Məhkəmə qərarları › İş №1(002)-84/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-84/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-84/2025 13.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Samux rayonu, Qovlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti tətbiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67 və 71.5ci maddələrinə əsasən qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu tətbiq edilməklə, cəzadan azad edilmiş, GöyGöl Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi ilə qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 29 fevral 2024-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş və hal-hazırda Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssəsində cəzaçəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhərində satmaq üçün iri və xırdabuynuzlu heyvan toplamasını tapşırıb həmin heyvanları Bakı şəhərinə gətirib sataraq pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 05 fevral 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus bir baş 650 kq çəkidə olan 3.900 (üç min doqquz yüz) manat, bir baş 600 kq çəkidə olan 3.600 (üç min altı yüz) manat, bir baş 240 kq çəkidə olan 2.450 (iki min dörd yüz əlli) manat dəyərində olan ümumilikdə 03 (üç) baş dana və ümumi dəyəri 1.350 (bir min üç yüz əlli) manat təşkil etmiş hər biri müvafiq olaraq 45 kq, 40 kq və 36 kq çəkidə 03 (üç) baş qoyun heyvanlarını Sabirabad rayonu Dadaşbəyli kəndində özünün cinayət barədə məlumat vermədən göndərdiyi Şahid1 idarə etdiyi “Ford Transit” markalı **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklətdirib Bakı şəhərinədək gətirilməsinə nail olub, Bakı-Qazax yolunun 47-ci km-də X12 postunun yaxınlığında Zərərçəkmiş şəxs2 heyvanların olduğu avtomobildən düşürüb özünün olduğu “Mercedes Benz” markalı **-OX- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Yasamal rayonu ərazisinə aparmaqla faktiki olaraq heyvanlara nəzarət etməsini məhdudlaşdıraraq faktiki olaraq həmin anda əmlak üzərində sərəncam vermək imkanı əldə edib Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” adlanan ərazidə Şahid1 saxlatdırıb heyvanları həmin avtomobildən düşürüb istintaqa məlum olmayan “Qazel” markalı dövlət qeydiyyat nişanlı digər avtomobilə yükləyərək yaşadığı Samux rayonuna apararaq ələ keçirməklə, vahid niyyətlə Zərərçəkmiş şəxs2 məxsus 6.000 (altı min) manat və Zərərçəkmiş şəxs1 məxsus 5.300 (beş min üç yüz) manat olmaqla ümumilikdə 11300 (on bir min üç yüz) manat dəyərində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o zərərçəmiş şəxslərdən əldə etdiyi mal-qaranı Samux rayonunda sataraq pulunu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O əlavə olaraq öz ifadəsində zərərçəkmiş şəxslərə ödəniş etməyə maddi imkanının olmadığını və məhkəmədən ona ədalətli qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, o, 2024-cü ilin yanvar ayının sonlarında “tik-tok” sosial şəbəkəsində əvvəllər adının «İradə» olduğunu bildiyi, sonradan “İndera” olduğunu öyrəndiyi qadınla tanış olmuş, həmin vaxtı Samux rayonunda yaşamışdır. İndera adlı qadınla “tik-tok” sosial şəbəkəsində bir neçə gün yazışdıqdan sonra sonuncu Şirvan şəhərində yaşadığını bildirmiş və o, qərara gəlmişdir ki, Şirvan şəhərinə gedib orada İndera ilə görüşsün. Ona görə də, 2024-cü ilin fevral ayının əvvəllərində Şirvan şəhərinə getmiş, İndera ilə görüşərək, birlikdə restoranların birində oturub yeyib-içmişlər. Həmin vaxt İndera ondan nə işlə məşğul olduğunu soruşduqda, o, iribuynuzlu və xırdabuynuzlu heyvanların alqısatıqısı ilə məşğul olduğunu, Bakı şəhərində ət kəsimi məntəqələrinə ət satdığını demişdir. İndera Şirvan şəhərində «Rövşən» adlı tanışı olduğunu və sonuncunun Şirvan şəhərində qəssab mağazası işlədərək, mal-heyvan alqı-satqısı ilə məşğul olduğunu deyib əlavə etmişdir ki, əgər istəsə, onları calayar, birlikdə iş görərlər. O, İndera ilə razılaşıb demişdir ki, Rövşənlə danışsın, əgər istəsə, sonuncudan da mal-heyvan alar. Bundan sonra onlar restorandan çıxıb İnderanın yaşadığı evə getmişlər, həmin gün o, İnderanın evində qalmış, səhəri gün oradan çıxıb yaşadığı Samux rayonuna qayıtmışdır. O, Samux rayonunda olanda axşam saatlarında «WhatsApp» sosial şəbəkəsində tanımadığı nömrədən ona zəng olunmuş, o, zəngə cavab verdikdə, onunla danışan şəxs adının «Rövşən» olduğunu, Şirvan şəhərində yaşadığını və nömrəsini İndera adlı qadından aldığını bildirmişdir. O, Rövşəndən nə üçün zəng etdiyini soruşduqda, Rövşən bildirmişdir ki, özü mal-heyvan alqı-satqısı ilə məşğul olur. Həmin vaxtı o, artıq «Rövşən» adlı şəxsi aldatmaqla, malheyvanlarını dələduzluq yolu ilə ələ keçirmək haqqında düşünməyə başlamışdır və Rövşən adlı şəxsi aldadaraq, sözügedən heyvanları almaq adı ilə yük avtomobilinə yükləyib yaşadığı Samux rayonuna almağı və bu yolla qazanc əldə etməyə qərar vermişdir. Ona görə, Rövşənə təklif etmişdir ki, onun üçün Şirvan şəhərində mal-heyvan tapsın, o da, həmin mal-heyvanı Bakı şəhərinə aparıb kəsdirsin, Rövşənə pulunu versin. Rövşən onun təklifi ilə razılaşmış, o, guya üzbəüz söhbət etmək və görəcəkləri iş barədə ətraflı danışmaq istədiyini bildirərək, 03 fevral 2024-cü il tarixdə Şirvan şəhərinə Rövşənin bildirdiyi ünvana getmişdir. O, Rövşənlə görüşüb söhbət edərkən, Rövşən demişdir ki, səhəri gün heyvanları hazır edəcəkdir. O, Rövşənlə razılaşıb Samux rayonuna qayıtmışdır. Ertəsi gün səhər saatlarında Rövşən zəng edərək, üç baş iribuynuzlu heyvan, yəni dana və 20 baş xırdabuynuzlu heyvanın Şirvan şəhərində saxlanıldığını demişdir. O, Rövşənə demişdir ki, ümumilikdə 03 baş iribuynuzlu heyvanı və 03 baş xırdabuynuzlu heyvanı gətirməsi üçün saxlanıldığı yerə yük avtomobili göndərəcəkdir, mal-heyvanlar avtomobilə yüklənib Bakı şəhərinə aparılacaq, orada kəsim məntəqəsində heyvanlar kəsiləndən sonra o, Rövşənin pulunu ödəyəcəkdir. Rövşən razılaşmış, sonra o, Samux rayon sakini olan tanışı Şahid1 zəng edərək, təklif etmişdir ki, özünün idarə etdiyi «Ford» markalı yük avtomobili ilə Şirvan şəhərində olan mal-qaranı oradan götürüb Bakı şəhərində onun deyəcəyi ünvana aparsın, qarşılığında isə zəhmət haqqı olaraq 300 (üç yüz) manat məbləğdə pul verməyi təklif etmişdir. Şahid1 onunla razılaşmış və ondan mal-qaranı satan şəxsin əlaqə telefon nömrəsini istəmişdir. O, Şahid1 Zərərçəkmiş şəxs2 telefon nömrəsini vermişdir. Bundan sonra 05 fevral 2024-cü il tarixdə səhər saatlarında Şahid1 onunla əlaqə saxlayaraq, tanışı Şahid2la birlikdə Şirvan şəhərinə yola düşdüyünü bildirmişdir. Həmin vaxtı o, Gəncə şəhər avtovağzalına gedib orada əvvəllər taksi sürücüsü kimi tanıdığı Şahid4 adlı şəxsin idarə etdiyi «Mercedes» markalı dövlət qeydiyyat nömrəsini dəqiq xatırlamadığı taksi avtomobilinə əyləşib Bakı şəhərinə doğru hərəkətə başlamışdır. 05 fevral 2024-cü il tarixdə saat təxminən 11-12 radələrində Şahid1 onunla əlaqə saxlayaraq, Şirvan şəhərində heyvanları avtomobilə yükləyib Bakı şəhərinə doğru gəldiyini və Zərərçəkmiş şəxs2 avtomobildə olduğunu bildirmişdir. Bundan təxminən 02 saat sonra Şahid1 və Zərərçəkmiş şəxs2 ona zəng edərək, Azərbaycan Respublikası DİN-in DYPİ-nin Qaradağ rayon X12 postunun yaxınlığında yük avtomobilinin qapısının qırıldığını, yolda qaldıqlarını demişlər və qayıdıb köməklik göstərməsini xahiş etmişlər. Həmin vaxtı o, Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerləşən «Bakı Beynəlxalq Avtovağzalı» Kompleksinin yaxınlığına çatmış, ona görə, sürücü Şahid4 xahiş etmişdir ki, geri qayıtsın və «Qaradağ postu» kimi tanınan ərazidə qapısı qırılmış avtomobilin sahibinə kömək etmək üçün yol axtarsınlar. Bir müddət sonra o, Rövşəngilin yanına çatmış və köməkləşib «Ford» markalı yük avtomobilinin qapısını yarımçıq düzəltdikdən sonra yenidən yola davam edib Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar təxminən 2-3 kilometr yol qət etdikdən sonra o, taksi sürücüsü Şahid4 avtomobili saxlamasını, arxadan gələn Şahid1 isə işarə edərək, dayanmasını xahiş etmişdir. Şahid1 dayandıqdan sonra o, avtomobildə əyləşən Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, öz yanına dəvət etmiş və onunla birlikdə taksidə getməyi təklif etmiş, həmçinin irəlidə kafelərin birində oturub yemək yeyəcəklərini, həm də işlə bağlı bəzi məsələləri danışmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs2 yük avtomobilindən düşərək, onun oturduğu taksi avtomobilə əyləşmişdir. Onlar Bakı şəhəri Yasamal rayonu ərazisinə çatanda o, qərara gəlmişdir ki, orada Rövşəni kafeyə getmək adı ilə aldadıb qaçsın. Ona görə də, «Qələbə dairəsi» kimi tanınan ərazidə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinə çatanda, o, Zərərçəkmiş şəxs2 üstünün çirkli olduğunu, YDM-nin sanitar qovşağında üst-başını təmizləməsini və özünün Rövşəni bayırda gözləyəcəyini demişdir. Rövşən etiraz etməmiş, o, taksi sürücüsü Şahid4 xahiş etmişdir ki, yanacaq doldurma məntəqəsinin yaxınlığında onları düşürüb gözləsin. Rövşən avtomobildən düşərək «Azpetrol» yanacaq doldurma məntəqəsinin sanitar qovşağına getmişdir. O, isə bir qədər gözlədikdən sonra taksi sürücüsü Ayxanın yol pulunu ödəmiş və yoldan keçən başqa taksiyə əyləşib oradan uzaqlaşmışdır. Onun məqsədi Rövşəni orada qoyub qaçmaq olmuşdur. Bundan sonra o, xatırlamadığı digər taksi ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən «Lökbatan dairəsi» kimi tanınan yerə yollanmış və yolda olarkən, Şahid1 zəng edərək, idarə etdiyi yük avtomobilində olan heyvanlarla birlikdə «Lökbatan dairəsi» kimi tanınan yerdə dayanıb gözləməsini, özünün oraya yaxınlaşdığını bildirmişdir. Bu zaman Rövşən ona zəng edərək, harada olduğunu soruşmuş, o, Rövşəni aldatmaq üçün yanacaq doldurma mətəqəsinin kafesində oturub gözlədiyini demiş və telefonunda Zərərçəkmiş şəxs2 teleofn nömrəsini bağlamış, yəni bloc etmişdir. Yol getdiyi vaxt o, ətrafda yük avtomobilləri axtarmış, Yasamal rayonu ərazisini tərk etdikdən bir qədər aralıda xatırlamadığı yerdə dövlət nömrə nişanına diqqət etmədiyi «Qazel» markalı yük avtomobilində «BOŞ» yazısı olduğunu görüb orada taksidən düşmüşdür. O, «Qazel» markalı yük avtomobilin sürücüsünə yaxınlaşıb «Lökbatan dairəsi» kimi tanınan yerdə olan 03 ədəd xırdabuynuzlu və 03 ədəd iribuynuzlu heyvanları Gəncə şəhərinə neçəyə aparacağını soruşmuş, həmin şəxs Gəncə şəhərinə 300 manata gedəcəyini dedikdə, o, sürücü ilə razılaşmışdır. O, həmin yük avtomobilinin sürücüsü əvvəldən tanımamış, həmin şəxslə heç bir münasibəti, əlaqəsi, ədavəti və düşmənçiliyi olmamışdır, həmin şəxsi ilk və son dəfə həmin gün görmüşdür. Onlar «Lökbatan dairəsi» kimi tanınan yerə çatdıqda, o, Şahid1 idarə etdiyi «Ford» markalı avtomobilə yaxınlaşmış və Şahid1 zəhmət haqqı olan 300 (üç yüz) manat pulunu vermiş, birlikdə 03 ədəd xırdabuynuzlu və 03 ədəd iribuynuzlu heyvanları «Qazel» markalı yük avtomobilinin yük yerinə yığmışlar. Şahid1 ondan «Ford» markalı yük avtomobilinin sınmış qapısının təmiri üçün əlavə pul istəmiş və o, bir müddət sonra pul verəcəyini bildirmişdir. O, heyvanları yükləyərək, Gəncə şəhərinə getmək üçün «Qazel» markalı yük avtomobilinə əyləşdikdə, saat artıq təxminən 18-19 radələri, «Qazel» markalı avtomobil asta sürətlə hərəkətdə olduğu üçün Gəncə şəhərinə çatdıqda isə, saat artıq gecə 2-3 olmuşdur. Ona görə də, o, «Qazel» markalı avtomobilin sürücüsündən xahiş etmişdir ki, avtomobili birbaşa Gəncə şəhərində yerləşən «Mal bazarı» kimi tanınan əraziyə sürüb orada heyvanları düşürsünlər. Onlar həmin bazara çatanda saat təxminən gecə 04 radələri olmuşdur. O, yük avtomobilin sürücüsünə yol pulunu verib yola saldıqdan sonra səhərə yaxın olduğu üçün 03 baş iribuynuzlu və 03 baş xırdabuynuzlu heyvanları tez sata bilmək üçün orada səhərin açılmasını gözləməyə başlamışdır. 06 fevral 2024-cü il tarixdə saat təxminən 06-08 radələri arasında o, bütün heyvanları təxminən 10.200 manata satıb pul əldə etmiş və oradan da yaşadığı Samux rayonuna geri qayıtmışdır. O, həmin pulu bir neçə gün özünə sərf etmişdir. Bu ərəfədə Şahid1 dəfələrlə ona zəng edib avtomobilinin qapısını üçün ödəməyi söz verdiyi pulu istəsə də, o, Şahid1 pul verməmiş, bundan sonra bir-birlərini nalayiq ifadələrlə söyərək mübahisə etmişlər və münasibətləri pozulmuşdur. Hadisə onun hazırki ifadəsində göstərdikləri kimi baş vermişdir. Həqiqətdə Şahid1 onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edib həmin şəxslərə məxsus iri və xırda buynuzlu heyvanlarını əvəzsiz olaraq ələ keçirmək niyyətindən məlumatı və ya iştirakı olmamışdır. Ramin onunla eyni rayondan olduğu üçün əvvəllər normal münasibəti olmuşdur və Şahid1 05 fevral 2024-cü il tarixdə sadəcə avtomobili ilə yük daşımaq üçün onun xahişi ilə əvvəlcə Şirvan şəhərinə, oradan Bakı şəhərinə gəlib sözügedən heyvanların daşınması ilə məşğul olmuş və bunun qarşılığında da ondan sadəcə 300 (üç yüz) manat zəhmət haqqı almışdır. Şahid1 onun heyvanları dələduzluq yolu ilə ələ keçirməsindən, Zərərçəkmiş şəxs2 aldatmasından, Bakı şəhəri ərazisində aldadıb qaçmasından xəbəri olmamış, onunla heç bir cinayəti planlaşdırmamış və həmin heyvanları o özü satmışdır. O, «Lökbatan dairəsi» kimi tanınan yerdə Şahid1la görüşdüyü vaxt Ramin ondan Zərərçəkmiş şəxs2 harada olduğunu soruşmuş və o, Şahid1 aldadaraq, heyvanlara görə Rövşənin pulunu verib ayrıldığını demişdir. Şahid1 onun cinayət törətdiyini bilməmiş, lakin avtomobilinin sınmış qapısının pulunu dəfələrlə tələb etdiyi və sonda onu nalayiq ifadələrlə söydüyü üçün o, həmin ərəfələrdə Şahid1 acıqlı olmuş, qisasını almaq üçün istintaqa çağırılmasını və məsuliyyətə cəlb olunacağından qorxmasını istəmişdir. O, Şahid1la üzləşdiriləcəyini düşünməmiş, ona görə, barəsində yalan ifadə verib şər atmışdır ki, qisas alsın. Lakin üzləşdirmə zamanı həqiqətin aydınlaşacağını başa düşdüyü üçün hadisəni həqiqətdə olduğu kimi göstərmək qərarına gəlmişdir. O, 05 fevral 2024-cü il tarixdə Gəncə şəhərindən Bakı şəhərinə gəlmək üçün əyləşdiyi «Mercedes» markalı taksi avtomobilinin sürücüsü Şahid4 törədəcəyi cinayətlə bağlı heç bir məlumat verməmişdir. Şahid4 onun bu cinayət əməlində heç bir məlumatı və rolu olmamışdır. O, hadisədən sonra bir neçə dəfə Zərərçəkmiş şəxs2la telefon əlaqəsi saxlayıb heyvanların pulunu tezliklə verəcəyini, bu barədə şikayət etməməsini demiş, lakin sonuncu ilə hadisədən sonra heç vaxt görüşməmişdir. O, hadisəni törətdiyi vaxt Zərərçəkmiş şəxs1lə heç bir halda görüşməmiş və telefon əlaqəsi saxlamasa da, hadisədən sonra dəfələrlə telefonda danışmış, telefon danışıqları vaxtı Zərərçəkmiş şəxs1 pulunu tezliklə qaytaracağını vəd etmiş, lakin sonuncuya da pul verməmişdir. O, Şahid1 heyvanları Şirvan şəhərində konkret olaraq hansı ünvandan götürdüyünü bilməmişdir. O, dələduzluq yolu ilə əldə etdiyi iribuynuzlu və xırdabuynuzlu heyvanların hər birini konkret olaraq neçəyə satdığını xatırlamamış, lakin xatırladığı budur ki, bütün heyvanlar üçün 10.200 (on min iki yüz) manat məbləğdə pul əldə etmiş və pulları da özünə xərcləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi qaydada heyvandarlıqla məşğul olur, Şirvan şəhərində yaşayır, əvvəllər Şirvan şəhərində icarə əsasında işlətdiyi mağazada mal-qara kəsib satmışdır. O, uzun ildir, Zərərçəkmiş şəxs1lə şərik işləyir. 2024-cü il fevral ayının əvvəllərində qazanc olmadığı üçün ət mağazasını təhvil vermək qərarına gəlmiş, həmin ərəfələrdə Şirvan şəhərində yaşayan və mağazanın daimi müştərisi olan “İradə” adlı qadın ona demişdir ki, “Bir tanışım var, mağazanı götürüb işlətmək istəyir”. O, İradəyə demişdir ki, mağazanın içərisində özünə məxsus əşyalar var, kim icarəyə götürmək istəsə, mağazanın içərisindəki əşyların pulunu verəcək, sonra mağazanın sahibi ilə razılaşıb mağazanı işlədər. Bundan təxminən 1-2 gün sonra əvvəllər tanımadığı Hüsaməddin adlı şəxs zəng edib onun telefon nömrəsini İradə adlı qadından aldığını və Şirvan şəhərində mağazanın qarşısında söhbət etmək üçün gözlədiyini demişdir. O, işlətdiyi mağazanın qarşısına getmiş, Hüsaməddin adlı şəxslə görüşüb söhbət etmişdir. Hüsaməddin söhbət zamanı ona demişdir ki, Bakı şəhərində bir neçə ət kəsimi yeri vardır, o, mal-qara aparsın, Hüsaməddin də heyvanı kəsən kimi onun pulunu verəcəkdir. O, Hüsaməddin ilə iribuynuzlu heyvanının ətinin kilosunu 13 manata, xırdabuynuzlu heyvanın ətinin kilosunu isə 16 manata satmağa razılaşmış, Hüsaməddin demişdir ki, “Sən mal-qaranı tap, hazır olan kimi mənə de, mən maşın göndərim gəlib aparsın”. O, Hüsaməddinin təklifi ilə razılaşmış, sonra bu barədə şəriki Zamana məlumat vermişdir. Ertəsi gün o, Zamanla birlikdə ətraf kəndləri gəzib müxtəlif şəxslərdən ümumilikdə 03 baş iribuynuzlu dana və 03 baş xırdabuynuzlu qoç almış, Zamanın atasıgilin yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndinə aparıb orada tövləyə bağlamışlar. 04 fevral 2024-cü il tarixdə axşam saatlarında o, Hüsaməddinə zəng edib mal-qaranı hazır etdiyini demiş, videozəng vasitəsilə zəng edib heyvanları göstərmişdir. Zaman onunla birlikdə olmuşdur. Hüsaməddin heyvanlara baxıb razılaşmış, mal-qaranı axşam vaxtı göndərmələrini demişdir, lakin onlar səhər göndərəcəklərini bildirmişlər. Hüsaməddin onlarla razılaşmış, avtomobili səhər özü göndərəcəyini demişdir. 05 fevral 2024-cü il tarixdə saat 15 radələrində “Ford” markalı yük avtomobili onların heyvanları saxladıqları kəndə getmiş, orada avtomobilin yük yerinə 03 ədəd iribuynuzlu dananı və 03 ədəd xırdabuynuzlu heyvanları yükləmişlər. “Ford” markalı avtomobildə iki nəfər sürücü olmuş, əsas sürücünün adı “Şahid1” olmuşdur. O, “Ford” markalı avtomobilə əyləşmiş və Sabirabad rayonundan Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində “Qaradağ Postu” adlanan DYP-nin postuna çatmamış yük yerində olan dana “Ford Transit” markalı avtomobilin yan qapısını sındırmış, onlar avtomobili saxlamış və düşüb qapını düzəltməyə çalışmışlar. O, Hüsaməddin ilə əlaqə saxlayıb baş vermiş hadisəni bildirmiş, təxminən 30 dəqiqə sonra Hüsaməddin “Mercedes” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı taksi ilə onların yanına getmişdir. Orada köməkləşib yük avtomobilinin qapısını düzəltmişlər və yenidən yola davam etmişlər. Hüsaməddin qabaqda taksi ilə getmiş, o da, “Ford Transit” markalı avtomobillə getmişdir. X9 Polisi Şöbəsinin postunu bir az keçdikdən sonra avtomobili saxlamışlar. Hüsaməddin ona demişdir ki, “Gəl mənimlə birlikdə gedək, uşaqlar özləri mal-qaranı kəsim yerinə gətirəcəklər. Biz biraz yemək yeyək, sonra işimizi görərik”. O, əvvəlcə razılaşmamış, lakin Hüsaməddin təkid etdiyi üçün o, Hüsaməddinin olduğu taksiyə əyləşmiş və yola Hüsaməddin ilə davam etmişdir. Onlar Yasamal rayonu ərazisində yerləşən “Qələbə dairəsi” adlanan yerdə “Azpetrol” YDM-nə çatdıqda, o, üst-başı çirkli olduğundan, YDM-də düşüb sanitar qovşağına gedib orada paltarlarını və ayaqqabını yumuş, Hüsaməddin onu YDM-də gözləyəcəyini demişdir. Lakin o, geri qayıtdıqda Hüsaməddini orada tapmamış, Hüsaməddinə zəng edib harada olduğunu soruşduqda, sonuncu YDM-də olan çayxanada olduğunu demişdir. O, kafeyə baxmış, lakin Hüsaməddin orada olmamışdır. Daha sonra o, Hüsaməddinə təkrar zəng etmiş və bu zaman Hüsaməddinə zəng çatmamışdır. O, dərhal yük avtomobilinin sürücüsü Ramin adlı şəxsin telefon nömrəsinə zəng etmiş, lakin Raminin də telefonu sönülü olmuşdur. O, Zamana zəng edib başına iş gəldiyini demiş, Zaman Şirvan şəhərindən çıxıb Bakı şəhərinə gəlmişdir. Zaman gəldi, biz DİN-in 102 Zəng Xidmətinə zəng edib məlumat vermişlər. “Ford” markalı avtomobilin sürücüsü Ramin ilə dəfələrlə əlaqə saxlamışlar, lakin zəng çatmamışdır. Polis bölməsində olanda Ramin ilə telefon əlaqəsi saxlanılmış və Ramin demişdir ki, onlar Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Meyvəli” dairəsinə getmişlər, Hüsaməddin orada heyvanları onun yük avtomobilindən başqa “Qazel” markalı avtomobilə yüklədikdən sonra heyvanları həmin avtomobillə aparmışdır. Bundan başqa heç nədən xəbərim yoxdur”. Təqsirləndirilən şəxs onlara 03 ədəd iribuynuzlu dana, 03 ədəd xırda buynuzlu qoç sifariş vermiş, danalar müvafiq olaraq, 650 kq, 600 kq və 240 kq-lı, qoçlar isə müvafiq olaraq 45 kq, 40 kq və 36 kq-lıq olmuşdur. Onlar 650 kq-lıq dananı 3.900 manata, 600 kqlıq dananı 3.600 manata, 240 kq-lıq danası isə 2.450 manata, qoçların hamısını isə ümumilikdə 1350 manata almışlar. Hüsaməddin onları aldatmaqla, ümumilkdə 11.300 manat maddi ziyan vurmuşdur. Həmin məbləğin 6.000 manatını o, yerdə qalan 5.300 manatı isə Zərərçəkmiş şəxs1 vermişdir. Hadisə nəticəsində ona 6.000 manat, Zərərçəkmiş şəxs1 isə, 5.300 manat maddi məbləğdə ziyan dəymişdir. O əlavə olaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi qaydada heyvandarlıqla məşğul olur, uzun illərdir ki, Zərərçəkmiş şəxs2la şərik mal-qara alıb satır. Rövşən bir müddət Şirvan şəhərində icarə əsasında işlətdiyi mağazada mal-qara kəsib satmışdır. 2024-cü il fevral ayının əvvəllərində Rövşən mağazanı təhvil vermək istəmiş, Şirvan şəhərində yaşayan “İradə” adlı qadın Rövşənə demişdir ki, “Bir tanışım var, mağazanı götürüb işlətmək istəyir”. Təxminən 1-2 gün sonra əvvəllər tanımadığı Hüsaməddin adlı şəxs Rövşənlə görüşüb söhbət etmişdir. Rövşən ona zəng edib demişdir ki, bir nəfər vardır, oradakı mağazanı götürüb işlədəcək, orada mal kəsəcək, Bakı şəhərində də heyvan kəsəcək, malqaranı onlardan alacaq. O, Rövşənlə razılaşmış, Hüsaməddinlə iribuynuzlu heyvanın kilosunu 13 manatdan, qoçun kilosunu isə 16 manatdan alqı-satqı etməyə razılaşmışlar. Hüsaməddin onlara demişdir ki, mal-qara tapsınlar, hazır olan kimi Hüsaməddinə desinlər, sonuncu avtomaşın göndərib mal-qara aparacaqdır. 04 fevral 2024-cü il tarixdə axşam saatlarında Hüsaməddinə zəng edib mal-qaranı hazır etdiklərini demişlər, videozəng vasitəsilə zəng edib heyvanları göstərmişlər. Hüsaməddin heyvanlara baxıb razılaşmış, mal-qaranı axşam vaxtı göndərmələrini istəsə də, onlar səhər göndərəcəklərini bildirmişlər. Hüsaməddin razılaşmış, avtomobili səhər özü göndərəcəyini bildirmişdir. 05 fevral 2024-cü il tarixdə saat 15 radələrində “Ford” markalı yük avtomobil onun atasının yaşadığı evə getmiş, o, videozənglə Hüsammədinlə danışıb göndərdiyi avtomobilin balaca olduğunu, mal-qaranın oraya yerləşməyəcəyini demiş. Hüsaməddin demişdir ki, “Heyvan mənim deyil? Yüklə, gəlsin”. O, bir söz deməmiş, avtomobilə 03 iribuynuzlu dana, 03 xırdabuynuzlu heyvan qoç yükləmişlər. “Ford” markalı avtomobildə iki nəfər sürücü olmuş, əsas sürücünün adı Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs2 “Ford” markalı avtomobilə əyləşmiş, Bakı şəhərinə yola düşmüşlər. Onun paltarları çox çirkləndiyindən, evə qayıtmış, paltarlarını dəyişib evdən çıxmışdır. O, “Nəvai” polis postunu keçən vaxtı Rövşən ona zəng edib demişdir ki, Hüsaməddin Rövşəni aldadıb qaçıb, heyvanları aparıb. O, yolda olan zaman DİN-in 102 Zəng Mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində onlara ümumilikdə 11.300 manat maddi ziyan dəymişdir. Belə ki, 6500 manatlıq mal-qaranı o, nisyə almış, 2.450 manata dananı öz pulu ilə almış, 3.700 manatı Rövşən vermişdir, 2450 manata aldıqları dananın pulundan Rövşən də vermişdir. Onlar Hüsaməddinin göndərdiyi “Ford Transit” markalı yük avtomobilinə 03 ədəd iribuynuzlu və 03 ədəd xırdabuynuzlu heyvanları Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən malqara saxladıqları yerdən yükləmişlər, orada onun atasıgil yaşayır və sahədə heyvan saxlamaq üçün yerləri vardır, Hüsaməddinin ələ keçirdiyi heyvanları da oradan yükləyib yola salmışlar. Təqsirləndirilən şəxs onlara 03 ədəd iribuynuzlu dana, 03 ədəd xırda buynuzlu qoç sifariş vermiş, danalar müvafiq olaraq 650 kq, 600 kq və 240 kq-lıq, qoçlar isə, müvafiq olaraq 45 kq, 40 kq və 36 kq-lıq olmuşdur. Onlar 650 kq-lıq dananı 3.900 manata, 600 kq-lıq dananı 3.600 manata, 240 kq-lıq danası isə 2.450 manata, qoçların hamısını isə ümumilikdə 1.350 manata almışlar, Hüsaməddin onları aldatmaqla ümumilikdə 11.300 manat maddi ziyan vurmuşdur. Sözügedən iribuynuzlu və xırdabuynuzlu heyvanları alıb cəmləşdirən zaman ümumi məbləğ olan 11.300 manat pulun 5.300 manatını o, qalan 6.000 manatı isə, Zərərçəkmiş şəxs2 vermiş, hadisə nəticəsində ona 5.300 manat, Zərərçəkmiş şəxs2 isə 6.000 manat məbləğdə maddi ziyan dəymişdir. O əlavə olaraq təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, 08 may 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş kimi qəbul edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tanışı X4 etibarnamə əsasında idarə etdiyi “Ford” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sifariş əsasında yük daşımaqla dolanışığını təmin edir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2024-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə saat 10 radələrində Hüsaməddin ona xatırlamadığı telefon nömrəsi ilə zəng edərək, Şirvan şəhərindən mal-qara gətirilməli olduğunu və bunun müqabilində ona 300 manat pul verəcəyini deyərək, ondan idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Şirvan şəhərinə gedib oradakı mal-qaranı həmin avtomobilə yükləyib Bakı şəhərinə aparmasını istəmişdir. O, Hüsaməddin ilə razılaşmış, daha sonra ona kömək etməsi üçün tanışı Ramin Bağırova zəng edərək, məsələni izah etmişdir. Həmin tarixdə o, tanışı Ramin Bağırovla birlikdə yük avtomobili ilə Şirvan şəhərinə getmişdir. Şirvan şəhərinə çatmağa az qalmış o, Hüsaməddinə zəng edib mal-qaranı aldığı şəxsin telefon nömrəsini istəmişdir ki, həmin şəxslə danışıb ünvanı dəqiqləşdirsin. Hüsaməddin həmin şəxsin telefon nömrəsini ona dedikdən sonra o, Rövşən adlı şəxsə zəng etmiş və sonuncu ona “WhatsApp” sosial şəbəkə vasitəsilə mal-qaranın olduğu ünvanın məkan bildirimini göndərmişdir. O, həmin gün saat 17-18 radələrində Şirvan şəhərində dəqiq bilmədiyi ünvana çatmış və orada “Rövşən” adlı şəxslə görüşüdükdən sonra dəqiq xatırlamadığı həyətdən üç ədəd iribuynuzlu və üç ədəd xırdabuynuzlu heyvanları onun idarə etdiyi “Ford” markalı yük avtomobilinə yüklədikdən sonra Rövşən adlı şəxs onlarla birlikdə avtomobilə əyləşmişdir. Onlar Hüsaməddinin ona əvvəlcədən dediyi kimi, Bakı şəhəri “Keşlə bazarı” adlanan əraziyə getmək üçün Şirvan şəhərindən yola düşmüşlər. Onlar yolda olduqları zaman görmüşdür ki, Hüsaməddin “Mercedes” markalı **-XO-*** dövlət nömrə nişanlı avtomobillə Rövşənə zarafatla əl hərəkəti etdikdən sonra onların yanından ötüb keçmişdir. Onlar təqribən 03 saat yol gəldikdən sonra Qaradağ DYP postunun yaxınlığında onun idarə etdiyi “Ford” markalı yük avtomobilinin yük yerində olan heyvanlar yük yerinin qapısını sındırmışlar və onlar buna görə məcbur olub yolda dayanmışlar. O, Rövşən adlı şəxslə birlikdə qapını düzəltəməyə çalışsa da, qapı əyildiyi üçün düzəldə bilməmişlər və ona görə, Hüsaməddinə zəng edib məlumat vermişlər. Bir qədər sonra Hüsaməddin “Mercedes” markalı avtomobil ilə onların yanına qayıtmış və köməkləşib avtomobilin yük yerinin qapısını natamam formada bağlamışlar. Bundan sonra Hüsaməddin Rövşən adlı şəxsə təklif etmişdir ki, Rövşən onun idarə etdiyi “Ford” markalı avtomobildən düşüb “Mercedes” markalı avtomobilə əyləşsin, birlikdə getsinlər. Rövşən adlı şəxs Hüsaməddinlə razılaşmış və birlikdə “Mercedes” markalı avtomobilə əyləşib Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar, ona isə bildirmişlər ki, yavaş-yavaş onların arxasınca getsin. Onun idarə etdiyi yük avtomobilinin yük yerinin qapısı tam bağlanmadığına görə, o, çox yavaş sürətlə Bakı şəhərinə tərəf hərəkət etməyə başlamış, təqribən 01 saat sonra “Lökbatan dairəsi” adlanan əraziyə çatanda Hüsaməddin ona zəng edərək, başqa bir yük avtomobili ilə onun olduğu yerə gələcəyini, avtomobilinin yük yerində olan iri və xırda buynuzlu heyvanları digər yük avtomobilinə yükləyib aparacağını demişdir. Sonra o, idarə etdiyi “Ford” markalı yük avtomobilini Lökbatan dairəsinin yaxınlığında yolun kənarında saxlamış, bir neçə müddət sonra Hüsaməddin “Qazel” markalı yük avtomobili ilə onun yanına getmiş və “Qazel” markalı yük avtomobilin sürücüsü ilə birlikdə heyvanları onun avtomobilindən düşürüb “Qazel” markalı avtomobilə yükləmişlər. Orada Hüsaməddin ona əvvəlcədən razılaşdıqları kimi zəhmət haqqı olaraq 300 manat pul vermişdir. O, avtomobilin qapısına dəyən zərəri də ödəməsini istəmiş, Hüsaməddin həmin zərəri də ödəməyə söz vermişdir. O, orada Hüsaməddindən Rövşən adlı şəxsin harada olmasını soruşduqda, Hüsaməddin ona bildirmişdir ki, Rövşən adlı şəxsin pulunu vermiş və Rövşən çıxıb getmişdir. Sonra o, idarə etdiyi “Ford” markalı avtomobilə əyləşib Ramin Bağırovla birlikdə Samux rayonunda yaşadığı evə qayıtmışdır. Bundan sonra bir daha Hüsaməddini görməmişdir. Buna baxmayaraq, bir neçə dəfə Hüsaməddinə zəng etmişdir ki, avtomobilin qapısına dəyən zərəri istəsin, lakin Hüsaməddin hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. O, Hüsaməddin ilə son dəfə telefon əlaqəsi saxlayanda avtomobilinə dəymiş zərərə görə aralarında mübahisə yaranmış və bir-birlərini nalayiq sözlərlə söymüşlər. Bundan sonra o, bir daha Hüsaməddinlə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olan iri və xırdabuynuzlu heyvanları həmin şəxslərdən dələduzluq yolu ilə ələ keçirəcəyinə dair əvvəlcədən və ya sonra ona heç bir məlumat verməmiş, Təqsirləndirilən şəxs cinayət törətməsi barədə hadisədən bir neçə gün sonra məlumatlı olmuşdur. Belə ki, dəqiq xatırlamadığı nömrədən ona zəng etmiş “Rövşən” adlı şəxs Hüsaməddinin Rövşəngili aldatdığını ona demiş, bundan sonra o, həmin cinayət hadisəsi barədə xəbərdar olmuşdur. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, 12 may 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş kimi qəbul edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən üç ildir, icarə əsasında «Mercedes E220» ** OX *** dövlət nömrə nişanlı avtomobil ilə şəhərələrarası taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 01 il olar, müştəri kimi tanımış və sonuncu ilə normal münasibətləri olmuşdur. Şahid1 da təxminən bir ilə yaxındır, Təqsirləndirilən şəxs vasitəsilə tanışı kimi tanımış və sonuncunu yalnız 1-2 dəfə görmüş, həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 2024-cü ilin fevral ayının təxminən əvvəllərində, tarixini dəqiq xatırlamadığı gün Təqsirləndirilən şəxs onunla telefonla əlaqə saxlayıb Gəncə şəhərində olduğu vaxt onunla görüşərək, Gəncə şəhərindən Bakı şəhərinə aparmasını ondan xahiş etmişdir. R, Hüsaməddinlə razılaşmış, saat təxminən 10-11 radələrində Təqsirləndirilən şəxsla Gəncə şəhər Avtovağzalında görüşmüşdür, Hüsaməddin onun idarə etdiyi «Mercedes E220» ** OX *** dövlət nömrə nişanlı avtomobilə əyləşmiş və Bakı şəhərinə gəlmişlər. O, Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatmasına az qalmış Təqsirləndirilən şəxs telefon zəngi gəlmiş və Hüsaməddin ondan xahiş etmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Qaradağ rayon Postu yaxınlığına qayıdaraq, oradan bir nəfəri də avtomobilə götürsünlər. O, Hüsaməddinin sözü ilə geriyə, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən BDYPİ-nin Qaradağ rayon Postu yaxınlığına qayıtmış, əvvəllər tanımadığı və heç bir münasibəti olmadığı “Rövşən” adlı şəxs də onun idarə etdiyi avtomobilə əyləşmişdir. O, yolda olarkən, Hüsaməddin ilə “Rövşən” adlı şəxsin nə barədə danışdıqlarını dinləməsə də, ilk dəfə Rövşən adlı şəxsin gəldiyi avtomobilin xarab olması səbəbindən, geri qayıdıb sonuncunu götürdüklərini başa düşmüşdür. Sonra o, həmin şəxslərin söhbətinə qulaq asmamış və arasında nə kimi münasibətlərin olması ilə maraqlanmamışdır. O, həmin şəxsləri Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində yerləşən “Qələbə” dairəsinə qədər aparıb orada düşürtmüş və digər işləri ilə bağlı oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs onun gediş haqqını verdikdən sonra sonuncu ilə bir daha əlaqəsi olmamışdır. O, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən BDYPİ-nin Qaradağ rayon Postu yaxınlığından Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində yerləşən “Qələbə” dairəsinə qədər olan müddət ərzində həmin şəxslərin arasında olan söhbətdən və ya hər hansı bir ticarət ya digər mövzularda aralarında nə danışmalarını eşitməmiş, bu barədə heç bir əhəmiyyət kəsb edən məlumatı olmamışdır, xatırladığı yalnız budur ki, “Rövşən” adlı şəxsin Bakı şəhərinə gəldiyi avtomobil yolda xarab olduğu üçün onlar Rövşəni götürmək üçün geri qayıtmışdırlar. Bundan başqa heç bir məlumatı olmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş kimi qəbul edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının təxminən əvvəllərində Samux rayonunda olduğu vaxt dəqiq xatırlamadığı tarixdə səhər saatlarında dostu Şahid1 ona zəng edərək, idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Şirvan şəhərinə gedib oradan iri və xırda buynuzlu heyvanları götürüb Bakı şəhərinə aparılmalı, daha sonra isə Samux rayonuna geri qayıtmalı olduğunu demiş və özü yuxusuz olduğu üçün bu işdə köməklik edib yolda avtomobili sürməsini ondan xahiş etmişdir. O, həmin vaxtı öz avtomobilini təmir etdirmiş və təmirin gec bitəcəyini nəzərə alıb Raminə kömək etməyə razılıq vermişdir. Bir qədər sonra Ramin “Ford” markalı **-CU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onun olduğu yerə gedərək, oradan götürmüş və birlikdə Şirvan şəhərinə yollanmışlar. Yolda olduqları zaman Ramin bir nəfər şəxslə telefonla danışmış və həmin şəxs Raminin telefonuna məkan bildirişi göndərdikdən sonra onlar Şirvan şəhərinin içində dəqiq xatırlamadığı ünvana getmişlər. Orada Rövşən adlı şəxs onları qarşılamış və onlar avtomobili Rövşən adlı şəxsin həyətinə sürdükdən sonra Rövşən avtomobilə 03 baş iriburnuzlu və 03 baş xırdabuynuzlu heyvanları yükləmişdir. Bundan sonra Rövşən özü də onlarla birlikdə avtomobilə oturmuş və birlikdə Bakı şəhərinə yollanmışlar. Həmin vaxt avtomobili Ramin özü idarə etmişdir. Bir qədər sonra onlar Bakı şəhəri Qaradağ DYP postunun yaxınlığında olan vaxtı yük yerindəki heyvanlar avtomobilin yük yerinin qapısını sındırdığı üçün onlar yolda dayanmalı olmuşlar. Həmin vaxt Rövşən adlı şəxslə birlikdə onlar qapını düzəltəməyə çalışsalar da, qapı əyildiyi üçün düzəldə bilməmişlər və ona görə Rövşən Hüsaməddinə zəng edib bu barədə məlumat vermişdir. Hüsaməddin “Mercedes” markalı taksi avtomobili ilə onların yanına getmiş və onlar köməkləşib bir təhər avtomobilin yük yerinin qapısını natamam formada bağlamışlar. Bundan sonra Hüsaməddin Rövşən adlı şəxsə təklif etmişdir ki, sonuncu onların olduğu “Ford” markalı avtomobildən düşüb Hüsaməddinin olduğu “Mercedes” markalı avtomobilə əyləşsin və birlikdə getsinlər. Rövşən adlı şəxs Hüsaməddin ilə razılşamış və birlikdə “Mercedes” markalı avtomobilə əyləşib Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Bu zaman aminə bildirmişlər ki, yavaş-yavaş onların arxasınca sürsün. Yük avtomobilinin yük yerinin qapısı tam bağlanmadığına görə, Ramin çox yavaş sürətlə Bakı şəhərinə tərəf hərəkət etməyə başlamışlır. Onlar təqribən 01 saat sonra “Lökbatan dairəsi” adlanan əraziyə çatanda Hüsaməddin Raminə zəng edərək, başqa bir yük avtomobili ilə onların olduğu yerə gələcəyini və yük yerindəki iri və xırdabuynuzlu heyvanları digər yük avtomobilinə yükləyib aparacağını demişdir. Ramin idarə etdiyi “Ford” markalı yük avtomobilini Lökbatan dairəsi yaxınlığında yol kənarında saxlamış, bir müddət sonra Hüsaməddin “Qazel” markalı yük avtomobil ilə oların yanına getmişdir. Həmin vaxt Hüsaməddin yanında olan Qazel markalı yük avtomobilin sürücüsü ilə birlikdə heyvanları Raminin avtomobilindən düşürüb sözügedən “Qazel” markalı avtomobilə yükləmişlər. Sonra o, Raminlə birlikdə Samux rayonuna geri qayıtmışdır. Bu hadisədən bir neçə gün sonra Raminlə təsadüfən rastlaşan vaxtı Ramin ona Hüsaməddinin Rövşən adlı şəxsi aldatdığını və buna görə də, Rövşənin polisə şikayət etdiyini demiş, yalnız bundan sonra o, məsələdən xəbərdar olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus iri və xırdabuynuzlu heyvanları dələduzluq yolu ilə ələ keçirəcəyinə dair nə əvvəl, nə də sonradan məlumatlı olmamışdır. Şahid1 sözügedən cinayət hadisəsi barədə hadisədən bir neçə gün sonra məlumatı olmuşdur. Şahid3 Rəhimcanovaya məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Şahid3 Rəhimcanovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş kimi qəbul edilmişdir. Şahid3 Rəhimcanova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi sənədlərdə adı İndera olmasına baxmayaraq, tanışları və qohumları ona İradə olaraq çağırırlar, o da, adını sonradan tanıdığı şəxslərə İradə olaraq təqdim edir. Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin fevral ayının ilk günlərində tanımış, sonuncu ilə “tik-tok” sosial şəbəkəsində yazışdıqdan sonra tanış olmuş, Hüsaməddini yalnız bir dəfə görmüş, həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 2024-cü ilin fevral ayının əvvəlində o, Təqsirləndirilən şəxs ilə “tik-tok” sosial şəbəkəsində tanış olduqdan sonra Hüsaməddin onunla görüşmək üçün Şirvan şəhərinə getmiş, o, Hüsaməddin ilə Şirvan şəhərində görüşüb restoranda yemək yeyən zaman Hüsaməddin özünün əslən Şəmkir rayonundan olduğunu və ət biznesi ilə məşğul olduğunu demiş, əlavə etmişdir ki, Şirvan şəhərində qəssab mağazası açmaq istəyir, ona görə, orada kirayə mağaza axtarır. Onlar Şirvan şəhərində yerləşən adını dəqiq xatırlamadığı restoranda yeyib-içdikdən sonra Hüsaməddin Bakı şəhərinə getməli olduğunu deyərək, çıxıb getmişdir. Həmin günün sabahı o, mütəmadi olaraq ət aldığı qəssab mağazasına gedib ət almaq istəyəndə həmin mağazanı işlədən “Rövşən” adlı şəxs söhbət zamanı alverinin yaxşı olmadığını və mağazanı icarəyə vermək istədiyini demişdir. O, Hüsaməddinin dediklərini xatırlamış və Hüsaməddinin dediklərini “Rövşən” adlı şəxsə söyləmişdir. Bundan sonra Rövşən ondan Hüsaməddinin telefon nömrəsini alıb danışacağını demişdir. Daha sonra o, oradan çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra, yəni 05 fevral 2024-cü il tarixdə Rövşən ona zəng edərək həyəcanlı səslə ondan Hüsaməddinin başqa nömrəsi olub-olmadığını soruşmuş və o, Hüsaməddinin başqa nömrəsinin olmadığını bildirdikdən sonra Rövşən, Hüsaməddinin onu aldadaraq, 03 baş iribuynuzlu və 03 baş xırdabuynuzlu heyvanlarını almaq məqsədi ilə yük avtomobilinə yükləyib Bakı şəhərinə gətirdiyini, daha sonra Rövşəni “Azpetrol” YDM-nin yanında avtomobildən düşürərək çıxıb getdiyini bildirmişdir. Bundan sonra o, Hüsaməddinin onda olan telefon nömrəsinə zəng etmiş, lakin zəng çatmamışdır. Bundan sonra o, bir daha Hüsaməddinlə əlaqə saxlaya bilməmişdir. O, Rövşənlə rastlaşdığı vaxtlarda Rövşən Hüsaməddin tərəfindən aldadıldığını, nəticədə xeyli miqdarda ziyana uyğarıdığı və Hüsaməddin barəsində polisə şikayət etdiyini demişdir. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus olan iribuynuzlu və xırdabuynuzlu heyvanları dələduzluq yolu ilə ələ keçirəcəyinə dair əvvəlcədən heç bir məlumatı olmamışdır, Təqsirləndirilən şəxs cinayəti törətməsini sonradan Rövşən dedikdə xəbərdar olmuşdur. O, Təqsirləndirilən şəxs bircə dəfə görmüş, sonra ümumiyyətlə əlaqəsi kəsilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən sonra isə ona heç bir formada ödəniş və ya pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, 5 fevral 2024-cü il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı-Qazax yolunun 47-ci km-də X12 postunun yaxınlığında Zərərçəkmiş şəxs2 heyvanların olduğu avtomobildən düşürüb özünün olduğu “Mercedes Benz” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib başqa istiqamətə aparmaqla faktiki olaraq heyvanlara nəzarət etməsini məhdudlaşdıraraq faktiki olaraq həmin anda əmlak üzərində sərəncam vermək imkanı əldə etməklə onu aldatmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən alınmış 14 yanvar 2025-ci il tarixli, 3-28-29/2-343/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək 03 il 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən barəsində 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti tətbiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67 və 71.5-ci maddələrinə əsasən qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu tətbiq edilməklə, cəzadan azad edilmiş, GöyGöl Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi ilə qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 29 fevral 2024-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin təhülkəli residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Qaradağ RPİ-nin İŞ-nin müsətintiqi, polis kapitanı X6 tərəfindən 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Göygöl Rayon Məhkəməsinin hökmünə əsasən həbsdə qalması nəzərə alınmaqla qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat (bir iş saatına görə 6 manat olmaqla) məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 200 (iki yüz) manat (on iş saatına görə 11 manat olmaqla 110 manat, on beş iş saatına görə 6 manat olmaqla 90 manat), məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən GöyGöl Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs birinci hökm üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. GöyGöl Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli 29 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 05 saylı cəzaçəkmə müəssisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat (bir iş saatına görə 6 manat olmaqla) məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 200 (iki yüz) manat (on iş saatına görə 11 manat olmaqla 110 manat, on beş iş saatına görə isə 6 manat olmaqla 90 manat), məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar