Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-85/2025 13.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili) Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 sentyabr 1988-ci ildə Salyan rayonu, Sarvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMCdə sürücü vəzifəsində işləyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib CMnin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən ƏFV olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, Qaradağ rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)-1743/17 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər bir uşağa görə 137 (yüz otuz yeddi) manat olmaqla, ümumilikdə cəmi 411 (dörd yüz on bir) manat alimenti və eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X3 3 (üç) yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 50 (ǝlli) manat pulun, bundan əlavə Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)- 2249/23 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (yüz ǝlli) manat alimentin, bundan başqa Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)-3508/23 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün 50 (ǝlli) manat pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair qeyd olunan məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Qaradağ rayon məhkəmənin 3(002)-675/2019 saylı, xx.xx.2019-cu il tarixli və 3(002)-1426/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 29 dekabr 2024-cü tarixədək hər üç məhkəmə qətnaməsi üzrə ümumilikdə cəmi 38139 (otuz səkkiz min yüz otuz doqquz) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə iş üzrə Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, dövlət məşğulluq idarəsi tərəfindən 10 aydır iş ilə təmin edilmişdir. "xxxx" MMC-də sürücü vəzifəsində işləməklə aylıq gəliri təxminən 466 manat təşkil edir. Hər ay maaşından alimentə görə 70% pul tutulur. Başqa bir yerdən gəlir yeri yoxdur. Maddi imkanı olmadığı üçün əsas aliment borcundan ödəniş etmək iqtidarında deyildir. Aliment məbləğinin bu qədər yığılmasına səbəb onun 2107- 2019-cu il tarixlərdə həbsdə olması səbəb olmuşdur. O öz ifadəsində əlavə olaraq məhkəmədən ona ədalətli qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailə quraraq birlikdə yaşamış və onların övladları anadan olmuşdur. İlk vaxtlar aralarında heç bir narazılıq olmamış və bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş və mövcüd münasibətlər pozulmuşdur. Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)-1743/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər bir uşağa görə 137 (yüz otuz yeddi) manat olmaqla, ümumilikdə cami 411 (dörd yüz on bir) manat alimenti və eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X3 3 (üç) yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 50 (alli) manat pulun, bundan əlavə Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)-2249/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat alimentin, bundan başqa Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)- 3508/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün 50 (əlli) manat pulun Zərərçəkmiş şəxs verilməsinin qət edilmişdir. Bu barədə icra sənədləri Qaradağ rayon icra şöbəsinə icraya yönəldilmişdir. İcra şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən Qaradağ icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Qaradağ Rayon Məhkəməsinin qəran ilə inzibati qaydada “həbs” olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barede bildiriş verilmişdir. Hazırda "xxxx" MMC-də kuryer vəzifəsində işləyir və aylıq qazancı 230 (iki yüz otuz) manat olur. Qazancını özünə xərcləyir. Qətnamə üzrə aliment borcundan Zərərçəkmiş şəxs ödəniş etməmişdir. Qalıq aliment borcunu ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə quraraq birlikdə yaşamış və onların övladları anadan olmuşdur. Aralarında heç bir narazılıq olmamış, lakin bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş və mövcüd əlaqələri faktiki olaraq kəsilmişdir. Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)-1743/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasen xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər bir uşağa görə 137 (yüz otuz yeddi) manat olmaqla, ümumilikdə cəmi 411 (dörd yüz on bir) manat alimenti və eyni zamanda xx.xx.2016-cı il təvəllüdlü X3 3 (üç) yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 50 (alli) manat pulun, bundan əlavə Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)-2249/23 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat alimentin, bundan başqa Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)- 3508/23 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün 50 (elli) manat pulun Zərərçəkmiş şəxs verilməsinin qət edilmişdir. Bu barədə icra sənədləri Qaradağ rayon icra şöbəsinə icraya yönəldilmişdir. İcra şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən Qaradağ icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Qaradağ rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Qətnamələrin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Maddi cəhətdən vəziyyəti acınacaqlıdır. Təqsirləndirilən şəxs qeyri rəsmi maşınların alqı-satqısı ile məşğul olur, aylıq 1000 (min) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkmişdir. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbədən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İcra müddətində Təqsirləndirilən şəxs aliment borcundan 150,00 manat ödəniş etmişdir. Həmin qətnamələr üzrə Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimat verilən tarixə qədər cəmin 38139,00 manat aliment borcunu ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq ünvanlanmışdır. Tələb yenə icra olunmamışdır. Onun əməlində qərəzlik müşahidə olunmuşdur. Yaranmış aliment borcunun alınaraq ödənilməsinə, əks halda onun Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun cəzalandırılması üçün qanunamüvafiq tədbir görülməsinə köməklik göstərilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onu dəfələrlə döyərək təhqir etmiş, uşaqlarının qayğısına qalmamışdır. Təqsirləndirilən şəxs qeyri rəsmi olaraq maşın alqı-satqısı ilə məşğul olur və kifayyət qədər gəlir əldə edir. Bu günədək yaranmış 38139 manat aliment borcundan heç bir ödəniş etməmiş və buna hər hansı bir formada cəhd belə göstərməmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1743/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək pul məbləğində, xx.xx.2016-cı il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görƏ 137 manat olmaqla, 411 manat sabit saxlanılması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə Müəssisəsində cəza çəkməsi müəyyən edilmiş və icra sənədi xx.xx.2017-ci il tarixdə aidiyyəti göndərilmişdir. İcraat zamanı borclunun AR Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə üzrə müəssisəyə göndərilmişdir. Borclu cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş müvafiq qaydada icraya yönəldilmişdir. xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs Qaradağ rayon icra şöbəsinə dəvət edilmiş, rəsmi xəbərdarlıq edilsə də borcunu ödəməmişdir. Tərəfimizdən irəli sürülmüş qanuni tələbləri yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə təqdim edilmiş və Qaradağ rayon məhkəməsinin 3(002)-675/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə borclu 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədində qeyd edilən tələb borclu tərəfindən icra edilmədiyindən məcburi icra tədbiri kimi Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-244/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə 6 ay, Qaradağ Rayon Məhkəməsinin 8(002)-17/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə yenidən 6 ay və Qaradağ Rayon Məhkəməsinin 8(002)-3/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Eyni zamanda elektron icra sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində işləməsi tərəfimizdən müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli məktubla ödənilməmiş aliment borcunun tutulması üçün borclunun əmək haqqının 70%- na yönlendirilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ərizə ilə Qaradağ rayon icra şöbəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs barəsində müvəqqəti olaraq heç bir tədbir görməməklə icra tədbirlərinin təxirə salınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs yenidən Qaradağ rayon icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin icraatının dayandırılmasını xahiş etmiş və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra işinin icraatı dayandırılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə icraatın təzələnməsi haqqında ərizə ilə Qaradağ rayon icra şöbəsinə müraciət etmiş və icra məmuru xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraatın təzələnməsi barədə qərar qəbul etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi icra etmədiyindən xx.xx.2023-cü il tarixdə takrar inzibati məsuliyyətə cəlb edilmiş və məhkəmə prosesi zamanı aliment borcundan 500 manat ödəniş etdiyi üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. İş üzrə tələbkar Qaradağ rayon məhkəməsinin 3(002)- 1124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından narazı olduğu üçün həmin qərardan apellyasiya şikayəti vermiş, Zərərçəkmiş şəxs apellyasiya sikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs "xxxx" MMC-də işləməsi tərəfimizdən müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli məktubla ödənilməmiş aliment borcu tutulması üçün borclunun əmək haqqının 70%-na yönləndirilmişdir. Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-2249/23 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 150 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra senedi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilerek bildirişlə birlikdə tərəflərə xx.xx.2024-cü il tarixdə Borclu Təqsirləndirilən şəxs barəsində təkrar inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və həmin məhkəmənin 3(002)-1998/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs əməlində inzibati xətanın tərkibi olmadığı üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Qaradağ Rayon Məhkəməsi terefinden verilmiş 2(002)- 3508/23 nömrəli xx.xx.2023-cü il yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 üç oğlundan Zərərçəkmiş şəxs xeyrinə 50 manat sabit pul məbləğində aliment tutulması qerara alınmışdır. gönderilmişdir. İcra senedi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs tərəf olduğu icra senedlerinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024cü, xx.xx.2024-cü il tarixlərdə izahatlar alınmış, o izahatlarında yığılmış aliment borcunu tam şəkildə ödəyə bilmədiyini, hissə-hissə ödəyəcəyini qeyd etsə də, borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə inzibati mesuliyyətə cəlb edilməsinə dair təkrar protokol tertib edilərək məhkəməyə təqdim edilmiş və həmin məhkəmənin 3(002)-2380/23 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs əməlində inzibati xətanın tərkibi olmadığı üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Bildiririk ki, sözügedən icra sənədləri xx.xx.2024-cü il tarixdə şöbənin digər icra memuru Şahid2 icraatına verilmişdir. xx.xx.2024-cü il tarixdə Borclu Təqsirləndirilən şəxs barəsində təkrar inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və həmin məhkəmənin 3(002)-579/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs əməlində inzibati xatanın tərkibi olmadığı üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Bundan sonra "xxxx" MMC-nin şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən borclu S.Cavidin xx.xx.2024-cü il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Qaradağ rayon məhkəməsinin 3(002)-1426/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Qaradağ rayon İcra Şöbəsi Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1155/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Qaradağ rayon məhkəməsinin 3(002)-1426/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon məhkəməsinin 3(002)-1426/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nezerde tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati taydada həbs edilmişdir. Elektron icra sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlediyi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə ödənilməmiş aliment borcunun tutulması üçün tələb borclunun əmək haqqının 70%-na yönləndirilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il ve 19.09.24-cü il tarixlərində məhkəmə qərarını icra etmediyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət resuliyyətinə cəlb olunması haqqında xabardarlıq edilmişdir. 24.09.24-cü il tarixdə elektron icra sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yeniden yoxlanılarkən Təqsirləndirilən şəxs məxsus "Mitsubishi Lancer" Minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmiş, həmin avtomobilin üzərinə həbs qoyulmasına dair aqdimat baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 8(002)-394/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin həmin avtomobilin yerini müəyyən etmək mümkün olmamış və xx.xx.2024-cü il tarixdə axtarış elan edilərək qərar avtomobilin saxlanılmasına köməklik göstərilməsi üçün DİN BDYPİ-yə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunanadək Qaradağ rayon məhkəməsinin 2(002)-1743/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 840 manat ödəniş etmiş, 32407 manat ödenilməmiş aliment borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-2249/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 1167,43 manat ödəniş etmiş, 32922,57 manat ödənilməmiş aliment borcu qalmışdır. Bildiririk ki, borclu Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-3508/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 3087,47 manat ödəniş etmiş, ümumilikdə isə hər üç məhkəmə qətnaməsi üzrə tələbkarın xeyrinə 5094,90 manat aliment ödənilmiş və hazırkı tarixə 38139 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilsə də, tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə edilmiş xəbərdarlıqlardan, inzibati məsuliyyətə cəlb edilməsindən, barəsində görülən digər məcburi tədbirlərdən müsbət nəticə çıxarmamış, məhkəmə qərarı ilə müəyyən edilmiş tələbi qəsdən təmin etməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs qanunun tələbləri izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə qərarının icrasını təmin etməmiş onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-1743/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək pul məbləğində, xx.xx.2016-cı il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs aliyeva Günel Asif qızının xeyrinə hər ay hər uşağa görə 137 manat olmaqla, 411 manat sabit saxlanılması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə Müəssisəsində cəza çəkməsi müəyyən edilmiş və icra sənədi xx.xx.2017-ci il tarixdə aidiyyəti göndərilmişdir. İcraat zamanı borclunun AR Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə üzrə müəssisəyə göndərilmişdir. Borclu cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş müvafiq qaydada icraya yönəldilmişdir. xx.xx.2019-cu il tarixdə borclu Təqsirləndirilən şəxs Qaradağ rayon icra şöbəsinə dəvət edilmiş, resmi xəbərdarlıq edilsə də borcunu ödəməmişdir. Tərəfimizdən irəli sürülmüş qanuni tələbləri yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə təqdim edilmiş və Qaradağ rayon məhkəməsinin 3(002)-675/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə borclu 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədində qeyd edilən tələb borclu tərəfindən icra edilmədiyindən məcburi icra tadbiri kimi Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-244/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə 6 ay, Qaradağ Rayon Məhkəməsinin 8(002)-17/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə yenidən 6 ay və Qaradağ Rayon Məhkəməsinin 8(002)-3/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə icra senedi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Eyni zamanda elektron icra sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində işləməsi tərəfimizdən müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli məktubla ödənilməmiş aliment borcunun tutulması üçün borclunun əmək haqqının 70%-nə yönlendirilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ərizə ilə Qaradağ rayon icra şöbəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs barəsində müvəqqəti olaraq heç bir tədbir görməməklə icra tədbirlərinin təxirə salınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs yenidən Qaradağ rayon icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin icraatının dayandırılmasını xahiş etmiş və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra işinin icraatı dayandırılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə icraatın təzələnməsi haqqında ərizə ilə Qaradağ rayon icra şöbəsinə müraciət etmiş və icra məmuru xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraatın təzələnməsi barədə qərar qəbul etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi icra etmədiyindən xx.xx.2023-cü il tarixdə takrar inzibati məsuliyyətə cəlb edilmiş və məhkəmə prosesi zamanı aliment borcundan 500 manat ödəniş etdiyi üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. İş üzrə tələbkar Qaradağ rayon məhkəməsinin 3(002)-1124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından narazı olduğu üçün həmin qərardan apellyasiya şikayəti vermiş, Zərərçəkmiş şəxs apellyasiya sikayəti təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs "xxxx" MMC-də işləməsi tərəfimizdən müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli məktubla ödənilməmiş aliment borcu tutulması üçün borclunun əmək haqqının 70%-na yönləndirilmişdir. Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-2249/23 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 150 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə xx.xx.2024-cü il tarixdə Borclu Təqsirləndirilən şəxs barəsində təkrar inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və həmin məhkəmənin 3(002)-1998/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs əməlində inzibati xətanın tərkibi olmadığı üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Qaradağ Rayon Məhkəməsi terefinden verilmiş 2(002)-3508/23 nömrəli xx.xx.2023-cü il yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 üç oğlundan Zərərçəkmiş şəxs xeyrinə 50 manat sabit pul məbləğində aliment tutulması qerara alınmışdır. gönderilmişdir. İcra senedi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs tərəf olduğu icra senedlerinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixlərdə izahatlar alınmış, o izahatlarında yığılmış aliment borcunu tam şəkildə ödəyə bilmədiyini, hissə-hissə ödəyəcəyini qeyd etsə də, borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə inzibati mesuliyyətə cəlb edilməsinə dair təkrar protokol tertib edilərək məhkəməyə təqdim edilmiş və həmin məhkəmənin 3(002)-2380/23 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs əməlində inzibati xətanın tərkibi olmadığı üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Bildiririk ki, sözügedən icra sənədləri xx.xx.2024-cü il tarixdə şöbənin digər icra memuru Şahid2 icraatına verilmişdir. xx.xx.2024-cü il tarixdə Borclu Təqsirləndirilən şəxs barəsində təkrar inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və həmin məhkəmənin 3(002)-579/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs əməlində inzibati xatanın tərkibi olmadığı üçün inzibati xəta haqqında icraata xitam verilmişdir. Bundan sonra "xxxx" MMC-nin şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən borclu S.Cavidin xx.xx.2024-cü il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Qaradağ rayon məhkəməsinin 3(002)-1426/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Qaradağ rayon İcra Şöbəsi Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1155/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Qaradağ rayon məhkəməsinin 3(002)-1426/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon məhkəməsinin 3(002)-1426/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nezerde tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati taydada həbs edilmişdir. Elektron icra sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlediyi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə ödənilməmiş aliment borcunun tutulması üçün tələb borclunun əmək haqqının 70%-na yönləndirilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il ve 19.09.24-cü il tarixlərində məhkəmə qərarını icra etmediyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət rəsuliyyətinə cəlb olunması haqqında xabardarlıq edilmişdir. 24.09.24-cü il tarixdə elektron icra sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yeniden yoxlanılarkən Təqsirləndirilən şəxs məxsus "Mitsubishi Lancer" Minik markalı, **-LE-*** dövlət Reydiyyat nişanlı avtomobil müəyyən edilmiş, həmin avtomobilin üzərinə həbs qoyulmasına dair aqdimat baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 8(002)-394/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin həmin avtomobilin yerini müəyyən etmək mümkün olmamış və xx.xx.2024-cü il tarixdə axtarış elan edilərək qərar avtomobilin saxlanılmasına köməklik göstərilməsi üçün DİN BDYPİ-yə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunanadək Qaradağ rayon mahkəməsinin 2(002)-1743/17 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 840 manat ödəniş etmiş, 32407 manat ödenilməmiş aliment borcu qalmışdır. Borclu Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-2249/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 1167,43 manat ödəniş etmiş, 32922,57 manat ödənilməmiş aliment borcu qalmışdır. Bildiririk ki, borclu Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-3508/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən aliment borcundan 3087,47 manat ödəniş etmiş, ümumilikdə isə hər üç məhkəmə qətnaməsi üzrə tələbkarın xeyrinə 5094,90 manat aliment ödənilmiş və hazırkı tarixə 38139 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilsə də, tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə edilmiş xəbərdarlıqlardan, inzibati məsuliyyətə cəlb edilməsindən, barəsində görülən digər məcburi tədbirlərdən müsbət nəticə çıxarmamış, məhkəmə qərarı ilə müəyyən edilmiş tələbi qəsdən təmin etməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs qanunun tələbləri izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə qərarının icrasını təmin etməmiş onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tam təmin etməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, məhkəmə qətnamələrinin icrası ilə bağlı Qaradağ Rayon Məhkəməsinin 3(002)-675/2019 saylı, xx.xx.2019-cu iİ tarixli və 3(002)-1426/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarından, xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(002)-1743/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(002)-2249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(002)-3508/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamələri üzrə övladının saxlanması üçün aliment borcunu ödəməmiş, habelə uşaqların saxlanması üçün əməli tədbirlər yerinə yetirməmişdir. Bütün bunlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmək iqtidarında olmasına baxmayaraq uzun müddət ərzində qərəzli olaraq məhkəmə qətnaməsində göstərilən öhdəlikləri yerinə yetirməmişdir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qeyri-səmimi apararaq yaranmış aliment borcundan heç bir ödəniş etməməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər hansı bir formada cəhd belə göstərməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından olan 01 mart 2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması ilə bağlı 22 mart 2025-ci il tarixdə saat 00:30-da protokol tərtib edilməklə tutulmuş və 22 mart 2025-ci il tarixdə onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 01 (bir) gün kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 165 (yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 13 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 165 (yüz altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 10 saylı vəkil bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-85/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-85/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver