5 qram 583 əyarlı, üzərində brilliant daşları olan qızıl kişi üzüyü qiymətləndirilmir (qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün);

13. 1 ədəd 6 qram, 583 əyarlı, ağ yarpaq formalı üzərində brilliant daşları olan qızıl qadın nişan üzüyü - qiymətləndirilmir (qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün);

14. 1 ədəd 6 qram, 750 əyarlı, üzərində brilliant daşları olan ağ qızıl qadın üzüyü qiymətləndirilmir (qaşların ölçüsü və keyfiyyəti məlum olmadığı üçün);

15. 3 ədəd 585 əyarlı, üzərində sadə daşlar olan sadə qızıl qadın üzükləri qiymətləndirilmir (çəkiləri məlum olmadığı üçün);

16. 1 ədəd 3,6 qram, 585 əyarlı, sadə qızıl qadın boyunbağı – 216,0 manat;

17. 3 ədəd 585 əyarlı, üzərində sadə daşlar olan sadə qızıl uşaq sırğaları qiymətləndirilmir (çəkiləri məlum olmadığı üçün); Qiymətləri müəyyən olunan zinət əşyaları hesablandıqda cəmi 4082 manat müəyyən olunur. Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış əşyalarına dair münasibətdə təqdim oluna bilinməyən məmulatların 2019-cu ilin noyabr, 2020-ci ilin yanvar aylarına olan orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir: 30 metr uzunluğunda, 2,5 mm ölçülü mis elektrik xətti – 7,50 manat (1 metr- 0,25 manat); 1 ədəd od samovarı – qiymətləndirilmir; 30 metr uzunluğunda, 6 mm ölçülü mis elektrik xətti – 18,0 manat (1 metr- 0,60 manat); 50 ədəd spot elektrik işıqları – qiymətləndirilmir; Bosh markalı elektrik preparatorunun – qiymətləndirilmir; Bosh markalı elektrik laqondanın – qiymətləndirilmir; Candan markalı boru ütüsünün – 40,0 manat; 30 metr uzunluğunda elektrik qaynaq xətti – qiymətləndirilmir; 30 metr uzunluğunda elektrik qaynaq xətti – qiymətləndirilmir; Qiymətləri müəyyən olunan əşyaları hesablandıqda cəmi 65,5 manat müəyyən olunur. Zərərçəkmiş şəxs4 məxsus oğurlanmış qızıl-zinət əşyalarına dair münasibətdə təqdim oluna bilinməyən 1 ədəd 5 ədəd sadə daşlar olan paxlava görünüşlü 585 əyarlı üzük və 1 ədəd 585 əyarlı, zəncir görünüşlü qızıl qol bilərziyin çəkiləri məlum olmadığından qiymətləndirilməmişdir. Beləliklə təqdim edilən 2 ədəd, təzə vəziyyətdə, üzəri qara və qırmızı rəngli izolasiyalı, 1 ədədinin üzərində “KOÇ KABLO” yazısı olan polietilen bağlamada, diametrləri 4,0 mm olan cox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim olunan 2019-cu ilin noyabr, 2020-ci ilin yanvar aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri 160,0 manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim olunmayan malların 2019-cu ilin iyun ayına qüvvədə olan orta bazar nəzəri qiyməti ilə ümumi dəyəri təxminən 4147 ,50 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) təşkil edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişlər ki, Zərərçəkmiş şəxs3 mənzilindən oğurlanmış üzərində Koç Kablo 4 yazıları olan 3 top elektrik kabelinin hər birinin dəyəri 19-20 manat təşkil etdiyi halda müstəntiq tərəfindən heç bir əsas olmadan həmin mis elektrik kabellərinin 1 metrinin qiyməti 60 qəpik göstərilməklə hər topunda 100 metr olmaqla 60 manat, 3 topunun dəyəri isə 180 manat kimi qiymətləndirilmişdir. Odur ki, oğurlanmış 3 ədəd elektrik kabelinin ümumi dəyərinin müəyyən edilməsi üçün təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişlər. Məhkəmənin 09 sentyabr 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilərək əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Odur ki, Qaradağ RPİ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan “üzərində “Koç Kablo” yazısı olan, 02 ədəd təzə vəziyyətdə, üzəri qara və qırmızı rəngdə izolyasiya ilə örtülmüş elektrik naqilləri götürülərək Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 dekabr 2021-ci il tarixli 9/4038 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzəri qara və qırmızı rəngli izolasiyalı, üzərində “Koç Kablo” yazıları olan, diametrləri 4,0 mm, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqilin 1 metrinin 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 0,50 (əlli qəpik) manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd, təzə vəziyyətdə, üzəri qara və qırmızı rəngli izolasiyalı, 1 ədədinin üzərində “KOÇ KABLO” yazısı olan polietilen bağlamada, diametrləri 4,0 mm olan cox simli kabel, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan ¾ BSPT ölçülü, ½ BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan aləti və «POVVER DRİLL» markalı elektrik direl maddi sübut kimi tanınmışlar. Məhkəmə araşdırılması zamanı sorğu əsasında Qaradağ rayon Prokurorluğundan daxil olmuş 16 mart 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 döyülməsiylə bağlı müraciəti əsasında rayon prokurorluğunda toplanmış 55 C-20 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X17 öz ifadələrində yuxarıda qeyd olunan cinayət hadisələrinin onlar tərəfindən törədilmədiyini bildirsələr də məhkəmə istintaqı zamanı toplanmış sübutlarla onların törətmiş olduqları cinayət əməlləri tam sübuta yetmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X8 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, X8 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. X8 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, əməlləri törədərkən yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, X8 ilk dəfə az ağır cinayət əməli törətməsini və yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X8 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 84.1 və 84.2.ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X12 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X8 üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 21 yanvar 2020-ci ildən 23 yanvar 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 21 yanvar 2020-ci ildən 23 yanvar 2020-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilməklə MSYdən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə ümumi ekspertiza xərci 159,50 (yüz əlli doqquz manat əlli qəpik) təşkil edir. Həmin ekspertiza xərcinin 109,50 (yüz doqquz manat əlli qəpik) manat hissəsi təqsirləndirilən şəxslərdən müştərək qaydada, 50 (əlli) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd, təzə vəziyyətdə, üzəri qara və qırmızı rəngli izolyasiyalı 1 ədədinin üzərində “KOÇ KABLO” yazısı olan polietilen bağlamada, diametrləri 4,0 mm olan çox simli kabel sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan ¾ BSPT ölçülü, ½ BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan aləti və «POVVER DRİLL» markalı elektrik direlinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi, Zərərçəkmiş şəxs2 vurulmuş ziyan ödənilməsə də şikayəçi olmadığı, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsi, lakin X8 ziyandan ödəniş etməməsi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, ibtidai istintaq zamanı Şahid2 və Şahid3 şübhəli şəxs kimi tutulmuş və onlara dövlət hesabına müdafiəçi təyin edilmişdir. Odur ki, Şahid2 və Şahid3 göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X14 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 iş saatı, X8 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən 20 iş saatı məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən 60 iş saatı, X8 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 60 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 540 (beş yüz qırx) manat məbləğində pul Müdafiəçi2, 120 (yüz iyirmi) manat məbləğində pul X7 və 360 (üç yüz altmış) manat məbləğində pul Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində yerləşən fərdi yaşayış evini hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın.

X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X8 barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X8 üzərinə yaşadığı ünvan 4 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X17 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın.

İş üzrə ümumi ekspertiza xərci 159,50 (yüz əlli doqquz manat əlli qəpik) təşkil edir. Həmin ekspertiza xərcinin 109,50 (yüz doqquz manat əlli qəpik) manat hissəsi təqsirləndirilən şəxslərdən müştərək qaydada, 50 (əlli) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd, təzə vəziyyətdə, üzəri qara və qırmızı rəngli izolyasiyalı 1 ədədinin üzərində “KOÇ KABLO” yazısı olan polietilen bağlamada, diametrləri 4,0 mm olan cox simli kabel sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd TYPE 82 markalı onunla birlikdə komplekt hissələri sayılan ¾ BSPT ölçülü, ½ BSPT ölçülü dəmir boru üzərində 2 ədəd rezba açan aləti və «POVVER DRİLL» markalı elektrik direlinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 120 (yüz iyirmi) manat məbləğində pul X14, 540 (beş yüz qırx) manat məbləğində pul Müdafiəçi2, 120 (yüz iyirmi) manat məbləğində pul X7 və 480 (dörd yüz səksən) manat məbləğində pul Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar