Məhkəmə qərarları › İş №1(002)-8/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-8/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-8/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talamaq məqsədilə 29 iyun 2021-ci il tarixdə axşam saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında Bakı-Tovuz marşrut xətti ilə hərəkət edən avtobusun sərnişini Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəyəri 50 manat olan üzərində “Ziques” yazıları olan qara rəngli, papaqlı, qısa qollu, uzun biçimli jilet, 01 ədəd dəyəri 30 manat təşkil edən üzərində “El-Sal” yazıları olan ağ-qara rəngli, içərisi astarlı, uzun biçimli, kəmərli don, 06 ədəd hər birinin dəyəri 5 manat ümumi dəyəri 30 manat təşkil edən qadın alt paltarları, 03 ədəd hər birinin dəyəri 6 manat ümumi dəyəri 18 manat olan üzərində “LoveRose” yazıları olan qadın alt paltarı, 02 ədəd hər birinin dəyəri 35 manat ümumi dəyəri 70 manat təşkil edən üzərində “Modal İntensive” yazıları olan xallı, uzun biçimli, qısa qollu don, 02 ədəd bir ədədinin dəyəri 30 manat ümumi dəyəri 60 manat təşkil edən üzərində “Markiza” yazıları olan uzun biçimli, düyməli, qara rəngli qısa qollu don, 01 ədəd dəyəri 40 manat təşkil edən üzərində “BirlikGroup” yazıları olan mavi rəngli, ağ cızıqlı, üç düyməli, uzun biçimli, don, 05 ədəd hər birinin dəyəri 20 manat ümumi dəyəri 100 manat təşkil edən üzərində “ElisaFanti” yazıları olan, qara güllü, uzun biçimli qısa qollu don, 02 ədəd hər birinin dəyəri 35 manat ümumi dəyəri 70 manat təşkil edən üzərində “Babygül” yazıları olan qara rəngli, uzun biçimli don ümumilikdə dəyəri 468 manat təşkil edən qadın geyim əşyaları olan göy rəngli bağlamanı açıq olaraq talayıb qaçmaq istəyərkən avtobusun sürücüsü Şahid1 onun arxasınca qaçdığını görüb əlindəki bağlamanı yerə tullayıb öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o 29 iyun 2021-ci il tarixdə Ağcabədi rayonundan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» ticarət mərkəzinə gəlmiş və orada mallara baxırmış. Onun Hindarx kəndində paltar dükanı var və orada kişi geyimləri satılır. Axşam saatlarına doğru o görmüşdür ki, bir nəfər Bakı-Tovuz marşrut xətti ilə işləyən avtobusun yanından bir göy rəngli bağlamanı götürüb qaçmış o da onun arxasınca qaçmış və əlindən alıb kolun dibinə atmışdır ki, sonradan özü götürsün. Daha sonra həmin avtobusun sürücüsü ilk öncə ona yaxınlaşıb kimin oğurladığını soruşmuş, o isə bilmədiyini demişdir və o da kolun dibindən bağlamanı götürüb avtobusa tərəf aparmışdır və ona demişdir ki «sən oğurlamısan», amma o qeyd etmişdir ki, «mən götürməmişdim». O, öz ifadəsində son olaraq zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, törətdiyi əməldən çox peşman olduğunu, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olduğunu, oğlu Cehun Məmmədovun ağır formada braonxial astma xəstəliyindən əziyyət çəkdiyini bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, heç bir şikayət və tələbinin olmadığını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o iki aydan bir Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» ticarət mərkəzindən qadın geyim əşyaları alıb aparıb Tovuz rayonunda satıb dolanırmış. 29 iyun 2021-ci il tarixdə o səhər saatlarında Bakı şəhərinə yenədə Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlib «Binə» ticarət mərkəzindən qadın geyim əşyaları alıb Tovuz rayonuna aparıb satmaq fikri olmuşdur. O ticarət mərkəzində mal axtardıqdan sonra 1 ədəd qara rəngli dəyəri 50 manat olan qadın jiletini, 1 ədəd dəyəri 30 manat olan sarı rəngli qadın donu, ümumi dəyəri 30 manat təşkil edən 9 cüt qadın alt paltarını, 2 ədəd hər birinin qiyməti 25 manat ümumi qiyməti 50 manat təşkil edən «qoroşqalı» qara rəngli don, 2 ədəd hər birinin qiyməti 30 manat ümumi qiyməti 60 manat olan qara rəngli qadın donu, 5 ədəd hər birinin qiyməti 25 manat ümumi qiyməti 125 manat olan rəngli qadın donu, 1 ədəd dəyəri 30 manat olan boz rəngli donu və 2 ədəd hər birinin qiyməti 40 manat ümumi qiyməti 80 manat olan yaxası mavi rəngli qadın donunu almış və bir bağlamaya qoymuşdur, ümumilikdə o 455 manat pul xərcləmişdir. Daha sonra o axşam saatlarında gəlmiş «Binə» ticarət mərkəzinin qarşısında dayanan Bakı-Tovuz xətti ilə işləyən avtobusun yanına və əlindəki aldığı paltarlar olan bağlamanı sürücüyə vermişdir ki, o qoysun avtobusun yük yerinə özü isə keçib avtobusa oturmuşdur. Bir qədər sonra eşitmişdir ki, sürücü qışqırır ki, oğurlamışlar və qaçıb gedirmiş, lakin ilk öncə nə baş verdiyini o bilməmiş və ona görə də avtobusdan aşağı düşmüş və nə baş verdiyini maraqlanmışdır. Bir qədər sonra görmüşdür ki, sürücü əlində onun bağlaması ilə gəlirmiş, o nə olduğunu soruşmuş, sürücü isə ona demişdir ki «bir nəfər sənin əşyaların olan bağlamanı götürüb qaçıb» və o görüb arxasınca qaçmış, daha sonra onun malını oğurlayan şəxs onu kolun dibinə atıb qaçmışdır, amma tutublarmış. O, öz bağlamasına baxıb görmüşdür ki, ona məxsus olan bütün aldığı qadın geyim əşyaları yerindədir. Daha sonra onu polis bölməsinə dəvət etmişlər və o polis bölməsində ərizə yazmışdır, ona maddi ziyan dəyməsə də amma o tələb edirmiş ki, ona qarşı cinayət törətməyə cəhd edən şəxs qanun qarşısında cavab versin. Onun malını oğurlamağa cəhd edən şəxsi o tanımırmış əvvəllər heç bir yerdə görməmişdir, onu birinci dəfə polis bölməsində görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o özünə məxsus ollan Mersedes markalı **-BZ-*** dövlət nömrə nişanlı avtobusu 3 il olar ki, idarə edirmiş. O həmin avtobusla Bakı-Tovuz marşrut xətti üzrə sürücü işləyirmiş. Belə ki özünə məxsus avtobusla işləyib çörək pulu qazanırmış. O hər həftənin birinci və dördüncü günləri Bakı şəhərinə gəlirmiş. 29 iyun 2021-ci il tarixdə səhər saatlarında o Tovuz rayonundan Bakı şəhərinə gəlib çatmış və Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Binə» ticarət mərkəzinin qarşısında dayanmışdır. Qeyd etmişdir ki, gündüz saatlarında o sərnişinlərlə birlikdə geri qayıtmaq istəyirmiş. Saatı dəqiq yadında deyil, lakin artıq axşama doğru olarmış, sərnişin qismində onunla Bakı şəhərinə gələn və geri qayıdan Zərərçəkmiş şəxs ona yaxınlaşıb bir bağlama ona vermiş və demişdir ki «geyim əşyalarıdı rayona aparıram», o da yerə qoymuşdur ki, digər yukləri avtobusun yuk yerinə yükləyib sonra Sona xalanının yükü yerləşdirsin. Yüklərini yükləyən zaman görmüşdür ki, bir nəfər Sona xalanın bağlamasını götürüb qaçmış, o da qışqıra-qışqıra onun arxasınca düşmüşdür ki, dayansın. Həmin şəxs bir qədər qaçdıqdan sonra əlindəki Sona xalaya məxsus bağlamanı tullamışdır kolun dibinə və qaçıb «Binə» ticarət mərkəzində olan ərzaq mağazasına daxil olmuşdur. Bundan sonra o da mağazaya daxil olmuş və onu orda görmüşdür. Bundan sonra elə orada olan polis əməkdaşlarına məlumat vermişdir, polislər gəlib həmin şəxsi aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Sona xalanın bağlamasını oğurlamağa cəhd edən şəxs Təqsirləndirilən şəxsdur. Qeyd etmişdir ki, o həmin şəxsin arxasınca düşməsəydi o, Sona xalanın bağlamasını aparacaqdır. O görmüşdür ki, o arxasınca qışqıra-qışqıra qaçır, o əlindəki bağlamanı yerə tullayıb qaçmış və öz niyyətini başa çatdıra bilməmişdir. O Sona xalanın bağlamasını yerdən götürüb gətirib ona vermişdir və o da açıb içərisinə baxan zaman görmüşdür ki bütün əşyaları yerindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o özünə məxsus ollan Mersedes markalı **-FZ-*** dövlət nömrə nişanlı avtobusu 4-5 il olar ki idarə edirmiş. O həmin avtobusla Bakı-Şəmkir marşrut xətti üzrə sürücü işləyirmiş. Belə ki özünə məxsus avtobusla işləyib çörək pulu qazanırmış. O hər həftənin birinci və dördüncü günləri Bakı şəhərinə gəlirmiş. 29 iyun 2021-ci il tarixdə səhər saatlarında o Şəmkir rayonundan Bakı şəhərinə gəlib çatmış və Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən «Binə» ticarət mərkəzinin qarşısında dayanmışdır. Axşam saatlarında özünə məxsus avtobusun yanında dayanmış və gözləmişdir ki, sərnişinlər yerləşsin, çıxıb getsin. Bu zaman səs-küy eşitmiş və görmüşdür ki, Bakı-Tovuz marşrut xətti üzrə İlkin bir nəfərin arxasınca qaçır və qışqırır ki, oğurlayıb qaçır, həmin şəxsin əlində isə göy rəngli bağlama var imiş. O, qaçaraq həmin şəxsi tutmaq istəmiş, lakin həmin şəxs əlindəki bağlamanı yerə atıb qaçmış və ərzaq mağazasına daxil olmuşdur. Bundan sonra İlkin də həmin ərzaq mağazasına daxil olmuş və onu orda görmüşdür. Daha sonra orada olan polis əməkdaşlarına məlumat vermişdir, polislər gəlib həmin şəxsi aparmışlar, onlar da bölməyə getmiş, sonradan ona məlum olmuşdur ki, İlkinin sərnişinlərindən birinin bağlamasını oğurlamağa cəhd edən şəxs Təqsirləndirilən şəxsdur. İlkin bağlamanı yerdən götürüb gətirib sərnişinə vermiş və o da açıb içərisinə baxan zaman görmüşdür ki, bütün əşyaları yerindədir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4708 nömrəli 16 iyul 2021-ci tarixli rəyindən görünür ki, təqdim edilmiş müxtəlif markalı malların təzə vəziyyətdə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 468,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə 01 ədəd üzərində “Ziques” yazıları olan qara rəngli, papaqlı, qısa qollu, uzun biçimli jilet, 01 ədəd üzərində “El-Sal” yazıları olan ağ-qara rəngli, içərisi astarlı, uzun biçimli, kəmərli don, 06 ədəd qadın alt paltarları, 03 ədəd üzərində “LoveRose” yazalıra olan qadın alt paltarı, 02 ədəd üzərində “Modal İntensive” yazıları olan xallı, uzun biçimli, qısa qollu don, 02 ədəd üzərində “Markiza” yazalıra olan uzun biçimli, düyməli, qara rəngli qısa qollu don, 01 ədəd üzərində “BirlikGroup” yazıları olan mavi rəngli, ağ cızıqlı, üç düyməli, uzun biçimli, don, 05 ədəd üzərində “ElisaFanti maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X13 arasında 07.07.2009-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən aydın olur ki, 19.10.2004-cü il tarixdə doğulmuş X6, 23.02.2006-cı il tarixdə doğulmuş X3 və 11.07.2020-ci il tarixdə doğulmuş X7 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan və 6 saylı X11 verilmiş ambulator, stasionar xəstənin tibbi kartasından görünür ki, X9 braonxial astma, orta ağır gedişli diaqnozu qoyulmuşdur. İş materiallarında olan Ağcabədi RİHB-in Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hindarx qəsəbəsində yaşadığı müddətdə normal bir insan kimi tanınır, nümayəndəliyə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-in Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, arvadı-08.04.1989-cu il tarixli X8, övladları-19.10.2004-cü il tarixli X4, 23.02.2006-cı il tarixli X2 və 11.07.2020-ci il tarixli X5 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Məmmədov X10 rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 02 fevral 2022-ci il tarixli məktubundan və Ağcabədi rayon Məhkəməsinin 31.01.2022-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra olunması üçün 25.10.2021-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdən qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs təyin edilmiş cəza “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının təsiri altına düşdüyündən çəkilməmiş qalmış 01 il 11 ay 14 gün hissəsi 01 il azaldılmaqla, cəzasının sonu 21.10.2022-ci il tarixdə başa çatır. Göründüyü kimi Təqsirləndirilən şəxs 23.02.2022-ci il tarixə çəkilməmiş cəzası 07 ay 28 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 29 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 01 iyul 2021-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, bundan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Ziques” yazıları olan qara rəngli, papaqlı, qısa qollu, uzun biçimli jilet, 01 ədəd üzərində “El-Sal” yazıları olan ağ-qara rəngli, içərisi astarlı, uzun biçimli, kəmərli don, 06 ədəd qadın alt paltarları, 03 ədəd üzərində “LoveRose” yazalıra olan qadın alt paltarı, 02 ədəd üzərində “Modal İntensive” yazıları olan xallı, uzun biçimli, qısa qollu don, 02 ədəd üzərində “Markiza” yazalıra olan uzun biçimli, düyməli, qara rəngli qısa qollu don, 01 ədəd üzərində “BirlikGroup” yazıları olan mavi rəngli, ağ cızıqlı, üç düyməli, uzun biçimli, don, 05 ədəd üzərində “ElisaFanti” yazıları olan, qara güllü, uzun biçimli qısa qollu donun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 22 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 492 (dörd yüz doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən azaldılmış qalan 07 ay 28 gün hissəsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Ağcabədi rayonu, Hindarx kəndində yerləşən ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Ağcabədi rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Ziques” yazıları olan qara rəngli, papaqlı, qısa qollu, uzun biçimli jilet, 01 ədəd üzərində “El-Sal” yazıları olan ağ-qara rəngli, içərisi astarlı, uzun biçimli, kəmərli don, 06 ədəd qadın alt paltarları, 03 ədəd üzərində “LoveRose” yazalıra olan qadın alt paltarı, 02 ədəd üzərində “Modal İntensive” yazıları olan xallı, uzun biçimli, qısa qollu don, 02 ədəd üzərində “Markiza” yazalıra olan uzun biçimli, düyməli, qara rəngli qısa qollu don, 01 ədəd üzərində “BirlikGroup” yazıları olan mavi rəngli, ağ cızıqlı, üç düyməli, uzun biçimli, don, 05 ədəd üzərində “ElisaFanti” yazıları olan, qara güllü, uzun biçimli qısa qollu donun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 492 (dörd yüz doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar