Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-88/2024 16.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 25 may 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən "Paravoy" adlanan ərazidə tanışı X4 20 (iyirmi) manat müqabilində 0,591 qram təmiz çəkidə narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə həmin narkotik vasitəni 3 (üç) ədəd bükümdə qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində satış məqsədi ilə üzərində saxlayaraq daşımış, 26 may 2023-cü il tarixdə saat 15:50-də Qaradağ RPİ-nin 10-cu PŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən dəmiryolu xəttinin yaxınlığında saxlanılmış, ünvan 3 ünvanında yerləşən 10-cu Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən 3 (üç) ǝdəd kağız bükümdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,151 qram, 0,259 qram və 0,181 qram olmaqla ümumi təmiz çəkisi 0,591 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilǝrǝk götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4a yaşayır. Bakı şəhərində yerləşən müxtəlif daş karxanalarında fəhlə kimi işləyir əldə etdiyi gəlir ilə də öz ailəsini dolandırır. Təxminən dörd ildir ki, narkotik vasitə olan heroin istifadə edir. İstifadə etdiyi narkotik vasitə olan heroini qaşıqda bişirərək, tibbi şpris vasitəsi ilə dəri altına vurur. İstifadə etdiyi narkotik vasitəni Qızıldaş qəsəbə sakini Kənan adlı şəxsdən alırmış. O, 25 may 2023-cü il tarixdə yaşadığı Qızıldaş qəsəbəsində olan zaman ağrıları olduğu üçün narkotik axtarmağa başlamışdır. Bu məqsədlə təxminən saat 16-17 radələrində Kənanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng etmiş, narkotik vasitə istəmişdir. Telefon danışığı zamanı Kənan onu yaşadığı evin yaxınlığında "paraboy" adlanan yerə çağırmışdır. Kənanın dediyi yerə gedərək onunla görüşmüş və 20 (iyirmi) manat pul verǝrǝk 2 (iki) ədəd siqaret kağızına bükülmüş heroin almışdır. Həmin narkotikdən istifadə etmək üçün üç büküm düzəltmişdir ki, birini istifadə etsin, qalan iki bükümü də 26 may 2023-cü il tarixdə Şamaxıya gedən zaman üzərində götürsünki rayonda narkotiksiz qalmasın. Həmin gün axşam bükümdən az miqdarda istifadə etmişdir. Daha sonra 26 may 2023-cü il tarixdə qayınanasının yaşadığı Lökbatan qəsəbəsində yerləşən evinə getmiş, ona baş çəkmək istəmişdir. Qayınanasının evdə olmadığını gördükdən sora geri yaşadığı evə qayıtmaq üçün Bakı şəhəri, Qaradağ rayonu, D.Bünyadzadə küçəsi, dəmir yolunun yaxınlığı ilə hərəkət edən zaman saat 15 radələrində 2 (iki) nəfər mülki geyimdə şəxs yaxınlaşmış və xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişdirlər, polis olduqlarını bildirmiş, adının nə olduğunu soruşmuşdurlar. Onlara adının Altay olduğunu bildirmiş daha sonra ona narkotik vasitələrin dövriyyəsdində şübhəli olduğunu bildirmiş və polis bölməsinə dəvət etmişdirlər. Onlarla birlikdə bölməyə getmişdir. 26 may 2023-ci il tarixdə polis bölməsində xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparılmışdır. Əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən 3 (üç) ədəd siqaret kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlərin içərisində nə olduğu ondan soruşulan zaman bükümlərin içərisindəki maddənin narkotik vasitə olan kakos olduğunu, 25 may 2023-cü il tarixdə Qızıldaş qəsəbəsində olan zaman Kənandan 20 (iyirmi) manat qarşılığında aldığını bildirmişdir. Daha sonra isə həmin bükümlər onun və iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə heç vaxt məğul olmadığını, belə bir niyyətinində olmadığını, əgər narkotik vasitələrin satışı ilə məşğul olsaydı ən azından istifadə etdiyi mobil telefonunda bu barədə müəyyən “sms”lər olmuş olardı və istifadə etdiyi mobil telefonda müxtəlif şəxslərlə arasında heç olmasa mütəmadi danışıqlar aparılması qeydə alınardı. Bundan başqa əgər belə bir fikri olsaydı narkotik vasitəni bərabər şəkildə bükümlərə ayırar və hamısını üzərində gəzdirməzdi. Lakin alınmış məlumatlardan da göründüyü kimi onun belə bir telefon danışıqları və “sms” yazışmaları olmamışdır. O öz ifadəsində əlavə olaraq özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, himayəsində azyaşlı uşaqlarının olmasını və törətdiyi əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və X6 xidməti zərurətlə əlaqədar tanımış, onlarla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə barədə bildirmişdir ki, 26 may 2023-ci il tarixdə Qaradağ RPİ-də xidmətdə olan zaman, Qızıldaş qəsəbə sakinləri Təqsirləndirilən şəxs vǝ X5 narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və X6 cinayət törədərkən onları ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu ilə birlikdə Qızıldaş qəsəbəsində müşahidələr aparmağa başlamışdırlar. Müşahidələr zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində yerləşən dəmiryolunun yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə yenidən əməliyyat məlumatı daxil olmuşdur. 26 may 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, dəmiryolunun yaxınlığında olan zaman o və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etmişlər və sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu PB-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs da onlarla birlikdə 10-cu PB-yə gəlmişdir. Daha sonra Qızıldaş qəsəbə sakini X5 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, parkın yaxınlığında üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 may 2023-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, parkın yaxınlığında olan zaman o və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, X7 yaxınlaşıb ona özlərini təqdim etmişlər və sonra X7 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, 10-cu PB-yə dəvət etmiş, Hüseynov Kənan da onlarla birlikdə 10-cu PB-yə gəlmişdir. Bundan sonra polis bölməsində Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Heydər Dadaşzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, 10 saylı vəkil bürosunun vəkili X11 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götümə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hǝrǝkǝti zamanı təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyriqanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın çöl sağ yan cibindən 3 (üç) ədəd siqaret kağızına bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs siqaret kağızına bükülmüş bükümlərin içərisində olan maddənin narkotik vasitə hesab edilən "kakos" olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 25 may 2023-cü il tarixində Qaradağ rayonu, Qızıldaş qəsəbə sakini, əvvəlcədən tanıdığı Hüseynov Kanandan 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün aldığını, üzərində daşıyan zaman polis əməkdaşlarının onu saxlayaraq 10-cu PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin bükümlər onun və iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Daha sonra Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Heydər Dadaşzadə tərəfindən X12 şübhəli şəxs qismində tutulmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, 10 saylı vəkil bürosunun vəkili Əliyev Əlisǝfa Qurban oğlunun və onun iştirakı ilə X5 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs X7 üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli şəxs X12 əynindəki tünd göy rəngli idman şalvarının çöl sağ yan cibindən 1(bir) ədəd rəngli kağıza bükülmüş bükümü, masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra X5 üzərində tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. X3 bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən "kakos" olduğunu, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 26 may 2023-cü il tarixində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata öz şəxsi istifadə üçün aldığını, üzərində daşıyan zaman polis əməkdaşlarının onu saxlayaraq 10-cu PB-yə gətirdiklərini bildirmişdir. Daha sonra isə həmin büküm onun və iştirakçıların qarşısında 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və həmin zərfin üzəri imzalanmışdır. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş polis baş leytenantı Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2023-cü il tarixli, 6/3047 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "...Təqsirləndirilən şəxs..." sözləri və imzalar olan kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,151qr, 0,259qr, 0,181qr, ümumi çəkisi-0,591qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumilikdə təmiz çəkisi-0,591 qram, cəmi tədqiqata sərf edildi-0,15 qram (hər ob- 0,05 qram), qalıq-0,441 qram. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3717 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs "imza"..." ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,441 qram olan heron üzərində "X13 "imza"..." ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,203 qram olan heroinlə əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Qeyd: heroinin ümumilikdə təmiz çəkisi-0,441 qram, tədqiqata sərf edildi-0,090 qram, qalıq-0,351 qram. Heroinin təmiz çəkisi- 0,203 qram, tədqiqata sərf edildi-0,030 qram, qalıq-0,173 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 06 iyul 2023-cü il tarixli, 4197 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən Qaradağ RPİ-nin İŞ-yǝ 27 iyul 2023-cü il tarixlli 16696 saylı məktubla göndərilmiş 1 (bir) ədəd kompakt diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin surəti çıxarılaraq protokola əlavə edilmişdir. Həmin sms mətnləri aşağıdakılardır: - xx.xx.2023-cü il tarixdə, saat 18:35:23-də Təqsirləndirilən şəxs tərəfindən +**********98 saylı mobil nömrədən +**********97 saylı mobil nömrəyə yazılmış sms mətni: "Yene basdadin yalannan gelirem. Orxani gönderdim gedib gelib sen gelmedin kiniskon hazirdi." - xx.xx.2023-cü il tarixdə, saat 12:49:29-da Təqsirləndirilən şəxs tərəfindən +**********98 saylı mobil nömrədən +**********97 saylı mobil nömrǝyǝ yazılmış sms mətni: "sosinikinden 1dene götur 10 manat var." - xx.xx.2023-cü il tarixdə, saat 22:03:12-də Təqsirləndirilən şəxs tərəfindən +**********98 saylı mobil nömrədən +**********97 saylı mobil nömrəyə yazılmış sms mətni: "Torpag Götrursense mende pul hazirliyimda 15 manat duzelderem." İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi Mənsi Ağayev iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli cins şalvarının çöl sağ yan cibindən, kağıza bükülmüş 03 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində, qəhvəyi rəngli rəngli, iysiz, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş. Təqsirləndirilən şəxs həmin kütlənin "kakos" adlandırdığı narkotik maddə olduğunu, 25 may 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində əvvəlcədən tanıdığı Kənan Hüseynov adlı şəxsdən 20 manata aldığını və şəxsi istifadə üçün aldığını bildirmiş. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər-hansı əşya və ya predmet aşkar olunmamış. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhürlə möhürləndi, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 13 noyabr 2023-cü il tarxli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.151 qram, 0,259 qram və 0,181 qram, ümumi təmiz çəkisi 0,591 qram olan eyni tərkibli narkotik vasitə-heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,351 qram çəkidə narkotik vasitə olan heroinin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan 13 noyabr 2023-cü il tarxli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işindən X12 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 28 oktyabr 2010-cu il tarixdə doğulmuş X8 və 07 oktyabr 2013-cü il tarixdə doğulmuş X9 ataları Təqsirləndirilən şəxsdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bütün izahat və ifadələrində də əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis orqanında hər hansı bir ehtimal olsaydı ibtidai istintaq zamanı bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallar ibtidai istintaq orqanı tərəfindən aydınlaşdırılmamış, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı hər hansı istintaq hərəkətləri aparılmamış, digər lazımi əməliyyat-axtarış tədbirləri də həyata keçirilməmişdir. Heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərindən üç ədəd ayrı-ayrı bükümdə, fərqli çəkilərdə olan narkotik vasitə heroinin aşkar edilməsinə görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 26 may 2023-cü il tarixdə saat 15:50 radələrində şübhəli şəxs kimi tutulmuş və 28 may 2023-cü il tarixdə onun barəsində “həbs” qətimkan tərdbiri seçilməsi üçün Qaradağ Rayon Prokurorluğuna verilmiş vəsatət prokurorluq tərəfindən rədd edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə saat 22:50 radələrində tutulmuş, Təqsirləndirilən şəxs barəsində 09 noyabr 2023-cü il tarixdə saat 23:50 radələrində təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ Rayon Məhkəməsində təqdimatla müraciət edilmiş və məhkəmənin 10 noyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Daha sonra Qaradağ RPİ-nin müstəntiqi tərəfindən onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bu hallar CM-nin 69.3-cü maddəsinə əsasən 03 (üç) gün kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,351 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 120 (yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən istintaq zamanı 46 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X11 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 02 ay 27 gün (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 16 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,351 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 120 (yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X11 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-88/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-88/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver