Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-80/2025 24.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 1(002)-309/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərarının əsasən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icrrata xitam verilmiş, Hacıqabul rayonu, Qızılburun kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yerləşən, “təzə yurd” adlanan ərazidə fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, təzə yurd adlanan ünvanda tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmində mübahisə zamanı əli ilə sonuncunun bədən nahiyyələrinə vuraraq, ona-sağ diz oynağının cuzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının dərialtı hematoması və sıyrığı, sol said nahiyyəsinin sıyrıqlarından ibarət dərcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və təhqiqat zamanı verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, hadisə yaşadıqları məhəllədə baş vermişdir. İçkili vəziyyətdə olan zaman dosdundan ona 5 manat pul verməsini istəmiş dosdu da ona pul verməkdən imtina etmişdir. Bundan sonra onların arasında mübahisə başlamışdır. Sonra mübahisəni küçədə etməmək üçün dosdugilə məxsus həyətyanı sahəyə keçmişlər. Orada o, dosdunun çənə nahiyyəsinə yumuruqla vurmuşdur. Bundan sonra dosdu müvazinətini itirərək yerə yıxılmışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025 ci il tarixdə yaşadığı fərdi evə gedən zaman məhələdən tanıdığı Baloğlan Həsənovun özünə məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yolun kənarında dayandığını görmüşdür. O, tanışı Baloğlan Hüseynodan spirtli içki almaq məqsədilə pul istəmiş, Zərərçəkmiş şəxs pulu olmadığını, Ramazan ayı olduğunu, pul verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona irad tutması xoşuna gəlmədiyi üçün onların aralarında mübahisə yaranmış, mübahisəyə məsələyə aydınlıq gətirmək məqsədilə Zərərçəkmiş şəxs xahişi ilə onun yaşdığı fərdi həyətə daxil olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisəyə aydınlıq gətirən zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətmişdir. O, əsəblərinə hakim ola bilməyərək qarşı tərəfin bədəninin müxtəlif nahiyyələrinə əli ilə vuraraq sonuncuya xəsarət yetirmiş, Zərərçəkmiş şəxs müvazinətini itirərək yıxılmışdır. Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zamanı aralarında yaranan mübahisəyə şahid olan olmamış, mübahisə xx.xx.2025 ci il tarixdə təxminən saat 21:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinin daxilində, həyət darvazasının yaxınlığında baş vermiş, təxminən 1-2 dǝq davam etmişdir. Məhkəmənin 22 aprel 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə öz ifadəsində Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatı elan edilmişdir. O öz izahatında göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə yaşadığı fərdi evin qarşısında olan zaman qəsəbə ərazisindən tanıdığı və dost münasibətində olduğu Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ondan spirtli içki almaq məqsədi pul istəmişdir. O pulu olmadığını, hal hazırda Ramazan ayı olduğunu, içki içən olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, o Təqsirləndirilən şəxs sakitləşdirmiş, onu aralarında olan mübahisəli məsələyə aydınlıq gətirmək üçün yaşadığı evin həyətinə dəvət etmişdir. Təqsirləndirilən şəxs onun istəyinə uyğun olaraq onun razılığı ilə yaşadığı fərdi həyətə keçmiş, söhbət etməyə başladıqdan sonra aralarında olan mübahisəli məsələyə aydınlıq gətirən üçün zaman o Təqsirləndirilən şəxs ünvanına nalayiq işlətmiş, Təqsirləndirilən şəxs isə bundan əsəbləşərək sonuncunun bədəninin müxtəlif nahiyyələrinə əli ilə vuraraq ona xəsarət yetirmiş, o müvazinətini itirərək yıxılmışdır. Tanışı Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlər zamanı yaranmış mübahisəyə şahid olan olmamış, arada olan mübahisə təxminən 1-2 dəq davam etmiş, hadisə xx.xx.2025 ci il tarixdə təxminən saat 21:30 radələrində onun yaşadığı fərdi həyətin daxilində, həyət darvazasının yaxınlığında baş vermişdir. Təqsirləndirilən şəxs ilə barşımadığını, onu cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 Qaradağ Rayon şöbəsinin 12 mart 2025-ci il tarixli 108 nömrəli rəyindən görünür ki, 1.Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ diz oynağının cüzi hərəkət məhdudluğu ilə müşahidə olunan sağ diz oynağının dərialtı hematoması və sıyrığı, sol said nahiyəsinin sıyıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.
2. Vǝtəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitdə törənməsi inkar olunmur. Şəxsin özü tərəfindən yetirməsi inkar olmasa da az inandırıcıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 22 oktyabr 2014-cü il tarixdə doğulmuş X2 və 22 oktyabr 2014-cü il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikasını DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 1(002)-309/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmiş. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsindən də görünür ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1-də yerləşən, “təzə yurd” adlanan ərazidə fərdi evi hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov