Məhkəmə qərarları › İş №1(002)-80/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-80/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-80/2023 17.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 04 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27,8-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıda yolu sağdan sola iti yerişlə keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah sümüyünün qəlpəli basılmış sınığı, sağ gicgah nahiyəsinin dərialtı hematoması, başın alın-təpə, burunüstü, sağ gözaltı, sağ çənəaltı və bel nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «BC» kateqoriyalı, BB seriyalı, 701209 nömrəli sürücülük vəsiqəsilə «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edirmiş. O, həmin minik avtomobilinin pulunu tam ödəyərək almış, həmin avtomobillə müxtəlif vaxtlarda müxtəlif yerlərə sərnişin aparıb gətirməklə çörəkpulunu qazanırmış. 04 oktyabr 2022-ci il tarixdə həmin avtomobillə Saatlı rayonundan Bakı şəhərinə gəlmək üçün yola çıxıb xeyli gəldikdən sonra Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yoluna daxil olub Bakı şəhəri istiqamətində hərəkətinə davam edirmiş. O, avtomobili yolun soldan ikinci hərəkət zolağı ilə saatda təxminən 95-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə bir nəfər tanımadığı sərnişin olmuşdur. Bakı-Qazax yolu ilə xeyli gəlib Sahil qəsəbəsi ərazisində avtomobili yolun soldan ikinci hərəkət zolağı ilə idarə edən zaman yolda şəhər elektrik işıqları yanmış, yolda görüntünü məhdudlaşdıran heç bir maneə olmamışdır. Yolun orta hərəkət zolağı ilə saatda 90 km/saat surətlə hərəkətdə olduğu vaxt yolun sağ kənarındakı asfalt hissədən sola yəni, yolun hərəkət hissəsinə doğru bir nəfər piyada kişinin hərəkətə başlayıb yolu keçmək istədiyini görmüş, onun iti yerişlə yolu sağdan sola doğru keçməyə başladığını görüb idarə etdiyi «Chevrolet Aveo» markalı avtomobilin sükanını sola döndərib onu vurmamaq üçün qarşısından manevr edib keçmək istəmiş, avtomobili sola istiqamətləndirib hadisədən yayınmaq istəsə də bunun heç bir xeyri olmamış və avtomobilin qabaq hissəsi ilə həmin piyadanı yolun soldan ikinci hərəkət zolağının sol hissəsində vurmuşdur. Piyadanı vurduqdan sonra o, zərbədən avtomobilin alın şüşəsinə dəyib yolun sol kənarına düşmüş, dərhal avtomobili yolun sol hərəkət zolağında saxlamış və düşmək istəyən zaman arxadan başqa avtomobil onun avtomobilini vurmuşdur. O, dərhal qapını açıb yerə düşüb həmin piyadaya doğru qaçmış, ona yaxınlaşanda nəfəs aldığını görüb təcili yardıma məlumat verib kömək çağırmış, sonra görmüşdür ki, o, piyadanı vurub dayandıqdan təxminən 10 saniyə sonra onun avtomobilini arxadan vuran “Toyota Prius” markalı avtomobil olmuşdur. Daha sonra hadisə yerinə təcili yardım briqadası və polis əməkdaşları gəlib həmin kişini təcili yardım avtomobilinə qoyub aparmış, özü isə hadisə yerində qalıb polis əməkdaşlarına özünü və sənədlərini təqdim etmişdir. Sonradan bilmişdir ki, həmin piyada kişi xəstəxanaya gedən zaman yolda aldığı xəsarətlərdən ölmüşdür. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, hadisə zamanı özü və avtomobilində olan sərnişin heç bir bədən xəsarəti almamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 27,8-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmaqla xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonu, Hüsülü kəndində anadan olmuşdur. 04 oktyabr 2022-ci il tarixdə həyat yoldaşı Elşən Ağcabədi rayonuna getmək üçün evdən çıxmış, xx.xx.2022-ci il tarixdə səhər saatlarında kürəkəni Allahverdi onlara gələrək həyat yoldaşını avtomobil vurduğunu və aldığı xəsarətlərdən öldüyünü bildirdikdən sonra oğlu dərhal evdən çıxıb Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən morqa gedib onu müayinə etdikdən sonra təhvil alaraq Ağcabədi rayonuna aparıb Hüsülü kənd qəbiristanlığında dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Aveo» markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həyat yoldaşını vurmuş, nəticədə o, aldığı xəsarətlərdən ölmüşdür. Hadisədən əvvəl həmin sürücü ilə heç bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 Qaradağ rayon şöbəsinin 01 noyabr 2022-ci il tarixli 90 №-li rəyindən görünür ki: Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər: baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah sümüyünün qəlpəli basılmış sınığı, sağ gicgah nahiyəsinin dərialtı hematoması, başın alın-təpə, burunüstü, sağ gözaltı, sağ çənəaltı və bel nahiyələrinin sıyrıqları. Göstərilən xəsarətlər həyatı olub, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın gicgah sümüyünün qəlpəli basılmış sınığı ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs müayinə zamanı bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmə gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olarki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 08:00-da) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində – 1,6% qatılıqda etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir. (3682/K saylı, xx.xx.2022-ci il tarixli AKT) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 8/3181 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyadanın vurulması hadisəsi ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Toyota Prius» markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 toqquşma hadisəsi ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarxli 5458 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-129389- 1222 nömrəli məktubdan məlum olur ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı BB seriyalı 701209 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işi üzrə «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil və «Toyota Prius» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Saatlı RİHB-nin Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında atası və qardaşı ilə yaşayır. İş materiallarına əlavə edilmiş Saatlı RİHB-nin Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı və «Toyota Prius» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Chevrolet Aveo» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı və «Toyota Prius» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar