Məhkəmə qərarları › İş №1(002)-89/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-89/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-89/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Rzabəyli X9 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Rzabəyli X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rzabəyli X16 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon və psixotrop maddə olan metafetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 23:20-də xidmətdə olan X14 Alayının 10-cu patrul bölüyünün əməkdaşları tərəfindən Lökbatan-Qobu avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 2-ci km-dəki boşluq ərazidə saxlanaraq Qaradağ RPİ-nin 10cu PB-nə gətirilmiş, polis bölməsində Rzabəyli X9 əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,303 qram; 0,099 qram olan ağ rəngli kristall formalı metafetamin psixotrop maddələri, 02 ədəd bükümdə 02 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət təsiredici maddəsinin ümumi miqdarı – 0,08 qram (bir həbdə 0,04 qram) olan metadon adlı dərman preparatı, 01 ədəd ümumi təsiredici maddəsinin miqdarı 0,05 qram olan ağ-göy rəngli kapsul formalı tramadol dərman preparatı aşkar olunaraq götürümüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Rzabəyli X16 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, peşmançılıq hissi keçirir. Fərdi qaydada taksi sürücüsü işləyir və bu fəaliyyətlə məşğul olmaq üçün «RENAUL TONDOR» markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili icarəyə götürmüşdür. Təxminən hadisədən əvvəl 3-4 ay imiş ki, narkotik vasitələrdən istifadə edirmiş. Adətən şüşə adlanan metafetamin, metadon və tramadol qəbul edirmiş. Bu maddələri isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qış Parkı»nın yaxınlığında üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən alır. Sonuncu dəfə təxminən hadiəsədən 5-6 gün öncə narkotik qəbul etmişdir. Şahid1 təxminən 12 ildir tanıyır. Belə ki, həm qonşudurlar və həm də dostluq edirlər. Onun narkotik vasitələr qəbul edib-etmədiyini bilmir. xx.xx.2020-ci il tarixdə dostu Şahid1 ilə birlikdə onun idarə etdiyi «RENAUL TONDOR» markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsindən üzü Lökbatan qəsəbəsinə hərəkət etmişdir ki, keçib Bakı dairəvi yoluna girsin və yaşadıqları evə getsinlər. Saat 23:20 radələrində təbii ehtiyaclarını ödəmək üçün maşını Lökbatan-Qobu avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 2-ci km-dəki boşluq ərazidə, üzü Lökbatan qəsəbəsi istiqamətində boşluq ərazidə saxlamış, hər ikisi maşından düşüb təbii ehtiyaclarını ödəyən zaman onlara polis əməkdaşları yaxınlaşmış, nəyə görə maşını boşluq ərazidə saxladıqları və nə işlə məşğul olduqları ilə maraqlanmışlar. Təbii ehtiyaclarını ödədiklərini söyləmiş, polis onlardan şəxsiyyətlərini təsdiq edən sənədləri tələb etmiş, üzərlərində qanunla saxlanması qadağan olunmuş əşyalar olub-olmadığını soruşmuşdur. Üzərində narkotik vasitə olduğunu demiş, Varis isə üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı əşyası olmadığını bildirmişdir. Bu səbəbdən də, hər ikisi Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmış, növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdə saat 23:40-da Polis bölməsinin növbətçi hissəsində içərisində 506 manat olan pul kisəsini, 1 ədəd qol saatını, 1 ədəd gümüş üzüyünü, 2 ədəd «Samsung» markalı mobil telefonu, 1 qutu «Rotmans» markalı siqareti, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan 4 ədəd siqaretin gümüşü kağızının bükümünü, 1 ədəd Tramadol həbini təqdim etmişdir. Qeyd olunan əşyalar akt əsasında qəbul edilmişdir. Həmçinin Şahid1 1 qutu «Rotmans» markalı siqareti, 1 ədəd «Samsung» markalı mobil telefonu, 1 ədəd alışqanı, 1 ədəd ağ metal üzüyü təqdim etmiş, başqa əşyası olmadığını bildirmişdir. Qeyd olunan əşyalar akt əsasında qəbul edilmiş, sonra araşdırma Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı Hüseyn Məmmədov tərəfindən davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə ona şübhəli şəxs qismində tutulduğu izah edilmiş, vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan vəkil Müdafiəçi seçib hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyini söyləmiş, vəkil Müdafiəçi ona təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə xidməti otaqda hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla saxlanması qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Üzərində olan əşyaları, yəni, içərisində 506 manat olan pul kisəsi, 1 ədəd qol saatı, 1 ədəd gümüş üzüyü, 2 ədəd «Samsung» markalı mobil telefonu, 1 qutu «Rotmans» markalı siqareti, içərisində narkotik vasitə olan 4 ədəd siqaretin gümüşü kağızının bükümünü, 1 ədəd tramadol həbini Növbətçi Hissədə təqdim etdiyini və akt əsasında ondan qəbul edildiyini bildirmişdir. Faktla bağlı protokol tərtib edilmiş, oxunmuş, əlavə və düzəliş daxil olmadığından imzalanaraq təsdiq edilmiş, izahatı alınmışdır. Daha sonra narkoloji dispanserdə müayinə olunmuş və sidiyindən narkotik vasitə istifadəsi hallarının olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri Yasamal rayonu ərazisində yerləşən «Qış Parkı»nın yaxınlığında üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi, əlamətlərini xatırlamadığı şəxsdən şəxsi istifadə üçün aldığını, bir qədər qəbul etdiyini, qalanını isə özündə saxladığını, onun üzərində narkotik və ya psixotrop maddələr olması barədə Şahid1 və başqa şəxslərin məlumatı olmadığını, qeyd olunan maddələrin olması ilə əlaqədar heç kimə, ocümlədən də Şahid1 məlumat vermədiyini əlavə etmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2 aydır narkotik vasitə olan şüşədən istifadə edir. Sonuncu dəfə 20 gün əvvəl şüşə narkotik vasitəsini yandırıb tüstüsünü sinəsinə çəkməklə qəbul edib. Narkotiki adını demək istəmədiyi şəxsdən alıb qəbul etmişdir. Rzabəyli X16 onun dostudur, onu təxminən 12 ildir tanıyır və normal münasibətləri vardır. Yavər taksi fəaliyyəti ilə məşğul olur və bu fəaliyyətlə məşğul olmaq üçün «RENAUL TONDOR» markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili icarə əsasında idarə edir. Onun narkotik vasitələr qəbul edib-etmədiyini bilmir. xx.xx.2020ci il tarixdə dostu Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi «RENAUL TONDOR» markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsindən üzü Lökbatan qəsəbəsindən gələrək oradan keçib Bakı dairəvi yoluna girmək istəmişlər ki, yaşadıqları evə getsinlər. Saat 23:20 radələrində təbii ehtiyaclarını ödəmək üçün Yavər maşını Lökbatan-Qobu avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 2-ci km-dəki boşluq ərazidə, üzü Lökbatan qəsəbəsi istiqamətində boşluq ərazidə saxlamış, hər ikisi maşından düşüb təbii ehtiyaclarını ödəyən zaman polis əməkdaşları onlara yaxınlaşmış, nəyə görə maşını boşluq ərazidə saxladıqları və nə işlə məşğul olduqları ilə maraqlanmışlar. Təbii ehtiyaclarını ödədiklərini dedikdə, onlardan şəxsiyyətlərini təsdiq edən sənədləri tələb etmişlər və üzərlərində qanunla saxlanması qadağan olunmuş əşyalar olub-olmadığını soruşmuşlar. Yavər üzərində narkotik vasitə olduğunu demişdir. Üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı əşyası olmadığını bildirmiş, hər ikisi Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmışdır. xx.xx.2020-ci il tarixdə saat 23:40-da Polis bölməsinin növbətçi hissəsində Yavər içərisində 506 manat olan pul kisəsi, 1 ədəd qol saatı, 1 ədəd ağ rəngli metal üzüyü, 2 ədəd «Samsung» markalı mobil telefonu, 1 qutu «Rotmans» markalı siqaretini, içərisində narkotik vasitə olan 4 ədəd siqaretin gümüşü kağızının bükümü, 1 ədəd tramadol həbini təqdim etmişdir. Qeyd olunan əşyalar akt əsasında qəbul edilmişdir. Özü isə 1 qutu «Rotmans» markalı siqareti, 1 ədəd «Samsung» markalı mobil telefonu, 1 ədəd alışqanı, 1 ədəd gümüş üzüyü təqdim etmişdir. Qeyd olunan əşyalar akt əsasında qəbul edilmişdir. Sonra araşdırma Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı Hüseyn Məmmədov tərəfindən davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə ona şübhəli şəxs qismində tutulduğu izah edilmiş, vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan vəkil X1 hüquqlarının Əlisəfa Əliyev tərəfindən müdafiə edilməsini istədiyini söyləmişdir. Vəkil Əlisəfa Əliyev ona təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə xidməti otaqda hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla saxlanması qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Üzərində olan əşyaları, yəni, 1 qutu «Rotmans» markalı siqareti, 1 ədəd «Samsung» markalı mobil telefonu, 1 ədəd alışqanı, 1 ədəd gümüş üzüyü Növbətçi Hissədə təqdim etdiyini və akt əsasında ondan qəbul edildiyini söyləmişdir. Faktla bağlı protokol tərtib edilmiş, oxunmuş, əlavə və düzəliş daxil olmadığından imzalanaraq təsdiq edilmiş, izahatı alınmışdır. Daha sonra narkoloji dispanserdə müayinə olunmuş və sidiyindən narkotik vasitə istifadəsi hallarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik və psixotrop maddələr olması barədə onun heç bir məlumatı olmadığını, Yavərin ona narkotik vasitə təklif etmədiyini, vermədiyini və ya satmadığını əlavə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ÇPA-nın 10-cu patrul bölüyünün polis nəfəri Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə 1 saylı marşurut üzrə 9696 çağırışlı avtopatrulda postaçı yoldaşları Şahid3 və Namiq Sarıyevlə xidmətdə olmuş, həmin tarixdə saat 23:20 radələrində Lökbatan-Qobu avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 2-ci km-dəki boşluq ərazidə, üzü Lökbatan qəsəbəsi istiqamətində «RENAUL TONDOR» markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını, avtomobilin işlək vəziyyətdə olaraq işıqlarının yanılı olduğunu, lakin salonunda heç kimin olmadığını görüb maşına yaxınlaşmışlar. Ətrafa baxdıqda boşluq ərazidə 2 nəfər şəxsin təbii ehtiyaclarını ödədiklərini görmüşlər. Onlara yaxınlaşıb maşını boşluq ərazidə saxlamaqları və nə işlə məşğul olmaları ilə maraqlanmışlar. Şəxsiyyətlərini təsdiq edən sənədləri tələb edib üzərlərində qanunla saxlanması qadağan olunmuş əşyalar olub-olmadığını soruşmuşlar. Saxlanılmış şəxslərdən biri, adı sonradan ona Rzabəyli X17 üzərində narkotik vasitə olduğunu demiş, adı onlara sonradan Şahid1 isə üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı əşyası olmadığını bildirmişdir. Bu səbəbdən də onların hər ikisini avtomobilləri ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. xx.xx.2020-ci il tarixdə saat 23:40-da Qaradağ RPİ-nin 10-cu PB-də apardıqları şəxslərin şəxsiyyəti müəyyən edilmişdir. Məlum olmuşdur ki, gətirilmiş şəxslərdən biri - xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1də qeydiyyatda olmaqla yaşayan Rzabəyli X16, digəri isə - xx.xx.1998-ci ildə Ağdam rayonunun Gülablı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdam rayonunun Gülablı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, keçid 8, ev 10-da yaşayan Şahid1dur. Bölmənin növbətçi hissəsində hər iki şəxsə üzərlərində olan əşyaları, həmçinin qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olmuş əşya və ya predmetləri təqdim etmələri təklif edilmişdir. Gətirilmiş şəxslərdən Rzabəyli X16 içərisində 506 manat olan pul kisəsini, 1 ədəd qol saatını, 1 ədəd ağ metal üzüyü, 2 ədəd «Samsung» markalı mobil telefonu, 1 qutu «Rotmans» markalı siqareti, əynində olan qara rəngli şalvarının sağ yan cibindən deməsinə görə içərisində narkotik vasitə olan 4 ədəd siqaretin gümüşü kağızının bükümünü, 1 ədəd üzərində heç bir yazı olmayan həbi təqdim etmişdir. Qeyd olunan əşyalar məsul növbətçi Şahid4 tərtib etdiyi akt əsasında, onun və iştirakçılar – növbətçi köməkçisi Şahid5, baş təhqiqatçı Hüseyn Məmmədovun, əməliyyat müvəkkili Şahid6, əməliyyat müvəkkili Asif İbayevin, sahə inspektoru Şahid7, onun və postaçı yoldaşları Şahid3 və Namiq Sarıyevin iştirakı ilə qəbul edilmişdir. Gətirilmiş Şahid1 1 qutu «Rotmans» markalı siqareti, 1 ədəd «Samsung» markalı mobil telefonu, 1 ədəd alışqanı, 1 ədəd ağ metal üzüyü təqdim etmişdir. Qeyd olunan əşyalar məsul növbətçi Şahid4 tərtib etdiyi akt əsasında eyni şəxslərin iştirakı ilə qəbul edilmişdir. Bundan sonra araşdırma baş təhqiqatçı Hüseyn Məmmədov tərəfindən davam etdirilmiş, xx.xx.2020-ci il tarixdə Rzabəyli X16 şübhəli şəxs qismində tutulmuş, vəkillərin siyahısı təqdim edilmiş, vəkil Müdafiəçi 10-cu PB-nə dəvət edilmiş, hal şahidləri və vəkilin, eləcədə onların iştirakı ilə xidməti otaqda Rzabəyli X9 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Rzabəyli X16 üzərindən qanunla saxlanması qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Rzabəyli X16 üzərindəki əşyaları növbətçi hissəyə təqdim etdiyini və ondan akt əsasında qəbul edildiyini bildirmişdir. Faktla bağlı protokol tərtib edilmiş, oxunmuş, əlavə və düzəliş daxil olmadığından imzalanaraq təsdiq edilmiş, təqdim edilmiş bükümlər və həb ekspertiza müayinəsinə göndərilmişdir. Şifahi sorğu zamanı Rzabəyli X16 bildirmişdir ki, narkotik vasitələri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qış Parkı»nın yaxınlığında üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, bir qədərini qəbul etdiyin, qalanını isə özündə saxladığını söyləmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Şahid1 şübhəli şəxs qismində tutulmuş, ona vəkillərin siyahısı təqdim edilmiş, vəkil X6 bölməyə dəvət olunaraq Şahid1 təqdim edilmiş, xidməti otaqda hal şahidlərinin, vəkilin və onların iştirakı ilə Şahid1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 üzərindən qanunla saxlanması qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Şahid1 bildirmişdir ki, üzərində olan əşyaları Növbətçi Hissədə təqdim etmiş və akt əsasında ondan qəbul edilmişdir. Faktla bağlı protokol tərtib edilmiş, əlavə və düzəliş daxil olmadığından imzalanaraq təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2003-cü ildən DİO-da, 2012-ci ildən isə Qaradağ RPİ-nin 10-cu PB-nin məsul növbətçi köməkçisi vəzifəsində polis serjantı rütbəsi ilə işləyir. xx.xx.2020-ci il tarixdə qrafik üzrə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin məsul növbətçi köməkçisi kimi xidmətdə olmuş, həmin günü saat 23:40-da Qaradağ RPİ-nin 10-cu PB-nə X15 əməkdaşları tərəfindən 2 nəfər şəxs gətirilmişdir. Onların şəxsiyyətini müəyyən etdikdə məlum olmuşdur ki, gətirilmiş şəxslərdən biri xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Rzabəyli X16, digəri isə xx.xx.1998-ci ildə Ağdam rayonunun Gülablı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdam rayonunun Gülablı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, keçid 8, ev 10-da yaşayan Şahid1dur. Bölmənin növbətçi hissəsində hər iki şəxsə üzərlərində olan əşyaları, həmçinin qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olmuş əşya və ya predmetləri təqdim etmələri təklif edilmişdir. Gətirilmiş şəxslərdən Rzabəyli X16 içərisində 506 manat olan pul kisəsini, 1 ədəd qol saatını, 1 ədəd ağ metal üzüyü, 2 ədəd «Samsung» markalı mobil telefonu, 1 qutu «Rotmans» markalı siqareti, əynində olan qara rəngli şalvarının sağ yan cibindən deməsinə görə içərisində narkotik vasitə olan 4 ədəd siqaretin gümüşü kağızının bükümünü, 1 ədəd üzərində heç bir yazı olmayan həbi təqdim etmişdir. Qeyd olunan əşyalar məsul növbətçi Şahid4 tərəfindən tərtib edilmiş akt əsasında, baş təhqiqatçı Hüseyn Məmmədovun, əməliyyat müvəkkili Şahid6, sahə inspektoru Şahid7, ÇPA-nın əməkdaşları Şahid3, Xamis Ramazanovun və Namiq Sarıyevin iştirakı qəbul edilmişdir. Gətirişmiş Şahid1 1 qutu «Rotmans» markalı siqareti, 1 ədəd «Samsung» markalı mobil telefonu, 1 ədəd alışqanı, 1 ədəd ağ metal üzüyü təqdim etmişdir. Qeyd olunan əşyalar məsul növbətçi Şahid4 tərəfindən tərtib edilmiş akt əsasında əməkdaşların iştirakı ilə qəbul edilmişdir. Bundan sonra məsul növbətçi Şahid4 tərəfindən fakt barədə rəhbərliyə raportla məlumat verilmiş, araşdırılmanın aparılması baş təhqiqatçı Hüseyn Məmmədova tapşırılmışdır. Şifahi sorğu zamanı Rzabəyli X16 bildirmişdir ki, narkotik vasitələri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qış Parkı»nın yaxınlığında üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən almış, bir qədərini qəbul etmiş, qalanını isə özündə saxlamışdır. xx.xx.2020-ci il tarixdə dostu Şahid1 ilə birlikdə onun idarə etdiyi «RENAUL TONDOR» markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu Qobu qəsəbəsindən üzü Lökbatan qəsəbəsinə gələrkən saat 23:20 radələrində təbii ehtiyaclarını ödəmək üçün maşını Lökbatan-Qobu avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 2ci km-dəki boşluq ərazidə, üzü Lökbatan qəsəbəsi istiqamətində boşluq ərazidə saxlamışlar. Hər ikisi maşından düşüb təbii ehtiyaclarını ödəyən zaman onlara polis əməkdaşları yaxınlaşmış, maşını boşluq ərazidə saxlamaqları və nə işlə məşğul olmaları ilə maraqlanmışlar. Şəxsiyyətlərini təsdiq edən sənədləri tələb edib üzərində qanunla saxlanması qadağan olunmuş əşyalar olub-olmadığını soruşmuşlar. Üzərində narkotik vasitə olduğunu demiş, Varis isə üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı əşyası olmadığını bildirmişdir. Bu səbəbdən də hər ikisi Qaradağ RPİ-nin 10-cu PBnə gətirilmiş, növbətçi hissəyə təhvil verilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2002-ci ildən DİO-da, 2018-ci ildən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsi ilə işləyir. xx.xx.2020-ci il tarixdə qrafik üzrə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat qrupunun üzvü kimi xidmətdə olmuş, həmin günü saat 23:40-da Qaradağ RPİ-nin 10-cu PB-nə X15 əməkdaşları tərəfindən 2 nəfər şəxs gətirilmişdir. Onların şəxsiyyətini müəyyən etdikdə müəyyən edilmişdir ki, gətirilmiş şəxslərdən biri xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Rzabəyli X16, digəri isə xx.xx.1998-ci ildə Ağdam rayonunun Gülablı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdam rayonunun Gülablı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, keçid 8, ev 10-da yaşayan Şahid1dur. Bölmənin növbətçi hissəsində hər iki şəxsə üzərlərində olan əşyaları, həmçinin qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan olmuş əşya və ya predmetləri təqdim etmələri təklif edilmişdir. Gətrilmiş şəxslərdən Rzabəyli X16 içərisində 506 manat olan pul kisəsini, 1 ədəd qol saatını, 1 ədəd ağ metal üzüyü, 2 ədəd «Samsung» markalı mobil telefonu, 1 qutu «Rotmans» markalı siqareti, əynində olan qara rəngli şalvarının sağ yan cibindən deməsinə görə içərisində narkotik vasitə olan 4 ədəd siqaretin gümüşü kağızının bükümünü, 1 ədəd üzərində heç bir yazı olmayan həbi təqdim etmişdir. Qeyd olunan əşyalar məsul növbətçi Şahid4 tərtib etdiyi akt əsasında, onun və iştirakçılar – növbətçi köməkçisi Şahid5, baş təhqiqatçı Hüseyn Məmmədovun, sahə inspektoru Şahid7, əməliyyat müvəkkili Asif İbayevin, ÇPA-nın əməkdaşları Şahid3, Xamis Ramazanovun və Namiq Sarıyevin iştirakı qəbul edilmişdir. Gətirilmiş Şahid1 1 qutu «Rotmans» markalı siqareti, 1 ədəd «Samsung» markalı mobil telefonu, 1 ədəd alışqanı, 1 ədəd ağ metal üzüyü təqdim etmişdir. Qeyd olunan əşyalar tərtib edilmiş akt əsasında, eyni heyyətin iştirakı ilə qəbul edilmişdir. Bundan sonra məsul növbətçi Şahid4 tərfindən fakt barədə rəhbərliyə raportla məlumat verilmiş, araşdırmanın aparılması baş təhqiqatçı Hüseyn Məmmədova tapşırılmışdır. Şifahi sorğu zamanı Rzabəyli X16 bildirmişdir ki, narkotik vasitələri Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qış Parkı»nın yaxınlığında üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən almış, bir qədərini qəbul etmiş, qalanını isə özündə saxlamışdır. xx.xx.2020-ci il tarixdə dostu Şahid1 ilə birlikdə onun idarə etdiyi «RENAUL TONDOR» markalı, **-DD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu Qobu qəsəbəsindən üzü Lökbatan qəsəbəsinə gələrkən saat 23:20 radələrində təbii ehtiyaclarını ödəmək üçün maşını Lökbatan-Qobu avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 2-ci km-dəki boşluq ərazidə, üzü Lökbatan qəsəbəsi istiqamətində boşluq ərazidə saxlamışlar. Hər ikisi maşından düşüb təbii ehtiyaclarını ödəyən zaman onlara polis əməkdaşları yaxınlaşmış, maşını boşluq ərazidə saxlamaqları və nə işlə məşğul olmaları ilə maraqlanmışlar. Şəxsiyyətlərini təsdiq edən sənədləri tələb edib üzərində qanunla saxlanması qadağan olunmuş əşyalar olub-olmadığını soruşmuşlar. Üzərində narkotik vasitə olduğunu demiş, Varis isə üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı əşyası olmadığını bildirmişdir. Bu səbəbdən də hər ikisi Qaradağ RPİnin 10-cu PB-nə gətirilmiş, növbətçi hissəyə təhvil verilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid7 öz ifadəsində Şahid6 ilə eyniməzmunlu ifadə verərək, Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında şahidlərin ifadələri elan edilmişdir. Şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin ÇPA-nın 10-cu Patrul bölüyünün polis nəfəri Şahid3 anoloji məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiyi faktı bir daha təsdiq etmişdir. Şahid qismində ifadə vermiş Şahid4 Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin məsul növbətçi köməkçisi Şahid5 ilə anoloji məzmunda ifadə verərək faktı təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 414 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Rzabəyli X9 üzərindən ...» sözlər və imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,303 qram; – 0,099 qram olan ağ rəngli kristal formada maddələr metanmfetamindir, 02 ədəd bükümdə 02 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preparatıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı – 0,08 qramdır (bir həbdə 0,04 qr) və 1 (bir) ədəd ağ-göy rəngli kapsul tramadol dərman preparatıdır və ümumi təsir edici maddəsinin miqdarı 0,05 qramdır. Qeyd: Metamfetaminin ümumi çəkisi-0,402 qr, tədqiqata sərf edildi-0,06 qr., qalıq- 0,342 qr. -Metadon-2 ədəd həb, tədqiqata sərf edildi-1 ədəd həb, qalıq 1ədəd həb. -Tramadol kapsul-1 ədəd, tədqiqata sərf edildi-yarım həb, qalıq-yarım ədəd Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 xx.xx.2020-ci il tarixli, 264 nömrəli rəyindən görünür ki, müayinə zamanı Rzabəyli X10 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/165 nömrəli, xx.xx.2020-ci il tarixli protokola əsasən Rzabəyli X3 OPİ+ istifadə edilməsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Rzabəyli X8 götürülmüş götürülmüş 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri – 0,303 qram; – 0,099 qram olan psixatrop maddə metanmfetaminin tədqiqlərdən sonra qalıq qalmış – 0,342 qram hissəsi, 02 ədəd bükümdə 02 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı – 0,08 qram olan metadon adlı dərman preparatının tədqiqdən sonra qalıq qalmış 1 ədəd həb, 01 ədəd kapsul formalı ümumi təsir edici maddəsinin miqdarı 0,05 qram olan Tramadol dərman preparatının tədqiqlərdən sonra qalıq qalmış yarım ədəd kapsul ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına yerləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Rzabəyli X9 məhumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Rzabəyli X9 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Rzabəyli X9 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Rzabəyli X9 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərərək öz qanunsuz hərəkətləri ilə digər şəxslərin, yəni sərnişinlərin də həyat və sağlamlığını real təhlükə qarşısında qoyduğunu, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Rzabəyli X13 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Rzabəyli X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Rzabəyli X16 məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə araşdırması və cinayət işinin materiallarından aydın olur ki, Rzabəyli X9 hüquqları qeyd olunan cinayət işi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılmış və xx xxxxxx 2020-ci il tarixdə şübhəlli şəxs kimi tutulmaqla xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə tutulmadan azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,342 qram metafetamin, 1 ədəd metadon həb və yarım ədəd kapsul tramadol dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Rzabəyli X8 tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Rzabəyli X9 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Rzabəyli X9 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçil Zülfi oğlu tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs Rzabəyli X13 göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Rzabəyli X16 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Rzabəyli X9 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Rzabəyli X16 məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,342 qram metafetamin, 1 ədəd metadon həb və yarım ədəd kapsul tramadol dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxs Rzabəyli X8 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Rzabəyli X13 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar