Məhkəmə qərarları › İş №1(002)-89/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-89/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-89/2023 01.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1967-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 18 oktyabr 2022-ci ildə, saat 21:50 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21070 minik markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı-Qazax-Ələt Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı şəhəri istiqamətində 80-90 km\saat sürətlə hərəkət edərkən həmin yolun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 67-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına və başqa əmlaka zərər vurmamalı, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkətin təhlükəsizliyi üçün qorxu törədən yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və sükan arxasında yuxuladığı üçün avtomobilin hərəkət istiqamətini itirərək ehtiyatsızlıqdan yolun sağ kənarında olan beton səddə vurmuşdur. Nəticədə VAZ-21070 minik markalı avtomobildə olan sərnişin X2 İV, V, sağdan İV qabırğaların qapalı yerdəyişmiş sınıqları və qabırğalar ətrafı yumuşaq toxumaların əzələlərə qansızma, sol ağciyərin cırılması, alt çənə, sağ yanaq nahiyəsinin, döş qəfəsinin ön səthinin, sol əlin İİİ barmağının, hər iki baldırın, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sol baldırın qançırı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, azyaşlı X3 bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, sağ alın və sol gicgah bazal hissəsinin epidural hematoması ilə müşayiət olunan alın sümüyünün yerdəyişmiş, parçalı, hər iki almacıq və əng sümüklərinin yerdəyişmiş, sol gicgah sümüyünün yerdəyişməmiş kəllə əsasına keçən sınıqları, başın alın, ənsə və hər iki gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi «VAZ-21074» minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 18 oktyabr 2022-ci il tarixdə oğlu İmamqulu Vəliyev, gəlini Aysel və azyaşlı nəvələri Ayxan, Ömər və Yusiflə birlikdə Gəncə şəhərindən Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Avtomobili özü idarə etmiş, oğlu İmamqulu qabaq sağ oturacaqda, gəlini Aysel isə uşaqlarla birlikdə arxa oturacaqda oturmuşlar. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 21:50 radələrində Bakı-Qazax-Ələt Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə təxminən 80-90 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən yorğun olduğu üçün anidən sükan arxasında yuxulamış və zərbədən ayılan vaxt idarə etdiyi avtomobilin yoldan çıxaraq yolun sağ kənarındakı beton səddə dəydiyini görmüşdür. Hadisə nəticəsində xəsarət almış gəlini, nəvəsi və oğlu hadisə yerinə gəlmiş TTY avtomobili onları xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, oğlu İmamqulu hadisə yerində ölmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, hadisə nəticəsində vəfat edənin onun doğma oğlu olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxs və qanuni nümayəndənin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxs və qanuni nümayəndənin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 21:50 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerində ölmüş İmamqulu Vəliyev onun oğludur. 18 oktyabr 2022-ci il tarixdə saat təxminən 17:00 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21070» minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu İmamqulu, gəlini Aysel, azyaşlı nəvələri Ayxan, Ömər və Yusiflə birlikdə Gəncə şəhərindən Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Saat 22:00 radələrində əri Təqsirləndirilən şəxs ona zəng vuraraq yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə nəticəsində oğlu İmamqulu Vəliyevin aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, əri Təqsirləndirilən şəxs «VAZ-21070» minik markalı avtomobili idarə edərkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq yolun sağ kənarındakı beton səddə dəymişdir. Əlavə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi A.N.Vəliyeva məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə o, əri İmamqulu Vəliyev, azyaşlı uşaqları 2010-cu il təvəllüdlü Ayxan, 2012-ci il təvəllüdlü Ömər və 2022-ci il təvəllüdlü Yusiflə birlikdə qayınatası Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21074» minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərindən Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Əri İmamqulu qabaq sağ oturacaqda, o isə azyaşlı uşaqları ilə birlikdə arxa oturacaqda oturmuşlar. Yola düşdükdən bir az sonra onları avtomobildə yuxu tutmuş, ayılan zaman Bakı şəhərində xəstəxanada olduğunu görmüşdür. Sonradan məlum olmuşdur ki, qayınatası Rizvan yorğun olduğu üçün anidən sükan arxasında yuxulamış və idarə etdiyi avtomobil yoldan çıxaraq yolun sağ kənarındakı beton səddə dəymişdir. Hadisə nəticəsində əri İmamqulu Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, o, və oğlu Yusif xəsarətlər almışlar. Digər uşaqları isə xəsarət almamışlar. O, yatdığı üçün hadisənin necə baş verdiyini görməmişdir. Əlavə olaraq, zərərçəkmiş şəxs və qanuni nümayəndə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 95-ci vərəqəsində olan 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 105-106-cı vərəqələrində olan 15 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, R.T.X20 Rayon Xalq Məhkəməsinin 14 oktyabr 1983-cü il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 99-cu maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 aprel 1985-ci il tarixdə Orconikidze Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 51-ci maddəsinə əsasən cəzadan 01 il 05 ay 28 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs verilmiş AE 134693 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi 11 dekabr 2029-cu il tarixədək etibarlıdır. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 25 noyabr 2020-ci il tarixdə verilmiş AD seriyalı 975137 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2006-cı il olan «VAZ 21070» minik markalı 10SB790 dövlət qeydiyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. Cinayət işinin 21 vərəqəsində olan X10 tərəfindən verilmiş etibarnamədən görünür ki, o, mülkiyyətçisi olduğu «VAZ 21070» minik markalı **-SB-*** dövlət qeydiyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində 13 oktyabr 2022-ci il tarixindən 13 oktyabr 2024-cü il tarixədək idarə edilməsi üçün həmin etibarnaməni vermişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X1 anası X22 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 41-ci vərəqəsində olan 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AE134693 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 55-ci vərəqəsində olan 01 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi 36 saylı evdə yaşayır. Cinayət işinin 56-cı vərəqəsində olan 01 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 61-64-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X9 19 oktyabr 2022-ci il tarixli 94 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, X5 meyitinin müayinəsi zamanı soldan İV,V, sağdan İV qabırğaların qapalı yerdəyişmiş sınıqları və qabırğalar ətrafı yumuşaq toxumaların əzələlərə qansızma, sol ağciyərin cırılması, alt çənə, sağ yanaq nahiyyəsinin, döş qəfəsinin ön səthinin, sol əlin İİİ barmağının, hər iki baldırın, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sol baldırın qançırı müəyyən edilmişdir. X5 meyitində aşkar edilmiş xəsarətlər bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl xx.xx.2022-ci il tarixdə əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aiddir. X1 meyitində aşkar edilmiş xəsarətlər xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. X1 ölümünə səbəb soldan İV, V, sağdan İV qabırğaların sınması fonunda sol ağciyərin cırılması nəticəsində inkişaf edən travmatik və hemoragik şok olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 noyabr 2022-ci il tarixli 8/3182 nömrəli rəyindən görünür ki, «VAZ 21070» markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 70-ci vərəqəsində olan 01 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, «VAZ 21070» markalı **-SB-*** dövlət qeydiyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 73-75-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X9 05 dekabr 2022-ci il tarixli 892 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı baş beynin əzilməsi, sağ alın və sol gicgah bazal hissəsinin epidural hematoması ilə müşayiət olunan alın sümüyünün yerdəyişmiş, parçalı, hər iki almacıq və əng sümüklərinin yerdəyişmiş, sol gicgah sümüyünün yerdəyişməmiş kəllə əsasına keçən sınıqları, başın alın, ənsə və hər iki gicgah nahiyyələrinin əzilmiş-cırılmış yaraları müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən əmələ gəlmişlər. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyaları yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundur. Cinayət işinin 77-79-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X9 05 dekabr 2022-ci il tarixli 893 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, X7 müayinəsi zamanı sol bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən əmələ gəlmişlər. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Y.İ.Vəliyevanın almış olduğu xəsarətlərin xarkteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin 12-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 19 oktyabr 2022-ci il tarixli, 2/25621 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi 36 saylı evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi arvadı X22, gəlini Zərərçəkmiş şəxs, nəvələri xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2020-ci il təvəllüdlü X11r. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X16 25 yanvar 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs onun əridir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs və qanuni nümayəndə X8 15 fevral 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət, tələb və iddiası yoxdur. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxs və qanuni nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 nömrəli Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin onun öz doğma oğlu olmasını, hazırda vəfat etmiş oğlunun ailəsinin onun himayəsində olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxs və qanuni nümayəndənin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Həmçinin maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «VAZ 21070» minik markalı ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınmalı, aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21070» minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar