Məhkəmə qərarları › İş №1(002)-81/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-81/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-81/2022 04.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Oruc qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi ev 21, mənzil 35-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23:20 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi ev 21, mənzil 35-də arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı yumruqları ilə qəsdən sonuncunun sifət nahiyyəsinə zərbələr endirərək ona alın və burun nahiyyələrinin dərialtı hematoması (yumuşaq toxumalararasına qan yığılması), sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyyənin qançırı, sol gözaltı nahiyyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə rəsmi nigahla evlənərək bir nigahdan iki az yaşlı uşaqları vardır. Həyat yoldaşı Nazənəm Ələt qəsəbəsində OBA marketdə satıcı işlədiyindən evdə az yaşlı uşaqlarına baxan olmur. Bu səbəbdən də evdə narahatçılıqlar yaranırmış. O, isə Nazənəmə nə qədər işdən çıxsmasını və uşaqlara baxmasını bildirsə də o, dediklərinə əməl etməyib işə gedirmiş. Uşaqlar isə özbaşına qalırmışlar və O, da buna əsəbləşirmiş. Buna görə də xx.xx.2021-ci il tarixdə saat 23:20 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, E.İmanov küçəsi ev 21, mənzil 35-də həyat yoldaşı Nazənəm ilə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı əsəblərini cilovlaya bilməyib yumruqu ilə Nazənəmin sifət nahiyyəsinə bir neçə zərbələr endirərək ona xəsarət yetirmişdir. Həmin zaman evdə olan anası Südabə onları ayıraraq sakitləşdirmişdir. Münaqişə 1-2 dəqiqə davam etməklə evdə anası Südabə və az yaşlı uşaqları olmuşdur. Əməlindən peşmandır.Zərərçəkmiş şəxslə, yəni arvadı Nazənəmlə barışıb.Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə rəsmi nigahla evlənərək bir nigahdan iki az yaşlı uşaqları vardır. Əvvəllər əri Ələddinin onunla münasibəti yaxşı olsada sonradan pisləşmişdir. Hər dəfə evdə aralarında şəxsi münasibətlərin pozulması zəminində söz-söhbət yaradaraq onu döyürmüş. O, isə uşaqlarının xətrinə ailəsi dağılmasın deyə şikayət etmirmiş. Son zamanlar isə evə çörək pulu qazanmaq üçün qəsəbədə «OBA» marketdə satıcı işləyirmiş. Əri Ələddin isə evdə az yaşlı uşaqlarına baxan olmadığını səbəb gətirərək onunla tez-tez mübahisə edirmiş. Bu mübahisəyə səbəb xx.xx.2021-ci il tarixdə saat 23:20 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, E.İmanov küçəsi ev 21, mənzil 35-də həyat yoldaşı Ələddin ilə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Ələddin yumruğu ilə onun sifət nahiyyəsinə bir neçə zərbələr endirərək qəsdən ona xəsarət yetirmişdir. Həmin zaman evdə olan qaynanası Südabə xanım onları ayıraraq Əllədini sakitləşdirmişdir. Münaqişə 1-2 dəqiqə davam etməklə evdə Südabə və az yaşlı uşaqları olmuşdur. Zərərçəkmiş şəxs X4 oğlu məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və gələcəkdə ona qarşı şikayət və tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsi və məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 894 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər-alın və burun nahiyyələrinin dərialtı hematoması (yumuşaq toxumalararasına qan yığılması), sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyyənin qançırı, sol gözaltı nahiyyənin qançırı küt əşya (əşyalar) təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar