Məhkəmə qərarları › İş №1(002)-86/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-86/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-86/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan “Günay” firmasının direktoru, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə sənayedə istismar işlərinin aparılması zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi həmin qaydaları pozmaqla ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəng daşı yatağında “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə ******* nömrə altında qeydiyyata alınmış və Bakı şəhəri Qaradağ rayonu Dövlət Tikinti Materiallarının istehsalı və satışı konserni "xxxx" daş karxanasının bazası əsasında yaradılmış, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən ********** nömrəli VÖEN-lə xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış və özünün də təsisçisi olduğu “Günay” firmasının xx.xx.2011-ci il tarixli təsisçilərin iclas protokolu ilə direktoru təyin edilməklə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi, habelə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daşımaqla ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına və ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar X5nin təmin edilməsi və digər tələblərinə, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni-yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilməsi ilə bağlı tələblərə qəsdən əməl etməmişdir. O, xx.xx.2013-cü il tarixli 00649 nömrəli “X10”ndan istifadə müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda, müvafiq icazə olmadan sahibkarlıq fəaliyyətini davam etdirərək, 2024-cü ilin mart ayından 2024-cü ilin sentyabr ayına qədər olan müddətdə rəhbərlik etdiyi firmanın istifadəsinə Bakı Şəhəri Zəhmətkeşlərin Deputatlarının Şurasının İcraiyyə Komitəsinin xx.xx.1954-cü il tarixli, 49/1214 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəng daşı yatağının ərazisində - şərti olaraq “Sahə №1” adlandırılmış x387985.07 y4471934.46, x388039.95 y4471919.52, x388021.84 y4471868.57, x387961.51 y4471883.06 koordinatlar daxilində yerləşən 0.30 ha, şərti olaraq “Sahə №2” adlandırılmış x387843.58 y4472122.48, x387833.93 y4472122.91, x387816.23 y4472004.38, x387831.46 y4472004.39 koordinatlar daxilində yerləşən 0.10 ha, şərti olaraq “Sahə №3” adlandırılmış x387765.66 y4472064.65, x387769.19 y4472153.86, x387821.14 y4472134.91, x387817.04 y4472062.14 koordinatlar daxilində yerləşən 0.45 ha, şərti olaraq “Sahə №5” adlandırılmış x387473.77 y4471869.46, x387465.12 y 4471867.88, x387449.45 y4471997.28, x387458.21 y4471998.03 koordinatlar daxilində yerləşən 0.1 ha, şərti olaraq “Sahə №6” adlandırılmış x388798.28 y4471386.81, x388743.78 y4471399.31, x388722.21 y4471314.79, x388769.11 y4471300.30 koordinatlar daxilində yerləşən 0.46 ha, şərti olaraq “Sahə №8” adlandırılmış x389115.06 y4471385.91, x389153.28 y4471368.48, x389103.11 y4471275.37, x389067.57 y4471291.68 koordinatlar daxilində yerləşən 0.35 ha, şərti olaraq “Sahə №10” adlandırılmış x389362.46 y4471731.56, x389399.58 y4471699.77, x389305.36 y4471595.47, x389287.78 y4471607.78 koordinatlar daxilində yerləşən 0.45 ha, şərti olaraq “Sahə №11” adlandırılmış x389300.93 y4471710.85, x389331.29 y4471693.83, x389272.51 y4471598.58, x389245.39 y4471613.42 koordinatlar daxilində yerləşən 0.31 ha, şərti olaraq “Sahə №12” adlandırılmış x388484.15 y4471405.87, x388506.57 y4471399.09, x388480.72 y4471321.26, x388458.18 y4471327.98 koordinatlar daxilində yerləşən 0.15 ha, cəmi 2.67 ha sahədə 0.4 metr dərinlikdə faydalı qazıntı və qanunsuz istismar işləri aparmışdır. Nəticədə o, sənaye obyektinin istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtləri ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməyərək, ümumilikdə 2563.2 m3 həcmində əhəng daşı hasilatını aparmaqla dövlətə və təbiətə cəmi 89.712 (səksən doqquz min yeddi yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən “Günay” fırmasının (VÖEN **********) təsisçisi olmaqla direktoru vəzifəsində işləyir. Həmin firma xx.xx.1994-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Dövlət Tikinti Materiallarının istehsalı və satışı konserni "xxxx" daş karxanasının bazasında təsis edilmiş, hazırda firma fəaliyyət göstərmir. 1954-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Qaradağ rayonu ərazisində yerləşən 102 ha sahə daxilində mişar daşı hasilatının aparılması üçün "xxxx" əhəng daşı yatağı “Günay” firmasına ayrılmışdır. xx.xx.1992-ci il tarixdə "xxxx" əhəng daşı yatağına “X15” verilmiş, hasilat müddəti isə göstərilməmişdir. Bundan sonra, 15 may 2007-ci il və 12 fevral 2013-cü il tarixdə “Günay” firmasına (VÖEN **********) “Dağ-mədən ayırma Akt’ı verilmiş, həmin aktlar 5 il müddətində qüvvədə olmuşdur. 12 fevral 2018-ci il tarixdə həmin aktın müddəti başa çatmışdır. Həmin akta əlavə olunan markşeydr planında 8.5 ha ərazi üzrə koordinatlar həmin dövr üçün şərti olaraq təqdim olunmuşdur. 12 fevral 2018-ci il tarixdən sonra “Günay” fırmasına “Dağ- Mədən Ayırma” aktı təqdim olunmamışdır. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə “Dağ-Mədən Ayırma” aktı verilməsi ilə bağlı müraciətlər etsə də həmin qurumda dəyişikliklər həyata keçirildiyi bildirilərək sonuncu sənədin verilməsi gecikdirilmişdir. Bu səbəbdən ona məxsus sahələrdə hasilat aparılması dayandırılmışdır. xx.xx.2021-ci il tarixdə X12 X2 ilə firma arasında dövlət geoloji ekspertizası xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. 11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası FHN-nin Sənayedə X5 və X9 Agentliyi tərəfindən “Günay” firmasına A-13893 nömrəli təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarış verilmişdir. 29 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Günay” firmasına Abşeron rayonu, Güzdək qəsəbəsinin ərazisində “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” barədə El-318/2019 nömrəli lisenziya verilmişdir. Lisenziya verildiyi zaman fəaliyyəti davam etdirə biləcəkləri onlara şifahi şəkildə deyildiyindən onlar hasilat aparmağa başlamışlar. 2024-cü ilin mart ayının əvvəllərindən həmin ilin sentyabr ayınadək olan müddətdə fasilələrlə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəng daşı yatağında, şərti olaraq “Sahə №1”, “Sahə №2”, “Sahə №4”, “Sahə №5”, “Sahə №6”, “Sahə №8”, “Sahə №10”, “Sahə №11” və “Sahə №12” adlandırılmış sahələrdə mişar daşının hasilatı aparılmış, şərti olaraq “Sahə №3”, “Sahə №7”, “Sahə №9” və “Sahə №13” adlandırılmış sahələrdə hasilat aparılmamışdır. Ümumilikdə 89.712,0 manat maddi ziyan vurulmuş və həmin ziyan onun tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs son olaraq bağışlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X12 X1 nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, yerin təkindən qanunsuz istifadə edilməsi ilə bağlı cinayət təqibi aparılaraq dövlətə 89.712 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs tərəfindən əməl etiraf edilərək vurulmuş ziyan tam şəkildə ödənildiyindən, tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, 2013-cü ildə “Dağ-Mədən Ayırma” aktını Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekspertiza İdarəsi vermiş, lakin sonradan həmin orqan ləğv edilmiş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 X3 2019-cu ildə yaradılmaqla 2020-ci ildən fəaliyyətə başlamışdır. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən “Dağ- Mədən Ayırma” aktı alınması ilə bağlı 2018-ci ildən etibarən nümayəndəsi olduğu orqana hər hansı rəsmi müraciət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, ərazisində yerləşən "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən “Günay” fırmasının (VÖEN **********) baş mühasibi vəzifəsində işləmişdir. 1954cü il tarixdə Nazirlər Kabinetinin qərarı ilə Qaradağ rayonu ərazisində yerləşən 102 ha sahə daxilində mişar daşı hasilatının aparılması üçün "xxxx" əhəng daşı yatağı “Günay” firmasına ayrılmışdır. xx.xx.1992-ci il tarixdə "xxxx" əhəndaşı yatağına “Yataq Ayırma” Aktı verilmişdir. 12 fevral 2018-ci il tarixdə “Dağ-mədən ayırma Akt’ının müddəti başa çatmışdır. 12 fevral 2018-ci il tarixdən sonra “Günay” fırmasına “Dağ-Mədən Ayırma” aktı təqdim olunmamışdır. 2024-cü ilin mart ayından həmin ilin avqust ayınadək olan müddətdə "xxxx" əhəng daşı yatağının 13 sahəsindən 9-da Günay” firması tərəfindən əhəng daşı hasilatı aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, ərazisində yerləşən "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən “Günay” fırmasında (VÖEN **********) sahə rəisi vəzifəsində işləmişdir. 1954-cü il tarixdə Nazirlər Kabinetinin qərarı ilə Qaradağ rayonu ərazisində yerləşən 102 ha sahə daxilində mişar daşı hasilatının aparılması üçün "xxxx" əhəng daşı yatağı “Günay” firmasına ayrılmışdır. 12 fevral 2018-ci il tarixdə aktın müddəti başa çatmış və 12 fevral 2018-ci il tarixdən sonra “Günay” firmasına “Dağ-Mədən Ayırma” aktı təqdim olunmamışdır. Ümumilikdə 89.712,0 manat maddi ziyan vurulmuşdur və ziyan tam olaraq ödənilmişdir. 2024-cü ilin mart ayından həmin ilin avqust ayınadək olan müddətdə "xxxx" əhəng daşı yatağının 13 sahəsindən 9-da Günay” firması tərəfindən əhəng daşı hasilatı aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, ərazisində yerləşən "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən “Günay” fırmasının (VÖEN **********) maşinisti vəzifəsində işləmişdir. 1954-cü il tarixdə Nazirlər Kabinetinin qərarı ilə Qaradağ rayonu ərazisində yerləşən 102 ha sahə daxilində mişar daşı hasilatının aparılması üçün "xxxx" əhəng daşı yatağı “Günay” firmasına ayrılmışdır. 2024-cü ildən etibarən həmin firmada işləmiş, həmin ilin yay aylarında daş karxanasında hasilat aparılarkən yoxlama gəlmişdir. Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrində olan 11 dekabr 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 12-13-cü vərəqələrində olan 10 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 17-34-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli monitorinq aparılması haqqında aktlardan və aktlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X1 əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli "xxxx" əhəng daşı yatağında aparılan monitoriq zamanı “Günay” firmasına məxsus 12 ayrı sahədə ümumilikdə 23560 m3 həcmində qanunsuz mişar daşı hasilatının aparıldığı aşkar edilmiş və həmin hasilat işlərinin 2024-cü il ərzində aparıldığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 49-50 və 130-131-ci vərəqələrində olan, cinayət işinin 2-ci cildinin 65-ci vərəqəsində olan dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1999-cu il tarixli Ş-814 nömrə altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfində qeydə alınmış “Günay” firmasının nizamnaməsinə əsasən firma xx.xx.1999-cu il tarixdə təsis müqaviləsi əsasında və özəlləşdirilmiş Bakı şəhəri, Qaradağ rayonu Dövlət Tikinti Materiallarının istehsalı və satışı konserni "xxxx" daş karxanasının bazasında yaradılmışdır. Firma qanunvericiliklə qadağan edilməyən və müəyyən edilmiş qayda da xüsusi razılıq tələb edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün müvafiq dövlət orqanlarından lisenziya aldıqdan sonra - mişar daşının istehsalı, satışı, üzlük plitələrinin hazırlanması, ticarət, məişət, qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul ola bilər. xx.xx.1999-cu il tarixli 013561 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Dövlət tikinti materiallarının istehsalı və satışı konserni "xxxx" daş karxanası Təqsirləndirilən şəxs, X6 və digərlərinə satılmışdır. Cinayət işinin 1-ci cildinin 51-54 və 127-130-cü vərəqələrində olan, cinayət işinin 2-ci cildinin 64-cü vərəqəsində olan xx.xx.1999-cu il tarixli ******* nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsindən alınmış şəhadətnamədən görünür ki, “Günay” firması Bakı şəhəri, Qaradağ rayonu ərazisində mişar daşının istehsalı, satışı, üzlük plitələrinin hazırlanması, ticarət, məişət, qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növləri ilə məşğul ola bilər. Cinayət işinin 1-ci cildinin 55 və 2-ci cildin 66-67-ci vərəqələrində olan Bakı Şəhəri Zəhmətkeşlərin Deputatlarının Şurasının İcraiyyə Komitəsinin xx.xx.1954-cü il tarixli, 49/1214 saylı qərarından görünür ki, Güzdək kəndi Şaumyan adına kolxozun 100 ha torpaq sahəsi, Qobu kəndi Əli-Bayramlı adın kolxozun 2 ha torpaq sahəsi Azərbaycan SSR-nin Sənaye Tikinti Nazirliyinə daş karxanası üçün ayrılmışdır. Cinayət işinin 1-ci cildinin 57-65 və 117-126-cı vərəqələrində olan, cinayət işinin 2-ci cildinin 3-4-cü vərəqələrində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2007-cü il tarixli 00058 nömrəli “Dağ-Mədən Ayırması” aktından görünür ki, mişar daşının hasilatı üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 11.65 ha ölçüdə "xxxx" daş karxanası “Günay” firmasına verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cü il tarixli 00649 nömrəli “Dağ-Mədən Ayırması” aktına əsasən mişar daşı hasilatı üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 8.5 ha ölçüdə "xxxx" daş karxanası “Günay” firmasına verilmişdir. Cinayət işinin 1-ci cildinin 94-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli “Google Earth” proqramına baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş peyk görüntülərindən görünür ki, “Günay” firması tərəfindən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "xxxx" əhəng daşı yatağında qanunsuz hasilat işlərinin aparıldığı ərazilər öz əksini tapmışdır Cinayət işinin 1-ci cildinin 135-ci vərəqəsində olan və cinayət işinin 2-ci cildinin 58-ci vərəqəsində olan xx.xx.2011-ci il tarixli “Günay” firmasının təsisçilərinin iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs firmanın direktoru təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 136-cı və cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqələrində olan Keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə təhlükəsiz iş aparılmasına və dağ işlərinə nəzarət edən dövlət komitəsinin xx.xx.1992-ci il tarixli, 81 nömrəli “Yataq Ayırma” Aktından görünür ki, mişar daşının hasilatı üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində 132 ha sahə "xxxx" daş karxanasına verilmişdir. "xxxx" əhəng daşı yatağının X15nın izah edici qeydlərində, yataq ayırımın verilməsinin əsaslandırılması hissəsində göstərilmişdir ki, müəssisə uzun illər ərzində Güzdək TMK adı altında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Dövlət özəlləşdirmə qanunvericiliyi əsasında xx.xx.1999-cu il tarixdə özəlləşdirilmiş və xx.xx.1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib “Günay” firması adı altında Bakı şəhəri, Qaradağ rayonu keçmiş Dövlət Tikinti Materiallarının istehsalı və satışı konserninin "xxxx" daş karxanasının bazasında yerləşdirilmişdir. "xxxx" platosu Azərbaycanın şərq hissəsində yerləşmiş, Respublikanın iki inzibati rayonunu- Qaradağ və Abşeron rayonlarının sərhədlərindəki ərazini tutur. 2000-ci ildə Dövlət Dağtexnəzarət Komitəsi tərəfindən verilmiş X15na əsasən “Günay” firması üçün 13.1 ha sahə ayrılmışdır. Cinayət işinin 1-ci cildinin 137-138-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən X12 X3 və “Günay” firması arasında "xxxx" əhəng daşı yatağının istismarı ilə bağlı müqavilə bağlanmışdır. Cinayət işinin 1-ci cildinin 145-148-ci vərəqələrində olan 11 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayədə X5 və X9 Agentliyi tərəfindən təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-13893 nömrəli çıxarışdan görünür ki, “Günay” firması tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təhlükəli obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cildinin 186-cı vərəqəsində olan lisenziyadan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Günay” firmasına (VÖEN **********) "xxxx" əhəng daşı yatağında “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” fəaliyyəti ilə məşğul olması üçün xx.xx.2019-cu il tarixli El-318/2019 nömrəli lisenziya verilmişdir. Cinayət işinin 2-ci cildinin 3-4-cü vərəqələrində olan 00058 nömrəli xx.xx.2007-ci il tarixli və 00649 nömrəli xx.xx.2013-cü il tarixli X4 görünür ki, Dağ-Mədən Ayırmasının müddəti 5 il müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 5-32 və 63-cü vərəqələrində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış, "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən “Günay” firmasına məxsus daş karxanasının 2007 və 2018-ci il üçün “Dağ-mədən işlərinin inkişaf planı”nda göstərilir ki, ümumilikdə karxananın istismar itkisinin 76,0 faizə qədər olmasını nəzərə aldıqda, “Günay” firmasına məxsus daş karxanasında xx.xx.2013-cü il tarixli 00649 nömrəli “Dağ-Mədən Ayırması” Aktının müddəti bitdikdən sonra istismar sahəsində hasil edilmiş əhəng daşının (mişar daşı) həcmi 2563,2 m3 (10680 m3 dağ kütləsindən 76 faizi çıxdıqda) müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 52-56-cı və 223-228-ci vərəqələrində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və Azərbaycan Respublikası Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məhkumluq arayışından görünür ki, Baş Prokurorluğun İstintaq idarəsində “Günay” firması tərəfindən 2020-2023-cü illər ərzində qanunsuz mişar daşı hasilatının aparılması faktı ilə bağlı firmanın direktoru Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2-ci maddələri ilə ********* nömrəli cinayət işi istintaq edilmiş və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan əlavə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti tətbiq edilmişdir. Cinayət işinin 2-ci cildinin 57-ci və 60-61-ci vərəqələrində olan xx.xx.1999-cu il tarixli ******* nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyindən alınmış vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2004-cü il tarixli, ********* nömrəli şəhadətnamədən görünür ki, “Günay” firması Bakı şəhəri, Qaradağ rayonu ərazisi üzrə qeydiyyata alınmışdır. Cinayət işinin 2-ci cildinin 72-84-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol və 137-149-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokollardan görünür ki, "xxxx" əhəng daşı yatağı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasından 26 kilometr cənub qərb istiqamətində yerləşir. "xxxx" əhəng daşı yatağına gedən yol 25 kilometrlik magistral asfalt yolun bitməsindən sonra torpaq yolla davam edir. Həmin yol daşlı-torpaqlı olmaqla "xxxx" əhəng daşı yatağının olduğu ərazi enişli və yoxuşludur. İstintaq hərəkəti zamanı 13 ayrı-ayrı sahəyə baxış keçirilmişdir. Baxış zamanı təqdim olunan şərti olaraq “Sahə №1”, “Sahə №2”, “Sahə №4”, “Sahə №5”, “Sahə №6”, “Sahə №8”, “Sahə №10”, “Sahə №11” və “Sahə №12” adlandırılmış sahələrdə faktiki vəziyyətdə hasilat işləri aparılmır. Baxış zamanı ərazilərin relyefinin maili formada olduğu, sahələrin kənarlarında uzun illər ərzində aparılmaya xarakterik hasilat pillələrinin mövcud olduğu, sahələrin daxilində isə işlək vəziyyətdə daşkəsən kombayn və şırımaçan texnikaların mövcud olduğu aşkar edilmişdir. Baxış zamanı işlək vəziyyətdə olan daşkəsən kombayınların metal relslər üzərində quraşdırılması müşahidə olunmuşdur. Həmin relslərin yanında daş kəsimi nəticəsində əmələ gəlmiş bir hasilat pilləsi (0,4metr) vardır. Sahənin daxilində səliqəli şəkildə düzülmüş mişar daşları və topalar halında yığılmış tullantı daşlar mövcuddur. Baxış zamanı təqdim olunan şərti olaraq “Sahə №3”, “Sahə №7”, “Sahə №9” və “Sahə №13” adlandırılmış sahələrdə faktiki vəziyyətdə hasilat işləri aparılmır. Ərazlərin relyefinin maili formada olduğu, sahələrin kənarlarında uzun illər ərzində aparılmaya xarakterik hasilat pillələrinin mövcud olduğu müşahidə olunmuşdur. Eyni zamanda sahənin daxilində hər hansı texnika, avadanlıq (daşkəsən komnayn, şırımaçan və s.) aşkar edilməmişdir. Sahələrin daxilində bəzi hissələrdə topalar halında yığılmış tullantı daşları mövcuddur. Cinayət işinin 2-ci cildinin 88-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/10147 nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası ETSN-nin Dövlət Ekspertiza İdarəsi tərəfindən mişar daşı hasilatı məqsədilə “Günay” firmasına müvafiq “Dağ-Mədən Ayırması” Aktı ilə ayrılan ərazinin markşeyder planında ayrılmış sahənin künc nöqtələrinin koordinatları şərti rəqəmlərlə qeyd olunduğundan, firma tərəfindən “Dağ-Mədən Ayırması” aktı ilə mişar daşı hasilatı üçün icazə verilmiş torpaq sahəsindən kənarda torpaq sahəsinin özbaşına tutulubtutulmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş materiallarda qeyd olunduğu kimi, "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən “Günay” firmasına məxsus karxana tərəfindən “Dağ-Mədən Ayırması” Aktının qüvvədə olma müddəti bitdikdən sonra 2024-cü il ərzində müvafiq icazə sənədləri alınmadan əhəng daşının hasilatı ilə məşğul olunduğunun aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 9, 10, 21, 46 maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2 bəndinin tələbləri pozulmuşdur. "xxxx" əhəng daşı yatağında “Günay” firmasına məxsus karxana tərəfindən “Dağ-Mədən Ayırması” Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2,67 ha hasilat sahəsində 2024-cü il ərzində 2563,2 m3 həcmində əhəng daşı hasilatına görə “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli qərarına əsasən, dəymiş ziyan 89.712,0 (2563,2x35=89.712,0) manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 87-ci vərəqəsində olanekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Cinayət işinin 2-ci cildinin 111-113-cü vərəqələrində olan 12 fevral 2025, 17 fevral 2025 və 20 fevral 2025-ci il tarixli "xxxx" ASC-ə məxsus qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 89.700 manat pul vəsaiti dəymiş ziyanın ödənişi kimi Baş Prokurorluğun bankda olan depozit hesabına qoyulmuşdur. Cinayət işinin 2-ci cildinin 157-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1846 nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən mişar daşı hasilatı məqsədilə "Günay" firmasına müvafiq "Dağ-Mədən Ayırması" Aktı ilə ayrılan ərazinin markşeyder planında ayrılmış sahənin künc nöqtələrinin koordinatları şərti rəqəmlərlə qeyd olunduğundan, "Günay" firması tərəfindən "Dağ-mədən ayırması" aktı ilə mişar daşı hasilatı üçün icazə verilmiş torpaq sahəsindən kənarda torpaq sahəsinin özbaşına tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş materiallarda və hazırki ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində göstərilmiş məlumatlarda qeyd olunduğu kimi, "xxxx" əhəng daşı yatağında fəaliyyət göstərən "Günay" firmasına məxsus karxana tərəfindən "Dağ-Mədən Ayırması" Aktının qüvvədə olma müddəti bitdikdən sonra 2024-cü il ərzində müvafiq icazə sənədləri alınmadan əhəng daşının hasilatı ilə məşğul olunduğunun aşkar edildiyini nəzərə aldıqda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10, 21, 46 maddələrinin və "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2 bəndinin tələbləri pozulmuşdur. "Güzdək” əhəng daşı yatağında fəaliyyət göstərən "Günay" firmasına məxsus karxana tərəfindən "Dağ-Mədən Ayırması" Aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 2,67 ha hasilat sahəsində 2024-cü il ərzində 2563,2 m³ həcmində mişar daşı hasilatının aparılması müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 156-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Cinayət işinin 2-ci cildinin 168-169-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 188.1, 255.2 və 308.2-ci maddələrindən həmin Məcəllənin 247-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 179-183-cü vərəqələrində olan 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 247-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 15:55) Cinayət işinin 2-ci cildinin 204-205-ci vərəqələrində olan 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 210-211-ci və 215-216-cı vərəqələrində olan 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X12 X3 zərərçəkmiş şəxs qismində, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 230-cu vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Cinayət işinin 2-ci cildinin 231-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 232-261-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Günay” firması tərəfindən hasilat işlərinin aparıldığı "xxxx" əhəng daşı yatağına aid sahələrin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşməsi nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi özünümüdafiə məqsədli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 247-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs tərəfindən sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olması cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 247-ci maddələrinə əsasən, Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda-iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşını, vurulmuş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs un əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün mövcud olduğunu, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində əlavə cəza qismində ətraf mühitin mühafizəsi vəzifəsini özündə ehtiva edən vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 02 il müddətə ətraf mühitin mühafizəsi vəzifəsini özündə ehtiva edən vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar