Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-8/2023 23.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1991-ci il tarixdə Ağdam rayonu, Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tanışı özünün yetkinlik yaşına çatmamış 30 avqust 2002-ci ildə anadan olmuş X4 ilə bir neçə dəfə cinsi münasibətdə olmağa yönəlmiş cinayət niyyətini həyata keçirərək, on səkkiz yaşına çatmış şəxs olaraq, 25 may 2018-ci ildə saat 15:00 dəqiqədən 17:00 dəqiqəyədək olan müddət ərzində, coğrafi koordinatları 62046.853' şimal enliyi və 148007.864' şərq uzunluğu olan, Maqadan vilayəti Susuman rayonu, Susuman şəhərindəki Berelex çayı üzərindən keçən körpünün yaxınlığında yerləşən ərazi sahəsində olarkən, 30 avqust 2002-ci ildə anadan olmuş yetkinlik yaşına çatmamış D.Kavalyauskayte ilə birlikdə, bilərəkdən hərəkət edərək, onun cinsi toxunulmazlığının, onun şəxsiyyətinin normal fiziki və əxlaqi inkişafının pozulması şəklində hərəkətlərinin ictimai təhlükəliliyini dərk edərək və bunların baş verməsini istəyərək, D.Kavalyauskaytenin on altı yaşına çatmadığını əvvəlcədən bilərək, cinsi tələbatlarının qarşılanması məqsədilə, qarşılıqlı razılıq əsasında, cinsi üzvünü 16 yaşına yaşına çatmamış zərərçəkmiş şəxs D.Kavalyauskaytenin cinsi orqanına daxil edilməsi yolu ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra, özünün yetkinlik yaşına çatmamış 30 avqust 2002-ci ildə anadan olmuş D.Kavalyauskayte ilə bir neçə dəfə cinsi münasibətdə olmağa yönəlmiş cinayət niyyətini həyata keçirməyə davam edərək, on səkkiz yaşına çatmış şəxs olaraq, 15 iyun 2018-ci ildə saat 15:00 dəqiqədən 18:00 dəqiqəyədək olan müddət ərzində, coğrafi koordinatları 62046.853' şimal enliyi və 148007.864' şərq uzunluğu olan, Maqadan vilayəti Susuman rayonu, Susuman şəhərindəki Berelex çayı üzərindən keçən körpünün yaxınlığında yerləşən ərazi sahəsində olarkən, 30 avqust 2002-ci ildə anadan olmuş yetkinlik yaşına çatmamış D.Kavalyauskayte ilə birlikdə, bilərəkdən hərəkət edərək, onun cinsi toxunulmazlığının, onun şəxsiyyətinin normal fiziki və əxlaqi inkişafının pozulması şəklində hərəkətlərinin ictimai təhlükəliliyini dərk edərək və bunların baş verməsini istəyərək, D.Kavalyauskaytenin on altı yaşına çatmadığını əvvəlcədən bilərək, cinsi tələbatlarının qarşılanması məqsədilə, qarşılıqlı razılıq əsasında, cinsi üzvünü 16 yaşına yaşına çatmamış zərərçəkmiş şəxs D.Kavalyauskaytenin cinsi orqanına daxil edilməsi yolu ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində işləmək üçün Rusiya Federasiyasının Maqadan vilayətinə getmişdir. Təxminən 2018-ci ilin may ayında Susuman rayonunun, Susuman şəhərinə məşqulluq idarəsinə getmişdir. Həmin zaman Susuman şəhərində tibbi komisiyadan keçərkən tibb məntəqəsində ona diqqətlə baxan qızı görmüşdür. Bir müddətdən sonra tibb məntəqəsindən çıxan zaman küçədə ona diqqətlə baxan qız ilə rastlaşmışdır. Həmin qızla aralarında danışıq bağlantısı yaranmış və onlar yaxından tanış olmaqla həmin qız özünü Dalya, O, isə özünü ona Tural kimi təqdim etmişdir. Belə ki, adı İlhamiz olsa da qohum tanışları onu Tural kimi çağırırlar. Bir müddətdən sonra onlar biri-birlərinə mobil telefon nömrələrini verib ayrılmışlar. Təxminən iki saat keçmiş mobil nömrəsinə Dalya zəng vuraraq Susuman şəhərində görüşərək gəzməklərini təklif etdikdə, o, onunla razılaşmışdır. Danışıqlarından bir müddət sonra Dalya ilə görüşərkən həmin zaman Katya adlı rəfiqəsidə onun yanında olmuşdur. Onlar birlikdə şəhərə gəzməyə çıxmışlar. Bir müddətdən sonra Katya evinə, o, isə Dalya ilə mağazadan dörd şüşə pivə alaraq çay kənarına körpü tərəfə getmişlər. Körpü altında hər ikisi pivə içərək söhbət etməyə başlamışlar. Söhbət zamanı biri-birlərindən xoşuna gəldiklərini bildirmişlər. Pivə içdikdən sonra meyxoşlanaraq öpüşüb qucaqlaşaraq ala yarımçıq soyunaraq qarşılıqlı istəklə təbii yolla cinsi əlaqə olmuşlar. Onun Dalya ilə cinsi əlaqələrindən sonra yanlarına Katya gəlmişdir. Dalyanın təklifinə əsasən Katyada pivə içmiş və onlar Susuman şəhərinə gəzməyə çıxmışlar. Şəhərdə parkın yanında o, onlarla sağollaşaraq çıxıb getmişdir. Bundan sonra onlar təkrarən Susuman şəhərində görüşüb gəzərək yenidən çay kənarında körpü altına getsələrdə bu dəfə cinsi əlaqələri olmamışdır. Həmin zaman Dalya onu öpərkən təsadüfən videoçəkliş etmişdir. Dalya ilə gəzərkən artıq sabahsı şəhərdən uzaqlaşaraq işləmək üçün gedəcəyini bildirmişdir. Bundan sonra 15 iyun 2018-ci il tarixdə təkrarən Dalya ilə Susuman şəhərində görüşərək eyni ilə Berelex adlı çay kənarına körpü altına gedib pivə içərək xoşhallanıb qarşılıqlı istəkləri ilə alayarımçıq söyunub könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. Beləliklə O, Dalya ilə iki dəfə təbii yolla cinsi əlaqədə olmuşlar., O, Dalyanın 15 yaşı olmasını bilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərşəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Sağ əlindən əməliyyat olunmuşdur və əli demək olar ki, işləmir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, anadan olandan Susuman şəhərində atası ilə birlikdə yaşayırmış. Əvvəllər onlarla anası X6 da yaşayırmış, lakin o 2018-ci ildə vəfat etmişdir. Valideynləri təxminən 2010 ildə ayrılmışlar, boşanmadan sonra o, atası ilə yaşamağı qərara almışdır, bu onun qərarı imiş və valideynləri buna etiraz etməmişlər. Valideynləri aralarında münasibət saxlayırmışlar, anasıylada ünsiyyətdə imiş, O, anasına vaxtaşırı baş çəkirmiş. Anası da atası kimi onun tərbiyəsi ilə məşğul olurmuş, onunala cinsi tərbiyə barədə söhbət edirmiş, bu barədə atası ilə söhbət etməyə utanırmış, lakin aralarında bu cür söhbətlər olurmuş. O, ona şəxsi həyatı barəsində törədilmiş cinayət barədə danışmamış, onun bundan xəbəri yox imiş, bu barədə O, ona qısaca cinayət işi açılandan sonra xəbər vermişdir. Susuman şəhərində Şahid adında rəfiqəsi yaşayır. O, onunla tez-tez görüşüb hər şeyi ona danışırmış, o cümlədən şəxsi həyatı və oğlanlarla münasibəti barədə. Yekaterinadan başqa o, heç kimlə şəxsi həyatı barədə söhbət etmirmiş və etməmişdə. 24 may 2018-ci il tarixində o, Susman şəh. poliklinikasında tibbi komissiya keçirmiş. Orada ona sonradan onun soyadı İsmayılov olduğu məlum olan bir oğlanla rastlaşmışdır, o özünü Tural kimi təqdim etmişdir. İsmayılov onun xoşuna gəlmiş və onlar uzun-uzadı biri-birlərinə baxıb, lakin danışmamışlar. Sonra 25 may 2018 il tarixində o, Şahidla səhər saatlarında şəhərdə gəzişən zaman İsmayılovla “Lyubo doroqo” mağazasının yanında rastlaşmışdır. Həmin vaxt onlar onunla tanış olmuşlar və əlaqə nömrələrini bir-birlərinə vermişlər. Həmin saat 15-16 radələrində onunla zəngləşib və gəzintiyə çıxmaq qərarına gəlmişlər. Praktiki olaraq həmin vaxt “Polyarnik” mağazasının yanında görüşmüşlər, O, Qiblyakla imiş, lakin o atasını qarşılamağa getmiş və o, İsmayılovla tək qalmışdır. O “Polyarnik” mağazasında hər biri 0,5 litr olan 4 şüşə “Tuborq” pivəsi almış və onlar tək qalmaq üçün ikisi körpü istiqamətində Berelex çayının qırağına yollanmışlar. Orada gəldikdə pivə içməyə başlamışlar. Pivəni o, könüllü içmişdir, İsmayılov onu məcbur etməmişdir. Pivə içən zaman öpüşməyə başlamışlar, bu qarşılıqlı imiş, kimin birinci öpüşməyə başladığını dəqiq deyə bilmir. Öpüş zamanı İsmayılov onu soyundurmağa başlayıb cinsi orqanlarını açmış, o paltarını tam çıxarmamışdır, yalnız tuman və alt paltarını çıxarmışdır. Onun hərəkətlərinə müqavimət göstərməmişdir. İsmayılov cinsi orqanlarını açdıqdan sonra öz şalvarını aşağı salıb cinsi orqanını çıxarmış, sonra onu çöndərib bir az qabağa əyərək öz cinsi orqanını onun uşaqlıq yoluna daxil etmişdir. Cinsi əlaqə təxminən 15-20 dəqiqə çəkmiş, həmin vaxt İsmayılov prezervativdən istifadə etmişdir. Cinsi əlaqə qarşılıqlı razılıq əsasında təbii formada baş vermişdir. Cinsi əlaqə başa çatdıqdan sonra bir geyinib və orada qalmağı davam etmişlər. Sonra həmin yerə onların yanına Qiblyak gəlmiş, o təxminən saat 16:30 – 17:00 radələrində gəlmişdir. Qiblyak onların olduğu yeri bilirmiş, onlar bunu həmin gün İsmayılovla görüşüb gəzintiyə çıxdıqları zaman demişdir. İsmayılov deyirmiş ki, hansısa arteldə işləməyə hazırlaşır və bu səbəbdən tez bir vaxtda çıxıb gedəcək. Həmin gündən 15 iyun 2018-ci il tarixinədək o, İsmayılovu görmürmüş, lakin onlar telefonla danışırmışlar. 2018-ci ilin iyun ayının 10-dan 20-dək İsmayılov yenə də Susuman şəhərinə gəlmiş və günlərin birində görüşmüşlər. Dəqiq tarixi xatırlamır, yalnız onu deyə bilər ki, görüş saat 14:00-dan saat 22:00-dək olan müddətdə baş vermişdir. Saat 22:00-da O, artıq evdə imiş. Həmin vaxt hava gec qaraldığına görə dəqiq vaxtı xatırlamır. Bu dəfə də həmin yerə - Berelex çayının qırağına körpünün altına yollanmışlar. Orada onlar tək olmaqla öpüşməyə başlamışlar, sonra keçən dəfəki kimi cinsi əlaqədə olmuşlar, yəni o, tumanını aşağı salıb alt paltarını çıxartmış, İsmayılovda da şalvar və tumanını çıxarıb cinsi orqanını uşaqlıq yoluna daxil etmişdir. Hər şey keçən dəfəki kimi baş vermiş, o, arxası İsmayılova durmuş, lakin bu dəfə İsmayılov prezervativdən istifadə etməmişdir. İsmayılovun cinsi əlaqəni necə başa çatdırdığını bilmir, ancaq spermasını onun uşaqlıq yoluna tökməmişdir. Bu cinsi əlaqə də qarşılıqlı razılıq əsasında təbii formada baş vermişdir. Qeyd etdiyi iki dəfədən artıq o, İsmayılovla cinsi əlaqədə olmamış, iki dəfə də cinsi əlaqələr aralarında Susuman şəhərindəki Berelex çayının qırağıda körpünün altında baş vermişdir, yəni 25 may 2018-ci il tarixində və bir gün 2018-ci ilin iyun ayının 10-dan 20-dək olan müddətdə, cinsi əlaqələr qarşılıqlı razılıq əsasında təbii formada, heç bir zorakılıq olmadan baş vermişdir. Həmçinin bildirmək istəyir ki, birinci dəfə cinsi əlaqəyə daxil olmaqdan əvvəl, söhbət zamanı o, 15 yaşı olduğunu ona demiş, İsmayılov da demişdir 25 - 27 yaşı var, dəqiq xatırlamır. O, İsmayılova yaşını deyəndə o əvvəlcə inanmamış, demiş ki, yaşından böyük görünür, sonra O, İsmayılova pasportunu göstərmiş, o da əmin olmuş ki, onun həqiqətən 15 yaşı var. Pasport həmin gün üstündə olduğu üçün ona göstərmişdir, bundan başqa pasportu ona Qiblyakın yanında göstərmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla cinsi əlaqədə olarkən etdiyi hərəkətlərin xarakter və mənasını anlayırmış, buna etiraz etmirmiş və onun hərəkətlərinə cavab verirmiş, çünki onunla cinsi əlaqədə olmaq istəyirmiş. Təqsirləndirilən şəxsla cinsi əlaqədə olması barədə yalnız rəfiqəsi Şahid danışmış, ondan başqa keç kimə bir söz deməmişdir. Təqsirləndirilən şəxsla sosial şəbəkələrdə baş vermiş cinsi əlaqə haqqında yazışmalarını xatırlamır. Əvvəllər cinayət işi üzrə dindirilmiş və Tural və ya Turan adlı İsmayılov soyadlı şəxsin onunla cinsi əlaqədə olmasının halları üzrə ifadə vermişdir. Verdiyi ifadələrini xatırlayır və tam həcmdə təsdiq edir. Əlavəsi yoxdur, əlavə suallara cavab verməyə hazırdır. Birinci dəfə, yəni 16 sentyabr 2018-ci il tarixində o, 15 iyun 2018-ci il tarixini qeyd etmişdir, deməli İsmayılov ikinci dəfə onunla cinsi əlaqədə həmin tarixdə olmuşdur. Sonrakı dindirilmə zamanı o, dəqiq tarixi xatırlamadığı üçün yalnız 2018-ci ilin iyun ayının 10-dan 20-dək olan müddətdə olan bir günü qeyd etmişdir. Birinci dəfə İsmayılov onunla cinsi əlaqədə 25 may 2018-ci il tarixində olmuşdur. Hər dəfə cinsi əlaqə Susuman şəhərindəki Berelex çayının qırağına körpünün altında Zareçye mikrorayonu istiqamətində baş vermişdir. Hər dəfə cinsi əlaqə gündüz, saat 15-dən 18-dək olan müddətdə baş vermişdir. Əvvəl qeyd etdiyi kimi, İsmayılovun onun 15 yaşı olduğunu bilirmiş, İsmayılov ona inanmadığı üçün tanışlıq zamanı o, ona pasportunu göstərmişdir. Baxış zamanı onun telefonundan 09 oktyabr 2018-ci il tarixində götürülmüş, üzərində İsmayılovu öpdüyü video yazı olan “VİD-20180721-WA0001” adlı video yazının yaranması hallarını dəqiqləşdirərək bildirmişdir ki, həmin video yazını İsmayılov özü 15 iyun 2018-ci il tarixində, onların görüşdüyü gün, cinsi əlaqədən sonra etmişdir. Həmin gün cinsi əlaqədən sonra onlar ünsiyyət saxlayırmışlar və o, öz telefonu ilə video çəkmişdir. Həmin video yazını ona “Whatsapp” vasitəsi ilə tanışlarından biri göndərmişdir, dəqiq kim olduğunu xatırlamır. Video faylın adından məlum olur ki, video yazı ona 21 iyun 2018-ci il tarixində göndərilmişdir, yəni İsmayılovla cinsi əlaqədən sonra göndərilmişdir. Faktiki isə həmin video yazı İsmayılov tərəfində 15 iyun 2018-ci il tarixində onun telefonu ilə edilmişdir. Həmin video fayl dəqiq kim tərəfindən, hansı səbəbdən və hansı şəraitdə göndərilməsini xatırlamır. Zərərçəkmiş şəxs X5 elektron poçt vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadını bildirmiş və bu məsələ ilə bağlı bir daha narahat edilməməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Susuman şəhərində yaxın rəfiqəsi Kavalyauskayte Dalya yaşayır, onunla təxminən 2014 ildən tanışdır, onların dostluq münasibətləri var, birlikdə gəzintiyə çıxırlar, boş vaxtlarını birlikdə keçirirlər, şəxsi həyatları ilə bölüşürlər. Dalya atası ilə birlikdə Susuman şəh., Bilibin küç., ev 5, mən. 65 ünvanında yaşayır. 24 may 2018-ci il tarixində o Dalya ilə birlikdə Susman şəh. poliklinikasında imiş. Orada olan zaman Dalya ona sonradan onun adı Tural soyadı İsmayılov olduğu məlum olan bir oğlanı göstərmiş və demiş ki, həmin oğlan onun xoşuna gəlir. Sonra onlar çıxıb getmişlər. Sonra 25 may 2018-ci il tarixində saat 12:00-dən 13:00-dək olan müddətdə onlar Dalya ilə Susuman şəhərində gəzən zaman İsmayılovla “Lyubo doroqo” mağazasının yanında rastlaşıb tanış olmuşlar. Oğlan və Dalya əlaqə nömrələrini bir birinə vermişlər və onlar gəzintini davam etmişlər, İsmayılov isə orada qalmışdır. Həmin gün saat 15:00-dən 16:00-dək olan müddətdə onlar yenə də onunla rastlaşarkən birlikdə gəzməyi təklif etmişdir. Həmin vaxt o atasını qarşılamalı imiş, buna görə də çıxıb getmişdir. Bildiyinə görə onlar körpü istiqamətində Berelex çayının qırağına getmişlər. Dalya ona demiş ki, sonra onunla zəngləşəcək və onlar birlikdə gəzməyi davam edərlər. Atası ilə görüşüb işlərini bitirdikdən sonra o, Dalyaya zəng etdikdə ona demiş ki, İsmayılovla birlikdə Berelex çayının üzərindəki körpünün yanındadır, o da tez bir zamanda onların yanına gələcəyini bildirmişdir. Onların yanına gedib pivə içmişlər, O, ancaq bir udum içmişdir. Sonra onlar gəzintini davam etmişlər, bir müddətdən sonra İsmayılov çıxıb getmiş və o, Dalya ilə ikisi gəzintini davam etmişlər. Körpünün yaxınlığında gəzinti zamanı Dalya ona həmin görüşdüyü yerdə o İsmayılovla bir dəfə təbii formada cinsi əlaqədə olmasını bildirmişdir. O cinsi əlaqənin qarşılıqlı razılıq əsasında, ona qarşı heç bir zorakılıq olmadan baş verdiyini bildirsədə, Dalya cinsi əlaqənin digər təfərrüatlarını ona bildirməmişdir. Həmçinin bildirmək istəyir ki, İsmayılovla tanış olduqları zaman, yəni 25 may 2018-ci il tarixində onlar İsmayılova yaşlarını demişlər, hətta Dalya İsmayılovun onun 15 yaşı olduğuna inanmadığı üçün öz pasportunu göstərmişdir. İsmayılov da öz yaşını onlara demiş, səhv etmirsə, 25 və ya daha çox yaşı olduğunu bildirmişdi, dəqiq xatırlamır. Həmin gündən sonra o İsmayılovu görməmiş, sonradan Dalya ona İsmayılovla həmin yerdə, yəni Berelex çayının üzərindən keçən körpü yaxınlığında 2018-ci ilin iyun ayında görüşdüklərini, aralarında cinsi əlaqə olduğunu bildirmişdir. Bunu Dalya ona 2018-ci il iyun ayının 20-dən 25-dək olan müddətdə danışmışdır, həmin vaxt o aralarında cinsi əlaqənin iyunun 20-dək baş verdiyini bildirmişdir. Bu dəfə də Dalya cinsi əlaqənin digər təfərrüatlarını ona bildirməmiş, yalnız cinsi əlaqənin həmin 25 may 2018-ci il tarixində baş verdiyi yerdə qarşılıqlı razılıq əsasında, ona qarşı heç bir zorakılıq olmadan baş verdiyini bildirmişdir.Həmin vaxt onun 16 yaşım var imiş və o rəfiqəsi Kavalyauskayte Dalyanın adı Tural soyadı İsmayılov olan şəxslə 2018-ci ilin may-iyin aylarında baş vermiş cinsi əlaqələri haqqında ona məlum olan halları tam şəkildə bildirmişdir. Verdiyi ifadələri tam şəkildə təsdiq edir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, 24 may 2018-ci il tarixində o, Dalya ilə birlikdə Susman şəh. poliklinikasında imiş. Orada olan zaman Dalya İsmayılov adlı bir oğlanı göstərmiş və həmin oğlan onun xoşuna gəldiyini bildirmişdir. Gələn gün 25 may 2018-ci il tarixində saat 12:00 radələrində Susuman şəhərindəki “Lyubo doroqo” mağazasının yanında İsmayılova rastlaşıb tanış olmuşlar. Onlar özlərini bir birlərinə təqdim edib və yaşlarını bildirmişlər, hətta Dalya İsmayılovun onun 15 yaşı olduğuna inanmadığı üçün öz pasportunu İsmayılova göstərmişdir. İsmayılov və Dalya əlaqə nömrələrini bir birinə verdikdən sonra gəzintini davam etmişlər, İsmayılov isə çıxıb getmişdir. Bir müddətdən sonra onlar yenə də onunla rastlaşmışlar və İsmayılov gəzintini birlikdə davam etməyi təklif etdikdə onunla razılaşmışlar. Həmin zaman saat 15:00 – 16:00 radələri olarmış. Həmin vaxt o atasını qarşılamalı olduğu üçün, o getməli olduğunu, bir az sonra qayıda bildiyini deyib çıxıb getmişdir. İsmayılov və Dalya körpü istiqamətində Berelex çayının qırağına gedib orada ona gözləyəcəklərini bildirmişlər. İşlərini bitirdikdən sonra, 25 may 2018-ci il tarixində saat 16:30-dan 17:00-dək olan müddətdə o Susuman şəhərində Berelex çayının üzərindəki körpünün yanına gəlib orada İsmayılov və Dalya ilə görüşmüşdür. Bir müddət sonra İsmayılov çıxıb getmiş, o isə Dalya ilə orada qalmış və Dalya ona demiş ki, o olmadığı zaman, İsmayılovla tək qaldığı zaman həmin yerdə aralarında təbii formada, qarşılıqlı razılıq əsasında, ona qarşı heç bir zorakılıq olmadan cinsi akt baş vermişdir. Dalya əlaqənin təşəbbüskarının kim olduğu, əlaqə necə baş verdiyi və digər təfərrüatlarını ona bildirməmişdir. O da ona maraqlı olmadığı üçün ondan heç nə soruşmamışdır, lakin Dalya həmin vaxt şövqlü və həyəcanlı vəziyyətdə imiş. Bundan sonra o İsmayılovu görməmiş və ünsiyyət saxlamamışdır, Kavalyauskayte deyirmiş ki, onunla telefonla danışır. 2018-ci il iyun ayının 20-dən 25-dək olan müddətdə Dalya ona İsmaylovla həmin yerdə - Berelex çayının üzərindəki körpünün yanında görüşdüklərini, aralarında cinsi əlaqə olduğunu, əlaqənin qarşılıqlı razılıq əsasında, ona qarşı heç bir zorakılıq olmadan baş verdiyini bildirmişdir. Bundan sonra Dalya, İsmaylovla görüşməsi, onunla cinsi əlaqədə olması barədə heç bir şey danışmayıb, o da bununla maraqlanmamışdır. Sonradan Dalya ona İsmayılovun Maqadan vilayətindən getdiyini bildirmişdir. Lakin onun bunları ona dəqiq nə vaxt dediyini xatırlamır. Əvvəllər bildirdiyi kimi, onlar Kavalyauskayte ilə dost olmuşlar, daim ünsiyyətdə olmuşlar, boş vaxtlarını birlikdə keçirmişlər, bir birlərinə şəxsi həyatlarına aid sirlərini danışmışlar. 2020-ci ilin avqust ayında Kavalyauskayte Novosibirsk şəhərinə getməyə hazırlaşdığını bildirərək Maqadan vilayətindən çıxıb getmişdir. Bundan sonra o telefon nömrəsini dəyişdiyinə görə onunla zəngləşməmişdir. İş materiallarından görünür ki, **********5000022 saylı cinayət işi xx.xx.2018-ci il tarixdə Maqadan vilayəti üzrə Rusiya Federasiyası İstintaq komitəsi Yaqodinski RİŞ-nin müstəntiqi, ədliyyə mayoru D.S. Troşenko tərəfindən Rusiya Federasiyasında Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının CM 134.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, 29 oktyabr 2018-ci il tarixdə İ.A. İsmayılov barəsində onun RF CM 134.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir, lakin qərar Təqsirləndirilən şəxs ibtidai istintaq orqanlarında qaçıb gizləndiyinə görə ona elan edilməmişdir. Həmin gün İ.A. İsmayılov barəsində başqa yerə getməmək və lazımi davranış qismində qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxs İ.A. İsmayılov barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, 21 noyabr 2018-ci il tarixdə cinayət işinin ibtidai istintaqı RF CPM 208.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs İ.A. İsmayılovun ibtidai istintaq orqanlarından qaçıb gizlənməsi və onun olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar dayandırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Maqadan vilayəti üzrə Rusiya Federasiyası İstintaq komitəsi istintaq idarəsinin rəhbəri, ədliyyə general-mayoru A.V. Prosina tərəfindən İ.A. İsmayılovun RF CM 134 mad. 1 hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair **********5000022 saylı cinayət işinin materialları təqsirləndirilən şəxs İ.A. İsmayılov barəsində cinayət təqibinin icra edilməsi üçün cinayət işinin xarici dövlətin səlahiyyətli orqanlarına göndərilməsi məsələsinin həll edilməsi məqsədi ilə Maqadan vilayəti prokuroruna göndərilməsi haqqında qərar qəbul olunmaqla, oradan da cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi Ağdam RPŞ-nin İB-nə göndərilmiş və xx.xx.2022-ci il tarixdə baş müstəntiq polis polkovnik-leytenantı X11 tərəfindən icraata qəbul olunmaqla cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi istintaq aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işi icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə əməl Rusiya Federasiyasının CM-nin 134.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsinə əsasən ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulması barədə axtarışı elan edilərək iş üşrə icraat CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Qaradağ RPİnin 10-cu PB-nin CA üzrə əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlandığı Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. İş materillarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, 30 avqust 2002 il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixində saat 12:20-də keçirilən tibbi ekspertiza anına kəllə-beyin, bədən, ətraflar nahiyəsində qançır, sıyrıntı, qızartı və yumşaq toxumalarda şışkinlik şəklində hər hansı zədələnmə müəyyən edilməmişdir. D.S. Kavalyauskaytenin qızlıq pərdəsinin tamlığı çoxdan pozulmuşdur, həddi-buluğa çatmamış D.S. Kavalyauskaytenin qızlıq pərdəsinin tamlığının zədələnməsi o cümlədən cinsi əlaqə nəticəsində pozula bilərdi, hal-hazırda qızlıq pərdəsinin tamlığının zədələnməsinin dəqiq vaxtını müəyyən etmək mümkün deyil. İş materiallarında olan məhkəmə ambulator kompleks psixiatrik ekspertizasının xx.xx.2018-ci il tarixli 706 nömrəli rəyindən görünür ki, həddi-buluğa çatmamış X1 fərdi yaş xüsusiyyətlərini, hüquqi nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən vaxtda törədilən cinayətin şəraitini nəzərə alaraq, o iş üzrə əhəmiyyət kəsb edən halları düzgün dərk edib bu barədə ifadə verə bilərdi. Zərər çəkmiş X1 yaş xüsusiyyətləri, intellektual və fiziki inkişaf səviyyəsini nəzərə alaraq, o təqsirləndirilən şəxsə müqavimət göstərə, həmçinin hüquqi nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən vaxtda ona qarşı törədilən hərəkətlərin xarakterini dərk edə bilərdi. Zərər çəkmiş X2 yüksən təlqin etmə, uydurma əlamətləri müəyyən edilməmişdir. Zərər çəkmiş X1 inkişafında psixiki xəstəliklə əlaqəli olmayan gerilik yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təstiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və potologiya aşkar edilmədi. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdraəsi tərəfindən verilmiş 4107 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməyən cəzası xx.xx.2023-cü il tarixə 01 il 08 ay 06 gün təşkil edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış CD diskdə olan “VİD92180721-WA001” adlı fayl iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X9, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 10 (on) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 08 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına hesablansın və CM-nin 66.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 07 (yeddi) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilən 02 (iki) ay 10 (on) gün hissəsi nəzərə alınmaqla üzərində 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış CD diskdə olan “VİD92180721-WA001” adlı fayl iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X9, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-8/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-8/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver