Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-82/2022 18.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,273 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 10 yanvar 2022-ci il tarixdə, saat 18:15 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “İnsaf” kafesinin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan təmiz çəkisi 0,273 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da hal-hazırda ünvan 2a ailəsi ilə birlikdə yaşayır. Psixi fəaliyyəti normaldır, səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Bildirmişdir ki, təxminən hadisədən 5-6 ay əvvəl olar ki, narkotik vasitə olan heroin qəbul etmişdir. Bir neçə dəfə Bakı şəhəri, Hökməli qəsəbəsində yaşayan tanışı Həsən adlı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Həmin şəxsin yalnız adının Həsən olduğunu bilir. Bundan başqa onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən tutulmamışdan 2-3 gün əvvəl Hökməli qəsəbəsində yaşayan, tanışı Həsəndən yenə də şəxsi istifadəsi üçün 5 (beş) manat pul müqabilində narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 10.01.2022-ci il tarixdə Müşfiqabad qəsəbəsində yerləşən “İnsaf” kafesinin yaxınlığında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra polis bölməsində vəkilin, polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya və vasitə varsa təqdim olunması təklif olunmuşdur. Əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli bükümdə olan maddəni könüllü olaraq təqdim etmiş və bildirmişdir ki, həmin maddəni 2 (iki) gün öncə Hökməli qəsəbəsindən olan tanışı Həsən adlı şəxsdən beş manat pul müqabilində almışdır. Bundan sonra həmin büküm qablaşdırılmış və protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi zərfi və protokolu imza etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmiş və narkomaniyadan məcburi müalicə almaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin Cinayət Axtarış şöbəsində, cinayət axtarış üzrə kiçik inspektor vəzifəsində xidmət edir. Psixoloji vəziyyəti normaldır, ifadəsinin müstəntiq tərəfindən komputer vasitəsilə yazılmasına etirazı yoxdur. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar 10.01.2022-ci il tarixdə tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 10 yanvar 2022-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Qədir Dadaşzadə ilə inzibati ərazidə xidmətdə olan zaman, yəni Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “İnsan” adlı kafenin qarşısında bir nəfər şəxsin narkotik vasitənin təsiri altına sərxoşluq vəziyyətində olduğunu görüb ondan şübhələnmişlər. Qədir Dadaşzadə ilə həmin şəxsə yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra onun eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu güman etdiklərinə görə Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Həmin şəxs də onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, həmin şəxs – xx xxxxxx 1997-ci il təvəllüdlü, Qaradağ rayon Müşfiqabad qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Bundan sonra polis bölməsində təhqiqatçı Cəmşid Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Vəkilin, özü və polis serjantı Q.Dadaşzadənin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışı polis serjantı Q.Dadaşzadə mobil telefonla video lentə almışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Cəmşid Əliyev, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngdə kağız büküm çıxarıb masanın üzərinə qoyub təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümün içərisindəkinin kakos, yəni narkotik vasitə heroin olduğunu bildirmiş, onu Hökməli qəsəbəsində tanışı Həsən adlı şəxsən aldığını demişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol imza edilmişdir. Şahid X4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid X6 öz ifadəsində Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 6/145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 222” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən ...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,273 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,223 qram. Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 28 yanvar 2022-ci il tarixli, 379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində toz şəkilində narkotik vasitəyə oxşar kütlə aşkar edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, 2-3 gün əvvəl Hökməli qəsəbəsində Həsən adlı şəxsdən 5 (beş) manata özünün istifadəsi üçün aldığını bildirir. Cinayət işinin materiallarından görünür ki, 10 yanvar 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,273 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmışdır. Buna görə də, tədqiqatdan sonrakı qalıq çəkisi 0,223 qram narkotik vasitə olan heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin məcburi müalicə almaq istəməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 10 yanvar 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 12 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə 06 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və 03 may 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,223 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 03 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,223 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-82/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-82/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver