Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-82/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,253 qram çəkidə narkotik vasitə olan heroin və əsas təsiredici maddəsi 0.02 qram metadon olan həbin ½ hissəsini əldə edib daşıyaraq üzərində saxlamış, 29 sentyabr 2022-ci il tarixdə, saat 14:45 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında saxlanılaraq 10-cu PB-yə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki qara rəngli qısaqol gödəkçənin sinə hissəsindəki sol cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Bir ədəd kağız bükümün içərisində olan, təmiz çəkisi 0,253 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra 30 sentyabr 2022-ci il tarixdə saat 10:50 radələrində Qaradağ RPİ-nin MSY-yə təhvil verilərkən üzərinə şəxsi axtarış və baxış keçirilən zaman onun qalça(bel) nahiyəsindən 1 (bir) ədəd sellofan bükümdə üzərində "M40" yazıları olan, 1(bir) ədəd açıq qəhvəyi rəngli, dairəvi formalı, əsas təsiredici maddəsi 0.02 qram narkotik vasitə olan metadon həbinin ½ hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5(beş) aydır ki, kokos, yəni narkotik vasitə olan heroin və metadon dərman həbi istifadə edir, heroini falqadan istifadə etməklə çəkmək yolu ilə qəbul edir, şəxsi istifadəsi üçün narkotik vasitəni ayrı-ayrı şəxslərdən əldə edir. Sonuncu dəfə, 29 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Papanin kimi adlanan ərazidə olan vaxt bir nəfər tanımadığı şəxslə təsadüfən söhbət edən zaman onun da narkotik vasitə heroin istifadəçisi olduğunu bilmiş, ondan şəxsi istifadəsi üçün heroin istəmiş, həmin şəxs də ona bunu təşkil edə biləcəyini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra həmin şəxs onun yanına gəlib 1(bir) ədəd qızılı rəngli siqaret kağızında olan büküm verib içərisində heroin olduğunu demiş və əvəzində ondan 5(beş) manat pul istəmişdir. Onunla razılaşıb həmin bükümü alıb 5(beş) manat pul vermiş, bükümü əynində olan qara rəngli, qısaqol gödəkçənin sinə hissəsindəki sol cibində saxlamışdır. Daha sonra isə həmin şəxsdən 15(on beş) manat pul qarşılığında narkotik vasitə olan metadon əldə etmiş, həbin bir hissəsini istifadə edib, digər hissəsini sellofana bükmüş və əynindəki alt paltarının içərisinə qoymuşdur. 29 sentyabr 2022-ci il tarixdə, saat 14:45 radələrində yaşadığı 9 nömrəli binanın qarşısında keçmiş həyat yoldaşı X10 ilə söhbət edərkən mülki geyimli şəxslər onlara yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları barədə məlumat vermiş və 10-cu PB-yə dəvət etmişlər. Bölmədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra polis bölməsində vəkilin, polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində saxladığı qanunsuz əşya və vasitənin təqdim olunması təklif olunmuş, o da əynindəki qara rəngli qısaqol gödəkçənin sinə hissəsindəki sol cibində saxladığı qızılı rəngli siqaret kağızında olan bir ədəd bükümü masanın üzərinə qoymuş, həmin büküm açılaraq baxış keçirilmiş və içindəkinin nə olduğu ondan soruşulduqda bükümdə «kokos», yəni narkotik vasitə olan heroin olduğunu, Papanin deyilən yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 5(beş) manata aldığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilsə də başqa hər hansı bir qanunsuz əşya və yaxud predmet aşkar edilməmişdir. Həmin büküm qablaşdırılmış və protokol tərtib edilmiş, bütün iştirakçılar kimi o da zərfi və protokolu imza etmişdir. Qaradağ RPİ-nin MSY-yə təhvil verilən zaman üzərinə yenidən onunla eyni cinsdən olan polis əməkdaşı tərəfindən şəxsi axtarış və baxış keçirilməsinə razılıq verdikdən sonra üzərinə bir daha şəxsi axtarış və baxış keçirilmiş, narkotik vasitə olan metadon həbi əynindəki alt paltarının arxa hissəsindən aşkar edilərək götürülmüşdür. Bu barədə akt tərtib edilmiş və həmin akt iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində aşkar edilən narkotik vasitə olan heroin və metadon dərman vasitəsini xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Papanin deyilən yerdə tanımadığı şəxsdən ümumilikdə 20 (iyirmi) manat qarşılığında almış, keçmiş həyat yoldaşı X6 üzərində aşkar edilən narkotik vasitə ilə üzərində olan narkotik vasitənin necə eyni tərkibdə ola biləcəyi barədə heç bir məlumatı yoxdur. Ümumiyyətlə saxlanılan zaman X6 üzərində narkotik maddə olması barədə də heç bir məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı övladının olmasını, yenidən analoji hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar 29 sentyabr 2022-ci il tarixdən tanıyır, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 29 sentyabr 2022-ci il tarixdə, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi polis kapitanı Şahid3 ilə birlikdə inzibati ərazidə yəni, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksinin ərazisində xidmətdə olan zaman, ev 9 ünvanının qarşısında 2 (iki) nəfər şəxsin dayandıqlarını, söhbət etdiklərini görüb, hərəkətlərindən onların narkotik vasitənin təsiri altında sərxoşluq vəziyyətində olduqlarından şübhələnmişdirlər. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onların eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu güman etdikləri üçün Qaradağ RPİnin 10-cu PB-yə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdır. Bundan sonra polis bölməsində X13 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Qaradağ RPİ-nin UQ və SQ-nin operatoru, polis serjantı Şahid4, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, 10 saylı vəkil bürosunun vəkili X5 və onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində saxladığı əşyanın təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sol hissəsindəki sinə cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümü masanın üzərinə qoymuşdur. X13 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman, sonuncu həmin bükümdə «kokos», yəni narkotik maddə hesab edilən heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Papanin adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 5 (beş) manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılaraq, protokol tərtib edilmiş, zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin UQ və SQ-nin operatoru vəzifəsində xidmət edən polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar 29 sentyabr 2022-ci il tarixdə tanımış, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. 29 sentyabr 2022-ci il tarixdə xidməti otaqda olan zaman ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bir nəfər qadının saxlanıldığını və onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməsi barədə məlumat verilmiş, onunla eyni cinsdən olduğu üçün həmin istintaq hərəkətinin keçirilməsində iştirak etməsi bildirilmişdir. O, dərhal Qaradağ RPİ-nin 10-cu PB-yə getmiş ve orada olan zaman ona məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxsdır. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Valeh Orucov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin 10cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Qaradağ RPİ-nin 10cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 10 saylı vəkil bürosunun vəkili X1 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götümə istintaq hərəkəti həyata keçirilmişdir. X13 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyanın könüllü təqdim etməsini təklif etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sol hissəsindəki yuxarı cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümü masanın üzərinə qoyaraq təqdim etmiş, həmin büküm açılarkən içərisindən qəhvəyi rəngli, iysiz, toz şəklində olan maddə aşkar edilmişdir. X13 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşan zaman Təqsirləndirilən şəxs, həmin bükümün içərisindəkinin «kokos», yəni narkotik maddə hesab edilən heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Papanin adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 5(beş) manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm 1(bir) ədəd zərfdə qablaşdırıldı, protokol tərtib edildi, zərf və protokol imza edildi. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-yə təhvil verilən zaman onun üzərinə Qaradağ RPİ-nin UQ və SQ-nin operatoru, polis serjantı Şahid4 tərəfindən Qaradağ RPİ-nin MSY-nin axtarış otağında onun razılığı ilə şəxsi axtarış və baxış keçirilərkən isə onun əynində olan alt paltarında gizlədilmiş 1 (bir) ədəd sellofan büküm aşkar edilmiş və bükümün içərisində 1(bir) ədəd üzərində "M40" yazıları olan, yumru, boz rəngli həb formasında dərman preparatı müəyyən edilmişdir. Həmin həb zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis kapitanı Şahid3 və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis kapitanı Şahid3 və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid3 və X7 ibtidai istintaq dövründə vermiş olduğu ifadələri tədqiq edilərkən ziddiyyət müəyyən edilməmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 24-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət Qaradağ rayon prokurorluğu tərəfindən rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 97-98-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2022-ci il tarixli, 6/5885 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdəki bir ədəd ½ hissə açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. ½ hissə metadon həbindən qalıq – ¼ hissə həb. Cinayət işinin 96-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli, 6/5608 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,253 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,203 qram olmuşdur. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 6/5884 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... şübhəli şəxs X10...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin üzərində”... Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,203 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər; Heroinin təmiz çəkisi 0,203 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,153 qram qalmışdır. Cinayət işinin 103-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 142-ci vərəqəsində olan maddi sübut kimi tanınma haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və 01 ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,153 qram narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 144-cü vərəqəsində olan maddi sübut kimi tanınma haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun arxa nahiyəsindən aşkar edilən ½ həbdə əsas təsiredici maddəsi 0,2 qram olan narkotik vasitə metadonun tədqiqatdan sonrakı qalıq ¼ hissəsi Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 19 oktyabr 2022-ci il tarixli, 6151 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstensiya, intoksikasiya əlamətlərin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş 04 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 148-152-ci vərəqələrində olan 14 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan 08 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında şəxsi axtarış və baxış keçirilmişdir. Bundan əvvəl ona üzərində olan qeyri-qanuni əşyaların könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sinə hissəsindəki sol cibində saxladığı bir ədəd qızılı rəngli siqaret kağızında olan bükümü təqdim edib masanın üzərinə qoymuş, həmin büküm açılaraq baxış keçirilmiş və içindəkinin nə olduğu ondan soruşulduqda bükümün içərisindəkinin «kokos», yəni narkotik vasitə olan heroin olduğunu, həmin gün Papanin deyilən yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 5(beş) manata aldığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilsə də başqa hər hansı bir qanunsuz əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və protokol tərtib edilmiş, bütün iştirakçılar kimi o da zərfi və protokolu imza etmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan Qaradağ rayon Lökbatan MKİS tərəfindən verilmiş 2084 nömrəli, 21 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şuşa şəhərindən məcburi köçkündür və Qaradağ rayonu, Qobu park yaşayış kompleksində ev 9, mənzil 71-də ailə üzvləri X15 və X16 ilə birlikdə yaşayır. Cinayət işinin 127-128-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2014-cü il təvəllüdlü Rəsul adlı və xx.xx.2016-cı il təvəllüdlü Raul adlı azyaşlı övladları vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini və metadonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, cinayət əməlini səmimi etiraf etməsini, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək yəni 2 (iki) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 19 oktyabr 2022-ci il tarixli, 6151 rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin olunmasına ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,153 qram narkotik vasitə olan heroin və əsas təsiredici maddəsi 0,2 qram olan narkotik vasitə metadonun tədqiqatdan sonrakı qalıq ¼ hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci 243 (iki yüz qırx üç) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.153 qram narkotik vasitə heroin və əsas təsiredici maddəsi 0.02 qram metadon olan həbinin ¼ hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 243 (iki yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-82/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-82/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver