Məhkəmə qərarları › İş №1(002)-83/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-83/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-83/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) Nümayəndə, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs 18 avqust 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, yeni məhəllə, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Fateh Telecom” mobil telefon mağazasınının plastik pəncərəsini sıxıb, açmaqla qanunsuz olaraq mağazaya daxil olub, oradan bir ədəd 220 manat dəyərində “Honor” markalı mobil telefon, bir ədəd 100 manat dəyərində “Huavei” markalı mobil telefon, bir ədəd 170 manat dəyərində “Samsung A10S” markalı mobil telefon, bir ədəd 70 manat dəyərində “Samsung 9082” markalı mobil telefon və bir ədəd 80 manat dəyərində “Samsung J3” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 640 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 dekabr 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Fateh Telecom” mobil telefon mağazasınının plastik pəncərəsini sıxıb, açmaqla qanunsuz olaraq mağazaya daxil olub, oradan bir ədədi 5 manat dəyərində ümumilikdə 200 manat dəyərində 40 ədəd “usb” kabel, bir ədədi 10 manat dəyərində ümumilikdə 100 manat dəyərində 10 ədəd flaşkart, bir ədədi 13 manat dəyərində olan ümumilikdə 52 manat dəyərində 4 ədəd mobil telefon üçün mikrokart, bir ədədi 40 manat dəyərində ümumilikdə 80 manat dəyərində 2 ədəd səsgücləndirici, bir ədədi 3 manat dəyərində ümumilikdə 60 manat dəyərində 20 ədəd mobil telefon örtükləri (kabro), bir ədədi 35 manat dəyərində ümumilikdə 245 manat dəyərində 7 ədəd mobil telefon üçün bulutuzlu qulaqcıq, bir ədədi 6 manat dəyərində ümumilikdə 90 manat dəyərində 15 ədəd mobil telefon üçün adi qulaqcıq, bir ədədi 10 manat dəyərində ümumilikdə 50 manat dəyərində 5 ədəd oyun əlcəkləri, bir ədədi 15 manat ümumilikdə 30 manat dəyərində 2 ədəd kompyuter siçanı, bir ədədi 4 manat dəyərində ümumilikdə 20 manat dəyərində 5 ədəd mobil telefon üçün universal adaptor, bir ədədi 5 manat dəyərində ümumilikdə 50 manat dəyərində 10 ədəd mobil telefon üçün adaptor başlığı, bir ədəd 35 manat dəyərində kompyuter üçün qulaqcıq, bir ədədi 5 manat dəyərində ümumilikdə 75 manat dəyərində 15 ədəd mobil telefon üzlüyü, bir ədədi 3 manat dəyərində ümumilikdə 30 manat dəyərində 10 ədəd “Aux” kabel, bir ədədi 20 manat dəyərində ümumilikdə 60 manat dəyərində 3 ədəd “Nokia” markalı mobil telefon, bir ədəd 15 manat dəyərində “Flu” markalı mobil telefon, bir ədəd 65 manat dəyərində “Flu” markalı mobil telefon, bir ədəd 130 manat dəyərində “Samsung A3” markalı mobil telefon və bir ədəd 100 manat dəyərində “Samsung J3” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1487 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “AzLombard” adlı lombardın plastik pəncərəsinə əli ilə sıxıb açmaqla qanunsuz olaraq lombarda daxil oub, oradan dəyəri 650 manat olan 01 ədəd “Lenovo” markalı notebook, dəyəri 450 manat olan 01 ədəd “Toshiba” markalı notebook, dəyəri 40 manat olan 01 ədəd qızıl yoxlayan daş, hər birinin dəyəri 30 manat olan, ümumilikdə 60 manat dəyərində 02 ədəd qızıl qablarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Salyan Yolu küçəsində yerləşən "xxxx"-in pəncərəsini sıxıb açmaqla qanunsuz olaraq marketə daxil olub, oradan bir qutusu 2 manat 50 qəpik dəyərində, ümumilikdə 92 manat 50 qəpik dəyərində 37 qutu “PALL MALL NANO SİLVER” markalı siqaret, 2 manat 50 qəpik dəyərində 01 qutu “WİNCHESTER COMPACT BLUE” markalı siqaret, bir qutusu 2 manat 50 qəpik dəyərində, ümumilikdə 5 manat dəyərində 02 qutu “WİNCHESTER KS SS BLUE” markalı siqaret, bir qutusu 3 manat 40 qəpik dəyərində, ümumilikdə 34 manat dəyərində 10 qutu “WİNİSTON XS SİLVER” markalı siqaret, bir qutusu 2 manat 50 qəpik dəyərində, ümumilikdə 22 manat 50 qəpik dəyərində 09 qutu “ROTHMANS BLUE” markalı siqaret, 2 manat dəyərində 01 qutu “ARGO NANO SWEET” markalı siqaret, bir qutusu 2 manat 50 qəpik dəyərində, ümumilikdə 7 manat 50 qəpik dəyərində 03 qutu “PALL MALL AM NİGHTS QARAĞAT” markalı siqaret, bir qutusu 2 manat dəyərində, ümumilikdə 4 manat dəyərində 02 qutu “PİRİMA DELUXE BLUE” markalı siqaret, bir qutusu 2 manat dəyərində, ümumilikdə 8 manat dəyərində 04 qutu “MAGNA COMPACT BLUE” markalı siqaret, bir qutusu 3 manat 40 qəpik dəyərində, ümumilikdə 30 manat 60 qəpik dəyərində 09 qutu “KENT 4 SİQARET” markalı siqaret, bir qutusu 2 manat 50 qəpik dəyərində, ümumilikdə 62 manat 50 qəpik dəyərində 25 qutu “ROTHMANS SİLVER” markalı siqaret, bir qutusu 2 manat 80 qəpik dəyərində, ümumilikdə 33 manat 60 qəpik dəyərində 12 qutu “LD COMPACT WHİTE” markalı siqaret, bir qutusu 3 manat 90 qəpik dəyərində, ümumilikdə 23 manat 40 qəpik dəyərində 06 qutu “SOBRANİE KSSS BLUE” markalı siqaret, 01 qutu 2 manat 20 qəpik dəyərində “İMPERİAL CLASSİC QS SİLVER” markalı siqaret, bir qutusu 3 manat 40 qəpik dəyərində, ümumilikdə 37 manat 40 qəpik dəyərində 11 qutu “WİNİSTON XSTYLE COMPACT SİLVER” markalı siqaret, bir qutusu 2 manat 50 qəpik dəyərində, ümumilikdə 80 manat dəyərində 32 qutu “WİNCHESTER KSS SİLVER NAZİK” markalı siqaret, bir qutusu 3 manat 80 qəpik dəyərində, ümumilikdə 106 manat 40 qəpik dəyərində 28 qutu “SOBRANİE CASTER COMPACT” markalı siqaret, 01 qutu 2 manat 30 qəpik dəyərində “WANT LİNE X BLUE” markalı siqaret, bir qutusu 2 manat dəyərində, ümumilikdə 42 manat dəyərində 21 qutu “MAGNA NANO BLACK” markalı siqaret, bir qutusu 2 manat dəyərində, ümumilikdə 22 manat dəyərində 11 qutu “MAGNA NANO SİLVER” markalı siqaret, 01 qutu 2 manat 80 qəpik dəyərində “DAVİDOFF RİCH SİLVER” markalı siqaret, bir qutusu 2 manat 30 qəpik dəyərində, ümumilikdə 27 manat 60 qəpik dəyərində 12 qutu “WEST SİLVER” markalı siqaret, bir qutusu 2 manat 30 qəpik dəyərində, ümumilikdə 20 manat 70 qəpik dəyərində 09 qutu “WANT LİNE X RED” markalı siqaret, 01 qutu 2 manat dəyərində “ARGO KS RED” markalı siqaret, bir qutusu 3 manat 60 qəpik dəyərində, ümumilikdə 7 manat 20 qəpik dəyərində 02 qutu “DAVİDOFF GOLD SL” markalı siqaret, bir qutusu 3 manat dəyərində, ümumilikdə 33 manat dəyərində 11 qutu “LD CULUB KSSS PLATİNUM” markalı siqaret, bir qutusu 2 manat dəyərində, ümumilikdə 8 manat dəyərində 04 qutu “VİCEROY N -SERİES SİLVER” markalı siqaret və bir qutusu 3 manat 40 qəpik dəyərində, ümumilikdə 10 manat 20 qəpik dəyərində 03 qutu “WİNSTON XSTYLE DUAL” markalı siqareti gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə cəmi 731 manat 90 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun atası 2015-ci ildə vəfat etmişdir. Anası isə onu atıb getmişdir, özü heç bir yerdə işləmir. 18 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu küçəsindən keçərkən “Fateh Telecom” adlı mobil telefon mağazasının qarşısından keçən zaman mağazanın plastik qapı və pəncərəsinin olduğunu görmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. O, plastik pəncərəni sıxıb açmaqla oradan mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra oradan 2 ədəd “Samsung” markalı və bir ədəd markasını xatırlamadığı mobil telefonu oğurlayıb mağazadan çıxıb, yaşadığı evə getmişdir. Həmin mobil telefonlardan markasını bilmədiyi mobil telefonu Qobustan qəsəbəsinə tullamışdır, digər 2 ədəd telefonu isə həmin günü günorta saatlarında “Lökbatan” dairəsinə gəlib orada yolda keçən tanımadığı şəxsə yaxınlaşaraq özünə məxsus mobil telefonları satdığını bildirmiş və həmin şəxsə 50 manata oğurladığı 2 ədəd “Samsung” markalı mobil telefonu satmışdır. Əldə etdiyi 50 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 05 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində o, yenə də həmin mobil telefon mağazasından oğurluq etmək üçün Qobustan qəsəbəsi, Salyan Yolu küçəsindən keçərkən “Fateh Telecom” mobil telefon mağazasının qarşısına gəlmiş və oradan mağazanın pəncərəsini sıxıb açmaqla oradan mağazaya daxil olmuşdur. Oradan 3-4 ədəd köhnə mobil telefon, bir neçə ədəd mobil telefon adaptoru, bir neçə ədəd telefon çoxolu, bir neçə ədəd mobil telefon üzlüyü, bir neçə ədəd qullaqcıq, kompyuter siçanı, bir ədəd səsgücləndiricini oğurlayıb, selofan paketə yığıb yaşadığı evə aparmışdır. Həmin əşyalardan bir ədəd səsgücləndiricini, qulaqcıqları, komyuter siçanını həmin günü günorta saatlarında Lökbatan qəsəbəsəsində tanımadığı şəxslərə ümumilikdə 100 manata satmışdır. Həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı telefon və aksesuarlarının bir qismi isə yaşadığı evdə qalmışdır. Bundan başqa o, 05 dekabr 2021-ci il tarixində Bakı şəhərini gəzmək məqsədilə Nizami rayonu ərazisinə gəlmişdir. Bir qədər gəzib dolandıqdan sonra 06 dekabr 2021-ci ilə keçən gecə saat 02 radələrində pulu azaldığından Qara Qarayev prospekti ilə piyada gələn zaman lombard görmüşdür. O, həmin lombardda pul olacağanı fikirləşərək oradan oğurluq etmək qərarına gəlmişdir. O, lombardın pəncərəsinə yaxınlaşaraq pəncərəni əli ilə itələyib açıb pəncərədən lombarda daxil olmuşdur. Lombardda bir qədər pul axtarsa da pul tapa bilməmiş və masanın üzərindən 2 ədəd notebook, iki ədəd qızıl qabları və bir ədəd qara rəngli daş götürüb kağız paketə qoymuş və lombardın giriş qapısını içəridən açaraq lombardan çıxmışdır. Yaxınlıqda manatlıq taskiyə əyləşib Lökbatan dairəsinə getmişdir. Lökbatan dairəsində taksidən enib notebook kompyuterləri vasitəsi ilə tapılacağını düşünərək həmin yerdə kompyuterləri sındırıb birini həmin yerə digərini, həmçinin qızıl qabı və qara rəngli daşı isə Qobustan qəsəbəsində yol kənarına tullamış, evə gedən zaman 06.12.2021-ci il tarixdə gecə saat 05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Oba” marketin qarşısından keçən zaman həmin mağazanın bağlı olduğunu görüb, oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də marketin arxasında yerləşən kiçik plastik pəncərəni sıxıb açmaqla oradan marketə daxil olmuşdur. Marketdə iri qutunun içində müxtəlif markalı siqaretləri oğurlamaq qərarına gəlmiş və siqaretləri sellofan paketə yığmış və mağazanın qabaq hissəsində yerləşən pəncərəni açıb oradan çıxmış və yaşadığı evə getmişdir. O, marketdən siqaretdən başqa heç nə oğurlamamışdır. Bir neçə qutu siqareti özü çəkmiş, qalan siqaret isə yaşadığı evdə qalmışdır. Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları onu tutan zaman oğurladığı əşyaların və siqaretlərin bir qismini polis əməkdaşlarına təqdim etmişdir. O, həmin oğurluqları tək etmiş və bu barədə heç kimə deməmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda ünvansız mənzildə tək yaşamaqla heç bir işlə məşğul olmur, ona görə də qazanc əldə etmək və dolanmaq üçün oğurluq etmək məcburiyyətində qalır. Hal-hazırda heç bir maddi imkanı olmadığı üçün vurulmuş ziyanlardan da heç bir ödəniş etmək iqtidarında deyildir. O, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, "xxxx" MMC-də hüquqşünas işləyir. Belə ki, həmin MMC-nin "xxxx" adlanan ərzaq mağazaları vardır və Bakı şəhərində müxtəlif ünvanlarda "xxxx" fəaliyyət göstərir. Həmçinin "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən ərzaq mağazası vardır. 06.12.2021-ci il tarixdə gecə saatlarında həmin "xxxx"-dən oğurluq edilmişdir. Belə ki, naməlum şəxs mağazanın arxa nəfəslik pəncərəsindən mağazaya daxil olaraq oradan ümumilikdə 731 manat 90 qəpik dəyərində müxtəlif çeşidli siqaretləri oğurlamışdır. Mağazadan siqaretdən başqa heç nə oğurlanmamışdır. Oğurlanmış siqaretlərin markası və miqdarı "xxxx" MMC-nin məktubunda qeyd edilmişdir. O öz ifadəsində daha sonra təqsirləndrilən şəxs tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyandan istintaq dövründə 146 qutu tütün məhsullarınının qaytarıldığına görə 361.40 manat məbləğin ödəndiyini, lakin 390.50 manat məbləğin isə ödənilmədiyini bildirmişdir. O, öz ifadəsində son olaraq verilmiş mülki iddianı müdafiə etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını və vurulmuş ziyanın ödənilməsini tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən “Fateh Telekom” adlanan mobil telefonların və aksesuarlarının satışı mağazası vardır. Həmin mağazada mobil telefon və aksesuarları satır. Həmin mağazanı hər gün saat 09-dan axşam saat 22-23 radələrinədək işlədir. Mağazanın qapı və pəncərəsi plastik materialdan hazırlanmışdır. 05 dekabr 2021-ci il tarixdə saat 12 radələrində o, həmin mağazaya gələn zaman görmüşdür ki, mağazanın pəncərəsi açıqdır. O, mağazaya daxil olan zaman orada, oğurluq edildiyini aşkar etmişdir. Belə ki, mağazadan bir ədəd 65 manat dəyərində “Flu” markalı mobil telefon, bir ədədi 5 manat dəyərində 40 ədəd usb kabel, bir ədədi 10 manat dəyərində 10 ədəd flaşkart, bir ədədi 13 manat dəyərində olan 4 ədəd mobil telefon üçün mikrokart, bir ədədi 40 manat dəyərində ümumilikdə 2 ədəd səsgücləndirici, bir ədədi 3 manat dəyərində ümumilikdə 20 ədəd mobil telefon örtükləri (kabro), bir ədədi 35 manat dəyərində ümumilikdə 7 ədəd mobil telefon üçün blutuzlu qulaqcıq, bir ədədi 6 manat dəyərində ümumilikdə 15 ədəd mobil telefon üçün adi qulaqcıq, bir ədədi 10 manat dəyərində ümumilikdə 5 ədəd oyun əlcəkləri, iki ədəd hər biri 15 manat dəyərində kompyuter siçanı, bir ədədi 4 manat dəyərində ümumilikdə 5 ədəd mobil telefon üçün universal adaptor, bir ədəd 5 manat dəyərində 10 ədəd mobil telefon üçün adaptor başlığı, bir ədəd 35 manat dəyərində kompyuter üçün qulaqcıq, bir ədədi 5 manat dəyərində ümumilikdə 15 ədəd mobil telefon üzlüyü, bir ədədi 3 manat dəyərində ümumilikdə 10 ədəd “Aux” kabel, 03 ədəd hər biri 20 manat dəyərində “Nokia” markalı mobil telefon, 01 ədəd 15 manat dəyərində “Flu” markalı mobil telefon, bir ədəd 130 manat dəyərində “Samsun A3” markalı mobil telefon, bir ədəd 100 manat dəyərində “Samsung J3” markalı mobil telefon və 01 ədəd işləməyən “Samsung” markalı mobil telefon oğurlanmışdır. Ümumilikdə 1487 manat maddi ziyan dəymişdir. Həmçinin 18.11.2021-ci il tarixdə o, həmin mağazaya daxil olan zaman, mağazadan oğurluq edildiyini aşkar etmişdir. Həmin vaxtı mağazadan bir ədəd 220 manat dəyərində “Honor” makralı mobil telefon, bir ədəd 100 manat dəyərində “Huavei” markalı mobil telefon, bir ədəd 170 manat dəyərində “Samsung A10S” markalı mobil telefon, bir ədəd 70 manat dəyərində “Samsung 9082” markalı mobil telefon, bir ədəd 80 manat dəyərində “Samsung J3” markalı mobil telefon oğurlanmışdır. Həmin oğurluq hadisəsi zamanı isə ona 640 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanlardan heç bir ödəniş ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 51A ünvanında yerləşən təxminən 20 kv/m sahəni 2021-ci ilin noyabr ayının əvvəllərindən icarəyə götürərək Azlombard adı altında lombard fəaliyyəti ilə məşğul olmuşdur. 01 dekabr 2021-ci il tarixdən Nicat Abbaslını ora nəzarətçi kassir vəzifəsinə işə təyin etmişdir. Lombardın iş fəaliyyəti hər gün səhər saat 09:00-dan 18:00-a qədər davam edir. Həftənin bazar günləri iə istirahət günüdür. Lombardın bağlanmasını və günün əvvələrində açılmasını Nicat Abbaslı həyata keçirmişdir. Lombardın qapısı boz rəngli aliminium materialdan, pəncərəsi isə plastik materialdandır. 06 dekabr 2021-ci il tarixdə səhər saat 09:30 radələrində Nicat onunla əlaqə saxlayarq lombardda oğurluq hadisəsi baş verməsini bildirmişdir. Həmin vaxt o, rayonda olduğundan dostu Nurlanı ora göndərmişdir. Nicat Abbaslı müşahidə kameralarında olan görüntünü whatsapp vasitəsi ilə ona yollamışdır. O, həmin görüntüyə baxan zaman məlum olmuşdur ki, 02:30 radələrində bir nəfər şəxs lombarda pəncərədən daxil olaraq masanın üzərində olan bir ədəd 650 manat dəyərində Lenovo markalı, bir ədəd 450 manat dəyərində Toshiba markalı notebookları, bir ədəd 40 manat dəyərində qızıl yoxlamaq üçün daş və iki ədəd hər biri 30 manat dəyərində qızıl qablarını oğurlamışdır. Bundan saat sonra o, Nicata PŞ-nə şikayət etəyini bildirmişdir. Baş vermiş hadisə zamanı lombarda 1200 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan heç bir ödəniş edilməsə də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Yolu küçəsində yerləşən "xxxx"in adminstratoru vəzifəsində işləyir. 06.12.2021-ci il tarixdə saat 08 radələrində həmin “Oba” marketə gələn zaman marketdən oğurluq edildiyini aşkar etmişdir. Belə ki, naməlum şəxs, marketin arxa hissəsində yerləşən plastik nəfəslik pəncərəsini açmaqla, marketə daxil olaraq iri qutuda olan siqaret məhsulunu oğurlamışdır. Belə ki, mağazadan təxminən 269 qutuda ümumilikdə 751 manat 90 qəpik dəyərində siqaret oğurlanmışdır. O, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurub xəbər vermiş, daha sonra o, baş vermiş oğurluq hadisəsi ilə bağlı Qaradağ RPİ-nin 11-ci PB-nə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 9/9226 nömrəli rəyindən görünür ki, ekpsertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 841,70 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 07 yanvar 2022-ci il tarixli 11 saylı rəyindən görünür ki, İ. Motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə hövsələsiz, tez özündən çıxan, konflikdə meyilli şəxsdir. İİ.Yekun hissəsi (suallara cavab). Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. 1-ci sual: Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs intelelektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. 2-ci sual: Təqsirləndirilən şəxs əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdirmi? Cavab: Təqsirləndirilən şəxs əqli-intelektual inkişaf və fərdi-psixi xüsusiyyətlərinə görə etdiyi hərəkətlərin mahiyyətini qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı əmlakdan müvafiq protokol tərtib edilərək götürülmüş 1 ədəd kompyuter üçün qulaqcıq, 13 ədəd mobil telefon kabrosu, 3 ədəd mobil telefon üzlüyü, 3 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Flu” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon, 6 ədəd “Aux” kabel, 1 ədəd “Usb” kabel, 23 qutu “PALL MALL NANO SİLVER” markalı siqaret, 1 qutu “WİNCHESTER KS SS BLUE” markalı siqaret, 7 qutu “WİNİSTON XS SİLVER” markalı siqaret, 8 qutu “ROTHMANS BLUE” markalı siqaret, 3 qutu “PALL MALL AM NİGHTS QARAĞAT” markalı siqaret, 4 qutu “MAGNA COMPACT BLUE” markalı siqaret, 7 qutu “KENT 4 SİQARET” markalı siqaret, 17 qutu “ROTHMANS SİLVER” markalı siqaret, 1 qutu “İMPERİAL CLASSİC QS SİLVER” markalı siqaret, 1 qutu “WİNİSTON XSTYLE COMPACT SİLVER” markalı siqaret, 18 qutu “WİNCHESTER KSS SİLVER NAZİK” markalı siqaret, 2 qutu “SOBRANİE CASTER COMPACT” markalı siqaret, 21 qutu “MAGNA NANO BLACK” markalı siqaret, 11 qutu “MAGNA NANO SİLVER” markalı siqaret, 1 qutu “DAVİDOFF RİCH SİLVER” markalı siqaret, 2 qutu “WEST SİLVER” markalı siqaret, 9 qutu “WANT LİNE X RED” markalı siqaret, 1 qutu “ARGO KS RED” markalı siqaret, 2 qutu “DAVİDOFF GOLD SL” markalı siqaret, 4 qutu “VİCEROY N -SERİES SİLVER” markalı siqaret və 3 qutu “WİNSTON XSTYLE DUAL” markalı siqaret maddi sübut kimi tanınmış və məsul saxlanc üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş bir ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müşahidə kamrerasının qeydə aldığı görüntülərdə bir nəfər kişi cinsli şəxsin tibbi maskadan istifadə etməklə Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən “AZLombard”-dan oğurluq etməsi qeydə alınmışdır. Təqsirləndirilən şəxs video görüntüdəki oğurluq edən şəxsin özü olmasını bildirmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq cinayətini video görüntüsünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Mais oğlu mülki iddia ərizəsi verərək "xxxx" MMC-yə vurulmuş 751.90 manat məbləğində olan 269 qutu tütün məhsullarından istintaq dövründə 361.40 manat məbləğində 146 qutu tütün məhsullarınının geri qaytarıldığını, lakin 390.50 manat məbləğində olan tütün məhsullarının nə geri qaytarıldığını nə də ki ziyanın ödənildiyini bildirərək Təqsirləndirilən şəxs 390.50 manat məbləğində ziyanın və ödənilmiş dövlət rüsumunun 30 manat, ümumilikdə 420.50 manat məbləğinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs etdiyi oğurluq hadisələri ilə bağlı vurulmuş ziyanlardan heç bir ödəniş etməmiş, buna hər hansı bir formada cəhd etməmiş, eləcə də zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi üçün heç bir təşəbbüs göstərməmiş, əksinə öz hərəkətləri və davranışı ilə törətdiyi əməllərə haqq qazandırmağa çalışmışdır. Məhkəmə bu halları təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 84.1 və 84.2.ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də təqsirləndirilən şəxsin azadlıqda qalacağı təqdirdə yenidən cinayət törətməsi ehtimalının kifayət qədər yüksək olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarından aydın olur ki, Eyyubov X4 RPİ-si tərəfindən şübhəli şəxs kimi 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək tutulmuş, 09 dekabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, daha sonra isə Nizami RPİ-si tərəfindən 10 dekabr 2021-ci il tarixdən 12 dekabr 2021-ci il tarixədək tutulmuş, bundan sonra 12 dekabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin Məcəllənin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş mülki iddia tam təmin edilməklə Təqsirləndirilən şəxs 420.50 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödənilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd kompyuter üçün qulaqcıq, 13 ədəd mobil telefon kabrosu, 3 ədəd mobil telefon üzlüyü, 3 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Flu” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon, 6 ədəd “Aux” kabel, 1 ədəd “Usb” kabel, 23 qutu “PALL MALL NANO SİLVER” markalı siqaret, 1 qutu “WİNCHESTER KS SS BLUE” markalı siqaret, 7 qutu “WİNİSTON XS SİLVER” markalı siqaret, 8 qutu “ROTHMANS BLUE” markalı siqaret, 3 qutu “PALL MALL AM NİGHTS QARAĞAT” markalı siqaret, 4 qutu “MAGNA COMPACT BLUE” markalı siqaret, 7 qutu “KENT 4 SİQARET” markalı siqaret, 17 qutu “ROTHMANS SİLVER” markalı siqaret, 1 qutu “İMPERİAL CLASSİC QS SİLVER” markalı siqaret, 1 qutu “WİNİSTON XSTYLE COMPACT SİLVER” markalı siqaret, 18 qutu “WİNCHESTER KSS SİLVER NAZİK” markalı siqaret, 2 qutu “SOBRANİE CASTER COMPACT” markalı siqaret, 21 qutu “MAGNA NANO BLACK” markalı siqaret, 11 qutu “MAGNA NANO SİLVER” markalı siqaret, 1 qutu “DAVİDOFF RİCH SİLVER” markalı siqaret, 2 qutu “WEST SİLVER” markalı siqaret, 9 qutu “WANT LİNE X RED” markalı siqaret, 1 qutu “ARGO KS RED” markalı siqaret, 2 qutu “DAVİDOFF GOLD SL” markalı siqaret, 4 qutu “VİCEROY N -SERİES SİLVER” markalı siqaret və 3 qutu “WİNSTON XSTYLE DUAL” markalı siqaretlərin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən ibtidai istintaq zamanı 75 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 450 (dörd yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İş üzrə verilmiş mülki iddia tam təmin edilməklə Təqsirləndirilən şəxs 420.50 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödənilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd kompyuter üçün qulaqcıq, 13 ədəd mobil telefon kabrosu, 3 ədəd mobil telefon üzlüyü, 3 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Flu” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon, 6 ədəd “Aux” kabel, 1 ədəd “Usb” kabel, 23 qutu “PALL MALL NANO SİLVER” markalı siqaret, 1 qutu “WİNCHESTER KS SS BLUE” markalı siqaret, 7 qutu “WİNİSTON XS SİLVER” markalı siqaret, 8 qutu “ROTHMANS BLUE” markalı siqaret, 3 qutu “PALL MALL AM NİGHTS QARAĞAT” markalı siqaret, 4 qutu “MAGNA COMPACT BLUE” markalı siqaret, 7 qutu “KENT 4 SİQARET” markalı siqaret, 17 qutu “ROTHMANS SİLVER” markalı siqaret, 1 qutu “İMPERİAL CLASSİC QS SİLVER” markalı siqaret, 1 qutu “WİNİSTON XSTYLE COMPACT SİLVER” markalı siqaret, 18 qutu “WİNCHESTER KSS SİLVER NAZİK” markalı siqaret, 2 qutu “SOBRANİE CASTER COMPACT” markalı siqaret, 21 qutu “MAGNA NANO BLACK” markalı siqaret, 11 qutu “MAGNA NANO SİLVER” markalı siqaret, 1 qutu “DAVİDOFF RİCH SİLVER” markalı siqaret, 2 qutu “WEST SİLVER” markalı siqaret, 9 qutu “WANT LİNE X RED” markalı siqaret, 1 qutu “ARGO KS RED” markalı siqaret, 2 qutu “DAVİDOFF GOLD SL” markalı siqaret, 4 qutu “VİCEROY N -SERİES SİLVER” markalı siqaret və 3 qutu “WİNSTON XSTYLE DUAL” markalı siqaretlərin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 450 (dörd yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar