Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-88/2025 23.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1962-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Yurtçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, Kəngərli rayonu, Yurtçu kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli kanalizasiya xətlərinə münasibətdə özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Bakı Sukanal İdarəsinin mülkiyyətində olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindəki nasos stansiyasından Sahil təmizləyici qurğularına gələn plastik boru xətlərindən kəsib oğurlamaq qərarına gələrək özgənin əmlakını talamaq məqsədilə X2, Şahid4 və Şahid1 həmin boruların kəsilib çıxarılmasına dair müvafiq icazəsinin olması barədə yalan məlumat verib yanıldaraq müəyyən pul məbləği müqabilində cinayətin törədilməsindən xəbərsiz halda ona kömək etmələrinə nail olub 02 yanvar 2025-ci il tarixdən-03 yanvar 2025-ci il tarixə keçən gecə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində “Sement” zavodun yaxınlığında Bakı Sukanal İdarəsinin mülkiyyətində olan ictimai əhəmiyyətli kanalizasiya xəttinə müdaxilə edib 10.887,96 manat dəyərində, 315 mm diametrli, 18 mm qalınlığında, “FİRATPEN TS 418-2 prEN 12201-2 PN 10, DN315 x 18-7” markalı plastik boruların 150 metr hissəsini elektrik mişarı ilə kəsib doğramı, habelə 03 yanvar 2025-ci il tarixdən-04 yanvar 2025-ci il tarixə keçən gecə saat 03 radələrinədək olan müddət ərzində həmin idarənin mülkiyyətində olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən eyni əhəmiyyətli kanalizasiya xəttinə müdaxilə edib 16.112,04 manat dəyərində 315 mm diametrli, 18 mm qalınlığında, “FİRATPEN TS 418-2 prEN 12201-2 PN 10, DN315 x 18-7” markalı 222 metr uzunluqda boru xəttini kəsib doğrayaraq Şahid1 məxsus “Kamaz” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib, ümumilikdə vahid niyyətlə Bakı Sukanal İdarəsinə məxsus 27.000 (iyirmi yeddi min) manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla ictimai əhəmiyyətli kanalizasiya xətlərinə münasibətdə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ümid qəsəbəsində yaşayan tanışının yanına gedərkən yol kənarında gördüyü borulardan hazırda suyun qəsəbə istiqamətində ötürülməsinin həyata keçirilmədiyini, həmin borulardan faktiki olaraq istifadə olunmadığını öyrənmiş, maddi vəziyyəti aşağı olduğundan həmin boruları oğurlamağı planlaşdırmışdır. Bu məqsədlə traktor işlədən, əvvəldən tanıdığı X2 və fəhlə kimi tanıdığı Şahid2 ilə birlikdə 02 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində “Sement” zavodun yaxınlığından və 03 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən Bakı Sukanal İdarəsinin mülkiyyətində olan boruları kəsib götürmüşlər. Həmin boruları götürmək üçün icazəsinin olduğunu R.S.İsrafilov və Şahid2 bildirdiyi üçün onun oğurluq etməsindən məlumatları olmamışdır. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2011-ci ildən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş X5» X4 Bakı Sukanal İdarəsinin hüquq şöbəsinin rəisi vəzifəsində işləyir. 02 yanvar 2025 və 03 yanvar 2025-ci il tarixlərində qeyd edilən müəssisənin balansında olmuş 372 metr uzunluğunda plastik borular Qaradağ rayonu, Sahil və Ümid qəsəbələri ərazilərində basdırıldıqları yerdən çıxarılaraq oğurlanmışdır. Həmin borular plastik materialdan olmuş, diametri 315 mm, qalınlığı isə 18 mm olmuşdur. Talanmış həmin borular istismara yararlı olmuşlar, lakin bir müddət əvvəl müvəqqəti olaraq ehtiyyat xətt kimi istifadə edilməsi məqsədilə istismarları dayandırılmışdır. Hüquqi şəxsə 27.000 (iyirmi yeddi min) manat məbləğində maddi ziyan vurulmuşdur. Hadisə yerlərinə baxış zamanı Sahil qəsəbəsində 150 metr, Ümid qəsəbəsində isə 222 metr uzunluğunda olmaqla ümumilikdə 372 metr uzunluğunda boru xəttlərinin oğurlandığı müəyyən edilmiş, təmsil etdiyi hüquqi şəxsə 27.000 (iyirmi yeddi min) manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə, zərərçəkmiş hüquqi şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 372 metr borunun Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tapılaraq qaytarıldığı, nəticədə müəssisəyə vurulmuş ziyanın aradan qalxdığı, fakt üzrə hər hansı şikayət və tələblərinin olmadığı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki tanıyır. O, özünə məxsus olan ”Volvo” markalı bekolator tipli, 37-T-370 dövlət qeydiyyat nişanlı traktoru işlədir. 2024-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək torpaqda olan boruları çıxartmaq lazım olduğunu demiş, həmin işlərin görülməsini 300 manat xidmət haqqı müqabilində razılaşmışlar. 02 yanvar 2025-ci il tarixdə axşam saatlarında traktoru ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi və Ümid qəsəbəsi ərazilərində Təqsirləndirilən şəxs göstərdiyi yerdən boruları çıxarmış, Kamaz markalı avtomobilin yük yerinə yerləşdirməklə işini bitirmişdir. Lakin, Təqsirləndirilən şəxs onun pulunu verməmiş, pulu boruları satandan sonra verəcəyini ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ona zəng edərək Qaradağ rayonu Sahil qəsəbəsində metal konstruksiya zavodunun yaxınlığından yük aparmaq üçün uyğun Kamaz avtomaşını lazım olduğunu bildirmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs ilə Şahid1 əlaqələndirmişdir. Baş verən digər hadisələrdən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi Şahid5 ifadəsində göstərmişdir ki, 04 yanvar 2025-ci il tarixdə gecə saatlarında xidməti ərazisi olan Sahil qəsəbəsində Şahid6 ilə xidmət aparan zaman körpünün altında qoşqusu yüklü olan ** BF *** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobil görərək sürücüyə yaxınlaşaraq avtomobildə nə yük olduğunu maraqlanmış, sonradan adının Şahid1 olduğunu bildikləri sürücü avtomobilin qoşqusunda borular olduğunu, heç bir sənədinin olmadığını və həmin boruların ona məxsus olmadığını bildirmişdir. Sürücünü 38ci PB-nə dəvət etmişlər, araşdırma zamanı həmin boruların Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən oğurlandığı müəyyən olumuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 04 yanvar 2025-ci il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 6-11-ci vərəqələrində olan 04 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, hər iki hadisə yerində torpaq səthinin qazılması və torpaq üzərində boru və traktor izləri, habelə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində 150 metr, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində isə 222 metr uzunluğunda məsafənin qazıldığı aşkar edilmişdir. Cinayət işinin 12-15-ci vərəqələrində olan 04 yanvar 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, **-BT-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusunda 31 ədəd, qara rəngli, hər biri 12 metr uzunluğunda, 315 mm-lik, qalınlığı 18 mm olan borular aşkar edilmişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 44-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan 14 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərarlardan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Bakı Sukanal İdarəsi zərərçəkmiş hüquqi şəxs, Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 60-cı vərəqəsində olan 14 yanvar 2025-ci il tarixli iş üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.2.3-2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 62-64-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 76-78-ci vərəqələrində olan 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 89-90-cı vərəqələrində olan 06 fevral 2025-ci il tarixli, ifadələrin yerində yoxlanmasına dair protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təmsil etdiyi şəxsə məxsus boruların Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən 150 metr, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi əraizisindən isə 222 metr uzunluğunda hissələrinin oğurlandığını hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 9/185 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Fıratpen TS 418-2 prEN 12201-2 PN 10,DN315 x 18-7» yazıları olan, diametri 315 mm, qalınlığı 18 mm ümumilikdə 372 metr uzunluğunda plastik borunun yeni vəziyyətdə 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13764 (372metr x37 manat) manat müəyyən edilir. Cinayət işinin 102-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 107-115-ci vərəqələrində olan 10 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 04 yanvar 2025-ci il tarixdə **-BT-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusunda aşkar edilərək götürülmüş 31 ədəd, qara rəngli, hər biri 12 metr uzunluğunda, 315 mm-lik, qalınlığı 18 mm olan borular cinayət təqibi üçün mühüm halları əks etidrən prdemetlər olduqları üçün iş üzrə maddi sübut hesab edilmiş və saxlanmaları üçün mülkiyyətçisinə verilmişdir. Cinayət işinin 120-122-ci vərəqələrində olan 14 mart 2025-ci il tarixli şəxs barəsində axtarış elan edilməsi haqqında və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 125-ci vərəqəsində olan 08 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:30-da istintaq orqanın könüllü gəlmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan 08 aprel 2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan 08 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən təmsil etdiyi müəssisədən oğurlanmış borular təhvil alınmışdır. Cinayət işinə əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Bakı Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 372 metr boru Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tapılaraq qaytarılmış və nəticədə müəssisəyə vurulmuş ziyan aradan qalxmışdır. Fakt üzrə hər hansı şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin verdikləri ifadələri və digər iş materialları ilə onun neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə və xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın aradan qalxmaqla zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdən 06 yanvar 2025-ci il tarixədək tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq xx.xx.2025-ci il tarixədək 10 saat, xx.xx.2025-ci il tarixdən isə 30 saat cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərilmiş 10 iş saatı hüquqi xidmətə görə 60 (altmış) manat pul və xx.xx.2025-ci il tarixdən göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 04 yanvar 2025-ci il tarixdə **-BT-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusunda aşkar edilərək götürülmüş 31 ədəd, qara rəngli, hər biri 12 metr uzunluğunda, 315 mm-lik, qalınlığı 18 mm olan boruların zərərçəkmiş hüquqi şəxsə saxlanca verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertizanının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 04 yanvar 2025-ci il tarixdə **-BT-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomobilin **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqusunda aşkar edilərək götürülmüş 31 ədəd, qara rəngli, hər biri 12 metr uzunluğunda, 315 mm-lik, qalınlığı 18 mm olan borularun zərərçəkmiş hüquqi şəxsə saxlanca verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərilmiş 10 iş saatı hüquqi xidmətə görə 60 (altmış) manat pul və xx.xx.2025-ci il tarixdən göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat pul 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-88/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-88/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver