Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-89/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə, saat 23:15 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayon ərazisindən keçən 14-cü kilometrlində idarə etdiyi “MAN 26.314” yük markalı, 99BR868 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 3 zolaqlı yolun sağ zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda hərəkətdə olduğu zolaqda dayanmış və əllərini yuxarı qaldıraraq yellədən piyadanın olmasını nəzərə almalı, həmin piyada ilə təhlükəsiz yan məsafəsini təmin etmək üçün zəruri tədbir görməli və lazım gələrsə həmin piyadaya çatmadan avtomobili dayandırmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşısında dayanmış və əllərini yuxarı qaldırıb çarpaz vəziyyətdə yellədən piyada 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, həyatla bir araya sığmayan – baş-beyin toxumasının tam evakuasiyası, kəllə sümüklərinin açıq sınıqları, gövdənin bel şöbəsindən sirkulyar tam amputasiyası, qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), daxili orqanların əzilib-cırılması, onurğanın bel-oma şöbələrinin fəqərələrinin sınıqları, hər iki bazu sümüyünün, döş qəfəsi sümüklərinin, çanaq sümüklərinin və hər iki bud, hər iki baldır və hər iki ayaq barmaq sümüklərinin açıq çoxqəlpəli sınıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuş və «X3» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, idarə etdiyi yük avtomobili ilə üç zolaqlı avtomobil yolunda hərəkətdə imiş. Həmin zaman hava çiskin olmuşdur. Avtomobili idarə edərkən anidən qarşısına bir nəfər çıxmış və o, avtomobili sola çəksə də həmin şəxsi vurmuşdur. Hadisə baş verdikdən sonra bir qədər hərəkət edib avtomobili kənarda saxlamışdır. Həmin zaman çox həyəcanlı olmuş, qorxmuş və nə edəcəyini bilməmişdir. Bir qədər gözlədikdən sonra hadisə yerini tərk edərək getmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Vətən müharibəsi iştirakçısıdır və himayəsində bir azyaşlı uşağı vardır. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Anası onunla birgə Sulutəpə qəsəbəsində yaşamışdır. Ölümündən bir həftə əvvəl anası Bərdə rayonuna getmişdir. Hadisə baş verməmişdən qabaq anası Mərziyə mobil telefon vasitəsi ilə onunla danışmış və evə gəldiyini bildirmişdir. Bir az müddət geçtdikdən sonra anasına zəng etmiş, lakin anası cavab verməmişdir. Bir gün sonra ona zəng edilərək Baş Dövlət Yol Polisi İdarəsinə gəlməsi bildirilmişdir. Polisə getdikdən sonra anası Mərziyənin avtomobillə vurularaq hadisə yerində ölməsi barədə ona məlumat verilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayəttələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi abtomobil ona məxsusdur. Avtomobili idarə edib müəyyən işləri görmək üçün bir müddət sürücü axtarmış və tanışları ona Qalib adlı sürücünü tapmışlar və Qaliblə bir yerdə işləmişlər. Hadisə baş verəndən bir gün sonra ona məlum olmuşdur ki, Qalib Bakı şəhərində qəza törətmiş və hadisə yerində bir şəxs vəfat etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində həyatla bir araya sığmayan – baş-beyin toxumasının tam evakuasiyası, kəllə sümüklərinin açıq sınıqları, gövdənin bel şöbəsindən sirkulyar tam amputasiyası, qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), daxili orqanların əzilib-cırılması, onurğanın bel-oma şöbələrinin fəqərələrinin sınıqları, hər iki bazu sümüyünün, döş qəfəsi sümüklərinin, çanaq sümüklərinin və hər iki bud, hər iki baldır və hər iki ayaq barmaq sümüklərinin açıq çoxqəlpəli sınıqları olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyatla bir araya sığmayan xəsarətlər olduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümün səbəbi baş-beyin toxumasının tam evakuasiyası, kəllə sümüklərinin açıq sınıqları, qarın boşluğu orqanlarının evakuasiyası (xaricə çıxması), daxili orqanların əzilib-cırılması, onurğanın bel-oma şöbələrinin fəqərələrinin sınıqları ilə müşaiyət olunan gövdənin bel şöbəsindən sirkulyar tam amputasiyası olmuşdur. Zərərçəkmiş şəxs ölümü meyitin müayinəsindən 8-12 saat əvvəl baş vermişdir.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,5 % qatılıq etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 7 noyabr 2023cü il tarixli, 8/3251 №-li rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “MAN 26.314” yük markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçdığı üçün hərəkətlərində «X3» Azaybaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan DİN BDYP Qİİ-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13- 5/2-150984-2023 nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan AF 221856 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi MAN 26.314 yük markalı 99BR868 qeydiyyat nişanlı avtomobilə dair boz rəngli dördkünc plastik materialdan hazırlanmış hissə cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan İ-679 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştiraçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materillarında olan İV 252947 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarxli X2 adlı bir uşağı vardır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümümi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 239 (iki yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “MAN” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “MAN” markalı avtomobilə dair boz rəngli dördkünc plastik materialdan hazırlanmış hissənin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə 239 (iki yüz otuz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “MAN” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “MAN” markalı avtomobilə dair boz rəngli dördkünc plastik materialdan hazırlanmış hissənin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-89/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-89/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver