Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-86/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 0,844 qram narkotik vasitə heroini əldə edib 0,591 qram təmiz çəkidə olan hissəsini 25 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Paravoy” adlanan ərazidə tanışı Şahid3 20 (iyirmi) manat müqabilində satmış, qalan 0,253 qram təmiz çəkidə olan hissəsini isə 1 (bir) ədəd bükümdə qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində üzərində saxlayaraq daşımış, 26 may 2023-cü il tarixdə saat 16:20-də Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, parkın yaxınlığında saxlanılıb ünvan 3 ünvanında yerləşən 10-cu Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının qabaq sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə qablaşdırılmış təmiz çəkisi 0,253 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə etmiş və ona görədə ağrıları olumuşdur. Ayın tarixi dəqiq yadında deyil ancaq səhər saatları evdə olan zaman Altaya mobil telefon vasitəsi ilə zəng vuraraq “nəsə edə bilərsən” deyə soruşmuş, Altayda ona “parka gəlməsini” bildirmiş oda gedib Altayı Qızıldaşda parkda gözləmişdir. Sonra Altaya zəng vursada ona zəng çatmamışdır. Daha sonra Altay ona başqa nar nömrədən zəng vurmuş və gələcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra üç nəfər polis əməkdaşı gəlib onu parkda tutmuşlar. Üzərinə baxış keçirilən zaman cibindən 70 manat pul çıxmış, Fəxrəddin adlı polis əməkdaşı pulun 20 manatını qardaşı Orxana vermiş qalanında cibinə qoymuşdur. Sonra polislər onu bölməyə aparmışlar. Bölmədə onu döyəcəkləri ilə hədələdikləri üçün o, deyilənlərlə razlaşıb narkotik vasitənin ona məxsus olmasını boynuna almışdır. O, öz ifadəsində daha sonra istifadə etdiyi mobil telefon nömrəsində aşkar edilmiş “sms” mətnləri ilə bağlı bildirmişdir ki, narkotik vasitə istəyən tanıdığı şəxslərdən pulu götürərək gedib narkotik vasitə alıb gətirib, həmin şəxslərlə birlikdə istifadə edirmiş. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki qüvvə və zor tətbiq etməmişlər. Altayla aldıqları narkotik vasitələri bir yerdə istifadə edirmişlər. O, son olaraq CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid3 və Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımış, onlarla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. Baş vermiş hadisə barədə bildirmişdir ki, 26 may 2023-ci il tarixdə Qaradağ RPİ-də xidmətdə olan zaman, Qızıldaş qəsəbə sakinləri Şahid3 və Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Qaradağ RPİnin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid3 və Təqsirləndirilən şəxs cinayət törədərkən onları ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Qızıldaş qəsəbəsində müşahidələr aparmağa başlamışdırlar. Müşahidələr zamanı Şahid3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, dəmiryolunun yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə yenidən əməliyyat məlumatı daxil olmuşdur. 26 may 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, dəmiryolunun yaxınlığında olan zaman o və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Şahid3 yaxınlaşıb ona özlərini təqdim etmişlər və sonra, Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu PŞ-yə dəvət etmişlər, Şahid3 da onlarla birlikdə 10-cu PB-yə gəlmişdir. Daha sonra Qızıldaş qəsəbə sakini Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, parkın yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 may 2023-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, parkın yaxınlığında olan zaman o və Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etmişlər və sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu PŞ-yə dəvət etmiş, Təqsirləndirilən şəxs da onlarla birlikdə 10-cu PŞ-yə gəlmişdir. Bundan sonra polis bölməsində Qaradağ RPİnin 10-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Heydər Dadaşzadə tərəfindən Şahid3 şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, 10 saylı vəkil bürosunun vəkili X5 və onun iştirakı ilə Şahid3 üzərində şəxsi axtarış və götümə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs Şahid3 üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Şahid3 əynindəki mavi rəngli cins şalvarın çöl sağ yan cibindən 3 (üç) ədəd siqaret kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Şahid3 üzərində tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Şahid3 siqaret kağızına bükülmüş bükümlərin içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 25 may 2023-cü il tarixində Qaradağ rayonu, Qızıldaş qəsəbə sakini, əvvəlcədən tanıdığı Hüseynov Kanandan 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyan zaman polis əməkdaşlarının onu saxlayaraq 10-cu PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin bükümlər onun və iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Daha sonra Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Heydər Dadaşzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin 10cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, 10 saylı vəkil bürosunun vəkili X3 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya (lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının çöl sağ yan cibindən 1 (bir) ədəd rəngli kağıza bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs kağıza bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 26 may 2023-cü il tarixində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadə üçün aldığını, üzərində daşıyan zaman polis əməkdaşlarının onu saxlayaraq 10-cu PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin büküm onun və iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasına müdafiə tərəfin vəsatəti ilə çağırılaraq, şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, eyni məhəllədə yaşadığını və aralarında mehriban münasibətlərinin olduğunu bildirmişdir. 2023-cü il may ayının 25-i, səhər Şamaxı rayonuna gedəcəyi üçün bir-iki yerlə danışmış ancaq narkotik vasitə tapa bilməmişdir. Ona görə də tanışı Kənana zəng vuraraq ona narkotik tapa biləcəyini soruşmuşdur. Narkotik vasitənin bir qismini istifadə edib, qalanını isə rayona gedəndə özü ilə aparıb orada çəkəcəyini düşünmüşdür. Telefonda Kənana özündə olan 20 manat puluda ona verəcəyini və narkotik vasitə tapmasını xahiş etmişdir. Kənan razılaşmış və buna görədə görüşərək pulu Kənana vermişdir. Bundan biraz keçdikdən sonra Kənan ona telefonla zəng vuraraq “gəlib öz payını aparmasını bildirmişdir”. O da gedib Kənandan öz payını götürmüşdür. Səhər polislər parkda ona yaxınlaşmışlar həmin zaman narkotik cibində olmuşdur. Üzərində olan narkotik vasitəni polislərə təqdim etmişdir. Bu zaman Kənan ona zəng vurmuş, polislər Kənanla danışdığını bilmişlər və onuda parka çağırmağını istəmişlər. Oda Kənanı parka çağırmış və polislər onları tutaraq ikisinidə bölməyə gətirmişlər. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞnin əməliyyat müvəkkili Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2023-cü il tarixli, 6/3048 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "...X8..." sözləri və imzları olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (İ siyahı) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 0,253 qram, cəmi tədqiqata sərf edildi–0,05 qram, qalıq - 0,203 qram. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3717 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şahid3 "imza"..." ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,441 qram olan heron üzərində "X6 "imza"..." ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,203 qram olan heroinlə əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Qeyd: heroinin ümumilikdə təmiz çəkisi-0,441 qram, tədqiqata sərf edildi-0,090 qram, qalıq-0,351 qram. Heroinin təmiz çəkisi- 0,203 qram, tədqiqata sərf edildi-0,030 qram, qalıq-0,173 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 06 iyul 2023-cü il tarixli, 4196 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 10-cu PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi Əlisəfa Əliyev iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının çöl sağ yan cibindən, rəngli kağıza bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində, qəhvəyi rəngli rəngli, iysiz, toz şəkilli, narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin "kakos" adlandırdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə 10 manata aldığını bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər-hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən Qaradağ RPİ-nin İŞ-yə xx.xx.2023-cü il tarixlli 17126 saylı məktubla göndərilmiş 1(bir) ədəd kompakt diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin surəti çıxarılaraq protokola əlavə edilmişdir. Həmin sms mətnləri aşağıdakılardır: -xx.xx.2023-cü il tarixdə, saat 14:39:30-da +**********14 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********08 saylı mobil nömrəyə yazılmış sms mətni: “Qaqa 8 manatim var alinirsa gelim arxaya evdeyem danisa bilmirem alinirsa 2 defe vizv ver gelim” -xx.xx.2023-cü il tarixdə, saat 21:39:59-da +**********14 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********08 saylı mobil nömrəyə yazılmış sms mətni: “Gel bidenede iyne getir” -xx.xx.2023-cü il tarixdə, saat 15:57:46-da Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan +**********08 saylı mobil nömrədən +**********74 mobil nömrəyə yazılmış sms mətni: “Pul.vаr.tеmа.lаzmдi.nеyniyеy” -xx.xx.2023-cü il tarixdə, saat 19:12:35-də Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan +**********08 saylı mobil nömrədən +**********74 mobil nömrəyə yazılmış sms mətni: “Qram yarm kola 70man 5pati cm 75 vurum pulu lokdeyem” -xx.xx.2023-cü il tarixdə, saat 22:35:33-də +**********00 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsidə olan +**********08 saylı mobil nömrəyə yazılmış sms mətni: “Qaqa 5 MANAT PULUM VAR GELİM VERİRSEN” -xx.xx.2023-cü il tarixdə, saat 03:31:16-da Təqsirləndirilən şəxs istifadəsində olan +**********08 saylı mobil nömrədən +**********99 mobil nömrəyə yazılmış sms mətni:“Kenandi.dayi.50.m.var.olurem.axridan.nolar.cixart.blokdan.gelimde.seni.and.verem. atanin.qebrine.cixart.blokdan” - xx.xx.2023-cü il tarixdə, saat 10:47:21-də Təqsirləndirilən şəxs istifadəsində olan +**********08 saylı mobil nömrədən +**********24 mobil nömrəyə yazılmış sms mətni: “Qardawim.vezyetim.yaxwi.deyil.xhw.edrem.2klo.verde.sene.qurban.olum” Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,173 qram olan heroin maddi sübut kimi saxlanılması üçün Qaradağ RPİ-ə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 09 avqust 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid3 üzləşdirmə istintaq hərəkəti zamanı da üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Qaradağ Rayon Məhkəməsinin 1(002)-88/2024 saylı 16 aprel 2024-cü il tarixli hökmündən aydın olur ki, Şahid3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şahid3 ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 02 ay 27 gün (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,351 qram olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi və iş üzrə 120 (yüz iyirmi) manat ekspertiza xərcinin təqsirləndirilən şəxs Şahid3 tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən şahid ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı, Təqsirləndirilən şəxs istiadəsində olmuş mobil nömrə ilə digər mobil nömrələr arasında aparılmış “sms” yazışmalarında “Qaqa 8 manatim var alinirsa gelim arxaya evdeyem danisabilmirem alinirsa 2 defe vizv ver gelim”, “Gelbidene de iyne getir” “Pul.vаr.tеmа.lаzmdi.nеyniyеy”, “Qram yarm kola 70 man 5 pati cm 75 vurum pulu lokdeyem”“Qaqa 5 MANAT PULUM VARGELİMVERİRSEN”,“Kenandi.dayi.50.m.var.olurem.axridan.nolar.cixart.blokdan.gelimd e.seni.and.erem.atanin.qebrine.cixart.blokdan”,“Qarawim.vezyetim.yaxwi.deyil.xhw.edrem. 2klo.verde.sene.qurban.olum”və s. tipli mesaj mətnlərinin göndərilməsi müəyyən olunmuşdur ki, buda bir daha təqsirləndirilən şəxsin əməlində narkotik vasitələrin satışı niyyətinin olmasını göstərir. Bundan başqa Təqsirləndirilən şəxs özüdə məhkəmə istintaq zamanı verdiyi ifadəsində narkotik vasitələr əldə edərək tanıdığı digər şəxslərə istifadə etmək üçün verdiyini, eləcədə həmin şəxslərə narkotik vasitə tapmaq üçün vasitəçilik etdiyini göstərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 26 may 2023-cü il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuş, 27 may 2023-cü il tarixdə saat 20:00-da radələrində təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra 28 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tərdbiri seçilməsi üçün Qaradağ Rayon Prokurorluğuna verilmiş vəsatət prokurorluq tərəfindən rədd edilmiş, təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğu üçün 30 iyun 2023-cü il tarixldə saat 14:45-də Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş sonra onun barəsində “həbs” qətimkan tərdbiri seçilməsi üçün Qaradağ Rayon Prokurorluğuna verilmiş vəsatət prokurorluq tərəfindən rədd edilmiş və 01 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təkrarən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğu üçün 08 noyabr 2023-cü il tarixdə saat 14:15 radələrində Qaradağ RPİnin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutulmuş sonra onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ Rayon Məhkəməsində təqdimatla müraciət edilmiş və məhkəmənin 10 noyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Daha sonra Qaradağ RPİ-nin müstəntiqi tərəfindən onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən 05 (beş) gün kimi nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı istintaqdan yayındığı üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dişdirilməklə axtarış elan edilmişdir. Bundan sonra o, 21 fevral 2024-cü il tarixdə saat 16:45-də Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Ekpertiza xərcinə münasibətdə məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3717 №-li rəyi ilə əlaqədar hesablanmış 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri Şahid3 tutulduğundan hazırkı iş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq çəkisi 0,173 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən istintaq zamanı 46 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 05 (beş) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 21 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,173 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-86/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-86/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver