Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-8/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Lənkəran rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran aryonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M Ü Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə, saat 17:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində, əri Şahid4 ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs arasında idarə etdikləri nəqliyyat vasitələrinin hərəkətləri ilə bağlı yaranmış mübahisəni bəhanə gətirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə heç bir səbəb olmadan silah qismində istifadə olunan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ ayağına iki dəfə vurub sonuncuya sağ bud və sağ baldır nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulması ilə nəticələnən yüngül dərəcəli bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verən vaxt həyat yoldaşı və uşaqları ilə birlikdə həyat yoldaşının idarə etdiyi avtomobillə “Sədərək” Ticarət Mərkəzindən qayıdırlarmış. “Sədərək” Ticarət Mərkəzində olarkən sonradan adını bilidiyi Şəhriyar adlı şəxs öz avtomobili ilə həyat yoldaşının idarə etdiyi avtomobili saxlatdırıb avtomobili onun idarə etdiyi avtomobilin üzərinə sürdüyünü bildirmiş və buna görə də onlar arasında mübahisə yaranmışdır.Mübahisə bitdikdən Şəhriyar adlı şəxsin yanında oturmuş bir xanım həyat yoldaşı Amidin ünvanına nəlayiq ifadələr işlətmiş və Amid cavabında həmin ifadələrin onların özünə aid olduğunu bildirmiş və avtomobili sürüb getmişdir.Bundan sonra Şəhriyar adlı şəxs yenidən həyat yoldaşı Amidi saxlatdırmış və avtomobildən aşağı düşməsini tələb etmişdir.Bundan sonra Amid avtomobildən aşağı düşmüş və Şəhriyar onun üzərinə hücum edərək vurmağa başlamışdır.Bundan sonra Amid yerə yıxılmış və hadisə baş verən yerə adamlar yığışmışdır.O, avtomobildən düşərək onlara yaxınlaşmış və Şəhriyara “Amidi burax onu öldürəcəysən” demiş, lakin Şəhriyar onu buraxmamış və onu itələyərək yerə yıxmış və o da bundan sonra “Sədərək” Ticarət Mərkəzindən aldığı və avtomobildən düşərkən cibinə qoyduğu meyvə bıçağı ilə Şəhriyarı ayaq nahiyyəsindən vurmuş və Şəhriyar yerə yıxılmış və “məni vurdu, məni vurdu” deyə qışqırmışdır.Bundan sonra o Amidə uşaqların qorxduğunu və evə getmələrini bildirmiş və yolda gedərkən bıçağı çölə tullamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəhriyar adlı şəxsi öldürmək niyyəti ilə deyil, qorxutmaq üçün vurmuşdur.O.Şəhriyar adlı şəxsi bıçaqla vurarkən atrafda tanımadığı şəxslərin olduğunu və Amidlə Şəhriyar adlı şəxsi ayırmağa çalışdıqlarını görmüşdür. Təqsirləndirilən şəxs son olaraq çıxışında ittiham olunduğu əməlin CM-nin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən tarixdə qeyri-rəsmi nigahda yaşadığı Şahid1 ilə birlikdə alış-veriş etmək üçün “Sədərək” Ticarət Mərkəzinə gəlmiş, işlərini yekunlaşdırdıqdan sonra idarə etdiyi avtomobilə əyləşib ticarət mərkəzinin çıxışına tərəf sürməyə başlamışdır. Avtomobil ilə hərəkətdə olduğu zaman qarşısında hərəkətdə olan avtomobilin sürücüsü qəfildən avtomobili onun idarə etdiyi avtomobilin üzərinə sürərək qəza şəraiti yaratmışdır. Buna görə o, avtomobilini həmin avtomobilin yanına sürərək sürücüyə irad bildirmək üçün qapının şüşəsini endirmiş və sürcüyə ”nə üçün avtomobili üstümə sürürsən? deyə irad bildirmişdir. Sonradan adının Amid olduğunu öyrəndiyi şəxs ona kobud formada cavab verərək “mənə sürmək öyrədirsən” demişdir. Bundan sonra onundan yanında olan xanım Amid adlı şəxsə “ay qardaş səhv etmisən de ki, səhv etmişəm də” demiş və hal-hazırda unutduğu bir ifadə işlətmir.Bundan sonra Amid xanıma “həmin şey sənsən və sənin yanındakıdır” demiş və maşını sürərək bir az qabağda yolun kənarda saxlamış və o da maşını onun maşının arxasında saxlamışdır.Onlar maşından düşmüş və dava etməyə başlamış və ətrafa adamlar yığışmış və onları ayırmağa çalışmışlar.Bu zaman Sevgül adlı şəxs onu bıçaqla ayağından vurmuş və o yerə yıxılmışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobildən ilk olaraq o düşmüş və ilk zərbəni o vurmuşdur.Lakin o, dava zamanı Sevgül adlı şəxsi itələyib yerə yıxmamışdır. Zərərçəkmiş şəxs son olaraq çıxışında Təqsirləndirilən şəxs ilə barışdığını və ondan şikayət-tələbinin olmadığını bildirmiş və bununla bağlı ərizə təqdim etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən tarixdə günorta radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs və üç övladı ilə birlikdə alış-veriş etmək üçün “Sədərək” ticarət mərkəzinə getmişlər. İşlərini gördükdən sonra avtomobilə əyləşib ticarət mərkəzinin çıxışına tərəf hərəkət etməyə başlamışdır. Bir qədər getdikdən sonra çıxışa az qalmış arxadan qara rəngli markasını və dövlət qeydiyyat nişanını dəqiq bilmədiyi avtomobilin sürücüsü tərəfindən işıq işarələrinin verildiyini görüb sürəti azaltmışdır. Bu zaman həmin avtomobil ona yaxınlaşmış və sürücü qapının pəncərəsini aşağı salaraq avtomobildən düşmədən uca səslə ona çox kobud formada irad bildirirək avtomobili pis sürdüyünü söyləmişdir. Bu zaman həmin avtomobildə sərnişin qismində əyləşən qadın ona tərəf baxaraq nalayiq küçə söyüşləri ilə onu söyməyə başlamışdır. Həmin qadının sözlərini eşitdikdən sonra Şahid4 qadının dediklərinin onun özünə aid olduğunu bildirmiş və avtomobili bir qədər irəlidə yolun kənarında saxlamışdır. Həmin avtomobilin sürücüsü avtomobildən düşüb ona hücum etmiş və yumruq və təpik zərbələri ilə onu döyməyə başlamışdır. Bundan sonra ətrafdakı şəxslər onlara yaxınlaşaraq ayırmağa başlamışlar. Bu zaman onunla dava edən şəxsin əllərinin qanlı olduğunu və onun ”məni bıçaqla vurdu” deyə qışqırdığını eşitmişdir. Həmin vaxt nə baş verdiyini anlamamışdır. Daha sonra avtomobildə əyləşən azyaşlı uşaqlarının qorxudan ağladıqlarını görmüş və həyat yoldaşı Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib birlikdə yaşadıqları evə getmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs vilə birlikdə alış-veriş etmək üçün “Sədərək” ticarət mərkəzinə getmişlər. Axşam radələrində işlərini yekunlaşdırıb Şəhriyarın idarə etdiyi avtomobilə əyləşib çıxışa tərəf hərəkət etməyə başlamışlar. «Sədərək» Ticarət Mərkəzinin daxilində avtomobillə hərəkətdə olduqları zaman qarşıda hərəkətdə olan avtomobilin sürücüsü qəfildən avtomobili onların hərəkətdə olduqları avtomobilin üzərinə sürərək qəza şəraiti yaratmışdır. Bu zaman Şəhriyar avtomobilini həmin avtomobilin yanına sürərək digər avtomobilin sürücüsünə irad bildirmək üçün qapının şüşəsini endirmiş və sözügedən avtomobilin sürücüsünə mədəni formada ”nə üçün avtomobili üstümə sürüsən? deyə irad bildirmişdir. Bundan sonra digər avtomobilin sürücüsü isə Şəhriyara kobud formada cavab qaytarmışdır. Bundan sora o, Amid adlı şəxsə “ay qardaş səhv etmisən de ki, səhv etmişəm üzr istə çıxaq gedək” demiş və həmin şəxs üzr istəməyəcəyini bildirmiş və o da həmin şəxsə “onda belə çıxır eşşəksən” demiş və həmin şəxs cavabında “eşşək sizsiniz” demişdir.Bundan sonra Şəhriyar əsəbiləşmiş həmin avtomobilin sürücüsünə avtomobili kənara verib saxlamasını bildirmiş, həmin şəxs və və Şəhriyar avtomobiiləri kənara verdikdən sonra avtomobildən düşüb ona dava etməyə başlamışlar. Bu zaman ətrafdakı insanlar hadisə baş verən yerə yığışmışlar.Sonradan Şəhriyarın bıçaqla vurulduğunu görmüşdür. Müdafiə tərəfi, şahidlər Şahid2 və X3 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadə elan edilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə anası Şahid1 və anasının qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə ilə birlikdə alış-veriş etmək üçün “Sədərək” ticarət mərkəzinə getmişlər. Həmin gün saat 17:30 radələrində işimizi yekunlaşdırıb Şəhriyarın idarə etdiyi **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib çıxışa tərəf hərəkət etməyə başlamışlar. Həmin vaxt o, avtomobildə arxada sərnişin oturacağında əyləşmişdir. Ticarət mərkəzinin daxilində avtomobillə hərəkətdə olduqları zaman qarşılarında hərəkətdə olan **-CX-*** nömrə nişanlı avtomobilin sürücüsü qəfildən avtomobili onların oturduqları avtomobilin üzərinə sürərək, qəza şəraiti yaratmışdır. Bu zaman Şəhriyar cəld reaksiya verib qəzanın qarşısını almış və avtomobilini həmin avtomobilin yanına sürərək digər avtomobilin sürücüsünə irad bildirmək üçün sağ qapının şüşəsini endirmişdir. Şəhriyar sözügedən avtomobilin sürücüsünə mədəni formada ”nə üçün avtomobili üstümə sürüsən? biraz diqqətli ol, qəza edəcəkdik az qala” deyə irad bildirmişdir. Bundan sonra digər avtomobilin sürücüsü isə Şəhriyara kobud formada cavab qaytararaq nalayiq ifadələr işlətməyə başlamışdır. Şəhriyar həmin sürücünün yanında xanım olduğuna görə “artıqəskik danışma yolunu sür” söyləmiş və yoluna davam etməyə hazırlaşmışdır. Buna baxmayaraq digər avtomobilin sürücüsü və yanında əyləşən xanım Şəhriyarın və anasının ünvanına nalayiq ifadələr işlədərək olduqca qeyri-adekvat davranışlar göstərmişlər. Bundan sonra Şəhriyar əsəbiləşmiş və onlarla mübahisə etməyə başlamışdır. Daha sonra digər avtomobilin sürücüsü avtomobili bir qədər irəlidə saxlamış və yerə düşərək onların oturduqları avtomobilə tərəf gəlməyə başlamışdır. Şəhriyar da onun avtomobili saxlayaraq yerə düşdüyünü görüb idarə etdiyi avtomobildən düşüb ona tərəf getmiş, digər avtomobilin sürücüsü Şəhriyara hücum etdikdən sonra onlar dalaşmağa başlamışlar. Anası onların dalaşdığını görüb cəld avtomobildən yerə düşmüş və onları ayırmaq üçün araya girmişdir. O da anasının ardınca avtomobildən düşmüşdür və anasının yanına gedib ona kömək etməyə çalışmışdır. Bu zaman ətrafdakı insanlar da hadisəyə müdaxilə edib Şəhriyarla digər avtomobilin sürücüsünü ayırmağa başlamışlar.. O, Şəhriyar və digər avtomobilin sürücüsünü ayıran zaman görmüşdür ki, digər avtomobildən düşən qadın əlindəki bıçaqla Şəhriyara yaxınlaşıb onun sağ ayağına iki dəfə zərbə endirmişdir. Bu zaman anası qorxudan qışqıraraq həmin qadını kənara itələmişdir.O isə həmin qadının anamı bıçaqla vura biləcəyindən ehtiyyat edib anasını tutaraq kənara çəkmişdir. Həmin qadın bıçaqla anasına tərəf gələrək “gəl-gəl səni də bıçaqlayacağam” söyləmişdir. Bundan sonra isə anası DİN-in 102 xidmətinə, ardınca isə X5 zəng edərək Şəhriyarın ayağından bıçaqlandığı barədə məlumat vermişdir. Ətrafdakı şəxslər Şəhriyarın ayağından bıçaqlandığını görüb ona ilkin tibbi yardım göstərmişlər. Bu zaman bir nəfər adını bilmədiyi şəxs cəld formada Şəhriyarı yerə uzadıb onun ayağını parça ilə bağlamışdır. Sonra isə o, anası və həmin şəxsin köməyi ilə Şəhriyarı yoldan keçən bir maşına əyləşdirib Lökbatan qəsəbəsində yerləşən X7 Stansiyasına aparmışlar. Şəhriyar orada müayinə olunduqdan sonra onu TTY maşınına əyləşdirib KTM-ə aparmışlar. Hadisə xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qaradağ rayonunda yerləşən “ Sədərək” ticarət mərkəzində “Gəncə Avtovaqzalı”nın qarşısında baş vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki,xx.xx.2023-cü il tarixdə Saat 17:30 radələrində “Sədərək” ticarət mərkəzində satıcı işlədiyi mağazadan çıxıb dayanacaqda dayanıb avtobus gözlədiyi zaman t bir qədər aralıda qışqırıq səslərini eşitmiş və həmin tərəfə baxdıqda iki avtomobilin yolun ortasında dayandığını və orada çoxlu insanların toplaşdığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün həmin tərəfə getmişdir. Yaxınlaşdıqda görmüşdür ki, bir nəfər qadın əlində bıçaqla qışqıraraq nalayiq ifadələr işlədir. Bir neçə metr aralıda isə sonradan Şəhiryar olduğunu bildiyi şəxsin ayağından qan axdığını görmüşdür. O, dərhal həmin şəxsə yaxınlaşıb ona kömək etmək məqsədi ilə onu yaxınlıqdakı səkiyə tərəf aparıb yerə otuzdurmuş, və sonra oradakı şəxslərin köməyi ilə parça ilə onun yarasını bağlamışdır. Bundan sonra ətrafdakı şəxslərə tərəf dönərək “kimin maşını varsa kömək edin yaralını xəstəxanaya çatdıraq”söyləmişdir. Bundan sonra bir nəfər şəxsin avtomobili ilə yaralını, bir nəfər qadını və onun oğlunun köməyi ilə avtomobilə əyləşdirib Lökbatan qəsəbəsindəki TTY-nə aparmışlar. Orada Şəhriyar həkimlər tərəfindən müayinə olunmuş, sonra isə təcili yardm avtomobili ilə xəstəxanaya aparılmışdır. Hadisə baş verdiyi zaman orada olmamış və Şəhriyar adlı şəxsə konkret olaraq kim tərəfindən xəsarət yetirildiyini görməmiş, lakin orada öyrənmişdir ki, digər avtomobildə olan qadın onun ayağından bıçaqla vuraraq ona xəsarət yetirmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 27 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, 27 fevral 2024-cü il tarixdə iş üzrə şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış qərarı qəbul edilmiş və həmin tarixdə iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, cinayət işi üzrə şübhəli bilinən Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə tutularaq Qaradağ RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə ittiham elan olunmuş, həmin tarixdə Qaradağ RPİ-nin MSY-dən azad edilərək İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 818 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ bud və sağ baldır nahiyyələrinin deşilmiş-kəsilmiş yaraları,başın alın nahiyyəsinin qançırı, sağ said və sağ diz oynağı nahiyyələrinin sıyrıqları. Göstərilən xəsarətlərdən sağ bud və sağ baldır nahiyyələrinin deşilmiş-kəsilmiş yaraları deşici- kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən, başın alın nahiyyəsinin qançırı, sağ said və sağ diz oynağı nahiyyələrinin sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər, zərərçəkmişin göstərdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan hadisənin görüntüləri əks olunmuş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:41 dəqiqədə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Sədərək» TM-nin giriş və çıxışında yerləşən «Gəncə avtovağzalı»nın qarşısı adlandırılan ərazidə hadisə yerində Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21015 markalı avtomobil və X1 idarə etdiyi VAZ 21099 markalı nişanlı avtomobil yan-yana dayanırlar.Bir qədər sonra VAZ 21099 markalı avtomobil hərəkətə başlayır bu zaman VAZ 21015 markalı avtomobilindən bir nəfər kişi cinsli şəxx yerə düşərək VAZ 21099 markalı avtomobilə tərəf gedir və bu zaman həmin avtomobildən bir nəfər kişi cinsli şəxs yerə düşüür. Onlar bir birinə yaxınlaşıb dava etməyə başlayırlar. Bu zaman avtomobildən düşən iki nəfər onları ayırmağa çalışırlar. VAZ 21099 markalı avtomobildən düşən şəxs yerə yıxılmış vəziyyətdədir.Həmin vaxt qadın cinsli bir şəxsin əlindəki alətlə VAZ 21015 markalı avtomobilin sürücüsünə zərbə endirdiyi görülür. İş materiallarından görünür ki, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağın yerinin müəyyən edilməsi barədə müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş və Qaradağ RPİ-nin 10-cu PŞ-dən verilmiş xx.xx.2024cü il tarixli cavabda əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi, lakin müsbət nəticə əldə edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə öz təsdiqini tapdığından məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin saksiyasında nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini , zərərçəkmiş şəxs ilə barışıq əldə edərək ona qarşı şikayət-tələbin olmamasını, himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxsnun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə az ağır cinayət əməli törətməsini və , zərərçəkmiş şəxs ilə barışıq əldə edərək ona qarşı şikayət-tələbin olmamasını, himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprossesual qanunvericiliyi ilə müəyyən edilmiş prossesual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən vəzifələrdən birini, yəni onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntüləri əks olunmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə, sinaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntüləri əks olunmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-8/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-8/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver