Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-82/2021 15.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 7,831 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə gətirmiş, ümumi çəkisi 7,831 qram olan həmin qurudulmuş marixuananı gələcəkdə satışını həyata keçirmək məqsədi ilə hissələrə bölərək 22 ədəd gümüşü rəngli kağız bükümlərdə qablaşdırmaqla qara rəngli zəncirbəndli dəri kisənin içərisində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən «Elit» kafesində gizlətməklə saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən «Elit» kafesində narkotik vasitələrin, sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin qərarı əsasında xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin və Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşlarının iştirakı ilə təxirə salına bilməyən halda axtarış aparılarkən Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib gizlətməklə saxladığı qara rəngli zəncirbəndli dəri kisənin içində 22 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,417 qram, 0,413 qram, 0,480 qram, 0,375 qram, 0,432 qram, 0,405 qram, 0,365 qram, 0,437 qram, 0,416 qram, 0,438 qram, 0,355 qram, 0,319 qram, 0,421 qram, 0,328 qram, 0,383 qram, 0,422 qram, 0,350 qram, 0,421 qram, 0,163 qram, 0,210 qram, 0,146 qram və 0,135 qram olmaqla, tərkibinə görə eyni olan ümumilikdə 7,831 qram çəkidə qurudulmuş marixuana kafenin birinci mərtəbəsindəki oturacağın altından, narkotik vasitələrin satışında istifadə etdiyi üzərində çəkisi müəyyən edilməyən cüzi miqdarda marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi kafenin digər otağında olan kreslonun alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, fərdi tikilidə ailəsi ilə birgə yaşayır. 3 ildir ki, Şahid5 məxsus Qaradağ rayonu, Müşfiqabada qəsəbəsində yerləşən «Elit» kafesində inzibatçı kimi çalışmışdır. Kafe iki mərtəbəli, ümumi zal və 3 fərdi otaqdan ibarətdir. Dediyi kimi həmin kafe Lətafət xanıma məxsus olmaqla işlərə birlikdə nəzarət etmişlər. O, 2020-ci ilin yanvar ayından başlayaraq narkotik vasitə qurudulmuş marixuananı siqaret kimi çəkməklə istifadə etməyə başlamışdır. Narkotik vasitəsini tanımadığı və barələrində məlumata malik olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə saat 23.00 radələrində Abşeron rayonu, Fatmayi qəsəbəsində tanımadığı şəxsdən 80 manata bir kibrit qutusunda bilmədiyi çəkidə narkotik vasitə qurudulmuş marixuana almışdır. 2013-cü il istehsalı olan «Niva» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə malik olmasına baxmayaraq Fatmayi qəsəbəsinə taksi ilə getmişdir. Qayıdanda qurudulmuş marixuananı kafenin yaxınlığında ağacın altında dayanıb siqaret bükümlərinə qablaşdırmış, bükümləri isə qara rəngli dəri materialdan olan ağzı zəncirbəndli, yəni zamoklu kisəyə yerləşdirmişdir. Amma həmin bükümlərin çəkisini bilməmişdir. Daha sonra bükümlərdə olan narkotik vasitəni işlədiyi «Elit» kafesinə gətirmişdir. Karantin rejimi qaydalarına görə kafe uzun müddət fəaliyyət göstərmədiyindən orada heç kim olmamışdır. Lakin o, həmin kafedə xırda təmir işləri apardığından ora tez-tez getmişdir. İçərisində bükümlərdə qurudulmuş marixuana olan həmin qara kisəni kafenin birinci mərtəbəsində yerləşən dəri divanın altında gizlətmişdir. Lakin, kafenin sahibi Şahid5 onun narkotik vasitə istifadə etməsi barədə və qurudulmuş marixuana əldə edib gizlətməsi barədə məlumatı olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 15.20 radələrində «Elit» kafesində təmir işləri görən zaman Lətafən Kərimzadə ona zəng edərək bildirmişdir ki, «təcili özünü onlara çatdırsın». O özünə məxsus olan «Niva» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə kafedən Şahid5 İzlivnov küçəsində yerləşən evinə yollanmışdır. Ora çatanda avtomobilini saxlayıb düşmüş və görmüşdür ki, darvazanın qarşısında dayanmış Faiq Qasımov və Müşviqabad qəsəbə sakini kimi tanıdığı Əliağa Məlikov yaralıdı, hər ikisinin ayaqlarından qan axır. Onların ayaqları yaralı olduğuna görə yaxınlıqda park olunmuş Şahid5 məxsus «Hyundai» markalı **-GK-*** nömrəli avtomaşınının sükan arxasında əyləşərək Lətafətlə birlikdə Faiq Qasımovu və Əliağa Məlikovu xəstəxanaya çatdırmaq üçün yola düşmüşlər. Yolda Lətafət «103» xidmətinə zəng edib məlumat vermiş və yaralıları hansı xəstəxanaya çatdırmalı olduqlarını soruşmuşdur. Həmin xidmətdən bildirmişdilər ki, Binəqədi rayonu, 6 saylı Məlikov xəstəxanasına yaxınlaşsınlar. O, avtomaşını həmin xəstəxanaya sürmüş və yaralıları xəstəxanaya düşürmüşdür. Bundan sonra taksi sifariş edib saat 16.40 radələrində kafeyə yollanmış və təmir işlərini davam etdirmişdir. Sonra həmin gün 19.00 radələrində kafeni tərk edib getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 08.00 radələrində Lətafət ona zəng edərək polis əməkdaşlarının onu axtardığını bildirmiş, lakin nəyə görə axtarıldığını deməmişdir. O da polisdən qaçmamağı və çağırışa getməyi qərara almışdır. Daha sonra ona məlum olmuşdur ki, polis əməkdaşları gizlətdiyi narkotik vasitəni tapmışlar. Buna görə də etdiyi əməli səmimi etiraf edərək, kafedən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, lakin satış üçün əldə etmədiyini, özü istifadə etmək üçün saxladığını, narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin kafedən götürülmüş görüntülərlə bağlı bildirir ki, həmin görüntüdə olan şəxsləri tanımır və onlara nə verməsini xatırlamır. Həmçinin bildirir ki, axtarış zamanı kafedən aşkar olunmuş elektron tərəzi obyektə məxsus olmuş və həmin tərəzi məişət işlərində istifadə olunmuşdur. Təqsirləndirilən şəxs sonda narkotik vasitənin satışı ilə məşğul olmadığını, axtarış zamanı aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və narkotik vasitə istifadə etməsinə görə peşman olduğunu bildirərək, əməlinin düzgün tövsif olunmaqla, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ədalətli həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən «Elit» kafesində xx xxxx 2020-ci il tarixdə təxirəsalınmaz halda axtarış və götürmə istintaq hərəkətinin aparılmasında o da iştirak etmişdir. xx xxxx 2020-ci il tarixdə xidməti ərazidə Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsində Faiq Qasımov və Əliağa Mikayılovun odlu silahdan açılmış atəş nəticəsində xəsarət almaları ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Faiq Qasımovun qaynanası Şahid5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən «Elit» kafesində işləyən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə, yəni satışı ilə məşğul olur, həmçinin qeyd olunan cinayət hadisəsini törətməkdə şübhəlidir. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməliyyat müvəkkili Şahid4 tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, bundan sonra qəbul edilmiş qərar əsasında Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesinə axtarış və götürmə aparılan zaman o da iştirak etmişdir. Axtarış kafenin sahibi Şahid5 razılığı əsasında aparılmışdır, axtarış zamanı kafenin böyük otağında olan dəri materialından otaracaqlar və qarşılarında masalar olduğu müəyyən edilmiş, həmin otaqda sağdan ikinci dəri oturacağın altından bir ədəd zəncirbəndli qara rəngli pul qabına oxşar kisə aşkar olunmuş, həmin kisənin içərisinə açılıb baxıldıqda içərisində 22 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Daha sonra axtarış digər otaqda davam etdirilmiş, həmin otaqda siyirmədən 2 ədəd açılıb bağlanan konstuksiyalı bıçaq, kreslonun alt hissəsindən 1 ədəd elektron tərəzi, kitabçanın arasında 5350 manat pul, digər siyirmədən 34 manat pul, o cümlədən 2 ədəd ** BN *** və ** MB *** dövlət qeydiyyat nişanları, kapital bank kartları, Təqsirləndirilən şəxs məxsus pasport aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 22 bükümdə olan kütlə zərfə qablaşdırılmış və zərfin ağzı Qaradağ Rayon Polis İdarəsinin möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Şahid5 aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə, o cümlədən digər əşyaların ona məxsus olmadığını, lakin axtarış zamanı aşkar edilmiş ümumilikdə 5384 manat pulun ona məxsus olduğunu bildirmişdir. Odur ki, protokol tərtib olunmuş, iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Lakin Şahid5 protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və Qaradağ RPİ-nin 10-cu Polis bölməsində əməliyyat müvəkkili Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qızı Xəyalə Niftalıyeva, kürəkəni Faiq Qasımov və nəvələri ilə birgə yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Ticarət cərgəsində yerləşən «Elit» çay evi ona məxsusdur. Həmin kafenin işlərində Təqsirləndirilən şəxs 3-4 ildir ki, ona köməklik edir. Əldə olunan gəlirdən Təqsirləndirilən şəxs da gündəlik payı olmuşdur. O, mütəmadi olmasa da, aradabir həmin kafeyə gedir. Təqsirləndirilən şəxs isə hər gün kafedə olmuş, kafeni özü açıb-bağlamışdır. Faiq Qasımov onun kürəkənidir. Rəsmi olaraq avtobus nəqliyyatında dispetçer vəzifəsində çalışsa da, ailənin maddi xərclərini o ödəyir. xx xxxx 2020-ci il tarixdə saat 22.00 radələrində bacısı ona zəng edərək, «Elit» kafesinə polis əməkdaşlarının gəldiyini bildirmişdir. O, həmin kafeyə getmiş və görmüşdür ki, polis əməkdaşları artıq kafeyə daxil olmuşlar. O, axtarış zamanı orada olmamışdır. Axtarış başa çatıqdan sonra o kafeyə daxil olmuşdur. Onun tərəfindən obyektə daxil olunmasına razılıq verilməmiş, o, ərizə verməyə məcbur edilmişdir. Polis əməkdaşlarının ona deməsindən bilmişdir ki, baxış zamanı kafenin zal otağında olan ikinci divanın alt hissəsindən qara rəngli kisədə 22 bükümdə maddə və elektron tərəzi də aşkar edilmişdir. Həmin narkotik vasitələrdən onun məlumatı olmamış, həmçinin Namikin narkotik vasitənin istifadəçisi və ya satışı ilə məşğul olması ilə bağlı məlumatı yoxdur. Həmin tərəzi isə mətbəxdə istifadə olunmuşdur. Həmçinin ifadəsində bildirir ki, İbtidai istintaq zamanı o, “Elit” kafesində baxışda iştirak etməsi ilə bağlı ifadə verməmişdir, həmin ifadə müstəntiq tərəfindən tərtib olunmuş və ona oxutmamış imza etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, X8, X6 və Şahid5 əvvəllər tanımamış, onlarla heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 22:50 radələrində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən «Elit» kafesinin yanından keçən zaman polis əməkdaşları ona yaxınlaşmışlar və kafedə axtarış aparılan zaman onların yanında hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O da etiraz etməyərək razılaşmış, bundan sonra ona və başqa hal şahidinə hüquq və vəzifələri izah olunduqdan sonra kafenin sahibi Şahid5 razılığı və iştirakı ilə axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı kafenin böyük otağında olan dəri materialından otaracaqlar və qarşılarında masalar olduğu müəyyən edilmiş, həmin otaqda sağdan ikinci dəri oturacağın altından bir ədəd zəncirbəndli qara rəngli pul qabına oxşar kisə aşkar olunmuş, həmin kisənin içərisinə açılıb baxıldıqda içərisində 22 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə kəskin iyli maddə aşkar edilmiş, daha sonra axtarış digər otaqda davam etdirilmişdir. Həmin otaqda siyirmədən 2 ədəd açılıb bağlanan konstuksiyalı bıçaq, kreslonun alt hissəsindən 1 ədəd elektron tərəzi, kitabçanın arasında 5350 manat pul, digər siyirmədən 34 manat pul, o cümlədən 2 ədəd **-BN-*** və 10-MB- 258 dövlət qeydiyyat nişanları, kapital bank kartları, Təqsirləndirilən şəxs məxsus pasport aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 22 bükümdə olan kütlə zərfə qablaşdırılmış və zərfin ağzı möhürlənmiş, imzalarla təsdiq olunmuş, həmçinin kafenin kamera görüntülərinin yaddaş aparatı götürülmüşdür. Şifahi sorğu zamanı Şahid5 aşkar olunmuş 22 bükümdə kütlə, o cümlədən digər əşyaların ona məxsus olmadığını, lakin axtarış zamanı aşkar edilmiş ümumilikdə 5384 manat pulun ona məxsus olduğunu bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol iştirakçılar o cümlədən onun tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu Polis bölməsində əməliyyat müvəkkili Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmiş, habelə Şahid3 məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələrinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid7n məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, X11 və X2 xəsarət almaları faktına görə baş vermiş hadisə ilə əlaqədar olaraq Binəqədi RPİ-nin əməkdaşları tərəfindən, mütəxəssis, ekspert və hal şahidlərinin iştitakı ilə ünvan 4 ünvanına və ətrafına baxış keçirilmişdir. Evin həyətində saxlanılmış “Niva” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilərkən, salonda olan qol altlığından müxtəlif növlü dərmanlar, o cümlədən “tramadol” həbbi, bir ədəd X3 adına olan hərbi bilet və şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. (İ cild, i.v. 5-14) Axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesində təxirə salına bilməyən halda axtarış və götürmə aparılması qərara alınmışdır. (İ cild, i.v. 39) Şahid5 tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş ərizədən görünür ki, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesində axtarış aparılması barədə qərarla tanış olmuş və kafedə axtarışın aparılmasına etiraz etməmişdir. (İ cild, i.v. 40) Axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 RPİ-nin 10cu PB-nin baş əməliyyat müvəkkili Şahid3, 10-cu PB-nin əməliyyat müvəkkili Şahid4, Binəqədi RPİ-nin CAŞ-nin rəis müavini X4, Binəqədi RPİ-nin 40-cı PB-nin rəisi X5, 40-cı PBnin əməliyyat müvəkkili Şahid2, 40-cı PB-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesinin sahibi Şahid5 və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesində xx xxxx 2020-ci il tarixdə axtarış aparmışdır. İçəri daxil olduqda ən yaxın sol tərəfdə olan masa və oturacaqları, sağ tərəfdə masa və oturacaqların ətrafında, altında axtarış aparılmış, həmin zaman sağdan ikinci dəri oturacağın altından bir ədəd zəncirbəndli (zamoklu) qara rəngli dəri pulqabına oxşar kisə aşkar olundu. Kisənin üst zəncirbəndini açdıqda içərisində heç nə aşkar edilmədi. Alt zəncirbəndini açdıqda isə orada siqaretin kağızında bükümlər aşkar olundu. Həmin bükümlər kisədən çıxarılaraq sayıldıqda 22 büküm olması müəyyən edildi. Həmin bükümlər açıldıqda içərisində kəskin spesifik iyə malik narkotik vasitəyə bənzər, yəni qurudulmuş marixuanaya bənzər maddələr olması müəyyən edildi. Həmin otaqda vitrin soyuducunun içərisinə, ətrafına, altına və həmin otaqda digər yerlərdə aparılmış axtarış zamanı başqa qanunsuz maddə və əşyalar aşkar edilmədi. Bundan sonra vitrin soyuducunun yanından digər otağa keçildi. Həmin otaq kiçik ölçülü olmaqla sağ tərəfdə siyirtməli masa, iki ədəd açılıb-bağlanan kreslo, ortada kiçik ölçülü masa, sol künc tərəfdə isə künc divanı vardır. Otaqda aparılmış axtarış zamanı masanın siyirtməsindən 1 manatlıqlardan ibarət 34 ədəd pul əskinazları olmaqla 34 manat, həmin siyirtmədən 2 ədəd qara rəngli qatlanan bıçaq, masanın alt hissəsində 2 cüt **-BH-*** və **- MB-*** dövlət qeydiyyat nişanları aşkar olundu. Daha sonra otaqda sağdan birinci kreslonun alt hissəsindən 1 ədəd ağ rəngli elektron tərəzi, üzərində “Hyundai” yazısı olan qara rəngli dəri əl çantası aşkar edildi. Həmin çantanın içərisinə baxdıqda 200, 100, 50 və 20 manatlıq əskinazlardan ibarət pul aşkar edilərək sayıldıqda 5350 manat olması müəyyən edildi. Əl çantasının içərisindən həmçinin “Kapitalbank”a məxsus kartlar, Təqsirləndirilən şəxs məxsus pasport aşkar edildi. Bundan sonra kafenin ilkin giriş otağından sol tərəfə dəhlizə çıxdıqda yan-yana üç otaq olması müəyyən edilmişdir. Bundan sonra kafenin digər yerlərində aparılmış axtarış zamanı qanunsuz əşya, predmet və maddə aşkar edilməmişdir. Bundan sonra kafedən aşkar olunmuş 22 ədəd büküm, bir ədəd elektron tərəzi, 1 ədəd bıçaq ayrıayrılıqda qablaşdırılaraq, Qaradağ RPİ-nin 46 nömrəli möhürü ilə möhürlənmiş və götürülmüşdür. Həmçinin kafedə aşkar edilmiş **-BH-*** VƏ **-MB-*** dövlət qeydiyyat nişanları, bir ədəd ağ rəngli elektron tərəzi, üzərində “Hyundai” yazısı olan, içərisində 5350 manat pul, Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası pasportu, “Kapitalbank”a məxsus kartlar olan qara rəngli əl çantası, bir manat əskinazlardan ibarət olan cəmi 34 manat pul götürülmüşdür. Bundan sonra Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Elit kafesində axtarış zamanı bəzi otaqlarda videomüşahidə kameralarının olması, əldə olunacağı halda həmin görüntülərin gələcəkdə sübut əhəmiyyətli ola biləcəyini nəzərə alaraq, həmin video müşahidənin yaddaş qurğusu götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol prosessual hərəkətdə iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Lakin Şahid5 aşkar edilmiş 22 ədəd bükümdə maddələrin ona məxsus olmadığını və həmin maddələrin kimə məxsus olmasından məlumatsız olduğunu bildirərək, imza etməkdən imtina etmiş və sondandan hadisə yerinə gələn bacısının telefonu ilə 102 xidmətinə məlumat vermişdir. Sübut əhəmiyyətinə malik olan görüntülər müşahidə kamerasının yaddaş qurğusundan iki ədəd DVD diskə köçürülərək, protokola əlavə edilmişdir. (İ cild, i.v. 42-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/423 saylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 nömrəli kağız paketdə bir ədəd zəncirbəndli dəri kisənin içərisində 22 (iyirmi iki) ədəd gümüşü rəngli kağız ayrı-ayrılıqda təmiz çəkiləri - 0,417 qram, 0,413 qram, 0,480 qram, 0,375 qram, 0,432 qram, 0,405 qram, 0,365 qram, 0,437 qram, 0,416 qram, 0,438 qram, 0,355 qram, 0,319 qram, 0,421 qram, 0,328 qram, 0,383 qram, 0,422 qram, 0,350 qram, 0,421 qram, 0,163 qram, 0,210 qram, 0,146 qram və 0,135 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 7,831 qramdır. Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 2 nömrəli kağız paketdə bir ədəd ağ rəngli elektron tərəzi üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdar olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Həmin rəyin qeyd hissəsindən görünür ki, marixuanaların ümumi çəkisi – 7,831 qram (1-22 №-li ob.); tədqiqata istifadə olundu cəmi – 0,44 qram (hər obyektdən – 0,02 qram), qalıq – 7,391 qram. Ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat, qırx altı qəpik) manat təşkil edir. (İ cild, i.v. 55-59) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 61, 69) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(011)-450/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 132- 133) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 158) Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstinaq Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X9 tərəfindən tərtib edilmiş videogörüntülərə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesinin görüntülərinin əks olunduğu 2 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilməsi üçün üzərində kompakt disk xidməti istifadədə olan «HP» kompyuterin disk qəbul edicisinə yerləşdirildi. Həmin kompakt diskin içərisində 5 ədəd ayrı faylda video görüntünün əks olunduğu müəyyən olundu. Birinci faylda olan görüntülərə baxış keçirilən zaman aşağıdakılar müəyyən olundu: Görüntünün xx xxxx 2020-ci il tarixdə saat 18:43 dəqiqədə qeydə alındığı görünür. Görüntünün ilk saniyələrində kafeninin daxilində zal kimi otaqda şüşəli soyuducunun yanında əynində açıq rəngli şort, qısa qol köynək, ayağında çəkələk olan şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs ayaqüstə mobil telefonla danışması öz əksini tapır, bir neçə saniyədən sonra başının təpə nahiyəsi keçəlləşmiş vəziyyətdə olan bir nəfər Təqsirləndirilən şəxs yaxınlaşır, onunla öpüşüb görüşür, nominalı görünməyən pul əskinaslarına bənzər kağız predmeti sayaraq Təqsirləndirilən şəxs verir, Namik həmin şəxsdən həmin predmeti götürdükdən sonra aralaşıb şortunun cibinə qoyaraq digər otağa keçir, həmin otağın görüntüdəki görünüşündən mətbəx otağı olması müəyyən olunur, Təqsirləndirilən şəxs qapıdan otağa daxil olduqda sağ tərəfdə divarın aralanmış hissəsinə sağ əlini salaraq tünd rəngli torba formasında olan pul kisəsinə bənzər kisəni çıxarıb, üst hissəsində olan zəncirbəndi açaraq onun içərisindən nəsə ovucunda götürüb yenidən zəncirbəndi bağlayıb kisəni götürdüyü divarın arasına yerləşdirərək zal otağına qayıdır və təpə nahiyəsi keçəlləşmiş vəziyyətdə olan şəxsə verir, o da kafeni tərk edib gedir. Görüntü 18:44 dəqiqədə başa çatır. İkinci görüntü faylına baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: Görüntünün ilk saniyələrində kafeninin daxilinə zal kimi otağa iki nəfər daxil olur, onlardan birinin əlində tünd rəngli torba, əynində qısa qol köynək vardır, digərinin isə əynində qısa qol köynək vardır, həmin şəxs şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs mobil telefonla danışa-danışa öndə hərəkət edir və yenədə digər mətbəx otağına keçir, Təqsirləndirilən şəxs qapıdan otağa daxil olduqda sağ tərəfdə divarın aralanmış hissəsinə sağ əlini salaraq tünd rəngli torba formasında olan pul kisəsinə bənzər kisəni çıxarıb, üst hissəsində olan zəncirbəndi açaraq qapıya yaxınlaşır, həmin vaxt əlində torba olan şəxs otağa daxil olmadan qapının girişində Namiklə danışır və nominalı görünməyən pul əskinaslarına bənzər kağız predmeti Təqsirləndirilən şəxs verir, Təqsirləndirilən şəxs həmin predmeti əynində olan şalvarının sol arxa cibinə qoyaraq torbanın içərisindən nəsə götürüb həmin şəxsə verir. Daha sonra torbanın qalan hissəsini Namik özünün sol tərəfində olan divanın yanına yerə atır və ayağı ilə onu divanın alt hissəsinə itələyir. Sonra hər ikisi kafeni tərk edib çıxırlar. (İ cild, i.v. 221-223) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 3/856 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş və şərti olaraq “1” və “2” rəqəmləri ilə işarələnmiş 2 (iki) ədəd qara rəngli bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçaqlarına uyğun gəlirlər və soyuq silah hesab edilmirlər. Təqdim edilmiş və şərti olaraq “3” rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (İ cild, 224-227) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1460 saylı fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim eidlmiş üzərində “Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqat İdarəsi 58” dairəvi möhür əksi olan “xx.xx.2020-ci il Binəqədi RPİ-nin 40-cı X10 binasının həyətində “Niva” markalı, **-BU-*** dövlət nişan nömrəli...” sözləri, adlar və imzalar qeyd edilmiş paketin içərisində ağ-göy rəngli bir ədəd kapsulda tramadolun təsir maddənin ümumi miqdarı 0,05 qramdır. Tramadol xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Üzərində “Sulfaüil” göstəricisi və “Erospin” göstəricisi olan dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Bir ədəd göy rənglıi sprey qabının üzərində narkotik və ya psixotorp maddələrə aid iz aşkar edilmədi. Təqdim olunan maddələrin təyinatının müəyyən edilməsi kimyəvi ekspertizanın predmetinə aid deyil. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (İ cild, i.v. 230-235) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(011)- 609/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla, xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 11-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 X13-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 2120 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatalarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 22-23) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Fidan və xx.xx.2011-ci il təvəllüdlü Emin adlı 2 azyaşlı övladı vardır. (İİ cild, i.v. 48) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs soyuq silahı əldə etmə, satma və gəzdirmə, həmçinin narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma cinayətləri üzrə əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 240.1-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. ünvan 5 ünvanında aşkar edilmiş bir ədəd bıçaqla bağlı ayrıca icraata material ayrılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesində aşkar edilmiş 22 bükümdə ümumi çəkisi 7,831 qram olan qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq olan 7,391 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən götürülmüş videomüşahidə kamerasının yaddaş aparatı, Təqsirləndirilən şəxs məxsus “VAZ 2121” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda aşkar edilmiş dərmanlar və 1 ədəd Tramadol kapsulu və ünvan 5 ünvanından aşkar edilmiş 1 ədəd bıçaq, həmçinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən aşkar edilmiş 2 ədəd bıçaq Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən götürülmüş **-BH-*** və **- MB-*** dövlət qeydiyyat nişanları ilə bağlı cinayət təqibinin başlanması rədd edilmiş və həmin dövlət qeydiyyat nişanları Bakı şəhər Baş Polis İdarəsinin Saxlanc anbarına təhvil verilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən götürülmüş 5384 manat pulun sahibi Şahid5 qaytarılması nəzərə alınmışdır. İş üzrə görüntülərin əks olunduğu 1 ədəd kompakt disk Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.5-ci maddəsinə əsasən sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. (İİ cild, i.v. 55-68) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-609/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (İİ cild, i.v. 110-113) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülərə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokol, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, istərsə də məhkəmədə özünü qismən təqsirli hesab edərək, narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edərək, daşıması və saxlaması barədə ifadəsində göstərdikləri xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun özünü qismən təqsirli bilməsi barədə heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Onun cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ilkin izahatında, həmçinin daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində bir ay olar ki, maddi imkanı zəif olduğuna görə aldığı narkotik vasitə qurudulmuş marixuananı müxtəlif şəxslərə satmağa başladığını, qurudulmuş marixuananı bir kibrit qutusunda 80 manata aldığını, kibrit qutusundakı narkotik vasitənin çəkisinin 4 qram olduğunu, narkotik vasitəni Fatmayi qəsəbəsində tanımadığı şəxsdən aldığını və ona müraciət edən tanımadığı şəxslərə satdığını bildirmişdir. Qurudulmuş marixuananı siqaret kağızı bükümlərinə qablaşdırıb, büküm şəklində 7-10 manata satdığını, satışı mütəmadi həyata keçirmədiyini, hərdən bir pula ehtiyacı olduqda satdığını bildirmişdir. Həmçinin sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 23.00 radələrində Fatmayi qəsəbəsində tanımadığı şəxsdən 80 manata bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aldığını, qayıdanda qurudulmuş marixuananı kafenin yaxınlığında ağacın altında dayanaraq, siqaret bükümlərinə qablaşdırdığını, bükümləri isə qara rəngli dəri materialdan olan kisəyə yerləşdirdiyini, kisənin ağzının zamokla bağlandığını, həmin bükümlərdə olan narkotik vasitəni işlədiyi “Elit” kafesində birinci mərtəbədə yerləşən dəri divanın altında gizlətdiyini göstərmişdir. Daha sonra xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə bir bükümdə qurudulmuş marixuananı tanımadığı şəxsə 6 manata satdığını, xx xxxx 2020-ci il tarixdə aldığı narkotik vasitəni 22 bükümdə qablaşdıraraq bir ədəd qara rəngli kisədə kafenin birinci mərtəbəsində yerləşən ümumi zalda olan dəri divanın altında gizlətdiyini, lakin həmin narkotik vasitədən satmadığını və istifadə etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, lakin hərdən bir narkotik vasitə satdığını etiraf etmişdir. Həmin dindirmə video görüntüyə alınmış və diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı həmin video diskə baxış keçirilərkən, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etdiyi müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən əvvəllər vermiş olduğu ifadələrini dəyişərək, xx xxxx 2020-ci il tarixdə əldə etdiyi 22 büküm narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün əldə etdiyini bildirərək, narkotik vasitənin satışı ilə məşğul olmasını təkzib etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə edərək, daşıması və saxlaması onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi ibtidai istintaq zamanı verdiyi ilkin izahatı, daha sonra şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsi, həmçinin xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən video görüntüyə alınmış etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 №li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, satış məqsədinin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi müəyyən edilməsə də, lakin təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması aşkar edilmiş narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, axtarış zamanı narkotik vasitənin saxlandığı obyektdən həmçinin elektron tərəzinin də aşkar edilməsi, aparılmış ekspertiza nəticəsində aşkar olunmuş tərəzidə narkotik vasitənin qalıqlarının aşkar olunması, təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəçisi olsa da, onun aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edərək, daşıması və saxlaması üçün təqsirli bilinməsinə əsas verir. Məhkəmə həmçinin Şahid5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlara münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncunun işçisi olmaqla, onun cinayət məsuliyyətinin yüngülləşdirilməsi üçün təzadlı ifadələr vermişdir. Belə ki, Şahid5 onun tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Ticarət cərgəsində yerləşən «Elit» çay evində axtarış və götürmə aparılmasına razılıq verilmədiyini bildirsə də, lakin iş materiallarında olan tərəfindən verilmiş ərizədən görünür ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesində axtarış aparılması barədə qərarla tanış olmuş və kafedə axtarışın aparılmasına etiraz etməmişdir. Həmçinin məhkəmə baxışı zamanı həmin ərizənin hər hansı təzyiq və ya təsir altında yazılması müəyyən edilməmiş və bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqim olunmamışdır. Həmçinin Şahid5 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində axtarış zamanı kafedən aşkar olunmuş elektron tərəzidən məlumatsız olduğunu bildirsə də, lakin daha sonra məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin elektron tərəzinin mətbəx üçün istifadə olunduğunu bildirmişdir. Halbuki aparılmış ekspertiza nəticəsində aşkar olunmuş tərəzidə narkotik vasitənin qalıqları aşkar edilmişdir. Şahid5 təzadlı ifadələri ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları təkzib edə bilmək üçün əsas deyildir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CMnin-59.2), himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun xx xxxx 2020-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxx 2020-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan və saxlanması üçün şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş narkotik vasitənin qalığı və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus “VAZ 2121” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda aşkar edilmiş dərmanlar, 01 ədəd Tramadol kapsulu və Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən aşkar edilmiş 2 (iki) ədəd qara rəngli zavod üsulu bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçaqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən götürülmüş videomüşahidə kamerasının yaddaş aparatı, **-BH- *** və **-MB-*** dövlət qeydiyyat nişanları sahibinə geri qaytarılmalı, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən götürülmüş 5384 manat pulun sahibi Şahid5 qaytarılması nəzərə alınmalı, iş üzrə 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin qalığı 7,391 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus “VAZ 2121” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda aşkar edilmiş dərmanlar, 01 ədəd Tramadol kapsulu və Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən aşkar edilmiş 2 (iki) ədəd qara rəngli zavod üsulu bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçaqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən götürülmüş videomüşahidə kamerasının yaddaş aparatı, 2 ədəd bıçaq, **-BH-***, **-MB-*** dövlət qeydiyyat nişanları sahiblərinə geri qaytarılsın. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Elit” kafesindən götürülmüş 5384 manat pulun sahibi Şahid5 qaytarılması nəzərə alınsın. İş üzrə 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri – 195,46 (yüz doxsan beş manat, qırx altı qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-82/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-82/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver