Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-88/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1972-ci ildə Astara rayonu, Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə “Sanitariya- Epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi karantin rejimi elan edilməsi ilə bağlı 23 mart 2020-ci il tarixli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli Qərarına müvafiq olaraq 20 iyul 2020-ci il saat 00:00-dək xüsusi karantin rejiminin uzadılması barədə qərarı ilə müəyyən edilmiş xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Bakı şəhəri, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışın məhdudlaşdırılması, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişin daşıma faəliyyətinin dayandırılması ilə bağlı xüsusi buraxılış rejimi qaydalarını pozmaq məqsədi ilə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz V220” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində qeydiyyatda olan X11, X3 və Şahid6 ümumilikdə 45 manat müqabilində Astara rayonunda qeydiyyatda olan Şahid4, X5 və X6 şəxsiyyət vəsiqələrindən istifadə etməklə Astara rayonuna daşınmasına razılaşaraq, sonuncuları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sərnişin kimi avtomobilinə əyləşdirib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsi tərəfindən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi keçid postundan bir qədər aralıda Qazax rayonu istiqamətində rayon qeydiyyatında olan həmin şəxslərin şəxsiyyət vəsiqələrini Sevil Məmmədova, Ülviyyə Quluzadə və Şahid6 verməklə 10 iyul 2020-ci il tarixdə saat 12 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi keçid postundan Astara rayonu istiqamətində keçirməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə “Sanitariya-Epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00.00-dan etibarən 20 aprel 2020-ci il saat 00.00-dək xüsusi karantin rejimi elan edilməsi ilə bağlı 23 mart 2020-ci il tarixli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli Qərarına müvafiq olaraq 20 iyul 2020-ci il saat 00:00-dək xüsusi karantin rejiminin uzadılması barədə qərarları ilə müəyyən edilmiş xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Bakı şəhəri, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışın məhdudlaşdırılması, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişin daşıma faəliyyətinin dayandırılması ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 il idir ki, Astara rayonundan Bakıya həmçinin əks istiqamətə sərnişin daşıması ilə məşğul olur. 06 iyul 2020-ci il tarixdə xalası oğlu Tarverdi Axundovun həyat yoldaşı Şahid4 və qızı Gülşad Axundova müalicə məqsədilə həkimdən aldıqları arayışlara əsasən Bakı şəhərinə gəlmişlər. Sevda və Gülşad təxminən 2 gün onunla birlikdə Binə qəsəbəsində qalmışlar. 08 iyul 2020-ci il tarixdə onlar Astara rayonuna geri qayıtmışlar. Sevda və Gülşad Astara rayonuna geri qayıtdıqda onlardan şəxsiyyət vəsiqələrini ona təqdim etmələrini xahiş etmişdir. Onlar necə geri qayıdacaqlarını və bunun hansı səbəbdən lazım olduğunu soruşduqda o, şəxsiyyət vəsiqələrinin mobil nömrə almaq üçün ona lazım olduğunu və onların arayışları olduğu üçün geri qayıda biləcəklərini bildirmişdir. Sevda və Gülşad ona inanıb öz şəxsiyyət vəsiqələrini ona təqdim etmişlər. Məqsədi isə həmin şəxsiyyət vəsiqələrindən istifadə etməklə qazanc əldə etmək olmuşdur. Çünki rayona getdikdə müştəri tapmaqda çətinlik çəkmişdir. Belə ki, 2020-ci ilin mart ayının əvvəllərində ölkədə karonavirus epidemiyasının yayılmasına görə epidemiya rejimi ilə bağlı insanların bir-biri ilə təmaslarını azaltmaq üçün Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə epidemiya rejimi yaradılmışdır. Bununla bağlı respublika rayonlarında qeydiyyatda olan şəxslərin Bakı şəhərinə girişi qadağan edilmişdir. Qadağalara görə istər rayon qeydiyyatında olan şəxslərin Bakı şəhərinə, Bakı şəhərində qeydiyyatda olan şəxslərin isə rayona giriş-çıxışına qadağa qoyulmuş, bu səbəbdən xüsusi postlar yaradılmışdır. Həmin postlarda yoxlamalar təşkil edilərək bu kimi şəxslərin giriş-çıxışı məhdudlaşdırılmışdır. 09 iyul 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhərində olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmişdir. Zəng edən qadın özünü Sevil kimi təqdim etmişdir. O, Sevili tanımış çünki bir neçə dəfə o, ailə üzvləri ilə onun müştərisi olmuşlar. Sevil ona iki qızı ilə birlikdə Astara rayonuna getmək istədiyini, lakin hər üçünün Bakı qeydiyyatında olmasını bildirmişdir. O, sonuncuya narahat olmamasını, bunu həll edə biləcəyini bildirmişdir. O, Sevildən hər adam üçün 30 manat pul istəsə də, lakin sonradan 3 nəfər olduqları və maddi vəziyyətlərinin yaxşı olmaması səbəbindən onlar hər biri üçün 15 manata razılaşmışlar. O Sevilə səhəri gün, yəni 10 iyul 2020-ci il tarixdə səhər 08 radələrində onları yaşadıqları evdən götürəcəyini bildirmişdir. Onda iki qadının şəxsiyyət vəsiqəsi olduğu üçün bir nəfərin də şəxsiyyət vəsiqəsi lazım olmuşdur. O, bununla bağlı Astara rayon sakini olan tanışı Hikmətə zəng vurmuşdur. O, Hikmətə onun həyat yoldaşının şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmişdir. Hikmət bunun səbəbini soruşduqda o, mobil nömrə almaq üçün lazım olduğunu söyləmişdir. Hikmət əvvəlcə etiraz etsə də çoxlu xahişdən sonra onunla razılaşmışdır. Hikmət həmin sənədi səhəri gün gətirəcəyini bildirmişdir. Daha sonra 10 iyul 2020-ci il tarixdə saat 10 radələrində o, Sevili və iki qızını yaşadıqları Qaraçuxur qəsəbəsindən sərnişin kimi götürmüşdür. Daha sonra müxtəlif yerlərdən 3 nəfər də müştəri götürmüş və həmin şəxslər Astara rayonunda qeydiyyatda olduqları üçün onların Bakı şəhərindən çıxışlarına qadağa olmamışdır. Sonra Lökbatan qəsəbəsində Hikmətlə görüşüb onun həyat yoldaşı olan Çiçək Əkbərovanın şəxsiyyət vəsiqəsini ondan almış və daha sonra yola düşmüşlər. Avtomobildə olan digər 3 nəfər qadının da şəxsiyyət vəsiqələrini almışdır ki, Bakı-Qazax- Gürcüstan avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi keçid postunda yoxlama zamanı polis əməkdaşlarına təqdim etsin. Daha sonra həmin tarixdə saat 12 radələrində Bakı-Qazax-Gürcüstan magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postuna çatdıqda yoxlama zamanı bütün sənədləri polis əməkdalarına təqdim etmişlər. Sənədləri yoxlayan polis əməkdaşı ona getməsini bildirdikdə başqa bir polis əməkdaşı ondan avtomobili saxlamasını tələb etmişdir. O da avtomobili saxlamış, bu zaman polis əməkdaşları onun və avtomobildə olan sərnişinlərin avtomobildən düşmələrini bildirmişdilər. O avtomobildən düşdükdə polis əməkdaşları ona karantin rejim qaydalarını pozmaqda şübhəli olduğu bildirilmişdir. Daha sonra polis əməkdaşları təqdim etdiyi sənədlərlə avtomobildə olan şəxsləri yoxlamışlar. Yoxlama zamanı məlum olmuşdur ki, avtomobildə olan sərnişinlərdən 3 nəfəri Bakı şəhərində qeydiyyatda olmaqla rayona getmələrinə müvafiq icazələri yoxdur. Bundan sonra polis əməkdaşları onu və sərnişin olan Sevili və qızlarını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada izahatları alındıqdan sonra sərbəst buraxılmışlar. Lakin, 11 iyul 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs sonda 10 iyul 2020-ci il tarixdə Bakı-Qazax-Gürcüstan magistral yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi karantin postunda yoxlama zamanı karantin rejimi qaydalarını pozduğunu bilsə də, lakin həmin vaxt onun və avtomobilində olan sərnişinlərdən hər hansı birinin “Covid-19” infeksiyasına və ya hər hansı bir yoluxucu xəstəliyə yoluxmuş olduqları faktının təsdiq edilmədiyini və bununla bağlı hər hansı tibbi sənədin cinayət işinin materiallarına əlavə edilməməsini, həmçinin məhkəmə baxışı zamanı bunla bağlı mötəbər sübutların məhkəməyə təqdim edilməməsini, bununla da epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus pandemiyasının yayılması üçün real təhlükə yaratmağının istisana olunduğunu qeyd edərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq Astara rayonunda qeydiyyatda olan “Mercedes Benz V220” markalı, **-NC-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün epidemiya əlehinə rejimin, xüsusi karantin rejiminin tələblərini pozaraq idarə etdiyi avtomobillə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan sərnişinləri avtomobil yollarında yaradılmış xüsusi keçid postlarından müxtəlif yollarla qanunsuz keçirib onları Bakı şəhərinə və əks istiqamətlərdə daşıyaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratması barədə 10 iyul 2020-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra qeyd olunan qanunsuz əməllərin qarşısını almaq məqsədilə idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə Bakı-Qazax magistral yolunun üzərində qurlaşdırılmış xüsusi karantin postunu Qazax rayon istiqamətində keçdikdən sonra dayanaraq müşahidlərə başlamışlar. 10 iyul 2020-ci il tarixdə saat 12:00-da “Mercedes Benz V220” markalı, **-NC- *** qeydiyyat nişanlı avtomobilin Bakı-Qazax magistral yolunda Qazax rayonu istiqamətində hərəkətdə olduğunu görüb, əməliyyat qrupunun üzvləri X4 və Şahid3 ilə birlikdə avtomobili magistral yolun 65-cı kilometrliyində, yəni xüsusi karantin postunu keçdikdən sonra saxlamışlar. Avtomobildə sürücüdən başqa salonda ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X11, sonuncunun övladları Şahid6 və X3 olduğu müəyyən edilmişdir. Bundan sonra sürücüyə saxlanılma əsaslarını bildirməklə şəxsiyyəti müəyyən edilmişdir. Sorğu zamanı “Mercedes Benz V220” markalı, **-NC-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Astara rayonunda qeydiyyatda olmasına və orada yaşamasına baxmayaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün daşıdığı sərnişinləri rayon qeydiyyatında olan digər şəxslərin şəxsiyyət vəsiqələrini yoxlama postuna təqdim etməklə avtomobilində daşıdığı tanımadığı sərnişlərlə birlikdə xüsusi keçid postundan keçərək Astara rayonu istiqamətində getdiyini və bununla da epidemiya əleyhinə rejimi və karatin rejimini pozduğunu etiraf etmişdir. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və sərnişinlər Sevil Məmmədova, Şahid6 və Ülviyyə Quluzadə araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş, həmin şəxslər heç bir etiraz etmədən Baş İdarəyə gəlmişlər. İdarədə həmin şəxslərin izahatları alınmış və toplanmış material hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 və baş əməliyyat müvəkkili X4 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Astara rayonunda anadan olsa da, uzun müddətdir ki, Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. Lakin onun qohumları Astara rayonu Pensər kəndində yaşayırlar. Qardaşının həyat yoldaşı Elza Əliyevanın səhətində ciddi problemlər yarandığından onunla mobil telefonla danışarkən vəziyyətinin yaxşı olmamasını başa düşmüş və gedib ona və digər qohumlarına baş çəkməyi qərara almışdır. Buna görə də Bakı şəhərindən Astara rayonuna gedən sürücülərlə əlaqə saxlamağa başlamışlar. Sonda ona İmran adlı şəxsin mobil nömrəsinə verərək, sonuncunun Bakı şəhərində qeydiyyatda olan şəxsləri rayona apara bildiyini bildirmişlər. O da bu məqsədlə 09 iyul 2020-ci il tarixdə istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən İmranın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuşdur. Onlar əvvəl də 10 manat müqabilində İmranla Astara rayonuna getmişlər və o, İmaranı sürücü kimi tanımışdır. İmranla danışıq zamanı Bakı şəhərində qeydiyyatda olduğunu, lakin qızları ilə birlikdə Astara rayonuna getmək istədiyi bildirmişdir. İmran isə ona heç bir problem olmadığını bildirmişdir. İlk əvvəl İmran ona bunun müqabilində ona hər bir şəxs üçün 30 manat pul ödəməli olduğunu bildirsə də, lakin o, həmin məbləğdə pulu olmadığını və onların 3 nəfər olacağını nəzərə alaraq, ondan qiyməti aşağı etməsini xahiş etmişdir. Bundan sonra İmran hər biri üçün 15 manat müqabilində onları aparmağa razılaşmış və 10 iyul 2020-ci il tarixdə saat 8 radələrində onları götürəcəyini bildirmişdir. 10 iyul 2020-ci il tarixdə saat 10 radələrində İmran onların yaşadığı yerə gəlib onları götürmüşdür. Belə ki, o, qızları Ülviyyə və Çinarə ilə birlikdə İmranın idarə etdiyi gümüşü rəngli “Mercedes” markalı avtomobilə əyləşmişlər. Daha sonra Astara rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Onlardan başqa İmran 3 nəfər qadını da avtomobilə götürmüşdür. Daha sonra yollarına davam etmişlər. Yolda olan zaman həmin 3 nəfərlə söhbət zamanı onlar Astara rayonunda qeydiyyatda olduqlarını bildirmişlər. Qaradağ rayonu, Ələt qəsəbəsində quraşdırılmış nəzarət buraxılış məntəqəsinə çatmağa az qalmış, İmran onların hər birinə ad deməyə başlamış və həmin adlara uyğun şəxsiyyət vəsiqələri verməyə başlamışdır. İmran onlara bildirmişdir ki, polis əməkdaşlarına həmin sənədləri verib özlərini elə təqdim etsinlər. Həmçinin İmran onlara istifadə etdikləri tibbi maskaları biraz da yuxarı qaldırmalarını bildirmişdir ki, polis əməkdaşları onlardan şübhələnməsinlər. İmran ona bildirmişdir ki, əgər polislər Sevdanın kim olduğunu soruşsa özünü Sevda kimi təqdim etsin. İmran ona Astara rayonu, Maşxan kəndində qeydiyyatda olan Şahid4 şəxsiyyət vəsiqəsini vermişdir. Qızlarına isə digər şəxsiyyət vəsiqələrini təqdim etmişdir. Beləcə hər birinə bir ad deyərək özlərini həmin şəxslər kimi təqdim etmələrini bildirmişlər. Nəzarət buraxılış postuna çatdıqda İmran onlara verdiyi şəxsiyyət vəsiqələrini alaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sənədlərə baxdıqdan sonra onlara getmələrini bildirmişdir. Daha sonra kənardan gələn bir nəfər polis əməkdaşı İmrana getməməsini və avtomobili kənarda saxlamasını bildirmişdir. Bundan sonra onları avtomobildən endirmişlər. Avtomobildən enən zaman avtomobili saxlatdıran əməkdaşları xidməti vəsiqələri göstərməklə özlərini təqdim etmişlər. Onlar İmranın karantin rejim qaydalarını pozmaqda şübhəli olduğunu bildirmişlər. Avtomobildən endikdən sonra polis əməkdaşları İmranın onlara təqdim etdiyi şəxsiyyət vəsiqələrinə uyğun adlar çəkməyə başlamışdır. Sevda, Gülşad və bu kimi adları çəkdikdə hamı bir-birinə baxmışdır. Daha sonra polis əməkdaşları özlərini təqdim etməsini demişlər. O, şəxsiyyət vəsiqəsini təqdim edərək özünü X2 təqdim etmişdir. O, İmranın bu yolla karantin rejimini pozmasını bilsəydi onunla razı olmazdı. İmran onlara qanuni yolla onları rayona aparacaqlarını bildirmişdir. Daha sonra polis əməkdaşları onları özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Avtombildə əyləşmiş 3 nəfər Astara rayonunda qeydiyyatda olan qadınları isə sərbəst buraxmışlar. Baş İdarədə onlar izahat yazdıqdan sonra sərbəst buraxılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 digər şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə şahid X1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahid X1 hazırkı məhkəmə iclasında dindirilmiş şahid X11 və Şahid6 ifadələrinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz V 220” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə X7 və qeyrilərini müxtəlif məbləğlərdə pul müqabilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsi tərəfindən Bak-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi keçid postunda qeyd olunan istiqamətdə gizli keçirməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) Şübhəli şəxsin tutulması haqqında 11 iyul 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 17, 27) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratması əsası ilə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 61-62) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-821/2020 saylı, 13 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 iyul 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 80-82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18.08.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ödənilməmiş məhkumluğu yoxdur. (i.v. 91-93) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-971/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılma müddəti 11 oktyabr 2020-ci il tarixədək müəyyən edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 97-99) Qətimkan tədbirinin seçilməsi haqqında 11 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 116-117) Sübutların qiymətləndirilməsi haqqında 16 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş, həmin maddədə nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs götürülmüş Şahid4, X5 və X8 məxsus şəxsiyyət vəsiqələri öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 326-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 145-153) Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Astara RİHB-nin Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 fevral 2011-ci il təvəllüdlü Xədicə və 25.08.2004-cü il təvəllüdlü Əfqan adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsi tərəfindən verilmiş 418 saylı, 09 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu 15.04.2002-ci il təvəllüdlü X9 23.07.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsi tərəfindən verilmiş 420 saylı, 09 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı 24.10.1973-cü il təvəllüdlü X14 25.04.1992-ci ildə hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 30.07.1992-ci ildə həlak olmuş və o, şəhid statusuna malikdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı verdiyi ittihamı yalnız şahid ifadələri üzərində qurmuşdur. Məhkəmə iclasında dindirilən şahidlərin nə məhkəmə iclasında verdikləri ifadələrində, nə də ki, ibtidai istintaq zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxsin təqsirliyini sübut edən məqamlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmasına görə cinayət məsuliyyət nəzərdə tutur. Həmin cinayət epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması anından başa çatmış sayılır. Göstərilən cinayət subyektiv cəhətdən dolayı qəsdlə törədilə bilər. Yəni təqsirkar rejimi pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaradacağını qabaqcadan görür, belə vəziyyəti arzu etmir, lakin belə təhlükənin yaranmasına şüurlu surətdə yol verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli məlumatından görünür ki, martın 23-də Nazirlər Kabinetində koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilmiş, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Həmin məlumatın 2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmışdır. Həmin məlumatın 3-cü bəndinə əsasən mülkiyyət növündən asılı olmayaq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə “Sanitariya-Epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi karantin rejimi elan edilməsi ilə bağlı 23 mart 2020-ci il tarixli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 03 iyul 2020-ci il tarixli Qərarına müvafiq olaraq 20 iyul 2020-ci il saat 00:00-dək xüsusi karantin rejiminin uzadılması barədə qərarı ilə müəyyən edilmiş xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Bakı şəhəri, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışın məhdudlaşdırılması, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişin daşıma faəliyyətinin dayandırılması ilə bağlı xüsusi buraxılış rejimi qaydaları tətbiq edilməsinə və bundan məlumatlı olmasına baxmayaraq, etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz V220” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində qeydiyyatda olan X11, X3 və Şahid6 ümumilikdə 45 manat müqabilində Astara rayonunda qeydiyyatda olan Şahid4, X5 və X6 şəxsiyyət vəsiqələrindən istifadə etməklə Astara rayonuna daşınmasına razılaşaraq, sonuncuları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sərnişin kimi avtomobilinə əyləşdirib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsi tərəfindən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi keçid postundan bir qədər aralıda Qazax rayonu istiqamətində rayon qeydiyyatında olan həmin şəxslərin şəxsiyyət vəsiqələrini Sevil Məmmədova, Ülviyyə Quluzadə və Şahid6 verməklə 10 iyul 2020-ci il tarixdə saat 12 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi keçid postundan Astara rayonu istiqamətində keçirməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək, epidemiya əleyhinə və karantin rejimini pozması əsası ilə ittiham irəli sürmüşdür. Təqsirləndirilən şəxsin hadisənin baş verdiyi 10 iyul 2020-ci il tarixdə ölkədə koronavirus infeksiyası ilə bağlı infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsinə, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmasına, mülkiyyət növündən asılı olmayaq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılması ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini pozulması müəyyən edilmişdir. Lakin şəxsin epidemiya əleyhinə və karantin rejimi qaydalarını pozması, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi üzrə nəzərdə tutulmuş cinayətin tərkibi təkcə karantin rejimi qaydalarını pozması ilə yaranmır. Həmin rejimin pozulması nəticəsində xəstəliklərin yayılması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranması şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürmək üçün əsas ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs 10 iyul 2020-ci il tarixdə saat 12 radələrində Sevil Məmmədova, Ülviyyə Quluzadə və Şahid6 Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun 65-ci kilometrliyində yaradılmış xüsusi keçid postundan Astara rayonu istiqamətində keçirməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimini pozması o halda Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yarada bilərdi ki, həmin pozuntu xəstəliklərin yayılmasına səbəb olsun və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratsın. Təqsirləndirilən şəxs barəsində xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə və karantin rejimlərinin pozulmasının cinayətinin tərkib əlamətləri yaratması əsası ilə həmin fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlansa da, ibtidai istintaq orqanı epidemiya əleyhinə rejimin və ya karantin rejimlərinin pozulmasının nədən ibarət olmasını verilmiş ittihamda açıq-aşkar göstərməmişdir. Cinayət işi materiallarında olan sənədlər əsasında təqsirləndirilən şəxsin əməlinin xəstəliyin yayılmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasına səbəb ola biləcəyini təsdiq edən hər hansı sübutun olması müəyyən edilməmiş və bununla bağlı ittiham tərəfindən hər hansı mötəbər sübut məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin və ya onun hər hansı icazə olmadan qanunsuz olaraq xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək xüsusi keçid postundan Bakı şəhərindən Astara rayonu istiqamətində keçirdiyi şəxslərdən hər hansı birinin “Covid-19” infeksiyasına yoluxmuş olduğu və ya onlardan hər hansı birinin həmin yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olduqları sübut olunduğu halda təqsirləndirilən şəxsin əməli xəstəliyin yayılmasına və ya xəstəliklərin yayılması üçün real təhlükə yaranmasına səbəb ola bilərdi. Bununla da o, epidemiya əleyhinə və karantin rejimi qaydalarını pozmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş olardı. Göstərilən halı təsdiq edə biləcək ibtidai araşdırmanın mühüm sübut kimi istinad edə biləcəyi mötəbər sübut məhz Təqsirləndirilən şəxs və ya onun qanunsuz olaraq daşıdığı sərnişinlərin hər hansı birinin “Covid-19” infeksiyasına yoluxub-yoluxmamalarının müəyyən edilməsi üçün aparılmış müayinənin nəticələrinə dair və ya onların həmin yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olduqları sübut edən hər hansı tibbi sənədlər ola bilərdi. Bunun üçün göstərilən halların araşdırılması, həmin şəxslərin tibbi müayinələrdən keçirilməsi və ya həmin şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizasının keçirilməsi zəruri olduğu halda, lakin ibtidai istintaq orqanı tərəfindən bununla bağlı hər hansı araşdırma aparılmadan, şahid ifadələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs epidemiya əleyhinə və karantin rejimi qaydalarını pozması əsası ilə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı tərəfindən aparılmış araşdırma zamanı göstərilən xüsusatlar araşdırılmadan ona qarşı ittiham irəli sürülməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirinin sübuta yetmədiyindən cinayət məsuliyyətinə cəlb edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir; Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X17 Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur), bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə, habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olubolmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər sübutlar toplanılmadan ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ittiham verilmiş, toplanmış sübutlar onun həmin ittiham üzrə təqsirsizliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin: 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır; 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir. Təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməldə cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, üzrə maddi sübut kimi tanınmış Şahid4, X5 və X8 məxsus şəxsiyyət vəsiqələrinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-in 56.0.1-cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işə qoşularaq məhkəmədə ümumilikdə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmədə dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 55.1, 344-347, 349 və 350-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid4, X5 və X8 məxsus şəxsiyyət vəsiqələrinin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna məhkəmədə dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-88/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-88/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver