Məhkəmə qərarları › İş №1(002)-9/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-9/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-9/2023 17.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs X1, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X5 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən torpaq sahəsini sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə ilk dəfə Zərərçəkmiş şəxs2 2019cu ilin aprel ayının ilk on günlüyündə metronun Elmlər Akademiyası stansiyası yaxınlığında 5000 manat pulunu sonuncu dəfə 2019-cu ilin aprel ayının ilk on günlüyündə Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 4000 manat alaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 9000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa X5 təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 may küçəsində torpaq sahəsi alıb sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə Zərərçəkmiş şəxs1mim 27 aprel 2019-cu il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 5000 manatını Zərərçəkmiş şəxs2 vasitəsi ilə almış, ikinci dəfə 2019-cu ilin may ayının ikinci on günlüyündə Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanının qarşısında 3500 manat pulunu, daha sonra 2019-cu ilin may ayının ilk on günlüyündə Zərərçəkmiş şəxs1 1500 manatını Zərərçəkmiş şəxs2 vasitəsi ilə almış, sonuncu dəfə 18 may 2019-cu il tarixdə Qaradağ rayonu 28 May küçəsində Zərərçəkmiş şəxs1 5000 manat pulunu alaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 15000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2ı o təxminən 2 ildən artıq olar ki, Şahid2 adlı maklerin vasitəsi ilə tanımışdır. Fərhaddan 5000 manat borc almış və daha sonra həmin pulu qaytarmışdır.Daha sonra ona yenə borca pul lazım olduğu üçün o Fərhada müraciət etmiş Fərhad isə onu Yadigar adlı şəxsə yönəltmişdir.O da Yadigarla görüşmüş və ondan 5000 manat pul almış və daha sonra həmin pulu Fərhada qaytarmışdır.O Yadigardan 15000 manat pul almamışdır.Fərhaddan aldığı pulları isə geri qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ev alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs2ı o 2006-cı ildən tanyırmış belə ki, həmin ərəfədə onun vasitəsi ilə o ev almışdır. 2019-cu ilin aprel ayının ortalarında o Fərhada müraciət edərək Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən boş torpaq sahəsi almaq istədiyini bildirmişdir. Fərhad isə ona söz verərək torpaq sahəsi tapacağını demişdir, o Fərhada bir dükanlıq yəni 20-30 kv metr sahəli dükan üçün torpaq sahəsi axtardığını demişdir. Fərhad ona narahat olmamağını və bu işlə məşğul olacağını bildirmişdir. O Fərhada bildirmişdir ki, “Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən stadionun yanında boş ərazi var və sən maraqlan gör əgər satılırsa mən alım”, Fərhadda ona bu işi görəcəyinə dair söz vermişdir. Təxminən 2-3 gün sonra Fərhad ona məxsus olan mobil telefon nömrəyə zəng edib bildirmişdir ki, “sən istədiyin yerdən torpaq sahəsi satılır” və o ona demişdirki torpağı satan şəxs demişdirki “sənəd köhnədi yəni kupçası yoxdur ona görə də onun sənədlərini düzəltmək lazımdır”.O soruşmuşdur ki, torpağın sahibi kimdir Fərhad demişdiri ki, Rövşən adında bir şəxsdir. Fərhad ona demişdirki torpaq sahəsinin sahibi ilə danışmış və torpaq sahəsini 21000 manata razılaşmışlar və Fərhad ona demişdirki “mənə nə hörmət edəcəksən” o isə demişdirki “sənə 1000 manat hörmət edərəm” və onlar bu qiymətlə razılaşmışlar. Fərhad ona demişdirki “Rövşən deyirki təcili sənədləri düzəltmək üçün beh olaraq 5000 manat pul vermək lazımdır”. O da Fərhadla razılaşmış və 2019-cu ilin aprel ayının sonlarında ilk dəfə 5000 manat pulu Fərhadın işlədiyi Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən ofisinin qarşısında ona məxsus olan Toyota RAV4 markalı **-NB-*** dövlət nömrə nişanlı avtomobilində Fərhada vermiş, Fərhad isə həmin pulu bir nəfər dolu bədən quruluşlu bir şəxsə vermiş və demişdir ki, Rövşən budur. İlkin olaraq 5000 manat götürdükdən sonra ona deyilmişdir ki, iki həftə ərzində bütün sənədlər düzələcək və qalan pulu isə notariat kontorunda alqı-satqı edən zaman veriləcək. Təxminən 5-6 gün sonra yəni 2019-cu ilin may ayının ilk günlərində Fərhad ona zəng edərək bildirmişdir ki “Rövşən deyir ki təcili 5000 manat da pul vermək lazımdır”.O Fərhada demişdir ki “axı biz razılaşdıq ki, 2 həftə sonra sənədlər tam hazır olandan sonra alqı-satqı zamanı qalan pulu verəcəm”. Fərhad isə demişdirki “Rövşən deyirki, sənədləri düzəltmək üçün pul lazımdır”. O, Fərhaddan Rövşəni haradan tanıdığını soruşduqda o ona demişdirki “başqa bir maklerin vasitəsi ilə tanımışam”. O İkinci dəfə Fərhada 3500 manat pulu 2019-cu ilin may ayının ilk günlərində onun qeydiyyatda olduğu ünvan 4 ünvanın qarşısında Fərhadın özü tək gəlib ondan 3500 manat pulu götürmüş və qalan 1500 manatı soruşmuş o isə demişdirki “sabah qardaşım sənə çatdıracaq”. Onun yanında Fərhad həmin Rövşənə zəng edib demişdir ki, Yadigar 3500 manat pul verib 1500 manatıda çatdıracaq, Rövşən isə demişdir ki, “təcili 3500 manat pulu mənə çatdır, sənədlərin düzəlməsinə lazımdır”.Bir gün sonra o qardaşına 1500 manat pul vermiş və demişdir ki, “bu pulu təcili olaraq Fərhada çatdırsın”. Həmin gün Fərhad onun qardaşının işlədiyi Lökbatan qəsəbəsində 20 yanvar küçəsində yerləşdiyi dükana gəlib həmin 1500 manat puluda ondan götürmüşdür.Fərhad ona demişdirki Rövşən deyirmiş ki 10-15 gün ərzində sənədlər düzələcək narahat olmasın. Təxminən 2-3 gün sonra Rövşən özü ona zəng edərək bildirmişdir ki, təcili 5000 manatda pul vermək lazımdır, o isə Fərhada zəng edib demişdir ki axı bəs deyilirdin ki, qalan pul sənədlər düzələndə sənədlərdə 10-15 günə düzələcək 2-3 gün keçməmiş əlavə pul istənilir. Fərhad ona demişdirki “Rövşən deyirki sənədlər artıq hazır olma ərəfəsindədir və gözlənilməz xərclər çıxdığı üçün 5000 manat vermək lazımdır”, o bir qədər fikirləşmiş və düşünmüşdür ki, o artıq 10000 manat pul vermiş və ortada Fərhad var Rövşən onu aldatmaz ona görə də yenədə 5000 manat vermək qərarına gəlmişdir. O Fərhada zəng edib demişdirki, 5000 manat pulu da verir, Fərhad isə ona demişdirki O uzaqdadır “sən elə pulu Rövşənin özünə ver”. Fərhad ona demişdirki «Rövşənə pul verəndə kağız yazdır ki ona pul verirsən». 2019-cu ilin ilk on günlüyündə o yenədə getmiş Fərhadın işlədiyi ofisin qarşısına və oraya Rövşən gəlmiş və o onunla görüşüb və 5000 manat pulu çıxarıb sayıb vermişdir və bir kağıza yazıb ona qol çəkdirmişdir ki, həmin 5000 manat pulu ondan almışdır. Bundan sonra o hər gün Rövşənə zəng edib soruşurmuş, Rövşən ona deyirmişdir ki, sənin işinlə məşğulam narahat olma. O hər dəfə Rövşənə zəng edib deyəndəki nə oldu bu məsələ, Rövşən isə ona deyirmişki, «narahat olma, sənin bütün pulların yəni 15000 manat pulun məndədir, narahat olma, sənin işin alınmaq üzrədir yox əgər alınmasa sənin 15000 manat pulunu mən qaytaracam». Lakin Rövşənin ona verdiyi vədlərin hamısı yalan çıxmış, o da Fərhada demişdirki, «bu adam məni aldadır», Fərhad isə deyirmişki, «məndə soruşuram və onun cavabları məni qane etmir». Bundan sonra o Fərhadla birlikdə Rövşəni axtarmağa başlamış, lakin o müxtəlif bəhanələr gətirərək onlarla görüşməkdən yayınmış, yalnız telefon vasitəsi ilə onunla danışırmış və pulu qaytaracağını vəd verirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən Rövşənə ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nəcad-Fərhad Əli oğlu göstərmişdir ki, 15 il olarki ev alqı-satqısı ilə məşğul olur. O, ona müraciət edən müştərilərin alqı-satqısını həyata keçirdikdən sonra 1 faiz öz xərcini götürürmüş. O Zərərçəkmiş şəxs1 2006-cı ildən tanımışdır. Yadigarla onun normal münasibətləri olmuşdur. 2006-cı ildə Yadigarın ev alqısatıqısı məsələsi olmuşdur və o ona köməklik etmişdir. X2 2019-cu ildən tanıyır.Belə ki, Rövşənlə onu makler kimi tanıdığı Nazim adlı şəxs tanış etmişdir. Rövşənlə onu Nazim torpaq alıcısı kimi tanış etmişdir və beləliklə Rövşənlə onun tanışlığı yaranmışdır. 2019-cu ilin aprel ayında ona muraciət edərək Qaradağ rayonu Lökbatan qəsəbəsində 28 may küçəsində yerləşən boş torpaq sahəsində torpaq almaq istədiyini bildirmişdir. Yadigar ona torpaq sahəsini göstərib sahibini tapmadığını və ona bu alqı-satqıda köməklik göstərməyini xahiş etmişdir. O isə müxtəlif şəxslərdən həmin torpaq sahəsinin kimə məxsus olması barədə soruşurmuş. təsadüfən həmin ərəfədə o Rövşənlə danışmışdır. Rövşənlə bu barədə söhbətlər etmiş və Rövşən ona demişdirki orada onun torpaq sahələri vardır. Daha sonra ona demişdir ki, onun Bakı şəhər İcra Hakimiyyətində qohumu var və o Qaradağ rayonunda alınması mümkün olmayan məsələləri həll edirmiş. O da Yadigarın ona göstərdiyi torpaq sahəsi barədə Rövşənə məlumat vermişdir. Rövşən isə ona narahat olmamasını bu barədə icra hakimiyyətində işləyən qohumuna deyəcəyini bildirmişdir. 2019-cu ilin aprel ayında yadında qalmadığı tarixdə Rövşən gəlmiş və həmin torpaq sahəsinə baxıb ölçüb biçmişdir, o Rövşəndən nə etdiyini soruşmuş, o isə ona demişdirki “narahat olma mən həll edəcəyəm”. Daha sonra Rövşən çıxıb getmişdir.O da Yadigara zəng etmiş torpağın sənədləşməsi məsələsinin Rövşən adlı şəxs tərəfindən həll ediləcəyini bildirmişdir.. Daha sonra Rövşən Qaradağ rayon İH-in bir sərəncamı gətirib ona göstərmişdir. Yadigara zəng edib ona demişdirki “Rövşən deyirki torpağa aid bir sənəd var və bunu ya addan ada keçirtmək lazımdır yadaki hərrac yolu ilə almaq lazımdır”. Daha sonra o Yadigara Rövşənin telefon əlaqələrini vermiş və onlar 20000 manata razılaşmışlar. Daha sonra Rövşən ona müraciət edərək beh vermək lazım olduğunu demiş və ondan 5000 manat beh istəmişdir, Yadigar həmin 5000 manatı pulu onun ofisinin qarşısında ona vermiş o da Rövşənə çatdırmışdır. Bundan başqa Rövşən onun özünün torpaq sahəsinin sənədlərini düzəltmək adı ilə ondan 9000 manat pul almışdır. İlkin olaraq 5000 manat pulu Rövşən ondan 2019-cu ilin aprel ayının ilk on günlüyündə metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən parkda Nazimin iştirakı almışdır. Bir gün sonra isə 4000 manat o Rövşənə Lökbatan qəsəbəsində yaşadığı binanın qarşısında vermişdir və Rövşən onu inandırmağa çalışmışdır ki «sənin torpağının sənədlərini həll edəcəyəm». Rövşənlə Yadigar özləri əlaqə saxlamışlar və işin necə həll ediləcəyini danışmışlar. Daha sonra Rövşən yenədə 5000 manat pul tələb etmiş və Yadigar gətirib ona 3500 manat pul vermiş, daha sonra isə Yadigar qardaşı Kamran 1500 manat pul gətirib ona vermişdir. Həmin pullarıda o Rövşənə vermişdir.Rövşən demişdirki bir ay ərzində sənədi Yadigarın qaynatasının adına düzəldəcək .Daha sonra Rövşən ona zəng edib demişdirki «hərraca ümumilikdə 15000 manat pul ödənilməlidi, o da Rövşənə demişdir ki, sənə Yadigar 10000 manat pul verib sən isə heç bir iş görməmisən sən özün Yadigarla əlaqə saxla və bu barədə ona de». Rövşəndə Yadigarla özü danışıb və razılaşmışlar və 5000 manatı onun iştirakı olmadan Rövşənlə Yadigar görüşüb Yadigardan 5000 manat pulu almışdır. Halhazırda ona dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən Rövşən Əhmədova ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X6 göstərmişdir ki, həbsdə olan zaman Rövşənlə onun arasında münasibətlər yaranmışdır. Azadlığa buraxıldıqdan sonrada o Rövşənlə dostluq etməyə başlamışdır. Fərhad adlı makleri 2019-cu ildən Rövşənə görə tanımışdır. O azadlığa buraxıldıqdan müəyyən bir müddət sonra taksi fəailiyyəti ilə məşğul olmağa başlamışdır. Rövşəndə onun daimi müştərisi olmuşdur, bütün hər yerə o onu aparırmış və sonda Rövşən ona zəhmət haqqı kimi pulunu verirmiş. Rövşən tez-tez Fərhadla görüşürmüş və bu görüşlərə Rövşəni o aparırmış, lakin onların arasında nə söhbət edirmişlər o bilmirmiş. O bildiyinə görə Fərhad maklerlik edirmiş, ev alqı-satqısı ilə məşğul olurmuş. Bir dəfə Fərhad onun yanında Rövşənə pul vermiş və söhbətdən belə başa düşmüşdür ki, Yadigar adlı şəxsin puludu, həmin vaxt Rövşəndə pul almasına dair Fərhada kağız yazıb imzalayıb vermişdir. Fərhadın Rövşənə ya Rövşənin Fərhada pul verməsini o görməmişdir. Rövşən Fərhaddan aldığı puldan heç bir manatını qaytarmayıbmış. Bir dəfə Rövşən ona takisi kimi tapşırmışdır ki, onun evindən Yadigarın şəxsiyyət vəsiqəsini götürüb özünə qaytarsın. İş üzrə Şahid2 göstərmişdir ki, uzun müddətdir ki, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olur.Zərərçəkmiş şəxs2ı o təxminən 15 ildirki tanıyırmış, onunla onun normal münasibətləri olmuşdur. Fərhadın özüdə ev alqı-satqısı ilə məşğul olurmuş. Rövşən Əhmədovu o təxminən 4-5 il olar ki, tanıyırmış onunla onun elədə yaxınlıq münasibətləri olmamışdır və onunla heç bir iş görməmişdir. Rövşən Əhmədovu o təsadüfən yaşadığı ərazidə yaxınlıqda olan parkda tanımışdır. 2019-cu ilin təxminən aprel ayında Rövşən ona müraciət edərək bildirmişdir ki, “dayısı Qaradağ rayonu ərazisindən 5 hektar boş torpaq sahəsi almaq istəyir və ondan bir makler kimi vasitəçi olub bu işdə ona köməklik etməyini xahiş edir. O da Fərhadın Qaradağ rayonu ərazisində makler kimi fəailiyyət göstərdiyini bildiyindən Fərhada zəng edib bu barədə ona məlumat vermişdir. Fərhad isə ona zəng edib bildirmişdirki “gəlin yer var göstərəcəm”. O da bu barədə Rövşənə məlumat vermiş və tarixini unutduğu gündə Rövşənlə birlikdə Lökbatan qəsəbəsinə Fərhadın dediyi yerə baxmağa getmişlər. Həmin yer Qaradağ rayon polis idarəsinin yaxınlığında yerləşirmiş, Rövşən baxdıqdan sonra gedib danışacağını və sonra məlumat verəcəyini bildirmişdir. Onlar bundan sonra çıxıb getmişlər. Bir neçə gün sonra Fərhad ona zəng edərək Rövşənlə danışdığını və Azadlıq prospektində yerləşən «Qoşa zapravka» adlanan əraziyə gəlməsini bildirmişdir. O da deyilən yerə gəlmiş Fərhadla görüşmüşdür, Rövşən isə bir qədər sonra gəlmişdir, Rövşən gəlməmişdən əvvəl Fərhad ona demişdir ki “mən Rövşəni tanımadığım üçün istədim ki, sən də söhbətdə iştirak edəsən”, o Fərhada demişdirki “nə məsələdi”, Fərhad demişdirki, “bir qohumum Neft şirkətindən razılıq alımalıdı ki torpaq sahəsində tikinti aparılsın və bunun üçündə Rövşənə 5000 manat pul verəcək”. O isə demişdirki “bəs mənim xeyrim necə olacaq”, Fərhad isə ona demişdirki “iş alındıqdan sonra 1000 manat qohumundan pul götürəcək həmin 1000 manatın 400 manatı özünə qalacaq 600 manatını sizə verəcəm”, həmin 600 manatdan isə ona 200 manat qalmalı imiş, o da razılığını bildirmişdir. Rövşən gəldikdən sonra isə Fərhada onun yanında demişdir ki, “Neft şirkətində tanışım var və dediyin işi düzəldə bilərəm”, Fərhad isə onun yanında çıxarıb 5000 manat pulu sayıb vermişdir Rövşənə, o isə demişdir ki, “2 gün sonra sənində pulunu verəcəyəm”. Rövşən isə pulu götürdükdən sonra çıxıb getmişdir. Təxminən 2 gün keçmiş o Fərhada zəng edib soruşmuşdur ki, “sizin iş düzəldi deyəsən bizim xeyrimiz nə vaxt verəcəksən”, Fərhad isə demişdirki o iş alınmamış o Rövşəndən 5000 manatını geri almışdır. Bundan sonra o Rövşənə zəng edib soruşmuş o da ona təsdiq etmişdirki Fərhadın məsələsi alınmamış o da ondan aldığı 5000 manat pulu geri qaytarmışdır. Təxminən 3 ay Fərhad ona zəng edib demişdirki Rövşənin ona 19000 manat pul verəcəyi var amma vermir. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, arada bir torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Rövşən Əhmədovu o təxminən 2020-ci ilin son aylarından tanıyırmış, onunla onun normal münasibətləri olmuşdur. Rövşənlə onun münasibəti maklerlikdən yaranmışdır, O Rövşənin yanında olanda ona tez-tez telefon zəngi olunurmuş, lakin Rövşən telefona cavab vermirmiş. O isə ona deyirmiş ki, “nəyə görə telefona cavab vermirsən”, Rövşən isə deyirmişki, “borcum var və ona görə də telefona cavab verməyə utanıram”, o isə Rövşənə izah etməyə çalışmışdır ki, “əgər kiməsə borcun varsa nəyə görə telefonu açmırsan aç cavab ver danış vəziyyətini izah et, vaxt al, amma cavab verməməklə dahada pisləşdirirsən vəziyyəti”. Daha sonra o Rövşənə demişdir ki, “istəyirsən mən gedim danışım həmin şəxslə sənin yerinə”, Rövşən razılaşmış onunla və ona borclu olduğu Fərhadın telefon nömrəsini vermiş. O Fərhada 2021-ci ilin yaz aylarında zəng etmiş və Fərhadla o Masazır qəsəbəsində «Qurtuluş» yaşayış massivində görüşmüş, görüş zamanı o Fərhadla bir qədər söhbət etmiş və xahiş etmişdir ki o Rövşənə bir qədər zaman versinki Rövşən öz işlərini düzəldib ona olan borcunu tam şəkildə ödəsin. Fərhad ona demişdirki “Rövşən gətirsin Yadigardan aldığı pulu geri qaytarsın”. Bundan sonra Rövşən özü Fərhadla danışmış və ondan şikayət etməməyi gözləməyi xahiş etmişdir. Fərhad isə demişdirki “gözləyərəm bir şərtlə bir kağız yaz imzala məndə gözləyim”. Rövşəndə razılaşmış və kağız yazıb imzalamışdırki Fərhada olan borcunu qısa müddət ərzində ödəyəcəkmiş. Həmin kağızı isə Rövşən ondan xahiş etmişdirki aparıb versin Fərhada o da aparıb vermişdir. İş materillarında olan xx.xx.2022-ci il tarixli ərizədən və ona əlavə edilmiş qəbzlərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs X1 anası X4 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər birinə 500 (beş yüz) AZN ödənilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki X5 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ilə təqsirli bilinərək 01 il 09 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş 01 il 09 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materillarında olan Sumqayıt şəhər probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş 02 il sınaq müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İş materiallarından görünür ki, X5 barəsində ********* saylı cinayət işi üzrə Xızı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və o, xx.xx.2021-ci il tarixədək həbsdə olmuşdur. İş materiallarından görünür ki, X5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi aidiyyəti üzrə Qaradağ RPİ-nin istintaq şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə ********* saylı cinayət işinə birləşdirilmişdir. İş materillarında olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə X5 barəsində həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 01 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, X5 məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmədiyini bildirsə də məhkəməyə ünvanlandırılmış ərizəsində zərərçəkmiş şəxslərə dəymiş ziandan onların hərəsinə 500 manat ödəməsinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir.Ona görə də məhkəmə X1 ərizəsində qeyd etdiklərini qismən etiraf kimi qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. X1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. X1 əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. X1 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən X1 şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar