Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-84/2023 16.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 12.12,1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 sentyabr 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 160,00 manat sabit pul məbləğində alimenti övladı 26 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xeyrullayeva (Əzizova) İlahə Fərhad qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 avqust 2019-cu il tarixli, 2(002)-1902/2019 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 17 dekabr 2021-ci il tarixli, 3(002)-1549/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək səkkiz gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 18 mart 2022-ci il, 08 aprel 2022-ci il, 10 iyun 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 22 iyun 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 2127,00 manat aliment borcunu zərər çəkmiş şəxs Xeyrullayeva (Əzizova) İlahə Fərhad qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqasirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş və hal-hazırda icra sənədi üzrə olan borcunu zərərçəkmiş şəxsə ödəməsini nəzərə alaraq barəsində olan cinyət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızı məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona olan borcun tam olaraq ödənildiyini və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan 02 oktyabr 2019-cu il, 18 mart 2022-ci il, 08 aprel 2022-ci il, 10 iyun 2022-ci il tarixli bildiriş və xəbərdarlıqdan, eyni zamanda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 3(002)-1549/2021 saylı qərarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 19 avqust 2019-cu il tarixli, 2(002)-1902/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsi və məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, barəsində seçilmiş “başqa yeə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarışa verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1 -ci maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39,1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, məhkəmə qətnaməsini tam icra edərək zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxanda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 306.1, CPM-nİn 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi İlə Bakı Apeİlyasiya Məhkəməsinə apeüyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-84/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-84/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver